İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Bilmen Ö. Nasuhi. Büyük Tefsir Tarihi, Ankara, 1960.
2. Bursalı M. T. Osmanlı müəllifləri, İstanbul,1333/1914.
3. Cevdet Bey.Tefsir Tarihi, İstanbul, 1927.
4. Davudi. Tabaqatul-Müfəssin, Beyrut, Tarixsiz.
5. Fehmi Edhem Karatay. Topkapı Sarayı Müzesi Kütüphanesi Arapça yazmalar
katalogu, İstanbul, 1962.
6. Əli Əkbər Dehxuda. Lüğətnamə, “B” maddəsi №2, Tehran, 1967.
7. ƏYİ, C- 627/9580, Beyzavi, Ənvarut-Tənzil və Əsrarut-Təvil, səh. 1b-2a.
8. ƏYİ, C-634, Beyzavi, həmin əsər, səh. 242a.
7. Fehrist məxtutat məktəbət Köprülü. İstanbul: 1406/1986.
9. İslam Ansklopedisi,Türkiye Diyanet Vakfı, İstanbul,1992.
Bayramova Sevinc
358
10. İslam Alimleri Ansklopedisi,Türkiye Gazetesi, İstanbul (tarixsiz), VIII.
11. Şərifov K. Azərbaycan müfəssirləri, s.797. Azərbaycan Respublikası Z.
Bünyadov adına Şərqşünasliq İnstitutu, Azərbaycan Şərqşünaslıq Elminin inkişaf
yolları, Akad. Vasim Məmmədəliyevin anadan olmasınin 70 illiyinə həsr olunmuş
Beynəlxalq Elmi Konfransın materialları, Bakı, 27-28 iyun 2013.
12. Şərifli K. Əbdülqəni Nuxəvi Xalisəqarizadə Kitabxanasının Kataloqu, I,
Bakı, 2009.
13. Katib Çələbi, “Kəşfuz-Zunun an Əsməil-Kutub val-Funun”, İstanbul, 1941.
14. Mahmud Bəysuni Fudə, Nəşətut-Təfsir və Mənacihuhu, Qahirə, 1986.
15. Məcmuatut -Təvasir, İstanbul 1984.
16. Şəmsəddin Sami, Qamusul-Əlam, II, 1316/1889.
17. Turqut. A. Tefsir Usülu ve Kaynakları, İstanbul,1991.
18. Turqut A. K. Kerim ansklopedisi,İstanbul,1995.
19. Türkiye Yazmaları kotoloğu, Başkanlıq basım evi, Ankara, 1985.
Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan
“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri
359
XÜLASƏ
Məqalə məhşur alim, müfəssir kimi taninan Qazi Beyzavinin həyat-
yaradıcılığına və “Qazi təfsiri” adı ilə məhşur olan “Ənvarut-Tənzil və Əsrarut-
Təvil” əsərinə həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, bu əsər Osmanlı
zamanında saray və mədrəsələrdə dərs kitabı olaraq tədris olunurdu. Məqalədə
həmçinin AMEA M.Füzuli adına Əlyazmalar İnstitunda mühafizə olunan yuxarıda
qeyd edilən əlyazma nüxsələrinin elmi-poliqrafik təsfiri verilir. Alimin azərbaycanlı
olduğu məqalədə qaynaqlar vasitəsi ilə araşdırılaraq təsdiqlənmişdir. Bu təfsirin
“Dirayət” təfsirləri içərisində özünə məxsus xüsusi yeri olduğu vurğulanmışdır.
РЕЗЮМЕ
Данная статья посвящена жизни и деятельности знаменитого учёного и
видного деятеля в сфере экзегена Корана Гади Байдави и его произведению
«Анварут-танзил ва асрарут-тавил», известного под названием «Гади
тафсири». Стоит отметить, что во времена правления Османов это
произведение применялось во дворце и в медресе в качестве учебного пособия.
В статье также дается научно-палеографическое описание экземпляров
рукописи вышеуказанного произведения, хранящихся в Институте Рукописей
имени М. Физули при НАНА. На основе исследований, проведённых над
источниками, было доказано азербайджанское происхождение автора. Его
произведение «Гади тафсири» занимает особое место среди толкований
«Дираят» Корана.
Bayramova Sevinc
360
SUMMARY
The given article is dedicated to the life and creation of the famous scholar and
outstanding exegete of Koran - Gadi Baydawi and his work “Anvarut-tanzil va
asrarut-tavil”, famous under the title “Gadi tafsiri”. It`s worth noting that during the
reign of Ottomans this work was widely used in the palace and medrese as manual.
In the article scientific-paleographic descripition of the above mentioned manuscript
copies, kept at the Institute of Manuscripts named after M.Fuzuli under ANAS have
also been given. Based on the investigations, carried out over the sources, the
author`s Azerbaijani origin has been proved. His “Gadi tafsiri” occupied special
place among “Dirayat” exegesis of Koran.
Çapa tövsiyə etdi: i.f.d. Ə.Həsənov
Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi
361
ƏTRAF MÜHİTƏ MÜNASİBƏTDƏ
İSLAMIN XÜSUSİ MÖVQEYİ
Xədicə Buturabi
AMEA Əlyazmalar İnstitutunun doktorantı
Açar sözlər: ətraf mühit, din, islam, mövqe
Key World: Environment, religious, Islam, position
Ключевые слова: окружающая среда, религия, Ислам, позиция
Giriş. Müxtəlif dini təlimlərdə ətraf mühitin qorunması və sağlam halda
saxlanılması haqqında irəli sürülən mülahizələr tarixən bu məsələnin bəşər həyatı
üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Keçmişdə dini dünyagörüşü
çərçivəsində insanların təbiət və ətraf mühitə vurduğu zərər günah sayılmış və onlar
belə əməllərdən çəkinməyə dəvət olmuşlar. Müasir dövrdə ətraf mühitin qorunmasi
məsələsinin həllində dini təlimlərin rolu diqqət mərkəzində saxlanılır. Bu məsələ
üzrə islamın mövqeyi xüsusi maraq doğurur. Burada bəşərin təbiətşünaslıq və təcrübi
elmlərdən əldə etdiyi nəticələr nəzərə alınmaqla dini təlimin bu yöndə bəşərə verə
biləcəyi faydaları müəyyənləşdirmək mümkündür.
Materialist fəlsəfə və din baxımından dünyagörüşü fərqlənir və əgər fəlsəfədə
varlıq üçün başlanğıc və son qayıdış (məbdə və məad) məsələsi inkar edilərsə, dini
baxışda belə bir mövqe ilhad sayılır. Peripatetik fəlsəfəyə görə, axirət məfhumu
yoxdur. Bunun əksinə olaraq dini təfəkkürdə hər kim gercəkliyə ilahi dünyagörüşü
bucağından yanaşırsa, onun fəlsəfi baxışı də ilahi yön alır. Bəllidir ki, ətraf münit və
ekologiya birbaşa təbiət və maddi dünya ilə əlaqədardır, ancaq onun qorunması
məsələsi gündəmə gəldikdə burada təkcə təcrübi elmlər kifayət etmir. Çünki bu
məsələ insan və onun əxlaqi-mənəvi məsuliyyəti amili ilə bağlı olduğundan fərqli
yanaşma tələb olunur. Burada məsələyə həm də insanın ilahi məsuliyyəti
müstəvisində baxmaq lazım gəlir. Dini baxımdan yanaşdıqda hər şeydən əvvəl təbiət
öz-özünə və özü üçün xəlq olmayıb, bəlkə Allah onu insan üçün yaratmışdır. Eyni
zamanda insanın üzərinə onun normal yaşayışını təmin edən mühitin qorunması
məsuliyyəti qoyulur. Burada insan ilə onu əhatə edən təbii proseslər arasında
əlaqələrin tənzimlənməsi nəzərdə tutulur. İnsan varlıq aləmindən və təbiətdən ayrı
Xədicə Buturabi
362
deyildir, təbiət hadisələri onun həyat, əməl və düşüncəsinə təsir göstərdiyi kimi,
insanın düşüncə, əməl və əxlaqı və ətraf mühitə təsir edir. Quran təbiətdə gedən
prosesləri məntiqlə izləməyə dəvət edir: “Məgər görmürlərmi ki, biz quru yerə su
göndərib onunla heyvanlar və özlərinin yedikləri əkinlər yetişdiririk? (Səcdə:27). Bu
ayədə təbiət ünsürlərinin tənzimlənməsi və yaşayış üçün münasib hala gətirilməsi
diqqətə çatdırılır. Çoxsaylı ayə və rəvayətlərdə verilən mətləbləri diqqətlə
araşdırmaqla insan xilqətin qanunauyğunluqlarını əks etdirən bir çox elmi məsələləri
tapa bilər. Göyün-yerin, suyun, havanın, bitki və heyvanat aləminin yaradılışı barədə
olan ayələri tədqiq etməklə islamın bu gerçəkliyə elmi yanaşmasının şahidi olarıq.
Bunların hamısında bir sistemli ardıcıllıq və məntiq vardır. Yağmurun keyfiyyəti və
əhəmiyyəti, torpağın canlanması, ağacların çiçəklənməsi, canlı aləmin qidalanması
kimi təbii proseslər Qur’an ayələrində yer alır. Nəhl surəsi, 65-ci ayədə deyilir:
“Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra
dirildər. Qulaq asanlar üçün bunda bir ibrət vardır.”
Burada incə bir məqam vardır: əqli dəlil ilə nəqli dəlil arasında ziddiyyət
qoymaq doğru deyildir. Ümumiyyətlə, ekologiya məsələsi islamda müəyyən
prinsiplər əsasında irəli sürülür, həmin məktəbin tərəfdarları öz düşüncə, əməl və
rəftarında həmin prinsip və meyarları əsas götürürlər. Gerçək müsəlman ağıl və
məntiqə söykənərək təbiətə aid problemlərin təhlilində öz etiqad və əxlaqına sadiq
qalmaqla yanaşı, əməldə də həmin prinsipləri gözləyir.
İslamda ətraf mühitə münasibətin əsas məqamları bunlardır:
Təbiətin qorunmasında islam maarifindən irəli gələn tövsiyələrin mühüm rolu
vardır. İslamın səciyyəvi xüsusiyyətlərindən biri iman ilə ictimai qanunlar arasında
körpü yaratmasındadır. Bu baxımdan iman və etiqad cəmiyyət üzvlərinin
psixologiyasında güclü və təsirli bir amil kimi çıxış edərək onları istiqamətləndirə
bilər. İman və etiqaddan bəhrələnmək zaman və məkanın doğurduğu şəraitə münasib
şəkildə gerçəkləşir. Dini etiqad, səbatlı inkişaf perspektivi, konstitusiya qanunları,
milli mənafe və ətraf mühitin qorunması geniş sosial-iqtisadi inkişaf proqramı
çərçivəsində baxıla bilər. Belə olduqda nəzərdə tutulan tədbirlər effektli nəticə verə
bilər.
İslam qaynaqlarında təbiət və onu təşkil edən ünsürlərin insan həyatının təminatı
üçün əhəmiyyəti barədə geniş və hərtərəfli məlumatlar yer alır. Bunlarla yanaşı,
həmin qaynaqlarda təbiətin mühafizəsi məsələsinə də böyük diqqət yetirilir. Bu
qaynaqlar sırasında Qur’an ayələri xüsusi yer tutur və ətraf mühitlə bağlı məsələlər
fərqli şəkillərdə diqqətə çatdırılır (Bəqərə:168; Nəhl:90,93; Həcc:3; Taha:81;
Nisa:135).
Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi
363
Qur’ani-Kərim eyni zamanda varlıq aləminin davamı və onun kamilliyə doğru
hərəkəti üçün müəyyən qanun-qaydalar və prinsiplər irəli sürür. Həmin qanun və
prinsiplər bir növ ətraf mühitin mühafizəsinin müəyyən bir mərhələsini təşkil edir.
Nümunə olaraq varlıq aləminin ahəngdarlığı və xilqətin tarazlıq əsasında təşəkkülünü
göstərmək olar. Belə bir baxışın prinsipial qayəsi ondan ibarətdir ki, insan varlıq
aləmində və təbiətdə bərqərar olunan balans və ahəngdarlığı pozmamalıdır. Bir ayədə
belə deyilir: “Biz yer üzünü döşədik (orada hər şeyi ahəngdar şəkildə yerbəyer etdik),
orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik”.
(Hicr:19). Bu ayədən başqa bir nəticə alınır: Təbiətdən istifadə zamanı ölçü və
mizanı gözləmək lazımdır. Nəzərdə tutulan ölçünü keçdikdə balans pozulur və
ekologiyaya ziyan dəyir. (Rə’d:8; Ə’la:3; Furqan:2). Başqa sözlə desək, təbiətlə
münasibətdə və ondan istifadə zamanı elə rəftar etmək lazımdır ki, əvvələn müəyyən
meyar və miqdardan artıq olmasın, ikincisi, təbiətdə dəyişiklik elə həddə olmalıdır ki,
ətraf mühitə zərər yetişməsin. Üçüncü tərəfdən bir sıra ayələrdə heç nəyin boş yerə
yaradılmadığı nəzərə çatdırılır. (Hicr:85; İbrahim:19; Ənbiya:16). Deməli, təbiət
ünsürləri müəyyən məqsədlə yaradılıb, onların nizamını pozmaq əks nəticələr verər.
Qur’ana görə, insanın hər şeyə münasibəti onun əxlaqından asılıdır: “Allah sənə
yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzərində fitnə-fəsad törətməyə cəhd etmə,
Allah fitnə-fəsad törədənləri sevməz”. (Qəsəs:77).
Bunlarla yanaşı, bir sıra fiqh qaydaları ətraf mühitin qorunmasında mühüm
cəhətlər kimi diqqəti cəlb edir ki, buraya “lazərər”, “zəman”, “itlaf”, “təsbib”,
“ədalət” kimi məfhumlar daxildir. Bunlardan əlavə, bir sıra əxlaqi dəyərlər fərdi və
ictimai həyatda ətraf mühitin qorunması məsələsində mühüm profilaktik tədbirlər
kimi dəyərləndirilə bilər ki, buraya qənaət, israfçılıqdan çəkinmək, öz gücü ilə
ehtiyaclarını ödəmək kimi keyfiyyətlər daxildir (2.s.74).
Burada ətraf mühitin qorunmasında əhəmiyyət kəsb edən bəzi qayda və
ənənələri qısaca açıqlamağa çalışaq:
1. “Lazərər” qaydası – bu məfhumun mənası başqalarına zərər-ziyan yetirmə-
məkdir və islam dinində geniş çevrədə işlənməklə bəşər həyatının bütün cəhətlərini
əhatə edir. Zərər ətraf mühitin korlanmasına, fərdi və ictimai həyata şamil edilə bilər.
İslam alimləri bu qayda haqqında geniş bəhs etmiş, müstəqil risalələr yazmaqla onun
mahiyyətini açıqlamışlar. Həmin qayda hədis qəlibində də ardıcıl olaraq öz təsdiqini
tapmışdır (3.c.2.s.163;4.c.3.s.426). Ümumiyyətlə, “İslamda başqasına zərər və
xəsarət yetirmək yolverilməzdir” (5.c.5.s.280). Təbiidir ki, təbiəti və ekologiyanı
korlamaq başqalarına zərər yetirməyin bariz nümunəsidir.
Xədicə Buturabi
364
“Lazərər” hədisi ümumi xarakter daşıyır və onu arqumentlə əsaslandırarkən
məsələyə müxtəlif yönlərdən yanaşmışlar. Şübhəsiz ki, ətraf mühitin korlanması və
çirkləndirilməsi, təbiətin məhvi və ona qarşı laqeyd münasibət bütün bəşəriyyət üçün
zərərli bir hərəkətdir və ona görə islam buna qarşı mübarizəni zəruri sayır.
Özünə və başqalarına zərər yetirmək barədə müxtəlif təfsirlər və ehtimallar
vardır və həmin mülahizələrdən bəlli olur ki, sözügedən hədis ekologiya məsələsində
də özünü doğruldur, belə ki, insanlar təbiətdən ifrat dərəcədə bəhrələnməklə
başqalarına zərər yetirə bilməzlər. İslam şəriəti belə bir icazəni kimsəyə vermir. Əgər
mənfəət xatirinə təbiətdən acgözlüklə istifadə nəticəsində insanların və canlı aləmin
həyatı təhlükə ilə üzləşirsə islam bunu rədd edir. Havanın, torpağın və suların
çirklənməsi başqalarına zərər yetirməkdir. Təbiətdən düzgün istifadə edilmədiyi
təqdirdə ətraf mühitin korlanması da bu qəbildəndir. Əllamə Hilli ümumi
məkanlardan – yollar, məscidlər, mədrəsələrdən istifadə qaydası haqqında bəhs
edərkən yazırdı: “yolların faydası oradan ötüb keçmək və ondan yararlanmaqdır,
ancaq yolda oturmaq və ya dayanmaq oradan keçənlərə mane olmaq deməkdir.
Yolda başqalarına maneçilik törədənlərin ondan istifadə haqqı batildir” (6.c.2.s.270).
2. Ümumi istifadə üçün nəzərdə tutulan şeylər.
İslamda ümumi istifadə üçün nəzərdə tutulan şeylər – boş yerlər, sahibsiz
torpaqlar, məskunlaşmamış ərazilər, dənizlər, dağlar, çöllər, sahillər, mədənlər,
meşələr, otlaqlar, yeraltı sular, hava və s. “ənfal” adlanır. Bütün bunlar Allaha və
Onun rəsuluna mənsubdur (Ənfal:1). Həmin şeylər dini başçıya aiddir və onun
məsləhətinə uyğun olaraq istifadəyə verilir (7.s.234).
Ənfal fərdə və bir qrup insanlara məxsus deyil, islam hakiminin idarəçiliyi
altındadır, ümumxalq mülkiyyəti kimi müsəlmanların ondan faydalanması halal və
doğru sayılır (8.c.2.s.300). Onlar ölü torpaqları diriltmək mədənlərdən, dəniz
sahillərindən, meşə və otlaqlardan düzgün istifadə etməklə həmin təbii sərvətlərdən
bəhrələnə bilərlər (9.s.134). Ancaq ümumi qaynaqlardan istifadə edərkən ifrata
varmaq, hərc-mərclik, təbiəti korlamaq və xalqın hüquqlarını pozmaq yolverilməzdir.
Çoxsaylı hədislərdə ağacların yersiz kəsilməsi, otlaqların və bitkilərin məhvi,
meşələrin yandırılması qadağan edilir. Ağacları kəsməkdən çəkinmək insan ömrünü
uzadan amil kimi qələmə verilir. Bar verən və faydalı ağacların kəsilməsi ilahi əzabla
təhdid edilir. Ümumi istifadədə olan qaynaqlardan faydalanmaq haqqı hər kəsə
verilir, camaat onlardan bəhrələnməkdə şərikdir. Burada məqsəd bir qrupun həmin
qaynaqlardan fərdi gəlir mənbəyi kimi sui-istifadəsinə yol verməməkdir. Məsələ elə
şəkildə tənzimlənməlidir ki, ərazilər, dağlar, meşələr, mədənlər və başqa yerlər
fürsətcil zümrələr tərəfindən qarət olunmasın. Bunun üçün ümumi mənafe üçün
Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi
365
nəzərdə tutulan qaynaqlardan düzgün istifadə və onların mühafizəsi üçün xüsusi
təşkilatlar nəzarət edə bilərlər.
3. Abadlıq işləri.
İslam abadlıq işlərinə böyük əhəmiyyət verir, alimlər və böyük şəxsiyyətlər
torpağın, əkin sahələrinin abadlaşdırılması, onların mühafizəsi barədə çoxsaylı
tövsiyələr vermişlər.
Abadlıq işlərinin əhəmiyyətinə dəlil olaraq öncə Allahın kəlamını gətirə bilərik:
“O sizi (atanız Adəmi) yerdən yaradıb onu abadlaşdırmağı sizin öhdənizə qoydu”.
(Hud:61). Ayədən bəlli olur ki, Allah bəndələrinə torpağı abadlaşdırmağı
tapşırmışdır. Bununla insan öz həyatını təmin edə bilir (5.c.2.s. 47;13.c.19.s.35).
Allahın rəsulundan nəql edilən bir hədisdə ağac əkmək, kəhriz düzəltmək kimi
işlər cari sədəqə kimi dəyərləndirilir: “Beş zümrə cari sədəqə verənlərə aid edilir və
onların savabı əməl dəftərinə yazılır: birisi ağac əkənlər, o biri su quyusu qazanlar,
Allaha ibadət üçün məscid tikənlər, Qur’anı xətlə köçürənlər və saleh övlad
yetişdirənlər” (10.c.101.s.97).
Həzrəti Əlinin (ə) xərac və vergilərin düzgün xərclənməsi haqqında fərmanını
xatırladan bir mənbədə deyilir: “Sən camaatdan vergi və xərac toplamaqdan daha çox
torpaqların abadlaşdırılmasına diqqət yetirməlisən. Abadlıq işləri görmədən xərac
almaq olmur, abadlıq işləri görmədən vergi toplayan kəs şəhərləri viran qoyur,
Allahın bəndələrini məhv edir” (11.s.113).
Göründüyü kimi, Həzrəti Əli (ə) vergi və xəracı abadlıq işləri ilə şərtləndirir,
belə ki, həmin məsələyə diqqət yetirməyən hökumət şəhərləri və Allahın bəndələrini
məhv etmiş kimi qələmə verilir. O həzrətdən nəql edilən başqa bir hədisdə deyilir:
“Camaatın ruzisi və yaşayışı beş şeydə əks olunur: idarəçilik, abadlıq, ticarət, icarə
və sədəqə. Abadlıq baxımından ağac əkmək və meşə salmaq əhəmiyyətli işlərdən
sayılır və bunlar ekologiya üçün çox dəyərlidir. İslam peyğəmbəri (s) mücahidlərə
ağacları kəsməkdən və əkin yerlərini yandırmaqdan qəti şəkildə çəkinməyi
tapşırmışdı. Hətta müsəlmanlarla savaş vəziyyətində olan düşmənlərin torpağında
belə hərəkətlərə əl atmağa icazə vermir, belə işləri xoşagəlməz və qeyri-məqbul
sayırdı (12.s.21). Şübhəsiz ki, bütün sadalanan mətləblər, xüsusilə ağac əkini, meşə
və çəmənliklərin korlanmasının qarşısının alınması ətraf mühitin qorunmasına
islamın ciddi yanaşmasına dəlalət edir.
4. Heyvanat aləminin qorunması.
İslamda bütün insanlar canlı aləmin qorunması üçün məsuliyyət daşıyırlar.
Doktor Qustav Lubonun islam bölgələrində heyvanat aləminə böyük qayğı ilə
yanaşıldığı barədə söylədiklərinə birinci fəsildə toxunulmuşdu (14.s.446).
Xədicə Buturabi
366
İslamda quşlar, heyvanlar və başqa canlılara o qədər diqqətlə yanaşılır ki, hətta
hədis kitablarında heyvanat və canlı aləmə aid hökmlərə ayrıca bölmə həsr
edilmişdir. Həmin qaynaqları diqqətlə araşdırarkən islamda ətraf mühitin
qorunmasına, canlı aləmin hüququnun saxlanmasına və onların mühafizəsinə necə
həssaslıqla yanaşıldığının şahidi oluruq.
Hətta quşların yuvalarına hücum etmək qadağandır. Peyğəmbər (s) buyurur:
“Cücələrin yuvasına əl vurmayın, onlar dincələrkən hələ səhər açılmamış yuxu və
asayişini pozmayın” (13.c.15.s.59).
5. Ətraf mühitin qorunması və insan haqları
Ətraf mühitin qorunması mahiyyət etibarilə çağdaş cəmiyyətin zəruri ehtiyacla-
rından biridir və insanların ümumi hüquqlarının təmin edilməsi kimi anlaşılır,
mühitin korlanması və təbiətdən yanlış istifadə ictimaiyyətin və insan haqlarının
pozulması deməkdir.
İslam qaynaqlarının mütaliəsindən bəlli olur ki, ətraf mühitə və onun sağlam-
lığına olan diqqət, sağlam yaşayış şəraitinin təmin edilməsi istiqamətində göstərilən
səylər bəşərin əsas hüquqlarından biridir. Deməli, ətraf mühitin korlanması insan
haqlarının pozulması kimi dəyərləndirilə bilər.
Qur’anın Bəqərə surəsində deyilir: “Yer üzərində nə varsa, hamısını sizin üçün
yaradan ... Odur”. (Bəqərə:29). Bu ayədə yerdə olan bütün mənbə və sərvətlərdən
bütün insanların bütün zamanlarda bəhrələnmək haqqı təsbitləşmişdir. Ancaq bu
istifadə doğru yöndə, başqalarının hüquqlarına riayət etməklə gerçəkləşə bilər. Başqa
bir ayədə deyilir: “Doğrusu, sizi yer üzərində yerləşdirdik və orada sizin üçün
dolanacaq imkanları yaratdıq...” (Ə’raf:10). Bu ayədə insana yer üzərində verilən
imtiyazları göstərir, burada yaşayış üçün bütün imkanlar onun ixtiyarında yerləşir.
İnsanın yer üzərində yaşam hüququnun ilkin şərti onun sağlam mühitdən
bəhrələnməsidir. Allah belə bir imkanı insanın ixtiyarına qoymuşdur, onu qoruyub
saxlamaq isə onun öhdəsinə düşür. Həmin ayədə vurğulanan mətləb başqa bir ayədə
yenə diqqətə çatdırılır: “Yeri də bütün məxluqat üçün o döşədi”. (Rəhman:10).
Qur’an ayələrində təbiətdə yaranan şeylərin insan üçün əhəmiyyəti dəfələrlə
təkidlə vurğulanır və onlardan bir qismi ilə tanış olaq:
“Davarı (ev heyvanları) da o yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür
mənfəət vardır, həm də onlardan yeyirsiniz (qidalanırsınız)”. (Nəhl:5).
“Göydən sizin üçün yağmur endirən Odur. O sudan siz də, içində
(heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər.”
“Allah o su ilə sizin üçün əkin, zeytun, xurma ağacları və bütün meyvələrdən
yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır”. (Nəhl:10-11).
Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi
367
Yenə Nəml surəsində deyilir: “Sonra biz o yağmurla sizə gözəl bağçalar
yetişdirdik”. (Nəml:60).
“(Daim öz çevrəsində) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü
sizin ixtiyarınıza verən Odur” (İbrahim:33).
Başqa bir surədə yenə deyilir: “O, gecəni və gündüzü, Günəşi və Ayı sizin
hökmranlığınıza verdi” (Nəhl:12).
Başqa bir ayədə başqa təbiət ünsürlərinin insanların ixtiyarına verildiyi qeyd
edilir: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini
görmürsünüzmü?” (Loğman:20). Belə ayələrin sayını artırmaq olar: (Həcc:36,
Nəhl:14 və s.).
Qur’an ayələri məsrəfin tənzimlənməsini önə çəkməklə onun düzgün həyata
keçirilməsini təkid edir və bu yöndə israfçılıqdan çəkinməyi tövsiyə edir:
“İsrafçılığa yol verməyin ki, Allah israf edənləri sevməz”. (Ən’am:141).
Allah hər şeyi ölçü və mizanla yaratmışdır: “Əlbəttə Biz hər şeyi ölçü və
miqdarla yaratdıq”. (Qəmər:49).
6. İslam qaynaqlarında ətraf mühitin qorunması
İslam ətraf mühitin qorunmasını Quran ayələri vasitəsilə hökm şəklində qoyur,
yəni təbiətin viran edilməsi və korlanmasına qarşı çıxır və həmin əməl “yer üzərində
fəsad” kimi dəyərləndirilir. Bu termin günahkarlar üçün ən ağır və böyük ittiham
kimi səslənir.
Aşağıdakı ayəyə diqqət yetirək: “(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-
fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışır. Halbuki
Allah fitnə-fəsadı sevməz”. (Bəqərə:205).
Əllamə Təbatəbai bu şərafətli ayənin təfsirində bəşər həyatının davamını iki
amilə bağlı olduğunu göstərir: qidalanma və doğum. İnsanın qidalanmasının iki əsas
qaynağı vardır: bitki və heyvanat aləmi. Bunların qorunması həyatın davamı,
korlanması isə insan nəslinin sıradan çıxması ilə nəticələnir. Ona görə ətraf mühitin
korlanması insanlığa qarşı yer üzərində fəsad sayılır.
Başqa bir ayədə Allah-təala Bəni-İsrailə belə bir xəbərdarlıq edir: “Allahın
verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin” –
söylədik. (Bəqərə:60). Qur’an yer üzərində həqiqətən fəsad törədənləri ittiham edir:
“Məgər gömədinmi ki, Rəbbin nələr etdi vadidə qayaları oyan Səmud qövmünə?!
Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki, Məmləkətlərdə tüğyan
edir, Oralarda fitnə-fəsad törədirdilər”. (Fəcr:9-12).
“Onlara (münafiqlərə): “Yer üzündə (küfr və günah işlədərək) fəsad
törətməyin!” – dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir,” – deyə cavab verir-
Xədicə Buturabi
368
lər”. “Bilin ki, onlar fəsad törədəndirlər, lakin bunu dərk etmirlər”. (Bəqərə:11-12).
Qur’an bu barədə belə xəbərdarlıq edir:
“Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra, orada fəsad törətməyin”.
(Ə’raf:56).
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri
sevir” (Bəqərə:195).
“(Ya Məhəmməd!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini həlak
yoluna sövq edənləri görmürsənmi?” (İbrahim:28).
İslam peyğəmbəri (s) buyurmuşdur: “Hər kim müsəlmanların keçdiyi yollarda
olan əngəlləri aradan qaldırsa, onun əməl divanına 400 Qur’an ayəsi oxumağın
savabı yazılar; hər hərfin oxunmasında isə 10 gözəl savab vardır” (111,75.,50).
Dostları ilə paylaş: |