İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.
Yeni Rehber Ansiklopedisi. İstanbul: İhlas Holding A. Ş.1993, c. IX, 381 s.
2.
V.M.Məmmədəliyev. Qurani-Kərim məali. 2007. Ali-İmran surəsi, ayə 73
3.
Fahruddin Er-Razi. Tefsir-i Kebir, (tərcümə edənlər: S. Yıldırım, L. Cebeci,
S. Kılıç, S. Doğru). Ankara: Akçağ Yayınları, 1989, c. VI, 560 s.
4.
Doç.Dr. H.Kamil Yılmaz. Aziz Mahmud Hüdayi ve Celvetiyye tarikatı.
Ankara: Erkam yayınları, 1990, 327 s.
5.
Şamil İslam Ansiklopedisi. İstanbul: Şamil yayın evi, 1991, c. IV, 408 s.
6.
Mevlana (sadələştirən: Prof. Dr. Amil Çelebioğlu). Mesnevi-i şerif. İstanbul:
Milli egitim yayınları, 2000, c. III, 897s.
7.
Annemarie Schimmel. İslamın mistik boyutları, (tərcümə edən: Ergun
Kocabıyık). İstanbul: Kabalcı yayınevi, 1999, 495 s.
8.
Prof. Dr. Yaşar Nuri Öztürk. Kurandakı İslam. İstanbul: Yeni boyut, 2011,
508 s.
9.
Emine Yeniterzi. Mevlana Celaleddin Rumi. Ankara: Türkiye Diyanet Vakfı,
1995, 216 s.
10.
Alican Tatlı. Zühd açısından dünya ve nimetleri. İstanbul: Erkam yayınları,
2005, 472 s.
11.
Ahmed Davudoğlu. Kuran-ı Kerim ve izahlı meali. İstanbul: Çile yayınları.
12.
Mevlana. Mesnevi-i şerif, (sadələştirən: Prof. Dr. Amil Çelebioğlu).
İstanbul: Milli egitim yayınları, 2000, c. I, 945 s.
13.
Əli Himmət Bərki, Osman Kəskioğlu. Həzrət Məhəmməd və həyatı. Ankara:
Diyanət İşləri Başkanlığı Nəşri, 1996, 436 s.
14.
А. Л. Kaplan. Mamalıq. Bakı: Azərbaycan dövlət tədris-pedaqoji ədəbiyyatı
nəşriyyatı, 1960, 606 s.
15.
Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah. Qadınlara məxsus hallar, (tər-
cümə edən: Xəyyam Qurbanzadə). Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2008, 109 s.
16.
İbnul-Cevzi. Şeytanın hileleri, (tərcümə edən: M. Ali Kayabağlar). İstanbul:
Kahraman yayınları, 2002, 586 s.
17.
Buhari. Sahihi-Buhari, (tərcümə edən: Konyalı Mehmed Vehbi). İstanbul:
Sabah neşriyatı, 1966, c II, Bab-valide, 292 s.
18.
Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. İstanbul: 1998, c. XVIII, 555s.
Halal-haram ın haqsızcas ına qar ışd ır ılmas ı
237
XÜLASƏ
Məqalədə bəzi din xadimlərinin şəriətə görə caiz olmayan əməlləri, təriqət
şeyxlərinin riyakarlığı və yolverilməz hərəkətləri ətraflı şəkildə izah edilir. Həmçinin
aktual mövzulardan olan abort və onun nəticələri, o cümlədən qoca və ya şikəst
olmadan dilənçiliklə məşğuliyyət barədə məlumat verilir. Bundan əlavə kşilərin
alfonsluq və boşanma zamanı bəzi yolverilməz əməlləri haqqında mövzuya toxunu-
lur. Eyni zamanda analitik və təqlidedici təfəkkür barədə müəllifin şərhi qeyd edilir.
Habelə mövzu ilə əlaqədar Qurani-Kərim ayələri, peyğəmbər Həzrət
Muhəmmədin (s.ə.s.) hədisləri və ilahiyyatçı alimlərin təfsirləri təqdim edilir.
РЕЗЮМЕ
В статье подробно излагаются по шариату недозволенные поступки такие
как лицемерие религиозных служителей, в частности непозволительные и
греховные деяния глав религиозных сект. Так же затрагивается такая
актуальная проблема как аборт и его последствия. Одновременно изъясняется
занятие попрошайничеством не будучи калекой и старым. Кроме упомянутого
затрагивается тема альфонство и некоторые недопустимые поступки при
разводе.
Поясняется рассуждения автора об аналитическом и подражательском
мышлении.
В том числе предоставлены аяты Корана, хадисы Пророка Мухаммеда (с),
а так же толкование ученых по теологии связанные с данной темой.
SUMMARY
In the article including hypocrisy of the sect sheikhs and is told about
inadmissible sins of religious figures. Also it is spoken about, one of the actual
subjects, abortion, relating to its consequences and while being not old, invalid,
engaged in beggary. Besides it, it is informed about men engaged in gigolo and
their some inadmissible actions during the process of divorce.
As well it is explained about analytical and imitating mentality of author.
Also it is refered to ayahs of Quran, Prophet’s dikta, commentaries of
theologians.
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
239
T.KUN: ELMİN İNKİŞAF PROSESİNİN
MƏRHƏLƏLƏRİ HAQQINDA
N.N.Heybətova
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq
kafedrasının magistrantı
Açar sözlər: Tomas Kun, elm, elm fəlsəfəsi, paradiqma, elmi inqilablar, normal elm.
Ключевые слова: Томас Кун, наукa, философия науки, парадигма, научная
революция, нормальная наука.
Key words: Thomas Kuhn, science, history of science, philosophy of science,
paradigm, scientific revolutions, normal science.
“Fəlsəfi bir beyinə sahib tarixçi üçün elm fəlsəfəçisi bir neçe təsadüfən seçilmiş
faktı səhvən bir bütün olaraq qarşılamış, onları prinsipcə uyğun düşməsələr belə
mücərrədləşdirmə ilə bir araya gətirərək, qətiyyən praktikada gerçəkləşməyəcək
funksiyaları həyata keçirməyə məcbur etmiş kimi görünür” - Tomas Kun
Tomas Kunun bir elm tarixçisi kimi elmin fəlsəfəsinə verdiyi ən böyük töhfə
elmin mahiyyətini açıqlamaq üçün onun tarixindən istifadə edərək nəhayət ki,
reallıqla az çox uyğun elm anlayışının şərhinə nail olmasıdır. Kunun elmi prosesi
izah etmək üçün təqdim etdiyi model ənənəvi təfəkkürdə olduğu kimi kəmiyyət
dəyişiklikləri ilə artan düzxətli inkişaf prosesinə malik deyildir. Kunun düşüncəsinə
görə elm daha fərqli şəkildə inqilablarla öz dəyişimini həyata keçirir. Kunun təqdim
etdiyi mərhələlərin hər biri elm tarixində müəyyən bir zaman kəsiyini əhatə edir.
Ümumiyyətlə, Kunun düşüncələrini tam mənimsəmək üçün mərhələlərin hər birini
dərindən anlamaq çox vacibdir. Mərhələlər bunlardır: 1-normal elm formalaş-
mamışdan əvvəlki mərhələ, 2-normal elm mərhələsi, 3-normal elmin keçirdiyi
böhran mərhələsi, 4- inqilabın baş verdiyi mərhələ ve yeni paradiqmanın qəbulu.
Kuna görə normal elmdən əvvəlki mərhələdə elm xaotik xarakterə malik olur və bu
mərhələdə nəyin elmi olduğunu, nəyin elmi olmadığını müəyyən edən meyarlar
olmadığından elmdən danışmaq belə real görünmür: “Bir paradiqmanın və ya
paradiqma namizədinin olmadığı yerdə məlum bir elmin inkişafı ilə uzaqdan
N.N.Heybətova
240
yaxından əlaqəsi olan faktorların seçilməsi üçün hər hansı bir meyar olmur. Bunun
nəticəsində bu mərhələdəki fakt toplama prosesi daha sonraki mərhələdə olana
nisbətdə daha çox şansa buraxılmış bir fəaliyyətdir” (1, 88). Kun qeyd edir ki, bu növ
faktların toplanması hər bir elmin başlanğic mərhələsi üçün müəyən əhəmiyyətə
malik olsa da, çox ciddi qarışıqlıq yaratdığı da danılmazdır. Məsələn, Plininin
ensiklopedik yazılarını və ya XVII əsrdə Bekonun yazılarını incələyən birinin onlara
elm dəməyə dili gəlməyə bilər. Bu yazılar elmlə əlaqesi olmayan ideyalarla doludur.
Bu faktların ilk paradiqmanın yaranmasına şərait yaratması çox nadir rastlanan bir
vəziyyətdır. Buna səbəb isə bu tip qarışıq faktların müəyyən meyara tabe olmadan
toplanılmasıdır.
Bunu da qeyd etmək yerinə düşər ki, onun 1957-ci ildə çapdan çıxmış “Kopernik
inqilabı: Qərb düşüncəsində planetar astranomiya” adlı əsəri də paradiqmanın
formalaşmadığı zamana qədər olan elmi anlamaq üçün xüsusi əhəmiyyətə malikdir.
O, bu kitabda Ptolemeyin geosentrik nəzəriyyəsindən əvvəlki mərhələni təqdim
edərək müxtəlif məktəblər arasındaki fikir ayrılığını göstərmişdir. Hansı ki, bu
düşüncələr bir-birinə demək olar ki uyuşmur. Üstəlik çoxu da metafizik xarakterə
malikdir və bu iddialara elm demek isə mənasız görünür. Kitabında bəzi xalqların
özünəməxsus modeli ilə yanaşı Aristotelin, Platonun, pifaqorçuların hətta yerin
hərəkət etdiyini iddia edən antik müəlliflərin və s. fikirəri ilə də oxucunu tanış edir.
Lakin bu qarışıqlıqlığa son qoyan paradiqma Ptolemeyin ortaya atdığı nəzəriyyə olur.
Bu ideya digər düşüncələri sıxışdırıb və onların yerini almağa nail olur. Bu
sıxışdırma onları tam yox etmir. Kun qeyd edir ki, hətta Kopernik zamanında belə elə
insanlar var idi ki, müəyyən mənada ziyalı təbəqəyə aid olmalarına baxmayaraq
dünyanın kürə şəklində olmasına belə inamırdılar. Lakin bu sıxışdırma təbii ki, elmi
ictimaiyət tərəfindən olan sıxışdırmadır. Bu tip insanlar astronomlar tərəfindın ciddi
qəbul olunmurdular. Necə ki, günümüzdə təkamül ideyasına inanmayan insanlar
mövcuddur. Lakin elm bu baxımdan çox qəddardı. Təkamül nəzəriyyəsi biologiyanın
esaslarını təşkil edir. Ondan imtina etmək adi insan üçün mümkündü lakin bioloq
üçün heç də normal qarşılanan hall deyil. Bir astronom olmanın meyarı, qebul
olunmuş paradiqmanın mənimsəməsindən keçməsi normaldır. Mövcud paradiqma
formalaşmışsa ona alternativ fikirlər heç de elm adamları terəfindən birmənalı
qarşılanmır.
Kun “Elmi inqılabların quruluşu” əsərində paradiqmadan evvəlki mərhələni izah
etmək məqsədi ilə işığın və elektriyin təbiəti ilə bağlı elm adamlarının rastlaşdığı
çətinlikləri və onların absurd fikilərini nümunə göstərir. Bu səbəbdən elm tarixçisi
Vasko Ronçinin “İşıq tarixi” əsərindən bir parçanı qeyd edir: “Bizə ən uzaq olan
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
241
antik dövrdən XVII əsrə qədər heç bir dövrdə işığın mahiyyəti ilə bağlı ortaq qəbul
olunan bir fikir olmamışdır. Bunun əvəzinə bir-biri ilə yarışan bəzi məktəblər və
bunların da içində daha da alt gruplar vardır ki, hamısı da Epikürçü, Aristotelçi ya da
Platonçu nəzəriyyələrdən birini fərqli şəkildə mənimsəmişdi. Bir qismi işığı maddə
cisimlərindən çıxan parçacıklar olaraq görürdü. Diger bir qismi üçün isə işıq
cisimlərlə göz arasında yerləşən mühitin müəyyən dəyişimə uğraması idi. Başqa bir
grup isə işığı fiziki ortamda gözün çıxardığı maddə ilə gözün arasındaki qarşılıqlı
əlaqə kimi açıqlayırdı. Buna bənzər bir çox müxtəlif şərhlər var idi. Bu məktəblərdən
hər biri malik olduğu müəyyən metafizik düşüncədən güc alırdı və hər biri bağlı
olduqları paradiqmaya nəzərən hansı optik təzahürler onların nəzəriyyəsinə uyğunsa
həmin təzahürləri ön plana çıxarırdılar. Digər təzahürlərə isə ya inkişaf etdirilmiş
əlavə fikirlərlə yanaşılırdı ya da onlara gələcəkdə həll olunacaq çətin problemlər kimi
baxılırdı ”.
Nyutonun optik paradiqması ortaya çıxdı və zamanla rəqibləri üzərində qəti
qalibiyyət qazanmağa nail oldu. Bu paradiqmanın qəbul edilişi ilə eyni zamanda
optika sahəsində xaotik vəziyyətə son qoyuldu. Kun iddia edir ki, Nyutonun Optik
paradiqmasından əvvəl bu sahədə olan fəaliyyəti elm adlandırmamaq mümkündü.
Çünki, işığın təbiətini öyrənmək istəyən hər bir araşdırmacı demək olar ki, sıfırdan
başlamağa məcbur idi. Müəyyən meyarların olmaması yəni istər ölçü aparmaqdan
tutaq nəyin esas fakt kimi qeydə alınmasına qədər bunların hər biri barədə
araşdırmacı istediyi qərarı verməkdə sərbəst ola bilirdi. Təbii ki, bu tip fəaliyyət
Nyutonun gətirdiyi paradiqmadan sonraki elmi fəaliyyətə bənzəmir. Eləcə də bu
günki elmi fəaliyyətə uzaq bir fəaliyyət kimi görünür.
Daha sonra yuxarıda da qeyd etdiyimiz kimi Kun elm tarixindən başqa bir
nümunə daha gətirir. O qeyd edir ki, Elektrik barədə ilk paradiqmanın ortaya
çıxmadığı zamandan əvvəl demek olar ki elektriyin təbiətini araşdıran alim sayısı
qədər nəzəriyyə var idi və bunların hər biri çox əcaib, hətta günümüz üçün gülməli
səslənən təcrübələr apara bilirdilər. Məsələn, elm adamları düşünürdü ki, elektrik
maye təbiətinə malikdir və bu səbəbdən də onu şuşə içinə toplayacaq təcrübələr
aparırdılar. Lakin bu alimlərdən yalnız biri Benjamin Franklin doğru yol ilə getməyi
bacardı və onun açdığı cığırla gedən alimlər nəticədə elektrik barədə ilk
paradiqmanın meydana gəlməsinə nail oldular. Franklinin paradiqması nəticədə
hansı təcrübələrin yararlı hansının isə mənasız olduğunu meydana çıxardı.
“Bizi əsl təəccübləndirməli olan və dərinliyi baxımından elmdən başqa bəlkə də
heç bir yerdə bu dərəcəsinə təsadüf edə bilməyəcəyimiz ayrılığın sonrada böyük
ölçüde yox olmasıdır” (1-90). Bu ayrılığın aradan qalxması ilə kortəbii
N.N.Heybətova
242
istiqamətlənmiş elm peşəkar fəaliyyətə çevrilir və ciddi nailliyyətlərə nail olmağa
qadir olur. “XVIII əsrin ilk dörd onilliyində elektriklə bağlı yazı yazanlar elektrik
təzahürləri barədə XVI əsrdə yaşamış sələflərindən daha çox biliyə sahib idilər.
1740-cı ildən sonrakı yarım əsr ərzində isə kitablarına çox az yenilik əlavə edə
bildilər. Bütün bunlara baxmayaraq XVIII əsrin əvvəllərində Gray, Du Fay hətta
Franklin kimi elektrik araşdırmacılarını, eyni yüzilliyin sonlarında yaşayan
Kavendiş, Kulon və Volta kimi elektrikçilərin nailiyyətlərindən ayıran məsafə, XVI
yüzillikdəki elektrikçilərlə olan məsafədən çox daha böyükdü” (1-95). Bunun
səbəbini isə Kun belə açıqlayır: “Çünki, 1740-cı il və 1780-cı il arasında artıq
araşdırmaların istiqamətini müəyyən edəcək təməl atılmışdı. Artıq elektriyin təbiətini
araşdıran alimlər özləri üçün ortaq bir paradiqma müəyyən edə bilmişdilər. Bu isə
sürətli inkişafa səbəb olurdu”. Kun artıq bu mərhələni öz kitabında normal elm
mərhələsi adlandırır və bu mərhələnin xüsusiyyətlərini izah etmeye çalışır. Elmi
ictimaiyyətin bir paradiqmanı qəbul etməsiylə başlayan profesional fəaliyyəti özündə
əks etdirən normal elm mərhələsi daha əvvəlki mərhələdən çox daha məhsuldar
olmağı ilə seçilir. Eyni zamanda bu paradiqma müəyyən terminləri də özü ilə gətirir
ki, artıq bu elmi mühitin insanlarının ortaq bir dili formalaşır. Zamanla həmin
ixtisasdan olmayan insanların onların yazdıqlarını anlaması imkansız hala gelir. Kun
qeyd edir ki, bu problemdən çox insan günümüzdə şikayət edir, lakin bunu anlamaq
lazımdır ki, bu peşekarlıq üçün ən vacib məqamlardan biridir. İstiqamət dərinləşdikcə
yeni terminlərin yeni kəşflərin açıqlanması üçün istifadə olunması qaçınılmaz haldır
bu isə hər kəsin həmin istiqaməti anlaması üçün problem yaradırsa da elmi inkişafa
nail olmağın daha fərqli üsulu imkansız görünür.
“Paradiqma elmi ictimaiyyətin son dərəcə vacib olduğuna qərar verdiyi bəzi çox
əhəmiyyətlı problemləri rəqiblərindən daha uğurlu həll edə bildiyi üçün üstünlük
əldə etmiş olur. Yalnız uğurlu olması nə bir problemdə dəqiq nəticənin əldə
olunması, nə də bir çox problemdə bu nəticənin əldə olunması demək deyil.
Paradiqmanın uğuru – istər Aristotelin hərəkəti araşdırmasını, ister Ptolemeyin
planetlərin fəzadaki mövqeyinin hesablamasını, istərsə
də Maksvelin
elektromaqnetik sahənin hesablanmasında riyaziyyatın istifadəsi olsun, başlanğıcda
seçilmiş lakin hələ tamamlanmamış nümunələrdən əldə edilməsi umulan bir uğurun
xəbərçisi xarakteri daşımasıdır. Normal elm isə bu ümidin gərçəkləşdirilməsindən
ibarətdir”. (1-96) Kun daha sonra maraqlı bir iddia ilə çıxış edir;“Paradiqmanın bu
cür arxasında çoxlu təmizlik işi buraxdığının, yetkin bir elmin bilavasitə
nümayəndəsi olmayan çox az insan fərqindədi. Bu “təmizlik fəaliyyəti” bir çox elm
adamını bütün həyatı boyunca məşğul edəcək prosedurlardı. Hamısı da mənim
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
243
burada normal elm adlandırdığım fəaliyyəti meydana gətirir. İster tarixi tərəfdən,
istərsə də muasir loboratoriyalarda bu fəaliyyət yaxından incələndikdə insana
paradiqmanın təmin etdiyi, əvvəlcədən hazırlanmış və çox az dəyişdirilmə imkanı
olan bir qutuya təbitətin zorla yerləşdirilməsi kimi görünür. Normal elmin heç bir
hissəsi təbiətdən yeni bir fenomen çıxartmağa yönəlməmişdir. Tam tərsi bizim
qutuya uyğun olmayanlar diqqətə belə alınmaz. Elm adamlarının əsas məqsədi yeni
nəzəriyyələr ortaya atmaq olmadığı üçün bu tip nəzəriyyələr ortaya atıldığı zaman
diqqtətə belə almazlar”. (1-98)
Kunun bunun bəlkə də bir qüsur kimi başa düşüləcəyini qeyd etsə də bu
məqamın elmin irəliləməsi üçün çox vacib olduğunu vurğulayır. “Lakin paradiqmaya
olan inamdan qaynaqlanan bu məhdudiyyətlər elmin inkişafı üçün gərəklidir” (1-99)
“Paradiqma xaricə az çox qapalı və məhdud bir sıra problem üzerinə diqqətləri
toplamaqla, elm adamlarını təbiətin hər hansı bir hissəsini ağla bele gəlməyəcək
dərəcədə dərininə və ətraflı incələməyə məcbur etmiş olur.” (1-98) Kun faktlar
üzrəndəki bu elmi araşdırmaların 3 əsas diqqət nöqtəsini qeyd edir. “1-cisi şeylərin
təbiəti haqqında xüsusi ilə paradiqma tərəfindən ortaya çıxarılmış faktlar sinifidir”
(1-100). Qısaca izah etməyə çalışsaq məsələn astronomiyada ulduzların yerleri
böyüklükləri, fizikada maddelerin təziqə dayanıqlığlığı, xüsusi yer çekimləri, dalğa
uzunluqları, skeptrdakı mövqe, elektrik keçiriciliyi və s. kimi faktların vacibliyini
paradıqma elm adamlarına gösterdiyi üçün elm adamları esasən bunları müəyyən
etməyə çalışır. Bu zaman onlar yeni qeyri adı bir şey keşf etmirlər. Paradiqmanın
əvvəlcədən uzaqgörənliyi ilə ehtimal etdiyi problemlərlə məşğul olurlar. Bir çox elm
adamı uğurlarını nə isə yenilik kəşf eymələrinə borclu deyillər sadəcə olaraq
əvvəlcədən təxmin edilənləri müəyyən etmək üçün yeni metodlar tədbiq edərək daha
dəqiq nəticə əldə etməyə çalışırlar.
İkincisi isə paradiqlamın təsdiqi ile bağlı nəticə əldə etmək üçün müəyyən
cihazların ixtirası və müəyyən eksperimentlərin qoyulmasıdır. Məsələn “Kopernikin
dünyadan görülən şəkli ilə ulduzların hərəkətləri və uzaqlıqları barədəki təxminlərini
doğrulaya biləcək xüsusi teleskopların icadından, ilk olaraq Principianın (Kun
burada Nyutonun “Təbiət fəlsəfəsinin riyazi prinsipləri” əsərindən bəhs edir )
yazılışından bir əsr sonra icad edilən və Nyutonun ikinci qanununu ilk dəfə olaraq
mübahisəsiz şəkildə sübut etməyə nail olan Atvudun cihazı, Fukonun işığın havada
sudan daha süretli olduğunu göstərmək üçün icad etdiyi aparatı ya da neytronların
varlığının isbatı üçün böyük qıvılcımlanma cihazını və buna bənzər bir çox
nümunənin də göstərə biləcəyi kimi təbiət ilə nəzəriyyə arasındaki harmoniyanı daha
da yaxın etmek üçün ciddi cəhdə və yüksək intelektə ehtiyac vardır” (1-102). Bu
N.N.Heybətova
244
Kunun fikrinə görə birinciyə nisbətdə paradiqmaya daha çox bağlılıq göstərir.
Nyutonun 2-ci qanunu olmasaydı eslində Atvudun cihazının heç bir menasıda
olmazdı. Onun əldə etmiş olduğu nəticə də elm üçün dəyərli və diqqətə layiq bir
nəticə olmazdı.
Üçüncünü isə daha çox riyaziyyata bağlı elmlərdə görə bilirik. Paradiqmanın
əvvəlcədən təxmin etdiyi sabitlərin hesablanması, məsələn, gravitasiya sabitini,
kulon sabitini, plank sabitini qeyd etmək olar. Bu sabitlər nə üçündü? Və Nə üçün
əhəmiyyətə malikdi? Buna primitiv misal kimi pi ədədinin hesablanmasını qeyd edə
bilərik. Burada pi çevrenin perimetrinin diametrnə olan nisbətidir. Biz bilirik ki, bu
bütün çevrələr üçün standartdı. Yəni pi rəqəmini bilməsək o zaman sadəcə radiusu
verilmiş bir çevrənin perimetrini və ya sahəsini tapa bilməzdik. Düzdü fizikada
sabitlərin hesablanması pi rəqəbinin hesablanmasından daha çətindi. Çünki işə təbii
şərait bir çox cihazlar qarışır və zaman keçdikcə daha dəqiq cihazların müəyyən
olunması ilə ölçülər daha da dəqiqləşdirilir. Bu isə təbii ki, elm adamlarına yeni
metodlar sınaqdan keçirməsinə və yeni cihazlar ixtira etmələrinə stimul verir. Düzdü
pi rəqəmi ilə müqayisə aparsaqda təkcə bu fərqi qeyd etmek yerinə düşər ki, nəzəri
cəhətdən də baxıldığında gravitasiya sabitini hesablayarkən şəhərlər müxtəlif
meridianlar üzərində yerləşdiyi üçün Parisdə aldığın nəticə Bakıda aldığın nəticə
arasında fərq olacaq. Təbii bir çox amillər bu hesablamalara təsir göstərir. Yəni
sabitlərin hesablanmasında məqsəd bu təsirlərin nəzərə alınması nəticəsində dəqiqə
ən yaxın rəqəmin əldə olunmasına nail olmaq olur.
Kun normal elmi mərhələdəki mövcud paradiqmanın mükəmməl olduğunun
isbat olunmadığı məsələsində israr edir. Məsələn Nyutonun paradiqmasını götürək bu
mövcud müşahidələrə eksperimentlərə tam oturmasa da bir çox riyaziyyatçılar illərlə
hesablama aparıb bu problemlərin həllini tapmağa çalışmışdır və paradiqmadan
imtina etmək düşünülməmişdir.
Kun nəzəri baxımdan olan fəaliyyət üçün 3 əsas məqamı da qeyd edir 1-vacib
faktların müəyyən edilməsi, 2-fakt və nəzəriyyə arasında uyğunluğun müəyyən
edilməsi, 3-nəzəriyyələrin təhlil edilməsi. Kunun fikrinə görə bu üç məqam istər
nəzəri istərsədə empirik tərəfdən normal elm mərhələsini əhatə etdir və elm adamla-
rının məşğul olduğu problemlərin çox böyük hissesi normal elm mərhələsində bu
kateqoriyaların birinə daxil olur.
Normal elm mərhələsi əslində Kunun təqdimatında dogmatik bir mərhələ kimi
xarakterizə olunur. O, bunu mənfi hal kimi dəyərləndirmir. Çünki, elm adamın beyni
bu cür işləməsə məhsuldarlıq istənilən səviyyədə olmaz.
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
245
Bu mərhələdə əgər ölçmədə problem yaranırsa belə qüsur bu nəzəruyyədə deyil
elm adamında axtarılır. Yəni onun metodunda və yaxud istifadə etdiyi cihazda və s.
Bu qüsurlarında təbii ki səbəbləri tapılmağa çalışılır ki daha dəqiq hesablamalar apa-
rılsın. “Belə bir sual yaranır normal elmin məqsədi mahiyyətdə əsaslı yeniliklər tap-
maq deyilsə əgər gözlənən nəticəyə uzaq düşmək elm adamı üçün uğursuzluq sayılır-
sa- elm adamı bu problemləri həll etmək üçün nə üçün bu qədər zəhmət çəkir ?” (1-
114)
Bunun açıqlaması verən Kun qeyd edir ki, bilinəni ortalığa çıxartmaq üçün yəni
nəticə əldə etmək üçün esas işi maraqlı edən özünəməxsus metodun düşünülməsidir.
Ortada bir problem var və onun həllinin tapılması lazımdır. “Bu zaman elm adamının
problem həllindəki ustalığıda sübut olunmuş olur elm adamının bu qədər zəhmətə
qatlaşmasına situmul olan ən vacıb səbəb də “puzzle”ın çətinliyidir.” (1-115)
Təsəvvür edin ki, iki qutu var və siz “puzzle” həll etməlisiz və hissələr iki fərqli
qutudan təsadüfü çıxır. O zaman bu işi çox çətinləşdirər əslində isə bu proses heç əsl
sınaq xarakterinə belə malik deyil. Paradiqma normal mühit yaradır bu problemlərin
həlli üçün. Paradiqma bu problemə yol gösterici olmasa yeni problemin həllinə ümid
yaratmasa o zaman buna çox az sayıda insanın yönələcəyini qeyd etsək yerinə düşər.
Özünün paradiqmasına sahib olma xoşbəxtliyinə nail olmamış elmi istiqamətləri ilə
maraqlanan çox az sayıda fedakar tapmaq mümkün olur. Məsələn Freyddən öncə
psixologiyanın vəziyyətini ilə Freyddən sonraki vəziyyəti arasında çox ciddi fərq
var.
“Gördüyümüz kimi elmi ictiamiyyətin paradiqma sayəsində əldə etdikləri şey
mümbit şəraitdir. Yəni paradiqma keçərliliyini qoruduğu müddətcə bir cavabı
olduğunu bildiyimiz problemləri seçməyə yarayan bir meyardır. Elmi ictimaiyyətin
də elmi olaraq qəbul etdiyi, üzvlərini üzərində çalışmağa təşviq etdiyi tək növ
problem demək olar ki paradiqmanın istiqamətləndirdiyidir. Daha əvvəlləri standart
görülmüş olanlar da daxil digər problemlər metafizik olduqları səbəblə rədd edilir.
Elmi ictimaiyyət bunun başqa bir elm qolunun predmeti olduğuna qərar verə bilir.
Hətta bəzən zaman itirməyə belə dəyməyəcək qədər qarışıq olduqlarını iddia edir.
Elmi ictimaiyyət paradiqmaya əsaslanaraq cəmiyyət üçün əhəmyyəti olan bir çox
problemini sırf meyarına uymadığı üçün kənarlaşdırıla bilir. Çünki bu problemlər
paradiqmanın şərait yaratdığı anlayış və metodlarla ifadə edilməməkdədir” (1-116)
Normal elm mərhələsindəki bu aktivliyi təbii ki, oyuna olan maraq kimi də
anlamaq mümkündür. Kun qeyd edir ki, eslində elmi fəaliyyət üçün bir çox səbəb
göstərilə bilər. Xeyirli bir iş görmə arzusu, yeniliklər gətirmək v əya bilinən bilikləri
yenidən sınamaq istəyi. Lakin ən vacib olan məqam tapmaca həllidi. Elm adamına
N.N.Heybətova
246
əsas stumul verən özündən əvvəl heç kəsin tapa bilmədiyi tapmacaya cavab tapmaq
və ya bu problemi özündən əvəlki alimlərdən daha dəqiq həll edə biləcəyinə olan
iddiasıdır.
Kun qeyd edir ki, bir rəsmin hissələrini lazımı şəkildə yığmasan belə yəni
oyunun qaydasına uyğun olmasa belə o parçacıqlardan nə isə maraqlı və çox gözəl
şəkil almaq mümkün ola bilər. Lakin bu problemin həlli demək deyirdir. Problem o
zaman həll edilir ki, bu qaydaya uyğun edilsın. Məsələn, qaydaları olmayan bir
şahmat oyunu kimsəyə maraqlı olmaz. Ümumiyyətlə, oyun demək belə mümkün
olmaz. Əlbətdə hər fiqurun öz gedişi olmasa rəqibin şahını mat etmək imkansız olar.
Eləcə də vəzirlə piyadanın fərqi qalmaz. Vəzirin piyadadan daha dəyərli olmasının
səbəbi ele oyunun qaydasına görədir. Kun oyunda olan “qayda” anlayışının elmi
araşdırmadaki “baxış bucağına” yaxın olduğunu və eslində oyunlarla normal elm
mərhəsəindəki fəaliyyətin bənzədiyini qeyd edir. Kun eynı zamanda qeyd edir ki,
ümumi təməldə olan metafizik ideyalarında elmi fəaliyyətə təsiri danilmazdı. 1630-
cu ildən bəri xüsusi ilə də Dekartın esərlerinin ortaya çıxması ilə fiziklərin çoxu
kainatı miproskopik hissəciklərdən ibarət olduğunu düşünməyə başladı və bununla
da materiyanın yalnız maddə formasına diqqət çekildi. Hər şeyi maddənın fərqli
forması kimi düşünülməyə başladılar. Bu inanc isə istər kimyada istər fizikada bir
fundament rolunu oynadı. Məsələn, Kun “Kopernik inqilabı: Qərb düşüncəsində
planetar astronomiya” kitabında qeyd edir ki, Kopernik pifaqorçu və yeni platonçu
istiqamətdən təsirlənmiş biri idi. Bu səbəbdən də ona Ptolemeyin nəzəriyyəsi doğru
görünmürdü. Çünki riyaziyyat təbiətə tədbiq edilir olmalı idi, lakin bu sistemdə
hesablama xetaları açıq aşkar görünürdü. O zaman Allahın yaratdığı varlıq qüsurlu
sayılırdı ki bu da yaradıcının sonsuz ağlını qüdrətini şübhə altına alınması demək idi
və Kopernik eyni zamanda din xadimi idi və inanclı biri idi. Əslində Kun bir baxıma
haqlıdı fəlsəfi ideyaların daha sonra elmi axtarış üçün təməl və ilham qaynağı olduğu
da bir çox nümunə ilə təsdiq edə bilərik.
Kun hər hansı bir faktdan sonra belə elm adamlarının araşdırmalarının bir daha
əvvəlki kimi olmayacağını qeyd edir. Əgər hansısa bir qeyri adı fakt ortaya
çıxarılıbsa onun intensiv tədqiqi başlayır və nəticədə bilinməz olan fakt bilinir fakta
çevrilər. “Paradiqmanın təsiri altında edilen araşdırma eyni zamanda paradiqma
deyişiklihəyata keçirmənində en təsirli yoludu.” (1-135)
Yeni nəzəriyyənin ortaya çıxışı paradiqmada böyük ölçüde bir dağıntı ilə
xarakterizə olunur və normal elmin fundamental problemləri və metodunda böyük
dəyişikliklər meydana gəlir. Anomalilərin artıq izah olunmaz ve ciddi problem
yaratması ilə normal elm böhran yaşayır və ve bu böhran vəziyyət normal elmdən
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
247
evvəlki vəziyyətlə bənzərlık təşkil edir. Mövcud paradiqma artıq yararsız halda
olduğu anlaşılır və elmi inqilabın baş verməsi qaçılmaz olur. Kuna görə bu inqilab
nəticəsində elm adamı fərqli bir dünyadan başqa bir dünyaya köçmüş kimi olur.
Məsələn, geosentik nəzəriyəyə inanan bir insan üçün heliosentrik nəzəriyyənin doğru
olduğunu qəbul etdiyi zaman ördək artıq onun gözündə dovşan olur. Çünki, yeni
paradiqmanında təqdim etdiyi baxış bucağı çox fərqlidir. Paradiqmanın deyişməsi ilə
elm adamın dünyaya baxışıda dəyişir. O artıq əvvəlki dünyada yox yeni dünyada
yaşayır. Kun bu vəziyəti ifadə etmək üçün təcrübə zamanı hər şeyi tərs göstərən bir
eynəyi misal çəkir. Eynəyi istifadə etdiyin zaman tavan aşağıda olur və bu vəziyyət
başlanğıcda qəribə görünsə də bir müddət sonra buna alışmaq mümkün olur. Yeni
paradiqma da bu cür qeribə hal yaradır lakin onun qəbulu ilə yenidən normal elm
mərhələsi başlayır. Göründüyü kimi Tomas Kunun irsi elmin inkişafına nail olmaq
üçün özündə zəngin ip ucları ehtiva edir və Kunun fikiləri efektiv bir elmi
mədəniyyət formalaşdırmaq üçün olduqca faydalıdır.
N.N.Heybətova
248
Dostları ilə paylaş: |