b) Başqa bir misal, Riyaziyyatçı Max Palevskiyə aiddir. Palevski 1961-ci ildə
kiçik kompüter sistemini kəşf etmiş və bu layihəni ilkin mərhələdə 257 min dollarla
David and Rock Risk Sermayə şirkəti dəstəkləmişdir. Bu şirkət Xerox Corp. bir
milyard dollara almışdır. Davis and Rockun 60 milyon qazancı olmuşdur. Bu ana
sərmayənin 7 ildə 233 qat artdığını göstərir.
5. İynə Satış–Nəğd almaq imkanı olmayanların malın iynə satışı deyilən
yöntəmlə, hissə-hissə ödəməsini ifadə edən yöntəmdir. Bu satış növü təvərrüq olaraq
bilindiyi kimi, bu yöntəmlə alınan malın yenidən sahibinə satılması iynə satışı olaraq
bilinir. Bu satışlar içində, fərqli bir dəyər qazanan murabah yöntəmidir. Bu yöntəm
faizsiz bankların ən çox istifadə etdiyi, yöntəm olaraq bilinən murabaha müəyyən
miqdara alınan malın, digər tərəfə ikinci satış əqdi ilə olaraq həyata keçməsini ifadə
edir. Burada faizsiz quruluşlar, yaxud katılım banklarının satış üzərinə karın digər
quruluşlara nisbətdə daha yüksək tutması və əslində sabit mal və mövcud satış əqdi
həyata keçirilmədiyinə görə tənqid olunmaqdadır. Bu mənada faizsiz bankların da
etibar, etimad qazandıqları və ayaqda durduqları maddi qaynaqlara, prinsiplərə sadiq
qalaraq eyni diqqəti və mükəlləfiyyəti göstərmələri ən əsas şərtlərdəndir.
25
6. İstisna Satışı veyaxud İş görmə əqdi. İstisna əqdi nəğd, yaxud vadəli bir
miqdarqarşılığında malın təlim, təslim işlərini əhatə edir. Beləliklə tərəflərin biri
finans qaynağını təmin etmək, digər tərəf isə təslim almaqla mal üçün müqavilə
imzalamış olarlar.
7. İcarə və ya Kiralama – İlk addımlarını atan quruluşların nəğd ehtiyacını
qarşılamaq, sərfiyyatlarını azaltmaq üçün, müəyyən müddət istifadəsi uyğun görülən
əşyaların, əmlakın kira olunma məsələsidir.
8. Vəfa Satışı – Bey bi’l Vəfa hicri V-ci əsrdə Hənəfi fəqəhləri tərəfindən
ortaya qoyulan, satılan malın qarşılığını müəyyən müddətdən sonra eyni ilə iadə
edildiyini ifadə edən razılaşma yöntəmidir.
26
9. İstiğlal Satışı alınan malın istifadə etməyən satıcısı tərəfindən kiraya
verilməsidir.
27
25
Fara Madehah Ahmad Farid, Shariah Comliant Private Equity and İslamic Venture
Capital, edt. Rodney Wilson, Edinburg Universiteti Nəşr, 2012, s. 6
26
Daha geniş məlumat üçün bax: Abdulaziz Bayındır, Bey bi’l Vefa, DİA, İstanbul, 1992,
VI/20
27
Daha geniş məlumat üçün bax: İshak Emin Aktepe, İslam Hukuku Çerçevesinde
Finansman ve Bankacılık, İstanbul: Yedirenk, 2010
Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər
297
10. Murabaha – Murabaha – Lüğətdə artma, kar, ticari qazanc mənasındaki
ribh kökündən törəyən və kar haqqı tanıma mənasına gələn muarabah terim olaraq
bir malın alış fiyatı, maliyəti üzərinə müəyyən bir kar qoymaqla satılmasını ifadə
edir.
28
Hal-hazırda faizsiz bankların ən çox istifadə etdiyi yöntəmləri olaraq
bilinməkdədir.
29
Daha çox finans dəstəyinin, fərdi maddi dəstəyin, istehsalat dəstəyi
olaraq bilinməkdədir. Türkiyədə katılım bankları olaraq bilinən, faizsiz banklar
sahib olduqları büdcələrin 90 % qismini murabahaya əsaslanan finans qaynağına
əsaslandırmaqdadır. Ancaq bu hal, ancaq ölkəmizə məxsus deyil, bütün dünyadaki
faizsiz banklara da aid etmək olar. Bu baxımdan müasir günümüzdə faizsiz bank-
ların mudaraba ilə büdcələrini təşkil edib, murabaha ilə dağıtdıqlarını ifadə etsək
yanılmarıq.
Murabahanın həqiqətən tətbiq oluna bilməsi üçün müəyyən qaydalar vardır.
Bunlar arasında satış əsnasında satılacaq məhsulun hazır olması, satışın həmin yerdə
və anda həyata keçməsi, satılması uyğun görülən varlıq bir dəyərə sahib olmalı,
satılması uyğun görülən varlığın satıcı tərəfindən bilinməsi, satış anında malın
qiymətinin dəqiqləşdirilməsi, vadəli satışda isə bu fərqlilik göstərə bilər. Qiymət
müəyyənləşdirildikdən sonra, daha erkən ödəməklə qiymətin azaldılması mümkün
deyil, ödəmənin təminat altına alınması üçün satıcı ipoteka və bənzər təminat tələb
edə bilər. Faizsiz bankçılıq qaydalarında olan murabahada tərəflərin vədlərindən
dönmələri bir qisim problemlərə səbəb ola bilər. Vəd, fiqhdəki yeri və iqtisadi
həyatdaki yeri baxımından müasir günümüzdə mühüm yöntəmlərdən biridir.
30
11. Sukuk – Әrəb dilində “sak” kökündən, sertifikat və yaxud vəsiqə məna-
sında istifadə olunmaqdadır. Әrəb piyasalarında bono və təhvillər üçün “sənəd” kəl-
məsi istifadə olunduğu halda, İslami finansman bonolarının müxtəlif növləri olmaqla
birlikdə, məhşur dörd növü vardır. Bunlar lizing (leasinge), muşaraka, mudaraba və
sələmə əsaslanan sukuk olaraq bilinir.
31
Müasir dövrdə Türkiyədəki istifadəsinə
28
Әhməd Әli Abdullah, əl-Murabaha usuluha, əhkamuha və tatbiqatuha fil məşarifil
İsləmiyyə, Xartum, 1987
29
Daha geniş məlumat üçün bax: Servet Bayandır, Çağdaş Murabahaya Etkisi Bakımından
Fıkıhta Vadin Bağlayıcılığı Meselesi, İstanbul Universiteti İlahiyyat Fakultəsi Dərgisi, S. 11,
2005
30
Daha geniş məlumat üçün bax: Servet Bayındır, Faizsiz Bankacılık İşlemlerinin İslam
Fıkhındaki Yeri (doktorantura dissertasiyası), Marmara Universiteti Sosyal Elmlər İnstitutu,
İstanbul, 2004
31
Faizsiz finans yöntəmlərində, faizsiz finans sahəsinin dinamiklərini dəyişdirmiş və
yenilikləri özündə cəmləmişdir. Müstəqil ixraclar yolu ilə dövlət və şirkətlərə finans
Sənan Əzimov
298
gəlincə, sukukun istifadə olunmasına istinadən, çalışmalar SərmayəPiyasası Quru-
munun 2010-cuil mart ayındaki təbliği ilə, varlığa əsaslanan kira sertifikatlarının
(sukuk) ixracına imkan vermişdir. İctimai və fərdi müştərilərə məxsus olmaqla məh-
sullara misal olaraq, mudaraba, muşaraka və murabaha kimi klassik məhsullarla,
lizinq, xüsusilə də Cənubi Asya ölkələrində məşhur olan bey bil vəfa, bəyud deyn və
təvərruq kimi müasir məhsullardan ibarətdir.
12. Təvərruq – Uzun müddət əvvəldən bilinən və tətbiq olunan finans qay-
nağıdır. Әvvəllər beyul inə içərisində dəyərləndirilən, sonralar isə bəzi məzhəblərə
görə sərbəst əhd halına gəlmişdir. Beyul inə fiqhdə mübahisəli mövzulardan olma-
sına baxmayaraq, müasir piyasalarda tez-tez müraciət olunan yöntəmlərdəndir. Ma-
layziya başda olmaqla xüsusilə Şafii məzhəbinin yayıldığı Cənubi Asya ölkələrində
beyul inəyə əsaslanan finans yöntəmləri ortaya qoymuşdur. Hal-hazırda isə əvvəlki
istifadə yöntəmlərinin tərsinə, çox qarışıq tərkibdən ibarət bir finans yöntəmi olaraq
qarşımıza çıxır. Ümumiyyətlə isə, təvərruqun fiqhi əsası tədqiq olunarkən, beyul
inəyə əsaslandığı ifadə olunmaqdadır.
32
13. Sələm Әqdi - Ödəmənin nəqd olaraq, tərəflər arasında əhd bağlandığı anda,
ancaq alınan əşyanın təslim olunmasının əvvəlcədən təyin olunmuş bir tarixə qədər
təxirə salındığı alış, satış əqdidir. Bu yöntəmin məqbul olması üçün, aşağıdaki
şərtlərə diqqət olunmalıdır.
1. Alıcı ödəməni satışın reallaşdığı vaxt, nəqd olaraq verməlidir.
2. Keyfiyyəti və şəkli məlum olan mallara tətbiq olunmaqdadır.
3. Müəyyən olunmuş xüsusi bir məhsul, yaxud müəyyən ərazi üzərinə aparıl-
ması məqbul deyil.
4. Sələm əqdində əsas məhsulun xüsusiyyətləri və keyfiyyəti haqqında konkret
bir məlumat olmalıdır.
5. Malın çatdırılması ilə əlaqədar, gün və yer dəqiq olaraq bildirilməlidir.
14. İynə Satışı - İslam Hüququnda hər hansı bir şəxsin vadəli olaraq satdığı
malın, öz qiymətindən daha ucuz qiymətə nəqd olaraq qaytara bilməsi olaraq bilinir.
dəstəyinin təmini, xüsusilə bono və mənqul qiymət sahəsindəki sukuk, yaxud faizsiz mənqul
qiymətin istifadəsi son dövrdə çox yayılmışdır. Daha geniş məlumat üçün bax: Munawar
İqbal and Rodney Wilson, Islamic Perspectives on Wealth Creation, Edinburq Universiteti
Nəşr, 2005
32
Daha geniş məlumat üçün bax: Servet Bayandır, Modern Faizsiz Finansman Araçlarından
Olan Teverruk ve GES’in Fıkhi Tahlili, Müzakirələri Elmi Toplantı, İstanbul: Konevi
Mədəniyyət Mərkəzi, 2012
Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər
299
Bu yöntəm borc pul alarkən baş vurulan yöntəm olaraq, borc verənə satış əqdi yolu
ilə müəyyən bir kar təmin etdiyi halda, nəqd pul ehtiyacı olanın da nəqd ehtiyacını
qarşılamaqdadır.
15. İstisna – İstehsalatla əlaqədar olan və İslam hüququnun satış əqdlərində
gətirdiyi şərtlərdən istisna olan xüsusi bir əqddir. İstehsalçıya müəyyən məhsulun
sifarişi ilə ərsəyə gələn istisna, müasir günümüzdə ümumiyyətlə inşaat, gəmi inşaatı
v.s. böyük layihələrdə istifadə olunmaqdadır.
16. İcarə Summəl Bey – Kirayə götürülən varlığın, kira müddəti bitdiyi vaxt
müəyyən miqdar qarşılığında kirayə götürənin mülkiyyətinə keçməsidir. Kəlimə
olaraq tərcümədə kirayə alındıqdan sonra, satışın reallaşmasını ifadə edən, əqddə
kirayə və satışın həyata keçdiyini bildirən haldır.
17. Bey Bitamam Acil – İslami finans sahəsində BBA olaraq qısaldılan, bey
bitamam acil Malayziya təməlli bir tətbiqat olub, əsasən iynə satışının bir növüdür.
Bəzi qaynaqlarda murabaha satışının bir növü kimi qəbul olunmaqdadır.Təməlində
klasik İslam hüququnda BBA olaraq bilinən bir əqdin olmadığı, daha çox bir ödəmə
yöntəmi olaraq bilinməkdədir.
33
Ortaqlıq Әsaslı
Yöntəmlər
Kiralama Әsaslı
Yöntəmlər
Satış Әsaslı
Yöntəmlər
Mudaraba
İcara
Murabaha
Muşaraka
İcara SumməlBey
İstisna
Sələm
İynəSatışı
BeyBitamamAcil
34
33
Munawar Iqbal and Rodney Wilson, Islamic Perspectives on Wealth Creation, Edinburg
UniversitetiNəşr, 2005, s. 57
34
Atila Yanpar, İslami Finans İlkeler, Araçlar ve Kurumlar, İstanbul: Scala Nəşr, 2014
Sənan Əzimov
300
Nəticə
Nəticə olaraq İslam dinindən qaynaqlanan faizin qadağan olunması, həm
Osmanlı dövrü üçün, həmçinin Türkiyədəki finans qaynaqlarının ərsəyə gəlməsində
mühüm rol oynamışdır. Bu baxımdan müasir günümüzdə meydana gələn bir çox
iqtisadi sistemin təməlində bu prinsiplərin yer alması keçmişdən günümüzə davam
edən bu finans qaynaqlarının hələ də öz funksiyalarını qoruduğunu ifadə edir.
As a result, the prohibition of interest in Islam religion from the Ottoman
period, as well as in Turkey played an important role in the publication of financial
resources. In this respect, a lot of the modern economic system that took place today
on the basis of these principles, which continue to take place this past financial
resources still retain their functions nowdays.
В результате, запрет интерес к исламу с периода Османской империи, а
также Турции сыграли важную роль в публикации финансовых ресурсов. В
этом отношении, много современной экономической системы, которая
состоялась сегодня на основе этих принципов, которые продолжают
происходить это прошлые финансовые ресурсы по-прежнему сохраняют свои
функции как и прежде.
Osmanlı dövründə və müasir faizsiz banklarda istifadə olunan iqtisadi prinsiplər
301
QAYNAQLAR
Abdulaziz Bayındır, Bey bi’l Vefa, DİA, İstanbul, 1992, VI/20
Abdulmumin Әbu Zeyd, Nahvə Tatviri Nizamil Mudaraba fil Masarifi’l-
İslamiyye, Qahirə, 1420/2000
Abraham L. Udovitch,
Partnership and Profit in Mediaval İslam, Princeton,
1970
Ahmet Tabakoğlu, İslam İktisadı Açısından Kalkınma, İstanbul: İslami Elmlər
Tədqiqat Vəqfi Nəşr, 1987
Atila Yanpar,
İslami Finans İlkeler, Araçlar ve Kurumlar, İstanbul: Scala Nəşr,
2014
Bekir Ali Bilgiç, İslamda Kazanç Sistemi ve Çalışma Hayatı, İstanbul: 1990
Burhan Ulutan,
Bankaçılığın Tekamülü, Ankara, 1957
Cengiz Kallek, Mudaraba Maddəsi, DİA, 30/358-363
Cengiz Koç, Günümüz Türk Hukukuyla Mukayeseli Olarak İslam Hukukunda
Ariyet Akdi, SÜSBE, Konya, 2007, Magistr Diplom İşi
Fara Madehah Ahmad Farid, Shariah Comliant Private Equity and İslamic
Venture Capital, edt. Rodney Wilson, Edinburq Universiteti Nəşr, 2012
Fethi Gedikli,
Osmanlı Şirket Kültürü: XVI-XVII. Yüzyıllarda Mudaraba
Uygulaması, İz Nəşr, İstanbul 1998
Әhməd Әli Abdullah, əl-Murabaha usuluha, əhkamuha və tatbiqatuha fil
məşarifil İsləmiyyə, Xartum, 1987
Horst Klengel, Kral Hammurabi və Babil günlüyü, tər. Nesrin Oral, İstanbul:
Telos Nəşr, 2001
İshak Emin Aktepe, İslam Hukuku Çerçevesinde Finansman ve Bankacılık,
İstanbul: Yedirəng Nəşr, 2010
Mehmed Fuad Köprülü, İslam ve Türk Hukuk Tarihi Araştırmalar
ve Vakıf Müesseseleri1890-1966, haz. Orxan Fuad Köprülü, İstanbul: Ötükən
Nəşriyyatı, 1983
Munawar Iqbal and Rodney Wilson, Islamic Perspectives on Wealth Creation,
EdinburqUniversitetiNəşr, 2005
Murtaza Köse, Ticaret Hukuku Tarihi Açısından Mudarabe ve Commenda
Ortaklıklarının Etkileşimi Hakkında Bir Deneme, Atatürk Üniversitesi İlahiyat
Fakültesi Dergisi, Erzurum, 2002
Sənan Əzimov
302
Mustafa Uçar, Türkiye'de dünyada faizsiz bankacılık ve hesap sistemleri, Fey
Vəqfi
Servet Bayındır, Faizsiz Bankacılık İşlemlerinin İslam Fıkhındaki Yeri (dokto-
rantura dissertasiyası), Marmara Universiteti Sosyal Elmlər İnstitutu, İstanbul, 2004
Servet Bayandır, Çağdaş Murabahaya Etkisi Bakımından Fıkıhta Vadin
Bağlayıcılığı Meselesi, İstanbul Universiteti İlahiyyat Fakultəsi Dərgisi, S. 11, 2005
Servet Bayandır, Modern Faizsiz Finansman Araçlarından Olan Teverruk ve
GES’in Fıkhi Tahlili, Müzakirəli Elmi Toplantı, İstanbul: Konevi Mədəniyyət
Mərkəzi, 2012
Servet Bayandır, The Reciprocity Principle in İslamic Law and İts Application
as A Credit Risk Management Tool in Finance, İslam Hüququ Tədqiqatları Dərgisi,
S. 21, 2013
Shaikh Mahmud Ahmad, Towards İnterest - Free Banking, Pakistan: İslam
Mədəniyyəti Universiteti, 1991
Ziya Kazıcı, Osmanlı Vakıf Medeniyeti, İstanbul: Bilgə Nəşr, 2003
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
303
İRANDA “YENİ ŞEİR”İN FORMALAŞMASINDA
NİMA YUŞİCİN ROLU
C.N.MƏMMƏDZADƏ
Bakı Dövlət Universiteti
mhjavanshir@mail.ru
Açar sözlər: ömür yolu, yaradıcılıq, “yeni poeziya”, “azad əruz”, vəzn, qafiyə,
poetik dil, tənqidi görüşlər
Ключевые слова: путь жизни, творчество, «новая поэзия», «свободный
аруз», размер, рифма, поэтический язык, критические взгляды
Key words: life, creative work, “new poetry”, “free poem”, rhythm, rhyme,
poetic language, critical views.
XX əsr fars poeziyasında yeni üslubun əsasını qoymuş Nima Yuşic ləqəbli Әli
Nuri (bəzi mənbələrdə Әli İsfəndiyari) 1897-ci ilin 11 noyabrında İranın
Mazandaran vilayətinin dağlıq Yuş kəndində maldar ailəsində anadan olmuşdur.
Atası İbrahim Nuri və anası Tuba Meftah Mazandaranda alicənab və ziyalı xanədana
mənsub idi. Nima tərcüme-yi halında nənə tərəfdən uzun illər əvvəl İranda
məskunlaşmış mühacir gürcülərdən olduğunu qeyd edir [6, 579]. Ә.Nuri ilk təhsilini
ənənəvi şəkildə kənd axundundan alır. Axund öz çubuğunun gücü ilə oxumağa
təhrik etdiyi Nimanı mollaxanada kəndlilərin məktublarını qiraət etməyə və
əzbərləməyə məcbur edirdi. Yaylaqlı-qışlaqlı kənd həyatının vurğunu olan Nima
maldar tayfaları arasında yaşamağa, dağlıq Yuşun təbiət mənzərəsini heyranlıqla
seyr edib, içinə çəkməyə, gecələr tonqal başında maraqlı əhvalatlara qulaq verməyə
daha çox aludə idi. Həyatın nəşəsini təbiətin qoynunda keçən sakit, qayğısız və
təmtəraqlı uşaqlığından dadan Nima iti zehni və dərrakəsi ilə həmyaşıdlarından
seçilir, davranış və rəftarı ilə böyüklərin rəğbətini qazanırdı. On bir yaşında ikən
ailəsi ilə birlikdə Tehranda məskunlaşır, əvvəlcə “Həyat-e cavid” və “Xan-e Mərvi”
məktəblərində oxuyur. Sonra isə təhsilini xristian katoliklərinin təsis etdiyi Sen Lui
fransız kollecində davam etdirir. Әlaçı olmadığı kollecdə onun həyatı xoşbəxtlikdən
büsbütün dəyişir. Hər cür yaradıcılıq gücünə malik olan gənc on beş yaşında ikən
peşə seçimi - gah rəssam, gah tarixçi, gah geodeziyaçı, gah da təbiətşünas olmaq
C.N.Məmmədzadə
304
haqqında düşünür. Lakin günlərin birində qəfildən ədəbiyyat müəllimi “könül şairi”
deyə xatırladığı Nizam Vəfanın təsiri ilə şair olmağa qərar verir. Nimanı çox sevən
N.Vəfanın onun yetişməsində və püxtələşməsində böyük zəhməti olur. Gəncin fitri
istedadını görən şair onu çoxlu mütaliə etməyə və şeir yazmağa sövq edir. Nimanın
müəlliminə həsr etdiyi “Vəfa” adlı ilk şeirindən böyük qürur hissi keçirən N.Vəfa
şeirin haşiyəsində şagirdinin yüksək ədəbi ruhunun təkamülə layiq olduğunu qeyd
edir. Әdəbiyyat müəlliminin “məktəbin iftixarı saydığı” Nima 1917-ci ilin 15
iyununda Sen Luini bitirir. Sonralar Barforuş məktəbində fəlsəfə, məntiq və islami
elmlərə yiyələnir. 1926-cı ildə Aliyə Cahangirlə ailə həyatı qurur və bu izdivacdan
Şəragim adlı yeganə övladı dünyaya gəlir. Maliyyə Nazirliyində çalışan zaman
təbiətinin şairləşdiyini anlayır. Saf və azad havanın həbs olunduğu otaqlarda təbiətin
əsrarəngiz şah əsəri olan Yuşun həsrətilə yaşayır və o an xatirələrin selində xülyalara
qərq olur. Bu həsrətə müvəqqəti son verəcək yay fəslini böyük intizarla gözləyir. Bir
müddət sonra isə şair istəyinə uyğun Mədəniyyət Nazirliyində kitabların təftişi üzrə
məmur və ədəbi tənqidçi vəzifələrində çalışır. 1953-cü ilin avqust çevrilişi zamanı
isə qısa müddətə həbs olunur. 1959-cu ildə Yuşdan qayıdarkən bərk soyuqlayır və
Tehranda ağ ciyərin iltihabı xəstəliyindən vəfat edir. Sağlığında olduğu kimi 1993-
cü ildə şairin məzarı yenidən onu cahana yetirən və köçürən doğma Yuşun qoynuna
sığınır.
Klassik İran ədəbiyyatının gözəl bilicisi olan Nima Yuşic fransız dili vasitəsilə
Avropa ədəbiyyatı və musiqisi ilə yaxından tanış olur, Verlen, Rembo, Malarme
kimi dünyaşöhrətli ədiblərin yaradıcılığını, Hegel və Kant fəlsəfəsinin nəzəri
əsaslarını öyrənir. Birinci cahan savaşı dönəmində ədəbi fəaliyyətə başlayan Nima
yaradıcılığının başlanğıcında qədim fars şeirinin dəsti-xəttini davam etdirərək,
əsərlərini Xorasan üslubunda yazır. Şərq şeirinin bütün ənənəvi poetik formalarında
qələm sınamış şairin bədii irsində məsnəvi və qitə janrları xüsusi yer tutur. Kamil bir
sənətkar kimi yetişənə qədər Nima öz sələflərindən geniş şəkildə bəhrələnmiş və
onların təsiri altında yaşamışdır. İran alimi M.Hoquqinin fikrincə, Nima Yuşic
klassik şairlərdən daha çox dahi Azərbaycan mütəfəkkiri N.Gəncəviyə nəzər salmış
və məsnəvilərində onun dilindən təsirlənmişdir [8,
41]. Şairin özünün də etiraf etdiyi
kimi ilk şeirləri ümumilikdə təbiətdən uzaq və yazıçının şəxsi həyat xüsusiyyətləri
ilə daha az əlaqəli idi [8, 57].
Әdibin ilk əsəri “هدیرپ گنر ۀصق” (“Solğun əhvalat”) 1920-ci ildə“Yuşi” imzası
ilə “Nou bəhar” jurnalında işıq üzü görür. Təxminən beş yüz beytdən ibarət olan
əsər məsnəvi formasında və əruzun həzəc-e mosəddəs bəhrində qələmə alınmışdı.
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
305
“Qüssəli qəlblər” üçün yazılmış əsərdən şairin Mövlanə Cəlaləddin Ruminin
“Məsnəvi-ye mənəvi” əsərinin başlanğıc 18 beytindən ilhamlandığı aydın görünür.
Әsərdə şairin həyata baxışları, təbiətə və kənd həyatına vurğunluğu öz dolğun əksini
tapmışdır. Daha sonra Nima kiçikhəcmli “Nağılbaz molla Həsənin keçisi”, “Kiçik
çeşmə”, “Xoruz və tülkü” hekayələrini yazır. Klassikanın öz təsirini saxladığı həmin
əsərlərdə şairin ictimai fikirləri yer alır. Y.Aryənpur “Kiçik çeşmə” əsərinin Sədinin
“Bustan”ındakı “Yağış damlası və dəniz” hekayəsindən, “Xoruz və tülkü” də isə
Lafontenin “Qarğa və tülkü”sündən təsirləndiyi iddiasında idi. Yazıçı Cəlal Al-e
Әhmədin sözləri ilə desək, həmin “ciddi və yetkin qitələri”ndə cavan şair hələ
“şairlik məşqi” edirdi [5, 468].
Ümumiyyətlə, 1930-cu illərdə N.Yuşic, P.Etesami, P.N.Xanləri kimi gənc
şairlərin yaradıcılığında istər yerli, istəsə də xarici ölkə xalqlarının söz sənətindən
təsirlənmə və iqtibaslar özünü aydın şəkildə biruzə verirdi. Bu cəhətdən Nimanın
yaradıcılığının ilk illərinə dair olan əsərlər təcrübəvi, sonrakılar isə sənətkarlıq
nöqteyi-nəzərindən yetkin sayılır. İyirmi beş yaşında ikən yazdığı
"بش یا"
(“Ey
gecə”) şeiri ilə Yuşlu şairin adı bütün İranda dillərə düşür. Әsrarəngiz gecələrə
pənah aparmağa adət etmiş şairin qarşısında böyük sənət üfüqləri açan bu əsərlə o,
artıq sənət aləmində öz yolunu bəlirləmiş olur. “Ey gecə” şeiri 1922-ci ildə “Nou
bəhar” jurnalının onuncu sayında çap olunduğu zaman konservatorlar “qədim abırlı
ədəbiyyatda” tənəzzülün baş verdiyini hayqırdılar.
Filoloq Rədi Azərəxşi Nimanın “Ey gecə” şeirinin Ә.Dehxodanın Cahangir
xanın ölümünə yazdığı mərsiyənin təsiri altında qələmə alındığını söyləyir [3, 68].
Avropa şeir ənənələrinə istinadən ərsəyə gəlmiş həmin əsərdə Nima özünəməxsus
romantik dünyabaxışını ortaya qoyur. M.Bahar, P.N.Xanləri, M.Şəhriyar kimi
müasir klassiklərin diqqətini özünə cəlb etməkdən əlavə, F.Təvəlləli, F.Moşiri,
H.Ebtehac, N.Naderpur, Ә.Şamlu, N.Rəhmani, F.Fərruxzad və digər romantiklərin
yaradıcılığında da dərin iz qoymuş “Ey gecə” nin uğurundan ilhamlanan şair “yeni
poeziya” sahəsində poetik axtarışlarını səylə davam etdirir.
Bir müddət sonra Nima “yeni şeir”in müjdəçisi sayılan "هناسفا" (“Әfsanə”)
əsərini ustadı N.Vəfanın islah və düzəlişlərindən sonra dostu M.Eşqinin “XX əsr”
qəzetinin ardıcıl bir neçə nömrəsində nəşr etdirir. “Әfsanə” də şair “azad şeir”ə dair
bəzi fikirlərini təcrübədən keçirir. İlk növbədə ənənəvi əruz ölçüsündə olmayan
“Әfsanə” də şair bir misranın təfiləsini bir neçə hissəyə bölməklə əruz sütunları
arasında fasilə yaratdı. Bununla şeirin ümumi ahənginə bir xəfiflik və lətafət,
oynaqlıq və cingiltililik bəxş etdi. İkincisi, şeirin vəzn yükünü bu yolla
C.N.Məmmədzadə
306
yüngülləşdirməklə şair çoxdan bəri düşündüyü bir fəndi nəzmi musiqidən ayırıb,
nəsrə yaxın etməyə çalışdı. Bu, səhnə əsəri təəssüratı bağışlayan mənzumədə əsərin
ideyasını sadə və asan yolla diqqətə çatdırmağa xidmət edirdi. “Solğun əhvalat” ilə
yaxından səsləşən “Әfsanə”nin süjet xətti dialoq əsasında qurulmuşdu. Şair
təxəyyülünün azadlığı, lirik-romantik pafos, emosiya və hisslərin romantik inikası,
bədii səhnələrin vəsfi, təqliddən uzaqlığı, danışıq dilinə yaxınlığı əsərin məziyyətini
artırır, onu nümunəviləşdirirdi. Nima “hər şeyi “Әfsanə”nin libasında düşündüyü”
(Ә.Şamlu) sürrealist məzmunlu bu mənzuməsində Qərb poeziyasından bəhrələn-
mişdi. Odur ki, Hafizə qapılmış qəzəlxan Şəhriyarı fikrindən daşındıran “Әfsanə”
həm də H.Ebtehac, N.Naderpur, Ә.Şamlu, F.Fərruxzad kimi gənclərə fantaziya və
təxəyyülün yeni növünü, təbiətə və varlığa eşqi nümayiş etdirdi.
1920-ci illərdə şair bir sıra ictimai məzmunlu əsərlər qələmə alır. “Məhbəs”
(1925) əsərində ədalətsizlikdən əziyyət çəkən kəndli Kərəmin simasında günahsız
məhkumlar, “Әsgər ailəsi”ndə (1926) Qafqaz cəbhəsində vuruşan çar əsgərlərinin
acınacaqlı aqibəti, “Naməlum şəhid”, “Sarsılmaz əsgər” əsərlərində vətən fədailəri-
nin qəhrəmanlığı, “Tikançı” da (1925) tikanlı kolluqlarda çalışan alnıtərli və əliqanlı
zəhmətkeş qadınların, “Qayıq şamı”nda ovçuların təhlükəli və gərgin əməyi təsvir
olunur. Real əhvalatlar əsasında ərsəyə gəlmiş “Ana və oğul”, “Gecənin kətibəsi”
əsərlərində yetim və ac-yalavac uşaqların, kimsəsiz və yoxsul insanların düşkün ha-
lını ürək yanğısı ilə təsvir edir. İnsanlara və insanlığa ədalət istəyən şair məzlumların
göz yaşının coşqun sel kimi zülm sarayını bərbad edəcəyinə, əmək və ittifaqın istis-
mara son qoyacağına, rifaha dayaq olacağına, cəmiyyətdə haqqın öz yerini alacağına
böyük inam ifadə edir. Adıçəkilən əsərlərdə də “Әfsanə” üslubuna xas bir çox
cəhətlər öz əksini tapmışdır. Məsələn, “Әsgər ailəsi” həmin əsərlə eyni vəzndə yazıl-
mış, “Naməlum şəhid” və “Oğul” əsərlərinin süjet xətti dialoq əsasında qurulmuşdu.
1924-cü ildə Nimanın bəzi şeirləri sənət dostu M.Z.Həştrudi tərəfindən “Müasir
ədəbiyyat müntəxəbatı”nda nəşr olunur. 1926-cı ilin aprelində şairin “Әsgər ailəsi”,
“Ananın ümidi”, “Şir” və “Qürubdan sonra” əsərlərindən ibarət kiçikhəcmli ikinci
kitabını birinci əsərinin adı ilə öz hesabına dərc etdirir. 1928-ci ildə Barforuş şəhə-
rində təhsil alarkən “Həzrəti Qılmanın ayaqqabısı”, “Aydın”, “Oğru və şairin heka-
yəsi”, “Barforuş səfərnaməsi” əsərlərini yazır. Son illərdə çap olunan “Həzrəti Qıl-
manın ayaqqabısı” komedik pyesindən savayı ədibin adıçəkilən qalan əsərləri itmiş
sayılır [8, 89].
Nimanın özünün “istedadlı cavan, səni məhv etməsinlər deyə naməlum şəkildə
öl, ya da sakit ol!” [13, 75] kimi xarakterizə etdiyi 1930-cu illər onun da
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
307
yaradıcılığına təsir etdiyindən “mən”i susqunluq dövrü keçirir. Daxilindəki boşluğu
doldurmaq üçün 1928-1933-cü illərdə həyat yoldaşı ilə birlikdə Tehran, Babol,
Lahican, Rəşt və Astara şəhərlərində pedaqoji fəaliyyət göstərən şair poetik işlə
nisbətən az məşğul olur. Qəzəl, qəsidə, qitə, məsnəvi, müxəmməs, müsəddəs,
müsəmmət, müstəzad, tərkibənd və ya hibrid formada əsərlər qələmə alır. Təmsil və
satirik formalı “İpək qurdu”, “Nil qartalı”, “Yeni il”, “Xoruz və buğələmun”,
“Tərkidünya quş” və s. şeirləri ənənəvi əruz vəznində yazılsa da, misraların
bərabərliyi cəhətdən sərbəstliyə malik idi. Әdibin bu dövr yaradıcılığında nihilizm
motivləri başlıca yer tutur. Cəmiyyətdə ovunub, təskinlik tapa bilməyən əsərlərin
lirik qəhrəmanı sərgərdan və üzgün halda xəlvətliyə, tərkidünyalığa qapılır. Әtrafı
dar və cansıxıcı, hər bir şeyi üzücü və darıxdırıcı zənn edən qəhrəman aydın
səhərlərdən qaçar halda zülmətli gecələrə üz tutur. 1937-ci ilə kimi şair “Әfsanə”
üslubunda heç bir növ “azad şeir” yazmır və ya yazdısa belə çap etdirməmişdir.
1940-cı illərdən Nima Yuşic yaradıcılığının ən məhsuldar dövrü başlanır.
Ölkədə əlverişli ictimai-siyasi abu-hava ədəbi prosesin də dirçəlməsinə, ədəbi
qüvvələrin susqunluq və pessimizminə son qoyur. 1938-ci ildə şair Mədəniyyət
Nazirliyinin təsis etdiyi Qulaməli Minbaşiyanın redaktorluğu ilə S.Hidayət,
Ә.Nuşin, M.Z.Həştrudidən ibarət redaksiya üzvləri ilə birlikdə dörd il işıq üzü görən
“Musiqi” jurnalının buraxılışında yaxından iştirak edir. Şairin xitabət kürsüsü olan
həmin jurnalda on beşə yaxın şeiri və “Hisslərin dəyəri” adlı ədəbi-tənqidi yazıları
dərc olunur. “Musiqi” nin ardıcıl saylarında “yeni şeir”in nəzəri məsələlərinə, “azad
əruz” formalarına, İran ədəbiyyatşünaslığının müasir problemlərinə, estetika,
incəsnət və musiqiyə dair məqalələrlə çıxış edir. Әgər əvvəllər şairin sevimli
obrazları quş, gecə, qəfəs idisə, indi bu obrazlar öz uca nəğməsi ilə yeni günün
şəfəqlərinin yüksəlməsini müjdələyən səhərdir [3, 90].
Romantizmdən simvolizmə yuvarlanan ədibin yaradıcılığında hələ də ötən illərə
xas olan nihilizm və pessimizm xəfifcəsinə gizlənir. Simvollar vasitəsilə mövzunun
səbəbsiz dərinləşməsindən, mətləbdən uzaqlaşmamaq üçün nəzərindəki məsələyə
birbaşa işarə edir. Simvollar silsiləsi Nimanın şeirinə vəhdət və tamlıq bəxş edirdi.
Simvolika ilə realizmi əlaqələndirir, canlı və cansız simvolları təkcə zehndə deyil,
eyni zamanda göz önündə cilvələndirirdi. Şairin təfəkkür və düşüncəsinin güzgüsü
olan “Küçə sakitdir”, “Soyuq ocaq”, “Külək qayıdır”, “Gecənin kədəri”, “Səhər”,
“Külək” kimi şeirlərdə təbiət təsvirləri geniş yer alır. Hər bir parçası xüsusi anlam
kəsb edən təbiətdə canlı və cansız varlıqların hərəkət və davranışları diqqətlə izlənir,
hər bir incəliyə fikir verən nazim təkcə gözlə görünəni deyil, həm də eşidiləni poetik
C.N.Məmmədzadə
308
biçimdə əks etdirir. Küləyin vıyıltısı, yağışın şırıltısı, damlaların tıqqıltısı, xoruz
banının səsi, saatın dinq-donqu və s. şeirdə xüsusi bədii kompozisiya əmələ gətirir.
Bununla novator sənətkar şeirin predmet və motivinin insandan təbiətə inteqrasi-
yasına nail olur.
Nəhayət, Nima 1940-cı illərdə nəzəriyyəsini uzun illərdən bəri hazırladığı “azad
əruz” haqqında düşüncələrini “Qarğa”, “Simurq” və “Mehtab gülü” əsərləri üzərində
sınaqdan keçirir. İran ədəbiyyatı tarixində “Nimayi şeir”in ilk təməl daşı 1939-cu
ildə “Musiqi” jurnalında “Qarğa” şeiri ilə qoyulur. Әslində isə “Simurq” şeiri
“Qarğa”dan bir il əvvəl, yəni 1937-ci ildə yazılsa da, 1940-cı ildə işıq üzü görür.
Zəngin təxəyyülün məhsulu olan “Simurq” alleqorik əsərdir. Әnənəvi əruz qayda-
larına tamlıqla riayət olunmayan hər iki şeirdə “Nimayi şeir” kompleks şəkildə idi.
Yəni burada bütün elementlər – şeirin forması, dili, ritmi, hisslərin ifadəsi arasında
bütövlük və əlaqə vardı. Halbuki, “Әfsanə” də yeniliklər natamam və nisbi idi.
“Әfsanə” dən fərqli olaraq, qədim şeirin qeydlərindən qurtulmuş bu əsərlərdə
alleqoriya dəbə salınır. Bədii ifadənin alleqorik üsulu şairin sonrakı dövr
yaradıcılığında, xüsusilə də irihəcmli “simvolik simfoniya” “Amin quşu” əsərində
başlıca yer alır. Qeyd edək ki, “Әfsanə” dən sonra bir çox şairlər fars ədəbiyyatında
“keçmiş üsluba son vermək” naminə həvəsə düşüb əbəs yerə əllərini mürəkkəbə
buladılar. 1930-cu illərdə M.Y.Dövlətabadi heca vəznli qafiyəsiz şeirlər, Z.Bəhruz
adlı birisi əruz vəznində misraları namünasib mənzum əsərlər yazdı. Amerikada
təhsil almış M.Moqəddəm mənsur şeirlərdən ibarət “Gecə yarısının sirri” (1933),
“Pərdədən xaric bir neçə yol” (1934), “Xoruz səsi” (1935) və s. əsərlərini nəşr
etdirdi. 1940-cı illərdə Fransada təhsil almış P.T.Kiya “sənətə yeni bir üslub gətirən”
“Şahin”in dörd qəlibini tökdü, özündə nəzmi və nəsri birləşdirən “nəsm” adlı yeni
bir vəzn yaratdığını iddia etdi. Qərb ədəbiyyatını bəsit tərcümə, uğursuz təqlid və
yamsılama, gizli və aşkar cazibələr yolu ilə həmən həvəskarların əruz vəzni
çərçivəsində misraları bölüb alt-alta yazmaq, uzadıb-qısaltmaq, vəznləri bir-birinə
qarışdırmaq, ahəngdarlıq və musiqi naminə süni qafiyələr yaratmaq cəhdləri boş və
mənasız oldu. İşin üsuluna bələd olmayan forma naminə forma yaratmağa çalışan
təqlidçi şairlərin əsərləri heç kəs tərəfindən ciddi qarşılanmadı. Dövri ədəbi-bədii
mətbuat onların əsərlərinin çapını üstələnmədi. Lakin sakittəbiətli, heç bir iddiada
bulunmayan, fikirlərində sabitqədəm, cəmiyyətdənqaçar Nima 1920-ci illərdən
başlayaraq, fars poeziyasının təcəddüdü barədə ciddi düşündü, 1940-cı illərdə isə
düşüncədən əmələ keçdi. Bütün “həyatını şeirlə bəyan etmiş” Nimanın özündən
əvvəlki modernist və təqlidçi şairlərdən əsaslı fərqi onun novatorluq işinin
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
309
fəlsəfəsinə dərindən, düşünülmüş şəkildə bələd olması, şeirin bütün zəruri kompo-
nentlərini orqanik vəhdət halında birləşdirərək, bütöv bir bədən tipində vücuda
gətirən nəzəriyyə yaratmasında oldu. Halbuki ona qədər şeir sahəsində atılan
addımlar birtərəfli, natamam və məhdud idi. Məzmun cəhətdən təzə olan şeirin dil
və obraz sistemi köhnə, formaca yeni şeirin məzmun boyatlığı, təxəyyül baxımdan
zəif şeirin hiss və emosiya nöqteyi-nəzərindən güclülüyü və ya əksinə bunun əyani
sübutu idi. Nimanın “azad şeir” formasında yazdığı əsərlər onun ənənəvi əruz, heca
vəznində və digər formalardakı əsərləri ilə müqayisədə üstünlüyə malikdir. Şeirini
böyük bir çaya bənzədən şair lazım olduqda onun hər bir yerindən səssizcə su
götürmək üçün onu bütün köhnə qandal və qadağalardan azad etdi. Әdəbiyyatı həm
sənət, həm də xalq üçün var sayan Nima onun xalqdan vücuda gəldiyini və birbaşa
insan toplumu ilə bağlı olması əqidəsində idi. O, bir kimsənin onun əsərlərini
müsbət və mənfi cəhətlərdən dəyərləndirməsinə ehtiyac duymadan təkcə digərlərinə
bəyan üsulunu nümayiş etdirmək istəmişdir. M.Ә.Sales yazırdı ki, Nima səhra və
şoranlıqlarda hədər və boş yerə axan böyük bir çayı həyatın susuz əkin sahələrinə,
çəmən və tarlalarına sarı yönəltdi [8, 51]. B.Hüseynov Nimanın banisi olduğu “azad
əruz”u yaxud “azad şeir”i haqlı olaraq klassik şeir formaları inkişafının qanuna-
uyğun davamı sayır, onu heç də fars poeziyasında yeni forma kimi qiymətləndirmir
[1, 256]. Әslində klassik əruzun müstəzad və bəhri-təvil formaları Nimanın “azad
əruz” u üçün bir mənsəb və nümunə idi. O, hər iki şeir qəlibinə bənzər digər şeir
formalarını da icad etməyə müyəssər olmağın mümkünlüyünü başa düşmüşdü.
“Təbiətin əlil və kor gözlər üçün hazırladığı bir tikanın ucu” [11, 106] olan
Nima Yuşicin nəzəriyyəçisi olduğu “azad şeir” iki prinsipə əsaslanırdı: هزات هدید (təzə
baxış) və هزات تفاب (təzə toxuma). Bir-biri ilə əlaqəli olan hər iki prinsip özündə şeirin
zehni (məzmun) və zahiri şəklinin (forma) vəhdətini əks etdirirdi. “Azad şeir”in
nüvəsini şairin düşüncəsi, dünyabaxışı və dünyaduyumu təşkil edirdi. O yazırdı:
“Sən gərək görmə cövhərinə malik olasan... Bir şərab camı olmağı bacarmalısan ki,
düşüb-sınan zaman sınmağın titrəyişini bədənində hiss edəsən ” [11, 136]. Nimaya
görə şair cahana öz gözü ilə baxmalı, hiss və duyğuları ilə hadisələrin mahiyyətinə
dərindən varmalı, idrakı ilə qavrayıb, düzgün əks etdirməyi bacarmalıdır. Müasir
şair zamanın nəbzini tutmalı, mütəhərrik və dəyişən həyatda öz emosiya və
hisslərinin əsiri olmamalı, xalqın və cəmiyyətin maraqlarına, bəşərin uca amallarına
xidmət etməlidir. Novator şair fars şeirinin yenilənməsini təkcə formadan- qafiyələri
irəli-geri çəkmək, misraları ölçmək və s. ilə deyil, iş üsulundan başlamağı bildirirdi
[6, 619]. Bunun üçün ilk növbədə “görmək” “eşitməy”in yerini almalı idi. Həmin
C.N.Məmmədzadə
310
cəhətdən şair Y.Royayi vurğulayırdı ki, əvvəlki illərə qədər şeirin təklifini qulağın
qərarı təyin edirdi: ritm, səs, ahəng, hərflərin zəngi, qafiyə və s. Bir neçə ildir ki,
gözün növbəsi çatmışdır [12, 746]. Şair S.Sepehri “yeni şeir”in bu xüsusiyyətini
“Suyun ayaq səsi”
)"بآ یاپ یادص"(
şeirində tezis şəklində bu cür ifadə olunurdu:
دید دیاب رگید روج ،تسش دیاب ار اه مشچ
تسش دیاب ار اه هژاو
.دشاب ناراب دوخ دیاب هژاو ،داب دوخ دیاب هژاو
[9, 291- 292]
(Gözləri yumaq lazımdır, başqa cürə görmək lazımdır. Sözləri yumaq lazımdır.
Söz gərək küləyin özü, söz gərək yağışın özü olsun).
Şairi “öz dövrünün övladı” sanan Nima onun əsərlərindən zəmanənin qoxu və
ahənginin gəlməsini vacib hesab edirdi. Bugünki şairi tarixçi, öz zamanının tarixçisi
bilən Ә.Şamlunun sözləri ilə desək, tarix sənədli şeir istəyir, tarixin sənədli anlarının
şeirini... şairin şeiri yaşadığı anda onun zəmanəsinin danışığıdır [6, 626]. “Xəyal seli
onun şəxsi təcrübəsindən” [10,113] qaynaqlanan ədibin əsərlərində ümumi və yerli
mental dəyərlər, spesifik mənzərə və boyalar təcəssüm olunmalıdır. N.Yuşic və
H.Ebtehacda şimal, S.Bəhbəhani, N.Naderpur, N.Rəhmani və F.Fərruxzadda şəhər,
F.Təvəlləli, F.Kar və M.Atəşi yaradıcılığında cənub həyatının motivləri göz oxşadığı
kimi.
Reallığı xəyal və təsəvvürdən üstün bilən şairə görə sənətkar subyektivlik və
təqlidçilikdən uzaq olmaq üçün göz önündə olanları poetik güzgüsündə ləkəsiz əks
etdirməyi bacarmalıdır. “Bizim millətimiz ciddi sözləri eşitməyə möhtacdır” [8-31]
deyən şairə görə şeir zamanın bətnindən və mətnindən doğmalı, həyatın real
portretinə çevrilməli, subyektiv deyil, ümumbəşəri status daşımalıdır. Şeirin zehni
şəklinin onun zahiri surətini yaratmasını vacib sayan Nima yazırdı: “... mən
istəyirəm ki, əruz bəhrləri bizim üzərimizdə deyil, bəlkə biz müxtəlif hiss və
həyəcanlarımızın ifadəsindən asılı olaraq, əruz bəhrləri üzərində hakim olaq” [1,
255]. Bununla şair şeirləri ənənəvi əruz ölçülərinə sığmayan, dil və fikir cəhətdən də
təzə olan I dövr Abbasilərin şairi Әbu Әlətahiyenin ona etiraz edənlərə qarşı dediyi
ضورعلا نم ربکا انا (Mən əruzdan kifayət qədər böyüyəm) fikri ilə razılaşaraq öz
əsrində əruzdan daha böyük olduğunu sübut etdi [10,
118]. Nima “şərab və oxuyub-
oynamaq məclislərinin, “xam, tənbəl, sevdalı, emosional və sentimental zehnlərin
işinə yaramayan şeirlərində məzmunu birinci, formanı isə ikinci yerdə qərar verdi.
Başqa sözlə, Nima şeirində məzmun əsas, forma asılı tərəf sayıldı. “Azad şeir”də
zehni şəklin tələbinə görə şeirin zahiri formasının dəyişməsi, bir neçə vəznin peyda
olması, misraların bərabərliyinin pozulması, qafiyənin itməsi təbii hal kimi
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
311
qarşılanır. Nima cavanlıqdan həmişə Qərb poeziyasında olduğu kimi nəzmi nəsrə
yaxın etmək üçün böyük səylə çalışmışdır. Bunun üçün “azad şeir”in əsasını təşkil
edən və tarixən fars şeirinin mayası olan ənənəvi əruza yaradıcı yanaşmış, klassik
əruz qaydalarını sadələşdirmiş, yeni ideyaların ifadəsi üçün təzə vəzn və şeir
qəliblərinin icadına nail olmuşdur. Özünün vurğuladığı kimi, o, Xəlil ibn Әhmədin
əruzunu daha böyük və səmərəli etmiş, “bəşəri danışığın təbii deklarasiyası” nı
əruzla uyğunlaşdırmışdır [14,100]. Şeirlərinin arxasında böyük məharətlə gizlən-
məyi bacarmış Nima ayaq izini, barmaqlarının təsirini təsvir və tərkiblərin hər
birinin üzərinə qoymuş və öz xüsusi üslubunu yaratmışdır [7,
272-274].
Şərq poetikasında söz ustadları tarixən öz zehni düşüncələrini əruzun müxtəlif
bəhrlərinə müvafiq müəyyən sabit qəliblərə malik şeir janrlarında qafiyə tərtib
etmək prinsipi ilə bəyan edirdilər. Әruz ölçülərinin tələbi ilə çərçivəli şəkil alan
şeirin qəlibindən kənara çıxmalar qətiyyən yolverilməz idi, əks təqdirdə şairin
istedadsızlığı və səriştəsizliyi kimi dəyərləndirilirdi. Şeir ölçüsünə görə qəlibi
“doldurmaq” üçün şair mətləbə aidiyyatı olan və olmayan məsələlərə toxunmaq
məcburiyyətində qalırdı. Bu isə şairləri çox zaman söz oyununa və qafiyəbazlığa,
forma aludəçiliyinə çəkirdi. Lakin G.Gilaninin təbirincə desək, “şairin keçid
yolunun üzərindən dağı götürən” [6, 600] Nima “bu məmləkətdə yeni toxum
əkməsilə” əruz çərçivəsinə adət edənləri onun qadağalarından, formanın əsirliyindən
azad etdi. Bununla o, klassik fars poeziyasına xas formalizmin üstündən xətt çəkdi.
Şeirin vəzn və qafiyədən, bəzəkli və ritmli sözlərdən ibarət əyləncə vasitəsi
olmadığını, bəşərin daha böyük və səmərəli ideallarına xidmət edə bilən aləti kimi
şüurlara geniş və tutarlı təsir imkanlarına malik olmasını sübut etdi. O, şeirin
kəmiyyətcə deyil, keyfiyyət baxımından ölçülməsini, şairin formaya deyil, məzmuna
bağlanmasını məqbul saydı. İran “yeni şeir”inin qəlibi şairin zehni fikirlərinə əsasən
formalaşır. Başqa sözlə, şeirin zehni şəkli onun zahiri formasını yaradır. Təsvirlərin,
hisslərin və əşyaların hərəkət tərzi zahiri formanın hərəkət trayektoriyasını təyin edir
və öz ardınca aparır [7, 225]. Həmən səbəbdən ənənəvi şeirin əksinə, Nimayi şeirdə
misraların kəmiyyət baxımından bərabərliyi pozuldu. “Mən”in gətirdiyi fikir seli,
şairin emosiya və hissləri, ruhi vəziyyəti misraların uzanmasını və qısalmasını zəruri
etdi. Başqa sözlə, şeir misrası fikrin ifadəsi baxımından müxtəlif sayda sözlərdən
ibarət oldu. Nima bu barədə yazırdı: Mən malik olduğum mövzuya uyğun söz
işlətmək istəyirəm və təbii olaraq, mövzu və məqsədlər bütün misralarda eyni
deyildir. Bəs bir misranı qısa edirəm - çünki həmin qədər ehtiyacım var və bir
misranı uzun - çünki həmin ölçüyə ehtiyacım var [10, 118]. “Azad şeir” də
C.N.Məmmədzadə
312
misraların bərabərsizliyi ədəbi sənətkarlıq nöqteyi-nəzərindən nizamsızlıq və asanlıq
kimi nəzərə çarpsa da, qaydalı şeirə nisbətdə əslində “nizamsız şeir” yazmaq daha
çətin və məsuliyyətlidir. “Azad şeir” də misraların bərabərsizliyi hər hansı bir
fantaziya və ya istəkdən irəli gəlmir. Şair “nizamsızlığ”ın özündə belə bir nizamın
olduğuna şübhə etmir. Nima digər formalarla müqayisədə misralarda hər bir kəlməsi
dəqiq hesablanmış “azad şeir” yazmağın müşkül olduğunu etiraf edir. Onun şeirində
istər-istəməz misraların qeyri-bərabər olması labüd olsa da, lakin vəznin mətlədən
tutmuş məqtəyə qədər eyni bəhrdə davam edir. Bəzən isə Nimanın “yeni poeziya”
yaradıcılığında vəzn ahənginin pozulmasına, bəhrlərin bir-birini izləməsinə, birindən
digərinə keçid alınmasına təsadüf olunur. Buna iki vəzndə yazılmış - نلعافم نتلاعاف
نلعف
və تلاعف نتلاعف نتلاعاف - ədibin axırıncı əsəri “Gecə bütün gecə”ni misal göstərmək
olar [8, 318].
Әruz bəhrlərinin sınması “azad şeir” in ən ümdə xüsusiyyətlərindəndir. Bir çox
halda mövzunun bəyanından asılı olaraq, şeirin bəhrləri misralar üzrə kəmiyyətcə
eyni olmur. Yəni, bəhr misralar üzrə müxtəlif hissələrə parçalanır. Məsələn,
mütədarik bəhrinin نلعاف (fa`elun) ölçüsündə yazılmış şeirdə I misrada iki, II misrada
üç, III misrada bir نلعاف - nun işlənməsi “azad əruz”un prinsiplərinə uyğun görünür.
Şeir vəznini müəyyən bir mətləbin əks-sədası və ahəngi hesab edən Nimanın
zənnincə, misralar və beytlər kollektiv və müştərək surətdə vəzni istehsal etmə-
lidirlər. Şeirin vəzninin bir misra və ya bir beyt üzərində təşəkkül tapması onun
fikrincə, qeyri-mümkün və qüsurludur. Çünki bir misra yaxud da bir beyt şeirin təbii
vəznini hasil edə bilməz. Ümumiyyətlə, “azad şeir” də həddi və sayı qeyri-müəyyən
olan ardıcıl sətrlərin toplusu bir şeir vahidini təşkil edir. Qədim şeir vahidləri beyt və
bənd isə burada nisbi səciyyə daşıyan elementlərdir. Ali və bəşəri bir həyatın
nişanəsi olan Nimanın şeirində vəzn və qafiyə onun ərsəyə gəlməsi üçün əsas
vasitələrdən hesab olunmur. Tənqidçi R.Bərahəninin sözləri ilə desək, vəzn və
qafiyə müxtəlif məzmunlara zahiri görkəm verir [7,
227]. Şairin poetik alətləri olan
vəzn və qafiyə klassik şeirdə olduğu kimi şablon xarakter almamalı, ondan məqsədli
şəkildə istifadə edilməli, yalnız fikir və düşüncənin ehtiyacından ərsəyə gəlməlidir.
Nima düşünürdü ki, İranın klassik şeirlərinin vəzni musiqi ritmlərinə uyğun tərtib
edildiyindən oradakı musiqi subyektiv idi. Həmin subyektivlik bugünki ədəbiyyatda
obyektiv vəsflərin işinə yaramırdı. Bu səbəbdən Nima “daşlaşmış vəznlər”i təbiiləş-
dirmək, onlara tələb olunan gözəlliyi vermək üçün vəzni musiqinin zəncirindən azad
etməyə çalışırdı. Bunun yeganə çıxış yolunu “nəsrin təbii halını şeirdə icad etmək”
də görən şair yazırdı: “Şeir dünyəvidir, ayrı bir şeydir, musiqi isə başqa. Bir yerdə
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
313
bir-birinə çatdıqda şeir üçün musiqi düzəltmək olar. Lakin şeir musiqi deyil.
Həmçinin bir musiqi üçün də şeir əmələ gətirmək olar. Amma şeir musiqi deyil.
Şeirin zatında təbii musiqi olan musiqi mövcuddur” [6,
622].
Qafiyəsiz şeiri “sümüksüz adam”a bənzədən Nima qafiyələnməni “mətləbin
zəngi” adlandırırdı. Şeirin musiqisini təkmilləşdirən qafiyənin hər misranın sonunda
işlənməsi “Nimayi şeir” üçün zəruri deyildi. Qafiyə barədə Nima “qafiyə şairin
quludur, nəinki şair qafiyənin qulu” tezisi ilə çıxış edirdi. Qafiyəsiz şeiri “tavansız
və qapısız bir ev” tək təsəvvür edən şairin əqidəsincə, qafiyə mövzu üçün vəzndən
ayrı bir musiqidir. Onun şeirləri qafiyəli olsa da, klassik şeirdəki kimi hər sətrin
sonunda təkrarlanan və nizamlı deyildi. “Azad şeir”də qafiyə köhnə və yeni mövzu
arasında körpü rolunu oynayır, onları əlaqələndirən və ayıran bir vəzifə daşıyır.
“Azad şeir”də sabit yeri olmayan qafiyə, əksərən yeni mövzuya keçiddən əvvəl
köhnənin axırında işlənir.
Nima Yuşic “yeni şeir”in dil xüsusiyyətlərinə böyük önəm verdiyini nəzəri-
tənqidi “Hisslərin dəyəri”, “İki məktub” və “Qonşunun sözləri” əsərlərində açıqca
nümayiş etdirmişdir. Şeirdə bəlağət və fəsahət düzənləyən dil forma və məzmunun
cəlbində və həzmində başlıca rol oynayır. Nimanın şeirində şair klassik dövrdəki
“dil qadağaları” ilə üzləşmir. O, istədiyi söz və ifadəyə oxucunun zövq və səliqəsini
korlamamaq şərtilə əsərində yer verə bilər. Dil cəhətdən sərhədsiz “azad şeir”də
ədəbi dilin leksik vahidlərilə yanaşı şairin fikrinin dəqiqliklə ifadəsində vasitəçi
dialektizm, məhəlli sözlər, arqon və jarqonlar da iştirak edə bilər.
“Yeni poeziya”da şeir dilinin qarşısındakı ənənəvi baryer aradan qalxır.
Müxtəlif bölgələrdən olan şairlərin səciyyəvi dili şeirdə rəngarənglik yaradır.
Әsərlərdə şairin mənsub olduğu diyarın abu-havası, coğrafi mühiti, adət-ənənəsinin
ekranlaşması poetik dili zənginləşdirir. İran ədəbiyyatşünaslığında "یمیلقا ۀغبص", yəni
“yerin rəngi” adlanan bu xüsusiyyət tehranlı şairlə şirazlı şairi bir-birindən ayırır.
Halbuki klassik ədəbiyyatda bu üsulun müşahidəsi çox çətin idi.
Dilin geniş yaradıcılıq imkanlarından faydalanan şair yeni söz və tərkiblər icad
etməklə şeirin dilini zənginləşdirməkdə muxtardır. Nima dilin söz mədənindən
zərgərcəsinə faydalanmaq, onun verdiyi real imkanlardan bacarıqla və mahircəsinə
yararlanmaqdan əlavə, sözə yaradıcı münasibət bəsləməyi leksik materiala qarşı
tələbkarlığın birinci şərti kimi irəli sürürdü. O, şeirdə leksik materialın düzgün
seçilməsini, yerində və məqamında incəliklə işlədilməsini qələm əhli üçün ən böyük
uğur kimi dəyərləndirirdi. Nima Yuşic bir növ sözlərdən rəsm çələngi hörür, sonra
C.N.Məmmədzadə
314
həmin rəsmlərin köməyilə oxucunun hisslərinə zehni güc verir. Söz isə zehni
keçidləri təmin edir.
Şair lazım olan sözü tapa bilmirsə, o, elə bir söz icad etməlidir ki, onun
məqsədini tam şəkildə ifadə edə bilsin və poetik dili zənginləşdirsin. Әgər şair
yeganə düz sözü tapa bilmişsə, şeirdə təşbih, istiarə, mübaliğə, hətta qafiyə belə
artıqdır [1, 256].
“Yeni şeir”də müxtəlif məzmunlu sözlərin bir-birilə əlaqələnməsi nəticəsində
yeni tərkib və təsvir obyektləri meydana gəldi. Bu isə poeziyada bədii təsvir və ifadə
vasitələrindən istifadəni ikinci dərəcəli etdi. Xüsusilə də 1960-70-ci illərdə geniş
yayılmış "ون جوم" (“yeni dalğa”) ədəbi istiqamətilə şeirə gətirilmiş اهلگ ۀمانسانش
(güllərin şəxsiyyət vəsiqəsi), اهبآ بهذم (suların məzhəbi), اه جوم ۀعماج (dalğaların
cəmiyyəti),
ادص یاه گنر
(səsin rəngləri), یزلف یاه باوخ(metal yuxular) və s. ifadələr
fikrin birbaşa bəyanına xidmət edirdi. Poetik dil şeirin zahiri və zehni tərəflərinin
şəkil almasına, düşüncə ilə misra arasında ekvivalentlik yaradır. Dil sözün tərkibilə
onun ifadə etdiyi məna arasında üzvi assosasiya yaradır. Misra dilin maddi və
mənəvi tərəflərini özündə ehtiva edir. Poetik dil şairin idraki qüdrətini nümayiş
etdirir. “Yeni şeir”də sözün məna yükü düşüncənin ifadəsindən asılı olaraq dəyişir.
Ümumiyyətlə, şeirin dil və üslubu müxatib və dinləyən arasında səmimi, üzvi
bağlılıq yaratmalı, onları bir-birinə yaxın etməlidir. Şair şeirin leksik materialından
ustalıqla elə yararlanmalı, cümlənin strukturunu elə qurmalıdır ki, bir üzvün yerdə-
yişməsi və ya ixtisarı ilə şeirin bəlağət təsiri itməməli yaxud da kasadlaşmamalıdır.
Bunu F.Rəhnəmanın sözləri ilə ifadə etsək, həqiqətən də Nimanın dili, gözü və
düşüncəsi arasında heç bir sərhəd yox idi [6,
603].
İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu
315
Dostları ilə paylaş: |