İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

ӘDӘBİYYAT SİYAHISI 

 

1.

 

Abdulqadir İnan, Eski Türk Dini Tarihi, İstanbul, 1967. 



2.

 

Aybars Pamir, Türklerin Geleneksel Dini Şamanizmin Orta Asya Eski Türk 

Kamu Hukukuna Etkisi, Ankara Universitesi Hukuk fakultesi dergisi, C.52, sayı 4, 

Ankara, 2003. 



3.

 

Әkbər Nəcəf, Hun Minilliyi, Bakı, 2015. 



4.

 

Әkbər Nəcəf, İnanc Yaddaşı, Bakı, 2014. 



5.

 

Hikmet Tanyu, İslamlıktan Önce Türklerde Tek Tanri İnancı, Ankara, 1980. 



6.

 

İbrahim Kafesoğlu, Eski Türk Dini, Ankara, 1980. 



7.

 

Ramiz Әskər, Orxon Abidələri, Bakı, 2012. 



8.

 

Tariyel  Azərtürk,  Genesis  of  Cuneiform  Signs,  Whose  Are  They?,  USA, 

Seattle, 2002. (əlavə bax: Tariyel Azərtürk,  Mixi Yazılı  Azəri  Türk Dilinin Qram-

matikası, USA, Seatle, 2004 )  



9.

 

Тариел Азертюрк, Генезис Тюрка и Тюркского Языка (на основе кли-

нописных  надписей),  в  2-х  томах  –  стр.  950,  Нью  Йорк,  2016,  на  русском 

языке).  

 

 


 Elvin Əliyar oğlu Babayev 

 

278 


 

XÜLASӘ 

 

Türklər tarix boyu bütün dinlərlə əlaqə yaratmaqda tərəddüd etməmiş, hətta bu 

dinləri  dövlət  səviyyəsində  rəsmən  qəbul  etmişdilər.  Uyğur  xaqanlığı  buddizmi, 

maniheizm  və  xristianlığı,  Xəzər  xaqanlığı  musəviliyi,  İslam  dinini  isə  ilk  dəfə 

Volqa Bolqar dövləti ( 920-ci illərdə ), daha sonra isə Qaraxanlılar ( 943-cü ildə ) 

rəsmi din elan etmişdilər. Lakin türklərin köklərinə bağlı olmaları onları Tək Tanrı 

dinindən  ayıra  bilməmişdir.  Türklər  xristian,  buddizm,  musəvi  kimi  dinlərə  sitayiş 

etdiklərində belə öz rəbblərini Tanrı adlandırmışlar. Türklərdə Tək Tanrı inancının 

tarixi daha da qədimlərə, eramızdan əvvəl 3 min ilə gedib çıxır. 

 

RESUME 



 

The  Turks  throughout  their  history  didn't  hestiate  to  establish  contact  with  all 

religions,  and  even  the  religions  officially  adopted  at  the  state  level.  The  Uyghur 

buddhism,  manichaeism  and  christianity,  the  Khazar  Khaganate  jewish  and  the 

Islam religion for the first time in the Volga Bulgarian state( in 920 years) and the 

Kharahans  was  declared  the  official  religion  (in  943  year).  But  in  spite  of  being 

connected  to  the  roots  of  the  Turks  couldn't  separate  them  religion  of  single  God. 

Even  when  turks  obeyed  Christianity,  Buddhism,  Jewish  they  called  their  Lord  as 

God. In Turks the history of belief in a single God goes back to the 3000 B.C.. 

 

PЕЗЮМЕ 

 

Турки  на  протяжении  всей  истории  всегда  создавали  определенные 



отношения  совсеми  религиями,  приняли  эти  религии  на  государственном 

уровне. Уйгурское хаганство принял буддизм, Каспийское хаганство-иудаизм, 

ислам  же  был  первый  раз  офицально  принят  Государством  Волга-Болгар  (в 

920  году),  позже  Государством  Караханлылар.  При  этом  верность  турков  к 

своим  корнями  не  смог  их  отдалить  от  единобожия.  Туркы  уверивая  в 

христианство,  в  будизм,  в  идуаизм,  в  ислам  всегда  называли  своих  богов 

Танры. У турков вера в единобожия была еще 3 тысячи лет д.н.э.. 

 

Çapa tövsiyə etdi: akademik V.M.Məmmədəliyev 



Maraqlar sosial konfliktlərin yaranmasının əsas səbəbi kimi 

279 


 

 

MARAQLAR SOSİAL KONFLİKTLӘRİN 



YARANMASININ ӘSAS SӘBӘBİ KİMİ 

 

Vüsalə Gülmalıyeva 

Fəlsəfə və Hüquq İnstitutunun  

Sosial Fəlsəfə şöbəsinin baş laborantı 

 

 

Açar sözlər: maraq, konflikt, münaqişə, ziddiyyət, sosial, iqtisadiyyat, dəyər.  

Ключевые  слова:  интерес,  конфликт,  спор,  противоречие,  социальный, 

экономика, ценность.  

Key words: interest, conflict, dispute, controversy, social, economy, value 

 

Maraqlar  problemi  sosial  fəlsəfənin  ən  aktual  mövzularından  biridir.  Bu 



problemin öyrənilməsi sosial elmlərin yaranmasınadək bir o qədər də önəmli qəbul 

edilməmişdir.  Çünki  cəmiyyətdə  baş  verən  proseslərin  kökündə  duran  maraqlara 

abstrakt bir şey kimi yanaşılırdı. Lakin cəmiyyət eləcə də, burada baş verən hadisə 

və proseslər mürəkkəbləşdikcə və onların öyrənilməsinə verilən əhəmiyyət artdıqca 

maraqlar  probleminin  araşdırılmasının  qaçılmaz  olduğu  görülmüşdü.  Cəmiyyət 

özlüyündə mürəkkəb bir sistemdir.[1, s.22] Bu sistemin mürəkkəbliyi isə hər şeydən 

əvvəl,  onun  çoxlu  sayda  bir-birilə  müxtəlif  qarşılıqlı  əlaqə  və  təsirdə  olan 

elementlərdən,  altsistemlərdən  ibarət  olması  ilə  bağlıdır.  Burada  elementlər 

qismində  çıxış  edən  ayrı-ayrı  fərdlərin  birliyi  və  bu  birliyin  ən  başlıca  şərti  kimi 

insanlar  arasında  yaranan  münasibətlər  sistemi  mövcuddur.  Bu  münasibətlər 

sistemində  iqtisadi,  siyasi,  mənəvi  həyatda  müxtəlif  vəziyyətdə  olan,  bərabər 

səviyyədə iştirak etməyən, həyat tərzinə, gəlir səviyyəsinə, köklü maraqlarına görə 

fərqlənən  insan  qrupları  iştirak  edir.  İnsan

 

fəaliyyətinin  əsasında  duran  amillərdən 



biri  kimi  ehtiyac (tələbat)  və  bu tələbatdan  doğan maraqlardır.  Bu  iki amil  olmasa 

insanda dinamika, hərəkət, inkişaf ola bilməz. Maraqlar prinsipi canlı aləmin bütün 

növlərinə  məxsus  olan  cəhətdir.  Bu  prinsip  mövcudolma  və  yaşamağın  əsasında 

durur.  Sosial  varlığın  özünün  mənfəətinə  xidmət  edən  maraqları  olur  və  istər  fərd, 

istərsə  də  sosial  qruplar,  təbəqələr  öz  maraqlarının  təmin  olunmasında  maraqlıdır. 

Lakin bu sadalananlar arasında mövcud olan maraqlar fərqli olduğuna görə onların 



 Vüsalə Gülmalıyeva 

 

280 


toqquşması,  bir-birinə  uyğun  gəlməməsi

 

müxtəlif  yönümlü  sosial  münaqişələrin 



yaranmasına gətirib çıxarır. Həm cəmiyyətdə, həm də insanın daxili dünyasında və 

onların qarşılıqlı münasibətlərində iştirak edən maraqların toqquşmasından yaranan 

konfliktlərdən qaçmaq mümkün deyil. Cəmiyyət varsa orda münaqişə, ziddiyyətlər, 

konfliktlər olmalıdır. 

 

Münaqişə,  ziddiyyət  və  eləcə  də  konfliktlər  cəmiyyətdə  və  insan  həyatının 



bütün  sferalarında  mövcuddur.  Әslində  münaqişəsiz,  ziddiyyətsiz  həyatı  təsəvvür 

etmək özü absurddur. Münaqişə nəzəriyyəçilərinin gəldikləri qənaətə görə, cəmiyyət 

maraqları  toqquşan  müxtəlif  sosial  qrupların  mübarizəsi  nəticəsində  yaranıb  və 

münaqişəli  fikirlərdən  törəyən  qarşıdurmalar  sayəsində  inkişaf  edir.[2,  s.28] 

Münaqişə  çox  vaxt  cəmiyyətin  süstləşməsinin  qarşısını  alır,  insanları  yeniləşdir-

məyə, onları yaradıcılığa sövq edir. Әlbəttə, qaydaların, qanunların, insan hüquq və 

azadlıqlarının  pozulması  baxımından  yaranan  münaqişələrin  müəyyən  təhlükəlilik 

doğurması da bir həqiqətdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi münaqişə cəmiy-

yətin  dinamik  inkişafına  rasional  təsir  göstərməlidir.  İnsan  cəmiyyətin  bir  üzvü 

olmasına  baxmayaraq  onun  öz  daxili  dünyası  və  burada  onun  maraqları,  istəkləri, 

arzuları,  xəyalları  mövcuddur.  O,  cəmiyyətdə  yaşayaraq  onun  norma,  qayda  və 

qanunlarına  tabe  olmağa  məcburdur.  Lakin  bir  tərəfdən  də  onun  eqosu  öz  ambi-

siyalarını  həyata  keçirməyə  çalışır,  maraqları,  istəkləri,  arzuları  cəmiyyətdə  hökm 

sürən qayda-qanunlara boyun əyməyə qoymur. Məhz Ziqmund Freyd təsdiq edir ki, 

sivilizasiyanın  özü  elə  bioloji  meyil  və  sosial  tələbin  münaqişəsinin  nəticəsini 

özündə birləşdirir. [3, s.90] Fərdi və sosial şüurda baş verən dəyişikliklər maraqla-

rında  məzmununda  gedən  dəyişikliklərlə  əlaqəlidir.  Ona  görə  də  fərdi  və  ictimai 

maraqlar  bir-birilə  qarşılıqlı  fəaliyyət  göstərməlidirlər.  Çünki  onlar  bir-birindən 

ayrılmaz  anlayışlardır.  Cəmiyyətin  ümumi  tələbləri  əsasında  yaşamağı  öyrənməyə 

çalışmaq lazımdır. Çünki cəmiyyətdə razılıq olmasa o daim ziddiyət içində, hər an 

vətəndaş  qarşıdurması  təhlükəsi  ilə  üzləşən  cəmiyyətə  çevrilir.  Bu  isə  ümumi 

inkişafa  zərər  verir,  onu  ləngidir.  Cəmiyyətə  məxsus  olan  ümumi  problemləri  həll 

etmədən xüsusi problemləri və eləcə də əksinə həll etmək mümkünsüzdür.  

Bildiyimiz  kimi,  cəmiyyətin  iqtisadi,  sosial,  siyasi  və  mənəvi  tipli  ictimai 

sferaları  mövcuddur.  Bütün  bu  sferaların  hər  birində  insanların  fəaliyyəti  spesifik 

xarakter daşıyaraq müxtəlif növ maraqlara və onların konfliktinə gətirib çıxarır. 

Maraqlar daha çox özünü iqtisadi sahədə göstərir. Sosial həyatın xüsusi yerini 

iqtisadi  həyat  və  iqtisadi  əlaqələr  tutur.  İqtisadi  maraq  isə  bu  iqtisadi  əlaqələrin 

kökündə  duran  əsas  amillərdən  biridir.  Fridrix  Engels  haqlı  olaraq  qeyd  edirdi  ki, 


Maraqlar sosial konfliktlərin yaranmasının əsas səbəbi kimi 

281 


iqtisadi  əlaqələr,  hər  şeydən  əvvəl,  maraqlar  kimi  meydana  gəlir.[4,s271]  İqtisadi 

maraqlar  cəmiyyətdə  mövcud  olan  sosial  subyektlərin  (sosial  qrup,  sinif,  təbəqə, 

fərd) obyektiv sürətdə mövcud olan maddi tələbatıdır. İqtisadi maraqların yaranması 

və həyata keçirilməsi ilə bağlı iqtisadi ədəbiyyatda tam dolğun bir fikir olmasa da, 

iqtisadiyyatçıların da maraq dairəsinə daxil olduğuna görə bu haqda çoxlu müxtəlif 

fikirlər  mövcuddur.  İqtisadçılar  bu  problemi  öyrənərkən  belə  qərara  gəldilər  ki, 

insan üçün, hər şeydən əvvəl, öz maraqları önəmlidir. Məhz buna görə də cəmiyyətlə 

insanın  şəxsi  maraqları  arasında  münaqişə  yaranır.  Iqtisadi

 

maraqların  predmeti 



qismində  iqtisadi  nemətlər,  pul,  aksiya,  valyuta,  qızıl,  və  s.  təşkil  edir.  Eləcə  də 

sosial  birliklər  (sinif,  təbəqə,  qrup  və  s.),  sosial  institutlar,  cəmiyyətlər,  millətlər 

arasında  iqtisadi  nemətlər  uğrunda  yaranan  iqtisadi  maraqların  toqquşması  iqtisadi 

konfliktə gətirib çıxarır.  

İqtisadi həyatda marağın rolunun üstünlüyü XVIII əsrin axırlarında daha önəm 

kəsb etməyə başladı. Adam Smit qeyd etdiyi kimi, bütün məhsulların mənşəyində və 

mübadiləsində insanların şəxsi maraqları tutur. 

İnsanların  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi  iqtisadi  maraq  sisteminin  mürəkkəb 

qarşılıqlı  əlaqəsində  özünü  göstərir.  Bundan  əlavə  insanlar  öz  iqtisadi  maraqlarını 

yerinə  yetirərkən  başqalarınında  seçimini  mümkün  edirlər.  Çünki  cəmiyyətdə 

insanlar  bir-birilə  əlaqəsi  olmayan  halda  onlar  arasında  geniş  fəaliyyət  mübadiləsi 

hökm  sürür.  Öz  məqsədlərini  güdən  hər  bir  fərdin  öz  maraqları  naminə  göstərdiyi 

fəaliyyəti başqa fərdlərin iqtisadi maraqlarının reallaşdırılması üçün şərt olur. Nəticə 

etibarilə isə müxtəlif fəaliyyətli insanlar arasında geniş əlaqələr yaranır. F. Xayekin 

“geniş qayda” nəzəriyyəsi məhz elə buna söykənir. 

İnsanın  iqtisadi  fəaliyyəti  rasional  qaydada  fəaliyyət  göstərir.  Çünki  o  öz 

ehtiyaclarını,  tələbatlarını  həyata  keçirərkən  müəyyən  planlarla,  məqsədlərlə  və 

variantlarla  yerinə  yetirməyə  çalışır.  Deməli,  yarana  biləcək  iqtisadi  konfliktin 

uğurlu şəkildə idarə etməyin mümkünlüyü özünü göstərir. Yuxarıda qeyd etdiyimiz 

ki,  iqtisadi  maraqlardan  törəyən  iqtisadi  konfliktlərdən  qaçmaq  mümkünsüzdür. 

Lakin  onun  mənfi  şəkildə  genişlənməməsi  üçün  onu  rasional  qaydada,  dünyanın 

müsbət təcrübəsinə əsaslanaraq beynəlxalq əlaqələrlə və münasibətlərlə idarə etmək 

lazımdır. Maraq anlayışını daha dərindən araşdırsaq görərik ki, iqtisadi maraq insana 

istehsal  prosesində  obyektiv  olaraq  fəaliyyətində  məhz  nəyin  lazım  olduğunun 

müəyyənləşdirilməsidir. 

İqtisadi  maraqlardan  danışarkən  biz  iqtisadi  bərabərsizlik  terminini  də  qeyd 

etməliyik.  Düzdür,  cəmiyyət  heç  bir  zaman  iqtisadi  bərabərliyə  malik  olmayıb. 


 Vüsalə Gülmalıyeva 

 

282 


Lakin bu bərabərsizlik bir tərəfdən sosial-iqtisadi konfliktlərə gətirib çıxarırsa, digər 

tərəfdən bu bərabərsizlik fərdin, sosial qrup, birlik və təbəqələrin fəallığının səbəbi

 

olur.  Lakin  iqtisadi  bərabərsizlik  sosial  ədalət  prinsipinə  əsaslanmalıdır.  Bundan 



əlavə, iqtisadi maraqları başa düşmək üçün “həvəs” və “həvəsləndirmə” anlayışlarını 

da  diqqət  yetirmək  lazımdır.  Lakin  həvəs  və  maraq  anlayışlarını  fərqləndirmək 

lazımdır.  Çünki  bəzi  tədqiqatçılar  maraqların  yaranması  və  reallaşmasının  forması 

kimi təsərüffat praktikası ilə eyniləşdirirlər. Qeyd edirlər ki, maraqlar birbaşa həvəsə 

xidmət edir. Bəziləri isə elə fikirləşirlər ki, həvəs marağın dərk edilməsidir. İqtisadi 

həvəsləndirmə  müxtəlif  iqtisadi  formalarda-əmək  haqqı,  kredit  və  s.  şəkildə  özünü 

göstərir. 

İqtisadi  maraqlar insan fəaliyyətinin  bütün  sferalarına  toxunur və

 

çoxsəviyyəli 



sistem iqtisadi tələbatı yaradır. Maraq və tələbat anlayışları, onların qarşılıqlı əlaqəsi 

haqqında tam dolğun bir fikir yoxdur. Bəzi tədqiqatçılar bu anlayışları bir birindən 

ayırır, bəziləri isə eyniləşdirir. Tələbat obyektiv olaraq bizim təfəkkürümüzdən asılı 

deyil,  maraqlar  isə  subyektiv  olduğuna  görə  başa  düşüləndir.  Әgər  tələbat  ümumi 

xarakter daşıyırsa, maraqlar konkertliyi ilə seçilir. Maraq və tələbat anlayışlarını bir 

birindən  fərqləndirməyə  çalışsalarda,  onların  eyniləşdirilməsi  fikri  iqtisadi  elmdə 

demək olar ki, rəsmi status qazandı və hətta bu öz təsdiqini siyasi iqtisadi lüğətdə də 

yerini tutub: “İqtisadi  maraqlar-cəmiyyətin, təbəqələrin, sosial qrup və ya fərdlərin 

obyektiv  sürətdə  maddi  tələbatıdır”[5,  s162]  İnsan  öz  iqtisadi  maraqlarına  uyğun 

olaraq  bu  və  ya  digər  tələbatlarının  təmin  olunması  uğrunda  fəaliyyət  göstərir. 

Maraq  istehsalın  inkişafına  stimul  verir.  İqtisadi  maraqlar  davamlı  olaraq  “sosial 

sifariş”  verən  istehsal  prosesində  iqtisadi  tələbatların  təmin  olunmasının  əsas  etapı 

kimi çıxış edir. Bu proses təkrarlanaraq yeni maraqlar doğurur, bu da öz növbəsində 

yeni  tələbatlar  yaradır.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  iqtisadi  maraq  və 

tələbatlar  insan  ehtiyacının  ayrılmaz  hissəsidir.  Tələbatın  təmin  olunması  üçün 

istehsal, istehlak, mübadilə və s. proseslərdən keçmək lazımdır. Məhz bunlar çətin-

ləşmiş iqtisadi maraqlar sisteminin hər bir pilləsində yeni maraqlara zəmin yarada-

raq insanların təmin olunmayan tələbat və istehsal fəaliyyəti arasında aktiv qarşılıqlı 

iştirak  edirlər.  İstehsal  konkret  nemətlər  yaradır  və  insanların  ehtiyaclarının  təmin 

olunmasını ödəyir. Bu ehtiyacların ödənilməsi və faydalılığından istifadə edən insan 

öz növbəsində yeni ehtiyaclarının yaranmasına gətirib çıxarır. Bu isə qlobal şəkildə 

cəmiyyətin  bütün  sahələrinə  müsbət  və  ya  mənfi  təsir  göstərərək  yeni  tələbatlar 

yaradır. İstehsalı doğuran tələbat daha da böyüyür, mürəkkəbləşir, istehsalla müna-

qişəyə  girir  və  onun  yenidən  inkişafını  tələb  edir,  yenidən  istehsalın  inkişafı  yeni 



Maraqlar sosial konfliktlərin yaranmasının əsas səbəbi kimi 

283 


tələbatların  yaranmasını  doğurur.  Bu  proses  daimidir.  İqtisadi  maraqlara  cəmiyyət 

istehsalının  hərəkət  gücü  kimi  baxmaq  olar.  Bu  müstəqil  bir  substansiya  deyil,  o, 

cəmiyyət maraqlarını da nəzərə alan substansiyadır. Digər tərəfdən də, iqtisadi ma-

raqların  tərkibində  fərdi  tələbatlarını  ödəmək  istəyən  fərdi  maraqlar  da  dayanır. 

Məhz cəmiyyətin iqtisadi maraqları ilə fərdi maraqlar arasında münaqişə və eyni za-

manda qarşılıqlı əlaqə mövcuddur. Nə cəmiyyətin ümumi iqtisadi marağı, nə də fər-

di iqtisadi maraq ayrılıqda mövcud ola bilməzlər. Beləliklə, iqtisadi maraqların tər-

kibində  cəmiyyətin  və  fərdin  maraqları  durur.  Bu  isə  öz  növbəsində  iki  əsas  mül-

kiyyət formasını dövlət və xüsusi mülkiyyət formasının yaranmasına gətirib çıxarır.  

İqtisadi  maraqlar  isə  öz  növbəsində  siyasi  maraqların  da  yaranmasına  gətirib 

çıxarır. Çünki iqtisadiyyat və siyasət bir-birindən ayrılmaz anlayışlardır. Cəmiyyətin 

siyasi həyatı iqtisadiyyat ilə sıx şəkildə bağlıdır. Doğrudur, iqtisadiyyat mikrosəviy-

yədə siyasətdən kənarda olaraq öz qanunları ilə işləyə bilər. Amma makrosəviyyədə 

isə  bu  mümkün  deyil.  Çünki  dövlət  onun  ərazisində  gedən  iqtisadi  proseslərlə 

maraqlanmalıdır  və  idarə  etməlidir.  Sosial  və  iqtisadi  tələbatlardan  doğan  siyasi 

maraqlar siyasi fəaliyyət kimi sosial-iqtisadi sferanın inkişafına stimul verir. Maraq 

siyasi fəaliyyətin əsas və istiqamətverici faktor kimi çıxış edir. Çünki siyasi fəaliyyət 

öz-özünə  yaranan  proses  deyil.  O,  hansısa  bir  amillərin  (maraqlarla,  məqsədlərlə, 

dəyərlərlə  və  s.)  əlaqəsindən  meydana  çıxır.  Siyasi-fəlsəfi  anlamda  maraq  anlayışı 

fərdin  sosial  cəmiyyətdə  fəaliyyətin,  seçilmiş  sosial  davranışın  səbəbi  kimi  izah 

olunur.  Siyasi  maraq,  ictimai-siyasi  proseslərdə  sosial  subyektlərin,  siyasi  qrup  və 

birliklərin, siyasi institutların siyasətə xüsusi  münasibəti, müəyyən  dünyagörüşünə, 

inama  əsaslanan  siyasi  aktivliyin  əsas  səbəbidir.  Başqa  sözlə  desək,  bu  subyektin 

müəyyən siyasi məqsədlərə və onların həyata keçməsi üçün konkret siyasi fəaliyyətə 

sövq  edən  daxili  şüurun,  siyasi  davranışın  mənbəyidir.  Siyasi  maraqların  obyekti 

kimi  hakimiyyət  və  cəmiyyətdə  hökm  sürən  hakimiyyət  münasibətləri,  siyasi 

hakimiyyətin mexanizmi və həyata keçirmə vasitələri, partiyaların siyasi fəaliyyəti, 

ictimai-siyasi  fəaliyyət,  ictimai  təşkilatlar  və  lobbi  qrupları,  siyasi  elita,  yerli  və 

regional  səviyyədə  müxtəlif  nümayəndəliklər  və  s.  çıxış  edir.  Siyasi  maraqların 

predmeti isə bütün siyasi proseslərin, hadisələrin məcmusu halında çıxış edir. Siyasi 

maraqlar subyektlərin aktual siyasi fəaliyyətinin ümumi formada şərhidir. O, özündə 

sosial  maraqların  bütün  formasını,  təyin  olunan  xarakteri  və  müəyyən  məqsədə 

yönələn siyasi fəaliyyəti əks etdirir.  

İnsanın fəaliyyəti, onun hərəkət motivinin səbəbi onun təfəkküründən irəli gəlir. 

Onun  fəallığının  daxili  səbəbi  kimi  tələbat  və  maraqlar  mühüm  rol  oynayır. 


 Vüsalə Gülmalıyeva 

 

284 


Yuxarıda  qeyd  etdiyimiz  kimi,  siyasi  maraqlarda  iqtisadi  maraqlar  kimi  tələbat  və 

maraqlardan  birbaşa  asılıdır.  Məhz  siyasi  maraqlardan  danışarkən  onun  əsas 

elementləri  kimi  təlabat  və  maraqların  qarşılıqlı  əlaqəsinin  öyrənilməsi  özündə  bir 

sıra aktual problemləri də əks etdirməyə imkan verir. Bunların öyrənilməsi müxtəlif 

siyasi  güclərin  məntiqi  fəaliyyətini  başa  düşməyə,  siyasi  hadisə  və  proseslərin 

inkişafını qabaqcadan görməyə imkan verir. Tələbat insanın nəyəsə ehtiyacı, şəxsiy-

yətin,  sosial  qrup,  hökümət  və  cəmiyyətin  müəyyən  məqsədləridir.  Bunlarsız  nə 

insanın,  nə  də  siyasətdə  dövlətin,  partiyanın,  sosial  qrup  və  s.nin  həqiqi  fikrini, 

məqsədlərini və konkret addımlarını bilmək olmaz. Hegel qeyd edir ki, “insanların 

fəaliyyəti  onların  maraqlarından  doğur  və  məhz  onlar  əsas  rol  oynayır”.[6,s20] 

Siyasi  maraqlar  bilavasitə  cəmiyyət  üzvləri  ilə,  siyasi  hakimiyyətlə,  bütöv  siyasi 

sistemlə əlaqəsi kimi siyasi baxışların, ideoloji  mövqelərin formalaşmasının  bazası 

kimi  çıxış  edir.  O,  ümumi  dəyərləri,  tələbatları,  baxışları,  məqsədləri  olan  sosial 

qrupları,  sosial  institutları,  millətləri,  dövlətləri,  insanları  birləşdirir,  bir  araya 

sığışmayan, ziddiyyətli maraqları olanları isə ayırır. Çünki yuxarıda qeyd etdiyimiz 

kimi dövlət institularının, siyasi partiyaların, ictimai-siyasi təşkilatların, hərəkatların 

özlərinin  xüsusi  siyasi  maraqları  olur.  Bu  isə  öz  növbəsində  əməkdaşlığın  və 

konfliktin  yaranmasına  gətirib  çıxarır.  İngilislər  haqlı  olaraq  beynəlxalq  siyasətdə 

prioritet şəkildə qeyd edirlər ki, bizim daimi düşmənimiz və ya daimi dostumuz yox-

dur, bizdə daimi olan yalnız maraqlardır. Maraqların bir qismi uzunmüddətli tenden-

siyanı, cəmiyyətin, millətin, sinfin, siyasi partiyanın perspektivini özündə əks etdirir. 

Başqa bir qismi sosial qruplar və siyasi institutlar arasında siyasi əlaqələrin qarşılıqlı 

fəaliyyətini  özündə  əks  etdirir.  Digər  qrupdan  olan  maraqlar  isə  zaman  xarakterli 

olur.


 

Siyasi  birliklər,  siyasi  qruplar,  müxtəlif  güclər,  ictimai  təşkilatlar  öz  siyasi 

maraqları,  məqsədləri,  istəkləri,  arzuları  ətrafında  cəmləşərək  öz  ideologiyalarını 

həyata keçirilməsi uğrunda çalışırlar. Məhz buradanda siyasi ideologiya formalaşır. 

Siyasi lider siyasətdə dayağı olmasa heç vaxt uğur qazana bilməz. Siyasi maraqların 

toqquşması  siyasi  konfliktlərə  gətirib  çıxarır.  Siyasi  konfliktlər  müxtəlif  siyasi 

güclərin toqquşması, əkslikləri, siyasi subyektlərin öz maraq və məqsədlərinin real-

laşmasına  çalışması,  çökmüş  nüfuzla  müharibəsi,  onların  yenidən  bölüşdürülməsi, 

siyasi statusun dəyişilməsi, cəmiyyətin inkişafı naminə perspektivlərin dəyişməsidir.  

Maraqlar həmçinin cəmiyyətin mənəvi həyatının inkişafının əsas hərəkət verici 

qüvvəsi kimi çıxış edir. Cəmiyyətin inkişafında təkcə iqtisadi və ya siyasi prosesləri 

deyil,  həm  də  mənəvi  prosesləri  də  nəzərə  almaq  lazımdır.  Cəmiyyətin  mənəvi 



Maraqlar sosial konfliktlərin yaranmasının əsas səbəbi kimi 

285 


həyatı insanı insan edən, onu digər canlılardan radikal sürətdə fərqləndirən spesifik 

xüsusiyyət  daşıyır.  Mənəvi  sferanın  cəmiyyətdə  mühüm  rolu  olması  haqqında 

müxtəlif  zamanlarda  nəinki  filosoflar  eləcə  də  din  xadimləri  humanitar  biliklər 

çərçivəsində çoxlu fikirlər söylənilib. Çünki insanı daima dünyanı, onun mənasını və 

eləcə  də  özünün  mahiyyətini,  mövcudluğunu,  yaşadığı  dünyanın  xeyirli  və  ya 

xeyirsiz,  ədalətli  və  ya  ədalətsiz  və  s.  bu  qəbildən  olan  suallar  narahat  etmişdir. 

İnsan  yaşadığı  sosial  həyatda  xeyir  və  şərin  çətinləşmiş  dialektikasının  mübarizəsi 

ilə  qarşılaşır.  Sosial  həyat  da  heç  də  həmişə  sabit  bir  əmsala  malik  olmayan 

maraqlar,  ehtiraslar,  düşüncə  tərzləri,  onların  fərqliliyi,  əksliyi,  uyğunluğu  və 

uyğunsuzluqlarla  dolu  olan  bir  sahədir.  Çünki  sosial  həyat  mövcud  baza  və  bu 

bazada  baş  verən  dəyişikliklər  üzərində  hərəkət  edir,  dəyişir  və  irəliyə  doğru 

gedir.[7,  s63]  Mənəvi  sferadan  danışarkən  mənəvi  tələbat,  mənəvi  istehsal,  ictimai 

şüur,  məvəvi  fəaliyyət,  mənəvi  maraqlar,  mənəvi  dəyərlər  və  s.  anlayışların 

mahiyyətini bilməliyik. Bunlar cəmiyyətin inkişafının və insanlığın mövcudluğunun 

yaranmasında  iştirak  edən  vacib  ünsürlərdir.  Tələbat  hər  bir  insanda  mövcuddur. 

İnsan həyatının ilk illərində sadə görünən bu tələbatlar maddi və mənəvi tələbatların 

həyata  keçirilməsi  uğrunda  çalışması  ilə  daha  dərin  və  çətin  bir  prosesə  çevrilmiş 

olur.  İstənilən  tələbat  hər  hansı  bir  predmetə  istiqamətlənməsi  və  yiyələnməsi  ilə 

xarakterizə  olunur.  Məsələn,  bioloji  tələbat  insanın  bütün  həyatı  resurslara,  maddi 

tələbatlar  maddi  vasitələrə,  sosial  tələbatlar  isə  insanın  başqaları  ilə  əlaqə 

formalarına  yiyələnmək  vasitələrini  tapır.  Mənəvi  tələbatlar  isə  insanı  yaradıcılığa 

olan  daxili  marağıdır.  O,  özlüyündə  yaranıb  və  inkişaf  edə  bilməyən  sosial 

hadisələrlə  əlaqəlidir.  Onun  predmeti  qismində  isə  mənəviyyat  çıxış  edir. 

Mənəviyyat  isə  insan  üçün  ən  qiymətli  dəyərdir.  Mənəvi  tələbatların  yerinə 

yetirilməsi  fərdin  maraqlarının  həyata  keçirilməsi  ilə  onun  mənəvi  inkişafını 

şərtləndirərək  mənəvi  dəyərləri  yaradır.  Məhz  insanın  mənəvi  maraqları,  istəkləri 

onun  mənəvi  dəyərlərini  formalaşdırır.  Lakin  onu  da  qeyd  etməliyik  ki,  insan 

həyatında  olan  bu  dəyərlər  tarixi  şəraitdən  asılı  olarq  dəyişilir.  Çünki  orta  əsrlərdə 

feodalın  öz  kəndlisini  öldürməsi  adi  hal  kimi  baxılırdısa,  müasir  dövrdə  buna 

insanlığa  sığmayan  hadisə  kimi  baxılır.  Cəmiyyət  inkişaf  etdikcə  sosial 

dəyişikliklərə səbəb olur. Mənəvi dəyişikliklər heç də özlüyündə baş verən hər hansı 

bir  mexaniki  proses  olmayıb,  cəmiyyət  həyatı  üçün  təbii  sayıla  bilən  mümkün 

iqtisadi, siyasi, ictimai dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklərin əsasında müxtəlif 

maraqlar,  onların  toqquşması  və  ya  uyğunlaşması  durur.  Məhz  subyektlərin  sosial 

qarşılıqlı əlaqəsində mənəvi dəyərlərin istehsalı, bölüşdürülməsi, istehlakı və tələbatı 


 Vüsalə Gülmalıyeva 

 

286 


proseslərindən  doğan  əks  mənəvi  maraqların,  baxışların  qarşıdurması  nəticəsində 

mənəvi  sferada  konfliktlər  baş  verir.  Bu  cür  konfliktlərdən  ictimai  şüur,  elm,  din, 

incəsənət  və  eləcə  də  bunları  idarə  edən  sosial  institutlar  yaranır.  Mənəvi  sferada 

konfliktlərin subyekti kimi beynəlxalq cəmiyyət, sosial qruplar, partiya, hökümət və 

şəxsiyyət  tuta  bilər.  Bu  cür  konfliktlərin  mövcud  olmasının  ən  əsas  səbəblərindən 

biri millətlərin mədəniyyətinə, onların ənənə və adətlərinə toxunulmasıdır. Ona görə 

də qarşılıqlı anlaşma və ümumbəşəri əsaslar axtarışı konsensus, ayrı-ayrı mədəniy-

yətlərlə,  ənənələrlə  və  dəyərlər  sistemi  ilə  rastlaşarkən  onları  inkar  etmədən  öz 

ənənələri  və  mədəniyyətinə  sadiq  qalaraq  başqa  dəyərlərə  hörmət  etmək  və 

anlaşmaq bacarığı tələb edir. [8, s.113] Bu sferada konfliktlərin müxtəlif növü var. 

Onların  arasında  ən  geniş  yayılmış  forması  dini  konfliktlər,  mədəniyyət  sahəsində 

olan konfliktlər, ideoloji konfliktlərdi.  

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, maraqlar problemi müasir 

dövrdə  öz  aktuallığı  ilə  seçilən  mövzulardan  biridir.  Çünki  ictimai  proseslərin 

mərkəzində şüur, istək, maraq, iradə və s. kimi amillər durur. Bu amillər isə heçdə 

həmişə  stabil  olmur.  Bəzən  baxışlar  və  maraqlar  bir-birilə  toqquşur  və  bunun 

nəticəsində cəmiyyətin müxtəlif sferalarının fəallığı ya müsbət, ya da mənfi istiqa-

mətdə mövcud olur. Məhz bu zaman cəmiyyətdə müxtəlif yönümlü sosial konfliktlər 

yaranır.  Buna  görə  də  bu  sahənin  kifayət  qədər  inkişaf  etdirilməsi  yönümündə 

obyektiv və ciddi elmi axtarışlar aparılması tələb olunur.  

 

 


Maraqlar sosial konfliktlərin yaranmasının əsas səbəbi kimi 

287 


  

Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin