İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Ahmet Kabaklı «Türk Edebiyatı». İstanbul, 1994, III cilt. 

2. İsmail Parlatır. Recaizade Mahmut Ekrem. Ankara, 1986. 

3. İnci Enginün. Abdülhak Hamid Tarhan. Ankara, 1986. 

4. A.H.Tanpınar. XIX asır Türk Edebiyatı Tarihi. İstanbul, 1997. 

5. Rıfkı Yazıcı. Türk Edebiyatı Konya. 1991. 

 

 

 


Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm 

343


 

XÜLASƏ 

 

Məqalə Türk ədəbiyyatında romantizm cərəyanının nümayəndələrindən olan 

Rəcaizadə Mahmud Əkrəm və  Əbdülhəq Hamidin yaradıcılığına həsr olunub. 

Ədiblərin həm nəsr, həm də nəzm əsərləri gözdən keçirilib.    



 

 

РЕЗЮМЕ 

 

В  статье  «Абдульхак  Хамид  и  Реджаизаде  Махмуд  Экрем  как 

представители 

романтического 

течения 

в 

турецкой 



литературе» 

рассматриваются  некоторые  произведения  этих  двух  авторов,  где  они 

выступили  как  романтики.  Эти  же  авторы  в  других  произведениях  проявили 

себя как  реалисты. В статье раскрываются эти темы. 



 

 

SUMMARY 

 

The article is about the contributions of two famous Turkish poets Redzaizade 



M.E and Hamid to the romantic literature. The main works of this poets that the 

author gave in this article was about love, nature, sadness, senses and death.  



 

 

 

Çapa tövsiyə etdi: dos.Ş.Qədimova 

Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

345


 

 

BEYZAVİ VƏ ONUN FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA 

MUHAFİZƏ OLUNAN “ƏNVARUT-TƏNZİL VƏ ƏSRARUT-TƏVİL” 

TƏFSİRİNİN  ƏLYAZMA NÜSXƏLƏRİ 

 

Bayramova Sevinc  

AMEA Füzuli adına Əlyazmalar İnstitutu 

 

 

Açar sözlər: Qazi Beyzavi, təfsir, təsvir, əlyazma 

Key words: Gadi Baydawi, exegesis, paleographic description, manuscript 

Ключевые слова: Кады Байдави, экзегез, палеографическое описание, рукопись 

 

Böyük təfsir alimi, təfsirçilərin baş tacı, Şirazın Beyza kəndində anadan olduğu 



üçün Beyzavi, Şirazda qazilik etdiyi üçün də Qazi Beyzavi adı ilə  məhşur olan 

Abdullah ibn Ömər ibn Məhəmməd Nəsrəddin  əl-Beyzavinin doğulma tarixi  dəqiq 

bilinməsə  də 100 ilə yaxın omür surdüyü, 1189-1286-cı illər arasında yaşadığı 

rəvayət olunur. Usaqlıq illərini Beyzada keçirən alim, atası Ömər ibn Məhəmməddən 

ərəb dili, ədəbiyyatı  və islam elimlərini öyrənmişdir.  İran  Atabəyi  Əbu Bəkr ibn  

Səd  ibn  Zəngi hökmranlığı  dövründə  onu şəhərin  baş qazisi təyin edir. Beyzavi də  

ailəsi ilə birlikdə köçüb Şiraza gəlir və həyatının çox hissəsini orada keçirir. Monqol 

istilaları zamanı qonşu ölkələrin alimlərinin gəlib Şirazda özlərinə sığınacaq tapması 

nəticəsində burada böyük bir elm mərkəzi yaranmışdır. Bəyzavinin elm alması üçün 

başqa ölkə  və ya şəhərlərlərə getməyinə ehtiyacı qalmamışdır. O, həmin alimlərin 

yanında bir çox elmlərə yiyələnmişdir. Məşhur  əsərlərinin olmasına baxmayaraq 

həyatı, müəllimləri və  tələbələri haqqında qaynaqlarda kifayət qədər məlumat 

yoxdur. “Əl-Ğayətul-Qusva” adlı  əsərinin müqəddiməsindən məlum olur  ki, onun 

birinci dərəcəli müəllimi  Şirazın baş qazisi olan atası Ömər b. Məhəmməd 

olmuşdur

1

. Rəvayətə görə  O, şeyxi  kimi bilinən Məhəmməd bin Məhəmməd  əl-



Kütəhtaidən də dərs almişdır. Atasının ölümündən sonra İran  əmiri Əbaqa tərəfindən 

Şirazda qazi təyin olunan Bəyzavi həm vəzifəsini yuksək dərəcədə yerinə yetirirməsi 

                                                 

1

 Mahmud Bəysuni Fudə, Nəşətut-Təfsir və Mənacihuhu, Qahirə, 1986, səh. 211. 



 Bayramova Sevinc  

 

346


nəticəsində  Şirazın baş qazisi vəzifəsinə  qədər yüksəlir və eyni zamanda tələbə 

yetişdirirdi. Kəmaləddin əl-Məraği, Əbdurrəhman ibn Əhməd əl-İsfahani, Əhməd ibn 

Həsən əl-Gərbərdi və Zeynəddin əl-Hənki onun tanınmış tələbələrindəndir. Beyzavi 

müxtəlif elm məclislərində iştirak edir, zəngin bilik və bacarığı sayəsində dövrünün 

alimlərinə qarşı üstünlüyünü dəfələrlə sübut edirdi. Təbrizdə keçirilən elm 

məclislərinin birində  göstərdiyi məharət və elmi gücü həmin məclisdə iştirak edən 

bir vəzir tərəfindən çox bəyənilir. Rəvayətə görə Təbrizə gələrkən orada olan bir elm 

məclisində iştirak edir. Həmin məclisdə vəzir də arxa tərəfdə əyləşib məclisə nəzər 

yetirirdi. Dərsi izah edən alim bir məsələdən bəhs edirdi. Heç kəsin bu məsələyə 

cavab verə biləcəyini təxmin etmirdi. Bu zaman Beyzavi verilən sualı cavablamağa 

başayır. Alim Beyzaviyə “məsələni başa düşdüyünə  məni inandırmasan səni 

dinləməyəcəyəm” deyir. Buna qarşılıq  Beyzavi  məsələni söz olaraq, yoxsa məna 

olaraq izah edim deyə soruşur. Alim verdiyi suala sualla qarşılıq alacağıni təxmin 

etməmişdir. O, Beyzavidən söz-söz təkrar edib izah etməsini istəyir. Beyzavi həmin 

məsələni izah edir, hətta orada olan səhvi düzəldərək, doğru cavab budur deyə alimə 

bildirir. Sonra həmin məsələyə  bənzəyən başqa bir məsələni tərtib edib həll etmək 

üçün alimə təqdim edir. Alimə Beyzavinin tərtib etdiyi məsələ ağır ğəlir. Bütün olub-

bitənləri izləyən vəzir Beyzavini yanına çağırır, onun kim olduğunu sorusur. 

Beyzavi,  Şiraza qazilik etmək üçün gəldiyini deyir. Vəzir ona xeyli qiymətli 

bəxşişlər və libaslar verir. Onun Şirazda yaşadığı müddət ərzində bütün ehtiyaçlarını 

qarşılayır

2

. Beyzavi qaziliyi müəllimi və  şeyxi kimi tanınan Məhəmməd ibn 



Məhəmməd  əl-Kütahtainin tövsiyəsi ilə buraxıb Təbrizə  gəlir və omrünün sonuna 

qədər orada yaşayır

3

. Onun ölümü haqqında müxtəlif  fikirlər olsa da qaynaqların 



çoxu onun 685/1286- cı ildə  650/1252- ci ildə Təbrizədə vəfat etdiyini və muəllimi 

və şeyxi olan əl-Kütahtainin qəbrinin yanında dəfn edildiyini  göstərir.  

Qazi Beyzavi Şafei məzhəbində, əhl-i Sunnə və-l Camaat əqidəsində olmuşdur. 

Təfsir, Hədis, Fiqih, Üsul, Kəlam, Məntiq,  Nəhv, Bəlağət və Tarix elmlərinin hər 

birisində  söz sahibi və mütəxəsis idi. İslam elmlərinin demək olar ki, hər bir 

sahəsinə aid məşhur əsərlər yazaraq “Əllamə” adını qazanan Beyzavi  həm də böyük 

bir elmi şəxsiyyət idi. Ondan bəhs edən alimlər onun haqqında “Qazi Beyzavi”, 

Bəyyədullahi  vəchən” (Allahu Təala onun üzünü nurlandırsın!) adına və duasına 

                                                 

2

 Katib Çələbi, Kəşfuz-zunun an asəmul-kutub val-funun, I, 186;  Davudi, Tabaqatul-



Müfəssin, Beyrut, tarixsiz. I, səh.  248-249. 

3

 Ö. N. Bilmen, Büyük Tefsir Tarihi,  Ankara 1960,  II, səh. 350 



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

347


yaraşacaq qədər yüksəkdir. O, təfsirçilərin baş tacı, bu elmdə yüksək movqeyə 

çatmış, hər sahədə  sənətkar, hər məzhəbdə öndər, hər düsüncədə  rəhbər, hər elmdə 

mahirdir” demişlər. Elminin yüksək olduğunu, geniş mədəniyyət və dünya görüşünə 

sahib olduğunu demək olar ki, dövrünün bütün alimləri təsdiqləmişdirlər. Katib 

Çələbinin ”Kəşfuz-zunun an əsamil-kutub vəl-funun”  əsərində  Beyzavi haqqında 

deyilir ki, Onun yazdıqlarına etiraz edənlər Qazi Beyzavinin elmdəki yüksək 

dərəcəsinə çata bilməyənlər və sözlərinin incəliklərini başa düşməyənlərdir. Onun 

sözlərinin mənasını yalnız elm sahəsində yüksək mövqeyə çatanlar başa düşə bilər. 

Alimlərin Beyzavi haqqında çox dəyərli fikirləri vardır: 

İbn-i Qazi Şühbə; “Beyzavi (r.a) bir çox əsərlərin sahibidir. Azərbaycan və 

ətrafının ən böyük alimi olub Şirazda qazilik etdi.” 

Subki; “Qazi Beyzavi (r.a) məsələləri dəlilləri ilə  ələ alan, hər kəsdən seçilən, 

salih və çox ibadət edən  böyük alimlərdəndir.” 

İbn-i Həbib; “Böyük alimlər onun əsərlərini çox təriflədilər.  Əğər onun 

“Minhac”-ından  başqa  əsəri olmasaydı elminin yüksəkliyinə  dəlil olaraq bu belə 

bəhs edərdi.”  deyə buyurmuşlar

4

.  


Beyzavinin demək olar ki,  elmin hər bir sahəsinə aid əsərləri vardır. Amma 

daha çox Təfsir, Fiqh, Üsul-i Fiqh, Kəlam səhəsinə aid yazmış olduğu  əsərləri ilə  

məshur olmuşdur. Əsərləri içərisində ən məhşurları bunlardir: 

1. Minhəcul-Vüsul ilə ilmil-Üsul: Fiqh üsuluna aiddir. 

2. Şərhu Məsabihus-Sünnə:  əl-Bəğavinin  (ö.516/1122) nin hədisə dair  

“Məsabihus-Sünnə”  adlı əsərinə yazdığı  şərhdir. 

3.  əl-Ğayətul-Qusva:  Şafei məzhəbinə isnad edilərək yazilan bu əsər Fiqhə 

aiddir. 


4. Təvaliul-Ənvar min Mətailul-Ənzar:  Kəlam elminə aiddir. 

5. Nizamut-Təvarix: Fars dilində olan bu əsər Hz.Adəmdən başlayaraq  

674/1275-ci  ilə qədər olan geniş bir tarixi əhatə edir. 

6. Ənvarut-Tənzil və Əsrarut-Təvil: Bəyzavi daha çox “Qazi Təfsiri”, “Təfsirul-

Bəyzavi” adıyla tanınan bu əsəri  ilə şöhrət tapmışdır. 

Təfsir sözünün lüğəti mənası    ərəb dilindən tərcümədə “açıqlama”, “gizli olan 

bir şeyi açığa çıxartma”, “aydınlatma” mənalarını verir. İstilahı mənası isə, Allahın 

ayələrini izah etmək və buyurduğu ayələrdə  məqsədini açıqlamaqdır.  Beyzavi şah 

                                                 

4

 İslam Alimleri Ansklopedisi, Türkiye Gazetesi, İstanbul, tarixsiz, VIII,  səh. 125. 



 Bayramova Sevinc  

 

348


əsəri olan bu təfsirdə “Dirayət” və ya “Rəy” (əqli izahlara əsaslanan) yolunu 

tutmuşdur. Dirayət təfsiri ayə, hədis, səhabənin fikirləri nəzərə alınmaqla dilçilik, 

ədəbiyyatşünaslıq, dinşünaslıq və s. elmlərdən istifadə etməklə yanaşı ictihadla 

birlikdə öz şəxsi düşüncələrini də ortaya qoyaraq Qurani-Kərimi açıqlamaqdır

5



”Ənvarut-Tənzil və Əsrarut-Təvil”  adlı məşhur  Beyzavi təfsirinə 250 dən çox şərh, 



haşiyə və təliq yazılmışdır. Yazılmış haşiyələrin içərisində məşhurları bunlardır: 

Müslihiddin ibn Təmcid (ö.890/1485),  

Məhəmməd ibn Mustafa Şeyxzadə (ö.950/1543),  

Əbdulhəkim əs-Siyalquti  (ö.1067/1485),  

Şəhabəddin əl-Xəfaci  (1069/1659),  

İsmail ibn Məhəmməd əl-Konəvi (1195/1781). Bunların içərisində də  Şeyixzadə 

haşiyəsi  daha məşhurdur. İrəlidə bu təfsirdən bəhs edəcəyik. 

Beyzavi, təfsirin əvvəlində təfsirçidə hansı xüsusiyyətlərin olmasını və təfsirinin 

xüsusiyyətlərini belə açıqlayır: “Təfsir elmi dini elmlərin şahı  və  şəriətin təməlidir. 

Onun haqqında danışmağa yalnız üsul və füru ilə dini elmlərin hər birində  yüksək 

mərtəbəyə çatmış,  ərəb dili və  ədəbiyyatının bütün incəliklərinə sahib olanlar 

layiqdirlər”. Beyzavi əsərin  əvvəlində belə deyir: “Uzun zamandır bu sahədə bir 

kitab yazmağı fikirləşirdım. Bu kitab Səhabə, Tabiun ilə onlardan sonrakı  Sələf və 

Xələf alimlərinin böyüklərindən mənə çatan təfsirə dair sözlərin əsasını, parlaq söz 

və  məsələləri, istər mənim, istərsə  də, məndən  əvvəlki alimlərin Qurandan 

çıxardıqları hökümləri ələ alaraq məhşur səkkiz imama aid edilən qiraət üsullarına və 

mötəbər qurradan rəvayət edilən  Şazz qiraətlərə yer verəcəkdir

6

”. Təfsir yazmaq 



üçun  İslam elmlərini,  ərəb dilini dərindən bilməklə yanaşı  həyat təcrübəsi və  zəka 

sahibi olmaq əsasdir. Bunların hamısı  və demək olar ki, daha coxu Beyzavidə 

toplanmışdır. Uzun illər qazılıq etməsi bu işdə onun yoluna işiq salmışdır. Amma 

belə  çətin və məsuliyyətli işin öz səviyyəsini aşdığını fikirləşərək geri çəkilmişdir. 

Demək olar ki, bütün təfsirçilər təfsirlərini ömürlərinin sonuna doğru, yaşlı 

vaxtlarında yazmışdılar. Beyzavi də elmi biliyinin lazımı  səviyyəyə çatdığı yaşlı 

vaxtlarında istixarə etdikdən sonra istədiyi “Ənvarut-Tənzil və  Əsrarut-Təvil” adlı 

əsərini yazmağa qərar vermişdir. Katib Çələbi onun bu qərarı verməsində, şeyxi kimi 

                                                 

5

   Doç. Dr. Ali Turqut, Tefsir Usülu ve Kaynakları, İstanbul, 1991,  s. 4, 250 



6

  ƏYİ, C- 627/9580,  Beyzavi, Ənvarut-Tənzil və  Əsrarut-Təvil, səh. 1b-2a; Katib Çələbi, 

həmin əsər, I,186 

 Məcmuatut -Təfasir,  İstanbul 1984,  I, 713 



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

349


tanınan Məhəmməd ibn Məhəmməd  əl-Kütahtainin xüsusi rol oynadığını ”Kəşfuz-

zunun an əsamil-kutub vəl-funun” kitabinda nəql etmişdir. Doğrudan da Beyzavi 

təfsirində bu şərtlərin hər birinə  əməl etmiş, qisa, əhatəli və mükəmməl  bir təfsir 

meydana gətirmişdir. 

Beyzavi təfsirinin  ən  əsas qaynaqları  Zəməxşəri (ö.538/1144)nin “əl-Kəşşaf” 

adlı  təfsiri ilə  Fəxrəddin  ər-Razi (ö.606/1210)nin “Mətafihul-Qayb” (əl-Təfsirul-

Kəbir) idir. Bəzən də Rağib əl-İsfəhaninin “əl-Müfrədat fi Qaribil-Quran”- ından da 

istifadə etmişdir. Həmçinin təfsirinə  Səhabə  və Tabiundan gələn xəbərləri də  əlavə 

etmişdir. Hətta alimlərin təqdirini qazanan incə  və  dərin mənalar kəsb edən 

açıqlamaları da əlavə etmişdir. Təfsirinin bəzi yerlərində qiraət elmindən də  bəhs 

etmişdir. Beyzavi bütün bunları ustalıqla, yüksək bir üslubla ifadə etmişdir. Bəzən 

elə ifadələrdən istifadə etmişdir ki, onu ancaq zəka və  bəsirət sahibləri başa düşə 

bilərlər.  Beyzavi təfsirinin özəlliklərindən bəziləri bunlardır: 

1. Qısa və əhatəli olması, 

2. Ayələrdəki ədəbi incəlikləri, Quranın möcüzəsinə dəlil gətirməsi, 

3. Ayələrin açıqlamasında daha çox səbəb-i nüzula (ayələrin eniş səbəbinə) geniş  

yer verməsi, 

4. Ayələrin təfsirində fərqli görüşlərə diqqət çəkməsi və öz fikirlərini açıq-aşkar 

şəkildə ifadə etməsi, 

5.  İstər fərqli fiqhi məzhəblər,istərsə  də etiqadi məzhəblərin müxtəlif ayələrlə 

əlaqəli fikirlərinə açıq şəkildə fikrini bildirməsi, 

6.  Bəzi vaxtlarda təsəvvüfi mənaları diqqətə alması, 

Qeyd etmək istərdim ki, Beyzavinin şeyxi olaraq bilinən Məhəmməd b. 

Məhəmməd əl-Kütahtai ilə əlaqələrinin olması və əsərlərində olan bəzi fikirləri onun 

təsəvvüflə  da maraqlandığını göstərir. O, nəfs tərbiyyəsini İslamın əsas sərtlərindən  

biri kimi qəbul edir

7

. Yazmış olduğu təfsirdə də bunu açıq-aşkar  bildirir. Beyzavinin 



təsəvvüfi görüş  və fikirləri haqqında çox məlumat yoxdur. Hətta bəzi qaynaqlar  

onun Azərbaycan  şeyxi olduğunu göstərir

8

. Həyatı  və yaradıcılığı ilə tanış olduqda 



belə bir nəticəyə  gəlirik ki, təsəvvüflə  əlaqəsi demək olar ki, ömrünün sonlarına  

                                                 

7

 ƏYİ, C-634, Beyzavi, həmin əsər, səh. 242a. 



8

 İslam Ansklopedisi, Türkiye Diyanet Vakfı, İstanbul, 2010, VI, s. 100 

9

 Ö. N. Bilmen, Büyük Tefsir Tarihi,  Ankara 1960,  II, səh. 351



 

10 


Katib Çələbi, həmin əsər, I, 186 

11

 Katib Çələbi, həmin əsər, I,188 



 Bayramova Sevinc  

 

350


yaxın baş vermiş  və onunla əlaqəli sadəcə bir kitab yazmışdır.  Onun elmini islam 

alimləri çox mədh etmişdirlər. Ömər Nəsuhi Bilmən “Büyük Tefsir Tarihi” adlı 

əsərində Beyzavi təfsiri haqında deyir ki, bu təfsir yazılışı etibarı ilə axıcı bir üslubla, 

təfsirçilərin bildikləri bir-çox qaydaları  qısa və açıq  formada vermişdir. Dəfələrlə 

gözdən keçirilmiş, elm adamları  tərəfindən dəyərli olaraq qəbul edilən  bu təfsir, 

Osmanlı zamanında Ramazan aylarında Padşahın hüzurunda seçilmiş alimlər 

tərəfindən oxunulması adət halını almışdır. Bu zaman digər alimlər tərəfindən böyük 

həyacanla dinlənilmiş və izlənmişdir. Bu  Osmanlı tarixində ”Hüzur dərsləri” adı ilə 

tanınır. Əsirlər boyu mədrəsələrdə dərs kitabı olaraq oxudulmuşdur

9



Beyzavi təfsir yazarkən daha çox Zəməxşərinin “Kəşşaf” ından istifadə etmişdir. 

Cəlaləddin Süyuti deyir ki, “Kəşşaf” təfsiri haqqındakı müxtəsərlərin başında  Qazi  

Nəsrəddin  Beyzavinin  “Ənvarut-Tənzil” adlı əsəri durur.  

Katib Çələbi də bu sözləri deyir: ”Bu təfsirin tərifə ehtiyacı yoxdur. Beyzavi, 

təfsirində iraba (ərəb qrammatikası),  ərəb  ədəbiyyatına aid olanları  Kəşşafdan, 

hikmətə  kəlama aid olanları  Fəxrəddin Razinin “Təfsiril Kəbirindən”,  İştiqaqa 

(sözlərin əmələ gəlməsi) aid olanları isə Rağib əl-İsfahanidən alaraq istifadə etmişdir. 

Bununla bərabər kitabına öz parlaq fikrinin məhsulu olan  bir çox mülahizələri  də 

əlavə etmişdir.

10

” Hər hansı bir elmin yüksək pilləsində olan alimlərin rəisinə imam 



deyilir. Beyzavini də  təfsir elminin imamı adlandıra bilərik.  

Əvvəldə  də qeyd etdiyimiz kimi, bir çox alimlər bu məşhur  əsərə    haşiyələr 

yazılmışdır. Katib Çələbi də    “Ənvarut-tənzil və  əsrarut-təvil”ə yazılan haşiyələr 

içərisində  ən məşhuru, faydalısı və asan başa düşüləni böyük alim olan Məhəmməd 

ibn Mustafa Şeyxzadənin haşiyəsi olduğunu bildirmişdir

11

. Bu haşiyənin  əvvəlində 



Beyzavinin bir alim kimi, böyük şəxsiyyət olduğunu alimlərin yekdilliklə  qəbul 

etdikləri göstərilir. 

Qurani Kərimin öyrənilməsi, tədqiq edilməsi hər zaman alimlərin həyat prinsip-

lərinə çevrilmişdir. Bu sahədə Azərbaycan alimlərinin də xidmətləri az olmamışdır. 

Beyzavinin təfsirinə yazılan haşiyə, sərh və  təliqlərin arasında öz dövrlərinin  

tanınmış alimlərindən olan 10-a yaxın azərbaycanlı müfəssirlərin də adlarına  rast 

gəlinir. Onlardan biri XV yüzilliyin ikinci, XVI əsrin birinci yarısında yaşamış, 

dövrünün görkəmli elm adamlarından olan Molla Məhəmməd Əmin  Sədrəddin oğlu 

Şirvanidir. O, Azərbaycanın  Ağdaş rayonunda ziyalı aləsində dünyaya gəlmiş və ilk 

təhsilini də orada almışdır. Məhəmməd Əmin Şirvani, təhsilini davam etdirmək üçün 

İstanbula getmiş  və ömrünün sonuna qədər orada yaşayıb- yaratmışdır. Elmin 

müxtəlif sahələrinə aid əsərlər yazmışdır. Alim  Sultan  I  Əhmədə həsr etdiyi “əl-



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

351


Fəvaid əl-Xəqaniyyə əl-Əhmədiyyə” əsərində 53 ədəd orta əsr elmlərinin təsnifatını 

vermış, onları ardıcıl şəkildə xarakterizə etmişdir. O, Qurani Kərimin bir-çox surə və 

ayələrini təfsir etməklə bərabər Beyzavinin “Ənvarut-tənzil və əsrarut-təvil” təfsirinə 

yazmış olduğu haşiyə və təliqlərlə  ayrı-ayrı ayələrin zahiri və batini mənalarını daha 

aydın  başa düşülməsi üçün böyük əmək sərf etmişdir. XVI əsrdə Ərdəbil vilayətinin  

Xalxal bölgəsində dünyaya gəlmiş Hüseyn əl- Hüseyni  əl-Xalxali XIX əsrin 

tanınmış alimi Əbdulqəni Nuxəvi Xalisəqarizadənin verdiyi məlumata görə sonralar 

Şirvana köçərək  Şamaxı  şəhərində  məskunlaşmış  və XVII əsrin  əvvəllərində  vəfat 

etmişdir. O, astronomiya, riyaziyyat, fəlsəfə, məntiq, ilahiyyat, ərəb dilçiliyi və başqa 

elm sahələrinə  dair yazmış olduğu  əsərləri ilə dövrünün məşhur alimi kimi şöhrət 

tapmışdır. Zəməxşərinin “əl-Kəşşaf” və Beyzavinin “Ənvarut-tənzil və əsrarut-təvil” 

tərfsirlərinə geniş  həcmli və mükəmməl haşiyələr yazaraq, Qurani- Kərimin çətin  

başa düşülən kəlamları ilə bağlı geniş  və müfəssəl  şərhlər verməyə çalışmışdır. Bu 

məşhur təfsir, Azərbaycan alimi Muhyiddin Məhəmməd bin Məhəmməd əl-Bərdəyi 

ət-Təbrizinin də diqqətini özünə çəkmişdir. O, ilk təhsilini atasından və bir çox başqa 

alimlərdən almışdır. Sonra elmini artırmaq üçün Şiraza və Herata getmiş, müxtəlif 

elmlərə yiyələndikdən sonra Bursaya qayıdaraq, əvvəlcə  Əhməd paşa mədrəsəsində, 

daha sonra Ədirnədə  dərs deməyə başlamışdır. Alim 927 (1521)-ci ildə  Ədirnədə 

vəfat etmişdir. Beyzavi təfsirinə  haşiyə yazan azərbaycanlı müfəssirlərdən birisi də, 

XVI  əsr alimi Məhəmməd bin Cəmaləddin bin Ramazan Şirvanidir. O, yazmış 

olduğu  haşiyə ilə demək olar ki, Qurani Kərimin surələrini  əvvəldən axıra qədər 

yenidən təfsir etmişdir. Onun yazdığı haşiyə  həcm baxımından təfsirin özündən 

böyük olmuşdur. Dörd cilddən ibarət olan bu haşiyənin  əlyazması Misrin “Dərul-

kutub” kitabxanasında qorunub saxlanılır. Beyzavi təfsirinə haşiyə yazan 

azərbaycanlı    mufəssirlərindən olan  XV əsrin ikinci yarısı XVI əsrin  əvvəllərində 

yaşamış Baba Nemətullah bin Məhəmməd Naxçıvani olmuşdur. O, Azərbaycanın 

qədim mədəniyyət mərkəzi olan Naxçıvanda anadan olmuşdur. Baş verən bəzi siyasi 

hadisələr və ailə problemləri onu 1498-ci ildə Təbrizə köçməyə məcbur etmiş, bir il 

orada qaldıqdan sonra 1499-cu ildə Konyaya köçərək Akşehir qəzasında 

məskunlaşmışdır. Xalq arasında  Şeyx  Əlvan, Baba Nemətullah,  Əlvanul-Akşehiri, 

Baba Nemət, Nemətullah Sultan və Nemətullah Baba adları ilə tanınmışdır. Bəzi 

mənbələr onun ibn Əlvan  ər-Rumi adı ilə  də  məhşur olduğunu qeyd edir. Elmdə 

böyük söz sahibi və gözəl davranışlı Nemətullah Naxçıvani 1514-cü ildə Aksehirdə 

vəfat etmişdir. O, Fəlsəfə, Bəlağət, Fiqh Kəlam elmlərinə yiyələnmiş, ömrünü 

təmamilə  təsəvvüfə  sərf etmişdir. Nemətullah Naxçıvani Qurana “Əl-Fəvatihul-


 Bayramova Sevinc  

 

352


iləhiyyə  vəl-məfatihul-qeybiyyə  əl-muvəddatulil-kəlamil-Quraniyyə  vəl-hikəmil-

furqaniyyə” və “Təfsiru cuzun-nəbə” adlı iki təsəvvüfi təfsir  yazmışdır. O, ömrü 

boyu Ouranın öyrənilməsi yolunda çalışmış və bu yolda məhşur Beyzavi təfsirinə də 

müraciət edərək, ona təsəvvüf elmi baxımından böyük bir  haşiyə yazmışdır. Bu 

təfsiri araşdıraraq, ona böyük həcimli haşiyə yazan azərbaycanlı alimlərdən birisi də 

Zuhuri və İsaqzadə adları ilə tanınmış Saleh bin İshaq Qarabaği Şirvani (1622-1672) 

dir. O, tarixçi, şair və müfəssir kimi tanınmışdır. Əvvəlcə Beyrutda, sonra isə Misirdə 

qazi vəzifəsində işləmiş və orada da vəfat etmişdir

9



Bunlardan başqa İsmail b. Abdullah əş-Şirvani (1622-1535), Məhəmməd b. Əli 



əl-Qarabaği (öl.1535), Nurəddin   Nurullah b. Məhəmməd Rəfi əş-Şirvani (öl.1655), 

Əcəm Sinan adı ilə tanınmış Sinanəddin Yusuf əl-Bərdəi,  əş-Şamaxı    nisbəsi ilə 

tanınmış  Əli b. Sadiq b. Məhəmməd (öl. 1785), əl-Kurani Məhəmməd b. Şərbət b. 

Yusif  (öl.1667) kimi alimlər, istər öz təfsirlərində, istərsə  də Beyzavinin təfsirinə 

yazdıqları müxtəlif həcimli haşiyələrlə Qurani- Kərimin ayələrininin zahiri və batini 

mənalarını araşdıraraq, insanların onu düzgün, doğru, asan başa düşmələrinə və ibrət 

almalarına çalışmışlar.            

AMEA Füzuli adına Əlyazmalar İnstitununda da Beyzavi Təfsiri və ona yazılan 

bir çox haşiyələr və şərhlər qorunub saxlanılır. Müxtəlif dövürlərdə, müxtəlif katiblər 

tərəfindən köçürülmüş  “Ənvarut-Tənzil və  əsrarut-Təvil”  əsəri  Əlyazmalar 

instisunda bu şriftlər altında qorunub saxlanılır: B-452/11788, B-2486/18584, B-

11936, B-2278, B-2180, B-3175/21839, B-3286/22275, B-5994/29502, B-2180, 

2623, B-3175, C-11/11677, C-73/11770, C-270/15054, C-345/16162, C-389/17092, 

C-403/20767, C-501/22873, C-515/23143, C-524, C-532/23788, C-582/24507, C-

617/23712, C-618/23503, C-627/23560, C-660/26190, C-992/31088, C-1008/31120, 

C-1033, C-1119/11761, D-127/11747, D-241/15582, D-270/7303, D-273/16082, D-

275/16017, D-298/16858, D-335/15583, D-427/20890, D-497/22558,  D-515/23143, 

D-579/24497, D-586/23713, D-596/23714, D-606/16067, D-723, D-726/29084, D-

727/29085, D-742, D-821, D-855. Həmin əlyazmalar Qurani Kərimin iki cild halında 

və ayrı-ayrılıqda  müxtəlif surələrinin təfsirlərindən ibarətdir. Bu əlyazmaların  bir-

neçəsinin  poliqrafik  təsvirini  nəzərinizə  çatdırırıq. Qeyd edim ki, aşağıda təsvirini 

                                                 

12 

K.Şərifov,  Azərbaycan müfəssirləri, səh. 797, Azərbaycan Respublikası Z.Bünyadov adina 



Şərqşünasliq  İnstitutu, Azərbaycan  Şərqşünaslıq Elminin inkişaf yolları, Akad. Vasim 

Məmmədəliyevin anadan olmasınin 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın 

materialları, Bakı, 27-28 iyun 2013. 


Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

353


verdiyim bu şifrələr altında olan əlyazmalar müxtəlif tarixlərdə katiblər tərəfindən  

qələmə alınmış Beyzavi təfsirinin özüdür. 

C-344/15587  Əsər  Şərq istehsalı olan qırmızı mürəkkəblə  çərçivəyə alınmış 

kağıza qara mürəkkəblə, nəsx xətti ilə yazılmışdır. Surələrin adları  qırmızı 

mürəkkəblə yazılmış, həmçinin təfsir olunan ayələrin üzərindən qırmızı mürəkkəblə 

xəttlər çəkilmişdir.  Əsərdə orta əsr mətnşünaslıq nümunələrindən istifadə 

olunmuşdur. Şərq üsulu ilə səhifələnmişdir. Cildi  şabalıdırəngli, Şərq ornamentləri 

ilə bəzədilmiş dəridir.  

Əvvəli:

مولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا   دمحلا



 

 و ارادقم

لا 

ملع 


ارانم 

و 

افرش 



اھعفرا

سفت


  ...اھسارو 

ةينيدلا 


مولعلا 

سئر 


وھ 

ىذلا 


ري

                 

       

Katibi:  Yusif  b. Əli  b. Yusif  b. İshaq 



Tarix:    967/1559, Rəcəb ayinin  sonu, Cümə  gecəsi 

C-618/9571  Əsər Avropa istehsalı olan vərəqlərə qara mürəkkəblə nəsx xətti ilə 

çərçivə içərisində yazılmışdır. Həm Şərq, həm də Avropa üsulu ilə səhifələnmişdir. 

Bu əlyazmada əl-Bəqərə surəsindən başlayaraq əl-Kəf surəsinə qədər olan 18 surənin 

təfsiri yer alır. Əlyazmanın vərəqlərində nəmdən əmələ gəlmiş ləkələr vardır. Cildin 

bir üzü yoxdur, digər üzü isə tünd zoğalı  rəngli,  Şərq ornamentləri ilə  bəzədilmiş 

dəridir. 

Əvvəli:


 

ولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا   دمحلا

 و ارادقم م

تلا ملع ارانم و افرش اھعفرا

سف

نيدلا مولعلا سئر وھ ىذلا ري



  ...اھسارو ةي

                     

                      

 

Katib:  Əbdurrəhman b. Ömər 



Tarix: 1107/1695,  Şəvval  ayının  əvvəli 

C-11/11677  Şərq istehsalı olan nisbətən nazik, parıltılı vərəqlərə nəsx xətti ilə 

yazılmışdır. Surələrin adları  qırmızı mürəkkəblə, təfsir olunan ayələrin üst 

hissəsindən qırmızı mürəkkəblə  xətt çəıilmişdir.  Şərq üsulu ilə  səhifələnmişdir. 

Kənarlarında müəyyən qeydlər aparılmışdır. Cildi  tünd zogalı rəngli, əlavə  dili olan 

dəridir. 

Katib:   İbn  Məhəmməd  Mömin  Səadəddin  Məhəmməd 

Tarix:   1121/1709, 

Həcmi: 383 vərəqdir. 

C-627/9580   Şərq istehsalı olan vərəqlərə qara mürəkkəblə  nəsx xətti ilə 

yazılmışdır. Bəqərə surəsinin ilk iki vərəqi riqi xətti ilə yazılmışdır. Surələrin adları  

qara mürəkkəblə yazılmışdır.Təfsir olunan ayələr qırmızı mürəkkəblə yazılmışdır. 



 Bayramova Sevinc  

 

354


Şərq üsulu ilə  səhifələnmişdir. Kənarlarında müəyyən qeydlər aparılmışdır. Cildi 

qara rəngli, üzəri  şərq ornamentləri ilə bəzədilmiş dili olan  dəridir.  

Katib:    Məhəmməd Əmin b.İshaq 

Tarix:    939/1532 

Həcmi:  465 vərəqdir. 

B-3175/4800  Avropa istehsalı olan mavi rəngli vərəqlərə  nəstəliq elementli 

nəsx xətti ilə qara mürəkkəblə yazılmışdır.  Şərq üsulu ilə  səhifələnmişdir. Təfsir 

edilən surələrin adları  qırmızı mürəkkəblə yazılmış, ayələrin üst hissəsindən isə 

qırmızı mürəkkəblə  xətlər çəkilmişdir. Hər vərəqdə 12 sətr var. Sətr aralarında və 

kənarlarda müəyyən qeydlər aparılmışdır.  Əsərdə orta əsr mətnşünaslığına aid 

nümunələrindən istifadə olunmuşdur. Bu əlyazmada Yasin, Saffat, Rəhman, Vaqiə, 

Cuma, Talaq, Təhrim, Haqqa, Nuh, Cin, Müzəmmil, Mudəssir, Qiyamət, Mursəlat, 

Nəbə, Naziat, Əbəsə, Təkvir,  İnfitar,  İnşiqaq, Buruc, Tariq, Ğasiyə, Fəcr, Bələd,  

Əlaq,  Bəyyinə,  Zilzəl, Adiyət, Təkəsur, Huməzə, Qariə, Fil, Qureyş, Kafirun,  Nasr, 

Təbbət,  İxlas, Fələq, Nəs surələrinin təfsirləri vardır. Cildi qəhvəyi rəngli,  Şərq 

ornamentləri ilə bəzədilmiş dəridir. 

Katib:   Məhəmməd Vəlid  Şeyx  Əsli  Bəqurlu 

Tarix:   1220/1805-06,  Ramazan ayının 1-i,  Çərşənbə  günü 

Həcmi:  223 vərəq 

B-3286/4911  Əlyazma Avropa istehsalı olan təbii rəngli vərəqlərə  qırmızı 

mürəkkəblə haşiyələnmiş çərçivənin içərisində qara mürəkkəblə səliqəli nəsx xətti ilə 

yazılmışdır. Surələrin adları  kənarda qara mürəkkəblə yazılmışdır. Təfsir edilən 

ayələrin üzərindən qırmızı mürəkkəblə  xətlər çəkilmişdir.  Şərq üsulu ilə 

səhifələnmişdir.  Əvvəli Məryəm surəsinin təfsiri ilə başlayır, sonu Nəs Surəsinin 

təfsiri ilə bitir. Hər səhifədə 19 sətr var. Cildi qəhvəyi rəngli  üzərində narıncı rənglə, 

Şərq ornamentli  naxışlarla  bəzədilmiş dəridir.  

Tarix:1165/1751-52 

Ölçüsü:  22x15 

B 723/10700   Əlyazma Avropa istehsalı olan vərəqlərə nəstəliq elementli nəsx 

xətti ilə qara mürəkkəblə yazılmışdır. Vərəqlərin kənarları nəmdən korlanmışdır. 

Katib:  Həsən  Ağa  b.  Qasayri 

Tarix:  1085/1674 

Ölçüsü: 29x19 

B 452/2070 Avropa istehsalı olan təbii rəngli vərəqlərə qara, nisbətən narın 

nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Ourani Kərimin müxtəlif surələrinin 


Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

355


təfsirləri vardır. Təfsir olunan ayələrin üzərindən qırmızı mürəkkəblə  xətlər 

çəkilmişdir.  Şərq üsulu ilə  səhifələnmişdir. Cildi tünd qəhvəyi rəngli, üzəri  şərq 

ornamentli  naxışlarla bəzədilmiş dəridir. Əlyazma  əvvəldən  naqisdir.  

Katib:  Hafiz  Əhməd  b.  Məhəmməd  b.  Hacı  Xəlil 

Tarix:  1262/1788, Şəvval ayı 

Ölçüsü: 21x14 

Bundan  əlavə  əlyazmalar institutunda bu əsərə yazılmış haşiyə  və  şərhlər də 

mövcuddur.  Ən məhşur haşiyələrdən olan və B-3599/22472 şifrəsi altında qorunub 

saxlanılan  Şeyxzadənin haşiyəsinin poliqrafik təsvirinə  nəzər salaq : Şeyxzadə 

Beyzavinin “Ənvarut-tənzil və  əsrarut-təvil” təfsirinə yazdığı haşiyə ilə  şöhrət 

qazanmışdır.  O, bir müddət müəllimlik etmiş və həmin təfsiririn mətnini şagirdlərin 

başa duşməsi üçün, onlarin səviyyəsinə uyğunlaşdırmışdır.  Şeyxzadə    həmçinin 

mütəvazi və gözəl xasiyyəti ilə  də tanınırdı. Ayələri təfsir edərkən  şübhəyə 

düşdüyündə  Allah (c.c) a yönəldiyini və Allah (c.c) tərfindən qəlbinin genişləndiyini 

deyirdi. Şeyxzadənin vəfat tarixi bəzi qaynaqlarda 951 (1544)-ci il verilsə də, şagirdi 

Taşköprüzadənin verdiyi  950  (1543) -ci il tarixi daha doğru qəbul edilir

13

  

B-725. Əsərin I hissəsini əhatə edən  bu mətn  Şərq istehsalı olan yüksək keyfiyyətli 



əhərlənmiş ağ kağıza qara mürəkkəblə səliqəli və xırda kalliqrafik nəstəliq elementli nəsx 

xətti ilə yazılmışdır. Başlıqlar,  

هلوق  və 

 

لوقا tipli sözlər kinovarla yazılmışdır. Mətndə şərh 



edilən hissələrin altından qırmızı mürəkkəblə  xəttlər çəkilmişdir.  Əbdülqəni Nuxəvi 

tərəfindən mətnin haşiyələrində  əsərə çox geniş  şərhlər yazılmış  və tekstoloji 

araşdırmalar zamanı aşkar etdiyi nüsxə fərqlərini qeyd etmişdir. 

Əlyazmanın mətnini bağlamaq üçün əlavə dili olan cildi dəridəndir. Cildin 

üzərində bir-biri ilə kəsişən xətlərlə birləşdirilmiş 9 ədəd basma medalyonlar vardır. 

Haşiyənin həcmi 543 vərəqdir. 

Katib:      هداز ىراق هصيلخ ىوخنلا ىنغلا دبع  

             Əbdülqəni Nuxəvi Xalisəqarızadə   

Köçürülmə tarixi: 1256/ 1840-41 

Təshih və tədqiq tarixi: 1276/1859-60 

Ölçüsü: 25x15 

Əvvəli:


  

                                                                  ...ﷲ ىلص و نيملاعلا بر   دمحلا  

                                                 

13

 İslam Ansklopedisi, Türkiye Diyanet Vakfı, İstanbul, 2010, 39/ 97-98;  K.Şərifov, Ə. N. 



Xalisəqarizadə kitabxanasının kataloqu, Bakı, 2009, I,  səh. 121. 

 Bayramova Sevinc  

 

356


Sonu:

 

                                                   ...ةروسلا هذھب قلعتي ام مث ليئارسا ىنب ةروسلا هذھ  



 

B-3599/22472. Əsərin 2-ci hissəsini əhatə edən bu mətn  Avropa istehsalı olan 

yüksək keyfiyyətli əhərlənmiş ağ kağıza qara mürəkkəblə, ğözəl və narın kalliqrafik 

nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Başlıqlar,  لوقا  və 

 

هلوق  tipli sözlər 



kinovarla yazılmışdır.  Əlyazma  Şərq və Avropa üslubu ilə  səhifələnmişdir.  Şərq 

uslubu qara, Avropa üslubu qırmızı mürəkkəblə yazılmışdır. Səhifə 1b. və 2a.da 

qırmızı və yaşıl rəngli mürəkkəblə çərçivəyə alınmış fehrist yerləşir. Fehristdən sonra 

10a.- ya qədərki vərəqlər boş buraxılmışdır. 10a. vərəqində  əsərin, müəllifin və 

katibin adı kalafon formasinda  qara və qırmızı  rəngli mürəkkəblə yazılmışdır. 

Mətində 


 

ميحرلا  نمحرلا 



    مسب ifadəsi qara, surələrin adları  qırmızı mürəkkəblə 

yazılmışdır. Mətində orjinaldan verilmiş cümlə və sözlərin üzərindən qırmızı və yaşıl 

mürəkkəblə  xətlər çəkilmiş, kənarları  şərhlərlə  əhatə olunmuşdur.  Şərhlər geniış 

olduğundan bəzi vərəqlərin arasına  əlavə yarımvərəqlər artırılmışdır.  Əbdülqəni 

Nuxəvi tərəfindən mətnin haşiyələrində əsərə çox geniş şərhlər yazılmış və tekstoloji 

araşdırmalar zamanı  aşkar etdiyi nüsxə  fərqlərini qeyd edilmişdir. Mətində orta əsr 

mətnşünaslığına dair işarələr vardır.  Əlyazmanın cildi əlavə dili olan, tünd qəhvəyi 

rəngli dəridir. 

Katib:     

     


هداز ىراق هصيلخ ىوخنلا ىنغلا دبع

 

 



Əbdülqəni Nuxəvi Xalisəqarizadə 

Tarixi:     1259/1843. 

Ölçüsü:    22,5x18,5. 

Həcmi:     434 vərəqdir. 

Əvvəli:                                                              بايعلاا ىف جوعلاك ىناعملا نم وھو  هلوق 

Sonu:              

   

علا بر   دمحلاو نيلسرملا ىلع ملاسلاو نوفصي امع ةزعلا بر كبر ناحبس



 نيملا

   


 

Bunlardan başqa  Əlyazmalar institunda Beyzavinin 

 

  ملع  ىف  بابللاا  بل



بارعلاا(Lubbul-əlbab fi ilmil- irab) əsərinin də B-3424/22634, B-4068, B-733 saylı 

şriftlərdə mühafizə edilən üç əlyazması vardır. Müəllifin bu əsəri  İbn Hacibin “əl-

Kafiyə fin-nəhv” adlı əsərinin müxtəsər variantı və şərhidir. Həmin əsər, məhşur alim 

Birgivi tərəfindən “İmtihanul-Əzkiya” adı ilə  şərh edilmişdir

14

.  Əsər  ərəb 



                                                 

14

 Katib Çələbi, yenə orada., İstanbul, 1941, I. səh. 168, 186,  Mucəmul-Müəllifin, VI, 97-98; 



Əli Turqut, Q. Kərim ensklopediyası, II, 181-182, Əli Turqut, Tefsir usulu və Kaynakları, 

səh. 256. 



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

357


qrammatikasından bəhs edir. B-733 sirifli əlyazmanın poliqrafiq təsvirinə  nəzər 

salaq. Əsərin mətni qara mürəkkəblə Rusiya istehsalı olan kağıza nəstəliq elementli 

nəsx xətti ilə yazılmışdır. Mətnin haşiyələrində göstərilmiş çoxsaylı nüxsə 

fərqlərindən aydın olur ki, əsərin bu nüsxəsi, başqa əlyazmalarla müqayisəli şəkildə 

tədqiq olunmuşdur.  Şərq və Avropa üsulu ilə  səhifələnmişdir.  Əsər  Əlyazma 

toplusunun 110b.-115a. vərəqlərini  əhatə edir. Cildi, basma medalyonlarla 

bəzədilmiş tünd qəhvəyi rəngli dəridir.  

Katib:  Əbdül  Qəni  Nuxəvi  Xalisəqarizadə 

Tarix:  1265/1848-49 

Köçürülmə yeri:  Şəki, 

Ölçüsü: 22,5x17 

Əvvəli:                                                                 ...نيمزاجلا عفر ىذللا   دمحلا 

Sonu:                                                       شكب تررمو سكتمركلا وحن اتف و ثنوملا 

“Ənvarut-Tənzil və  əsrarut- Təvil”  əsərinin  əlyazmaları dünyanın bir çox 

kitabxanalarında qorunub saxlanılır. Son illərə qədər Şərqdə və Qərbdə dəfələrlə çap 

olunmuşdur.  Lakin,  əlyazmaların  qarşılaşdırılaraq  elmi şəkildə nəşri  indiyə qədər  

həyata keçirilməmişdir. Belə bir məsuliyyətli işi, Türkiyədə 2010-cu ildə, Doç. dr. 

Şadi Eren dörd cild halında, 2011-ci ildə isə, Doç. dr. Abdülvehhab Öztürk  beş cild 

(tam mətn) 3000 səhifə halinda mükəmməl bir  tərcümə    ilə çap etdirib oxucuların 

ixtiyarına vermışdirlər. 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin