8. 2. Tibbi-pedaqoji müşahidələrin təşkilinin formaları
Tibbi-pedaqoji müşahidələrin təşkilinin müxtəlif formaları vardır:
Bir başa məşq zamanı müayinələr;
Məşqdən əvvəl və 20-30 dəqiqədən sonra aparılan müayinələr;
Müayinələr məşqdən əvvəl və ondan 20-30 dəqiqədən başlayaraq 4-6 saatdan, 24 və 28 saatdan sonra təkrar aparılır;
Müayinələr məşq günü səhər və axşam aparılır;
Müayinələr məşqin həftəlik mikrosiklində aparılır.
1. Bir başa məşq prosesində müayinələr bütün məşq zamanı və sınaqlar yerinə yetirildikdə aparılır.
Bütün məşq boyu müayinələr o zaman aparılır ki, məşqçini məşğələlərin düzgün təşkil edilməsi maraqlandırır. Bu müayinə formasında müəyyən göstəricilər məşqdən əvvəl, məşqin müxtəlif hissələrində və istirahətdən sonra, işin intensivliyi azaldıqda və ya məşqdən sonra təyin edilir. Müayinənin nəticəsində məşqin fizioloji əyriliyi əldə edilir. Bu əyriliyin analizi nəticəsində məşq zamanı yükün düzgün bölüşdürülməsi, onun həcmi və intensivliyi öyrənilir və məşqçiyə idmançının məşqlilik vəziyyətinin qiymətləndirilməsinə kömək edir.
2. Məşqdən əvvəl və ondan 20-30 dəqiqə sonra müayinələr. Məşqdən əvvəl və sonra orqanizmin funksional vəziyyətinin göstəriciləri müqayisə edilərək fiziki yükün təsiri qiymətləndirilir. Bununla idmançı üçün yükün uyğunluğu öyrənilir.
3. Məşqdən əvvəl və ondan 20-30 dəqiqə sonra, 4-6 saat, 24 və 48 saat sonra müayinələr. Əgər məşqdən sonra böyük həcmdə yorğunluq meydana çıxırsa, orqanizmin funksional imkanları aşağı düşürsə, onun gələcəkdə məşqləri davam etdirmək və ya yükün azaldılması məsələsi qoyulursa müşahidənin bu forması həyata keçirilir.
4. Məşq günü səhər və axşam müayinələr. Həkim-pedaqoji müşahidələri idmançı gündə 2-3 dəfə məşq etdikdə tətbiq edilir. Belə müayinələr gün ərzində istifadə edilən yükün həcmini, intensivliyini və məzmununu tənzimləyir, həddən artıq yorğunluğun qarşısının alınmasına kömək göstərir.
5. Həftəlik məşq siklində təkrar müayinələr. Bu cür müayinələr hər gün səhər, hər gün səhər və axşam, bir mikrosiklin əvvəlində və axırında səhər və məşqdən əvvəl aparılır. Məşqin mikrosiklində yükün miqdarı təyin edildikdə hər gün səhər və axşam müayinələr aparılır.
6. İstirahətdən sonra müayinələr. Belə müayinələr istirahətdən 2-3 həftə sonra aparılır.
Müşahidə formasından məşq toplantısından sonra onun nəticəsini qiymətləndirmək üçün istifadə edilir. Toplantının sonuna yaxın idman nəticələri bəzi hallarda orqanizmin hər hansı bir sisteminin həddən artıq gərginləşməsi hesabına, hətta funksional imkanların azalması hesabına yaxşılaşır. Tibbi-pedaqoji müşahidələr bu vəziyyəti aydınlaşdırmağa kömək edir.
Dostları ilə paylaş: |