İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

ӘDӘBИYYAT SИYAHЫSЫ 

 

1. Кутковец Т. И., Клямкин И. М. Русские идеи. // Полис. 1997. №2. С. 140.  

2.  Чичерин  Б.  Н.  Различные  виды  либерализма  //  Опыт  русского 

либерализма. Антология. М., 1997. С. 143 

3.  Заславская  Т.  И.  Современное  российское  общество:  Социальный 

механизм трансформации. М., 2004. С. 60 

4.  Сементковский  Р.  И.  К  истории  либерализма  //  Опыт  русского 

либерализма. Антология. - М. : Канон+; ОИ "Реабилитация", 1997. - 478с  



5.  Рормозер Г., Френкин  А.  А.  Новый  консерватизмвызов для России.  -

 М.,1996- 237 c.  

6.  Хантингтон  С.  Третья  волна.  Демократизация в конце  ХХ  века

Хантингтон С. М. : РОССПЭН, 2003. - 368 с 

7.  Пшеворски  А.  Демократия  и  рынок.  Политические  и  экономические 

реформы в Восточной Европе и Латинской Америке. М., 2000. С. 258.  

8.  Башкирова  Е.  И.  Трансформация  ценностей  российского  общества  // 

Полис. 2000. №6. С. 56-57. . 991. ст  

9. Юнг К. Г. Психология бессознательного. – М., 1994. – С. 105-125 

10. Осипова Е. В. Социология Эмиля Дюркгейма. M., I977. с. 215-254 

11. Бехтерев ВМКоллективная рефлексологияМ. —Пг., 1921. С. 47.  

12. Azərbaycan

ın statistik göstəriciləri. ”Səda” nəşriyyatı., Bakı. -2009. s. 766 

13. Qərb Universiteti Gender Ara

şdırmalar mərkəzi. Statistik materiallar., 

Bak

ı. 20003.  



 14. Web: www. infocenter. gov. az 

 

Üzeyir Şəfiyev 

 

208 


 

XЦLASӘ 

 

Bu  məqalədə  Azərbaycan  cəmiyyətində  siyasi  sosialla



şma  prosesi,onun 

spesifik x

üsusiyyətləri araşdırılmışdır. Azərbaycan cəmiyyətinin elektoral coğra-

fiyas


ının  məxsusi  aspektlərinin  tədqiqi,  əhalinin  siyasi  iştirakçılıq  səviyyəsinin 

öyrənilməsi məsələləri də məqalədə öz əksini tapmışdır. Təqdim olunan məqa-

lədə Azərbaycan cəmiyyətinin siyasi 

şüurunda baş verən demokratik dəyişiliklər 

fonunda  insan  –  siyasət,  siyasətdə  və  qərar  qəbul  etmədə  insanlar

ın  siyasi 

i

ştirakçılıq  istiqamətində  yeni  meyllərin  araşdırılması  nəticəsində  əldə  olunan 



nəticələr də yer alm

ışdır.  


 

РЕЗЮМЕ 

 

В  этой  статье  анализируются  проблемы  политического  процесса 



социализации  общества,  специфические  характеристики  ее  конкретных 

аспектов. Рассматривается география избирательного права азербайджанского 

общества, степень политического участия населения в изучении вопросов. На 

фоне  демократических  изменений  в  политическом  сознании  анализируются 

проблемы  «человек-политика»,  рассматриваются  новые  тенденции  в  сфере 

участия  в  политической  жизни  людей,  принятия  политических  решений. 

Приводятся результаты, полученные по итогам проведенного исследования.  

 

SUMMARY 

 

In the article is researched the process of social policy, its specific features 

in  Azerbaijan  society/  this  article  is  about  the  exclusive  aspects  research  of 

studying  attendance  level  of  the  population.  This  article  is  about  democratic 

changes  in  the  mind  of  Azerbaijan  society  focusing  on  the  person  –  policy, 

making  decisions  of  people  attending  in  policy,  leaning  the  new  approach  a 

making results.  

 

Çapa tövsiyə etdi: prof. Q.Abbasova 

 


Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində sufi-mistik həyat tərzinin tərənnümü 

209 


 

 

YUSİF BALASAQUNLUNUN “QUTADQU BİLİK” ӘSӘRİNDӘ 



SUFİ-MİSTİK HӘYAT TӘRZİNİN TӘRӘNNÜMÜ 

 

Kəmalə Həsən qızı Pənahova 

Bakı Dövlət Universitetinin  

Fəlsəfə kafedrasının dosenti 

 

 

Açar  sözlər:  sufi,  zahid,  mistika,  həyat  tərzi,  nəfs,  fəqirlik,  zikr,  tərkidünyalıq, 



ibadət 

Key  words:  Sufi,  ascetic,  mysticism,  mode  of  life,  passion,  poverty, 

remembrance, asceticism, praying 

Ключевые  слова:  Суфии,  отшельник,  мистика,  образ  жизни,  страсть, 

бедность, поминовения, аскетизм, моление 

 

XI  əsr  şairi,  ensiklopedist  alimi  Yusif  Xas  Hacib  Balasaqunlunun  türk  dilində 



yazılmış “Qutadqu bilik” əsəri (Xoşbəxtliyə aparan elm) türk mədəni irsinin böyük 

nümunələrindən biridir. Müəllif əsəri 1069-1070-ci illərdə özünün qeyd etdiyi kimi 

60  yaşında  Kaşqarda  tamamlamışdır.  Kaşqar  Şərqi  və  Qərbi  Türküstan  ərazisində 

Samanilərin hökmranlığına son qoyaraq, IX-XIII əsrlərdə mövcud olan Qaraxanlılar 

dövlətinin  paytaxtı  olmuşdur.  Yusif  Balasaqunlunun  1017-ci  ildə  anadan  olduğu, 

1077-ci  ildə  vəfat  etməsi  barədə  məlumatlar  vardır.  O,  Kaşqar,  Buxara,  Səmərqən, 

Nişapur və Bağdad şəhərlərində təhsil almışdır.  

Müəllif  əsəri  Nasir  əl-haqq  və  əd-din  Malik-əl-məşriq  ləqəbli,  Tabğac  Qara 

Buğra xan türk titullu Әbu Әli əl-Həsənə təqdim etmişdir. Bu hökmdarın tam adı və 

titulu tarixi əsərlərdən deyil, hüquqi sənəd əsasında məlum olmuşdur. Qaraxanlıların 

yeganə tarixçisi, Yusif Balasaqunlunun kiçik müasiri imam Әbu-l-Futuh əl-Qafir əl-

Әlmainin  “Tarixi  Kaşqar”  əsəri  Cəmal  Kərşi  (XIII  əsr)  tərəfindən  verilən  böyük 

olmayan hissələrdə qorunmuşdur (3,83).  

Öz  dövrünün  məşhur,  ziyalı  şəxslərindən  olan  Yusif  Balasaqunlu  “Qutadqu 

bilik”  etik-fəlsəfi  əsərini  X  əsrdə  Samanilər  dövlətini  əvəzləmiş  Qaraxanlılar 

xaqanlığının nüfuzunu qaldırmaq məqsədi ilə yazmışdır. Әsər Buğra xanın şöhrətini 

uca tutmağı nəzərdə tutaraq, ona təqdim olunmuşdur.  


 Kəmalə Həsən qızı Pənahova 

210 


“Qutadqu bilik” də bir neçə ədəbi ənənə çarpazlaşır. Poemanın bəndlərində gah 

qədim  türk  epitafiyalarının  (məzar  kitabələrinin)  ehtirası,  gah  fars  “zireh  döşlük-

lərinin” didaktikası səslənir, gah çöl lirikasının, gah da sufilərin mistik simvolikası-

nın əks-sədaları eşidilir. Poema yeknəsəq və mürəkkəbdir, vahid və çoxtəbəqəlidir, 

məhz burada Qaraxanlılar xaqanlığının etnik və siyasi reallıqları əks olnmuşdur (3, 

82). 


 Mərkəzi  Asiyanın  türk  xalqları  tərəfindən  İslam  dininin  qəbul  edilməsi,  İslam 

dininin  yerli  dini  ənənələrlə  qarışması  VIII  əsrin  sonlarından  etibarən  bu  xalqların 

sinkretik İslam mədəniyyətinə qovuşmasına dəlalət etdi.  

“Qutadqu  bilik”  əsərinin  müsəlman  oriyentasiyası  tamamilə  qanunauyğundur. 

Mömin  müsəlman  olan  Qaraxanlılar  yalnız  İslam  ehkamları  ilə  tam  uzlaşan, 

Məvaraənnəhri idarə edən türk sülaləsinin hakimiyyətinin möhkəmlənməsinə kömək 

edən belə bir əsəri təqdir edə bilərdilər (4, 94).  

 Yusif  Balasaqunlunun  əsərinin  ən  əhəmiyyətli  cəhəti  sosial-siyasi,  etik  fikir-

lərlə bərabər təsəvvüf fəlsəfi dəyərlərinin də burada yer almasıdır. 

 Sufizm  VIII  əsrdə  indk  İraq,  Suriya  ərazlərndə  meydana  gəlmş,  IX  əsrdən 

etbarən  Xorasan  və  Orta  Asiya  nahiyələrinə  yayılmışdır.  Әksər  ədəbiyyatlarda 

Әhməd  Yasəvini  türk  təsəvvüf  fəlsəfi  və  ədəbi  fikrinin  banisi  hesab  edirlər. 

Həqqətən  də  Xoca  Әhməd  Yasəvi  yerli  türk  sufi  məktəbinin  əsasını  qoyaraq,  türk 

xalqları arasında sufiliyn yayılmasında böyük xidmət göstərmişdir. Lakin hələ ondan 

əvvəl yaşamış Mahmud Kaşqarinin “Divan-lüğət ət-türk” və Yusif Balasaqunlunun 

“Qutadqu bilik” əsərlərində sufi motivlərinə rast gəlinir.  

Təsəvvüf  İslam  dini  çərcivəsində  meydana  gələn  dini-fəlsəfi  dünyagörüşüdür. 

Bu  cərəyanın  nümayəndələri  hesab  edirlər  ki,  şəxsi  psixoloji  təcrübə  vasitəsilə 

mistik  yola  qədəm  qoyan,  öz  nəfsinə  cihad  elan  edən  mistik  Allahla  bilavasitə 

mənəvi yaxınlığa nail ola bilər. 

Təbii  ki,  təsəvvüf  fəlsəfəsinin  əsas  prinsiplərindən  xəbərdar  olan  şair  əsərdə 

dünyəvi həyat tərzi ilə sufi-mistik həyat tərzini müqayisə edərək oxuculara müraciət 

edir : “Hansı yollarla necə gedəcəyini bir az izah etdim, ona əməl et. Bunlardan biri 

dünya,  biri  din  yoludur.  Bu  yollarla  get,  yolunu  azma.  Dünyanı  istəsən  onun  yolu 

budur, Axirəti istəsən onun da yolu budur. Sən qulluğunu et, tanrı sənə güc verər, iki 

yoldan birini seç, üçüncüsü yoxdur “ (1, 469).    

İnsanın  ağılla  öz  nəfsinə  hakim  ola  bilməsi,  nəfsini  öldürərək,  könlünü  dirilt-

məsi,  qəlbindən  dünyəvi  arzuların  uzaqlaşdırılması  nəticəsində  sevgi  ilə  tanrıya 

qovuşma sufilərin xüsusiyyəti kimi təqdim olunur. Lakin xalqın rahat həyatını təmin 


Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində sufi-mistik həyat tərzinin tərənnümü 

211 


edə  bilən,  biliyi  ilə  fayda  verən,  bacarığı  ilə  hörmət  qazanan  insanların  dünyəvi 

fəaliyyəti  də  təqdir  edilir,  bu  iki  yoldan  hər  hansı  birində  ləyaqət  göstərənlərə 

tanrının güc verəcəyi vurğulanılır. 

Әslində Balasaqunlunun poetik-didaktik poemasınında ideal cəmiyyət haqqında 

fikirlərlə  bərabər  sufi-mistik  düşüncənin  müqayisəli  şəkildə  verilməsi  onun  fəlsəfi 

dünyagörüşünün diapazonunu əks etdirir.  

Sufi  həyat  tərzinin  ifadəsi  Odqurmuş  obrazı  ilə  təqdim  olunur.  Qənaət  və 

gözütoxluq  rəmzi  olan  Odqurmuşun  Öydülmüş  və  Gündoğdu  ilə  söhbətlərində  və 

məktublaşmalarında  irəli  sürdüyü  fikirlər  təsəvvüf  prinsipləri  ilə  çox  uzlaşır. 

Xalqdan  ayrılaraq  xəlvətə  çəkilib  ömrünü  Allaha  ibadətə  həsr  edən  bu  tərki-dünya 

sufi  hesab  edir  ki,  insan  ibadətdən  zövq  ala  bilmək  üçün  həvəsini,  nəfsini  içində 

boğmalıdır.  Belə  bir  mühakimə  yürüdülür  ki,  xalqa  qapısını  tamam  bağlamayınca 

insan yaradan rəbbə ibadət edə bilməz (1, 252).  

 Zahidliyin fəlsəfi mənası əsərdə bu sözlərlə açılır: “Bu dünya tezliklə gedəcək, 

o  dünya  tez  gələcək,  ayıq  ol.  Gedən,  gündən-günə  uzaqlaşıb  gedər,  gələn,  qısa  bir 

zamanda gəlib çatar. Bilikli adam fani şeyə könül verməz, ağıllı adam gələcək şeyə 

hazırlaşar “ (1, 267).  

Yəni  insan  özünü  axirətə  hazırlamalı,  bu  dünyanın  mal-dövlətinə  nəfsini 

salmamalıdır.  Әsərdə  belə  bir  fikir  səsləndirilir  ki,  dünya  malı  ona  sahib  olanın 

xasiyyətini  dəyişdirdiyi  üçün  təriqət  sahibi  malını-mülkünü  Haqqa  verir,  zahid  bu 

dünyanı tərk edir. Sufi fəlsəfəsinə əsasən, nəfsinə qalib gəlməyi bacarana, bədəninə 

əsir olmayana, özünü tanrı qulluğuna həsr etmiş olana ağıllı insan demək olar. Arzu 

ilə,  müəyyən  məqsəd  ilə  yola  çıxan  insan  diləyinə  çatar,  yarı  yolda  qalmaz.  Şair 

sufinin  dili  ilə  belə  bir  fikir  çatdırır  ki,  ölümdən  sonra  varlı  ilə  kasıb  qara  torpaq 

altında bərabər olurlar. Həyatda iki günlük rahatlıq üçün niyə öz-özünü aldadırsan? 

Sən dünya malını yığmaq üçün, ölümsə səni yaxalamaq üçün çalışır (1, 271).  

Dünyanın  aldadıcı  nemətlərindən  uzaqlaşmaq,  fəqirlik  sufi  həyat  tərzinin  əsas 

prinsiplərindən  hesab  olunur.  Sufilər  xarici  fəqirliyi  Yolun  başlanğıcında  vacib 

məqamlardan  biri  hesab  edirdilər  və  bu  vəziyyəti  mümkün  qədər  uzun  zaman 

ərzində, çox vaxt bütün həyatları boyu saxlamağa çalışırdılar (5, 101).  

Әslində hər iki dünyada özü üçün heç nə arzulamayan insanı sufi hesab etmək 

olardı. Nəyə isə sahib olmaq sahib olduğundan asılı olmaq kimi anlaşılırdı. Təsəvvüf 

yoluna  qədəm  qoyanın  mənəvi  inkişafının  əsas  nəticəsi  onun  özünü  bütünlüklə 

Allahın iradəsinə tabe etməklə fəqirliyi də, tərkidünyalığı da unutması idi.  



 Kəmalə Həsən qızı Pənahova 

212 


Әsərdə  belə  bir  fikir  çatdırılır  ki,  arzu  ilə  yola  çıxan  tərki-dünya  yarı  yolda 

qalmaz,  öz  diləyinə  çatar.  Tanrıya  sığınan,  nəfsinə  hakim  olan  sufinin  yeməyə, 

geyimə  o  qədər  də  ehtiyacı  yoxdur.  Bunları  ona  tanrı  yetirir.  Cəfakeş  dünyadan 

könlünü  çəkən  sufi  son  günlərini  ibadətlə,  tanrının  şəfqətini  diləməklə  keçirir. 

Әsərdə  Allaha  sığınmaq  istəyənlərə  nəsihət  olunur:  “Tanrıya qulluq  etmək  istəsən, 

bədəninin arzu qapısını bağla. Hər cür yaxşılığa çatmaq istəsən, bədəninə və nəfsinə 

hakim ol” (1, 338). 

Qeyd etdiyimiz kimi əsərdə sufi dünyagörüşünü ifadə edən fikirlər Odqurmuşun 

dili ilə çatdırılır. İnsanlardan ayrılaraq tərki-dünya həyat tərzi keçirməsini Odqurmuş 

belə ifadə edir: “ Dünyanın dilək və arzu yükünü üstümdən atdım, diləyim tükəndi, 

sözüm qurtardı. Bu dünya bir tarladır, bu gün nə əksən, sabah onu biçərsən. Yaxşılıq 

toxumu əksən, yaxşılıq bitər, bu yaxşılıq sənə yemək və geyim olar. Pislik toxumu 

əksən,  pislik  göyərər,  pislik  sabah  insanın  boynuna  yük  olar.  Bu  gün  bu  nəfsi  və 

arzuları  atmasam,  sabah  yaxşılıq  tapmağım  mümkün  olmaz.  Bu  dünya  səni  tərk 

etmədən sən onu tərk et, o səndən bezməmiş, sən onu gözündən sal “ (1,349 ). 

 Әsərdə  təsəvvüf  təliminin  nümayəndələrinin  dünyagörüşü  ilə  səsləşən  fikirlər 

bu  təlimin  mahiyyətini  açmağa  xidmət  edir:  əsasən  insan  ağılla  nəfsinə  hakim 

olmalıdır,  əks  halda  nəfsini  ram  edə  bilməyən  adam  yava  olur.  Bu  dünyanın 

ləzzətləri  dalınca  qalınca  qaçılanda,  bir  gün  onun  ciddi  hesabı  sorulur.  Bu  dünya 

ziddiyyətlidir: dadlı və dadsız, şirin və acı, yoxuş və eniş, hündürlük və dərinlik bir-

birinə  qarşı  durur.  Ona  görə  də  sufinin  dili  ilə  belə  bir  nəsihət  olunur:  “  Dininə 

qiymət ver, dünyaya qiymət vermə, bu dərya kamallı, dinin sənə qiymət qazandırır. 

Rahatlığa  çatdım  deyə  sevinmə,  ovunma,  özünü  saxla,  tanrını  zikr  et,  ibadətlə 

məşğul ol “ (1,444 ).  

Sufinin  fikrincə  gənclik,  səadət,  sərvət  sərxoşluğu  şərab  sərxoşluğundan 

betərdir.  İçki  içən  sərxoş  yatsa  sərxoşluğu  ötər,  səadətdən  sərxoş  olan  isə  heç 

ayılmaz, ölüm gününədək yatıb qalar. Bu dünya insanı tanrıdan uzaqlaşdırır, yaxşı 

əmələ mane olur, ona meydan vermir. Arif adam bundan qorxub dünyadan əl çəkir, 

min zəhmətlə dünyanı gəzib dolaşır (1, 445). 

Sufilərin  yaşayış  tərzinin  təsvirinə  də  əsərdə  yer  verilir.  Onların  bəzilərinin 

dağda,  mağarada  qaldıqları,  qidalarının  ot  kökü,  içməklərinin  yağış  suyu  olduğu, 

bəzilərinin  Allaha  qarşı  qorxu  və  əndışə  ilə  taqətsiz  halda  çöldə  gəzdikləri, 

bəzilərinin  çullara  bürünmüş  halda  gözü  yaşlı  diyar-diyar  dolaşdığı,  bəzilərinin 

yemək yemədikləri, digərlərinin gecə yatmadığı göstərilir. Әslində məhz belə həyat 

tərzi  keçirənlərin  oyaq  olduğu,  qafil  olanların  isə  hələ  yatdığı  fikri  irəli  sürülür. 


Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində sufi-mistik həyat tərzinin tərənnümü 

213 


Ağıllılar üçün dünya tikanla dolu, bəyəniləçək olanı az, nifrət ediləcək olanı çoxdur, 

biliksizlər  üçün  cənnətdir.  Buna  görə  də  abidlər  dünyanı  buraxıb  ibadət  edirlər. 

Ölüm ayağında olan sufi daha tanrıya ibadət edə bilməyəcəyinə, dilinin onu zikr edə 

bilməyəcəyinə  heyfsilənir.  Yalnız  tanrı  fəzlinə  layiq  olanlar  iki  dünyanın  da 

səadətinə  çatırlar.  İnsanın  bu  dünyada  yeganə  mənfəəti  ibadət  etmək  olmalıdır. 

Hamıdan üz çevirib yalnız yaradana sığınanları tanrı özü qoruyur. “ Hər şeyi tərk et, 

tanrıya  sığın,  könlünü,  dilini  təmiz  tut,  əməlini  düzəlt  “,  “  Uzun  gecəni  yatmaqla 

yox, tanrıya ibadətlə keçir” ifadələri sufilərin öz müridlərinə nəsihəti kimi səslənir. 

Zikr etmək,  mistikin öz  fikrini Allahın xatırlanmasına  yönəltməsi təriqət boyu 

onu  müşayiət  edən  hal  və  məqamlara  çatmasına  köməklik  edən  vasitələrdən  hesab 

olunur.  Zikrə  mistikin  bütün  təbiəti  çəlb  edilməlidir.  Periodik  davam  edən  zikrlər 

sufinin  bütün  təbiətinə  hakim  kəsilərək,  onu  təkminləşdirir,  bütün  kənar  şeyləri 

unutdurur. Bunun nəticəsində Allah sufinin qarşısında bütün mövcudatın mahiyyəti 

kimi durur.  

Sufilər Allahla insan arasındakı pərdənin açılması, adi insanların bilə bilmədiyi 

sirlərə vaqif olmaq, bəqa və fəna mərhələsinə çatmaq üçün xəlvətə çəkilir, tanrının 

adlarini  zikr  edirdilər.  Odqurmuş  bu  vəziyyəti  belə  ifadə  edir:  “  Hər  şeydən  azad 

olan ancaq tanrıdır. O, ehtiyacları bilir, rəhmdil və həlimdir. Könlümü ixlas ilə bir 

tanrıya yetirdim, diləkçi olub ancaq onu istərəm. Onun varlığına könüldən inanıram, 

könlüm inandı, dilim onu zikr edir. Varlığını iqrar edirəm, onu istəyirəm, onu harada 

axtaracağımı  özüm  də  bilmirəm.  Gecələr  gözlərimi  qırpmıram,  rəbbimi  istəyirəm, 

nişanəsini tapıram, ancaq onu görən yoxdur “ (1, 352 ). 

“Qutadqu bilik” əsərində Odqurmuşun müridi olan Kumaru onun yolunu davam 

etdirir,  mürşidinin  ölümünü  Allahın  verdiyi  canı  geri  alması  kimi  qarşılayaraq, 

tanrının hökmü ilə hamının barışmasının vacib olduğunu nəzərə çatdırır. Sufidən bu 

dünyada  yalnız  əsası  və  canağı  yadigar  qalır.  Әslində  poemada  verilən  bu  epizod 

müəllifin sufi həyat tərzi üçün tipik olan mürşidlə müridi arasındakı münasibətlərin 

xarakterindən  xəbərdar  olduğuna  dəlalət  edir.  Sufi  nəzəriyyəsinə  görə  mürid  öz 

mürşidinə  olan  daxili  inamı  əsasında  qarşısına  çıxan  çətinlikləri  dəf  etməyə  qadir 

olur. Belə ki, müridlə mürşidi mənəvi yaxınlıq bir-birinə bağlayır.  

Şagirdlə  müəllim  arasında  əlaqənin  yaranması  formal  olaraq  üç  şeydə  ifadə 

olunurdu:  şagirdə  xirkanın  bağışlanılmasında,  ona  zikrin  formulunun  xəbər 

verilməsində,  söhbətdə-bərabər  ibadət  və  təlimdə.  Müridə  cındır  paltar  hədiyyə 

edilməsindən  ibarər  sufi  adəti  geyimin  simvolik  əhəmiyyəti  haqqında  qədim 



 Kəmalə Həsən qızı Pənahova 

214 


təsəvvürlərə əsaslanırdı. Müəllimin geyindiyi, yaxud heç olmasa toxunduğu paltara 

geyindirilən şagird şeyxin mistik-magik qüvvəsindən nə isə əldə edirdi (5, 86).  

İnsan calışmalıdır ki, aldanmasın. İpək, zərbaftalı geyimdən imtina edərək yun 

paltarla  kifayətlənən  sufi  deyir  ki,  geyməyə  qoyun  yunu,  yeməyə  arpa  aşı  mənə 

bəsdir. Ey qardaş, dünyadan başqa heç nə istəmirəm. Dünyadan öz nəsibimi aldım, 

kəpəkdən yemək, qoyun yunundan paltar bəsimdir (1, 351).  

Әsərdə  təsvir  edilən  sufi  həyat  tərzinə  görə  bu  yolu  seçən  bəndə  insanlardan 

uzaqlaşmalı,  öz nəfsini və hərisliyini boğmalı,  əsil tanrı sevgisinə nail olmaq  üçün 

qəlbindən dünya arzularını çıxarmalıdır. Bütün ibadətləri yerinə yetirən üçün min bir 

yaxşılıq  qapısı  açılar.  Öz  qulluğunu  göstərən  qul  tanrının  şəfqətinə  nail  olar. 

Tanrının şəfqətinə nail olana bütün yaxşılıqların yolu açılar. Şair əsərin sonunda özü 

də  təsəvvüf  fəlsəfi  düşüncəsinin  təsirinə  qapılaraq  oxuculara  müraciət  edir  :  “  Bu 

dünya  bütün  sevincdən  ibarətdir,  bunu  burax,  axirət  dünyasına  bax.  Dilini  tut, 

boğazını yığ, çox uyuma, gözünü yum, qulağını tıxa, rahat yaşa” (1, 479).  

Odqurmuşun  sufi  düşüncələri,  Həqiqəti tapmağa  çalışmaq,  ona  mənəvi qovuş-

maq  barədə  təlimi  hökmdar  Gündoğdunun  dünyagörüşünə  ciddi  təsir  göstərir.  Bu 

fikirlər həmin dövrdə İslam bölgəsində geniş yayılmış sufi fəlsəfi fikri ilə həmahəng 

səslənir, Balasaqunlunun sufi təlimi və poeziyası ilə tanışlığına dəlalət edir.  



 

 

NӘTİCӘ 

 

Orta əsrlərdə İslam regionunda elm və fəlsəfə sürətlə inkişaf edir, xüsusilə Şərq 

peripatetizmi, sufilik kimi fəlsəfi cərəyanların nümayəndələri tərəfindən sosial, etik 

məsələlər  ciddi  araşdırılırdı.  “Qutadqu  bilik”  əsərində  qoyulan  sosial  və  etik 

problemlərə həm peripatetik filosofların baxışlarının, digər tərəfdən o dövrdə İslam 

mistisizmini təmsil edən sufi fəlsəfəsinin təsiri danılmazdır.Yusif Balasaqunlu İslam 

fəlsəfi  fikri  ilə  qədim  türklərin  törələrdən,  tanrıçılıqdan  irəli  gələn  düşüncə  tərzini 

birləşdirərək,  orijinal  fəlsəfi  yanaşmalar  təqdim  etməyə  nail  olmuşdur.  Müəllifin 

özünün  də  qeyd  etdiyi  kimi  Çin  fəlsəfi  fikri  də  ona  güclü  təsir  etmiş,  əsər  Çin, 

Hindistan, İran, türkdilli xalqların ərazilərində yayılaraq rəğbət qazanmışdır. Bu isə 

müxtəlif  xalqlara  məxsus  mədəniyyətlərin,  fəlsəfi  ideyaların,  əxlaqi-etik  fikirlərin 

həmişə bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapmasının göstəricisidir.  

 

 

 



Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində sufi-mistik həyat tərzinin tərənnümü 

215 


 

ӘDӘBİYYAT 

 

1.Yusif Balasaqunlu. Quradqu-bilik-xoşbəxtliyə aparan elm. Bakı, 1994. 



2. Yusif Balasaqunlu. Quradqu bilik (poema). Bakı, 1998. 

3.  С.Г.Кляшторный.  Эпоха  «Кутадгу  билиг».  Советская  тюркология. 

/Научно-теоретический журнал/ № 4. Баку, 1970. 

4.  И.В.Стеблева.  Поэтика  «Кутадгу  билиг».  Советская  тюркология. 

/Научно-теоретический журнал/ № 4. Баку, 1970. 

5. Шиммель Аннемари. Мир исламского мистицизма. М., 2000.  

 

 

 


 Kəmalə Həsən qızı Pənahova 

216 


 

XÜLASӘ 

 

 Məqalədə nəzərə çatdırılır ki, XI əsr şairi, ensiklopedist alimi Yusif Xas Hacib 



Balasaqunlunun türk dilində yazılmış “Qutadqu bilik” əsərinin ən əhəmiyyətli cəhəti 

sosial-siyasi,  etik  fikirlərlə  bərabər  təsəvvüf  fəlsəfi  dəyərlərinin  də  burada  əks 

olunmasıdır. Sufi fəlsəfəsinin əsas prinsiplərindən xəbərdar olan şair dünyəvi həyat 

tərzi  ilə  sufi-mistik  həyat  tərzini  müqayisə  edir.  Poemada  təsvir  edilən  sufi  həyat 

tərzinə görə bu yolu seçən bəndə insanlardan uzaqlaşmalı, öz nəfsini və hərisliyini 

boğmalı,  əsil  tanrı  sevgisinə  nail  olmaq  üçün  qəlbindən  dünya  arzularını 

çıxarmalıdır.  Әsərdəfi  fikirlər  türk  sufi  məktəbinn  yaradıcısı  Yasəvidən  də  əvvəl 

Balasaqunlunun sufi təlimi və poeziyası ilə tanışlığına dəlalət edir.  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin