İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ


XX ӘSRİN ORTALARINDA İRANDA



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   28   29   30   31   32   33   34   35   36

 

XX ӘSRİN ORTALARINDA İRANDA  

URBANİZASİYA PROSESİNİN NӘZӘRİ TӘHLİLİ  

 

Musa Bərati 

AMEA Fəlsəfə və Hüquq  

İnstitutunun dissertantı 

 

 

Açar sözlər: urbanizasiya, kənd, şəhər, mühacirət, mühacirət modelləri. 

Ключевые  слова:  урбанизация,  село,  город,  миграция,  миграционные 

модели. 

Keywords: urbanization, village, city, migration, migration patterns. 

 

İranda  kənd  əhalisinin  şəhərlərə  mühacirətinin  əsas  səbəblərinin  mahiyyəti 



iqtisadi, ictimai, siyasi, mədəni, yaşayış mühiti və ya bütün bu səbəblərin məcmusu 

ilə bağlıdır. Bu səbəblər həm də mühacirətin zəruri şərtləri kimi qəbul edilir. Kənd 

həyatı ilə şəhər həyatının cazibədarlığı arasında sıx əlaqələr vardır. Bu prosesdə iki 

əsas  qüvvə  işirak  edir:  kəndin  dəf  etmə  qüvvəsi  və  şəhərin  cəzb  etmə  qüvvəsi. 

Şəhərlərdə  çox  münasib  peşə  tapmaq,  yüksək  gəlir  götürmək,  şəhərin  sosiomədəni 

imkanlarından  istifadə  etmək  (məktəb,  universitet,  xəstəxanalar,  istirahət,  peşə 

seçimi  azadlığı,  dəyərlərin  seçilməsində  olan  azadlıqlar  və  s.)  imkanları  kənddən 

şəhərə mühacirəti stimullaşdıran ən mühüm amillərdən sayılır (1, s.52-53). 

Kənd  əhalisinin  şəhərlərə  mühacirətinin  səbəbləri  təhlil  olunarkən  şəhərlərdə 

mövcud olan iqtisadi imkanlar və ictimai xidmətlər əsas götürülür. Bir çox alimlər 

bu fikirdədirlər ki, kənd əhalisinin şəhərlərə mühacirətini təşviq edən ən əsas amillər 

kənd  ictimaiyyətində  olan  dəf  etmə  qüvvəsinin  fəaliyyətidir  və  bu  tarixi  şəraitlə 

müəyyən  olunur.  Bu  baxışa  görə  kənd  təsərrüfatı  sahəsində  istehsalın  təmin 

olunması  sisteminin  yararsız  olması  və  ənənəvi  istehsal  sistemi  vahidlərinin 

tənəzzülü,  kənd  həyat  meyarlarının  məhv  olması,  kənd  təsərrüfatı  məhsullarına 

qiymət  qoyma  sisteminin  olmaması  və  kənd  təsərrüfatı  məhsullarının  idxalı  və 

ixracatı haqqında siyasətin olmamasıdır (2, s.54).  

Kənd  əhalisinin  şəhərlərə  mühacirətinin  əsaslı  səbəblərinin  təhlilində  yuxarıda 

qeyd olunan amillər daha effektlidir. Şəhərlərdə sənayeləşdirmə prosesi ilə əlaqədar 


 Musa Bərati 

 

382 


olaraq milyonlarla kəndli öz yaşayış mühitindən ayırılır və şəhərlərə miqrasiya edir. 

Şəhərə  miqrasiyanın  digər  səbəbləri  sırasında  iqtisadi,  ictimai,  siyasi,  mədəni 

amilləri,  yaşayış  mühitiini  və  ya  bütün  bunların  məcmusunu  göstərmək  olar. 

Bununla  yanaşı  mühacirət  üçün  imkanların  və  başqa  coğrafi  məkanların  mövcud 

olması  da  mühacirətə  sövq  edən  amillərdəndir.  Kənd  əhalisinin  mühacirətinin  əsas 

sosial  tərəfi  şəhərlərdə  daha  yaxşı  yaşayış  şəraitinin  olması  ilə  əlaqədardır.  Bu 

fikirdən  çıxış  edərək  qeyd  etmək  lazımdır  ki,  mühacirət  prosesi  müəyyən  tarixi  – 

iqtisadi şəraitdə təhlil oluna bilər. Belə ki, müxtəlif iqtisadi, sosial, siyasi, mədəni və 

yaşayış  mühiti  ilə  bağlı  səbəblər  yalnız  müəyyən  tarixi  şəraitdə  ictimai  -  iqtisadi 

təkamül  dərəcəsinə  görə  kənd  əhalisinin  şəhərlərə  mühacirət  etməsini  təşviq  edə 

bilər. Bu amillər daxili mühacirətin digər formalarında özünü doğruldur. İranda kənd 

əhalisinin mühacirətini təşviq edən amillərin səbəblərinin öyrənilməsi haqqında bir o 

qədər də geniş məlumat yoxdur. Tədqiqatların çoxu regional xarakterlidir. Amma bu 

tədqiqatların  hamısı  iqtisadi  amillərin  rolunun  əhəmiyyəti  üzərində  qurulmuşdur. 

Әmək və Sosial Təminat Nazirliyinin 1972-ci ildə insan potensialı və işçi qüvvəsi ilə 

bağlı fəlsəfi və sosioloji araşdırmalarına əsasən bütün ölkədə mühacirətin səbəbləri 

aşağıdakı kimi göstərilmişdir: Ölkənin bütün mühacir əhalisinin 16,2%-i daha yaxşı 

iş tapmaq, 4,3%-i iş axtarmaq, 4,7%-i isə iş yerinin dəyişməsi ilə əlaqədar olaraq öz 

doğulduqları  yerdən  mühacirət  etmişlər  və  bu  üç  səbəb  mühacirətin  əsas 

səbəbləridir.  Başqa  mühacirlər  (7,6%-i)  evləndiklərinə  və  62,3%  insan  isə 

ailələrindən  asılı  olaraq  mühacirət  etmişlər.  Buna  görə  də  qeyd  olunan  səbəblər 

arasında iş tapmaq və xüsusilə daha yaxşı iş tapmaq mühacirətin ən mühüm amilidir.  

Deyilənləri  nəzərə  alaraq  mühacirlərin  əsas  xüsusiyyətini  üç  qrupa  –  sosial, 

təhsil və iqtisadi qruplara bölmək olar. (3, s. 287)  

I.  Sosial  xüsusiyyətlər.  Üçüncü  dünya  ölkələrindən  olan  mühacirlərin 

əksəriyyətini  15-24  yaşında  olan  cavanlar  təşkil  edir.  Digər  bir  tərəfdən  isə  təhsil 

imkanlarının  genişlənməsi  ilə  qadınların  mühacirəti  artmaqdadır  və  bəzi  ölkələrdə 

qadınların miqrasiyası kişilərə nisbətən üstünlük təşkil edir.  

II.  Təhsil  xüsusiyyətləri.  Məlumatların  araşdırılması  göstərir  ki,  təhsillə 

mühacirətin  arasında  birbaşa  əlaqə  vardır.  Başqa  sözlə  desək,  təhsil  almış  adamlar 

başqalarına nisbətən mühacirətə daha çox maraq göstərirlər (1, s.57). 

III. İqtisadi  xüsusiyyətlər. Tarixən  mühacirlərin böyük bir qismini yoxsullar və 

əsasən  də  torpaqsız,  qeyri-fəal  kəndlilər,  kənd  təsərrüfatı  imkanlarına  malik 

olmayanlar  təşkil  etmişlər.  Amma  bu  gün  inkişaf  etməkdə  olan  ölkələrdə  yeni 

yaradılmış  sənaye  sahələrinin  inkişafı  nəticəsində  şəhərlərdə  mühacirlərin  maliyyə 


XX əsrin ortalarında İranda urbanizasiya prosesinin nəzəri təhlili 

383 


imkanları yüksəlir. Bu baxımdan adamlar daha çox gəlir gətirən peşə axtarmaq üçün 

şəhərlərdə  məskunlaşırlar.  Şəhərlərdə  fərqli  sosial  təbəqələrdən  olan  mühacirlərin 

əksəriyyəti kənddə yoxsulluq şəraitində yaşamış insanlar olmuşlar (4, s.59). 

Әhalinin  coğrafi  yerdəyişməsinin  sosial  inkişafa  təsir  etməsi  haqqında  ilk 

tədqiqat  işi  aparan  ingilis  iqtisadçı  alimi  Tomas  Maltus  olmuşdur.  O,  “İnsanlar 

arasında  nəsilartırma”  adlı  məqaləsində  göstərir  ki,  əhalinin  miqrasiyası  meyli  o 

qədər  artıracqdır  ki,  qida  məhsulları  insanların  gündən-günə  artan  ehtiyacını  qane 

etməyəcəkdir (5, s.60). Maltus inanırdı ki, əgər fəhlələrin əmək haqqı onların məişət 

tələbatlarını  tam  şəkildə  ödəyərsə  onlar  tez  evlənəcək  və  nəsil  artımı  olacaqdır. 

Lakin əhalinin artması ilə əlaqədar işçi qüvvəsinin tələbi də artacaqdır. Amma əks-

təsir  qanununa  görə  kənd  təsərrüfatı  sahəsində  geriləmə  müşahidə  olunacaq,  əmək 

haqqının  səviyyəsi  məişət  xərcləri  səviyyəsinə  enəcəkdir.  Maltusun  fikrincə,  bu 

proses uzun müddət davam edərsə, maddi nemətlər azalacaq, ölüm halları artacaq və 

bütün bunlar da əhalinin sayının azalmasına səbəb olacaqdır.  

Ümumiyyətlə,  Maltusa  görə  əhali  və  qida  məhsulları  həndəsi  silsilə  ilə 

artacaqdır. Qida məhsullarının istehsalı əsla əhali artımından çox olmayacaqdır. 

Maltusdan  sonra  məşhur  ingilis  iqtisadçısı  David  Rikardonun  iqtisadi  inkişaf 

nəzəriyyəsində  də  əhali  və  onun  inkişafı  diqqət  mərkəzinə  çəkilmişdir.  Rikardo 

Maltusun  əksinə  olaraq  modern  sənayedə  kapital  yığımını  inkişafın  mühərriki 

adlandırır.  Onun  baxışlarına  görə  kapital  da  zəhmət  haqqı  kimidir,  ona  əmtəə 

satılmamışdan  əvvəl  sərf  olunmuş  işçi  qüvvəsinə  ödəniş  və  tikililər,  əmək  alətləri 

almaq vasitəsi kimi tərif vermişdir (5, s. 60-62). 

Rikardo  bu  fikirdədir  ki,  sənaye  fəhlələrinə  verilən  minimum  əmək  haqqının 

dəyəri  kənd  təsərrüfatı  məhsullarının  qiymətindən  asılıdır.  Qeyri-məhsuldar 

sahələrin əkilməsinə tələb artır. Qida məhsullarının qiymətinin artması ilə fəhlələrin 

də əmək haqqı artmış olur. Modern iqtisadiyyatda kapital qoyuluşunun səmərəliliyi 

azalır,  modern  bazardan  mənfəətin  çıxması  nəticəsində  iqtisadi  inkişaf  prosesi  ilə 

dayanır.  Rikardonun  nəzəriyyəsində  kənd  təsərrüfatı  sahəsində  səmərəliliyin 

azalması modern sahədə inkişafın məhdudiyyəti kimi təqdim olunur. 

İqtisadçı  alim  Artur  Luis  əhalinin  hərəkətini,  yerdəyişməsini  və  mühacirətini 

nəzərə alan sosial-iqtisadi model təqdim etmişdir. Burada işçi qüvvəsinin mühacirəti 

məsələsi də araşdırılmışdır. Luis iqtisadiyyatı iki ənənəvi sahəyə – kənd təsərrüfatına 

və  modern  sənayeyə  (şəhər  sənayesi  istehsalı)  bölür.  Onun  modelinə  əsasən  kənd 

təsərrüfatı  sahəsində  son  istehsal  sıfır  və  şəhər  istehsalında  isə  sıfırdan  çox 

olacaqdır.  Nəticədə  kənd  əhalisinin  işçi  qüvvəsinin  şəhərlərə  mühacirəti  ənənəvi 


 Musa Bərati 

 

384 


istehsal sahəsində dəyişiklik yaradacaqdır və kənd təsərrüfatı məhsullarının istehsalı 

azalmayacaqdır.  Digər  tərəfdən  isə  ənənəvi  istehsal  sahəsində  olan  işçi  qüvvəsi 

modern  sahədə  çatışmayan  işçi  qüvvəsini  təmin  edəcəkdir.  Bununla  da  modern 

istehsal  sahəsində  səmərəlilik  dərəcəsi  azalacaqdır.  Sənayenin  inkişafı  və  yeni 

texnologiyanın  tətbiq  edilməsi  kənd  təsərrüfatının  inkişafına  səbəb  olacaqdır.  Bu 

yolla  ənənəvi  istehsal  sahəsi  ilə  modern  istehsal  sahəsi  arasında  ikitərəfli  əlaqə 

yaranacaqdır. Bununla əlaqədar olaraq Luis qeyd edirdi ki, modern sənaye sahəsində 

işçi qüvvəsinə ehtiyac duyularsa şəhərdəki zəhmət haqqına olan tələb də artacaqdır.  

Sonrakı  tədqiqatlar  göstərir  ki,  Luisin  fərziyyələri  həddən  artıq  sadə  və 

nikbindir. Luisin modeli şəhər işsizliyini şərh edə bilmir. O fərz edir ki, kənddən işçi 

qüvvəsinin  şəhərlərə  axını  işçi  qüvvəsinə  olan  tələbat  və  iqtisadi  inkişafla 

mütənasibdir.  Lakin  kapitalistlərin  artıq  mənfəət  əldə  etmək  məqsədilə  həyata 

keçirdikləri  kapital  qoyuluşu  nəticəsində  istehsal  artdıqca  işsizlik  də  artacaq  (5,  s. 

85). Luisin meyarları “inkişafa zidd artım” ola bilər.  

Maykl  Todaro  ikili  iqtisadi  meyarlara  əsasən  əhalinin  yerdəyişməsini  və 

mühacirətini  araşdırmışdır.  O,  öz  məqaləsində  (1969-cu  il)  Luisin  modelini  tənqid 

edir  və  öz  iqtisadi  modelini  təqdim  edir.  Bu  model  Harris  və  Todaro  tərəfindən 

inkişaf  etdirilmiş  “Harris-Todaro  modeli”  adı  ilə  məşhurdur.  O,  kənd  əhalisinin 

şəhərlərə mühacirətinin iki amilini – şəhərlə kənd arasında olan gəlirin fərqliliyini və 

bu  iki  məkanda  olan  işsizliyin  səviyyəsini  əsas  götürür.  Harris  və  Todaronun 

meyarlarında  fərz  olunur  ki,  müharicət  əqli  və  iqtisadi  bir  məsələdir.  Kənddə  və 

şəhərdə gözlənilən və həqiqi gəlirin fərqindən yaranır (3, s. 29) Başqa sözlə desək, 

Luisin  iddia  etdiyi  kimi  mühacirət  yalnız  şəhərdə  və  kəndə  olan  gəlirin  təsirindən 

yaranmır.  Әksinə  kənddə  və  şəhərdə  gözlənilən  gəlirin  fərqindən  yaranır  (6,  s.  3). 

