Ateizm və Darvinizm idealogiyasının çöküşü
Bəşəriyyət tarixini araşdıran xüsusi ilə sosiologiya sahəsində tədqiqat aparan hər
kəs 19 – cu əsrin ateizm və materializmin inkişaf etdiyi əsr olduğunu görəcəkdir.
Bu dövrün ən önəmli hadisələrindən biri həmin əsrəcən dünyaya hakim olan
Teist (tək Allahlıq) inancı və dinlərə qarşı Ateizm düşüncəsinin meydana çıxmasidir.
Düzdür, Ateizm qədim zamanlardan bəri mövcud olmuşdur lakin, bu fikrin əsl
yüksəlişi 18 əsrdə Avropada bəzi fəlsəfə cərəyanlarının və siyasi hadisələrin
meydana çıxması ilə bağlıdır. Diderot, Baron de Holbak kimi materialistlərin
kainatin əzəldən mövcud olan maddə yığımından meydana gəldiyini və maddənin
xaricində heç bir aləmin olmadığını qeyd edirdilər. 19 əsrdən etibarən ateizm daha da
Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
317
inkişaf edərək öz yüksək zirvəsinə çatdı. Feyerbax, Marks, Engels, Nitşe, Durkeim,
Freyd kimi mütəfəkkirlər ateizmi müxtəlif fəlsəfi fikirlərlə izah edərək daha da
inkişaf etdirdilər. Ateizmə ən çox dəstək verən yaradılışı rədd edərək təkamül
nəzəriyyəsini irəli sürən Carliz Darvin olmuşdur. Darvinizm cərəyanı ateistlərin
əsrlər boyu “kainat necə yarandı” sualına elmi şəkildə cavab verməyə çalışırdı.
19 – cu əsrin sonlarında ateistlər özlərində hər bir şeyin cavabını elmi şəkildə
verdiklərini düşünürdülər. Onlar kainatın yaradılmadığını “kainat əzəldən mövcud-
dur, başlanğıcı yoxdur” fikrini söyləyirdilər. Kainatda olan nizam-intizamin təsadüfi
olduğunu, canlıların və insanların necə yarandığı sualına Darvinizm tərəfindən cavab
verildiyini zənn edirdilər. Tarix və sosyologiyanın Marks və Durkeim, psixologi-
yanın isə Freud tərəfindən ateist düşüncələrlə açıqlandığını düşünürdülər.
Lakin, bu görüşlərin hər biri elmi, siyasi və ictimai tərəqqi ilə darmadağın edildi.
Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər olan bütün
sahələrdə aparılan araşdırmalar və tədqiqatlar ateizm və darvinizm ideologiyasını
çökdürdü. Amerikali tədqiqatçı Patrik Glyan “God the Evidence” adlı əsərində
ateizmin çöküş səbəblərini qeyd etmişdir. Ateizmin çöküşü təkcə biologiya, astano-
miya, psixologiya, tibb kimi elm sahələrində deyil eyni zamanda siyasət və ictimai
əxlaq üzərində də olmuşdur.
Kominizmin yıxılması buna ən bariz misallardan biridir. Kominizm 19 əsrdə
ateizmin siyasi baxımdan güc sahəsi hesab edilə bilər. İdeologiyanın qurucuları olan
Marks, Engels, Lenin, Troçki ateizmi ən əsas prinsip olaraq qəbul etmişdirlər.
Kominizmin ən əsas məqsədlərindən biri dini inancları məhv edərək qarşısını almaq
idi. Stalin Rusiyası olmaq üzrə Makedoniya, Kamboca, Çin və sairə Qərb ölkələrində
xüsusi ilə müsəlmanlar olmaq şərti ilə dini inanclı şəxslərə böyük təzyiqlər və
represiyalar olmuşdur. Lakin, bu qanli Kominist sistem 1980 – ci illərdə təəccüblü
bir şəkildə çökmüşdür. Bu sistemin çökmə səbəblərini Patrik Glyan “God the
Evidence” adlı əsərində belə izah etməkdədir: “Tarixçilər kominizmin ən böyük
xətasının ekonomik qanunların rədd etməsində görürlər. Amma, başqa qanunlar da
vardır ki, kominizmin süqutunda mühüm rol oynamışdır. Tarixçilər sovet kominiz-
min süqut səbəblərini araşdırdıqda Sovet elitasının ateizim krizisinin sancıları içində
olduqlarını görməkdədirlər. Böyük yalana söykənən ateist ideologiyasının təsirində
olan Sovet sistemi sözün əsl mənasında demoralizasya yaşamışdır. Hakim dairə
olmaq şərti ilə Sovet xalqı hər bir əxlaqi duyğunu və ümüdü itirmişdir.”
Yuxarida qeyd edilən məlumatlardan məlum oldu ki, ateizmin, darvinizmin və
kominizmin süqutu idealist əsasli dinlərin bir daha dirçəlməsinə səbəb oldu. Müasir
texnalogiyanin inkişafi və müasir elmlərin ateist düşüncələri darmadağın etməsi
Elnur Kərim oğlu MUSTAFAYEV
318
xüsusi ilə Avropa və Amerikada İslama marağı artirdi, əsrlər boyu həmin qitələrdə
İslam haqqinda tam məlumatları olmayan əhalinin kütləvi informasiya vasitələrinin
inkişafi nəticəsində İslam haqqinda tam məlumat əldə edə bilməsi yüksək artımın
səbəblərindən biri olaraq qiymətləndirilir.
Müsəlmanların Amerika və Avropaya İnteqrasiyası
Qərb dünyasını əsas olaraq Rusiya, Qərbi Avropa və Şimali Amerika müsəlman
icmaları təşkil etməkdədir. Bu icmalar məskunlaşma areallarına, meydana gəlmə
tarixlərinə, qeyri-müsəlman cəmiyyətlərə inteqrasiya modellərinə görə və sosial-
siyasi fəallıqlarına görə bir-birilərindən fərqlənirlər. Bu üç icmanın tarixi və taleyi
müxtəlifdir.
Rusiya ilk dövrlərdən etibarən çox böyük müsəlman əhalisi nisbəti ilə slavyan-
türk birliyi əsasında yaradılan bir dövlət kimi təşəxxüs tapmışdır. Avropa və Amerika
isə müsəlman icmaların həmin ərazilərə immiqrasiya (mühacirət) hesabına formalaş-
mışdır.
Avropa qitəsinə müsəlmanların axını müstəmləkəçilik dövrü ilə bir başa əlaqəsi
vardır. Praktik olaraq əksər hallarda Avropa ölkələrinə müsəlmanlar sabiq müstəm-
ləkələrdən gəlmiş və gəlməkdə davam etməkdədirlər. Belə ki, müsəlmanlar Böyük
Britaniyaya Hindistan və Pakistandan, Fransaya Mərakeş və Əlcəzairdən, İtaliyay isə
Liviyadan gəlmişdirlər.
Amerikaya olan müsəlman immiqrasiyasının kökləri isə, Afrikadan qul qismində
gətirilmiş müsəlmanların zamanına gedib çıxır. Müsəlmanların öz doğma vətənlərini
qoyub ABŞ-a gəlmə səbəblərini artıran amillərdən biri də İslam dünyasının bir çox
ölkələrində baş vermiş siyasi sarsıntılarla da əlaqədar olmuşdur. Belə ki, Fələstin
faciəsi, Yaxın Şərq ölkələrində baş vermiş inqilablar, Əfqanıstandakı hərbi çevriliş,
Livandakı vətəndaş müharibəsi növbə ilə ABŞ-a olan yeni müsəlman mühacirəti
dalğalarına gətirib çıxarmışdı.
Lakin, bununla belə, ABŞ-ın, Avropanın və Rusiyanın müsəlman icmaları
arasında Qərb cəmiyyətləri ilə birgə yaşamın qeyd edilmiş üç modelinin
xüsusiyyətini müəyyən edən diqqətə layiq fərqlər vardır.
Məsələn, artıq çoxdan cəmiyyətin digər qisminin ayrılmaz bir hissəsinə
çevrilmiş Rusiya müsəlmanları, Qafqaz və Volqaboyunda daha çox təmərküzləşmə
ilə ölkənin bütün ərazisi boyu yayılmışlar. Uzun tarix boyunca müsəlmanlar onları
əhatə edən qeyri-islami cəmiyyətə kifayət qədər inteqrasiya edə bilmişdirlər və bu
gün istisnasız olaraq hakimiyyətin federal səviyyəsində, güc strukturları hətta məxfi
Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
319
kəşfiyyat orqanlarına daxil olmaqla hakimiyyətin və cəmiyyətin bütün sahələrində
təmsil olunurlar.
Avropa müsəlman icmasının xüsusiyyəti isə onun əsasən aztəminatlı qruplar və
aşağı kvalifikasiyalı (peşəkarlıq səviyyəsi) işçilərdən təşkil olunmasıdır. Bu
insanların bir çoxu özlərinin Avropada olmaqlarını bir təsadüfi, lakin məcburi bir
addım kimi qiymətləndirirlər. Belə ki, onların valideynləri öz vətənlərində mövcud
olan ağır iqtisadi vəziyyət ucbatından daha gözəl həyat axtarışı ümidləri ilə bura
gəlib çıxmışdılar. Yeni vətənlərindəki həyat tərzinin onların gözləntilərindən kəskin
şəkildə fərqləndiyinə görə, Avropa müsəlmanları arasında onları əhatə edən mühitə
qarşı məyusluq və nəsə bir soyuqluq hissi yığılmaqdadır. Bundan əlavə bir çox
Avropa müsəlmanları qapalı şəkildə, mahiyyətcə özünəməxsus bir gettoları
xatırladan ayrıca məhəllələrdə (kvartallarda) yaşayırlar. Bu isə öz növbəsində bu cür
müsəlmanlarda onların cəmiyyətin yerdə qalan böyük hissəsindən ayrı, fərqli olması
hissini gücləndirir. Fransada bu yaxınlarda baş vermiş qarışıqlıqlar da məhz belə
məhəllələrdə başlamışdı.
Amerikada isə müsəlman icması əsasən orta təbəqəyə mənsub olan ixtisas
sahiblərindən, yəni həkimlərdən, mühəndislərdən və alimlərdən təşkil olunmuşdur.
Belə vəziyyət isə ABŞ-ın müsəlman icmasının daxilində sosial inamı, cəmiyyət
tərəfindən öz inamını və onları əhatə edən cəmiyyətə və yeni vətənlərinə mənsubluq
hissini daha da gücləndirir.
Müsəlman əhalisinin ümumi yaşam yerlərində konsentrasiya tendensiyası
müşahidə olunan Avropadan fərqli olaraq, ABŞ-da İslam dini ardıcılları ölkənin
bütün ərazisi boyu kifayət qədər geniş şəkildə yayılmışlar. Lakin, bununla bərabər,
Rusiyada olduğu kimi ABŞ-da da müsəlmanların 70%-i ölkənin 10 ştatında
Kaliforniya, Nyu-York, İllinoys, Nyu-Cersi, İndiana, Miçiqan, Virciniya, Texas,
Oqayo və Merilend ştatlarında yaşayır.
Amerikanın müsəlman icması nisbətən qısa bir dövr ərzində 1920-ci illərin
əvvəllərindən XX əsrin sonlarına qədər 2000-dən çox müxtəlif tipli və istiqamətli
təşkilatlara kimi kifayət qədər böyümüşdür. Bu icma, öz müxtəlifliyi ilə unikaldır.
Belə ki, amerikalı müsəlmanların yalnız 35%-i ABŞ-da anadan olmuşlar, yerdə qalan
65%-i dünyanın 80 müxtəlif ölkəsində dünyaya gəlmişlər.
ABŞ-ın müsəlman icmasının dəqiq sayı barədə məlumat yoxdur. Belə ki,
Amerika qanunlarına görə, əhalinin say statistikası ilə məşğul olan qurumun –
«Əhalinin siyahıyaalınması üzrə Büronun» vətəndaşların dini baxışları barədə
məlumat toplamağa ixtiyarı yoxdur. Lakin buna baxmayaraq müxtəlif qiymətlən-
Elnur Kərim oğlu MUSTAFAYEV
320
dirmə və statistik araşdırmalar Amerika Birləşmiş Ştatlarında müsəlmanların sayının
təqribən 9 milyon nəfərə kimi çatdığından xəbər verir.
Tanınmış «Pew Research Center» sosioloji araşdırma mərkəzinin 2007-ci ilin
may ayında apardığı «Muslim Americans: Middle Class and Mostly Mainstream»
adlı tədqiqat işində ABŞ – dakı İslam icması ilə bağlı aşağdakı statistik məlumatları
paylaşıb. Şimali Amerikada yaşayan müsəlmanların ümumi sayının 35%-ni təşkil
edən bu ölkədə anadan olmuş müsəlmanların 20%-i afro-amerikan icmasında yerdə
qalan 15%-i isə ağdərili İslam dinini sonradan qəbul edənlər də içində olmaqla, digər
icmalarda təmsil olunmuşdurlar. Bu 35% göstəricinin içərisində İslam dinini
sonradan qəbul edən həm ağdərili və həm də qaradərili yeni müsəlmanların nisbəti
21%-dir. ABŞ xaricində anadan olmuş 65% amerikalı müsəlmanın 18%-i bu ölkəyə
2000-2007-ci illər arasında, 21%-i – 1990-1999-cu illər ərzində, 15%-i – 1980-1989-
cu illər ərzində və 11%-i isə – 1980-ci ilə qədər köçüb gələnlər təşkil edirlər.
Araşdırmaların sonunda «Pew Research Center» tədqiqat mərkəzi bu nəticəyə
gəlir ki, çox rəngarəng tərkibli və əsasən də mühacirlərdən təşkil olunmalarına
baxmayaraq, Amerika müsəlmanları öz dünyagörüşlərinə, dəyərlərinə və baxışlarına
görə özlərini yabançıdan çox amerikalı hesab edirlər. Tədqiqat müəllifləri bu fikri
amerikalı müsəlmanların gəlirlərinin həcmindən və təhsil səviyyələrinin yüksək
olması faktından əldə etmişdirlər. Qeyd edilən faktlar amerika müsəlmanlarının
cəmiyyətə daha tez inteqrasiya edərək uyğunlaşdığını göstərir. Bundan əlavə
tədqiqatın əldə etdiyi məlumatlara görə ABŞ – dakı müsəlmanlar öz həyatlarından və
yaşayış durumundan Avropa və digər ərazilərdə yaşayan dindaşlarından daha çox
razı qaldıqalrını və mötədil görüşə sahib olduqlarını göstərir. Amerika müsəlmanları
əmindirlər ki, ABŞ-a gələn mühacirlər özlərini onları əhatə edən cəmiyyətdən
fərqliliklərini qoruyub saxlamağa cəhd etmək əvəzinə, Amerika adət-ənənələrini
qəbul etməyə çalışmalıdırlar. Belə ki, Amerika müsəlmanlarının böyük hissəsi
dininin göstərişlərinə əməl edən və inanclı müsəlman olmaqla bərabər müasir
cəmiyyətin həyatında tam şəkildə iştirak etmək arasında heç bir zidiyyət görmürlər.
Yaşlı amerikalı İslam ardıcıllarının dörddən üçünün (74%-nin) yaşı 50-dən aşağıdır.
Kollec məzunları arasında müsəlman məzunlarının payı orta hesabla bütün ölkə üzrə
olan məzunların faiz nisbətindən iki dəfə çoxdur. Bu zaman, ölkə üzrə orta məzun
buraxılışının 25%-nin qarşılığında müsəlman məzunların buraxılışı 58% təşkil
etmişdir. Amerika müsəlmanlarının yarısının illik ailə gəliri 50.000 dollardan daha
yüksəkdir. Məhəmməd Naymer özünün «The North American muslim resource
guide» nəşrində bu cür qənaətə gəlmişdir : “ Bu gün amerika müsəmanları getdikcə
daha çox qloballaşan sistemin tərkib hissəsinə çevirirlər. Bütün əlamətlər və
Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
321
göstəricilər İslam ardıcılları arasında Amerika vətəndaş və siyasi-ictimai həyatına
olan meyli (oriyentasiya) güclənməkdədir.”
11 Sentyabr hadisəsi
11 sentyabr hadisəsindən on üç il keçməsinə baxmayaraq bu mövzu öz
aktuallığını itirməmiş və hər il müxtəlif elmi məqalələr yazılıraq tədqiqtlar aparılır.
Bir çox alimlər və siyasətçilər 11 sentyabr terror aktının İslam dünyasına qarşı nifrət
gətirəcəyinə və ən azı Amerika və Avropada sürətlə gedən islamlaşmanın qarşısını
alacaqdır. Lakin, İslam əleyhinə düşünülmüş bu addım əks təsir göstərərək qeyri –
müsəlmanların İslamla maraqlanmasına gətirib çıxardı. Bu hadisədən sonra kütləvi
informasiya vasitələrinin müsəlmanları terrorçu kimi qələmə verməsinə baxmayaraq
insanların bir çoxunu müsəlmanların kim olduğunu və necə yaşadıqlarını anlamaq
üçün İslamı öyrənməyə vadar etdi. Görəsən doğrudandamı onlar 11 sentyabr
hadisəsində iştirak ediblər? sualı qeyri – müsəlmanları İslam haqqında kitablar
almağa və araşdırmalar aparmağa vadar etdi və nəticədə bir çox amerikalılar,
britaniyalılar və dünyanın başqa millətlərinin nümayəndələrinin İslamı qəbul
etməsinə səbəb oldu. 11 sentyabrdan sonra İslama olan böyük maraq yeni iman
gətirənlərin sayını artırdı. Aşağıda bəzi mötəbər və nüfuzlu mətbuat vasitələrində
dərc olunmuş 11 sentyabr hadisəsindən sonra dünyada İslam dini ilə bağlı baş vermiş
proseslər haqqında bəzi tədqiqatçıların fikirlərini qeyd edəcəyik.
«The Observer» qəzetində 1 sentyabr 2002 ci ildə dərc olunmuş nəşrində Martin
Brayt yazır: “ İslama maraq hissi təyyarə qaçırdanların cinayətindən sonra artmışdır.
Bir il qabaq müsəlmanlar ehtiyat edirdilər ki, Nyu-York və Vaşinqtonda təxminən
3000 insanın həyatına son qoymuş terror hadisəsindən sonra onların dininin nüfuzu
korlanacaqdır. Lakin indi isə Böyük Britaniyadakı müsəlmanlar "11 sentyabr
faktoruna" öz dinlərinə maraq artıran səbəb kimi baxırlar. Müsəlmanların müqəddəs
kitabı olan Quranın satışı bütün mövcud rekordları vurmuşdur. Quranın ingilis dilinə
tərcüməsinin nəşri ilə məşğul olan tanınmış "Penguin" nümayəndələri 11 sentyabr
hadisəsindən sonra üç ay ərzində bu kitaba olan təlabatın 15 dəfə artdığını qeydə
almışdırlar. Bu hadisədən sonra qeyri – müsəlmanlar arasında İslam və Məhəmməd
(s) peyğəmbərin həyatı haqqında maraqlananların sayı artmış və bu mövzular
haqqında daha çox məlumat topladıqları müşahidə olunmuşdur”
«The Times» qəzetinin 7 yanvar 2002 – ci ildə nəşr olunan çapında Qaylz
Vayttell "Allah mənim ürəyimin qapısını döydü" adlı məqaləsində yazır :“Paradoksal
haldır, 11 sentyabrdan sonra İslama iman gətirənlərin sayının artmasına dair
inandırıcı dəlillər vardır və bu nəinki Böyük Britaniyada baş verir, həmçinin Amerika
Elnur Kərim oğlu MUSTAFAYEV
322
və bütün Avropada da belədir. Danimarkanın İslam mərkəzlərindən biri yeni iman
gətirənlərin sayının on dəfə artdığını qeyd etmişdir və keçmişdə katolik olmuş
irlandiyalı xanımın rəhbərlik etdiyi Leyçesterdəki Yeni Müsəlman Layihəsi bəyan
edir ki, İslama dininə mütəmadi insan axınını baş verir.
Bu insanların İslama gəlişi Qərb dünyasını daha çox heyrətləndirir. Onlar özləri
üçün yeni olan bu dini digər dünya dinlərindən seçiblər. Seçim azadlığı olduğu halda
çox zaman öz şəxsi mövhumatlarını və valideyinlərinin mövhumatlarını qət etməli
olurlar. Onlar çox fəaldırlar lakin, bununla bərabər kifayət qədər dözümlüdürlər.
Onlar bizim kimidirlər, eyni zamanda hardasa bizim kimi deyildirlər. Onlar
müsəlmandırlar. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında oruc tuturlar
və bu dünyadan getməmiş Məkkəni ziyarət etməyi ümid edirlər. Onlar mobil
telefonlara "Əssələmu-Əleykum" deyə cavab verirlər”
«Californian North Country Times» qəzetinin ştat müxbiri Aqness Diqs “ 11
sentyabrdan sonra İslama fövqəladə gəliş” adlı məqaləsində qeyd edir: "2001-ci ildə
beynəlxalq tədqiqatlar üzrə Şimali Karolina universitetinin professoru İhsan
Baqbinin rəhbərlik etdiyi və Vaşinqtonda yerləşən Amerika və İslam Münasibətləri
Şurasının keçirdiyi sorğunun nəticələrinə görə 20 000 amerikalı İslam dinini qəbul
etmişdir və onların təxminən 7000-i qadındır. Bəzi din xadimləri isə bildirirlər ki, 11
sentyabr hadisəsindən sonra İslama iman gətirənlərin sayı dörd dəfə artmışdir.”
“The New York Times” qəzetinin müxbiri Codi Vilqoren "İslam minlərlə insanı
cəlb edir" məqaləsində belə bir qənaətə gəlir: “Birləşmiş Ştatlarda İslam dini öz 6
milyonluq tərəfdarı ilə ölkədə ən çox artan din kimi hesab edilir. Buna səbəb
müsəlman mühacirlərin sayının çox olması, müsəlman ailəsində doğumun yüksək
səviyyəsi və bu dinə gələnlərin geniş yayılmasını göstərmək olar. Ekspertlərin birinin
verdiyi qiymətə görə bir ildə ABŞ-da 25 000 nəfər İslam dinini qəbul edir, digər
tərəfdən isə bəzi dini xadimlər iddia edirlər ki, 11 sentyabr hadisəsindən sonra bu
rəqəm dörd dəfə artmışdır.”
«National Post» qəzetinin müxbiri Marina Cimenes yazır: “11 sentyabr
hadisəsindən sonra həm Birləşmiş Ştatlarda həm də Avropada İslam dinini qəbul
edənlərin artımı başlamışdır. Bir çox amerikalı və avropalı yeni imana gələnlər,
Bostonun İslam Cəmiyyətinin təşkil etdiyi mədrəsələrə gələn müsəlmanları
xatırladırlar. Onlar terorizmi dəstəkləmir və "Əl-Qaidəni" ittiham edirlər. Onlar yaxşı
təhsil almış, fəal, çox vaxt keçmiş xristianlardırlar, ancaq onların arasında yəhudi və
induslar da vardır. Bu ölkədə 6 milyon müsəlman vardır və onların 30%-dən çoxu
məscidlərə gedirlər.”
Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
323
İslam dinin sürətlə artmasına müasir elmin inkişaf etməsi və bəzi yeni tapılmış
elmi həqiqətlərin Qurani Kərim ayələri ilə üst – üstə düşməsi faktoru da əlavə amil
kimi də misal göstərilə bilər. Bundan əlavə İslam dini insanları maraqlandıran
inancla bağlı suallara digər dinlərdən daha real və məntiqli cavab verməsi, humanist
və əxlaqi dəyərlərin daha mükəmməl olması insanların islama daxil olma
səbəblərdəndir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1) Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in
a Postsecular World, Prima Publishing, California, 1997, s. 19-20, 53
2) Teror in America, Muslim American Leaders: A Wave of Conversion to
Islam in the U.S. Following September 11, MERIM Special Dispatch.
3) Islam Growing in America- U.S Military, American Forces Press Service.
4) Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition,
Harvard University Press, 1964, s. 184
5) Military Muslim Life Meld on U.S. Bases, The Washington Post, 21
December 1998
6) The New York Times, 20 November 2001
7)
ملاعلا يف ملاسلإا راشتنإ
,
ملقب
/
ليحكلا مئادلا دبع
,
ةلاسر
ناوخلإا
2009 / 27
-
10
-
16
لاوش
1430
ـھ
ددعلا
612
8)
"ايناطيرب"و "اكيرمأ" ..برغلا يف ملاسلإا راشتنا ةرھاظ
اجذومنأ
,
,رابخلأا رصتخم
ليصأتلا زكرم
ثوحبلاو تاساردلل
25/2/1434
---
07
-
01
-
2013
9) Hüriyyet, 11 Ocak 2011
10) Miliyyet 12 Ekim 2011
Elnur Kərim oğlu MUSTAFAYEV
324
XÜLASƏ
Təqdim olunmuş məqalədə son əlli ildə müsəlmanların sayının dünya ölkələri
üzrə sürətlə artmasından bəhs edir. Bu məqalədə dünyada yaşayan müsəlmanların
regionlar üzrə statistik göstəriciləri və İslam dininin qeyri – müsəlman ölkələrində
sürətlə yayılma səbəbləri tədqiq edilmiş və bir çox nüfuzlu alimlərin və müxbirlərin
fikirləri qeyd edilmişdir.
SUMMARY
The article presented about the rapid increase in the number of Muslims in the
world in the last fifty years. İn this article has been studied the statistical indicators
muslims around the world and the reasons for the rapid spread of Islamic religious in
non-muslim countries and has been noted the opinions of many influential scientists
and reporters.
РЕЗЮМЕ
В статье представлена быстрорастущая исламская религия в мире за
последние пятьдесят лет. В этой статье обследованы статистические данные в
мусульманских регионах и причины быстрорастущей исламской религии в не
мусульманские странах. Отмечены мнения многих влиятельных ученых и
журналистов.
Çapa tövsiyə etdi: dos., f.f.d. S.S.Süleymanov
Tefsirde Yapısalcılık: İmkânı ve Sorunları
325
TEFSİRDE YAPISALCILIK: İMKÂNI VE SORUNLARI
Dr. Muhammed COŞKUN
Öz: Yapısalcılık, Sosyal Bilimlerde nesnellik arayışının bir sonucu olarak
değerlendirilen ve başta dilbilim olmak üzere birçok olanda geçen yüzyılda revaç
bulmuş olan bir yöntemdir. Nesnellik arayışı nedeniyle Kur’ân tefsirinde de bu
yöntemin kullanılabileceği düşünülmüş olmakla beraber, Tefsir ilminin usûl kaideleri
içerisinde yer alan Esbab-ı Nüzûl olgusu ile olan uyuşmazlığı nedeniyle çeşitli
problemlere de yol açabilecek bir nitelik arz etmektedir. Bu yazıda yapısalcığın genel
özellikleri ve metin analizinde esas aldığı ilkeler kısaca tanıtılmış ve bu yöntemin
tefsirde sağlayabileceği imkânlara ve neden olacağı sorunlara işaret edilmeye
çalışılmıştır.
Dostları ilə paylaş: |