ƏDƏBİYYAT
1. F.Q.İsmayılov. Müasir Qərb fəlsəfəsi. Bakı, Azərnəşr 1991.
2. Адорно Т.В. О технике и гуманизме // Философия техники в ФРГ. М.:
Прогресс, 1989. - С. 364-371.
3. Воронин А.А. Техника как коммуникативная система // Вопросы
философии. — 1997.— № 5. — С. 96 -105.
4. Суркова JI.B. Технократизм: социокультурный феномен. М.: 1992.-172с.
5. Хайдеггер М. Вопрос о технике // Время и бытие. Статьи и выступления.
— М.: Республика, 1993. — С. 221-238.
6. Эллюль Ж. Другая революция // Новая технократическая волна на
Западе. —М.: Прогресс, 1986. —С. 147-152.
7. Шпенглер О. Человек и техника // Культурология. XX век: Антология.
— М.: Юрист, 1995.— С. 454-494.
8. Ясперс К. Современная техника // Смысл и назначение истории.-М.:
Политиздат, 1991. —С. 113-140.
9. Хабермас Ю. Техника и наука как «идеология» / Перевод с нем. M.JL
Хорькова. — М.: Праксис, 2007. — 208 с.
10. www.wikipedia.org
Ləman Əliyeva
308
XÜLASƏ
«Texnika - insan» problemi texnodünyada bəşərin özü tərəfindən yaradılan həyat
tərzi, mövcudluq deməkdir. Sosiomədəni baxışdan bu o anlama gəlir ki, süni olaraq
yaradılmış texnodünya insanın həyatında hansı yeri tutur və hansı rolu oynayır.
Texnikanın əsas məqsədlərindən biri də – insanı təbiətin «ağuşundan» azad edərək
ona bir qədər müstəqil davranması üçün şərait yaratmaqdır. Lakin təbiətdəki kəskin
asılılıqdan azad olan insan özünü bilmədən texnikadan tamamilə asılı vəziyyətə salır.
SUMMARY
"Technique - a man" - this is the problem of existence, a way of life in his own
making Technoworld with sociocultural point of view - the place and role of artificial
Technoworld in human life. One of the intended technology the liberation of man
from the "embrace" of nature, the acquisition of a certain freedom and independence
from nature. But, freed from the rigid natural necessity, in general, unwittingly
put tough technical necessity
РЕЗЮМЕ
"Техника — человек" — это проблема существования, образа жизни
человека в созданном им самим техномире, с социокулътурной точки зрения —
о месте и роли искусственного техномира в жизни человека. Одно из
предназначений техники — освобождение человека от "объятий" природы,
обретение им свободы и некоторой независимости от природы. Но,
освободившись от жесткой природной необходимости, человек на ее место, в
общем-то незаметно для себя поставил жесткую техническую необходимость.
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
309
ƏRƏB DİLÇİLƏRİ SİBƏVEYHİ VƏ İBN MALİKİN
“MÜRACİƏT”LƏ BAĞLI GÖRÜŞLƏRİ
Hümbətəliyeva Sevinc Mübariz
Bakı Dövlət Universiteti
Açar sözlər: Bəsrə, Kufə qrammatikası, sərf-nəhv, müqayisə
Keywords: Basra. Kufa Grammarians. Sarf-nahv. Comparison.
Ключевые слова: Басрийские и Куфийские грамматики, сарф и нахв, сравнение
Müraciət ədatlarının ərəb qrammatikasının ayrılmaz mövzularından biri olduğu-
nu düşünən Sibəveyhi bu məsələni ərəb qrammatikası sahəsində ilk mükəmməl kitab
olan ”Əl-Kitab” əsərində digər mövzularla yanaşı şəkildə araşdırmışdır. Sibəveyhi
ərəb (islam) aləmində “Quranu Ən-Nəhvi” –Nəhvin Quranı kimi tanınmış ərəb
qrammatikasının ilk əsəri olan “Əl-Kitab” da ərəb dilində müraciət bəhsinə xeyli yer
ayırmış, müraciət ədatlarının bölgüsünü aparmış və ərəb dili kəlmələri içərisində
onların yerini müəyyənləşdirmişdir. Bu araşdırma və bölgülər müraciət ədatlarının
sonrakı filoloqlar tərəfindən daha dərindən tədqiqi üçün bir əsas olmuşdur.
Sibəveyhinin ardıclıları bu ilkin mənbənin bölgülərindən çox da uzaqlaşa bilməmiş
və onun ətrafında müəyyən mülahizələr söyləmişlər.
Sibəveyhi adı çəkilmiş əsərində müraciətin tərifini verdikdən sonra birbaşa
“Nəsb amili” nə nəzər yetirmiş və Xəlil İbn Əhməd Əl-Fərahidini öz ustadı olduğunu
qeyd etmiş, onun təkcə müraciət haqqında nəsb amili ilə bağlı fikirlərini deyil,
ümumilikdə müraciət ədatları ilə bağlı müxtəlif fikir və mülahizələrini qeyd etmişdir.
O yalnız bununla kifayətlənməmiş, mövzunun şərhi zamanı özü ilə Xəlil arasında
sanki bir dialoq qurmuş və “dedi” və “dedim” felini dəfələrlə təkrarlamışdır.
Sibəveyhi sual-cavabı xatırladan bu məşhur dialoq nəticəsində ərəb dilçiliyində ilk
dəfə olaraq müraciət mövzusuna aydınlıq gətirmişdir.
Sibəveyhi müraciət bəhsini müxtəlif fəsillərə bölərək hər bir fəsildə müəyyən
hissəni tədqiq etməyə çalışmışdır. Onun bölgüləri sonrakı filoloqların bu mövzu ilə
bağlı bölgülərindən cözəçarpan şəkildə fərqlənir. Belə ki, ondan sonrakılar hər bir
fəsli yarımfəsillərə bölərək tədqiq etmişlər. Beləliklə də müraciət bəhsi sonrakı
dilçilər tərəfindən iyirmi beş yarımfəslə bölünərək “Əl-Munadə Əl-Məbni”, “Əl-
Munadə Əl-Muərrəb”, “Ən-Nudbə”, “Ət-Tərxim” və s. bölgülərdə araşdırılmışdır.
Hümbətəliyeva Sevinc Mübariz
310
Sibəveyhi müraciətə tam tərif verdikdən sonra onu ümumi şəkildə iki böyük qola
bölmüş və bu qollar ətrafında birləşmiş bölgülər arasında bəzi hallarda rabitəsizlik
hiss olunur. O, nudbə və tərximi də müraciətin fəsillərinə aid etdiyi halda, əslində
onları müraciətin əsas aparıcı hissələri hesab etmir. Bundan sonra isə fəsillərin daxili
tərkib məsələsi ortaya çıxır, Əl-Munadə Əl-Məbni bütün növləri ilə birlikdə əvvəl
gəlmir və həmçinin Əl-Mənsub və Əl-Muərrab bəhslərində olan mövzularla qarışır.
Bu da adı çəkilən mövzunun tərtibatla öyrənilməsini çətinləşdirir. Bundan əlavə
Sibəveyhinin mövzunu “dedi”, “dedim” prinsipi üzrə tədqiqi zamanı bəzən mükalimə
uzandığı üçün bir çox hallarda əsas fikirdən kənara çıxır və qarışıqlıq yaranır.
Sonrakı dövr alimlərinin apardıqları tədqiqatlardan hasil olan təcrübə göstərir ki,
qrammatik mövzuların araşdırılması üçün belə bir üsul çox da faydalı deyildir. Bu,
xütbələrdə, möizələrdə və s. ictimai xarakterli nitq şəraitində əlverişli olduğu halda
dilçiliklə bağlı mövzuların şərhində effektli deyildir.
Sibəveyhinin əsərdəki mövzu ilə bağlı daxili tərtibat probleminə gəldikdə isə,
qeyd etmək lazımdır ki, burada da dialoq üsulunun mənfi tərəfi özünü göstər-
məkdədir. Yenə də qarışıqlıq özünü göstərir, məntiqsizlik hiss olunur. Buradan belə
bir nəticəyə gəlmək olur ki, Sibəveyhinin fikri mövzu ilə bağlı bütün məqamları
tərtibat nəzərə alınmadan kitabda cəm etmək olmuşdur. Bütün bunlarla bərabər onu
da qeyd etmək lazımdır ki, Sibəveyhinin bu əsəri müraciət mövzusu ilə bağlı geniş
məlumat verən ilk mənbədir və ondan sonra gələn alimlər tərtibat, ardıcıllıq və
bölgülər nəzərə alınmazsa onun dediklərinə çox da geniş əlavələr edə bilməmişlər.
Sibəveyhi yazmış olduğu və zəmanəsinin ən mükəmməl dilçilik əsəri olan bu
kitabı ilə ərəb qrammatikası sahəsində flaqman və ən məşhur filoloq-dilçi kimi
tanınmağa başladı. Böyük ərəb alimi Mazini bu barədə deyirdi: “Sibəveyhidən sonra
ərəb qrammatikası sahəsində böyük bir əsər yazmağa girişmək istəyən şəxs bir qədər
çəkinməlidir”. Təbii ki, bu fikirdə müəyyyən qədər mübaliğə hiss olunur. Çünki, ərəb
qrammatikası Sibəveyhinin dövründə heç də özünün kamil zirvəsinə çatmamış,
əksinə hələ yenicə tədqiq olunmağa və araşdırılmağa başlanmışdı. Sibəveyhinin bu
əsəri isə ərəb dilinin ilk yazılı kitabı kimi özündən sonrakı alimlərin əsərlərinə bir
giriş rolunu oynamaqla onların fəaliyyətinin sürətli inkişafına təsir göstərirdi.
Sibəveyhidən sonra ərəb qrammatikasına dair əsər yazmağa girişən ilk
alimlərdən biri İbn Sərrac oldu. O, “Əl-Üsul” və “Əl-Mucəz” adlı iki qiymətli əsər
yazmaqla ərəb nəhvinin inkişafına qiymətli töhfə verdi.
İbn Əl-Ənbari onun “Əl-Üsul” əsəri barədə yazır: “Bu əsərdə ərəb dilinin əsasları
cəm olunmuşdur. İbn Sərrac Sibəveyhinin mövzularını götürərək onları gözəl tərtiblə
tədqiq etmişdir”. Mərzubani bu əsər haqqına danışarkən bu ifadələri işlədir: “Bu əsər
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
311
bütünlüklə Sibəveyhinin kitabından götürülmüş, onun bəzi “bölgüləri” “fəsillərlə” əvəz
olunmuşdur. Məna isə olduğu kimi Sibəveyhidəki mənadır”. İbn Cinni də bu məsələyə
diqqət yetirərək yazır: “İbn Sərrac bu kitabda heç bir yen söz deməmişdir”.
Lakin bir sıra filoloqlar bu mövzudan bəhs edərkən İbn Sərracın bu sahədə
böyük xidmət göstərdiyini qeyd edir, onun Sibəveyhinin dediklərini yeni bölgü və
tərtibatla işlədiyini bildirirlər. Yaqut Əl-Həməvi məsələ ilə bağlı fikirlərini bu şəkildə
ifadə edir: “Ərəb nəhvi dəlisov vəziyyətində olmaqda davam edirdi, İbn Sərrac onu
öz üsul və qaydaları ilə ağıllandırdı”. İbn Xəlliqan da bu mövzuya toxunaraq yazır:
“Bu kitab qrammatika ilə bağlı yazılmış ən gözəl əsərlərdəndir”.
İbn Sərracın “Əl-Mucəz” kitabına gəldikdə isə bu əsər onun “Əl-Usul” əsərinin
ixtisarla verilmiş şəkli təsirini bağışlayır.
Sibəveyhi müraciət bəhsi ilə bağlı söhbətə başlayarkən “Bu müraciət fəslidir.”
Cümləsini işlətdiyi halda, İbn Sərrac “müraciət fəsli” ifadəsi ilə kifayətlənir.
Sibəveyhi müraciət mövzusuna başlayarkən müraciətin tərifi verdikdən sonra onun
haqqında Xəlil və Yunusla dialoq şəklində fikirlərini bölüşdüyü halda , İbn Sərrac
əsərində birbaşa mövzunun şərhinə başlayaraq müraciət ədatlarını göstərir müraciətin
növlərinin göstərir və müraciətin məqsədlərini açıqlayır.
İbn Sərracın Əl-Usul əsərinin müraciətlə bağlı fəsillərini araşdırıb Sibəveyhinin
adı çəkilmiş əsərini müvafiq bölümü ilə müqayisə edərkən, aydın olur ki, birinci
sonrakının əsərinə çoxlu istinadlarla yanaşı, eyni zamanda ona müəyyən əlavələr
etmiş və tərtibində xeyli dəyişikliyə yer vermişdir. Sihəveyhinin əsəri və İbn Sərracın
həmin iki əsərindəki müraciət bəhsi mövzusunda bir-birinə uyğun və demək olar ki,
mənaca üst-üstə düşən mövzular “təəccüb və tələb məqsədi ilə müraciətə əlavə edilən
ləm” və “nudbə” bölmələridir.
Bu iki filoloqun müraciət mövzusu ilə bağlı ifadə etdikləri fikirlər arasında
müqayisə apararkən məlum olur ki, İbn Sərrac Sibəveyhinin mövzu ilə bağlı
fikirlərini daha da inkişaf etdirmiş və onun istilah cəhətdən zənginləşməsinə və tərtib
cəhətdən daha da təkmilləşməsinə səbəb olmuşdur. Bütün bunlar da Sibəveyhinin
müxtəlif ibarələrlə bildirdiyi fikirlərin İbn Sərrac tərəfindən konkret, qısa istilah
halına salınması ilə nəticələnmişdir. İbn Sərracın mövzunun aydınlaşdırılmasında
digər bir xidməti Sibəveyhi tərəfindən verilmiş həqiqi və məcazi müraciət məsələsini
daha da dəqiqləşdirməsi olmuşdur.
Qeyd etmək lazımdır ki, mövzunun təhlili zamanı bir çox hallarda Sibəveyhidə
nəzərə çarpan sual-cavab üslubuna İbn Sərracda təsadüf edilmir. Bu da onunla izah
oluna bilər ki, o, Sibəveyhidən sonra Bəsrə dilçilik məktəbinin məşhur nümayəndələ-
Hümbətəliyeva Sevinc Mübariz
312
rindən biri Əl-Mübərrəd və Kufə məktəbinin tanınmış alimi Əl-Əxfəşdən sonra
gəlmiş və onların təcrübəsini də mənimsəmişdi.
Məlumdur ki, bir çox qrammatik məsələlərə münasibətdə İbn Malikin özünə-
məxsus yanaşması olmuşdur. Lakin bu hal “Umdətu Əl-Hafiz” əsərində daha çox
hiss olunsa da, “Təshil Əl-Fəraid” əsərində o qədər də qabarıq şəkildə hiss olunmur
və elə güman etmək olar ki, bu əsər tələbələr üçün ixtisarla və Sibəveyhinin
üslubunda tərtib olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, adı çəkilmiş əsərin
tələbələr üçün bir dərs vəsaiti kimi ixtisarla yazılmasına baxmayaraq, burada da İbn
Malikin üslubuna malik ümumi bir çətinlik və qarışıqlıq hiss olunmaqdadır.
İbn Malik “Şərhu umdəti Əl-Hafiz” əsərində müraciət ədatları haqqındakı
söhbətinə iki cəhətdən – nəhv və sərf cəhətdən başladığı halda, “Təshil Əl-Fəraid”
əsərində Sibəveyhinin üsulu ilə gedərək mövzunun şərhinə müfrəd, mudaf, mənsub
və s. bu kimi məsələlərlə başlayır.
İbn Malik “Şərhu umdəti Əl-Hafiz” əsərində “Tabiu Əl-Munadə” bəhsindən
sonra “Əl-İstiğasə” adlı bəhsə keçir, daha sonra isə beşinci fəsildə “Ən-Nudbə” və
altıncı fəsildə də “Hazfu harfi Ən-Nida” fəslini araşdırmağa başlayır. Burada
“müraciət ədatlarının həzfindən (düşməsindən)” təfsilatı ilə geniş məlumat verməyə
çalışan filoloq həddindən artıq müqayisələr aparır və bu da nəhayətdə “tərxim” və
“həzf” məsələlərinin bir-biri ilə qarışmasına gətirib çıxarır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müəllif adı çəkilmiş mövzular barədə
“Umdə” əsərində “Ət-Təshil” əsərinə nisbətən daha geniş məlumat verməyə çalışır. Bun-
dan sonra da alimin həmin iki kitabında başqa bir problemin həllinə yanaşmada – müraciət
ədatlarının xüsusiləşdirilməsi məsələsində müəyyən fərqlər özünü göstərməkdədir.
İbn Malikin müraciət ədatları ilə bağlı tədqiqatlarını diqqətlə nəzərdən keçir-
dikdə, aydın olur ki, Sibəveyhinin bu alimin üslubuna da böyük təsiri olmuşdur. Bu
da bir həqiqətdir ki, elmi və intellektual səviyyəsindən asılı olmayaraq hər bir sonra
gələn filoloq istər, istəməz özündən əvvəl yazıb yaratmış, həmin sahədə tədqiqat
aparmış sələflərinin yaradıcılığı ilə bu və ya digər dərəcədə maraqlanır, ondan
istifadə edir. İbn Malikdə bu cəhətdən istisna təşkil etməmiş, özünəqədərki elmi irsi
mənimsəməyə çalışmış və yeri gəldikcə ondan bəhrələnməyə çalışmışdır. O bu
cəhətdən bir qədər də irəli gedərək, ərəb dilçiliyi sahəsində ilk mükəmməl əsərin
müəllifi Sibəveyhini hətta təqlid etməkdən belə çəkinməmişdir. Bu vəziyyəti İbn
Malikin “müraciət” bəhsi ilə bağlı fəslində açıq-aşkar hiss etmək mümkündür. O, bu
fəslin tərtibində Sibəveyhinin təsirindən nə qədər uzaqlaşmağa çalışsa da, buna nail
ola bilməmiş, əksinə bu mövzunun Sibəveyhinin tərtibinə uyğun bir şəkildə ortaya
qoyulmasına məcbur olmuşdur.
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
313
İbn Malikin “Əl-Xulasə” əsərinə gəldikdə isə, o həmin əsərini tamamilə fərqli,
qeyri-adi bir üslubda- şer şəklində ortaya qoyduğu üçün, özünəməxsus tərtibatı və
ifadə tərzi baxımından qrammatikaya dair yazılmış kitablardan tamamilə fərqlənir.
Müəllif bu əsərini Allaha həmd-səna, Peyğəmbərə (s) salavat və salam göndər-
mək və Allahdan bağışlanma diləməklə başlayır. O, bundan sonra isə nəhv və sərf
mövzularına keçərək sözün mənasını qeyd edir və mərfuat (adlıq halında olan söz-
lər), mənsubat (təsirlik halında olan sözlər), məcrurat (yiyəlik halında olan sözlər),
fel və onun erabı (fleksiyası), təsğir (kiçiltmə), vəqf (dayanma), ibdal (bir hərfi bağqa
bir hərflə dəyişmə), idğam (iki səsin assimilyasiyası) mövzularını araşdırmağa
çalışır. İbn Malik bütün bunlardan sonra isə ərəb dilində müraciət məsələlərinin
təhlilinə girişir və bu mövzuya qırx altı beyt həsr edir. Müəllif bu hissədə müraciət
ədatları və onların işlənmə şəraiti, məbni və murab müraciət, əl-istiğasə, ən-nudbə,
ət-tərxim həmin məsələ ilə bağlı olan bir çox mühüm problemləri təhqiq edir.
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1.
Məmmədəliyev V. M. Ərəb dilçiliyi – Bakı, 1985 il. 287 s.
2.
Məmmədəliyev V.M. Kufə qrammatika məktəbi. Bakı, 1988, 115 s.
3.
Məmmədəliyev V.M. Bəsrə qrammatika məktəbi. Bakı: ADU, 1983, 118 s.
Rus dilində
4.
Гранде Б.М. «Грамматика арабского литературного языка». Москва,
1962 г., 300 с.