Mühacirətin  ilk  təhlilçiləri  iş  qüvvəsinin  dəf  olunması  ilə  cəzb  olunması  arasında 

fərq  olduğunu  göstərmişlər  və  bu  fikirdə  idilər  ki,  kənd  əhalisinin  şəhərlərə 

mühacirəti şəhərlərdə müsbət, kəndlərdə mənfi dəyişikliklər yarada bilər. Harris və 

Todaronun  modelində  kəndlərdən  şəhərlərə  olan  urbanizasiya  amilləri 

birləşdirilmişdir.  Bu  zaman  şəhərlə  kənd  arasında  olan  zəhmət  haqqı  fərqi 

urbanizasiyanın  hərəkətverici  amili  kimi  nəzərdə  tutulur  (5,  s.  341).  Həqiqətdə  isə 

bəzi  şəhər  yerlərində  müşahidə  olunan  işsizlik  səviyyəsi,  eyni  zamanda,  onların 

yüksək  səviyyədə  mühacir  qəbul  etməsi  təsəvvürünü  gücləndirir.  Şəhərlə  kənd 

arasında gözlənilən zəhmət haqqı fərqi hətta işsizlik yüksək səviyyədə olduqda belə 

kəndlə şəhər arasında mühacirət amili ola bilər (Harris- Todaro modelinin şərhi) (3, 

s.63). 


XX əsrin ortalarında İranda urbanizasiya prosesinin nəzəri təhlili 

385 


Urbanizasiya modelində kənd  əhalisinin  şəhərlərə mühacirəti kənd yerlərindən 

şəhərlərə  doğru  hərəkət  edən  mühacirlərin  sayından  asılı  olur.  Kənd  əhalisinin 

şəhərlərə mühacirətinə aid olan dövr haqqında məlumatların zaman ölçüsünün əldə 

edilməsi  mümkün  olmadığından  urbanizasiya  haqqında  sosioloji  tədqiqatın 

aşağıdakı riyazi hesablamalarından istifadə olunur. 

M

t



=P

ut

-(1+ P



ut-1

)g. 


Burada M

t

 kənd əhalisinin şəhərlərə mühacirətinin miqdarı, P



ut

 cari ildə ölkədə 

şəhər  əhalisinin  miqdarı,  P

ut-1


  əvvəlki  ildə  şəhər  əhalisinin  miqdarı,  g  isə  ölkədə 

şəhər əhalisinin təbii artımını göstərir. 

Bu modeldə şəhər və kəndin əmək haqqı səviyyəsindən asılı olan mühacirətinin 

miqyasını  müəyyən  etmək  üçün  müvafiq  olaraq  (1)  və  (2)  əlaqələrindən  istifadə 

olunur. Şəhər yerlərində əmək haqları şəhərdə adambaşına düşən istehsaldan istifadə 

olunmaqla  (istehsal  sənaye  və  xidmət  sahəsində  istehsalın  məcmusu  ilə  nəzərdə 

tutulur), kənd yerlərində isə işçi qüvvəsinin səmərəliliyinin orta həddindən istifadə 

olunmaqla (kənd təsərrüfatı sahəsində kənd təsərrüfatı istehsalının dəyərinin əhaliyə 

olan nisbəti) təqribi şəkildə hesablanır. Burada (1) və (2) əlaqələrində Y

ut 


t ili ərzində 

şəhərdə  istehsalın  dəyəri,  P

ut 

t  ili  ərzində  şəhər  əhalisi,  Y



rt

  kənd  istehsalının  dəyəri 

(kənd təsərrüfatı istehsalının t ili ərzində dəyərinin müqabili) və P

rt

 t ili ərzində kənd 



əhalisinin miqdarıdır. 

Buna görə də deyilənləri nəzərə alaraq urbanizasiya modelini aşağıdakı formula 

ilə göstərmək olar. M

t

=(W



rt

-f(W


ut

)) 


Bu  modeldə  M

t

-t  zaman  müddətində  kənd  əhalisinin  şəhərlərə  mühacirətinin 



miqdarı,  f  işçi  qüvvəsinin  asılılığını,  W

ut 


şəhər  əmək  haqqı  miqdarını,  W

rt 


kənddə 

əmək  haqqının  miqdarını  göstərir.  Şəhər  yerlərində  işsizlik  mövcud  olduğu  üçün 

fərz olunur ki, şəhərdə gözlənilən əmək haqqı miqdarını kənd yerlərində olan əmək 

haqqı  miqdarı  ilə  müqayisə  etmək  olar.  Nəticədə  isə  şəhərdə  gözlənilən  əmək 

haqqının  miqdarını  kənd  yerlərindəki  əmək  haqqının  miqdarı  ilə  müqayisə  etmək 

olar.  Nəticədə  şəhərdə  gözlənilən  əmək  haqqı  miqdarı  həqiqi  əmək  haqqının 

miqdarının kofisenti iş tapmaq ehtimalının hasilini aşağıdakı kimi şərh etmək olar. 

Bu  əlaqədə  3  gözlənilən  əmək  haqqının  miqdarı  (şəhərlərdə)  və  P  isə  iş  tapmaq 

ehtimalıdır. Sadə bir üsulla P- iş tapmaq üçün 4 rabitəsindən istifadə olunur. Bu isə 

şəhər yerlərində işsizliklə məşğulluğun miqdarıdır. Nəticədə isə müəyyən bir zaman 

dövründə mühacirət üç amillə kəndlə şəhər əmək haqqı arasında ziddiyyət yaradır. 

Şəhər yerlərində məşğulluğun miqdarı və mühacirlərin yaranmış peşə imkanlarının 



 Musa Bərati 

 

386 


təsirindən asılıdır (5, s.341-342). Başqa sözlə desək, mühacirəti aşağıdakı kimi əks 

etdirmək olar:  

M

t

= W



rt

-hL


p

W

ut



Burada  h  kənd  mühacirlərinin  yeni  peşə  və  məşğulluq  imkanlarına  kəndin 

potensial  mühacirlərinin  əks-təsirinin  miqdarıdır.  Bu  modeldə  nəzərdə  tutulmuşdur 

ki,  zaman  W

rt

-dən  böyük  olarsa  onda  kənd  əhalisinin  şəhərlərə  mühacirəti  davam 



edəcəkdir. Bu proses o vaxtadək davam edəcəkdir ki, W

rt

 ilə bərabər olsun. Әgər W



rt

 

–dən  böyük olarsa  iş  axtaranlar  ümidsiz  qalıb  qayıdacaqlar.  O  cümlədən,  yuxarıda 



qeyd  olunan  modelin  xüsusiyyətlərindən  biri  odur  ki,  şəhərlərdə  əmək  haqqının 

artması  işsizliyin  artmasını  elə  zəruri  edir  ki,  yenidən  mötədillik  yaransın.  Başqa 

şərhlə  işçi  qüvvəsinə  olan  tələbin  artması  ya  hər  bir  başqa  amil  şəhər  yerlərində 

əmək  haqqının  artmasına,  şəhər  və  kənd  yerlərinin  əmək  haqqı  arasında 

ziddiyyətlərin  artmasına  səbəb  olacaqdır.  Bu  isə  işsizliyin  yaranmasına  gətirib 

çıxaracaqdır. Belə ki, şəhər yerlərində məşğulluq siyasətinin tətbiqi ilə eyni zamanda 

gəlirlərin  yaxınlaşmasına,  kənddə  məşğulluq  qarşısında  bərabər  imkanlar 

yaradılmamasına  səy  göstərilməməsi  ziddiyyətli  bir  mövqeyin  yaranması  ilə 

nəticələnə bilər. Bu isə şəhərlərdə məşğulluğun daha çox olmasına, yaxud şəhərlərdə 

işsizliyin çoxalmasına (hətta kəndlərdə belə) səbəb ola bilər (3, s. 495). 

Harris-Todaro modelinin şərhi eksperimental tədqiqatlarda aşağıdakı kimi tətbiq 

olunur.  Burada  qeyri-iqtisadi  amillər,  o  cümlədən  mühacirlərin  savad  dərəcəsi  də 

ona uyğunlaşmış olur.  

M

t



=f W

rt

, W



ut

, U


t

,fNF


y

Yuxarıdakıları  nəzərə  alaraq  son  modeli  aşağıdakı  kimi  şərh  etmək  olar.  Bu 



şərhdə dəyişikliklər aşağıdakılardan ibarətdir.  

M

t



= kənd əhalisinin kənddən şəhərlərə mühacirlət edənlərinin sayı 

W

ut



= şəhərdə əmək haqqı  

W

rt



= kənddə əmək haqqı 

E

t



=mühacirlərin savadının səviyyəsi (qeyri-iqtisadi bir dəyişiklik kimi) 

U

e



=şəhərdə məşğulluq dərəcəsi 

fNF


y

 şəhərdə rəsmi sahənin gəliri 

WR şəhərdə əmək haqqının kəndə nisbəti. 

Harris-Todaronun,  Luisin  və  başqa  klassik  mütəfəkkirlərin  nəzəriyyələrinə 

əsasən  inkişaf etməkdə olan  ölkələrin mühacirət prosesi ola  bilsin ki, kəndlə şəhər 

gəlirinin səviyyəsinin bərabər olması ilə bağlı mötədil bir model təqdim etmir. 



XX əsrin ortalarında İranda urbanizasiya prosesinin nəzəri təhlili 

387 


1985-ci ildə Uilyam Koul və Riçard Senderz “Üçüncü dünya ölkələrində daxili 

mühacirət  və  şəhər  işsizliyi”  adlı  məqalədə  Harris-Todaro  nəzəriyyəsini  tənqid 

edərək  göstərirlər  ki,  kənd  mühacirlərinin  modern  sənaye  sahəsində  iş  tapması 

mümkün deyil. Odur ki, onlar qeyri-rəsmi sahələrə meyl edirlər.  

Onlar  göstərmişlər  ki,  Harris-Todaro  nəzəriyyəsi  kənd  əhalisinin  şəhərlərə 

mühacirəti  zamanı  ümumi  bir  nəzəriyyə  ola  bilər.  Çünki,  bu  nəzəriyyə  yalnız  o 

mühacirlərə  aid  oluna  bilər  ki,  onlar  insan  kapitalını  (təhsil  və  kifayət  dərəcədə 

səriştəsi olan) təşkil etsinlər. Belə ki, mühacirlərin böyük bir hissəsi şəhərin iqtisadi 

sahəsinə münasib olan məharətlərə malik  deyillər. Harris-Todaro modelinin sosial-

fəlsəfi araşdırılması ilə bağlı başqa bir əhəmiyyət kəsb edən məsələ odur ki, gəlirdə 

olan  fərq  modeli  kimi  bu  meyarlar  və  başqa  analoji  meyarlar  mühacirət  haqqında 

qərar qəbul edilməsində təyinedici bir amil kimi göstərilir. Fəhlələr şəhərlərdə elə iş 

axtarmalıdırlar  ki,  onlar  daha  çox  gəlir  əldə  etsinlər.  Amma  bu  meyarlar  yalnız 

inkişaf  etmiş  ölkələrdə  mövcuddur.  Onlar  tam  məşğulluq  şəraitini  qəbul  edirlər. 

Halbuki,  inkişaf  etməkdə  olan  ölkələrin  cəmiyyətlərinin  xüsusiyyətləri  göstərir  ki, 

bu  ölkələr  işsizlik  problemləri  ilə  qarşılaşır  və  mühacirlər  qısa  bir  müddət  ərzində 

özləri  üçün  münasib  iş  tapa  bilmirlər.  Bu  səbəbdən  onlar  qeyri-rəsmi  sahələrdə 

çalışırlar.  Nəhayət,  hər  bir  fərd  mühacirət  haqqında  qərar  qəbul  etdikdə  işsizlik 

təhlükəsi ilə uğur arasında və şəhərlə kənd arasında olan həqiqi gəlir fərqi arasında 

mötədillik yaratmalıdırlar. 

Todaro  –  Harris  modelində  mühacirət  meyarlarının  aşağıda  şərh  olunan  əsas 

xüsusiyyətləri göstərilir: (3, s. 295 ) 

1.  Mühacirət  stimulu  əsasən  əqli  mülahizə,  nisbi  iqtisadi  xeyir  və  xərcə  görə 

yaranır.  Bu,  əsasən  maliyyə  məsələsi  olsa  da,  eyni  zamanda  sosial-psixoloji 

məsələdir.  

2.  Mühacirət  haqqında  qərar  qəbul  olunması  şəhərlə  kənddə  gözlənilən  həqiqi 

gəlir fərqindən asılıdır, onlar arasında həqiqi fərqdən asılı deyildir.  

3. Şəhərdə müəyyən iş tapmaq ehtimalı işsizlik səviyyəsi ilə qarşılıqlı əlaqəyə 

malikdir.  

4.  Şəhər  və  kənd  gəliri  arasında  ixtilaf  mövcud  olduqda  şəhərlərdə  məşğulluq 

imkanlarının artması nəinki mümkün olur, eyni zamanda məntiqi olur. 

 

 



 Musa Bərati 

 

388 


 

ӘDӘBİYYAT SİYAHISI 

 

1.  Zəncani  Həbibullah.  Mühacirət  və  şəhərətrafı  məskunlaşma  (əhali  inkişaf 

kitabı). Tehran, 1382 (2003) 

2. Vosuyi Mənsur. Kənd sosiologiyası. Tehran, 1384 (2005) 

3.  Torado  Maykl,  İnkişaf  etməkdə  olan  ölkələrdə  daxili  mühacirət.  Әmək  və 

İctimai təminat komitəsi. (M. Sərmədinin və P. Rəisfərdin tərcüməsi). Tehran, 1367 

(1988)  

4.  Sərrafi.  İranda  qeyri-rəsmi  məskunlaşmaya  təsir  edən  amillərin  təhlili. 

Tehran, 1381 (2002), s.6 

5. Gilis. Tehran, 1385 (2006) 

6. İbadi. Tehran, 1376 (1997) 

 

 



XX əsrin ortalarında İranda urbanizasiya prosesinin nəzəri təhlili 

389 


 

РЕЗЮМЕ 

 

ТЕОРЕТИЧЕСКИЙ АНАЛИЗ УРБАНИЗАЦИОННОГО ПРОЦЕССА В  

ИРАНЕ В СЕРЕДИНЕ XX ВЕКА 

 

В Иране экономические, общественные, политические и социокультурные 



факторы  являются  главными  причинами  урбанизации.  Эти  причины 

принимаются  важными  условиями  внутренной  миграции.  Город  притягивает 

рабочими  местами,  высокой  зарплатой,  образовательными,  медицинскими 

возможностями,  свободными  выборами  ценностей  и  т.д.  и  стимулирует 

внутренную миграцию. 

 

 



 

SUMMARY 

 

THEORETICAL ANALYSIS OF URBANIZATION PROCESSES IN 

IRAN IN THE MIDDLE OF THE XX CENTURY 

 

The theoretical analysis of urbanizatsionny process in Iran in the middle of the 



XX century. In Iran economic, public, political, cultural factors are the main reasons 

of an urbanization. These reasons are accepted by important conditions of vnutrenny 

migration.  In  this  process  the  important  role  belongs  prityagyaniya  of  the  city  and 

pushing away of the village. The city attracts workplaces, a high salary, educational, 

medical  opportunities,  free  elections  of  values,  etc.  and  stimulates  vnutrenny 

migration. 

 

 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin