RESUME
Intercultural dialogue and universal system of values
Gunduz Suleymanov
This article investigates the role of universal values on inter-civilizational
dialogue in modern conditions. First of all, the globalization and global
informationalization, which define the social-cultural attitude of age, as civilization
and universal values. It is pointed out despite the fact that each content of
civilizations shapes some factors; the core of it is established by social-cultural
sphere. The sphere contains certain system of value, which supplies specifically.
Therefore, the dialogue of civilization transfers into values.
Çapa tövsiyə etdi: f.e.d. Sakit Hüseynov
Texnikanın inqilabi funksiyası
299
TEXNİKANIN İNQİLABİ FUNKSİYASI
Ləman Əliyeva
BDU-nun fəlsəfə kafedrasının doktorantı
Açar sözlər: texnologiya, təbiət, texniki tərəqqi, informasiya cəmiyyəti.
Ключевые слова: технологии, природа, техническое развитие,
информационного общества.
Keywords: technology, nature, technical development, information society.
İnsanın təbiətdən, təbii yaşayış mühitindən asılılığı bəşər tarixinin bütün
mərhələlərində mövcud olmuş, daim dəyişilmiş və ziddiyətli surətdə inkişaf etmişdi.
Tarix boyu insanlar öz dəyişdiricilik qabiliyyətini inkişaf etdirib təkmilləşdirərək, hər
dəfə təbii mühitdən öz məqsədləri üçün istifadə edilməsi imkanlarını artırmışlar və
bununla da təbiətlə öz qarşılıqlı münasibətlərinin xarakterini də dəyişdirmişlər.
Texniki imkanları kəskin şəkildə artmağa başlayan insan təbiətlə eyniləşən
məxluqdan ondan fərqlənən fəal varlığa çevrildi, tədricən təbiəti özünə yad olan bir
qüvvə kimi qəbul etməyə başladı. F.Bekon bu barədə yazırdı ki, elm və texnikanın
məqsədi təbiət üzərində ağalıq etməkdən ibarətdir. Bunun üçün isə təbiəti dərk
etmək, onu sınağa məruz qoymaq lazımdır. “Qoy heç kəs təbiəti kifayət qədər
öyrənmədən idarə etmək və ya onu dəyişdirməyə ümid etməsin”.
Texnikaya, onun cəmiyyətdəki yeri və oynadığı roluna görə münasibətlər həmişə
müxtəlif olmuşdur. Beləki texnikanın yenicə meydana gəlib formalaşdığı dövrdə ona
optimist münasibət mövcud olmuşdur. İnsan texnikada özünün təbiət üzərində
güclülüyünü görmüşdü. Promotey, Dedal və onun oğlu İkar haqqında rəvayətlərdə,
Babilistan qüllələrinin tikilməsi haqqındakı dini yazılarda da bunu aydın görmək
olar. Orta əsrlər də texnikaya münasibət dəyişilir, ona şeytan əməli kimi baxılırdı.
Həmin dövrdə bir çox texnika yaradıcıları inkivizisiyanın qurbanlarına çevrilmişlər.
Texnikaya optimis baxışlar maarifçilik dövründə bərpa olunmağa başladı. ETT-in
baş verdiyi XX əsrin 50-70-ci illərində texnikanın sürətli inkişafı və onun məişətə,
istehsala daxil olaraq keyfiyyəti yüksəltməsi böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Ancaq bu uzun sürmədi, beləki 70-ci illərdən başlayaraq texniki pessimizm, texnika
vahiməsi formalaşmağa başladı. Bir qrup filosof və sosioloqlar ETT-in ekoloji
Ləman Əliyeva
300
nəticələrinin insana yad bir qüvvə olduğunu irəli sürüb əsaslandırmağa başladılar.
İstər texniki pessimizm, istərsə də texniki optimizm ümumi fəlsəfi mənada texnisizm
nəzəriyyələri olmaqla texnikanın nisbi müstəqilliyini birtərəfli şəkildə izah edirlər.
Ancaq nəzərə alınmalıdır ki, texnika sivilizasiyanın əsası və məhsuludur ondan necə
istifadə olunması isə cəmiyyətin mədəniyyətindən asılıdır.
Ümumiyyətlə həyatın bütün axarını texnika ilə doldurmaq qəzaların və bir
sıra başqa texniki hadisələrin sayını çoxaldır. Bütün bunlara baxmayaraq nəzərə
çatdırılmalıdır ki, texniki tərəqqi qarşısıalınmaz prosesdir.
İnformasiya-kompyuter inqilabı ictimai həyatın bütün sahələrini – maddi
istehsal və əmək, siyasət və təhsil, incəsənət və s. sahələri əhatə etmişdir. Artıq
texnika və texnologiyanın təbiət və cəmiyyətə təsiri bilvasitə deyil bilavasitədir.
Yəni bu təsir artıq dolayısı ilə deyil birbaşadır. Beləliklə cəmiyyət həyatının yeni
sferası – “texnosfera” meydana gəlir. Onu yaratmaqla insan təbiəti sıxışdırır, bu
da bir sıra fəlakətlərə gətirib çıxarır, təbii ehtiyatların yenidən bərpa olunması
prosesi kəsilir.
Son dövrlərdə “hipermodernizm” və yaxud “texnos” termini meydana gəlib.
Hipermodernizmə postmodernizm də deyilir. Texnikanın fəaliyyət vasitələrindən
mədəniyyətin yerinə keçən bir dünya – Texnos yaranır. Bu nəzəriyyənin
tərəfdarları göstərirlər ki, axırda mədəniyyət ölür və texnologiyaya çevrilir. Bu
nəzəriyyə təsdiq edir ki, təkamül bütövlükdə min illərlə vəhşilik və barbarlıqdan,
sonra isə əsrlərlə mədəniyyət və sivilizasiyadan keçir; indi isə biz informasiya və
texnika dövrünə daxil oluruq.
Hipermodernizm tərəfdarları sübut etməyə çalışırlar ki, əgər təbiət –
naturalizm, mədəniyyət – modernizmdirsə, Texnos – hipermodernizmdir. Təbiət
artıq keçmiş, baş vermiş Varlıqdırsa, mədəniyyət indiki dövürdə baş verən
proses – Yaranmadırsa, Texnos – gələcəkdir, layihədir, yaradıcılıqdır. [9,208]
Texnikaya baxış istər qədim dövürdə, istər orta əsrlərdə, istərsədə müasir
dövrümüzdə fərqli olmuşdur. Onun təbiətə, insana təsirini araşdıran alimlərin
fikri birmənalı olmamışdır.
XX əsrdə yaşamış bir sıra filosoflar texnikanın inkişafı ilə əlaqədar dəyərli
ideyalar vermiş və fikirlər söyləmişlər. Onlardan biri olan M. Haydegger yazırdı:
“İnsan üçün təhlükə maşınların, müxtəlif qurğuların mümkün məhvedici
təsirində deyildir. Əsl qorxu, təhlükə artıq insanın öz mahiyyəti tərəfindən
gözlənilməlidir”.[5,227] Haydeggerin fikrincə, texnika –insan və dünyanın xüsusi
əlaqə növünün ifadəsidir, bu zaman insanın əldə etmək, istismar etmək meyli
reallaşır. Dünya insan üçün yalnız öz imtiyazlarını ödəməyən bir vasitədir,
Texnikanın inqilabi funksiyası
301
texnika- bu materialı istifadə etmək üsuludur. Axırda insan özünü “ dünya
hökmdarı ” hesab etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində
özü də bir əşyaya dönür. Texnika insanı ələ alır, özünə tabe edir, hətta öz
elemetinə çevirir”.
Texnika mövzusunda Haydeggerin maraqlı əsərlərindən biri “Texnika
məsələsi” dir. (1949). Demək olar ki, Haydeggerə qədərki dövrdə texnikanı
müsbət qiymətləndirirdilər ; bircə qorxu var idi ki, birdən onu düzgün istifadə
edə bilməzdilər (O. Şpenqler). Müasir texnikanın mahiyyəti budur ki, o insanın
dünyaya olan münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni
formasıdır. Texnikanın təhükəliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini
dəyişdirir. İnsan indi o tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə, daha da
dolaşır. Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istfadəsinin sosial
nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.
Alman eksiztensializminin digər nümayəndəsi K. Yaspers “Müasir texnika” adlı
məqaləsində texnikanın mahiyyətini belə izah edirdi ki, texnika yalnız məqsədə nail
olmaq üçün vasitəçi kimi yaranır və fəaliyyət göstərir. Texnika düşüncə fəaliyyətinə,
hesablama, mümkün nəticələrin öncə görmə imkanlarına əsaslanır. Texnika
mexanizmlərdən istifadə edərək, öz imkanlarını kəmiyyət münasibətlərinə çevirir.
Texnikanın mahiyyəti insanı təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür
olur: enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri.
Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texniki vasitə məqsədə
çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnikanın kəşfi qədim dövrlərə
təsadüf edir; müasir texniki tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən
təbii elmərin, əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası və nəticəsidir.
Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin xarakterini dəyişdirir,
özgələşmə prosesini artırır; müəssisələr böyüyür, bürokratiyanın mövqeləri artır və
genişlənir.
O.Şpenqler də texnikanı təbiətin üzərində “zorakılıq” aləti olduğunu hesab
edirdi. Öz insani mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki
sivilizasiya binasının əzəməti artdıqca, bu binanı yaradan insanın mənəviyyatı
əksildikcə, onun özünə burda daha az yer qalır. Texnika insan nəslinin acı taleyi,
onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda təbiətin üzə-
rində öz qüdrətinin hökmranlığının rəmzini görür, nəticədə isə texnika “Faust”
(İ.V.Hötenin yaratdığı bədii obraz) sivilizasiyanın məhvinə qaçılmaz süqutuna
gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər rasional, nə qədər intensiv olarsa,
texnikanın nəticələri bir o qədər irrosional və dağıdıcı olur. [ 7, 462]
Ləman Əliyeva
302
Texnikanın inkarı ideyası Frankfurt məktəbinin sosial fəlsəfə nümayəndələri
tərəfindən irəli sürülüb. Onlara görə həqiqi insan mövcudluğu təbiət ilə
ünsiyyətdə olmaqdır, təbiətin və insanın durmadan ram edilməsi deyildir.
Tənqiddən kənara çıxmayan frankfurtçular utopiya həddlərində qalmışdılar.
Məsələn, H.Markuze hesab edirdi ki, müasir texnika və istehsal həyatın
instinklərinə uyğunlaşmalıdırlar. A.Qelen və Y.Habermas məsələnin həllini
liberal burjua demokratiyasının təkmilləşməsində görürdülər. “Texniki determi-
nizm” nümayəndələri isə (məs,X.Şeleki) hesab edirdilər ki, elmi – texniki tərəqqi
prosesini humanistləşdirmək cəhdləri əbəsdi; yalnız elmi – texniki tərəqqinin
rasional qüvvəsi sosial fəallıqdakı irrosional, dağıdıcı meyllərə son qoya bilər.
Frankfurt məktəbinin digər nümayəndəsi T. Adorno cəmiyyətdə texnikanın
rolunun belə səciyyələndirir: “Müasir texnikanın insanlara fayda və ya zərər
gətiriməsi nə texniklərdən nə də texnikanın özündən asılıdır; əsas məsələ - onun
cəmiyyət tərəfindən necə istifadə olunması, cəmiyyətin obyektiv strukturların n
insan ləyaqətinə cavab verib verməməsi məsələsidi ”. [2, 239]
Qeyd etdiyimiz kimi, texnikanın fəlsəfi problemləri Qərbdə yüz ildir ki,
öyrənilir. Almaniyada, digər ölkələrdə texnikanın fəlsəfi problemləri beş
istiqamət üzrə öyrənilir: texniki elmlər, eksiztensializm, sosial antropologiya,
Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi, texnika. Təbiət və cəmiyyətin
qarşılıqlı əlaqəsinin etik problemləri. Fransada bu problemin basqa tərəfi –
texnika və mədəniyyət, texnika və əmək, əməyin ekzistensial təhlili, texnikanın
inkişafının epistemoloji problemləri də öyrənilir. Ümumiyyətlə, cəmiyyətin
inkişafında texnika bir paradoksal (həll olunmaz ziddiyyətlərin vəhdəti) vəziyyət
yaratdı: texnika həm insanın mövcudluğunun əsası, həm də təbii mühitə, insan
mənəviyyatına, onun fiziki varlığına qarşı çıxan dağıdıcı qüvvə kimi çıxış edir.
Beləliklə, nikbinlik baxımından texnikanın rolunu qiymətləndirmək cəhdləri
əhəmiyyətsiz olub, sosial tərəqqiyə inam şübhə ilə əvəz olunub, “Alternativ”
mədəniyyət və aləmlər yaratmaq cəhdləri göstərilsə də, (E. Fromm, H.Markuze, O.
Ulrix və basqa.), onlar sosial səviyyədə qalmaqda davam edir. Bununla belə Qərbdə
bu çətin problemi həll etmək ümidin itirməyiblər. Elmi – texniki tərəqqini idarə edən
sosial mexanizmləri təkmilləşdirmək zərurətini başa düşən tədqiqatçılar idarəetmə
sahəsində otuz ilə yaxındır ki, “texnikanın qiymətləndirilməsi” hərəkatını yaradıblar.
Əsas məqsəd elmi texniki tərəqqinin nəaliyyətləri və nəticələrinin müxtəlif, bəzən
ziddiyyətli mövqelərdən qiymətləndirilməsini aradan qaldırmaqdır. Texniki inkişafın
qeyri – müəyyənliyi artdıqca, bütöv, çox mürəkkəb texniki sistemlər üzərində nəzarət
Texnikanın inqilabi funksiyası
303
məsələsinin əhəmiyyəti də artdı. Texnikanın beynəlxalq səviyyədə idarə olunması
problemi də meydana gəldi.
Fransa tədqiqatçısı J. Ellül “texniki determinizm” prinsipini tənqid edərək,
elə bir “müstəqil” sosial və siyasi qruplar yaratmağı təklif edir ki, onlar, şüurlu
şəkildə texniki sivilizasiyanın nemətlərindən imtina etsin, texniki xaosa qarşı
çıxa biləcək avtonom mədəniyyət yaratsın (o cümlədən, fəlsəfə, incəsənət, ənənə,
ailə və şəxsi həyat formalarını və s.). İctimai münasibətlərin antihumanist
xarakteri, texnika və istehsalın üzərində rasional, təsiredici nəzarəti heçə endirə
bilir. O, göstərir ki, insan bir tərəfdən insan cəmiyyətinin təşkili və fəaliy-
yətindəki, digər tərəfdən isə texnikanın özündə (o da insan təbiətindəki qüsur və
nöqsanların üzündən) olan nöqsanlardan irəli gələn çətinliklərin aradan
qaldırılması yollarını hələ ki, utopik quraşdırmalarda axtarır. Ellül dövləti
texnika sahəsində əsl inqilab etməyə çağırırdı. [6, 149]
Toffler, istehsal və istehlakın kütləviləşmə dövrünün tükənməsi vaxtının gəlib
çatdığını göstərir, yeni texnologiyaya uyğun informasiya cəmiyyətinin
yaranmasından söhbət açırdı. Onu daha çox düşündürən bu yeni sivilizasiyada
milyonlarla, hətta milliardlarla insanlar üçün yerin tapılıb-tapılmaması məsələsidir.
Söhbət irqi, etnik, milli və dini mənsubiyyətinə görə zülmə, təqiblərə, irqi ayrı
seçkiliyə məruz qalan insanlardan gedir. Bu məsələnin həllini O.Toffler iqtisadi
çevrilişin nəticələrinin yayılma sürətinin artırılmasında görür. Mədəniyyətə, əməyə,
kişi və qadınlara, millətlərə, asudə vaxta, nüfuza və s. tamam yeni münasibət tələb
edir. İqtisadiyyat yeni simvol, obraz, abstraksiyalar işlətməyi, məntiqi düşüncə və
təfəkkürü əldə etməyi tələb edir. Əsasən inkişaf olunmalı sahələr dərk etmək bacarığı
və təhsildir. İnsan yeni şəraitə də uyğunlaşmağı bacarmalı, onu öyrənib
qiymətləndirməli, bir neçə sahəni mükəmməl bilib, öz fərdiliyi və təşəbbüskarlığını
ifadə etməyi bacarmalıdır. Toffler bura daha bir prosesi əlavə edir : azsaylı millət və
xalqlar belə şəraitdə öz tarixini bərpa etməklə, öz itirilmiş ləyaqətini bərpa edirlər
(keçmişi öyrənib, özündə güc və qüvvə tapmaq üçün) .
Texnika probleminə Haydeggerin əsərlərində daim toxunulsa da, onun bu
mövzuda ən mühüm əsəri, «Texnika məsələsi»dir. Bu əsər texnikanın
dəyərləndirilməsini yeni bir bünövrə üzərinə qoydu. Texnika fəlsəfəsinin hələ çox
gənc bir elm sahəsi olduğu şəraitdə bu, bəlkə də o qədər çətin iş deyildi, lakin
nəzərdən qaçırmaq olmaz ki, əsrin əvvəllərindən başlayaraq, texnika problemini
fəlsəfi baxımdan araşdıran çoxsaylı əsərlər meydana çıxmışdı. Xüsusən 1920-ci
illərdə bilavasitə «Texnika fəlsəfəsi» başlığı ilə xeyli kitab çap olunmuşdu.
Ləman Əliyeva
304
XIX əsrin sonlarında tərəqqiyə olan nikbin inam üçün texnika Ağlın və
Xeyrin zəfər yürüşünə şərait yaradan sonuncu və səmərəli vasitə mahiyyəti
daşıyırdı. Misal üçün, Bellaminin «Geriyə baxış: 2000-1887» adlı utopiyasını
xatırlamaq kifayətdir. Ara-sıra texnikanın özünə deyil, daha çox ondan
istifadəyə qarşı mülahizələr səslənirdi. Məsələn, Şpenqler ehtiyatlanırdı ki, ağ
irqə mənsub olmayanlar avropalılardan texnikanı alıb onları hakim mövqedən
düşürə və son nəticədə həmin texnikanı məhv edə bilərlər. Haydeggerə qədər
texnika, əlbəttə, bütövlükdə mədəniyyətin və insanın tarixi inkişafı ilə
əlaqələndirilirdi, lakin o, çoxsaylı amillərdən biri kimi şərh olunurdu.
Haydeggerə görə isə əksinə, texnika müasir dövrün mahiyyətini, özü də labüd
şəkildə əvvəlki tarixdən doğan mahiyyətini təşkil edir. Nəhayət, Haydeggerə
qədər texnika, ilk növbədə mədəniyyət və tarix fəlsəfəsinin, daha sonra da
antropologiyanın problemi kimi nəzərdən keçirilirdi. Haydegger isə onu
metafizikanın probleminə çevirdi. Bu, əlbəttə, varlığın tarixinə dair Haydegger
anlayışı əsasında mümkün idi, belə ki, həmin anlayış ona insan şüurunun
müəyyən tarixi tərəqqisində varlığın təzahürlərini dərk etmək imkanı verirdi.
Haydeggerin əsərində hər şeydən əvvəl texnikanın mahiyyəti məsələsi
qoyulur. Bu mahiyyətin özündə heç bir texniki şey yoxdur; lakin həmin
mahiyyəti, sadəcə olaraq, texnikadan qaçan da o qədər dərk etmir. «Biz
texnikanın o zaman ən pis şəkildə əsiri oluruq ki, ona nə isə neytral bir şey kimi
baxırıq; halbuki indi xüsusilə geniş yayılmış bu təsəvvür bizi texnikanın
mahiyyətinə münasibətdə tamamilə kor edir».[5, 228]. Texnikanın neytral bir şey
kimi qavranılması onun məqsədlərə nail olmaq vasitəsi kimi qiymətləndirilməsi
ilə sıx surətdə bağlıdır. Bu instrumental anlam, düzünə qalsa, yanlış deyildir.
Haydegger bunun «dəhşətli dərəcədə doğru olduğunu və eləcə də müasir
texnikaya da uyğun gəldiyini» göstərir. Lakin doğruluq hələ həqiqilik deyil. Belə
ki, predmet haqqında nə isə doğru bir şey demək, hələ onun mahiyyətini
anlamaq demək deyildir – Haydegger öz əsərində elə bundan bəhs edir.
İnstrumental anlayışdan o, səbəbiyyət anlayışına, buradan isə dörd səbəb
haqqında klassik təlimə keçir.
Elmi-texniki inqilabın hələ başa çatmadığı bir dövrdə keçən əsrin 60-cı illərində
dünyaya baxışları tamamilə dəyişən yeni bir nəzəriyyə meydana çıxdı. Bu “qeyri-
səlis” məntiq nəzəriyyəsi idi. Həmin nəzəriyyənin müəllifi isə dünya şöhrətli
azərbaycanlı alim Lütfi Zadədir. Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq
nəzəriyyəsinə qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız
ağ və qara rəngdə qavrayırdı. Lütfi Zadə məntiqi isə dünyanı bütün çalarları ilə
Texnikanın inqilabi funksiyası
305
qavramağa imkan verir. O, öz məntiqi və nəzəriyyəsi ilə dünya elmində də, insanın
həyata fəlsəfi baxışında da çox böyük inqilab etdi. Bu nəzəriyyə insanı dünyanı daha
rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləş-
dirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağırır və yollarını
göstərir. Bu elmdə elə böyük inqilab idi ki, elmi yeniliklərə və inkişafa xüsusi diqqət
veren ABŞ-da 20 ilə yaxın müddət ərzində elmi çevrələr bu nəzəriyyəyə soyuq və
ehtiyyatla yanaşdılar. Çünki L.Zadənin çoxmənalı (kəsilməz qiymətli) məntiqi
Aristotelin ikili (binar) məntiqini sözün həqiqi mənasında alt-üst edirdi. Aristotel
deyirdi ki, bir müddəa ya doğru ya da yalan ola bilər. L.Zadə isə sübut edirdi ki, hər
bir müddəanın doğruluq dərəcəsi doğru ilə yalan arasında (və ya sıfır ilə bir arasında)
kəsilməz qiymətlər alır. Bu məntiqdə tolerantlıq, dözümlülük daha çoxdur, ittiham
günahlandırma daha azdır. Bu məntiqdə real həyatı daha dürüst inikas etmək
qabiliyyəti var. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə elə bir inqilab etmişdir ki,
onun nəticələrindən eyni zamanda iqtisadiyyatda, psixologiyada, linqvistikada,
siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də
geniş istifadə oluna bilərdi. Necə ki, bugün çox geniş istifadə olunur.
Aristotel məntiqinə görə bir adam ya dostdur, ya düşmən. L.Zadə məntiqinə
görə dostla düşmən arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn: tanış,
neytral, çox yaxın dost, maraqlar dostu və s.). Onun bu nəzəriyyəsi təkcə elm
adamları üçün maraqlı deyil. Əslində hər bir insan, hər bir siyasətçi və başqa peşə
sahibi də onun bu nəzəriyyəsindən faydalana bilər. Aparıcı dünya şirkətləri
tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə
uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-
cı illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal
nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi
gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”,
“Toshiba”, “Sony”, “Canon”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-
səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar,
vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye
proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-
səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına
verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu
nəzəriyyənin qiymətini anlamağa ondan yararlanmağa başlayırlar. Bu gün bu
nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”,
“Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.
Ləman Əliyeva
306
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir. O, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”,
“Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəc nəzəriyyəsi”, “Soft
kompyutinq” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurul-
masında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Lütfi Zadənin elmdə Z çevir-
mə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sis-
temlərini yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məhşur vəziyyətlər
fəzası, dinamik sistemlərin idarə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsa-
sını təşkil edir. ABŞ-ın Milli Kosmik Tətqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr
əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. [9]
Nəticə olaraq demək olar ki, bugünkü həyatımızı texnologiyalarsız təsəvvür
etmək çox çətindir. Texnologiyanın belə sürətli inkişafı insanların təfəkkürünə,
düşüncə tərzinə də güclü təsir edir. Texnoloji inqilabların insanların həyatına, onların
fəlsəfi dünyagörüşünə təsiri ilə bağlı ikili baxış mövcuddur. Bir qism elmi-texniki
tərəqqinin bəşəriyyətin həyatını daha da zənginləşdirdiyini, inkişaf etdirdiyini,
mükəmmələşdirdiyini iddia edir. Digər baxışa görə isə elmi-texniki tərəqqi
bəşəriyyəti məhvə doğru sürükləyir. Yeni texnologiyalar insan ilə təbiət arasındakı
əlaqələri məhvə doğru aparır. İnsan nə qədər sosial varlıq da olsa o təbiətdə
mövcuddur. Təbiətin məhvi isə insanın məhvi deməkdir. Bununla belə aparılan
araşdırmamızdan belə bir nəticəyə gəlmək olar ki, yaradılan hər bir texnologiya insan
ağlının, zəkasının nəticəsidir. Ondan bəşəriyyətin xilası və ya məhvi üçün istifadə
etmək seçimi məhz insanın özündən asılıdır. Həyatda hər bir şeyin insan üçün xeyirli
olub-olmaması fərdin həmin əşyalara yanaşma tərzindən asılıdır.
Texnikanın inqilabi funksiyası
307
Dostları ilə paylaş: |