İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ


İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT SİYAHISI



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT SİYAHISI 

 

1.

 



Луман Н. Общество как социальная система, М.,

 

"Логос"., 2004, с 232  



2.

 

Şahbazov İ. Sosioloji nəzəriyyələr. Bakı., 2015, s 239 



3.

 

Дмитриев.В.А. Конфликтология М., 2000, с.281 



4.

 

 Маркс К., Ф. Енгелс., Соч Т 18, M-1961, с.842 



5.

 

Философский словаръ. М. Политиздат, 1999-1, с.449 



6.

 

Гегелъ Г.Собр. соч.в 14т. М., Л, 1935,Т.8, с 468 



7.

 

Şirinov A. Sosial zaman və sosial məkan.Bakı-Təknur, 2012, s 319. 



8.

 

Həsənov  A. Milli  ideologiya və  milli-mənəvi dəyərlər.  Bakı-Təknur, 2013, 



s. 175 

 

 



 Vüsalə Gülmalıyeva 

 

288 


 

РЕЗЮМЕ 

 

В  статье  анализируется  категория  интереса  с  позиции  ее  роли  в 



возникновении  социальных  конфликтов.  В  этой  связи  выделяются  основные 

виды  интересов.  Подчеркивается  особая  роль  экономических  и  политических 

интересов  как  основной  источник  возникновении  социальных  конфликтов 

разного рода. Одновременно отмечается положительное значение конфликтов 

для развития общества. 

 

 



SUMMARY 

 

The  article  analyzes  the  category  of  interest  from  the  perspective  of  its  role  in 

the emergence of social conflicts. In this connection, it highlights the main types of 

interest. It emphasizes the special role of the economic and political interests as the 

main  source  of  theoccurrence  of  social  conflicts  of  all  kinds.  At  the  same  time  the 

positive value of conflict for the development of the society is noted. 

 

 

Çapa tövsiyə etdi: f.e.d. Zeynəddin Hacıyev 



 

Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər 

289 


 

 

OSMANLI DÖVRÜNDӘ VӘ MÜASİR FAİZSİZ BANKLARDA  



 İSTİFADӘ OLUNAN İQTİSADİ PRİNSİPLӘR 

 

Sənan Əzimov 

İstanbul Ticarət Üniversiteti  

Beynəlxalq Bank İşi və 

 Finans Bölməsi Magistrantı 

 

 

Açar Sözlər: Osmanlı İmperiyası, Faizsiz Banklar, İqtisadi Prinsiplər 

Key words: Ottoman Imperia, Non İnterest Banks, Economic Principles 

Ключевые 

слова: 

Османская 

Империя, 

Непроцентные 

Банки, 

Экономические Принципы 

 

 



Giriş 

Osmanlı  İmperiyasında  iqtisadi  sistemin  yaranması,  təməl  xüsusiyyətləri  və 

quruluşları  baxımındanİslam  iqtisadiyyatının  və  eyni  zamanda  İslam  dövlətlərinin 

böyük xidməti olmuşdur. Xüsusilə Səlcuqlular, Elxanlılar, Eyyubilər, Məmluklər və 

Anadolu  Bəylikləri  bunların  ən  mühüm  olanlarıdır.  İqta-timar,  muqataa,  fütüvvət-

əxilik-əsnaf, hisbə-ihtisab kimi iqtisadi və ictimai quruluşların bu dövlətlərdən miras 

qaldığını bilirik.

1

 



Әsrlərdir  İslamın  bayraqdarlığını  edən,  Osmanlı  İmperiyası  da  əsas  təməl 

iqtisadi prinsiplər arasında faizdən uzaq, xarici borclanmadan çəkinən

2

, məzənnənin 



                                                 

1

  Tarixi  məlumatlardan  yola  çıxaraq,  dövlətin  siyasi nüfuza  yol  açan  böyük  torpaq  mülkiy-



yətlərinə  mane  olması  məsələsidir.  Burada  fərdin  çalışdığı  torpaq  sahəsinin  sahibi  olması 

baxımından,  böyük  torpaq  mülkiyyətlərinə  çevrilmələrinin  qarşısı  alınmağa  çalışılmışdır. 

Məhz bu da, torpaq və əkin siyasətinin əsas təməli olaraq tətbiq olunmuşdur. Boş torpaqların 

da eyni şəkildə bu sistemin tətbiq olunması əsas olaraq qəbul olunmuşdur. Hələ Hz. Peyğəm-

bər  dövründən  iqta  dediyimiz  bu  sistem,  timar  sistemi  olaraq  növbəti  mərhələlərdə  ortaya 

çıxmışdır.  

2

  Mehmed  Fuad  Köprülü,  İslam  ve  Türk  Hukuk  Tarihi  Araştırmalar  ve Vakıf Müesseseleri 



1890-1966, haz. Orxan Fuad Köprülü, İstanbul: Ötükən Nəşriyyatı, 1983 

 

Sənan Əzimov

 

290 


sabit tutulmasına çalışan

3

, vəqf mədəniyyətini



4

 daha da təkmilləşdirərək, dövlətin öz 

sərhədlərində  sabit  iqtisadi  prinsiplərin  icra  olunmasını  təmin  etməyə  çalışmışdır. 

Məhz bu baxımdan məqaləmiz, ilk İslami dövlətlərdən miras qalan iqtisadi təməlləri 

təkmilləşdirən  və  müasir  faizsiz  bankların

5

  da  qurulması  təminatını  verən  sistemin 



təməl iqtisadi prinsiplərindən bəhs etməkdədir. 

 

A. İlk faizsiz Banklar 

Ümumiyyətlə faizsiz bankların tarixinə nəzər salsaq, ilk olaraq qarşımıza çıxan 

yəhudilər  tərəfindən  qurulan  Aqibi  Bankı  m.ö.  700-cü  ildə  Babildə  qurulmuşdur. 

Bank əsas olaraq ev, torpaq sahəsi, at, qul v.s. kimi təməl ehtiyacları qarşılayan bank 

və  müştəri  arasında  faizsiz  ticarətin  təşkil  olunması  üzərinə  qurulmuşdur.  Bundan 

başqa,  Roma  dövründə  Hökümdar  Tiber  xalqa  daşınmaz  əmlak  ipotekası  qarşılı-

ğında faizsiz kredit verə bilmə qabiliyyətinə sahib ilk dövlət bankı qurmuşdur. Faiz-

siz bankçılıq  kimi ifadə  edə biləcəyimiz bu ilk təşkilat, qurum olaraq da  ifadə  edə 

bilərik.  Eyni zamanda  bu  iqtisadi  prinsipləri  məbədlər  də  icra  edirdi.  1198-  ci ildə 

belə bir funksiyanı icra edən başqa bir quruluş da təşkild olunmuşdur. XIV-cü əsrdə 

Franche  Comedə  burjuaziya  topladığı  sərmayə  ilə  üzvlərinə  borc  pul  verən  bir 

sandıq, yaxud hovuz qurmuşdur. London kardinalı Michel Northburgda 1361-ci ildə 

Saint-Paul  kilsəsində  topladığı  sərmayə  ilə  xalqa  faizsiz  çeklər  tətbiq  edən  bir  fon 

təşkil  etmişdir.  Xristiyan  hacıların  can  və  mal  təhlükəsizliyini  təmin  etmək  üçün 

Temple məzhəbinin mənsubları olan Tempierlerin verdiyi sədəqələrin, əmanətlər ilk 

mərhələdə  faizsiz  olaraq  istifadə  olunmuşdur.  Təbii  ki,  bu  kimi  quruluşlar 

sahiblərinin  səmimiyyət  və  niyyətinə  görə  ilk  mərhələdə  əmanət,  sədəqələrlə  yola 

çıxaraq, bir müddətdən sonra faiz verən qurumlara çevrilmişdir.

6

 

Qədim Babildən başlayan faizsiz sistemlər ilk mərhələdə ancaq borc verməklə 



kifayətlənən, xalqın ehtiyacını qarşılayan, ictimai uçurumu dərhal aradan qaldırmağa 

çalışan  məqsədlərlə  meydana  gəlmişdir.  Növbəti  mərhələdə  isə  əmanətləri  faizlə 

verən, bir tərəfin səbəbsiz varlanmasına, digər tərəfin riski tamamilə üzərinə alması 

                                                 

3

  Daha  geniş  məlumat  üçün  bax:  Әhməd  Tabakoğlu,  İslam  İktisadı  Açısından 



Kalkınma,İstanbul: İslami Elmlər Tədqiqat Vəqfi Nəşr, 1987 

4

  Daha  geniş  məlumat  üçün  bax:  Ziya  Kazıcı,  Osmanlı  Vakıf  Medeniyeti,  İstanbul:  Bilgə 



Nəşr,  2003,  Mehmed  Fuad  Köprülü,  İslam  ve  Türk  Hukuk  Tarihi  Araştırmalar 

ve Vakıf Müesseseleri1890-1966, haz. Orxan Fuad Köprülü, İstanbul: Ötükən Nəşr., 1983 

5

 Bekir Ali Bilgiç, İslamda Kazanç Sistemi ve Çalışma Hayatı, İstanbul, 1990, s. 142 



6

 Burhan Ulutan, Bankaçılığın Tekamülü, Ankara, 1957, s. 37-38 



Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər 

291 


ilə ciddi ictimai problemlərin ortaya çıxması ilə Hammurabi faizi qadağan edən, hər 

iki  tərəfin  haqqını  təməl  edən  qanunlar  ortaya  qoymuşdur.  Yunanların  da,  bank 

sistemini  Babillərdən  aldığı  ifadə  olunmaqdadır.  Bir  çox  xüsusi  banklar  meydana 

gəlmiş  və  “trapezites”  deyilən  sərrafların  bu  işi  icra  etdiyi  də  məlumdur.  Romada 

bank işini təşkil edənlər, orta çağda öz adlarına pullar basdıraraq, bu pulların dəyəri 

ilə  oynamağa  başlamış,  özlərinə  görə  daha  uyğun  miqdarı  təyin  etmişdir.  Bu 

fəaliyyətləri  icra  edən  şəxslərə  “bancheris”,  önlərindəki  masalara  isə  “banco” 

deyilmişdir. Bunlar pulun mühafizəsi, maddi danışmanlıq,  pul göndərilməsi,  kredit 

işləri, hesablar arası dəyişmələri də icra etməkdə idi.  

 

B. Faizsiz Sistemlərin Qurulma Ehtiyac və Zərurəti 

İlk  faizsiz  quruluşların  tarixinə  diqqət  etsək,  bunların  əksərən  dini  və  mənəvi 

ağırlıqlı  ibadət  yerlərində  təşkil  olunduğunun,  insanların  ibadətlərinin  bir  parçası 

olan  sədəqələrinin  verməsi,  zəkatlarının  din  təmsilçilərinə  verməsi  ilə  toplanan 

miqdarın  din  təmsilçiləri  tərəfindən  borc  olaraq  verilməsi,  torpaq  sahələrinin 

işlədilməsi, yeni ibadət yerlərinin, təhsil mərkəzlərinin v.s. qurulması üçün istifadə 

olunması da bir həqiqətdir. 

İslamdanəvvəl  cahiliyyə  ərəblərində  də  riba,  faiz  bəyənilməyən  prinsip  olaraq 

qarşımıza  çıxmaqdadır.  Kəbənin  inşa  olunması  üzərinə  Әbu  Vəhb  i.  Abd  əl-

Mahzumi Qureyşlilərə belə demişdir: “Bura ancaq təmiz qazanclarınızı sərf edin. Nə 

zinayla,  nə  faizlə  alaraq,  nə  də  başqasına  zülm  edərək  qazandıqlarınızı  Kəbənin 

inşası üçün gətirməyin. Dinimizin də insan qaynaqlı olması baxımından, təməl ilahi 

əmrlər  arasında  cəmiyyətin  rəfahını,  bölüşmə  mədəniyyətini  təmin  etmək  əsas 

meyyarlardan  olduğu  üçün,  İslam  müsəlmanlar  arasında  borc  vermə,  ortaq  iş 

birliklərinin  qurulmasını,  müştərək  fəaliyyətlərin  icra  olunmasını  təşviq  etmişdir. 

İnsan  ancaq  maddədən  ibarət  deyil,  ancaq  maddi  təminatını  təmin  etməklə 

kifayətlənməyən,  mənəvi  bütövlüyə  də  sahib  olmalıdır.  Hər  şeyin  əxlaqı,  olması 

baxımıdan iqtisadiyyatın qurucularından olan John M. Keynesin ifadə ettidiyi kimi, 

“İqtisadiyyat  əslində  təbii  elmdir,  onun  da  bir  əxlaqı  var”.

7

  İslami  qaynaqlarda  isə 



mudaraba,  ortaq  şirkətlərin,  vəqflərin  qurulması  demək  olar  ki,  Hammurabi 

                                                 

7

  İqtisadiyyat  əxlaqdan  güc  alar.  Çünki  hüquq  kimi  iqtisadiyyat  da,  əxlaqın  bir  ünsürüdür. 



Milli  gəlirin  artmasına,  istehsalatın  artmasına  dəstək  olması  ən  mühüm  prinsiplərdəndir. 

Ancaq  əsas  məqsəd,  iqtisadi  fəaliyyətləri  təmiz  bir  sistem  üzərinə  qurmaqla,  sistemin 

davamlılığını onun sağlamlalığı ilə təmin etmək mümkündür 


 

Sənan Əzimov

 

292 


qanunlarında

8

  olduğu  kimi  faizsiz  sitemində  olduğu  kimi  faizsiz  sistemə  bənzər 



məcra almışdır.

9

 



Cəmiyyətlər  arasında  təbəqələşmə  də  faizsiz  sistemlərin  meydana  gəlməsinə 

səbəb olmuş və bu mərhələni daha da sürətləndirmişdir. Təbəqələr arasında ilk, orta 

və  üst  mərhələlərin  bir-biri  arasında  ictami  münasibətlərin  sağlam  tutulması,  orta 

təbəqənin  dərəcəsinin  artırılması,  ciddi  maddi  uçurumların  aradan  qaldırılması 

cəmiyyətlərin  də  sağlam  böyüməsini  təmin  etməkdədir.  Təəsüf  ki,  sərmayə  sahibi 

olan  şəxslər  çox  vaxt  güc  sahibi  olanlar  və  bu  gücü  istədikləri  kimi  istifadə  etmə 

haqqlarının olduğu qərarı ilə, cəmiyyətlərin məhvini sürətləndirmişdir. Bu baxımdan 

faizsiz  iqtisadiyyatın  əsas  təməlləri  olaraq  ortaqlıq,  ictimai  müsuliyyət,  tərəflər 

arasında  risklərin  bölüşdürülməsi  v.s.  müştərək  fəaliyyətləri  daha  da  təkmilləşdir-

mişdir.


10

İqtisadi  əsaslardan  məlum  olduğu  kimi,  bütün  iqtisadi  quruluşlar  riskə 

meyyardır, qırılğandır.

11

 



 

C. Faizsiz İqtisadi Prinsiplər  

Faizsiz  iqtisadi  əsaslara  sahib  olan  quruluşların  əsas  çalışma  prinsipləri  və 

disiplinlərinə gəlincə, bunları aşağıdaki kimi ifad edə bilərik.  

1.  Qarşılıqsız  Finans  Qaynaqları.  Bir  maddi  ehtiyacı  olan  şəxsə  tamamilə 

ehtiyacını qarşılamaq, xeyir məqsədi ilə digər dünyada qarşılığını görmək, verdiyini 

bir  sədəqə  olaraq  qəbul  etməklə  verənin  ona  yenidən  nəsib  edəcəyini  bilməyə 

əsaslanmaqdadır.

12

 Әslində bu cür finans quruluşları, banklar arası fəaliyyətlərdə bir 



                                                 

8

  Qadağalar,  tətbiqatlarla  əlaqədar  geniş  məlumat  üçün  bax:  Horst  Klengel, 



Kral Hammurabi və Babil günlüyü, tər. Nesrin Oral, İstanbul: Telos Nəşr, 2001 

9

Daha geniş məlumat üçün bax: Shaikh Mahmud Ahmad, Towards İnterest - Free Banking, 



Pakistan: İslam Mədəniyyəti Üniversiteti, 1991 

10

Mustafa  Uçar,  Türkiye'de  dünyada  faizsiz  bankacılık  ve  hesap  sistemleri,Fey  Vəqfi 



Nəşriyyatı 

11

Ayələrdə,  hədislərdə  eyni  şəkildə  riskin  aradan  qaldırılmasına  aid  əqd,  vədlərə  sahib 



çıxmaq, veriləcək borcları gecikdirməmək, borc alanın nəqd sıxıntısı yaşamaması üçün qəti 

əmrlər  bildirməsi  və  borc  pul  verilməsi,  çətin  halda  olan  bir  zəngin  də  olsa  onun  bu 

vəziyyətindən  xilas  olunması  məsləhət  görülməkdədir.  Servet  Bayandır,  The  Reciprocity 

Principle  in  İslamic  Law  and  İts  Application  as  A  Credit  Risk  Management  Tool  in 

Finance,İslam Hüququ Tədqiqatları Dərgisi, S. 21, 2013, s. 293-306 

12

  Cəmiyyətin  zəkat  və  sədəqələrinin  eyni  vaxtda  ehtiyac  sahiblərinə  verilməsi,  iqtisadi 



təməlləri  zədələyə  bilməsi  maddi  əsaslar  üzərə  ciddi  problemlərə  səbəb  ola  bilməsi 

narahatçılığı, iqtisadiyyatçılar tərəfindən dilə gətirilmişdir. Әslində bənzər hadisənin heç bir 

toplumda  yaşanmadığının  şahidi  olmaqla  birlikdə,  Xəlifə  Ömər  i.  Әbdul  Azizin  (hicri  99-

 


Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər 

293 


borc  mezanizmasına  çevrilə  bilər.  Banklar,  iqtisadi  quruluşlar  öz  aralarındaki 

ehtiyaclarını aralarındaki müqavilələrlə, faizsiz tətbiqatla daha az maliyyətlə həll edə 

bilərlər.  

2. Qarşılıq Alınan Finans Qaynaqlarından Olan Müşaraka – Xüsusiləticari 

müqavilələrdə, yatırımlarda əsas olaraq qəbul olunan qarşılığı alınan finans yöntəm-

lərində  qarşı  hasən

13

,  ariyət  və  yaxud  qiyəmi  mal  borcu



14

,  ortaqlıq  və  yaxud 

şirkətlərin qurulması tarix boyu insanların müştərək çalışmalarını təşkil edən, ortaq 

sərmayədən əldə olunan gəlirlərin ortaqbölüşdürülməsinitəmin edən faizsiz tətbiqat-

lardan olaraq qəbul olunur. 

3.Mülk  ortaqlığı

15

,  ticari  ortaqlıq,  akit  ortaqlığı

16

  v.s.  növlərdən  ibarətdir. 



Burada həmçinin faizsiz prinsiplərin istifadə olunmasındaki tənqidlərə cavab olaraq, 

mudaraba ve muşarakanın istifadə olunması ilə əlaqədar bəzi əlavələri ifadə etmək 

istəyirik.  Bu  əsas  prinsiplər  mudaraba  və  muşarakanın  istifadə  olunmasını  da 

məhdudlaşdırmaqdadır.  



a.  Zərər  Riski: Bu  prinsiplərin  istifadə  olunmasıtəşəbbüs  finansmanın, faizsiz 

banklarda ortaq olmasının ən mühüm riski, dəstəklərin təşəbbüslər qarşılığında zərər 

etmə  imkanının  yüksək  səviyyədə  olmasını  ifadə  edir.  Faizsiz  bankların 

təşəbbüskarlara  verdikləri  dəstəyin,  zərər  etmələri  halında  bu  zərəri  özlərinə  ortaq 

olan  sərfiyyat  sahibləri  ilə  müştərək  paylaşması  faizsiz  bankların  əsas  fəlsəfəsini 

təşkil  etməlidir.  Şübhəsiz  insan  fitri  olaraq  zərərsiz  kar  əldə  etməklə,  zərər  riskini 

minimal dərəcədə azaltma cəhdi hər zaman müsbət nəticə verməz.  

b. Sui İstismar Riski: Mudaraba, yaxud muşaraka qarşılıqlı etimadaəsaslanan 

sistemdə,  bu  quruluşlar  sui  istismara,  tərəflərin  sərbəst  öz  lehinə,  qarşı  tərəfin 

                                                                                                                              

101)  hakimiyyətiillərində  cəmiyyətin  sədəqə,  zəkat  anlayışının  ən  yüksək  dərəcəsinə  sahib 

olmaqla  birlikdə,  tamamilə  ehtiyacı  olmayan,  zəkat  verilməyəcək  dərəcədəyüksək  rəfah 

səviyyəsinə çatdıqlarının şahidi olmaqdayıq. 

13

  Qarzı  Hasən  -  Pul  yaxud,  ehtiyac  olunan  miqdarı  qarşılamaq  üçün  nəqd  yaxud  misli  bir 



malı faiz şərti olmadan, borc olaraq verməkdir 

14

  Qıyəmi  Mal  Borcu  –  İnsanların  ehtiyacı  olan  əşyaların,  eyni  miqdarla  borc  olaraq 



verilməsidir.Çox vaxt insanlar ancaq pula deyil, müəyyən əşyalara da ehtiyacı ola bilər. Daha 

geniş məlumat üşün bax: Cengiz Koç, Günümüz Türk Hukukuyla Mukayeseli Olarak İslam 

Hukukunda Ariyet Akdi, SÜSBE, Konya, 2007, Magistr Diplom İşi 

15

2 vedaha çox şəxsin mal üzərində satın almaq, hibə, vəsiyyət və miras almaq kimi üsullarla 



ortaq olmaları 

16

  Eyni  şəkildə sərmayə  və  faydası  üzərinə  qurulan  bir  ortaqlıqdır. 1.  Mufavaza  Şirkəti:  İki 



tərəfin sərmayə və karda eyni qazanc və eyni pay sahibi olmaları təməlidir. 2.İnan Şirketi – 

Mufavaza ortaqlığındaki təməl ortaqlığın əsas alınmadığı şirkət növüdür 



 

Sənan Əzimov

 

294 


əleyhinə  davranmasına  imkan  verməkdədir.  Qazancın  daha  az  miqdarda  göstəril-

məsi, qazanclı olduğu halda zərər olduğunu bildirmək, yaxud qəsdli olaraq şəriklərin 

zərər etməsi kimi müxtəlif səbəblər dilə gətirmək bu iqtisadi təməllərin əsasını təşkil 

etməkdədir.  



c.  Təşəbbüskarların  Laqeydliyi:Təşəbbüskarların  daha  yüksəkmiqdarda  qa-

zanc əldə edə bilmə imkanını da əsas olaraq qəbul etməklə, bankın qazancına ortaq 

olduğunu  qəbul  etməsi  nəfsinə  ağır  gəldiyi  üçün  faizli  bankların  sabit  miqdarda 

finans dəstəyini seçməsi də bir həqiqətdir.

17

 

4.Mudaraba



18

  –  Bir  tərəfin  sərmayə,  digər  tərəfin  əmək  sərf  etməklə  qurulan 

ortaqlıqdır. Müslümanlar bu şəriklik prinsipinə mudaraba, qırad, muqarada, muamə-

lə  adlarını  verilmişdir.

19

  X-cu  əsrdən  etibarən,  İslami  qaynaqlarda mudaraba  olaraq 



bilinən  bu  yöntəm,  commenda  adı  ilə  komandit  şirkəti  olaraq  bölgə  ülkələrinin 

ticarət hüququna girən və zamanla iş ortaqlıqlarının qurulmasına səbəb olmuşdur.

20

 

Tamamilə  eyni  əsasa  sahib  olmasa  da,  Talmudda  rastlanan  iska  və  Bizansda  tətbiq 



olunan chreokoinonia ilə mudaraba bir-birinə çox bənzəyir.Çox təəssüf ki, dünyanın 

parodokslarından  biri  də,  zəkalı  insanların  əksər  hallarda  məhdud  imkanlara  sahip 

olması və kəşflərini reallaşdırmaq üçün maddi dəstəyə ehtiyaclarının olmasıdır.  

İlk dövrdə İraq bölgəsi İslam hüquqçularının istifadə etdiyi bu iqtisadi yöntəm 

Muzəmmil  73/20  ayəti  kəriməsinə  əsaslanmaqdadır.  Hicaz  bölgəsi  fəqihləri  isə 

sərmayədarın  yatırımın  bir  qismini  kəsib,  sahibkara  verdiyi  üçün  bu  ortaqlıq  karz 

(kəsib qoparmaq) kökündən törəyən kıraz (mukaraza) kəlməsiylə ifadə edir.

21

Hənəfi 



və  Hənbəlilərin  mudaraba,  Maliki  və  Şafiilərin  kıraz  dedikləri  əqddə  sahibkara 

mudarib, darib, amil, mukarız, sermayə sahibinə rabbul mal (mukarız), bu çalışmaya 

isə aməl adı verilir.

22

 



                                                 

17

 Daha geniş məlumat üçün bax: Murtaza Köse, Ticaret Hukuku Tarihi Açısından Mudaraba 



ve Commenda Ortaklıklarının Etkileşimi Hakkında Bir Deneme,Atatürk Üniversiteti İlahiyat 

Fakultəsi Məcmuəsi, Әrzurum, 2002, S. 17 

18

 Daha geniş məlumat üçün bax: Murtaza Köse, Ticaret Hukuku Tarihi Açısından Mudarabe 



ve  Commenda  Ortaklıklarının  Etkileşimi  Hakkında  Bir  Deneme,  Atatürk  Üniversiteti 

İlahiyat Fakultəsi Məcmuəsi, Әrzurum, 2002, S. 17.  

19

  Fara  Madehah  Ahmad  Farid,  Shariah  Comliant  Private  Equity  and  İslamic  Venture 



Capital, edt. Rodney Wilson, EdinburqUniversiteti Nəşr., 2012, s. 6-7 

20

 Abraham L. Udovitch, Partnership and Profit in Mediaval İslam, Princeton, 1970, s. 170 



21

  Abdulmumin  Әbu  Zeyd,  Nahvə  Tatviri  Nizamil  Mudaraba  fil  Masarifi’l-  İslamiyye, 

Qahirə, 1420/2000 

22

 Cengiz Kallek, Mudaraba Maddəsi, DİA, 30/358-363 



Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər 

295 


Osmanlı  dövründə  Galata  bankerlerinin,  Osmanlı  Bankının  qurulması  ərəfə-

sində demək olar ki, cəmiyyətin əksər qismi mudarabadan xəbərdardı və bu qaynaq-

dan istifadə edərdi. Mudaraba Osmanlı dövründə xüsusilə Galatada gəmi ticarətinin 

finansmanı  olaraq  çox  bilinən  bir  yöntəmlərdəndi.  Mudaraba  ortaqlağına  yönələn 

şəxslər ilk növbədə dəniz ticarəti ilə məşğul olan gəmi rəisləri olmaq üzərə, vəzirlər, 

tacirlər, müdərrislər və əsgərlərə qədər geniş sahədə yayılmışdı. Həm fiqh elmindəki 

tətbiqatı, həmçinin tarihi misalları ilə mudaraba ortaqlıq sisteminin müasir şəkli olan 

faizsiz bankaçılığın əsasını təşkil edir. Mudarabanın 5 təməl xüsusiyyəti var: 



a. Sərmayənin bütünü tərəflərin biri tərəfindən təmin olunur. 

b. Sərmayəni təmin edən şəxsin, işin nəzarətinə qarışma haqqı yoxdur. 

c. Zərər olduğu halda, tamamilə sərmayə təmin edən şəxs üzərinə almalıdır. 

d. Sərmayəni qoyan tərəfin cavabdehliyi, qoyduğu sərmayə ilə məhduddur. 

e. Müştərəkliyin  tək  sahibliyi sərmayəni qoyandır.  Әməyini ortaya qoyan tərəf 

kardan payını istəmə xaricində, ortaqlıq içərisindəki varlıqlar üzərində haqqı yoxdur.  

Şübhəsiz bu prinsip Osmanlı dövründəki vəqflərin eyni zamanda pul xəzinələri 

olaraq  bilinən  funksionallığını  ifadə  edir.

23

Bu  mənada  zəka  ilə  pulun  birləşdiği  bu 



iqtisadi prinsip Avropada, Şərqdən daha çox istifadə olunmaqdadır.

24

Bir  misal ver-



miş olsaq: 

a)  ABD-da  sərmayə  ortaqlığının  təməlini  atanlardan  sayılan  Harvard  Üniver-

siteti  İdarəçilik  fakultəsinin  dekan  müavini  General  Doriotun  yönəltdiyi  risk 

sərmayəsi  şirkəti  (ARDC),  1957-ci  ildə  Digital  Equipment  Corp  (DEC)  adlı  təşəb-

büskar şirkəti dəstəkləmə qərarı verir. Dəstək olunacaq şirkət, ilk başda ancaq fikir 

və  proje  ortaya  qoyan  fəqir,  ancaq  istedadlı  iki  mühəndisdən  ibarət  idi.  Doriotun 

şirkəti, təşəbbüskar şirkətin (DEC) 78 % hissəsini 70 min dollara almış, 15 il sonra 

1972-ci  ildə  kar  payı  350  milyon  dollar  qazanmışdır.  Bu  da  ana  sərmayənin  5000 

qatı deməkdir.  

                                                 

23

  Fethi  Gedikli,  Osmanlı  Şirket  Kültürü:  XVI-XVII.  Yüzyıllarda  Mudarebe  Uygulaması,  İz 



Nəşriyyat, İstanbul 1998 

24

  Commenda  və  mudaraba  ortaqlıqları  ilk  olaraq  insan  zəkasının  məhsullarıdır.  Belə  ki, 



bənzər  prinsip  fərqli  tətbiqatları  ilə  demək  olar  ki,  hər  bir  xalqın,  cəmiyyətin  həyatında  bu 

iqtisadi  yöntəmlərin  istifadə  olunduqlarının  şahidi  olmaqdayıq.  Hər  hansı  bir  cəmiyyətin 

iqtisadi  və  ticari  həyatındaki qurum,  müəssə  digərlərindən  elə  də  fərqli deyildir.  Ancaq  hər 

bir  cəmiyyətin  inanc  və  fəlsəfəsinin  iqtisadiyyatdan  ticarətə,  siyasətdən  mədəniyyətə  və 

sənətə qədər hər sahədə təzahürünün şahidiyik 


 

Sənan Əzimov

 

296 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin