İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

 

ӘDӘBİYYAT SİYAHISI 

 

1. Е.А.Фролова. История арабо-мусульманской  философии.  Средние  века 



и современность:Учебное пособие. М., 2006, 199 c. 

2.  Али-заде  А.А.  Божественная  и  земная  власть  в  исламском 

мировоззрении (историко-философский аспект). Баку, Адильоглы, 2004, 224 с. 

3.  Ustad  C.Sübhani.  Vəhhabi  məzhəbi.  Bakı,  Әbilov,  Zeynalovvə  oğulları, 

1999, 248 s. 

4.  Мамедзаде  А.А.  Свобода  совести.  Истоки,  становление,  правовая 

охрана. СПб. Издательство "Юридический центр-Пресс", 2013, 568 s. 

5.  John  L.  Esposito.  21.Yüzyılda  İslam  ve  sekülerizm.  Edisyon.  Ortadoğu'da 

Modernleşme/İslam  ve  Sekülerizm.  Çeviri:  Gürkan  Bayır.  Özener  Matbaacılık. 

Topkapı/İstanbul, 2009, s.7-27. 

6.  Rauf  Pehlivan.  Bitmeyen  laiklik  kavgası  (Kavramlar-tarifler  ve  tahrifler). 

Motif yayınları. İstanbul, 2007, 277 s. 

7.  Кулиева  С.  М.  Шейх  философов  Абдуррахман  Бадави  и  проблемы 

истории философии. Баку, Елм, 2003, 185 с. 

8.  Гасанова  Э.Ю.  Социология  религии  и  мусульманского  мистицизма-

тасаввуфа  в  Турции  XX  в.  (идейные  истоки,  основные  проблемы,  новые 

тенденции). Баку, «Әli nəşriyyat evi», 2006. 

9.  Мамедов  А.М.  Ислам  и  проблемы  социально-культурного  развития 

арабских стран (на материале АРЕ). Баку, Элм, 1986. 

10.  Mustafayev  R.H.  Sekulyarlaşma  prosesinin  mahiyyəti,  mənşəyi  və 

təzahürləri.  Müasir  dövrdə  dinşünaslığın  və  mədəniyyətin  actual  problemləri  (I 

buraxılış). Bakı, Təknur, 2012, s. 31-48. 

11.  Mustafayev  R.H.  Şərq  və  Qərb  mədəniyyətlərində  sekulyarlığın 

xüsusiyyətləri  (müqayisəli  təhlil).  Müasir  dövrdə  dinşünaslığın  və  mədəniyyətin 

actual problemləri (II buraxılış).Təknur, 2013, s.219-236. 

12.  Mustafayev  R.H.  Qərbdə  sekulyarizmin  meydanagəlməsi  və  inkişaf 

mərhələləri.  Müasir  dövrdə  dinşünaslıq  və  mədəniyyətin  actual  problemləri  (III 

buraxılış). Bakı, Təknur, 2014, s.203-222. 



 

 

 

Radif Heybət oğlu Mustafayev 

120 


XÜLASӘ 

 

Məqalədə  müəllif,  müsəlman  Şərqində  sekulyarlaşma  prosesinin  tənəzzülə 



uğramasına  və  sekulyarizmə  olan  münasibətə  diqqət  etmişdir.  Belə  ki,  neopo-

zitivizm, marksizm, eqzistensializm, personalizm, cüveyniyyə və s. fəlsəfi istiqamət-

lərlə  inkişaf  etdirilmiş  sekulyarlaşma  prosesi,  bir-sıra  müsəlman  ölkələrində  sekul-

yarizm idarəçiliyinin ləğvi əsasında iflasa uğramış və ya tamamilə dini apologetika 

səciyyəsi  almışdır.  Konkret  olaraq  Türkiyə  Respublikası  timsalında  işıqlandırılan 

laiklik  prosesi  postsekulyar  situasiya  probleminin,  eləcə  də  neosekulyarizm 

idarəçiliyi və bütövlükdə neosekulyarlığın olduqca aktuallığını göstərməkdədir.  

 

РЕЗЮМЕ 

 

Автор в статье, сосредоточил внимание на спаде процесса  секуляризации 



и  отношении  к  секуляризму  в  мусульманском  Востоке.  Развиваяс  на  основе 

таких  философских  направлений  как  неопозитивизм,  марксизм,  екзистен-

циализм,  персонализм,  джувейнийя  и  др.  процесс  секуляризация  в  ряде 

мусульманских  стран  в  резултате  отмены  секулярной  управлении  пал  в 

упадок,  или  приобрел  вполне  религиозно  апологетической  окраску.  В  статье 

частности  освещая  ситуацию  в  Республике  Турции  в  качестве  примера 

проблемы  показывает  актуальность  проблемы  постсекулярного  ситуации,  а 

также  управлению  по  неосекуляризма  и  в  целом  то  исследовании  проблему 

неосекулярности. 

 

SUMMARY 

 

The author in the article focused on the process of secularization and the decline 



related  to  secularism  in  the  Muslim  East.  So  it  is  developing  on  the  basis  of  such 

philosophical  directions  like  neopozivite,  marxism,  ekzistentsializm,  personalism, 

dzhuveyniyya  and  ets.  process  of  secularization  has  fallen  into  disrepair  in  the 

cancellation  of  results  in  a  number  of  muslim  countries,  secular  administration,  or 

acquired  quite  apologetic  religious  coloring.  In  particular,  the  lighting  situation  in 

the  Republic  of  Turkey  as  an  example  of  the  problem  shows  the  urgency  of  the 

problem  postseculyarity  and  neoseculyarisme  management  and  in  general  the 

neoseculyarity problem. 



Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq 

121 


 

 

AZӘRBAYCANDA DİN-DÖVLӘT 



MÜNASİBӘTLӘRİ VӘ TOLERANTLIQ 

 

Gündüz Süleymanov 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun  

Dinşünaslıq və mədəniyyətin fəlsəfi  

problemləri şöbəsinin elmi işçisi,  

fəlsəfə üzrə fəlsəfə doktoru  

 

 

Açar  sözlər:  dövlət-din  münasibətləri, dini  etiqad  azadlığı,  dinlərarası  dialoq, 

tolerantlıq, islam, xristianlıq, yəhudilik. 

 Ключевые 

слова: 

государственно-религиозные 

взаимоотношения, 

свобода  вероисповедания,  межрелигиозный  диалог,  толерантность,  ислам, 

христианство, иудаизм.  

Keywords:  state-religion  relations,  freedom  of  belief,  interfaith  dialogue, 

tolerance, Islam, Christianity, Judaism.  

 

XX  əsrin  son  onilliyi  Azərbaycan  dövlətinin  inkişafı  ictimai  fəaliyyətin  bütün 



sahələrini, o cümlədən dövlət və dini icmaların qarşılıqlı münasibətlərini əhatə edən 

siyasi-transformasion  proseslərlə  şərtlənmişdir.  Məhz  bu  ərəfədə  dövlət  tərəfindən 

tənzimlənən  ateizm  siyasəti,  Azərbaycan  vətəndaşları  üçün  azad  dünyagörüşü  və 

konfessional  özünü  müəyyənləşdirmə  imkanı  verən  dini  problemlərin  demokratik 

yolla  həll  edilməsi  ilə  əvəzlənir.  Din  yerindən  ictimai  və  siyasi  həyatın  mühüm 

amillərindən birinə çevrilir. Siyasi sistemin əsas institutu olan dövlətlə dini icmalar 

arasındakı münasibətlər köklü şəkildə dəyişir. 

Antik  dövrdə  din  nüfuzu  ictimai  qüvvə  kimi  formalaşmır  və  dövlət  əsasən 

bütpərəstlik  təzahürləri  ilə  üzləşir.  Bütpərəstlik  isə  ictimai  güc  qismində  Antik 

dövlət  üçün  hansısa  ciddi  problem  yaranmır  və  deməli  dövlətin  dinə  münasibətdə 

hansısa siyasətindən danışmağı belə lüzum olmamışdır. 

Orta  əsrlər  xristian  dünyasında  kilsə  dini  güclü  inkişaf  edirdi  və  böyük  sosial 

gücə malik idi. Әgər antik dövrdə hökmdar tanrının yerdə valisi hesab olunurdusa, 

orta  əsrlərdə  kilsə  özü  ilahi  səltənətə  çevrilir,  dövlət  isə  aşağı  səviyyəli,  hərbi  və 



 

Gündüz Süleymanov 

122 


polis  təsisatı  kimi  qulluqçu  rol  ayrılırdı.  Hətta  bu  ikinci  dərəcəli  rol  özü  də,  əgər 

kilsədə xeyir-dua almadığı təqdirdə qanunsuz hesab edilirdi.  

Orta əsrlər Qərbi Avropada dünyəvi dövlətlə kilsə münasibətlərinin tənzimlənməsi 

haqqında  maraqlı  bir  fakta  diqqət  yetirək.  Belə  ki,  Roma  katolik  kilsəsi  özünü  Roma 

imperiyasının  dünyəvi  hakimiyyətlərinin  varisi  hesab  etmişdir.  Kilsənin  bu  iddiası, 

sonralar,  XV  əsrdə  saxtalığı  italyan  humanisti  L.Valla  tərəfindən  sübuta  yetirilmiş 

“Konstantinin Hədiyyə Fərmanı”na əsaslanırdı. Guya bu fərman İmperator Konstantin 

tərəfindən  Papa  I  Silvestrə  (IV  əsr)  hədiyyə  olmuşdur.  “Konstantinin  Hədiyyə 

Fərmanına”  görə  Roma  papaları  katolisizmə  etiqad  edən  bütün  ölkələrdə  dünyəvi 

hakimiyyətə iddialarını təmin edəcək hüquqi əsas kimi çıxış etmişdir (1, s. 248-249). Bu 

sənədin saxta olması və əslində VIII əsrdə kilsə xadimləri tərəfindən yazılmasının sübuta 

yetirilməsi Avropada sekulyarizasiya proseslərinə təkan vermişdir.  

Orta  əsrlərdə  müsəlman  dünyasında  dövlət-din  münasibətləri  xristian  dünya-

sında olduğundan kəskin şəkildə fərqlənir. İslamın əsas səciyyəvi xüsusiyyəti dinin 

dövlət və siyasətdən nəzəri baxımdan ayrılmamasıdır. İslam dininin banisi Məhəm-

məd peyğəmbər təkcə dinin yox həm də dövlətin yaradıcısı olmuşdur. Bu dövlətin 

sərhədləri ilk növbədə mömin müsəlmanlar icması ilə məhdudlaşırdı. Peyğəmbərin 

vəfatından sonra “Allah elçisinin müavini” – xəlifə seçilir və onun əlində həm dün-

yəvi,  həm  də  dini  hakimiyyət  cəmləşir.  Məhz  bu  baxımdan  orta  əsrlər  müsəlman 

dünyasında  din-dövlət  münasibətlərinin  tənzimlənməsi  bir  problem  olaraq  ortaya 

çıxmır.  

Yeni dövrdə, heç şübhəsiz ki, ilk növbədə Avropada dinin dövlətdən ayrılması – 

sekulyarlaşma  prosesləri  başlayır.  Yenidən  üstünlük  dövlətə  verilir.  Bu  prosesdə 

XVI  əsrin  əvvəllərində  Martin  Lüterin  başlandığı  reformasiya  önəmli  rol  oyna-

mışdır. Sonradan Makiavelli, Hobbs, Russo, Boden, Hegel kimi mütəfəkkirlərin səyi 

nəticəsində belə bir tezis nəzəri olaraq əsaslandırılır ki, dövlət hakimiyyəti daha əha-

təli və universaldır. Kilsə hakimiyyəti isə yalnız inanclı insanlar üzərində ola bilər. 

Azərbaycan  Respublikasının  XX  əsrin  təqribən  70  ilini  SSRİ  tərkibində 

yaşamasını  nəzərə  alaraq,  SSRİ-də  din-dövlət  münasibətlərinin  necə  tənzimlənmə-

sinə  nəzər  yetirək.  İlk  növbədə  qeyd  edək  ki,  dövlət-din  münasibətlərinin 

tənzimlənməsi  keçmiş  sovetlər  birliyində  özünəməxsus  səciyyə  daşımışdır.  Ateizm 

rəsmi  sovet  ideologiyasının  bir  hissəsi  olmuş,  XX  əsrin  20-30-cu  illərində  dinə  və 

dini  icmalara  total  hücumlar  baş  vermişdir.  Lakin  II  Dünya  müharibəsi  ərəfəsində 

bir sıra dini strukturlar rəsmi bəraət almışdır. Qeyd edək ki, Azərbaycanda əsası hələ 

XIX  əsrin  əvvəllərində  çar  Rusiyasında  qoyulmuş,  lakin  1918-ci  ildə,  oktyabr 


Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq 

123 


inqilabından  sonra  fəaliyyəti  yasaqlanmış  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsi 

1944-cü  ildən  yenidən  fəaliyyətini  bərpa  etmişdir.  Bir  sıra  din  tarixçiləri  dinə 

qayıdışı  almanların  işğal  etdikləri  torpaqlarda  dini  qurumların  fəaliyyətini  bərpa 

etməsinə Sovet dövlətinin reaksiyası kimi izah edirlər (2, s. 268).  

Buna  baxmayaraq  sonrakı  dövr  ərzində  dini  icmaların  fəaliyyəti  son  dərəcə 

məhdud  olmuş,  o  mədəni  məkanın  periferiyasında  qalmışdır.  Eyni  zamanda  dinin 

ictimai  rəyə  təsiri  heçə  endirilmiş,  onun  geniş  kütlələrlə  ünsiyyət  qurması 

mümkünsüz  olmuşdur.  Beləliklə,  SSRİ-də,  o  cümlədən  Azərbaycanda  din  və 

dövlətin ayrılması, faktiki olaraq dinin boğulması formasını almışdır. 

XX əsrin son onilliyində Azərbaycan artıq bu əsrdə ikinci dəfə müstəqillik əldə 

etdi. Bu ictimai həyatın bütün sahələrində ciddi transformasiyalarla müşayiət olundu. 

İnanan insanların və dini icmaların həyatında tam yeni bir dövr başlandı. Din-dövlət-

cəmiyyət  münasibətlərinin  tənzimlənməsi  hərtərəfli  hazırlanmış  qanunvericilik 

bazasının  yaradılmasını  tələb  edirdi.  Bu  ərəfədə  Azərbaycan  Respublikasının  İslam 

Konfransı  Təşkilatına  (İKT)  üzv  olması  ciddi  addım  kimi  dəyərləndirilməlidir. 

Bundan sonra ölkə tarixində ilk dəfə olaraq dini təşkilatların inkişafı üçün qanunverici 

baza yaradılır: 1992-ci il 20 avqust tarixində “Dini etiqad azadlığı haqqında” Qanun 

qəbul  edilir.  “İnsan  hüquqları  sahəsində  beynəlxalq  standartlara  cavab  verən  bu 

sənəddə  dini  etiqad  azadlığı  hüququ  (1-3-cü  maddələr),  dinə  münasibətindən  asılı 

olmayaraq vətəndaşların hüquq bərabərliyi (4-cü maddə), dövlətin dindən ayrılması və 

onların  bir-birinin  işinə  qarışmaması  (5-ci  maddə)  elan  edildi.  Qanunda  həm  də 

müxtəlif dini qurum və icmaların yaradılması probleminə böyük diqqət yetirilirdi. Özü 

də  qanunla  həmin  rəhbər  orqanları  Azərbaycandan  kənarda  yerləşən  dini  icma  və 

müəssisələrin yaradılması və fəaliyyətinə tam hüquq verilirdi (8-9-cu maddələr) ki, bu 

dini  sahədə  böyük  perspektivlər  açırdı.  Bu  zaman  qanunla  dini  icmanın  icra 

hakimiyyətinin  yerli  orqanları  tərəfindən  bir  ay  müddətinə  qeydiyyata  alınması 

hüququ  nəzərdə  tutulurdu  ki,  burda  da  onu  yaradan  on  nəfərdən  az  olmayan  həddi-

buluğa çatmış vətəndaşların olması zəruri idi (12-ci maddə)” (3, s. 186).  

Yuxarıda haqqında söhbət açılan qanunun qəbulundan sonra, 1995-ci il 12 no-

yabrda ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyada din və dini etiqad mə-

sələlərinə  xüsusi  diqqət  verilmişdir.  Belə  ki,  konstitusiyanın  18  və  48-ci  maddə-

lərində din və dövlət münasibətlərinin tənzimlənməsi məsələləri öz əksini tapır. (4).  

Müasir  Azərbaycanda  din  və  dövlət  münasibətlərinin  tənzimlənməsində 

qanunvericilik bazasının təkmilləşdirilməsi nə qədər zəruridirsə dövlətin dini sahədə 

öz  siyasətini  gerçəkləşdirmək  üçün  yaradılmış  Dini  Qurumlarla  İş  üzrə  Dövlət 


 

Gündüz Süleymanov 

124 


Komitəsinin  yaradılması  bir  o  qədər  vacib  olmuşdur.  20  iyul  2001-ci  il  tarixində 

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının 

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  komitəsi  yaradılır.  20  iyul  2001-ci  il  tarixində  isə 

Әsasnamənin tətbiq edilməsi haqqında növbəti fərman imzalanmışdır.  

Bu  gün  Azərbaycanda  dövlətin  dini  məsələlərlə  bağlı  siyasətini  məhz  Dini 

Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi  həyata  keçirir.  Komitənin  əsas  vəzifələri  dini 

etiqad  azadlığının  həyata  keçirilməsi  üçün  müvafiq  şəraitin  yaradılması;  dini 

qurumların  xahişi  əsasında  dövlət  orqanları  arasında  qarşılıqlı  anlaşmanın  və  bir-

birinə  dözüm  və  hörmətli  münasibətin  möhkəmlənməsinə  kömək  edilməsi,  dini 

zəmində  qarşıdurma  və  ayrı-seçkilik  hallarının,  digər  mənfi  təzahürlərin  qarşısının 

alınması;  icra  hakimiyyəti  orqanlarının  dini  işlərlə  bağlı  fəaliyyətinin  əlaqələn-

dirilməsi  və  bu  fəaliyyətinə  nəzarətin  həyata  keçirilməsi  rayon  və  şəhər  icra 

hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə 

kömək  göstərilməsi;  dini tədris  müəssisələrinin proqramlarını təhlil etmək,  tədrisin 

keyfiyyətini  müəyyən  etmək  üçün  ekspert  rəyinin  verilməsi;  xaricdəki  müqəddəs 

yerlərə  ziyarətin  təşkilində,  bu  məsələlərlə  bağlı  dövlətlərarası  razılaşmaların  əldə 

olunmasında iştirak edilməsi və s. komitənin əsasnaməsində onun əsas funksiyaları 

da  əksini  tapır.  Bu  funksiyalar  içərisində  dövlət-din  münasibətlərini  tənzimləyərək 

ən  mühümləri  bunlardır:  dini  qurumların  təsis  sənədlərinin  və  nizamnamələrinin 

qanunvericiliyə  uyğunluğunun  ekspertizasını  keçirir  və  onları  dövlət  qeydiyyatına 

alır,  dini  qurumun  təşkilat  işlərinin  qanunauyğun  qurulmasına  köməklik  göstərir; 

“Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  və  digər 

qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edir; dini qurumların 

fəaliyyəti  ilə  bağlı  mübahisəli  məsələlərin  həllində  dövlət  adından  iştirak  edir; 

yerlərdə dini durumu öyrənmək üçün yerli icra hakimiyyəti orqanları ilə mütəmadi 

əlaqələr saxlayır; dini ayinlərin icrası ilə əlaqədar vətəndaşların və dini qurumların 

hüquqlarının  qorunması  məsələsinin  dövlət  orqanları  tərəfindən  müzakirə 

olunmasında iştirak edir; dini ayinlərin icrası və dini qurumların fəaliyyəti haqqında 

normativ  hüquqi aktların hazırlanmasında  və  müzakirəsində iştirak  edir,  komitənin 

səlahiyyətlərinə  aid  edilmiş  məsələlərə  dair  qanun  layihələrini,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarının,  digər  normativ-hüquqi 

aktların layihələrini hazırlayıb müəyyən olunmuş qaydaya müvafiq orqanlara təqdim 

edir;  dini  mərkəz  və  idarələrin,  dini  qurumların  cari  məsələlərinin  qanun  çər-

çivəsində tənzimlənməsində iştirak edir, yaranmış problemlərin həlli barədə müvafiq 

dövlət orqanları qarşısında vəsatət qaldırır və s. (5).  


Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq 

125 


İstər  konstitusiyada,  istərsə  də  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  komitəsinin 

əsasnaməsində  əksini  tapmış  müddəalara  əsaslanaraq  bütövlükdə  Azərbaycan 

Respublikasında dövlətin din siyasətinin mahiyyətini aşağıdakı kimi göstərmək olar: 

a)

 



Azərbaycan dünyəvi dövlətdir; 

b)

 



Din dövlətdən ayrıdır;  

c)

 



Dini  dəyərlər  xalqımızın  tarixən  formalaşmış  milli,  mənəvi  və  etik  dəyər-

lərinin ayrılmaz hissəsidir; 

d)

 

Dini  qurumların,  mərkəz  və  idarələrin,  ümumiyyətlə  bütövlükdə  dinin 



siyasətə qarışması yolverilməzdir və mövcud qanunvericiliyə ziddir;  

e)

 



Dini  qurumlar  və  dini  icmaların  özləri  arasında  münasibətlərin  sağlam 

əməkdaşlıq,  dözümlülük  və  tolerantlıq  əsasında  qurulması  işinə  bu  cür 

münasibətlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində maraqlı ola dövlət 

təşkilati yardım göstərir;  

f)

 

Dini təhsil və dini maarifləndirmə cəmiyyət üçün vacibdir (6, s. 7-8).  



 Dövlətin  din  sahəsində  öz  siyasətini  rasional  əsaslarla  qurması  digər  vacib  bir 

məsələdən – tolerantlıqla da sıx bağlıdır. Tarixən Azərbaycanda müxtəlif dinə etiqad 

edən insanlar yaşamışlar. Bununla belə Azərbaycan ərazisində yaşayan və fərqli dini 

konfessiyalara  məxsus  xalqlar  arasında  hər-hansı  ciddi  qarşıdurma  olmamışdır. 

Azərbaycan  islamın  gəlişi  ilə  dini  dözümlülük  ənənəsi  daha  da  möhkəmlənmişdir. 

İslamda  tolerantlığın  əsasını  Qurani-Kərimin  ayə  və  surələri  təşkil  edir:  “Dində 

məcburiyyət yoxdur”.  Bu  gün  Azərbaycanda  dövlət-din  münasibətləri  çərçivəsində 

bütün dinlər qanun qarşısında bərbərdir. Әhalisinin böyük əksəriyyətinin müsəlman 

olduğu  Azərbaycanda  dövlət  digər  dinlərə  də  qayğı  göstərir.  Azərbaycanda  Sovet 

hakimiyyətinin  qurulması  zamanı  bağlanmış  Jen  Mironesets  baş  kilsəsinin  banisi 

1991-ci  ildə  Rus  Pravoslav  kilsəsinə  verilmişdir.  2001-ci  ildə  Azərbaycana  səfər 

etmiş, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksey bu məbədi müqəddəs elan 

etmiş  və  ona  baş  kafedral  kilsə  statusu  verilmişdir.  Bundan  əlavə,  1999-2001-ci 

illərdə  Bakıda  digər  xristian  məbədi  olan  Müqəddəs  Məryəmin  Miladı  baş  kilsəsi 

bərpa olunmuşdur. 

Respublikada katolik-xristianlar icması da diqqətdən kənarda qalmamışdır. Belə 

ki,  polşalı  keşiş  Yerji  Pilyusun  səyi  nəticəsində  qeydiyyatdan  keçən  katolik 

icmasının kilsə ilə təmin olunmasında dövlət tərəfindən köməklik edilmişdir. 

Ölkəmizdə  qədim  ənənəyə  malik  olan  yəhudi  icması  da  dövlət  qayğısından 

kənarda qalmamışdır. Bu gün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 

ivrit  bölməsi  fəaliyyət  göstərir.  AMEA  Etnoqrafiya  İnstitutunda  isə  Rusiyanın 


 

Gündüz Süleymanov 

126 


yəhudi  mədəniyyətinin  qorunması  və  inkişafı  fondu  ilə  birlikdə  “Yəhudilər 

Azərbaycanda”  kitabının  hazırlanmasına  başlamışdır.  2001-ci  ildə  AMEA-da 

“Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilmişdir.  

Respublikada  “Azərbaycan  –  İsrail”  dostluq  cəmiyyəti,  həmçinin  “Soxnut” 

cəmiyyəti  fəaliyyət  göstərir.  Bakıda  məşhur  fizik,  Nobel  mükafatının  laureatı  Lev 

Landaunun, respublikanın əməkdar həkimi Solmaz Qusmanın, müharibə qəhrəmanı 

Albert Aqarunovun və digər tanınmış, milliyyətcə yəhudi olan şəxsiyyətlərin xatirəsi 

əbədiləşdirilmişdir.  

Azərbaycanda  yəhudilər  və  onlara  dövlət  qayğısından  danışarkən  Quba 

rayonunda  yerləşən  Qırmızı  Qəsəbəni  də  xatırlatmaq  vacibdir.  Bu  qəsəbə  yəhu-

dilərin  kompakt  yaşadığı  yeganə  məkandır,  onların  sayı  4000  nəfərdən  çoxdur. 

Sovetlər dövründə burada yalnız bir sinaqoq olmuşsa, indi onu sayı üçə çatmışdır.  

Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq sahəsində mövcud praktika ək-

sər xarici ölkələr tərəfindən təqdir edilir. Buna misal olaraq Roma katolik kilsəsinin 

sabiq  başçısı  mərhum  II  İohann  Pavelin  ölkəmizə  etdiyi  səfəri  göstərə  bilərik.  O, 

Bakıda olarkən Azərbaycanı tarixi tolerantlıq ənənəsini xüsusi qeyd etmişdir. 

Şərqi  Roma  pravoslav  kilsəsinin  patriarxı  I  Varfolomey  də  2003-cü  ilin  aprel 

ayında  ölkəmizdə  səfərdə  olmuşdur.  Patriarxın  səfərinin  əsas  məqsədi  müxtəlif 

dinlərə  etiqad  edən  insanların  narahatçılığına  səbəb  olan  bir  sıra  məsələlərdə 

qarşılıqlı anlaşmaya nail olmaq, habelə dinlərarası dialoqu daha da inkişaf etdirmək 

olmuşdur.  Gəlişindən  əvvəl  üç  müsəlman  ölkəsində  olmuş  patriarx  sonradan  etiraf 

etmişdir ki, respublikamızdakı dövlət-din konfessiyalararası münasibətləri, həmçinin 

ənənəvi  və  qeyri-ənənəvi  dini  konfessiyalar  arasındakı  mövcud  münasibətlər 

nümunəvidir: “Mən burdakı tolerantlığın səviyyəsindən məmnunam, Azərbaycanda 

hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”. 

Onu da qeyd edək ki, ölkə rəhbərliyi müntəzəm olaraq dini icmaların liderləri 

ilə  görüşür,  onların  ehtiyac  və  problemləri  ilə  maraqlanır.  Prezident  İlham  Әliyev 

dini  icmaları,  xüsusilə  ölkənin  xristian  və  yəhudi  icmalarını  dini  bayramları 

münasibəti  ilə  təbrik  edir.  Milad  bayramı  ilə  əlaqədar  olaraq  dövlət  başçısının 

Azərbaycandakı  pravoslav  icmasına  2004-cü  ildə  ünvanlandığı  müraciətdə  qeyd 

olunur  ki,  tarixən  ölkəmizdə  formalaşmış  tolerantlıq  bizim  cəmiyyəti  səciyyə-

ləndirən parlaq ənənəyə çevrilmişdir. Müraciətdə qeyd olunur: “Xeyrin şər üzərində 

qələbə çalmasını və azadlıq ideyalarını təcəssüm etdirən bu bayram hər il dünyanın 

bütün xristianları tərəfindən böyük təntənə ilə qeyd olunur. Azərbaycanın iki yüzillik 

tarixə  malik  olan  pravoslav  icması  da,  özünün  dini  dəyərlərinə  sədaqət  nümayiş 


Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq 

127 


etdirərək,  milad  bayramı  günlərində,  insanlar  arasında  olan  cəmiyyət  və  dostluğun 

artmasına yönəldilmiş xüsusi mərasimlər təşkil edir, bayramın layiqli qeyd edilməsi 

üçün müxtəlif tədbirlər keçirir”. 

Ölkəmizdə  tolerantlıq  və  dini  dözümlük  mühitinin  formalaşmasında  müxtəlif 

dini icma liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Buna misal olaraq 26 

noyabrda  2003-cü  ildə  Moskvada  keçirilən  Qafqaz  ölkələri  və  Rusiyanın  dini 

liderlərinin  görüşünü  göstərmək  olar.  Bu  tarixi  görüş  müvafiq  sənədin  qəbulu  ilə 

yekunlaşmışdır. Sənəddə  qeyd  edilir ki, Qafqazda yaşayan  xalqlar arasında  inamın 

bərpa olunması üçün “Milli azadlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiya 

etmək,  onların  dini  əqidə  və  azadlığını  təmin  etmək,  öz  mədəniyyət  və  dinlərinin 

inkişaf etməsinə imkan vermək lazımdır”. 

Mədəniyyətlər və dinlərarası dialoqun inkişafı etdirilməsi sahəsində sabiq Poma 

Papası  II İohann  Pavelin ölkəmizin  din  xadimlərindən ibarət nümayəndə heyəti  ilə 

görüş  xüsusi  əhəmiyyət  daşımışdır.  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Allah-

şükür  Paşazadə,  Bakı  və  Xəzəryanı  Pus  pravoslav  kilsəsinin  yepiskopu  Aleksandr, 

dağ yəhudiləri icmasının  sədri  Semyon İxilovdan  ibarət olan  nümayəndə heyətinin 

qatılığı görüşdə  pontifik Azərbaycandakı konfessiyalar arasında olan  münasibətləri 

yüksək qiymətləndirmişdir. Eyni zamanda regionda baş verən qanlı münaqişələrdən 

təəssüfləndiyini bildirərək bəyan etmişdir: “Heç kimə ixtiyar verilməyib ki,  dinləri 

dözümsüzlük aləmi, təcavüz, zorakılıq və qətilər üçün vasitə kimi təqdim etsin və ya 

onlardan istifadə etsin. Әksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və 

sülhün zəngin mənbəyini təşkil edir”. 

Respublikamızda  mövcud  olan  dini  konfessiyaların  nümayəndələri  arasında 

əməkdaşlığın  genişləndirilməsində  dövlət  orqanları  ilə  yanaşı  qeyri-hökumət 

təşkilatları,  o  cümlədən  beynəlxalq  qurumlar  da  yaxından  iştirak  edir.  Deyilənlərə 

misal olaraq 22 iyun 2004-cü ildə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi 

Qafqazda  tolerantlığın  formalaşmasında  İslamın  rolu”  mövzusunda  keçirilən 

seminarı,  misal  göstərə  bilərik.  Seminarda  çıxış  edən  Almaniyanın  ölkəmizdəki 

səfiri Klaus Qrevlix Azərbaycanın unikal  din-dövlət münasibətləri  modelini xüsusi 

qeyd etmişdir. Səfir bəyan etmişdir: “Bu gün Azərbaycanda dinlər arasında yaranan 

dözümlülük  və  tolerantlıq  münasibətləri  hamı  üçün,  bütün  Avropa  ölkələri  üçün 

pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət din münasibətləri modelini 

artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir”. 

Azərbaycanda  dini  tolerantlıq  və  cəmiyyət  həyatında  dövlət  və  din  münasi-

bətlərinin tənzimlənməsi problemlərinə həsr edilmiş beynəlxalq forumlar, seminarlar 


 

Gündüz Süleymanov 

128 


olduqca  mühüm  əhəmiyyət  daşıyır.  Yuxarıda  deyilənlərdən  belə  nəticə  çıxarmaq 

olar ki, bu sahədə Azərbaycan digər çoxkonfessiyalı ölkələr üçün nümunə ola bilər. 

Din  və  dövlət  münasibətləri,  dini  tolerantlıq  və  dözümlülük  problemlərinin  tədqi-

qatçısı fəlsəfə elmləri doktoru Sakit Hüseynov bu haqda belə yazır: “Bu mövzu ilə 

bağlı  keçirilən  hər  hansı  bir  beynəlxalq  tədbir  özlüyündə  ayrı-ayrı  ölkələri  təmsil 

edən  nümayəndələr  arasında  dialoq  mahiyyəti  daşıyır.  Çünki  bu  cür  konfranslar 

müxtəlif  ölkələrin  və  mədəniyyətlərin  təmsilçilərini  bir  araya  gətirir  və  onların 

tanınmasına xidmət edir” (7, s. 162).  

Yuxarıdakı təhlildən Azərbaycan Respublikasında iudaizm, xristianlıq (pravos-

lav və katolisizm), islam kimi dünyəvi və səmavi dinlərlə dövlətin siyasəti rasional 

əsaslarla  gerçəkləşdirilir.  Bu  sahədə  hansısa  ciddi  problemlər  mövcud  deyil. 

Problemlər  əsasən  Azərbaycanda  mövcud  olan  qeyri-ənənəvi  dinlərlə  bağlıdır. 

Məsələ, ondadır ki, fərdi şəkildə, bəzi qrupların təşəbbüsü və missionerlik fəaliyyəti 

nəticəsində  ölkəyə  sirayət  edən  bəzi  qeyri-ənənəvi  dinlər  dövlət  tərəfindən  deyil, 

daha çox geniş əhali tərəfindən qıcıqla qarşılanır. Azərbaycanda mövcud olan bəzi 

qeyri-ənənəvi dinləri və onlara olan münasibəti aşağıda nəzərdən keçirəcəyik. 

Ölkəmizdə  mövcud  olan  qeyri-ənənəvi  dinlərdən  biri  bəhailikdir.  Bu  din  XIX 

əsrin  ikinci  yarısında  İranda  yaranıb.  Onun  yaradıcısı  olan  Seyid  Məhəmməd  on 

ikinci  imamın  babı,  yəni  nümayəndəsi  olduğunu  iddia  edir.  Sonradan  bununla 

kifayətlənməyən  Seyid  Məhəmməd  özünü  12-ci  imam  elan  etmiş  və  yazdığı 

“Bəyan” adlı kitabında yaratdığı yeni dinin əsas prinsiplərini açıqlamışdır. 

Xalq  arasında  “Həzrəti  Bab”  adı  ilə  tanınan  Seyd  Məhəmməd  özünə  çoxlu 

tərəfdarlar qazanmışdır. Babiliyə görə Quran və şəriətə əsaslanan qanunlar köhnəl-

mişdir.  Onları  “Bəyan”da  şərh  olunmuş  yeni  qaydalar  əvəz  etməlidir.  Demokratik 

ünsürləri  Babın  şagirdləri  Məhəmmədli  Bərfurusi,  Qürrətəleyn  və  b.  tərəfindən 

inkişaf  etdirilən  babilik  bütün  vergilərin,  mükəlləfiyyətlərin  və  xüsusi  mülkiyyətin 

ləğvi,  əmlakın  ümumiləşdirilməsi,  qadınlarla  kişilərin  hüquq  bərabərliyi  haqqında 

fikirlər irəli  sürürdü. Çox keçmir  ki,  bu dini təriqət tərəfdarları ilə hakim qüvvələr 

arasında  münasibətlər  kəskinləşir  və  sonucda  tarixdə  “Babilər  üsyanı”  adlandırılan 

üsyan  baş  verir.  Üsyan  yatırıldıqdan  sonra  Seyid  Məhəmmədin  edamına  qərar 

verilir.  Sonralar  Seyid  Məhəmmədin  şagirdlərindən  olan  Bəhaulla  babiliyin  radikal 

məzmununu açmış, yəni, kosmopolitik bəhailik təşkilini yaratmışdır.  

Digər  qeyri-ənənəvi  dinlərdən  biri  də  krişnaizmdir.  “Beynəlxalq  Krişna  şüuru 

cəmiyyəti” (Hare Krişna) hinduizm ənənələrinə uyğun şərq kultudur. Azərbaycanda 



Azərbaycanda din-dövlət münasibətləri və tolerantlıq 

129 


krişnaçılar “Bakı şüuru” dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyəti əsasən 

Bakı şəhəri ilə məhdudlanır. 

Yuxarıdakı  təhlildən  görünür  ki,  ən  müxtəlif  dini  təriqətlərin,  icmaların 

fəaliyyətinə  qanunvericiliklə  müəyyənləşmiş  şərtlər  daxilində  imkan  yaradılmışdır. 

Bu  Azərbaycanda  din-dövlət  münasibətlərinin  optimal  prinsiplər  əsasında 

tənzimlənməsinin  göstəricisidir.  Buna  misal  olaraq  hər  il  dövlət  başçısı  tərəfindən 

yəhudi  və  xristian  icmalarının  dini  bayramları  zamanı  onlara  göndərilən  təbrik 

məktublarını qeyd etmək olar.  

Azərbaycanda  dövlətin  din  sahəsində  apardığı  siyasətdən  danışarkən  bir  vacib 

və  son dərəcə aktual  mövzuya toxunmamaq  olmaz.  Burada söhbət  ayrı-ayrı  vətən-

daşların  məqsəd  və  məramı  aydın  olmayan,  maliyyə  qaynaqları  şübhəli  olan,  daha 

çox  Yaxın  Şərqdə  fəaliyyət  göstərən  müəyyən  radikal  dini  cərəyanlara  qoşulma-

sından  gedir.  Təbii  ki,  ölkədə  vicdan  azadlığı  qanunla  qorunur.  Lakin  müvafiq 

dövlət  qurumları  belə  məsələlərdə  daha  ciddi  şəkildə  davranmalı,  göstərilən  təhlü-

kəli  məqamların  genişlənməməsi  üçün  mütəmadi  olaraq  lazımi  hüquqi  tədbirlər 

həyata keçirməlidir. Hesab etmək olar ki, bu kimi tədbirlərin görülməsi dövlət və din 

münasibətlərinin daha rasional prinsiplərlə qurulmasına səbəb olar, ölkədə tolerant-

lıq mühitini daha da optimallaşdırar.  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin