Cədvəl 7.Müxtəlif idman növlərində xüsusi məşqliliyin
təyin edilməsi üçün tətbiq edilən fiziki yükün xarakteri
İdmanın növləri
|
Yükün xarakteri
|
Təkrar-
ların sayı
|
Təkrar-
lar arasın-da fasilə (dəq)
|
Atletika
Qısa məsafəyə qaçış
Orta məsafəyə qaçış
Uzaq məsafəyə qaçış
Marafon qaçışı
İdman yerişi
Tullama
Hündürlüyə və uzununa hoppanma
|
50 m qaçış
100 m qaçış
400 m qaçış
3000 m qaçış
3000 məsafəni qət etmək
3-5 tullamadan ibarət seriyalar
3-5 tullamadan ibarət seriyalar
|
4-5
4-5
3-4
2-3
2-3
3
3
|
3-4
3-5
5-8
5-8
5-6
5-6
5-6
|
Üzgücülük
Qısa məsafəyə
Orta məsafəyə
|
50 m üzmək
200 m üzmək
|
3-4
3-4
|
3-4
3-5
|
Velosiped idmanı
Trek
Şosse
|
200 m sürmək
3000 m sürmək
|
4-5
3-4
|
3-5
5-8
|
Boks
|
3 dəq. kölgə ilə döyüş
|
3
|
2-3
|
Güləş
|
30 san. müqəvvanı arxaya atmaq
|
2
|
2-3
|
Sambo, cüdo
|
2 dəfə standart, fərdi olaraq 6 texniki hərəkət
|
2
|
-
|
Futbol
|
30m məsafəni 5 dəfə qaçmaq, yüngül qaçışla starta qayıtmaq
|
2-3
|
3-4
|
Gimnastika
|
Məcburi sərbəst hərəkətlər
|
3
|
3-5
|
Təkrar yük sınağının aparılması çox da mürəkkəb deyildir. Sınaqdan əvvəl idmançının nəbzi sayılır, arterial qan təzyiqi ölçülür, tənəffüsün sayı təyin edilir. Həmin müayinələr qızışmadan və yüklərin yerinə yetirilməsindən sonra istirahət vaxtında da aparılır.
Yük yerinə yetiriləndən sonra idmançının orqanizmi dörd reaksiya tipilə cavab verir.
Birinci tip zamanı idmançı yükü asanlıqla yerinə yetirir, yükə yaxşı uyğunlaşır, yük təkrar ediləndən sonra nəbzin sayının və arterial qan təzyiqinin dəyişməsinin az nəzərə çarpması müşahidə edilir, istirəhət vaxtının sonuna yaxın onun bərpa olunması tez baş verir.
İkinci tipdə hərəkət aktivliyi dəyişgən olaraq ya artır, ya da azalır. Bununla bərabər ürək qan-damar sisteminin göstəriciləri də müxtəlif olur. Deməli, idmançının orqanizmi yükün yerinə yetirilməsi zamanı kifayət qədər hazırlıqlı deyildir.
Üçüncü reaksiya tipində fiziki yükün yerinə yetirilməsinin göstəriciləri təkrardan təkrara azalır, yükə uyğunlaşma qabiliyyəti pisləşir, bu da nəbzin kəskin tezləşməsi, maksimal qan təzyiqinin ya çox az yüksəlməsi, ya da aşağı enməsi ilə özünü biruzə verir. Belə reaksiya tipi xüsusi məşqlilik vəziyyəti alçaq səviyyədə olan idmançılarda müşahidə olunur.
Dördüncü reaksiya tipində idmançının iş qabiliyyətinin saxlanılmasına baxmayaraq yük təkrar olunan zaman uyğunlaşma qabiliyyətinin pisləşməsi əlamətləri nəzərə çarpır. Bu cür reaksiya idmançının xüsusi məşqlilik vəziyyətinin aşağı olmasını, ya da onun həddən artıq yorulmasını göstərir.
Təkrar yük sınaqları idmançının nəinki xüsusi məşqlilik vəziyyətinin təyin edilməsinə imkan verir, o, həm də məşq prosesinin düzgün təşkilinə, müvafiq dəyişikliklərin edilməsinə şərait yaradır.
İkinci qrup üsullar yerinə yetirildikdə müxtəlif instrumental müayinə tətbiq edilə bilər.
Elektrokardioqrafiya üsulu çox mühüm məlumat əldə etməyə imkan verir. Bunun üçün elektrokardioqraf adlanan cihazdan istifadə edilir. Müayinə zamanı xüsusi lent üzərində ürəyin fəaliyyəti nəticəsində yaranan bioelektrik cərəyan müəyyən əyriliklər şəklində qeyd edilir (elektrokardioqram).
Elektrokardioqramda yükdən sonra sinus ritmi saxlanılarsa, qulaqcıq-mədəcik və mədəcik daxili keçiricilik dövrü qısalırsa (PQ və QRS arasındakı fasilə), PR və T çıxıntıları böyüyürsə yükə reaksiya yaxşı hesab edilir. Elektrokardioqramda ritmin pozğunluğu müşahidə edilirsə, yəni ekstrasistola yaranırsa, qulaqcıq-mədəcik və mədəcikarası keçiricilik artırsa, R dişciyi və xüsusilə T dişçiyi azalırsa, bu yükün orqanizm üçün həddən artıq olmasını göstərir. Polikardioqrafiya üsulu ilə fiziki yükün ürək əzələsinin təqəllüsünün dəyişkənliyinə uyğunluğu, məşq və yarışlardan sonra bərpa prosesinin müddəti ilə müəyyən edilir.
Oksihemometriya üsulu ilə məşq zamanı (ağırlıqqaldırmada, qılıncoynatmada, velosiped sürmədə, gimnastikada) arterial qanın oksigenlə doymasının səviyyəsi müayinə edilir.
Xronaksimetriya üsulu ilə məşq prosesindən sonra sinir-əzələ sisteminin funksional vəziyyəti, yəni əzələlərin reobazası və xronaksiyası öyrənilir. Çox gərgin məşq prosesindən sonra bu göstəricilər dəyişilir. Belə vəziyyət əzələlərin elektrik qıcıqlanma qabiliyyətini dəyişdirərək onların həddən artıq gərginləşməsinə və hətta zədələnməsinə səbəb ola bilər.
Miotonometriya tibbi-pedaqoji müayinələr zamanı sinir-əzələ sisteminin vəziyyətini qiymətləndirməyə imkan verir. Məşqlərdən sonra meydana çıxan yorulma zamanı əzələlər boşalmış vəziyyətdə bərk, gərginləşdirdikdə isə əksinə yumşaq olur. Əzələlərin gündəlik müayinəsi yükün orqanizmə təsirini, bərpa olunmasının səviyyəsini öyrənməyə imkan verir.
Elektromiyoqrafiya üsulu əzələlərin gərginləşmə və boşalmasının latent dövrünü qiymətləndirməyə imkan verir. Latent dövrün dəyişməsi fiziki yükün təsirini və bərpa proseslərinin xarakterini öyrənir.
Radiotelemetriya müayinə üsulu fizioloji göstəriciləri, bilavasitə idman məşqləri zamanı müxtəlif cəhətdən öyrənir.
Müayinə edilən idmançı qəbul edici mərkəzdən 200-2000m aralı yerləşə bilər. Belə müayinə üsulu idmançının qan təzyiqini, nəbzinin sayını, tənəffüsünü fasiləsiz olaraq qeyd etməyə imkan verir.
Dostları ilə paylaş: |