İdman təbabəTİ VƏ GİGİyena


Cədvəl № 5.HARVARD STEP-TEST İNDEKSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 1,93 Mb.
səhifə44/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Cədvəl № 5.HARVARD STEP-TEST İNDEKSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

(sağlam şəxslər üçün)


Testin indeksi

Qiymətləndirmə

55-dən az

Pis

55-64

Ortadan kiçik

65-79

Orta

80-89

Yaxşı

90 və çox

Əla

İdmançılarda ən yüksək göstərici dözümlüyə məşq edənlərdə müşahidə olunur (cədvəl 6)



Cədvəl № 6. MÜXTƏLİF İDMAN NÖVLƏRİNDƏ

HSTİ ORTA GÖSTƏRİCİLƏRİ


İDMAN İXTİSASI

HSTİ

Uzaq məsafəyə qaçış

111

Velosiped idmanı

106

Xizək idmanı

100

Boks

94

Üzgücülük

90

Maniələrlə qaçış

86

Ağırlıqqaldırma

81

Məşğul olmayanlarda

62

Bu sınaq idmançıların ümumi fiziki iş görmə qabiliyyətini və dözümlüyünü qiymətləndirmək üçün istifadə oluna bilər. Pilləkana qalxmada 5 dəq-də nəbzin sayı 175 vurğu/dəq. təşkil edir və bərpa prosesinin 20 dəqiqəsinə qədər ürək vurğularının sayı bərpa olunmur. İdmançılarda oksigenin mənimsənilməsi orta hesabla 3,0 l, ağciyərlərin ventilyasiyası 75 d/dəq çatır. Bu onu göstərir ki, sınaq fiziki hazırlığı kifayət qədər olan idmançılarda istifadə edilə bilər.



Kuselevski sınağı. İdmançı 10 dəq. müddətində sakit oturduqdan sonra 1 dəq. tənəffüsün və 10 san. ərzində nəbzin sayı təyin edilir. Sonra idmançının sol qolunda arterial qan təzyiqi təyin edilir. Qan təzyiqi təyin edildikdən sonra müayinə olunan şəxs 30 san. müddətində 20 dəfə çöməlir. Çöməlmə zamanı qollar irəli uzadılır, ayaq üstə qalxdıqda qollar yanlara salınır. Qeyd etmək lazımdir ki, fiziki işi icra etdikdə o, düzgün aparılmalıdır. Bunun üçün metronomdan istifadə etmək məqsədəuyğundur. Yük yerinə yetirildikdən sonra müayinə aşağıdakı qaydada davam etdirilməlidir: bərpa dövrünün ilk 10 saniyədə nəbzin sayı, sonrakı 40 saniyədə isə onun arterial qan təzyiqi təyin edilir. Sonra hər 10 san. müddətində nəbz əvvəlki sayına qayıdana qədər müəyyənləşdirilir və qan təzyiqi ölçülür, 1 dəq. ərzində tənəffüsün sayı öyrənilir. İdmançıda sınaq zamanı meydana çıxan reaksiyanı qiymətləndirmək məqsədi ilə aşağıdakı düstur təklif olunmuşdur:

RFQ=Pa2-Pa1

P2-P1

Burada Pa1 - yükdən əvvəl nəbz dalğası (sistolik və distolik qan təzyiqi arasındakı fərq).

Pa2 – yükdən sonra nəbz dalğası

P1 – yükdən əvvəl nəbzin 1 dəq.sayı

P2-yükdən sonra nəbzin 1 dəq. sayı.

Normada maksimal (sistolik) qan təzyiqinin yüksəlməsinə uyğun olaraq nəbzin sayı sürətlənir. Minimal qan təzyiqi ya bir qədər azalır, ya da sabit qalır. Nəbz dalğası isə normada bir qədər yüksəlir. Əgər göstərici 0,5-1,0 olarsa reaksiyanın keyfiyyəti müsbət kimi qiymətləndirilir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin