İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

RESUME 

 

In the jahilliya period poetry developed and reached its highest level. Rapid 



development of the literature of this period caused the change of ethnic components 

of the country. So, as a result of including arab, persian, turkish, greek and berber 

tribes the culture of ari was mixed up with the Sami culture. Different countries 

culture entered into the arabic literature in two ways – quotation and translation. 

Literature became the mirror of that period. So this process has been reflected in the 

poetry.  

 

РЕЗЮМЕ 

 

Поэзия,  сформировавшаяся  в  период  Джахилийа,  во  время  правления 

Аббасидов  достигла  пика  своего  развития.  Этому  способствовало  изменение 

этнического  состава  страны.  Кроме  арабов  здесь  начали  жить  и  творить  

персы, турки, варвары и греки. В результате этой ассимиляции культура арабов 

смешалась с культурой арийцев.  Иностранная культура в арабскую внедрялась 

двумя  путями - переводами  и  цитатами  авторов  этих  народов.  Можно 

утверждать,  что  литература  этого  периода  стала  отражением  жизни  и  быта 

этого периода. 

 

 



Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

279


 

 

AZƏRBAYCANLILARIN 1948-1953-CÜ İLLƏRDƏ QƏRBİ  

AZƏRBAYCAN TORPAQLARINDAN DEPORTASİYASINA DAİR 

 

 Azərbaycan Tibb Universiteti, 

İctimai fənlər kafedrasının dosenti  

Sadıqov Elbrus Cəlal oğlu  

Vəliyeva Leyla Əli qızı 

 

 

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və  

olduğu kimi qiymətləndirmək lazımdır”                

Ümumilli lider Heydər Əliyev 

 

Açar sözlər:

 

Deportasiya, tarix, siyasət, Azərbaycan türkləri, ermənilik, mahal-

bölgə

.         

Keywords: Deportation, history, politics, Azerbaijani Turks, armenianism,  the 

county-region. 

Ключевые  слова:  Депортация,  история,  политика,  Азербайджанские 

турки, армянство,  махал-район. 

 

Heç bir dövlət quruluşu olmayan ermənilər, digər dövlətlərin yardımı ilə   bir 

neçə  terror  təşkilatları  yaratmışlar. 1887-ci  ildə  Cenevrədə  yaradılmış  “Hnçaq” 

partiyasının  əsas  məqsədi  başqa  dövlətlərin  ərazilərini  birləşdirməklə  “Böyük 

Ermənistan”  yaratmaqdır.  Partiyanın  proqramında  deyilir:  “qarşıya  qoyulmuş 

məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı  təşkilat yaradılması 

metodu seçilməlidir”. 

1890-cu  ildə  Tiflisdə    yaradılan  “Daşnaksütyun”  erməni  federativ  inqilab 

partiyasının isə əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan, Türkiyənin 

Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə 

ilk qurultayını keçirən bu partiya türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə 

qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütunun” “Türkü, kürdü hər 

bir yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam 

al əmrini vermişdi. 



 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

280


Tarixçi alim Veliçko yazır: “Təmiz qanlı ermənilər dovşandan da qorxaqdırlar”. 

Bundan  əlavə  şair  A.S.Puşkin  qoca  dağlının  dilindən deyir:  “sən qorxaqsan,  sən 

qulsan, sən ermənisən”. 

Ermənilərin saxta, xəyanətkar olduğunu yaxşı bilən öz şairləri Yegişə Çarens 

demişdir:  “Mənim  xalqımın  övladları  ana  bətnində  ikən  saxtakarlıq  və  xəyanət 

öyrənirlər”. 

Erməni  şairi  Xaçatur  Abovyan  “Ermənistanın yaraları”  əsərinin  ilkin varian-

tında  yazırdı  ki, ermənilərin  başına  gələn  fəlakətlər  onların  ziyalılarının satqın-

lığının və səhv hərəkətlərinin nəticəsidir. 1848-ci ildə onu 43 yaşında öldürüb, meyi-

dini naməlum yerə tulladılar. 

ABŞ tarixçisi İ.Makkarti   yazır ki, XX əsrin  əvvəllərində ermənilərlə türklər 

arasında gedən müharibələrdə 2.5 milyon müsəlman həlak oldu.(1. səh87) 

Qafqaz canişini Q. Qolitsin yazırdı: “Məndən olsa Qafqazda cəmi bir kişi və bir 

qadın  olmaqla  iki  erməni  saxlardım. Onlardan  müqəvva düzəldib Qafqaz 

muzeyinə qoyardım  ki, gələcək  nəsillər  vaxtilə  Qafqazda  yaşayan  ermənilərin  

necə  xalq olduğunu bilsinlər” 

Son  min  il  və  ondan  əvvəlki  dövrlərdən  1920-ci  ilədək ,  Cənubi  Qafqazda 

Ermənistan  adlı  bir  dövlət  olmamışdır.  Erməni tarixçiləri həmişə erməni dövləti-

nin deyil, ermən  xalqının  tarixini  yazırlar. Bu  isə  onların dövlətləri olmadığını bir 

daha təsdiq  edir.  1920-ci  ilin  noyabr  ayında  bolşeviklər  ermənilərə    Qərbi  

Azərbaycan torpaqları  hesabına,   Ermənistan  Sovet  Sosialist  Respublikası    adlı  

bir  dövlət bağışladılar. 

Həmin  dövrdən  etibarən  Rusiya  hökümətinin  siyasətinin  icraçıları    olan 

ermənilər   tərəfindən bu torpaqlarda yaşayan azərbaycanlıların sıxışdırılması daha 

kəskin xarakter almağa başladı. Həyatın bütün sahələrində salınan ciddi ayrıseçkilik 

müəyyən  mərhələlərdə  deportasiya  ilə  əvəz  olundu.  Aydın  məsələdir  ki, aparılan 

deportasiya  və    etnik    təmizləmənin  əsas  məqsədi  ölkənin  eləcə    də  regionun  

milli tərkibinin dəyişdirilməsi olmuşdur.  

Ermənilərin  deportasiya  siyasəti  uzun  tarixi  dövrün  məhsuludur  birdən-birə 

reallaşmamışdır. Belə ki,  ermənilər  deportasiya  planını  həyata  keçirməzdən  əvvəl 

bunun  üçün  xüsusi  xarici  siyasət  yürüdüb.  Təbii  ki, onların  bu  planlarının 

reallaşmasında Çar Rusiyasının və eləcə  də SSRİ nin rolu danılmazdır.Hələ XIX 

əsrin  əvvəllərində Qarabağa və  Zəngəzura  İrandan və Osmanlı imperiyasından 

köçürülmüş erməni ailələrinin yerləşdirilməsi ermənilərin bu torpaqlara  olan  

iştahalarını daha da artırmışdı.  Çar  Rusiyası    tərəfindən   İrəvana  köçürülən   

ermənilər  əvvəlcə  məskunlaşdıqları    kənd,  rayon,  qəsəbə,  dağ-dərə,  mahal  və  



Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

281


digər  yerlərin adlarını  dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı 

adlarını öz adları ilə əvəzləyiblər. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan 

torpaqlarının tarixi adlarını dəyişdirmək süni surətdə Ermənistanı monoetnik dövlətə 

çevirmək siyasətinin tərkib hissəsini təşkil edirdi. 1935-1989-cu illərdə Ermənistanda 

hətta yer adlarına qarşı  qərəzli siyasət tətbiq edilmiş  və minlərlə Azərbaycan 

toponimi xəritələrdən silinmişdir. (5.  № 576)  O vaхt Qərbi Azərbaycanın-indiki 

Ermənistanın 34 rayonunun adı  dəyişdirilib. Hazırda Qəmərli-Artaşat,  Arpaçay-

Aхuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaran-

lıq-Martuni, Qarakilsə-Quqark, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib. 

O dövrdə digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan 

deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürülürdü 

Bunda məqsəd isə Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponimini 

də  təmizlənməsi qərara alınmışdı.  Azərbaycanlılar isə  həmin vaхtlarda ermənilərin 

bu iyrənc siyasətinin arхasında duran məqsədləri dərk etməyib. SSRİ Nazirlər 

Kobinetinin çoxlu saylda sərəncamları ilə 2 mindən çox ad dəyişdirildi. Lakin 

Ermənistanın tam təmizlənməsinə sovet dövrü bəs etmədi. Ermənistanın məsul 

işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə ölkədəki bütün türk 

mənşəlli sözlərin dəyişdirilməsi 2007-ci ildə sona çata bilər (3.s.78).  

Bundan sonra özlərinə  şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, 

təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbay-

canlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkila-

tına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkila-

tına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur. 

40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin 

lideri və  rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal 

iştirakı ilə gizli «Qarabağ  hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı. 1943-cü 

ildə Tehran konfransında, Sovet-İran münasibətləri müzakirə edilən zaman erməni 

diasporu Sovet xarici işlər naziri V.Molotovdan İran ermənilərinin Sovet İttifaqına 

miqrasiyasına icazə istədi. V.Molatov Tehranda İ.Stalinə ermənilərin istəyini çatdırdı 

və o, razılıq verdi. 

1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə 

məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin 

məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan 

rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan 

həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan 

MSSR-də  əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən 



 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

282


Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və 

sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça 

endirildi. Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini  əsas götürərək SSRİ 

hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili 

haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana 

köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar» 

partiyaları, Ümumerməni Xeyriyyə  İttifaqı) 1 milyon dollar pul xərclədilər.  İlk 

axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. 

Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün 

gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, 

köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu 

Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına 

rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə «Ermənistan 

SSR-dən kolxozçuların və başqa azərbaycanlı  əhalinin Azərbaycan SSR-nin Kür-

Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR 

Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul 

etdi(2.s.4). 

SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa 

azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 

haqqında” qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda 

görünməyən soyqırımına – deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla 

köçürülərək Azərbaycan Respublikasının  ərazisində yerləşdirilmişdir.Bu qərar 

aşağıdakı qaydada tərtib edilmişdi: 

SSRİ Nazirlər Soveti qərara alır: 

1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz 

ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı  əhalisi, 

onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-

ci ildə köçürülsün. 

2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir 

vəzifə olaraq tapşırılsın: 

a) kolxozçular və digər azərbaycanlı  əhalisi arasında Azərbaycan SSR-in Kür-

Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin 

izah edilməsini təşkil etsinlər; 



Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

283


b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq 

işlənmiş  əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş 

miqdarda tam hesablaşmanı təmin etsinlər; 

c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların 

daşınmasını təmin etsinlər. 

3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə 

olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına 

köçürülən şəxsləri işdən azad etsinlər. 

4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı  əhali üçün 

aşağıdakı imtiyazlar müəyyən edilisin: 

a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər 

miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin; 

b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və 

Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd 

təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə 

güzəştlər istisna olmaqla, aid edilsin; 

c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 

manat miqdarında qaytarılmayan pul müavinəti verilsin; 

d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə  məskunlaşma 

yerlərində  nəğd hesabla ailə başçısına 1,5 sentner və  hər ailə üzvünə 0,5 sentner 

ərzaq taxılı satılsın. 

5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən 

azərbaycanlı  əhaliyə  çıxdıqları yerlərdə  tədarük təşkilatlarına dəyişmə  qəbzləri ilə 

kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması 

qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və 

mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin. 

6. Kənd Təsərrüfatı bankına tapşırılsın: 

a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına 

yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 

10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit 

versin; 

b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat 

məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli 

borclar versin. 

7. Yollar Nazirliyinə tapşırılsın: 


 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

284


a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı  əhalinin, 

onların  əmlakının və mal-qarasının Azərbaycan SSR-ə  təchiz olunmuş  və dezin-

feksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin; 

b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR 

Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə 

uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların 

verilməsini həyata keçirsin. Azərbaycanlı  əhalinin daşınmasına görə pul 

hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın. 

8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində 

tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini 

təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar 

ayırsın. 

9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı  əhalinin Ermənistan 

SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 

1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun. 

10. Ermənistan SSR Nazirlər Sovetinə  və Azərbaycan SSR Nazirlər Sovetinə 

tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən 

köçürülən  əhalinin(köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında 

yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar 

barədə SSRİ Nazirlər Sovetinə məlumat versin. 

11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in 

Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar olaraq onların azad olunmuş 

tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə  gələn xarici ölkələrin 

ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin. 



SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin. SSRİ Nazirlər Sovetinin İşlər müdiri 

A. Çadayev.  (6. əlavə 10/ III- 48-ci il. № 754) 

O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan  ərazisində 400 

mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən 

azərbaycanlıların sayı 10504, 1949-cu ildə 15713 nəfər, 1950-ci ildə 12232 nəfər, 

1952-1953-cü illərdə 13760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. 

Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya 

və etnik təmizləmənin bu 

mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş  və ya köçməyə 

məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və 

əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi. 

1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli 

idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. 



Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

285


Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı. Muğana köçürülən əhalinin 

əksəriyyəti-xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və  məişət şəraitinin pis 

olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları 

baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldı. 

İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək 

arzularını bildirdilərsə də, buna nail ola bilmədilər. 

 

Ümumiyyətlə  1905-1907, 1918-1920, 1948-1953, 1988-94-cü illərdə   öz tarixi 



ərazilərində etnik təmizləmə  və soyqırımı siyasətinə  məruz qalan yüz minlərlə 

azərbaycanlı kütləvi surətdə  qətlə yetirilmiş  və ata-baba yurdların-

dan deportasiya edilmişlər. 

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan – 185 

kənddən və başqa yaşayış  məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara 

məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər 

öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da 

Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi. 

Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı  həyata 

keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 

26-da ümummilli lider Heydər  Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı 

haqqında”   fərman erməni millətçilərinin cinayətkar  əməllərinə verilən dolğun və 

hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. 

Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə 

qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki  əzmkar və  qətiyyətli 

fəaliyyət bu gün Heydər  Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan 

Prezidenti cənab  İlham  Əliyev tərəfindən prinsipiallıqla davam etdiri-

lir.     Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən dövlətlərlə, nüfuzlu beynəl-

xalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotip-

ləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. 

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı  həyata keçirilən soyqırımı 

haqqında indiki və  gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu 

faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha 

belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm 

və   yenilməz milli birlik tələb olunur. Fikrimizcə, Azərbaycan xalqının başına 

gətirilən bu dəhşətli faciələrin  ən  əsas səbəblərindən biri həmin dövrlərdə birinci 

növbədə  dövlətciliyimizin əlimizdən alınması olmuşdur. Çünki dövlətçiliyi, ordusu 

olmayan xalqın başına istənilən müsibətləri gətirmək olduqca asandır. Ona görə  də 



 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

286


uzun illərdən bəri  əlimizdən alınmış, lakin son nəticədə 23 illik yaşı olan bugünkü 

müstəqil Azərbaycan Respublikasının qorunması hər bir Azərbaycanlı kimi bizim də 

müqəddəs vəzifəmizdir. Çünki yalnız və yalnız o zaman bizim  təhlükəsizliyimiz 

təmin olunar, yaşadığımız yerlərdən didərgin salınmaz və son qisasımızı ala bilərik 

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desək: 

Öz tarixini bilməyən insan, 

Özünü tanımaz sözünü bilməz 

Səfalı çeşmədən su içən nadan 

İçdiyi çeşmənin gözünü bilməz 

 

Odur ki, bizim hər birimiz  keçmişimizi yadda saxlamalıyıq, çünki keçmişini 



yadda saxlamayan xalq onu təkrarlamağa məhkumdur. 

Belə deyilir ki, tarix təkrar olunur . Bəli, azərbaycan torpaqları keçmiş 

zamanlardan işğallara məruz qalmışdır və xalq yenidən öz doğma torpaqlarına 

dönmüşdür. cənab prezident İlham Əliyevin sözleri ilə desək: " Azərbaycan bir qarış 

torpağını da heç kimə güzəştə getməyəcək". Biz bir millət olaraq Dağlıq Qarabağa, 

Qərbi Azərbaycana və bütün itirilmiş dədə-baba torpaqlarına qayıdacağıq. 

 

 

ƏDƏBİYYAT: 



 

 1. Турки и Армяни,1996,287s. baki-elm 

 2. “Baku”, 19 fevral, №38, 1906 az.poliqrafiya 



 3. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989.azernesr. 

 4. Bəxtiyar nəcəfov  " Deportasiya",  3-cü hissə.320s.baki-2009 

 5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 

nömrəli Fərmanı.respublika q.23 avqust 2001. 



 6. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azər-

baycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 

qərarı. 1948 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin