İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   2   3   4   5   6   7   8   9   ...   36

 

KAYNAKÇA 

 

Bostan,  İdris,  “Kemal  Reis”,  DİA,  Ankara:  Türkiye  Diyanet  Vakfı  Yayınları, 



2002, c. XXV, ss. 226-227. 

Canatar,  Mehmet,  “Cenâbî  Musafa  Efendi”,  DİA,  İstanbul:  Türkiye  Diyanet 

Vakfı Yayınları, 1993, c. VII, ss. 352-353. 

Cenâbî, Ebû Muhammed Mustafâ b. Seyyid Sinan b. Ahmed, el-Bahrü’z-zehhâr 



ve’l-‘aylemü’t-tayyâr, Süleymaniye Kütüphanesi Rağib Paşa Koleksiyonu, no. 986. 

Çelebi,  Hacı  Halife  Mustafa  b.  Abdullah  Kâtib,  Fezleketü  akvâli’l-ahyâr  fî 



‘ilmi’t-târîh ve’l-ahbâr (Fezleketü’t-tevârîh): Târîhü Mülûki Âli Osmân, tsh. Seyyid 

Muhammed es-Seyyid, Ankara: Türk Tarih Kurumu Yayınları, 2009. 

Çelebi, Kâtib, Fezleketü’t-tevârîh, Beyazıt Devlet Kütüphanesi, no. 10318. 

Çelebi,  Kâtib,  Keşfü’z-zünûn,  nşr.  Şerefettin  Yaltkaya-Kilisli  Rıfat  Bilge, 

İstanbul: Milli Eğitim Bakanlığı Yayınları, 1971. 

Çelebi,  Kâtib,  Takvîmü’t-tevârîh,  Süleymaniye  Kütüphanesi  Ayasofya  Kolek-

siyonu,  no.  3169;  Bağdatlı  Vehbi  Koleksiyonu,  no.  1235;  Çelebi  Abdullah 

Koleksiyonu, no. 257. 

Danişmend, İsmail Hami,  İzahlı Osmanlı Tarihi Kronolojisi, İstanbul: Türkiye 

Yayınevi, 1971. 

Efdaleddîn, “Bir Vesîka-ı Mü’lim”, TOEM, c. IV (1328), ss. 201-210. 

Hammer,  Joseph  Freiherr  von,  Devlet-i  Osmâniye  Târîhi,  çev.  Mehmet  Ata, 

İstanbul: Keteon Bedrosyan Matbaası, r. 1330/m. 1914. 

İlter,  Aziz  Samih,  Şimali  Afrika’da  Türkler,  İstanbul:  Vakit  Gazete  Matbaa, 

1936. 

Kantemir,  Dimitri, 



Osmanlı  İmparatorluğunun  Yükseliş  ve  Çöküş  Tarihi,  çev. 

Özdemir Çobanoğlu, Ankara: Kültür Bakanlığı Yayınları, 1979. 

Konrapa, M. Zekâî, “Endülüs Mersiyesi-Nizâmî Tercümesi ve Endülüs Tarihine 

Kısa Bir Bakış”, İstanbul Yüksek İslâm Enstitüsü Dergisi, c. II (İstanbul, 1964), ss. 

165-184. 

Kuran,  Ercüment,  “Cezayirli  Türklerin  Endülüs  Müslümanlarını  Kuzey 

Afrika'ya  Nakli  ve  Neticeleri”, 

Endülüs'ten  İspanya’ya,  Ankara:  Türkiye  Diyanet 

Vakfı Yayınları, 1996, ss. 63-67. 

Özdemir,  Mehmet,  “Endülüs  Müslümanlarına  Osmanlı  Yardımı”,  Türkler

Ankara: Yeni Türkiye Yayınları, 2002, c. IX, ss. 393-408. 



 

Qiyas Şükürov 

46 


Parmaksızoğlu,  İsmet,  “Kemâl  Reis”,  İA,  İstanbul:  Milli  Eğitim  Bakanlığı 

Yayınları, 1977, c. VI, ss. 566-569. 

Piri Reis, 

Kitâb-ı Bahriye, ed. Ertuğrul Zekai Öteke, Ankara: Kültür ve Turizm 

Bakanlığı Yayınları, 1988. 

Seyfi,  Alî  Rızâ,  Kemâl  Reîs  ve  Baba  Oruc,  Dersaâdet:  Sehâ  Matbaası,  r. 

1325/m. 1909. 

Şükrî,  Mehmed,  Esfâr-ı  Bahriye-i  Osmâniye,  İstanbul:  Karabet  Matbaası,  r. 

1306/m. 1890. 

Şükürov,  Qiyas,  “Endülüs  İstidanamesi  ve  Kemal  Reis’in  İspanya  Seferi”, 

İSTEM (İslâm San’at, Tarih ve Mûsikîsi Dergisi), sy. 14 (Konya, 2009), ss. 311-334. 

Uzunçarşılı,  İsmail  Hakkı,  Osmanlı  Tarihi:  İstanbul’un  Fethinden  Kanunî 



Sultan Süleyman’ın Ölümüne Kadar, Ankara: Türk Tarih Kurumu Yayınları, 1995. 

Yınanç,  Mükrimin  Halil,  “Fezleket  Ekval  el-Ahyâr  Hakkında”,  Kâtip  Çelebi: 



Hayatı  ve  Eserleri  Hakkında  İncelemeler,  Ankara:  Türk  Tarih  Kurumu  Yayınları, 

1985, ss. 93-100. 

Yüksel, Azmi, “Endülüs’ten II. Bayezid’e Yazılan Anonim Bir Şiir”,  Belleten

c. LII, sy. 205 (Ankara, 1988), ss. 1575-1583. 

 

 


Kâtip Çelebi’nin kayıtlarında Osmanlı-Endülüs münasebetlerinin erken safhası 

47 


 

EKLER 

 

 



 

Ek 1. Kâtip Çelebi’nin Takvîmü’t-tevârîh Eserine Aldığı Kronolojik Kayıt 

(Süleymaniye Kütüphanesi Çelebi Abdullah Koleksiyonu, no. 257, v. 60b) 

 

 


 

Qiyas Şükürov 

48 


 

 

Ek 2. Kâtip Çelebi’nin Fezleketü’t-tevârîh Eserine Eklediği Haşiye Notu 

(Beyazıt Devlet Kütüphanesi no. 10318, v. 210b) 



Kâtip Çelebi’nin kayıtlarında Osmanlı-Endülüs münasebetlerinin erken safhası 

49 


 

 

Ek 3. Mustafâ Cenâbî’nin el-Bahrü’l-zehhār ve’l-‘aylemü’t-tayyār Eserindeki 

Tarihî Kayıt 

(Süleymaniye Kütüphanesi Rağib Paşa Koleksiyonu, no. 986, v. 339a-b) 

 

 

Çapa tövsiyə etdi: f.f.d. M.M.Mürsəlov 



 

 


 

Qiyas Şükürov 

50 


 

ÖZET 

 

Kâtip  Çelebi,  Osmanlı-Endülüs  münasebetlerinin  erken  safhası  hakkında  bilgi 

veren,  ilk  Osmanlı  müelliflerindendir.  Müellifimizin  Takvimü’t-tevârîh  ve 

Fezleketü’t-tevârîh  eserlerinde  bu  konuyla  ilgili  birkaç  pasaj  vardır.  Söz  konusu 

tarihî  pasajların  içeriği  ve  erken  dönem  Endülüs  (İspanya)-Osmanlı  münasebetleri 

açısından arz ettiği önem bu çalışmanın temel araştırma konusunu oluşturmaktadır. 

Araştırmanın  amacı,  sözü  edilen  eserlerin  yazma  nüshaları  üzerinde  tetkikler 

yapılması,  paradoks  ve  müphemlik  içeren  böylesine  önemli  konunun  açıklığa 

kavuşturulmasından  ibarettir.  Mercek  altına  alınan  dönem  kısa  olup,  İspanya’daki 

son  Endülüs  teşekkülü  olan  Benî  Ahmer  tarihinin  son  10  senesini  kapsamaktadır. 

Dolayısıyla dar alanda derinlemesine araştırmalar yapılması hedeflenmiştir. 

 

 

ABSTRACT 



 

THE EARLY STAGES OF OTTOMAN-ANDALUSIAN RELATIONS IN 

THE HISTORICAL RECORDS OF KĀTIB ÇELEBĪ 

 

Kātib Çelebī is one of the Ottoman authors providing historical information on 

the  the  early  stages  of  Ottoman-Andalusian  relations.  There  is  a  few  interested 

passages  in  the  books  of 



Tākvīm al-Tawārīkh and  Fazlaka al-Tawārīkh written  by 

Kātib Çelebī. In question of the passages and early ottoman-andalusian relations are 

the  main  problem  of  this  study.  The  aim  of  study  is  to  investigate  the  manuscripts 

mentioned above, and to clarify the paradoxes and ambiguity of theme. The scope of 

them is very restricted. Indeed it covers the final decade of the last Andalusian state 

or Nasrid Kingdom. So that our study has set a goal to get deep investigations in the 

interested area. 

 


İslamda vəsiyyət və onun mahiyyəti 

51 


UOT 28 –İSLAM 

 

İSLAMDA VӘSİYYӘT VӘ ONUN MAHİYYӘTİ 

 

i.f.d. dosent Səbinə Həmid qızı Mirzəyeva 

Bakı Dövlət Universiteti 

 

 

Açar sözlər: İslam, miras, vəsiyyət, hüquq, ölüm 

Keywords: Muslim, legacy, precept, law, death 

Ключевые слова: Ислам, наследие, предписание, закон, смерть 

 

İslam  ehkamları  insanın  ölümdən  qabaqkı  və  ölümdən  sonrakı  həyatını  vahid 



bir silsilə kimi təsəvvür etməyə, müsəlmanı öz yaradılışının hikmətini daha dərindən 

dərk  etməyə  sövq  edir.  Müsəlman  təkcə  özünün  həyatı  ərzində  deyil,  vəfatından 

sonra  da  dünya  işlərinin  necə  cərəyan  edəcəyi  haqda  narahatlıq  keçirir.  Özündən 

asılı  olmayaraq,  dünya  həyatında  qurub-yaratdıqlarının,  keçirdiyi  pəhrizkar  həyat 

tərzinin,  rəhbər  tutduğu  əxlaqi-mənəvi  dəyərlərin  qorunub  -  saxlanmasında  və 

davam  etdirilməsində  bir  maraq  hiss  edir.  Müvafiqən,  müsəlman  ömrünü  «necə 

gəldi»  başa  vurub  köçməyə  tələsmir,  müəyyən  məsləkə,  prinsiplərə  qulluq  edir. 

Ölümündən qabaq imkan tapıb kiməsə vəsiyyət etmək, dünya həyatında nail olduğu 

maddi  və  mənəvi  uğurların  davam  edəcəyinə  inam  hiss  etməyə  ehtiyac  duyur. 

Bununla  əlaqədar  olaraq,  islamı,  ölüm  hadisəsinə  münasibətdə  insan  təfəkkürünün 

yeni mərhələsi hesab etmək olar. İslamın zühuru ilə ölümdən qabaq vəsiyyət etmək 

bir  hüquqi  mərasim  halını  alır.  Müsəlman  aləmində  geniş  yayılmış  bir  məsəldə 

deyilir:  «Mən  matə  bila  vəsiyyə,  matə  bi-1-cahiliyyə»  (Kim  vəsiyyət  etməmiş 

ölmüşsə,  cahiliyyə  əqidəsində  olaraq  ölmüşdür).  Burada  cahiliyyət  qanunlarına, 

ənənələrinə  nifrət  ifadə  olunmaqla  bərabər,  həm  də  İslamın  zühuru  nəticəsində 

insanın  şüur  və  mədəniyyətinin  yeni  bir  mərhələyə  yüksəlmiş  olduğu  vurğulanır. 

İslam  öyrədir  ki,  ölüm  haqdır:  «Hər  bir  kəs  (canlı)  ölümü  dadacaqdır»  (1,«Ali-

İmran»185).  «Harada  olursunuz  olun,  hətta  uca  və  möhkəm  qalalar  içərisində 

olsanız  belə,  ölüm  sizi  haqlayacaq»  (1,«Nisa»76).  Lakin  dünya  həyatı  konkret 

fərdlər  üçün  müvəqqəti  olsa  da,  ümumiyyətlə  bəşəriyyət  üçün  davam  edir  və  bir 

nəfərin  ölümü  artıq  cəmiyyətdə  kök  salmış  həyat  tərzinə,  dini  əqidəyə  xələl 

gətirməməlidir.  Lüğəvi  mənası  "vəfa  qılmaq,  Allahla  olan  əhdinə,  vəfa  qılaraq 



 

Səbinə Həmid qızı Mirzəyeva 

52 


dünyasını dəyişmək» olan vəfat hadisəsiylə insanın dünya həyatı ilə qarşılıqlı əlaqəsi 

qırılmış olur, onun zürriyyətini və yaxın qohumlarını görərək, onlara nəsə tapşırmaq, 

nədənsə xəbərdarlıq etmək imkanı qalmır: «Artıq nə bir vəsiyyət etməyə iqtidarları 

çatar,  nə  də  ailələrinin  yanına  qayıda  bilərlər»  (1,«Yasin»50).  Bunu  da  demək 

lazımdır  ki,  vəsiyyətin  şəri  qüvvəsi  Quran  tərəfindən  qorunur:  «Bunlar  Allahın 

sərhədləridir  (hökmləridir)»  (1,«Nisa»13).  «(Ölənin)  vəsiyyətini  eşitdikdən  sonra 

onu  dəyişənlər  günah  sahibi  olarlar».  (1,«Bəqərə»186).  İslamın  vəsiyyət  prinsipi  o 

qədər güclüdür ki, qeyri-adi şəraitdə, qürbətdə, yaxın adamın olmadığı şəraitdə can 

verməli  olsa  belə,  müsəlman  təsadüfən  rastlaşdığı  və  ya  yol  yoldaşı  olduğu 

müsəlmana etibar edərək, vəsiyyətini öz əhlinə çatdırmağı xahiş edə bilər və həqiqi 

müsəlman bu vəsiyyəti çatdırmağa borcludur. 

Vəsiyyətin  məzmunu  hədsiz  dərəcədə  çeşidli  və  rəngarəng  olub,  dini  əqidə 

məsələlərini, maddi məsələləri, mal-mülk bölgüsünü, ailə münasibətlərini və əxlaqi 

problemləri  əhatə  edir.  Әqidə  məsələləri  barədə  vəsiyyət  etməkdə  peyğəmbərlər 

parlaq  nümunələr  göstərmiş,  onların  hər  biri  ölməzdən  qabaq  vəsiyyət  edərək, 

zürriyyətinin  islam  dinində  qalacağına  zəmanət  almışlar:  "İbrahim  və  (sonra  da) 

Yaqu  b  bunu  (müsəlman  olmağı)  öz  oğlanlarına  vəsiyyət  edib,  hər  biri  dedi:"«Ey 

oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din seçdi, siz də ancaq müsəlman 

olaraq ölməlisiniz» (1,«Bəqərə»132). 

Yaqub  peyğəmbər  can  verməzdən  qabaq  oğlanlarından  «Məndən  sonra  nəyə 

ibadət edəcəksiniz?» - deyə soruşur və yalnız «Sənin Allahına və atalarımız İbrahi-

min, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olub, Ona ibadət edəcəyik», - 

cavabını aldıqdan sonra arxayınlıqla canını təslim edir (1, «Bəqərə133»). 

Zəkəriyyə,  ölüm  gününün  yaxınlaşdığını  hiss  edərək  Rəbbinə  «Mən  özümdən 

sonra  gələn  qohum-əqrəbamdan  (yerimə  keçəcək  əmioğlularının  və  digər 

vərəsələrimin  məsləkini  ləyaqətlə  davam  etdirməyəcəyindən)  qorxuram»  -  deyə 

müraciət  edir.  Allaha  yalvararaq  oğul  istəyən  Zəkəriyyə  öz  ricasını,  məsləkini 

ləyaqətlə  davam  etdirəcək  bir  etibarlı  adamın  olmaması  ilə  izah  edir.  O,  qohum- 

əqrəbaya  etibar  etməyərək,  məhz  oğul  istəyir  və  bu  da  təsadüfi  deyildir.  Atanın 

təəssübünü, birinci növbədə, oğul çəkməlidir. Ölüm saatının yaxınlaşdığını hiss edən 

islam  peyğəmbər  özü  ilə  birlikdə  həcc  ziyarətinə  çıxmış  minlərlə  müsəlmanın 

qarşısında «vida xütbəsi» edərək, əqidəvi, sosial, siyasi və iqtisadi məsələləri əhatə 

edən  geniş  məzmunlu  nitqlə  çıxış  etmişdir.  O  bu  çıxışında  mal-mülkü  mühafizə 

etmək  ona  qarşı  istər  fərd,  istərsə  də  ictimaiyyət  tərəfindən  təcavüz  edilməsinin 

qarşısını  almağı,  mal-mülk  sahibindən  öz  sərvətini  hansı  yolla  qazandığını 


İslamda vəsiyyət və onun mahiyyəti 

53 


soruşmağı,  qəza  və  maliyyə  işlərində  etibarlı  olmağı  və  sələmdən  imtina  etməyi 

vəsiyyət etmişdi. 

Әdəb-ərkan  və  davranış  qaydalarına  aid  vəsiyyətə  Loğmanın  öz  oğluna  etdiyi 

vəsiyyəti  misal  göstərmək  olar.  Loğman  öz  oğluna  etdiyi  öyüd-nəsihətində  Allaha 

şərik qoşmamağı («Loğman 13) namaz qılmağı (17) həm də yaxşı işlər görməyi (17) 

adından təkəbbürlə üz  döndərməməyi və  yer üzündə lovğa-lovğa işində  müvazinət 

gözləməyi  (19),  danışanda  səsini  çıxarmamağı  (19)  ədəb-ərkan  qaydalarını  gözlə-

məyi əmr edir. 

Loğmanın  öz  oğluna  verdiyi  öyüd-nəsihət  bəşəriyyətin  bu  gün  riayət  etməli 

olduğu əxlaq normalarından başqa bir şey deyildir. 

Mal bölgüsü və mirasla əlaqədar bir sıra məsələlər Quranda öz əksini tapmışdır. 

Məsələn, ayələrin birində ailə üzvlərindən hər birinin payına düşən mirasın miqdarı 

belə müəyyən olunur: «Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, 

oğula  iki  qız  hissəsi  qədər  pay  düşür.  Әgər  (ölən  şəxsin)  qızlarının  sayı  ikidən 

artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Әgər təkcə bir nəfər qızdırsa, mirasın 

yarısı  onundur.  Övladı  olduğu  təqdirdə  vəfat  edənin  ata  və  anasının  hər  birinə 

mirasın  altıda  bir  hissəsi  verilir.  Әgər  onun  övladı  olmayıb,  varisi  yalnız  ata  və 

anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir (Qalan hissə tamamilə ataya 

çatır).  Әgər  ölmüş  şəxsin  qardaşları  və  bacıları  varsa,  ananın  hissəsi  altıda  birdir 

(Yerdə qalan hissə yenə atanın payına düşür). Bu bölgü ölə şəxsin vəsiyyəti yerinə 

yetirildikdən  və  ya  borcu  ödənildikdən  sonra  aparılır.  Valideynlərinizdən  və 

övladlarınızdan  hansı  birinin  xeyir  və  mənfəət  cəhətdən  sizə  daha  yaxın  olduğunu 

bilmədiyiniz üçün bu (bölgü), Allah tərəfindən müəyyən edilmişdir» (1,«Nisa»11). 

Lakin  Quranda  göstərilən  əmr  və  nəhylər,  müsəlmanların  həyatını  tənzim  edən 

ümumi  fərmayişlər  Allahın  dəyişməz  hüdudlarıdır  və  konkret  hallarda  bu  əmr  və 

nəhylərə  uyğun  olaraq  müvafiq  əlavələr  etmək  lazım  gəlir.  Məsələn,  ümumiyyətlə 

miras bölgüsü ilə bağlı olan hər şey şəriət qanunları ilə tənzim olunmuşdur və kimə 

nə  miqdarda  pay  düşəcəyi  məlumdur.  Ancaq  konkret  vəziyyətdən  çıxış  edərək, 

konkret faktları nəzərə almaqla, daha zəruri halları bariz şəkildə nəzərə çatdırmaqla 

mömin şəxs ölümündən qabaq daha məqsədyönlü şəkildə vəsiyyət edir. Bunu şəriət 

qanunları  tələb  edir.  Quranda  buyurulur:  «Sizin  hər  birinizi  ölüm  haqlayan  zaman 

qoyub  gedəcəyiniz  maldan  valideynlərinizə,  yaxın  qohumlarınıza  verilməsi  üçün 

ədalət  üzrə  vəsiyyət  etməyiniz  zəruridir.»  (1,«Bəqərə»180).  Bütün  bunlar  nə  qədər 

kədərli  və  təbiidir.  Artıq  dünya  həyatını  başa  vurmuş,  müəyyən  məslək,  dünya 

görüşünə və mövqeyə malik olan müsəlmanın özündən sonra dininin müqəddəratına 


 

Səbinə Həmid qızı Mirzəyeva 

54 


və  mal-mülkündə  kimin  sahiblik  edəcəyinə  görə  nigarançılığından  irəli  gələn  bir 

haldır.  Vəsiyyət  etmək,  ürəyindəki  son  sözləri  demək  arzusu  göstərir  ki,  vəsiyyət 

edən şəxs müəyyən məslək, prinsip sahibidir, ömrünü bivec keçirməmişdir və ondan 

sonra  nələrin,  hansı  hadisələrin  baş  verəcəyinə  laqeyd  deyildir.  Vəsiyyət, 

müsəlmanın bir tərəfdən, dünya həyatının gəldi-gedərliyini və ölümündən sonra bir 

daha dünyaya qayıtmayacağını dərk etməsindən, digər tərəfdən isə Xaliq tərəfindən 

mükəlləf  edildiyi  xəlifəlik  vəzifəsinin  yüksək  səviyyədə  yerinə  yetirilməsi 

istəyindən irəli gəlir. Allah-təala onun xilqətinə daxil edib ki, dirilər kimi ölülər də 

yer  üzündə  cərəyan  etməkdə  olan  hadisələrə  qarşı  laqeyd  olmamalıdır.  Müsəlman 

bilir  ki,  vəfatı  ilə o, birdəfəlik  olaraq axirət aləminə qovuşur,  vəfatından  sonra yer 

üzündə baş verəcək hadisələrə görə cavabdeh deyildir. Amma bununla belə, konkret 

əqidə  və  məslək  sahibi  olan  insan  hiss  edir  ki,  onun  vəfatı  ilə  bəşər  cəmiyyətinin 

inkişafına bir xələl gəlməməlidir (4, 243). 

Vəsiyyət  hər  bir  adama  edilmir,  bu  vəzifə  şərəfli  olduğu  qədər  də  məsuliy-

yətlidir. Әsl varis atasının ölümü zamanı qürbətdədirsə, qayıdıb atasının ölüm xəbə-

rini eşidincə, dərhal onun vəsiyyətnaməsini soruşmalıdır. O, vəsiyyətnaməyə əsasən 

həm  mərhumun  borclarını  qaytarmalı,  qisası  varsa,  qisasını  almalı,  kimisə  əşirənin 

rəhbəri  kimi  tanımalı  və  ona  itaət  etməli,  kiməsə  sirrini  açmamalı  və  ondan  uzaq 

olmalı,  mal-mülkün  vəsiyyətə  görə  bölünməsinə  nəzarət  etməlidir.  Әsl  varisin 

həddi-büluğa çatmamış olması ilə, ölümün qəfildən gəlməsi ilə və s. hallarda ölmək-

də olan şəxs etibar etdiyi, həqiqi varisi olmayan və ya təsadüfi bir adama vəsiyyət 

edərək, onu həqiqi varisinə çatdırmağı xahiş də edə bilər. Bu vəsiyyət müqəddəs bir 

əmanətdir. Vaxtı və şəraitindən asılı olmayaraq, vəsiyyəti öz üzərinə götürmüş şəxs 

onun məxfiliyini qorumalı, onu ürəyində daşıyaraq gec-tez varisə çatdırmalıdır. 

İslamda insanın xəlq edilməsi nə qədər ciddi və  mənalı bir hadisədirsə, dünya 

tərk  etməsi  də  bir  o  qədər  dərin  hikmətə  malikdir.  Bunun  hikməti  ondadır  ki,  Yer 

üzündə Allahın xəlifəsi olmaq üçün xəlq edilmiş insan bu risalənin gətirib müəyyən 

nöqtəyə çatdırdıqdan sonra onu yeni nəslə təhvil verir və dünya evindən axirət evinə 

köçür.  O,  dünyasını  dəyişməzdən  qabaq  bəşəriyyətin  bir  daha  cahiliyyə  adət-

ənənəsinə  qayıtmayacağına,  yurdunun  xarabazarlığa  çevrilməyəcəyinə,  burada 

özbaşınalığın,  böyük-kiçiksizliyin,  daxili  didişmələrin  baş  alıb  getməyəcəyinə,  ata 

mülkünün  viran  qalmayacağına  əmin  olmaq  istəyir.  Bütün  bunlar  məhz  İslam 

dininin  daxili  mahiyyətindən  irəli  gələn  istək  və  tələbatlardır.  Bu  mütəmadilik 

qırılmazdır. Mömin insanın xilqətinə xas olan qurub-yaratmaq, çoxaltmaq, artıq əldə 

edilmiş  uğuru  möhkəmlətmək  meyli  onu  dünya  hadisələrinə  qarşı  laqeyd  olmağa 


İslamda vəsiyyət və onun mahiyyəti 

55 


qoymur.  Dünyasını  dəyişməyə  hazırlaşan  müsəlmanı,  onun  dinində,  ailəsində, 

tayfasında, əmlakında baş verə biləcək hər bir hadisə narahat edir. Öz vəsiyyəti ilə 

bu  dağıdıcı  hadisələr  qarşısında  sipər  çəkməyə  çalışır.  Müsəlmanın  düşüncəsinə 

görə,  dünyasını  dəyişməklə  onun  dünya  həyatı  ilə  əlaqəsi  tamamilə  kəsilmir.  Bu 

əlaqə yalnız birtərəfli şəkil alır. Digər sözlə desək, o, dünya həyatında baş verənləri 

qəbir evindən sezir, lakin onlara öz təsirini göstərə bilmir. Bu onun əzabını daha da 

artırır.  Buna  görə  də  ölüm  yatağında  olan  şəxs  haqqında  bəzən  deyirlər:  «Nə  isə 

demək istəyirdi», «gözləri ilə kimisə axtarırdı». Bəzən də elə olur ki, ölüm yatağında 

olan  şəxs  varisini  görərək  vəsiyyətini  eləyir  və  rahatlanır,  asanlıqla  canını  təslim 

edir.  Vəsiyyətin  konkret  məzmunundan  asılı  olmayaraq  o,  varisi  gözlənilən 

çətinliklərdən,  fəlakətlərdən,  rüsvayçılıqdan,  maddi  xəsarətdən  uzaqlaşdırmağa 

yönəlmişdir.  Məsələn,  pis  əməlləri  ilə  tanınmış  bir  tayfaya  və  ya  nəsiə  öz 

münasibətini  bildirərək  deyir:  «uzaq  ol»,  «alver  etmə»,  «qohumluq  etmə»,  «yol 

yoldaşı  olma»  və  s.  İnsan  ölərkən,  özünün  arxasınca  heç  bir  mübahisəli  məsələ, 

ixtilaf doğuracaq, səhv yozula biləcək məsələ qoymaq istəmir. Vərəsəlik hüququnun 

həyata  keçirilməsində  əsas  məsuliyyət  varisin,  qəyyumun  (vəlivvü-l-əmr)  və 

şahidlərin üzərinə düşür. Buna görə də, onların hər birini seçərkən ciddi düşünməli, 

onları dəfələrlə sınamalı, mötəbər və qədir bilən adamlara ürək qızdırmalıdır. Bəzən 

mərhumun  mal-mülkünün  tar-mar  olduğunu,  susuzluqdan  yanıb  qurumuş  bağını 

sönmüş ocağını görərək səmimiyyətlə onun halına acıyırlar. Bu mərhumun yurdunda 

həqiqi  varis  olmayan,  tamamilə  kənar  bir  şəxsin,  varisliyə  layiq  olmayan  adamın 

qaldığı  hallarda  daha  bariz  şəkildə  özünü  göstərir:  "Gorun  od  tutub  yansın,  gör 

yurdunda kim qaldı?..." Belə hallarda mərhum haqqında deyirlər: "Qəbrində çevrilir, 

qovrulur,  qəbri  od  tutub  yanır".  Vəsiyyət  ediləcək  şəxsin  seçilməsində  qohumluq 

əlaqəsi, ata xətti ilə yaxınlıq, ikinci növbədə isə, şəxsin mötəbərliyi, nüfuz, qətiyyət, 

gözütoxluq mühüm rol oynayır. İslam tarixində, mömin adamların ölümündən qabaq 

nökər  və  kənizlərini  azad  etməyinin,  onların  haqqını  ödəyərək  onlardan  halallıq 

almasından,  zövcələrin  hüququnun  müəyyən  edilməsinin,  hətta  sevimli  at  və  ya 

dəvəsindən  halallıq  istəməyin  şahidi  oluruq  (  5,  134).  Dünya  həyatını  tərk  etməyə 

hazırlaşan adam kiməsə borclu olub, ödəmək iqtidarında deyilsə, o, borc sahibindən 

halallıq istəyir. Әgər borc sahibi halal etmirsə, o bu məsələni öz varisi ilə razılaşdırır 

və  qazanıb  həmin  məbləği  ödəməyi  tapşırır.  Qeyd  etmək  lazımdır  ki,  bu  ənənə 

müsəlman  xalqlarının  həyatında  dərin kök  salmışdır.  Dəfn  zamanı  mərhumu  qəbrə 

qoymazdan əvvəl bu mərasimə rəhbərlik edən din xadimi, varisin (oğul, ata, qardaş, 

ata xətti ilə daha sonrakı qohumlar) iştirakı ilə camaata müraciət edir və mərhumun 


 

Səbinə Həmid qızı Mirzəyeva 

56 


kiməsə  borcu,  kiminsə  ona  qarşı  iddiası  olub-olmadığını  soruşur.  Yalnız  camaatın 

razılığından  sonra  mərhumu  torpağa  tapşırırlar.  Bunu  da  qeyd  etməliyik  ki,  mal-

mülk  bölgüsü  vəsiyyətin  şərtlərini  yerinə  yetirdikdən  sonra,  daha  ödənilməli 

məxaricin  qalmadığı  təqdirdə  aparılır:  "Bu,  (vərəsələrə)  zərər  toxunmadığı  halda 

edilən  vəsiyyətin  yerinə  yetirilməsindən  və  ya  borcun  ödənilməsindən  sonra  icra 

olunur" (1, Nisa-12). 

İslamdan  qabaq  cahiliyyət  mühitində  anlaşılmazlıq  və  mübahisə  doğuran 

məsələlər arasında ölüm və onun səbəbləri xüsusi yer tuturdu. 

O dövrdə ərəb şüurunda dərin kök salmış təsəvvürlərdən biri də bu idi ki, insan 

həyatı kortəbii şəkildə yox, müəyyən bir fövqəltəbii qüvvə tərəfindən idarə olunur. 

Bu  qüvvəni  insan  iradəsindən  asılı  olmayan,  onun  idrak  çərçivəsindən  kənarda 

mövcud  olan  tale"  (məniyə)  adlandırmaqla  kifayətlənirdilər.  VI  əsrin  əvvəllərində 

yaşamış  şairlər  isə  zamanın  sonsuzluğunu  və  eyni  hadisələrin  dövri  olaraq  təkrar 

olunduğunu, mövcud olan hər şeyin müvəqqətiliyini göstərən "dəhr" sözündən daha 

çox istifadə edirdilər. Cahil ərəblərin təsəvvürüncə, "dəhr" insanın həyatına yardım 

etməkdən  daha  çox  onun  məhv  edilməsinə  yönəldilmişdir.  İnsanın  öz  gündəlik 

həyatında  qarşılaşdığı  bütün  çətinliklər  və  uğursuzluqlar  "dəhr"dəndir.  Heç  kəs 

zamanın  gərdişindən  yaxa  qurtara  bilmədiyi  kimi  onu  irəlidən  də  görə  bilməz 

.Taleyin hökmü insanın idrakı üçün anlaşılmaz bir şeydir. İnsan yalnız onu bilir ki, 

taleyin hökmü (xətm əl-qeyb) onu istədiyi vaxt yaxalaya bilər ( 6, 263). 

Әrəblərin  şüurunda  "axirət  dünyası"  məfhumu  özünə  yer  tapmamış  olsa  da, 

onlar həyata müvəqqəti, fani bir şey kimi baxırdılar. İnsanların gündəlik həyatında 

baş  verən  xoş  və  bəd  hadisələrin,  xüsusilə  də  insanın  birdən-birə  yox  olaraq 

həyatdan  getməsi  hadisəsinin  izah  edilməmiş  qalması  cahiliyyət  dövrü  kahin  və 

şairlərini düşünməyə, bu qəribə hadisənin köklərini aramağa sövq edirdi. 

"Həyat" anlamının özü bədəvi məişətinin müxtəlif sahələrini əks etdirən "eyş", 

"bəqa", "ümr" kimi sözlərlə ifadə olunurdu. Әrəblər yalnız bu dünyada mövcudluğu 

qəbul  edir  və  ölüm  anında  onun  sona  yetdiyini  düşünürdülər.  Ölüm  "fəna"  və  ya 

"zəval"  kimi  başa  düşülürdü.  Qədimdə  ərəb  təsəvvür  edirdi  ki,  insan  həyatında 

yaradıcı, xəlqedici qüvvə ilə yanaşı, həm də bir qəhredici qüvvə fəaliyyət göstərir. 

Bu qəhredici qüvvənin nədən ibarət olduğu haqda ziddiyyətli fikirlər söyləyən cahili 

kahinləri  xəlq  edilməklə  qəhr  edilmək  arasında  barışmaz  bir  əksliyin  mövcud 

olduğunu hiss etsələr də, bunun səbəbini zaman, dövr, qəhr, dəhr və başqa sözlərlə 

ifadə  etməyə  çalışırdılar.  Hər  qəbilənin  öz  dövrü  və  xüsusi  keçmişindən  seçilərək 

götürülmüş müəyyən hadisə ilə bağlı olan tarixi mövcud idi ( 5, 265). 


İslamda vəsiyyət və onun mahiyyəti 

57 


Cahiliyyət  ərəbləri  ölüm  hadisəsini  yenidən  dirilmə,  sorğu  və  axirət  həyatı  ilə 

əlaqələndirməyərək,  insanın  ölüm  nəticəsində  sadəcə  olaraq  məhv  olduğunu 

düşünür,  taleyin  mütləq  qəhredici  qüvvəsinə  məruz  qalaraq  yox  edildiyi  qənaətinə 

gəlirdilər.  İnsanın  həyatda  müvəqqətiliyi  onun  öz  ömrünü  necə  keçirdiyindən  asılı 

olmayaraq labüd şəkildə zavala uğrayacağı və bununla da hər şeyin bitəcəyi haqda 

təsəvvürlər ölüm hadisəsini ikrah hissi ilə qarşılamağa məcbur edirdi (2,96). 

İslam bu təsəvvürləri alt-üst  edərək  dünya və  axirət  həyatı haqqında  tamamilə 

yeni  anlayış  gətirdi.  O,  ölüm,  yenidən  dirilmə,  sorğu-sual,  mükafat  və  cəza,  axirət 

həyatı  anlamları  ilə  insanın  mənalı  yaşamasını,  davranışına  görə  məsuliyyət 

daşımasını və hər bir addımını ölçüb-biçməsini şərtləndirdi. Dünya həyatının axirət 

həyatına  qovuşmaq  üçün  bir  körpü  olduğunun  etiraf  edilməsi  insanın  təkcə  dünya 

həyatı  üçün  deyil,  həm  də  axirət  həyatı  üçün  məsuliyyət  daşıdığına  inama  gətirib 

çıxardı. İslam ehkamları insanın ölümündən qabaqkı və ölümündən sonrakı həyatını 

vahid bir silsilə kimi təsəvvür etməyə imkan verirdi. Müsəlman təkcə özünün həyatı 

ərzində  deyil,  vəfatından  sonra  da  dünya  işlərinin  necə  cərəyan  edəcəyi  haqda 

narahatlıq  keçirməyə  başladı.  Buna  görə  də  müsəlman  ömrünü  "necə  gəldi"  başa 

vurub  köçməyə  tələsmir,  müəyyən  məsləkə,  prinsiplərə  qulluq  edir.  Ölümündən 

qabaq  imkan  tapıb  kiməsə  vəsiyyət  etmək,  dünya  həyatında  nail  olduğu  maddi  və 

mənəvi uğurların davam edəcəyinə inam hissi keçirməyə ehtiyac duyur. 

Bu  baxımdan  islamı  ölüm  hadisəsinə  münasibətdə  insan  təfəkkürünün  yeni 

mərhələsi  hesab  etmək  mümkündür.  İslamın  meydana  gəlməsi  ilə,  ölümdən  qabaq 

vəsiyyət etmək ənənəsi bir hüquqi mərasim şəkilini alır. 

Burada  cahiliyyə  qanunlarına  və  ənənələrinə  nifrət  ifadə  olunmaqla  yanaşı, 

həm də islamın meydana gəlməsi nəticəsində şüur və mədəniyyətin yeni bir mərhə-

ləyə yüksəlmiş olduğu vurğulanır (7,67). İslam öyrədir ki, ölüm insan həyatının keç-

məli olduğu labüd bir mərhələdir. İslam vəsiyyət məsələsini o qədər ciddi bir şəkildə 

qoyur  ki,  qeyri-adi  şəraitdə,  qürbətdə,  yaxın  adamın  olmadığı  şəraitdə  can  verməli 

olsa  belə,  müsəlman  təsadüfi  yol  yoldaşı  olduğu  adama  etibar  edərək  vəsiyyəti  öz 

əhlinə çatdırmağa borcludur. Vəsiyyətin məzmunu hədsiz dərəcədə çeşidli və rənga-

rəng  olub  dini  məsələləri,  əmlak  bölgüsünü,  ailə  münasibətlərini,  əxlaqi  və  sairə 

problemləri  əhatə  edir.  Məsələn,  əmək  bölgüsü  və  vərəsəlik  hüquqları  ilə  əlaqədar 

bir sıra öyüd-nəsihətlər Quranda öz  əksini tapmışdır.  Әmlak  bölgüsü ölmüş şəxsin 

vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır (3,152). 

Vəsiyyət  ediləcək  şəxsin  seçilməsində  qohumluq  əlaqəsi  ata  xətti  ilə  yaxınlıq, 

ikinci  növbədə  isə  şəxsi  mötəbərlik,  nüfuz  qətiyyətlilik  və  gözütoxluq  mühüm  rol 


 

Səbinə Həmid qızı Mirzəyeva 

58 


oynayır. İslam tarixində mömin adamların ölümdən qabaq nökər və kənizlərin azad 

etməsinin,  onların  haqqını  ödəyərək  halallıq  almasının,  zövcələrin  hüququnu 

müəyyən  etməsinin,  hətta  sevimli  at  və  dəvəsindən  halallıq  istəməsinin  şahidi 

oluruq.  Dünyasını  dəyişməyə  hazırlaşan  adam  kiməsə  borclu  olub  ödəmək 

iqtidarında deyilsə, o borc sahibindən halallıq istəyir. Әgər borc sahibi halal etmirsə, 

o, bu məsələni varislə razılaşdırır və qazanıb həmin məbləği ödəməyi tapşırır. Qeyd 

etmək lazımdır ki, bu ənənə müsəlman xalqlarının həyatında dərin iz salmışdır. Dəfn 

zamanı,  məhrumu  qəbrə qovmazdan  əvvəl  bu mərasimə rəhbərlik edən  din  xadimi 

varisin iştirakı ilə camaata müraciət edir və  mərhumun kiməsə borcu, kiminsə  ona 

qarşı iddiası olub-olmadığını soruşur. Yalnız camaatın razılıgından sonra mərhumu 

torpağa tapşırırlar. 

Mürəkkəb demoqrafik proseslərlə səciyyəvi olan, əhalinin səpələnmiş olduğu və 

gediş-gəlişin çətinləşdiyi, gözlənilməz ölüm hallarının artmış olduğu müasir şəraitdə 

islamın insan həyatı və onun sonu məsələsində mövqeyi xüsusi maraq doğurur. Çox 

nadir hallarda insana əsl mənada qocalıq mərhələsini yaşamaq, özünü bir ağsaqqal 

kimi  hiss  etmək,  həyat  təcrübəsini  tələsmədən  ümumiləşdirmək,  yeni  nəslə 

çatdırmaq nəsib olur. Onun bu arzusu qəfil ölüm, yaxın adamın qürbətdə olması və 

s.  üzündən  ürəyində  qalır.  Buna  görə  də  vəsiyyəti  yalnız  uzun  ömür  yaşamış, 

dünyasını  dəyişməsi  qanunauyğun  olan  adamın  vəzifəsi  hesab  etmək  düzgün 

deyildir.  Hər  bir  əqidə  və  məslək  sahibi,  cəmiyyətin,  ailəsinin  və  əmlakının 

müqəddəratına görə məsuliyyət hiss edən hər bir insan daima ölüm anını göz önünə 

gətirməli,  gözlənilmədən  dünyasını  dəyişəcəyi  ehtimalını  nəzərdən  qaçırmamalı, 

necə  deyərlər,  «vəsiyyətini  yastığı  altında  saxlamalıdır».  Vəsiyyətin  qəbul  edilib-

edilməməsi  şərtləri  isə  onun  xoş  məramlı  olması,  fitnəkarldığa  və  təcavüzə  təhrik 

etməməsi ilə bağlıdır. 

  

 



 

İslamda vəsiyyət və onun mahiyyəti 

59 


 

Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin