İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT
1. Azərbaycan Respublikasının Qanunlar Külliyatı,1991-1993. I kitab, B.,
“Qanun”, 1997, s.571 (844s.)
2. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №7 (145) 31 iyul 2009.
s.1571
3. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №5 (143) 31 may 2009.
s. 1080
4. Din və etiqad azadlığı. Beynəlxalq, regional və milli hüquqi sənədlərdə.
Bakı,Elm və Təhsil.2012.(s.475) səh.12.
5. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı. - Qanun. 2009. (səh.68)
s.9.
6. Heydər Әliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər.
Bakı, “Әbilov, Zeynalov və oğulları” NPE, 2007, s.
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
85
XÜLASӘ
AZӘRBAYCANDA DİNİ ETİQAD AZADLIĞI:
QANUNVERİCİLİYİN SOSİAL-FӘLSӘFİ MAHİYYӘTİ
Sakit Hüseynov
Məqalədə 20 avqust 1992-ci il tarixində qəbul edilmiş “Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikasının qanununun sosial-fəlsəfi mahiyyəti araşdırıl-
mışdır.
Məqalədə mövcud qanunun əsas prinsipləri, respublikamızda sosial-iqtisadi,
siyasi, mədəni-mənəvi sahədə baş verən inkişaf və tərəqqi ilə əlaqədər bu qanunda
edilən bəzi əlavə və dəyişikliklərin şərhi öz əksini tapmışdır. Сəmiyyətin sosial-
mədəni inkişafı kontekstində dini etiqad azadlığının nəinki hüquqi, həm də sosial-
fəlsəfi aspektlərinə diqqət yetirilməsi ilə bağlı bəzi təkliflər irəli sürülmüşdür.
РЕЗЮМЕ
СВОБОДА ВЕРОИСПОВЕДАНИЯ В АЗЕРБАЙДЖАНЕ:
СОЦИАЛЬНО-ФИЛОСОФСКИЙ СУЩНОСТЬ ЗАКОНОДАТЕЛЬСТВА
Сакит Гусейнов
В статье рассматриваются правовые и социологические аспекты свободы
религиозной веры на основе закона от 20 августа 1992 года о «Свободе
религиозной убежденности».
В статье были разъяснены основные принципы и положения данного
закона, растолкованы некоторые изменения в законах на фоне развития и
прогресса в политической, социально-экономической и культурно-моральной
сфере в нашей республике. Было предложено рассмотрение не только
правовых сторон, но и социологических аспектов свободы религиозной
убежденности в контексте социо-культурного развития общества.
Sakit Yəhya oğlu Hüseynov
86
ABSTRACT
RELIGIOUS FAITH LIBERTY IN AZERBAIJAN:
SOCIAL SUBSTANCE OF LEGISLATION
Sakit Huseynov
The article considers legal and sociological aspects of the religious faith liberty
on the base of the accepted law regarding “Liberty of the religious faith” by 20
august 1992.
The article explains the main principles and duties of the law, commented some
changes in law against the background of development and progress of political,
socio-economic, and cultural-moral spheres in our republic. It was suggested to
consider alongside with legal side, the sociological aspects of religious faith liberty
in the context of socio-cultural development of the society.
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-
14/14/5
Ailə tərbiyəsinə yeni baxş
87
AİLӘ TӘRBİYӘSİNӘ YENİ BAXŞ
Dosent Səfurə Bayram qızı Allahverdiyeva
Vəfa Məsim qızı Çıraqova
Bakı Dövlət Universiteti
Açar sözlər: ailə, valideyn, övlad, cəmiyyət
Key words: a family, parent, descendant, society
Ключевые слова: семья, родитель, ребенок, общество
Qədim Şərqin belə bir atalar sözü var: “Әgər sənin planın bir illikdirsə – darı
səp, on illikdirsə – ağac ək, əgən planların əsrlərə hesablanırsa – insan tərbiyə et”.
Göründüyü kimi cəmiyyətin inkişafının, insanların xoşbəxt gələcəyinin
təminatçısı düzgün tərbiyə olunan gənclikdir. Bu günün düzgün tərbiyə olunan gənci
bizim xoşbəxt gələcəyimiz və xoşbəxt qocalığımızdır. Bu isə bizin onlara verdiyimiz
tərbiyədən, həyat haqqında nəyi, nələri necə öyrətməyimizdən asılıdır. Bu gün
cəmiyyətdə baş verən xoşagəlməz hadisələr, boşanmaların sayının artması,
yeniyetmələr arasında cinayətlərin, intiharların çoxalması, yaşlı valideynlərin
qocalar evinə atılması, eləcə də uşaqların atılması və s. hər kəsi düşünməyə vadar
edir. Bütün bunları doğuran səbəblər nədir? Biz nədə səhv etmişik? Bunları aradan
qaldırmaq üçün nə etmək lazımdır?
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununda deyilir:
“Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları
sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil
həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və
mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi
valideynlərin əsas vəzifələridir”. Deməli, hər bir valideyn dünyaya gətirdiyi
övladının qayğısına qalmalı, onu düzgün tərbiyə etməlidir. Yaxşı tərbiyə olunan
övlad baş ucalığı, rahatlıq və xoşbəxt qocalıqdır. Gələcəyimiz olan uşaqların düzgün
tərbiyəsi günümüzün ən aktual problemlərindən biridir. Ailə uşaqların dünyaya göz
açdığı ilk məkan və tərbiyə məktəbidir, ilk müəllimi və tərbiyəçisi isə onun
valideynləridir. Doğrudur, uşağa ailə ilə bərabər, onun yaşadığı mühit, yoldaşları,
Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova
88
onu əhatə edən insanlar, bütövlükdə cəmiyyət və məktəb güclü təsir edir. Ona görə
də ailə tərbiyəsi ilə ictimai tərbiyə vəhdətdə götürülməlidir. Belə ki, əgər ictimai və
ailə tərbiyəsi arasında qarşılıqlı əlaqə olmazsa uşağın davranışında normalardan
kənara çıxmalar baş verə bilər və onun şəxsiyyət strukturunda xətalar yarana bilər.
Buna görə də tərbiyə sistemi hər bit cəmiyyətin xüsusiyyətlərinə uyğun sosial,
iqtisadi və mənəvi həyat tələblərindən asılı olaraq qurulur. Yəni, tərbiyə prosesi hər
bir fərdin şəxsi fəallığı və təbii, sosial və mədəni mühitin təsiri altında həyata
keçirilir. O cümlədən valideynlərin pedaqoqların xüsusi təşkil olunmuş məqsəd-
yönlü fəaliyyəti, tərbiyəçi ilə tərbiyə edilənin, eləcə də tərbiyə olunanların öz arala-
rındakı təsir də tərbiyə prosesinin səmərəliliyini təmin edən şərtdir. Ailə cəmiyyətin
əsası, kiçik mikromühitdir. Ailə ər və arvadın qarşılıqlı səyi, qayğısı, məhəbbəti sa-
yəsində yaranır və cəmiyyətin əsasını təşkil edir. Yaxşı və mükəmməl ailə gözəl cə-
miyyət, güclü dövlət deməkdir. Fransız kraliçası A.Sentekzüperi yazırdı ki, dünyada
ən qiymətli sərvət, daş-qaş insanın bir-birinə olan səmimi münasibəti və bir-birini
anlamasıdır. Bunun üçün hər bir ailə üzvü, ailə başçısı evdə sağlam, təmiz, həqiqi
normal psixoloji və mənəvi iqlimin yaradılmasına çalışmalıdır. Belə ki, ailədə yara-
nan əsəbilik, gərginlik, mənəvi psixoloji sıxıntı uşaqları narahat edir, əhvallarını kor-
layır, onların tərbiyəsinə mənfi təsir göstərir, çox zaman bu onların evdən uzaqlaş-
masına, intihara gətirib çıxarır. Uşaqların tərbiyəsində ata ilə ana həmrəy olmalıdır.
Günəş bir damla suda əks olunduğu kimi, cəmiyyətin bütün ünsürləri də ailə
münasibətlərində əks olunur. Dünyaya gələn hər bir uşaq kiçik yaşlarından ata-
analarını, digər ailə üzvlərini diqqətli bir şəkildə izləyir, hər şeyi onlardan öyrənir,
demək olar ki, onları təqlid edir. Bu mənada ata-ana övladlarına yaxşı nümunə
olmalıdır. Necə ki, “Kitabi Dədə-Qorqud” dastanında deyilir: “Qız anadan
görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə açmaz”. Deməli, övlad
tərbiyə edən hər bit ata-ana ədəb-ərkanlı, tərbiyəli, mərhəmətli, səxavət və kəramətli
olmalıdır. Uşağı sevmək, əzizləmək vacibdir, lakin bir şeyi unutmaq olmaz ki, hər
şey qədərindən artıq olduqda dərdə-bəlaya çevrilir. Bəzən valideyn övladını
həddindən artıq sevir, bu “kor məhəbbətə” çevrilir, övladının nöqsanını görə bilmir,
bu da tərbiyədə pis nəticəyə gətirib çıxarır. Uşağı sevməklə yanaşı həm də ciddi və
tələbkar olmaq, həyatın çətinliklərini, xoşbəxt yaşamağın yollarını onlara başa
salmaq vacibdir. Bu gün informasiya bolluğunda uşaqların tərbiyəsi nisbətən
çətinləşir. Belə ki, internetlərdə və sosial şəbəkələrdə yayılan xoşagəlməz xəbərlər
onların psixologiyasına mənfi təsir göstərir, ruhi sarsıntı keçirir, özlərinə qapanır,
həyatlarında bir boşluq yaranır. Çox zaman uşaq bu boşluğu doldurmaq üçün kənara
Ailə tərbiyəsinə yeni baxş
89
qaçır, bəzən də pis mühitə, pis adamların təsiri altına düşür. N.Tusi deyirdi ki,
“Uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oyna-
mağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər”.
Uşaq bütün gün televizorda mənasız döyüş filmlərinə, seriallara baxır, onlardan
təsirlənir, orada göstərilən dırnaq arası qəhrəmanlara oxşamaq istəyirlər. Bu gün
yeniyetmələr cinayət törədərkən, hətta öz dostlarını, yaxınlarını öldürməkdən belə
çəkinmirlər. Bu baxımdan valideynlər olduqca diqqətli olmalı, uşaqların boş
vaxtlarını səmərəli təşkil etməklə, yaşlarına uyğun olmayan filmlərə baxmağa icazə
verməməlidirlər.
Böyük pedaqoq A.S.Makarenko yazırdı ki, “O ailədə ki, valideynlər özləri fəal
mədəni həyat sürürlər, qəzet və kitab məişətin zəruri ünsürüdür, teatr və kino
məsələləri hamını çox maraqlandırır, belə ailədə, hətta valideynlər ilk baxışda
mədəni vərdişlər haqqında düşünməsələr də, mədəni vərdişlər tərbiyəsi özünü
mütləq göstərəcəkdir”. Unutmaq olmaz ki, milli-mənəvi dəyərlərə istinad edən
təlim-tərbiyə ilə yanaşı, həm də normal ictimai mühitdə yaşayan uşaq sözsüz ki,
qabiliyyətli, mənəviyyat baxımından təmiz, milli dəyərlərə hörmət edən faydalı bir
şəxsiyyət kimi formalaşacaqdır. Belə ki, ata və analar öz mədəni davranışları,
insanlara səmimi münasibətləri, vicdanlı, xeyirxahlıqları ilə övladlarına nümunə
olmaqla öz övladlarını daha yaxşı tərbiyə edə bilərlər. Yüz eşitməkdən bir dəfə
görmək daha faydalıdır” demişlər.
Ailə tərbiyəsində, ailə işlərinin nizamlanmasında uşaqların tərbiyəsində atanın
yaxın köməkçisi, dayağı yaxşı anadır. Belə bir deyim var: “Layla anadan, qayğı
atadan”. Ana övladı dünyaya gətirən, südü ilə bəsləyən, ruhuna, qəlbinə məlhəm
olan bir varlıqdır. Ata isə ailənin mənafeyini qorumaqla yanaşı, həm də ailə üzvləri
arasında normal münasibətin yaranmasına çalışmalı, ailəni dolandırmağı və ida-
rəetməyi bacarmalıdır. N.Tusi yazırdı ki, yaxşı qadın övladlarına, ərinə dost, kəniz-
dirsə, pis qadın zalım və düşməndir. Gələcəyimiz olan uşaqların fitrəti, qəlbi olduq-
ca mürəkkəb və zərifdir. Onları duymaq, arzu və istəklərini nəzərə almaq vacibdir.
Hər bir tərbiyəçi uşağı, tərbiyəlilik səviyyəsini, mənəvi keyfiyyətlərini müəyyən et-
məli, onları yaxşı tanımalıdırlar. Bundan sonra onlara təsir etmək yollarını müəy-
yənləşdirməlidirlər. Belə ki, valideynlər uşaqdan nə tələb olunduğunu ona aydın
başa salmalıdır. Bəzən uşaqların qarşısında qeyri-müəyyən tələblər qoyulur, məsələn
olmaz, dəymə, ora getmə, səbəb izah olunmur. Bu da uşaqlarda çaşqınlıq yaradır və
tələb yerinə yetirilmir. Həyati bir misal: iki qonşu ailə çox mehribandırlar, bir-birinə
get-gəlləri var. Bu ailələrdə iki eyni yaşlı uşaq böyüyür. Onlar bir məktəbdə, bir
Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova
90
sinifdə oxuyur və dostluq edirlər. Günlərin birində valideynlər arasında münaqişə
yaranır və dostluq pozulur. Onlar uşaqlara bir-birilə danışmağı, dostluq etməyi
qadağan edirlər. Uşaqlar isə bunu istəmirlər. Öz aralarında belə razılığa gəlirlər ki,
valideynlərinin yanında küsülü kimi davransınlar, məktəbdə isə əvvəlki kimi dost
olsunlar. Göründüyü kimi düzgün olmayan tələb uşaqların tərbiyəsini korlayır, onlar
yalançı və ikiüzlü kimi böyüyürlər, tərbiyə işi heç bir nəticə vermir.
Məhəmməd (s.ə.s.) buyurmuşdur: “İnsanın bədənində bir ət parçası vardır. Bu
yaxşı olarsa, bütün üzvlər yaxşı olur, bu pis olarsa, bütün orqanlar pozuq olur. bu
qəlbdir”. Elə buna görə uşaq qəlbinin saflığı, nəcibliyi qorunmalı və tərbiyə
olunmalıdır. Göründüyü kimi tərbiyə işinin əsasında hisslər, duyğular, sonra isə
davranış durur. Belə ki, uşaq hər hansı bir əxlaqi keyfiyyəti hiss olaraq yaşadıqdan
sonra, ürəyinin süzgəcindən keçirir və əməli işdə, davranışında gerçəkləşdirir. Hər
bir uşaq özünə qarşı yaşlılardan diqqət və qayğı gözləyir. Valideynlər bundan
istifadə edərək uşağın ağlına, şüuruna, hisslərinə təsir etmək üçün başa salma,
məsləhət vermə və nümunə göstərmə kimi üsullardan istifadə etməlidirlər.
Makarenko yazırdı ki, uşağa normal davranış qaydaları öyrədilməlidir, yalan
danışmaq, qeybət etmək, dava-dalaş salmaq, boş yerə mübahisə etmək onların
tərbiyəsinə mənfi təsir göstərir. Bu günlərdə belə bir hadisənin şahidi oldum. Ana ilə
oğul bir-birini məhkəməyə verib. Ata dünyasını dəyişdikdən sonra ondan qalan
miras üstə mübahisə yaranır. Oğul hər şeyin ona məxsus olduğunu iddia edir. Onu
məzəmmət etdikdə ki, ana ilə belə rəftar etmək olmaz. O cavabında deyir: “Atamla
anam nənəmlə babamın evini satıb pulunu mənimsəyəndə, onları çölə atanda olur,
mənə olmaz?” Çətin bir sual, ağır bir ittiham. Burada ataların bir sözü yada düşür:
“Nə əkərsən, onu biçərsən”. Böyük söz ustadı M.Әvhədi:
“Ey ata, bir utan öz övladından,
Pisi rəva görmə ona heç zaman.
Oğluna pis deyib söymə dünyada,
Onda söyüş söyən olacaq o da.
Abır həya gözlə söz danışanda,
O da həya edər, utanar onda.
deyərək atanı öz oğluna nümunə olmağa çağırır. Yaxşı nümunə, uşaqla düzgün
rəftar, səmimi münasibət tərbiyə işinin əsasıdır. Düzgün tərbiyə olunmayan övlad
valideynin ən böyük bədbəxtliyi, onun başının bəlasıdır. Pis övlad əldə altıncı
Ailə tərbiyəsinə yeni baxş
91
barmaq kimidir, kəssən ağrıdar, kəsməsən eybəcər görünər. M.Әvhədi valideynin
övlad qarşısında məsuliyyətini qeyd etməklə yanaşı, övladın da valideynə qarşı
diqqətli, ləyaqətli olmasını vacib hesab edir.
Bu gün öz valideynlərinə laqeyd olan, onları qocalar evinə atan övladlar
düşünməlidir ki, bu aqibət bir zaman onların özünə də qismət ola bilər. Göründüyü
kimi valideynlər təkcə sözlə yox, həm də nümunə ilə tərbiyə edirlər. Gələcəyimiz
olan uşaqların düzgün tərbiyəsi hər kəsin, xüsusilə də valideynlərin ən önəmli borcu
və vəzifəsidir. Bu şərəfli vəzifəni yerinə yetirərkən valideynlərin bu məsələləri
nəzərə almaları vacibdir:
-
Uşaq ruhu tökülmüş beton kimidir, üzərinə nə düşərsə izi qalar; illər keç-
dikcə bu izi pozmaq olmur.
-
Tərbiyədə öyüd-nəsihətdən, sözdən çox, gözəl şəxsi nümunəyə üstünlük
vermək;
-
Siz uşağınızı və sizi əhatə edən insanları sevib, hörmət etsəniz, o da ləya-
qətli, mərifətli olacaq, əksinə, kin-kidurət içində böyütsəniz, o da kobud və dalaşqan
olacaqdır;
-
Uşaqların asudə vaxtları düzgün dəyərləndirilməli, muzeylərə, teatrlara
aparmaq, elmi-mədəni tədbirlərdə iştirakını təmin etmək;
-
Siz səbrli-təmkinli, ədalətli olsanız, yaxşı işlərinə görə onları bəyənib qiymət-
ləndirsəniz, o da səbrli, təmkinli olar, təqdir etməyi və qiymətləndirməyi öyrənər;
-
Ailədə sağlam psixoloji mühitin, gözəl şəraitin yaradılması vacibdir;
-
İKT, sosial şəbəkələrdən düzgün istifadə etməsinə nəzarət etmək;
-
Məktəblə, ictimai təşkilatlarla sıx əlaqə yaratmaq.
ӘDӘBİYYAT SİYAHISI
1.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu
2.
L.Qasımova, R.Mahmudova “Pedaqogika”, Bakı 2013
3.
F.İbrahimov, R.Hüseynzadə “Pedaqogika, Bakı 2013
4.
Ә.Әlizadə “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”, Bakı
1998
5.
Z.Qaralov “Tərbiyə”, 3 cild, Bakı 2003
6.
Z.Qaralov “İdeologiya və mənəviyyat”, Bakı 2008
Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova
92
XÜLASӘ
Məqalə bu gün üçün çox aktual olan bir məsələyə, yetişməkdə olan gənc nəslin
ailə tərbiyəsinə həsr olunmuşdur. Ailə tərbiyəsi yeni aspektdən araşdırılaraq, qarşıya
çıxan çətinliklər, aradan qaldırılması yolları ilə tövsiyələr verilmişdir.
SUMMARY
This article is dedicated the actual issue of the family education of the younger
generation. Family education is being investigated from the new aspects, valnable
recommendations have been shown the ways of overcoming the difficulties.
ОРГАНИЗАЦИЯ
В статье нашли свое отражение актуальные на сегодняшний день задачи
семейного воспитания молодожи. Исследование нового аспекта в семейном
воспитании, устранение встречающийся на этом пути преград указаны пути их
устранения.
Çapa tövsiyə etdi: Dos. M.Məlikov
Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri
93
MÜTӘNӘBBİNİN ŞEİRLӘRİNDӘ QURAN,
HӘDİS VӘ ÜRFAN MӘSӘLӘLӘRİ
Əhməd Qənnad oğlu Şabani Minaabad
Bakı Dövlət Üniversiteti
Şərqşünaslıq fakültəsinin doktorantı
Açar sözləri: Mütənəbbi, Quran, ürfan və hikmətamiz şeirlər
Keywords: Mutanabbi, Quran, Mysticism, Philosophical Poems
Ключевые словы: Мутанабби, Коран, философские мысли, философские
стихи
Giriş
Mütənəbbi təxəllüsü ilə məhşur olan Әbu ət-Tayyib Әhməd bin əl-Hüseyn ərəb
əsilli olub, Bəni Cufi və Kuhəlan qəbilələrindən olan Qəhtani ərəblərindəndir.
(5,s.13) Hicri-qəməri tarixi ilə 303-cu ildə(m.915) Kufənin Kində məhəlləsində
yoxsul bir ailədə doğulmuşdur.(6,s.128) Buna görədə Kində təxəllüsü ilə də tanınır.
Atası Kində məhəlləsinin suçusu idi. Camaat ona “Suçu Abdan” deyirdilər.(7,s.440)
Әbu ət-Tayyib usaqlıqdan anasını itirmişdi və nənəsi ona analıq etməyi öhdəsinə
götürmüşdü.
Mütənəbbi Abbasilər dövrünün mədəniyyət mərkəzlərindən biri sayılan Kufədə
böyüyüb boya-başa çatmışdır. Çox çəkmədən o güclü hafizəsi, iti zəkası və şeir
yazmaq istedadı ilə tanınır. Başqa uşaqlardan fərqli olaraq, onun həyata baxışı daha
ciddi idi.
Şairin Mütənəbbi (yalandan özünü peyğəmbər elan edən)adlanmasının səbəbi
ilə bağlı fikir ayrılığı vardır. Lakin heç bir şübhə doğurmayan budur ki, şair dini və
siyasi xarakter daşıyan bir üsyana rəhbərlik etmişdi. Şirinsözlü və gözəl dilə sahib
olan şair Bəni Kəlb qəbiləsinin və ələvi tayfasının bir qismini öz ardınca apara bildi.
Bəlkə də, üsyançılar arasında peyğəmbərlik iddiasında olmuş və ona vəhy gəldiyini
fikirləşsinlər deyə onlar üçün bəzi şeylər oxumuşdur. Üsyanın dalğası yüksəl-
diyindən Hims əmiri İxşid tərəfindən göndərilən Lulu ordusu ilə ona hücum etdi.
Döyüşdən sonra tərəfdarları dağıldı, özü də əsir alınıb zindana düşdü. Beləliklə də,
Əhməd Qənnad oğlu Şabani Minaabad
94
hekayə sona çatdı, zindan da öz iddiasından tövbə etdi.(5,s.13) Beytlərində özünü
peyğəmbərə bənzətməsi də bu təxəllüsün verilməsinin başqa bir səbəbi kimi
göstərilir. Buradan da Mütənəbbi təxəllüsü “peyğəmbər iddiasında olan” mənasında
verilmişdir. Eyni zamanda “Divan”ındakı beytlərə də istinad edirlər. Bir qəsidədən
verilmiş nümunə aşağıdakı kimi:
ام
یماقُم
ِضْرَأِب
َةَل ْخَن
الإ
ِماقُمَک
ِحیسَمْلا
َنْیَب
ِدوُهَیْلا
(8,1-ci cild,səh.133,beyt:5)
"Şübhəsizki, mənim (Nəxlə kəndində) qalmağım İsa
peyğəmbərin yəhudilərin arasında qalması kimidir "
Deyilənə görə, Mütənəbbi bu beytində isə özünü İsa peyğəmbərlə müqaisə
etmişdir:
اَنَأ
یف
ةَّمُأ
اَهَکَرادَت
بیرَغ ُهـاللا
حِلاصَک
یف
وُمَث
ـ
(8,1-ci cild,səh.135,beyt:2)
"Mən camaat arasında – ümidvaram ki, Allah onları islah etsin – qəribəm və
qəmginəm. Saleh (ə) Səmud tayfası arasında olduğu kimi "
Bu beytlə əlaqədar olaraq deyilir ki, Mütənəbbi özünü həzrət Salehə (ə)
bənzədərək Allahın peyğəmbərlərindən biri olduğunu vurğulamışdır.
Dostları ilə paylaş: |