5.
Гиргас В.Ф. «Очерк грамматической системы арабов». C.-Петербург
1873 г., 192 с.
Ərəb dilində
٦
(
نبإ
ىنج
وبأ
حتفلا
نامثع
نب
،ىنج
،صئاصخلا
١
-
٣
،
رشن
:
دمحم
ىلع
،راحنلا
راد
بتكلا
،ةيملعلا
ةرھاقلا
١٩٥٦
\
١٩٥٢
٧
(
،ءابللاا ةحزن .رابنلاا نبا
314
.ص
٨
(
نبا
ميدنلا
.
،تسرھفلا
،توريب
ةبتكم
،طايخ
٢
١٩٩
،
٤١٩
ص
٩
(
نبإ
ىنج
وبأ
حتفلا
نامثع
نب
،ىنج
،صئاصخلا
١
-
٣
،
رشن
:
دمحم
ىلع
،راحنلا
راد
بتكلا
،ةيملعلا
ةرھاقلا
١٩٥٦
\
١٩٥٢
١٠
،ظفاحلا ةدمع حرش ،كلام نبا (
٢٨٦
-
٢٩٤
Hümbətəliyeva Sevinc Mübariz
314
RESUME
“Al- Kitab” by Sibaveyn is the first source where the conversional theme is
widely described. The author to the conversion in Arabic, made the division of
conversional particles and determined their place in Arabic lexicon.
We can also find some considerations about conversion in the book of “Al-
Khulasa” by Ibn Maliki. Linguist analysed the conversional issues and devoted forty
six couplets to this theme. The author investigated very important problems of
conversional particles and their using conditions.
РЕЗЮМЕ
Известный грамматический трактат «Аль-Китаб» Сибавейхи является
первым источником, где содержиться довольно обширная информация о
проблеме обращений в арабском языке. Автор уделив данной теме
значительное внимание, впервые провел классификацию частиц обращения и
попытался уточнить их позицию в системе языковой иерархии.
Также как Сибавейхи, Ибн Малик в своей книге «Аль-Хуласа» высказал
свое мнение по поводу «обращения» в арабском языке. Он посвятил этой
проблеме сорок шесть бейтов, в которых коснулся важных проблем связанных
с частицами обращения вобщем, и обстоятельством их употребления в речи в
частности.
Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
315
DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ İSLAMIN YAYILMA SƏBƏBLƏRİ
Elnur Kərim oğlu MUSTAFAYEV
AMEA-nın Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun doktorantı
Açar sözlər: İslam, Din, Dünya
Key words: İslam, Religion, World
Ключевые слова: Ислам, Религия, Мир
Son əsrdə ümumi dünya ölkələri üzrə İslam dinin geniş şəkildə yayılması bəzi
elm və siyasət adamlarının marağına səbəb olmuşdur. Xüsusi ilə Qərbi – Avropa
ölkələrində və Şimali – Amerika materikində sürətlə islamın yayılması dövlət
orqanlarını həyəcan təbili çalmağa vadar etmiş və bir çox təəccübə səbəb olacaq
statistik məlumatlar əldə edilmişdir. Aşağıda bəzi kütləvi informasiya vasitələrinin və
təşkilatların müsəlmanların artımı ilə bağlı statistik məlumatları qeyd edəcəyik.
“CNN” – in müxbirlərindən olan Ricard Allen Qrin dünyada müsəlmanların sayı
ilə bağlı “Müsəlman əhalisinin gələcəyi 2030 öncə görmə” adlı apardığı araşdırmanı
çap etdirib. Həmin araşdırmada bəzi maraqlı faktlar ortata çıxmışdır. Ricard Allen
Qrinin qeyd etdiyi məlumatlara görə, iyirmi il bundan əvvəl dünyada təxminən 1.1
milyard müsəlman olduğu halda iyirmi ildən sonra müsəlmanlar dünya əhalisinin
dörddə birindən çoxunu təşkil edəcəkdir.
“Pew” araşdırma mərkəzi Din və Cəmiyyət Həyatı Forumu tərəfindən hazırlanan
hesabata görə müsəlmanlar iyirmi ildən sonra yer kürəsinin 26.4 faizin əhatə
edəcəkdir. Hesabata əsasən 2010-cu ildə 1.6 milyard olan müsəlmanlar 2030 - cu ildə
2.2 milyard olacaqdır. Belə ki, dünya əhalisi 2030- cu ildə 8.3 milyard olacaqdır ki,
onun 2.2 milyardını müsəlmanlar təşkil edəcəkdir. Araşdırmanın gəldiyi nəticəyə
görə müsəlman əhalisinin illik orta artım tempi müsəlman olmayan ölkələrlə nisbətdə
iki dəfə çoxdur. 2010 cu il statistikasına görə müsəlman ölkələrində 1.5 dəfə artım
olduğu halda qeyri-müsəlman ölkələrində bu rəqəm 0.7 – dir.
“Pew” araşdırma mərkəzi qitələr üzrə də bəzi statistik məlumatları paylaşıb.
Aparılmış tədqiqata əsasən dünyadakı müsəlmanların 62 faizi cənub-şərqi asiyada
yaşayır. Bu bölgədə 1 milyard 5 milyon 507 min müsəlman var. 2030 cu ildə həmin
Elnur Kərim oğlu MUSTAFAYEV
316
ərazilərdə müsəlmanların sayı 1 milyard 295 milyon 625 minə çatacaqdır. Bu artımla
Asiya qitəsində hər on nəfərdən üçü müsəlman olacaqdır. İkinci müsəlmanların ən
çox yaşadığı bölgə Şimali Afrika və Yaxın Şərqdir. Hal-hazırda bu bölgədə 321
milyon 869 min müsəlman yaşayır. 2030 cu ildə bu rəqəm 439 milyon 453 minə
çatacaqdır. Bu rəqəmlə Afrika qitəsi dünya müsəlmanlarının 20 faizini əhatə
edəcəkdir. Hesabata görə 2010-cu ildə mərkəzi – afrikada müsəlmanlar 242 milyon
544 min olduğu halda 2030 cu ildə 385 milyon 939 min olacaqdır. Avropa qitəsinə
gəlincə isə hal-hazırda 44 milyon 138 min müsəlman yaşayır. Bu rəqəm 2030 cu ilsə
58 milyon 209 minə çatacaq ki, dünya müsəlmanlarının 8 faizini əhatə edəcəkdir.
2030 cu ildə müsəlmanlar İngiltərənin 12, Fransanın 11, Belçikanın 10, Albaniyanın
83, Makedoniyanın 43, Bolqarıstanın 16, Rusiyanın 14, Gürcüstanın 11 faizini əhatə
edəcəkdir. Müsəlmanların ən çox artım tempi Amerika qitəsində müşahidə olunur.
İyirmi il ərzində müsəlmanların sayı bu qitədə iki dəfə artacaqdır. Hal-hazırda bu
qitədə müsəlmanlar 5 milyon 256 min olduğu halda 2030 cu ildə 10 milyon 927 min
olacaqdır. ABŞ- da 2010 cu il ststistikasına görə 2.6 milyondur və bu rəqəm iyirmi
ildən sonra 6.2 milyona çatacaqdır. Kanada isə İslam dinini qəbul edənlər 1991 – ci
ildən 2001 ci ilə qədər 30 faiz artmışdı. Iyirmi ildən sonra isə müsəlmanların sayı 2.7
milyon olacağı ehtimal olunur.
Yuxrida qeyd etdiyimiz müxtəlif mötəbər kütləvi informasiya vasitələrinin və
araşdırma mərkəzlərinin məlumatları elm adamlarını hərəkətə gətirmişdir. Tez bir
zamanda dayanmadan sürətlə müsəlmanların sayının artması müxtəlif təbəqənin
insanlarını düşündürməyə səbəb olmuş və fərqli elm sahələrinin nümayəndələrini
İslamın yayılma səbəblərini araşdırmağa təşviq etmişdir. Bu məsələyə məşğul olan
sosiyoloqlar, dinşünas alimlər və politoloqlar müsəlmanların sayının artmasına bir
neçə səbəbin amil olduğunu qeyd etmişdirlər.
Dostları ilə paylaş: |