İdman təbabəTİ VƏ GİGİyena


Cədvəl № 8. UŞAQ İDMAN MƏKTƏBLƏRİNDƏ



Yüklə 1,93 Mb.
səhifə56/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Cədvəl № 8. UŞAQ İDMAN MƏKTƏBLƏRİNDƏ

MÜXTƏLİF İDMAN NÖVLƏRİ İLƏ MƏŞĞUL OLMA

ZAMANI YAŞ NORMATİVLƏRİ


YAŞ

İDMAN NÖVÜ

7-8

Üzgüçülük, idman gimnastikası

8-9

Konkidə fiqurlu sürmə

7-10

Stolüstü tennis, tennis

9-10

Suya tullanma, batutda tullanma

9-12

Lija sürmək

10-11

Bədii gimnastika, badminton

10-12

Konki sürmək, futbol, atletika, şahmat, dama

11-12

Akrobatika, basketbol, voleybol, əl topu, su polosu, hokkey,ox atma

12-13

Klassik və sərbəst güləş, sambo, atcılıq, avarçəkmə (akademik), qılıncoynatma, atıcılıq

12-13

Boks

13-14

Velosiped idmanı, baydarka və kanoelərdə avarçəkmə

14-45

Ağırlıqqaldırma


10.3. Fiziki tərbiyə ilə məşğul olan yaşlı şəxslər

üzərində həkim nəzarəti
Fiziki hərəkətlər, hərəki aktivlik bir sıra xəstəliklərlə mübarizədə, onların profilaktikasında, sağlamlığın möhkəmləndirilməsində böyük rol oynamaqla bərabər qocalma prosesinin qarşısını alır və insanların ömrünün uzadılmasına kömək edir.

İnsan orqanizmində inkişaf prosesləri 19-21 yaşdan sonra dayanır və orqanizmdə qocalma prosesi, yəni involyusiya başlanır. Qocalma prosesi həyat tərzi ilə bağlı olub sürətlə və ya ləng halda gedə bilir.

Fiziki fəaliyyət şəxsin yaş və fərdi xüsusiyyətləri nəzərə alınaraq həyata keçirildikdə orqanizmin bütün fizioloji funksiyalarını artırır. Bu şərtlər yerinə yetirilmədikdə fiziki hərəkətlər insanın orqanizmində ciddi pozğunluqlar törədə bilir.

Hərəkət fəallığının azalması (hipokineziya), bədənin çəkisinin artması, siqaret, psixi gərginlik və s. kimi amillər bir sıra xəstəliklərin meydana çıxmasında, erkən qocalmada və ömrün qısalmasında mühüm rol oynayır.

Müşahidələr göstərir ki, ömrün qısalması məhz çəkinin artmasının səviyyəsi ilə bağlıdır. Məsələn, kişilərdə bədənin çəkisi normadan 10% artıq olarsa, həyatın müddəti 13%, 20% artarsa-25%, 30%-dən artıq olarsa isə 42% azala bilir.

Adi şəraitdə yaşlı şəxslərin orqanizminin funksional vəziyyətinin müayinəsi fiziki yükə qarşı ürək qan-damar sisteminin verdiyi reaksiya ilə başlanır. Bu məqsədlə, məşğul olan şəxslərin fərdi xüsusiyyətləri nəzərə alınaraq, aşağıdakı sınaqlardan istifadə edilir: 30 san. müddətində 20 çöməlmə; Yerində 3 dəqiqəyə 140-180 addımla qaçmaq: Letunovun 3 anlı sınağı. Sınaqdan əvvəl və sonra ürək vurğularının sayı, arterial qan təzyiqi təyin edilir. Bununla yanaşı orto-klinostatik sınaq, veloerqometriya və steperqometriya müayinə üsullarından da istifadə etmək olar.

Dinamik müayinələr zamanı hipertonik və ya pilləvari reaksiya tipləri müşahidə edilərsə, mütləq məşq rejimi yenidən nəzərdən keçirilməlidir.

Yaşlı şəxslərdə funksional sınaqlardan sonra bərpa dövrü uzanmış olur. Yükdən sonra yaşlılarda cavan şəxslərə nisbətən tənəffüsün sayı daha çox tezləşmiş olur.

Ürək qan-damar sisteminin sinir-hümoral vəziyyətini əks etdirən orto-klinostatik sınaqlar tətbiq edildikdə nəzərdə saxlamaq lazımdır ki, yaşlı şəxslərdə cavanlardan fərqli olaraq uzanmış vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə sistolik təzyiq aydın şəkildə aşağı düşür, diastolik təzyiq isə yüksəlir. Bu, çox güman ki, ətrafdan vena qanının qayıtmasının çətinləşməsi və vena qanının həcminin azalması ilə bağlıdır.

Yaşlı şəxslərin dərinləşmiş tibbi müayinəsi zamanı sidiyin və qanın ümumi analizindən əlavə qanda xolesterinin miqdar da ölçülməlidir.

Bütün yaş qruplarında həkim nəzarətinin əsas vəzifəsi şəxslərin məşqlərə buraxılmaq məsələsidir. Məşqlərin aparılmasına aşağıdakı xəstəliklər əks-göstəriş hesab edilir.

- Xəstəliklərin kəskin və yarım-kəskin dövrləri;

- Ruhi xəstəliklər;

- Mərkəzi sinir sisteminin ağır üzvi xəstəlikləri;

- Ürək-damar sisteminin xəstəlikləri (ürəyin və aortanın anevrizmi, ürəyin ağır işemiyası, təzə keçirilmiş infarkt, qan dövranının II, III dərəcəli çatmamazlığı);

- Tənəffüs üzvlərinin xəstəlikləri (bronxial astmanın ağır forması, bronxoektaziya);

- Həzm sistemi üzvlərinin xroniki xəstəliklərinin kəskinləşmə dövrü;

- Qaraciyər və böyrəklərin çatmamazlığı;

- Endokrin vəzilərin xəstəliklərinin ağır formaları;

- Hərəkət-dayaq aparatının ağrı ilə müşayiət edilən xəstəlikləri;

- Müxtəlif səbəblərdən baş verən qanaxmalar;

- Qlaukoma (gözün daxili təzyiqinin yüksəlməsi).

Sağlamlıq vəziyyətindən və fiziki hazırlıq səviyyəsindən asılı olaraq bütün əhalini 3 qrupa bölmək olar:


  1. Sağlam və yaxşı fiziki hazırlıqlı şəxslər;

  2. Sağlamlıq vəziyyətində bir qədər pozğunluğu olan və aşağı fiziki hazırlıqlı şəxslər;

  3. Sağlamlıq vəziyyətində ciddi pozğunluğu olan və zəif fiziki hazırlıqlı şəxslər.

Bütün şəxslərə fiziki yük ciddi nəzarət altında, sağlamlıq və ümumi fiziki hazırlığı nəzərə alınmaqla təyin edilir, fərdi şəkildə gəzinti və qaçış məşqlərinə icazə verilir. Yaşlı şəxslər xüsusilə bədən tərbiyəsi-sağlamlaşdırıcı məşqlərə cəlb edilməlidirlər. Onlar əlavə olaraq ritmik gimnastika, müxtəlif idman oyunları, atletika, üzgücülük, velosiped idmanı və avarçəkmə ilə məşğul ola bilərlər.

Kütləvi fiziki tərbiyə məşğələləri zamanı çox vaxt verilən yükün həcmi ürək vurğularının sayı ilə normallaşdırılır. Məlum olduğu kimi yaşla əlaqədar olaraq nəbzin sayı iş zamanı azalır, lakin şəxsin fiziki hazırlıq vəziyyəti yüksək olduqca onun sayı da tezləşmiş olur. Təcrübədə maksimal nəbz aşağıdakı düsturla təyin edilə bilər.

Maksimal ürək vurğularının sayı=220-yaş (illərlə).

Müxtəlif müşahidələr göstərir ki, yük yerinə yetirildiyi zaman ürək vurğularının sayı maksimal sürətlənmənin 60-85%-ni təşkil etdikdə o, məşqedici təsir göstərir. Məşğələlər zamanı əvvəlcə nəbzin sayını 60% yüksəldən fiziki yük təyin edilməlidir. Məsələn, 60 yaşlı kişi üçün ürək vurğularının sayı 96 vurğu/dəq. təşkil edəcəkdir. Məşqliliyin səviyyəsi artdıqca nəbzin sayını 112 vurğu/dəq (maksimal sayın 70%) qədər sürətləndirən fiziki yük təyin edilir. Məşğələlərin təsiri nəinki yükün intensivliyindən, həmçinin yükün təsir müddətindən və onun müntəzəm aparılmasından da asılıdır. Müşahidər göstərir ki, məşqlər 30 dəqiqədən çox davam edirsə və həftə ərzində 3-5 dəfə aparılırsa, insanın iş qabiliyyəti yüksəlir. Məşqlərin müddəti hərəkətlərin intensivliyinin artırılması hesabına qısaldıla bilər. Məsələn, yaxşı məşqedici təsirə nail olmaq üçün nəbzin sayını 130 vurğu/dəq. qaldıran yüklə həftədə 4 dəfə, 140 vurğu/dəq.qaldıran yüklə 15 dəq. və 150 vurğu/dəq. qaldıran yüklə isə 10 dəq. məşq etmək lazımdır (cədvəl №9).

Hazırda sağlamlaşdırıcı təsir əldə etmək və orqanizmin funksional vəziyyətini yüksəltmək məqsədi ilə qaçışdan geniş istifadə edilir. Qaçış 15-30 dəq.müddətində həftədə 3-5 dəfə aparıldıqda əksər insanlarda fiziki iş qabiliyyəti daha çox yüksəlir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin