İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   28   29   30   31   32   33   34   35   36

 

 

 Müslüm Nəzərov 

 

370 


 

ӘDӘBİYYAT 

 

1.

 



Абдеев  Р.Ф.  Философия  информационной  цивилизации.  —  М.: 

Издательский центр "Академия", 1994.-210 с.  

2.

 

Андреев  В.Н.  Информация  и  моделирование  в  управлении 



производством. – Л., 1985. 

3.

 



Бир Ст. Кибернетика и управление производством. – М., 1963.  

4.

 



Большой экономический словарь. – М., 1994.  

5.

 



Винер Н. Творец и Будущее/ Пер с англ. -М.:ООО «изд. ACT», 2003. - 

732 с. 


6.

 

Иноземцев  В.Л.Современное  постиндустриальное  общество:  природа, 



против-оречия,  перспективы.  Учебное  пособие  для  студентов  вузов.  -М.: 

Логос, 2000. -304 с.  

7.

 

Лопатников  Л.  И.Популярный  экономико-математический  словарь.  –



М., 1979.  

8.

 



Каган М.С. Мир общения: Проблема межсубъектных отношений. – М.: 

Политиздат, 1988. – 319 с.  

9.

 

Негодаев  И.А.  Естественный  и  искусственный  интеллекты  //Научная 



мысль Кавказа. – Ростов-на-Дону, 1998. - №1. 

10.


 

 Новейший философский словарь-изд. 2-е.-Минск: «Интерпрессервис», 

2001.  

11.


 

 Урсул  А.Д.  Путь  в  ноосферу  (концепция  выживания  и  устойчивого 

развития цивилизации) - М.: Луч, 1993. - 240 с. 

12.


 

 Уэбстер,  Ф.  Теории  информационного  общества  /Пер.  с  англ.  -  М.: 

Аспект Пресс, 2004. -400с. 

13.


 

 Шеннон,  К.Работы  по  теории  информации  и  кибернетике.  М.:  ИИЛ, 

1963. 210с.  

14.


 

 Эрроу,  К.  Информация  и  экономическое  поведение  //  Вопросы 

экономики. - 1995. -№ 5. - c. 100-103. 

 

 


Cəmiyyətdə informasiyanın rolunun araşdırılmasının nəzəri-metodoloji aspektləri 

371 


 

XÜLASӘ 

 

CӘMİYYӘTDӘ İNFORMASİYANIN ROLUNUN  

ARAŞDIRILMASININ NӘZӘRİ-METODOLOJİ ASPEKTLӘRİ 

 

Məqalədə  cəmiyyətdə  informasiyanın  rolunun  araşdırılmasının  nəzəri-metodo-



loji  aspektlərinəzərdən  keçirilir, postsənaye cəmiyyətin  strateji resursu  olan “infor-

masiya” anlayışına mövcud yanaşmalar təhlil olunur, “informasiya” və “bilik” anla-

yışlarının oxşar və fərqli cəhətləri göstərilir, postsənaye cəmiyyətdə informasiya və 

bilyin yeri və rolu qiymətləndirilir.  

 

SUMMARY 

 

THEORETICAL AND METHODOLOGICAL ASPECTS OF  



STUDYING THE ROLE OF INFORMATION IN SOCIETY 

 

In  the  article  the  theoretical-methodological  aspects  of  studying  the  role  of 

information  in  society,  analyzes  the  existing  approaches  to  the  concept  of 

"information"  as a strategic resource of the postindustrial society, are common and 

distinctive  features  of  the  concepts  "information"  and  "knowledge",  provides  an 

assessment  of  the  place  and  role  of  knowledge  and  information  in  postindustrial 

society. 

  

РЕЗЮМЕ 

 

TЕОРЕТИКО-МЕТОДОЛОГИЧЕСКИЕ АСПЕКТЫ ИЗУЧЕНИЯ РОЛИ 

ИНФОРМАЦИИ В ОБЩЕСТВЕ 

 

В статье рассматриваются теоретико-методологические аспекты изучения 



роли  информации  в  обществе,  анализируются  существующие  подходы  к 

понятию  «инфор-мации»  как  стратегическому  ресурсу  постиндустриального 

общества, приводятся об-щие и отличительные черты понятий «информация» 

и  «знания»,  дается  оценка  места  и  роли  знания  и  информации  в 

постиндустриальном обществе.  


Ekstremal şəraitdə sosial işin xüsusiyyətləri və milli təcrübə 

373 


 

 

EKSTREMAL ŞӘRAİTDӘ SOSİAL İŞİN XÜSUSİYYӘTLӘRİ  



VӘ MİLLİ TӘCRÜBӘ 

 

Rabil Zəkulla oğlu Mehtiyev, 

fəlsəfə üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universitetinin  

“Sosiologiya” kafedrasının müəllimi 

 

 



Açar sözlər:  ekstremal  şərait,  sosial iş, sosial texnologiya, reinteqrasiya,  peşə 

etikası 

Ключевые  слова: экстремальный случай, социальная  работа,  социальная 

технология, 

реинтеграция, 

профессиональная 

этика, 

социальное 

благосостояние 

Keywords: the case, social work, social technology, reintegration, professional 

ethics, social welfare are extreme. 

 

Sosial  işin  respublikamızda  bir  peşə  kimi  təşəkkülü  metodoloji  baxımdan  bir 



sıra məsələlərin nəzərdən keçirilməsini zərurətə çevirir. Bu onunla şərtlənir ki, sosial 

iş  əhalinin  yoxsul,  xüsusi  köməyə  ehtiyacı  olan  təbəqəsinin  maraqlarını  müdafiə 

etmək və sosial rifahını yüksəltmək məqsədini hədəf götürən və bundan irəli gələrək 

ixtisaslaşmış  proqramlar  və  adekvat  siyasət  həyata  keçirən  fəaliyyət  sferasıdır  və 

ölkəmiz üçün postsovet dövrünün yeni fəaliyyət sahəsi kimi xarakterizə olunur. Bu 

xüsusda  bir  yanaşmaya  diqqət  yetirək:  Sosial  işin  müxtəlif  növlərinin  yaranması 

əsasən  ölkənin  inkişafının  mədəni  və  milli  xüsusiyyətləri  ilə  şərtlənir.  Bura  eyni 

zamanda  müxtəlif  sosial  institutların  qarşılıqlı  əlaqəsi,  ictimai  düşüncənin, 

mədəniyyətin, elmin və təhsilin inkişaf səviyyəsi də təsir edir. Artıq bu sahədə əldə 

edilən təcrübələrin nəticəsində hər bir sosial fəaliyyətin növləri üzrə olan şərtlər də 

konkretləşdiriləcəkdir.  Bura  müxtəlif  sahələr  (respublika  səviyyəsindən  yerli 

səviyyəyə kimi), o cümlədən, siyasi, iqtisadi,  sosial-psixoloji və etnik-milli sahələr 

də daxildir. Müvafiq halda sosial institutlara və sosial işin reallaşdırma metoduna bir 

vasitə kimi baxmaq lazımdır.(7.səh 93). 



 Rabil Zəkulla oğlu Mehtiyev 

 

374 


Sosial işin sosiumdakı münasibətlər sistemində statusunu səciyyələndirən digər 

bir fikirdə deyilir: “Sosial iş üç səviyyədə tətbiq olunur və bunlar makro, mezzo və 

mikro səviyyələrdir. Makro səviyyədə sosial işçilər siуasətlərin, proqramların və ya 

xidmətlərin  təşkil  olunması  və  tərtib  olunması  ilə  məşğul  olurlar.  Eyni  zamanda 

makro səviyyədə sosial işçilər həm də lobbiçilik və siyasi fəaliyyət ilə də məşğul ola 

bilərlər. Mezzo səviyyədə çalışan sosial işçilər təşkilatların rəhbərliyi və idarəetməsi 

ilə məşğul ola bilərlər. Onlar eyni zamanda həm də yeni xidmətlərin yaranması üçün 

layihələr tərtib edib idarə edə bilərlər. Mikro səviyyədə çalışan sosial işçilər isə çətin 

həyat  şəraitində  olan  insanlarla,  ailə  və  qruplarla  birbaşa  işləyirlər.  Bu  səviyyəyə 

həm  də  kliniki  sosial  iş  deyilir.  Mikro  səviyyədə  sosial  işçilər  daha  çox  keys 

menecment, məsləhət vermə və konsultasiya metodlarından istifadə edirlər.” (1) 

Praktik  fəaliyyət  baxımından  sosial  işçilər  bir  sıra  ixtisaslara  bölünürlər  ki, 

bunlardan sosial pedaqoq, sosial hüquqşünas, valeoloq, sosial animator, qerontoloq, 

tibbi  sosial  işçi,  icmada  və  kənddə  sosial  işçi,  ekstremal  vəziyyətlərdə  sosial  işçi, 

risk  qrupları  üzrə  sosial  işçilər  və  s.  qeyd  edilə  bilər.  Bu  məqalədə  ekstremal 

vəziyyətlərdə sosial işin xüsusiyyətlərini nəzərdən keçirəcəyik. 

Mikrosəviyyədə  sosial  iş  insanların  faciələri,onların  dramatik  yaşantıları  ilə 

məşğul  olmağı,  onlara  öz  həyat  prioritetlərini  müəyyənləşdirməyə  kömək  etməyi 

ehtiva edir. Bu zaman cari problemin həlli heç də son hədəf deyil, zərərçəkənin psixi 

və  sosial  reinteqrasiyası  sosial  işçilər  üçün  əsas  qayə  və  xidməti  borc  olmalıdır. 

Sosiallaşmanın  yeni  pilləsində  olanlar  üçün  isə  bu  faktor  həm  də  özünütəşkilin 

determinantıdır.  Belə  ki,  ekstremal  situasiyalar  ilə  qarşılaşan  insanlar  onlara  təklif 

olunan köməyi və məsləhəti heç də həmişə birmənalı qəbul etmirlər.Bir sıra hallarda 

ya  tamamilə  imtina  edir  və  ya  köməyi  müəyyən  formada  və  şərtlərlə  qəbul 

edir,yaxud da lazımi tələblərə cavab vermədiyini bildirirlər. Bu zaman onların şərəf 

və  heysiyyətinin  qorunması  ümdədir.  Nəzərə  alınmalıdır  ki,  bəzi  insanlar  çətin 

şərtlər daxilində belə hansısa təsisatlardan yardım edilməsini həzm edə bilmirlər. 

Hazırkı  mərhələdə  insanlar  üçün  risk  səviyyəsinin  artması,  fövqəladə  hallar, 

müxtəlif mənşəli fəlakətlərin (təbii, texnoloji və s) çoxalması onların nəticələrindən 

insanların qorunmasını zəruri edir. Sosioloji aspektdə ekstremal şərait dedikdə insan 

fəaliyyəti  üçün  qeyri-adekvat,  onun  psixo-fizioloji  durumunun  hazır  olmadığı 

vəziyyət başa düşülür. 

Rusiya  tədqiqatçısı  İ.Plyuş  ekstremal  şəraitlərdə  sosial  işçilərin  nəzərə  almalı 

olduqları  faktorları  belə  qruplaşdırır:  “fəlakətin  ilkin  nəticələrinin  yaratdığı 

situasiyanın  hüquqi  nəticələri;  bu  halların  psixoloji  aspektləri;  ekstremal  şəraitdə 


Ekstremal şəraitdə sosial işin xüsusiyyətləri və milli təcrübə 

375 


insan  davranışın  xüsusiyyətləri;  zəruri  tədbirlərin  təşkili,  mənəvi-psixoloji  iqlimi 

tənzimləyəcək  formatın  nəzərə  alınması.  Eləcə  də  ekstremal  təsirə  məruz  qalan 

insana köməyin növlərinin müəyyən edilməsi”. (2,37) 

Müasir  mərhələdə  postsovet  məkanı  təcrübəsində  qaçqın  və  məcburi 

köçkünlərin,  habelə  miqrantların  da  ekstremal  situasiyada  olan  insan  qrupu  kimi 

nəzərdən keçirilməsinə dair yanaşmalar vardır. Burada irəli sürülən əsas meyarlar bu 

qəbildən olanların yeniləşən situasiyaya reinteqrasiyası, psixoloji baryerlərin aradan 

qaldırılması,  tolerantlıq  prinsipinin  işləkliyidir.  Bu  konteksdə  Azərbaycanın  sosial 

işçilərinin də üzərinə düşən vəzifələr öz differensiallığı ilə fərqlənir. 

Qaçqın və məcburi köçkünlər, habelə miqrantlar ilə işləyən sosial işçilər dövlət 

və bu qəbildən olan şəxslər arasında vasitə rolunu daşımaqla həm də etimad mühitini 

formalaşdırırlar.  Başqa  sözlə,  bu  qruplara  daxil  olan  insanlar  dövləti  sosial  işçidə 

“görürlər”.  Bu  konteksdən  yanaşdıqda  fikrimizi  sosioloq  M.İlinin  fikirləri 

tamamlayır:  “Sosial  işçilər  qaçqın  və  miqrantlara  ayrılan  dövlət  vəsaitlərinin 

səmərəli bölgüsü və ünvanlılığında birbaşa məsuldurlar. Eyni zamanda miqrantların 

və  qaçqınların  ölkənin  sosial-iqtisadi  rayonlarının  imkanlarına  görə  yerləşdirilməsi 

üçün sosial işçilər təşəbbüskarlıq göstərməlidirlər”.(3) 

Razılaşmaq olar ki, milli təcrübədə qaçqın və məcburi köçkünlərin yeni şəraitə 

adaptasiyası  baxımından  əsas  məsələlər  həllini  tapmışdır  və  Dağlıq  Qarabağ 

münaqişəsinin uzun müddət davam etməsi ilə əlaqədar bir sıra məsələlərin sistemli 

və spontan həllinə nail olunmuşdur.Bununla paralel miqrantlarla iş sahəsində hələ də 

aktual vəzifələr qalır və bu tendensiya davamlıdır. Xüsusən etnik azərbaycanlıların 

ölkəyə  miqrasiyası  ilə  bağlı  sosio-mədəni  aspektdə  özünü  biruzə  verən 

tendensiyaların sosial iş baxımından həllində spesifiklik nəzəçarpandır. Qaçqınlar və 

miqrantların  gəldikləri  cəmiyyətdə  ekstremal  situasiyada  olmasını  səciyyələndirən 

bir  yanaşma  belədir:  “Qaçqınlar  və  miqrantlar  məskunlaşdıqları  yerdən  və  yaşayış 

vasitələrindən  məhrum  olmaqla  sosial  riskə  məruz  qalıblar.  Bu  kateqoriyadan  olan 

insanlarla  sosial  işin  başlıca  xüsusiyyəti  onlara  reinteqrasiya  üçün  yardımın 

göstərilməsidir.  Bu  zaman  yerli  əhali  ilə  aparılmalı  olan  ksenofobiyanın 

profilaktikası işi vacib əhəmiyyət kəsb edir.” (4) 

Rusiya Federasiyası Tver Dövlət Universitetinin Pedaqogika, sosial iş və sosial 

psixologiya  kafedrasının  ”Ekstremal  situasiyalarda  sosial  iş”  fənni  üzrə  işçi 

proqramında  sosial  işçilərin  analoji  vəziyyətlərdə  yiyələnməli  olduqları  bacarıqlar 

belə ümumiləşdirilir: 



 Rabil Zəkulla oğlu Mehtiyev 

 

376 


–  Ekstremal  və  böhran  şəraitində  zərərçəkənlərə  kömək  göstərilməsi  üçün 

psixososial işin texnologiyasını layihələndirmək və tətbiq etmək: 

– Yardıma ehtiyacı olanların psixoloji xüsusiyyətlərin diaqnoztikası: 

–  Böhran  şəraitində  insanlarla  onların  yaş,  sosial  status,  cins  xüsusiyyətlərini 

nəzərə alaraq qarşılıqlı münasibət qurmaq. (5,12) 

Ekstremal  şəraitlərdə  sosial  işçilərin  qarşılaşdıqları  çətinliklər  onlarda  bir  sıra 

peşə  keyfiyyətlərinin  formalaşmasını  labüd  edir.  Bunlara  əsasən  aşağıdakıları  aid 

etmək  olar:  idraki,  təşkilati,informativ  yanaşma,  hərəkət  fəallığı,  dözümlü  və 

səbrlilik,  təşəbbüskarlıq,  humanizm,  insanlarla  ünsiyyət,  öz  işinə  vurğunluq  və 

sadiqlik.  Bu  xüsusda  sosial  işçilərin  etik  rəftarı  yeni  məzmun  alır.  Başqa  ifadə  ilə 

desək  ekstremal  şəraitlərdən  əziyyət  çəkənlərə  münasibətdə  reinteqrasiya  planının 

hazırlanması  sosial  işçilərin  qarşısında  duran  ən  vacib  peşə  tələbi  və  mütəxəssis 

məsuliyyətidir.  Bu  istiqamətdə  görülməli  olan  ən  təxirəsalınmaz  iş  hər  bir 

zərərçəkmişə  fərdi  reinteqrasiya  planının  tərtib  olunmasıdır.  Belə  plan  özündə 

əsasən üç istiqaməti ehtiva etməklə fərdin hərtərəfli reabilitasiyasına hesablanır. Bu 

istiqamətləri belə qruplaşdırmaq olar: 

Psixoloji-bu  zərərçəkmişin  hadisələrə  yanaşmasındakı  şüuraltı  və  emosional 

aspektləri  əhatə  etməklə  onun  şəxsi  keyfiyyətlərinin  çətin  həyat  şərtlərinə 

uyğunlaşmasını səciyyələndirir. 

Sosial  aspekt-burada  zərərçəkənin  ictimai  mühitə  qoşulmasını  təmin  edə  bilən 

amillər başa düşülməlidir ki, bu da yeni sosial statusa alışmanı səciyyələndirir. 

Digər  istiqamət  mədəni  reinteqrasiyadır  ki,  bu  zərərçəkənin  mədəni  dəyərlərə 

münasibətində baş verən təbəddülatları əks etdirir. 

Müasir  mərhələdə  informasiyanın  sosial  proseslərdə  rolunun  artmasının  sosial 

işçilərin qarşısında qoyduğu yeni vəzifələrdən biri də zərərçəkənlərin problemlərinin 

cəmiyyətə  çatdırılmasının  xüsusi  aktuallıq  kəsb  etməsidir.  Belə  ki, 

informasiyalaşdırma  əhalinin  müxtəlif  təbəqələrinin  zərərçəkənlərin  problemlərinə 

diqqətini  cəlb  etməklə  qarşılıqlı  rəğbətləndirmə  hissi  aşılaya  bilər.  Bu  konteksdə 

sosial  işçilərin  kütləvi  informasiya  vasitələri  ilə  əməkdaşlığının  partnyorluq 

müstəvisinə transformasiyası haqda danışmaq daha düzgün olardı. Bu istiqamətlərin 

təmin edilməsi zərərçəkənin disfunksiyalılığını neytrallaşdırmaqla onun cəmiyyətdə 

müvafiq  sosial  statusunu  bərpa  etməyə,  miqrantlar  və  qaçqınların  təcrübəsində  isə 

belə statusu əldə etməyə imkan yaradardı. 

Sadalanan  faktorların ümumi  səciyyəsi deməyə əsas  yaradır  ki,  sosial işçilərin 

ekstremal şəraitlə üzləşmiş insanlarla işinin peşə xüsusiyyətləri dövrün tələblərindən 


Ekstremal şəraitdə sosial işin xüsusiyyətləri və milli təcrübə 

377 


irəli  gələrək  daim  yeniləşən  vəzifələrlə  üzləşir.  Bu  yenilikləri  işində  nəzərə  almaq 

sosial işçilərin perspektivdə praktik fəaliyyət sahəsində ixtisaslaşan peşə qrupu kimi 

qalmayacağını,  differensiallaşmış  sosial  funksiyalar  daşıyan  mütəxəssislər  kimi 

nüfuz qazanacağını təxmin etməyə əsas yaradır. 

Nəzərə  alınmalıdır  ki,  ekstremallıq  streslə  zəngindir.  Bu  baxımdan  sosial 

işçilərin  psixoloq kimi funksiya daşıması daha əlahiddə  özünü  biruzə verir.Hazırki 

dövrdədə  elmi  biliyin,  bütövlükdə  cəmiyyətin  inkişafı  həyat  tsikllərinin 

dəyişilməsini,  xüsusilə  fərdlərin  və  qrupların  həyatlarının  mühafizə  forma  və 

mexanizmlərinin  məqsədyönlü  və  sistemli  öyrənilməsini  zərurətə  çevirir.  Sosial  iş 

bir  elmi  istiqamət  kimi  fərdlərin  və  qrupların  həyat  qüvvələri  ilə  müxtəlif  sosial 

situasiyalarda onların reallaşmasının uyğunluğu imkanlarını öyrənir.(6) 

Sosial işçilərin eksremal situasiya ilə üzləşmiş insanlara yardımçı olmağa sosial 

texnologiyalar vasitəsi ilə  nail  olurlar ki, belə texnologiyaların işlənib hazırlanması 

bir sıra məziyyətlərin nəzərə alınmasını zərurətə çevirir. Bu praktikada daha optimal 

üsulların  seçilməsini  ehtiva  edir.  Bura  prosesin  formalaşdırılması,  ona 

məqsədyönümlülük  verilməsi,  optimallaşdırılması,  davamlılığının  təminatı  və  ən 

başlıcası özünütənzimetmə mexanizminin yaradılması daxildir. Yalnız qeyd olunan 

faktorların  nəzərə  alınması  nəticəsində  sosial  işçilərin  öz  fəaliyyətində  real  ictimai 

əhəmiyyət kəsb edən fəaliyyəti təmin olunur. 

Beləliklə,qeyd edilənlərin yekunu olaraq belə bir nəticəyə gəlmək olar ki, sosial 

iş  ixtisası  beynəlxalq  səviyyədə,  o  cümlədən  və  ələxsus  Azərbaycanda  bir  çox 

məzmun  dəyişikliyinə  uğrayaraq  mütəmadi  olaraq  təkmilləşir.  Habelə,  nəzərə 

alınmalıdır  ki,  yalnız  praktiki  planda  deyil,  eyni  zamanda  metodoloji-konseptual 

aspektdə  də  həllini  ğözləyən  vəzifələr  qalmaqdadır.  Milli  təcrübədə  belə 

dəyişikliklərə adaptasiya olunmaqla yanaşı, yerli kadrların səriştəliliyinin artırılması, 

habelə bu istiqamətdə konseptual məsələlərin həlli üçün ümumelmi səylərə ehtiyac 

vardır. 

 

 



 Rabil Zəkulla oğlu Mehtiyev 

 

378 


 

ӘDӘBİYYAT 

 

1. Hüseynli A.Sosial iş nədir və sosial işçilər kimlərdir? http://azswu.org/az 

2.  Плющ  И.В.  Социальная  работа  в  чрезвычайных  ситуациях:  учебно-

методический  комплекс  дисциплины  по  специальности  35.05.00  – 

«Социальная работа» / Краснояр. гос. ун-т. - Красноярск: ЮИ КрасГУ, 2005. - 

103 с. 


3.  Ильина  М.С.Социальная  работа  с  беженцами  и  вынужденными 

переселенцами.V Международная электронная научная конференция. 2013. 

4. http://social-orthodox.info/5_10.htm 

5. Рабочая программа по дисциплине социальная работа в экстремальных 

ситуациях. Твер. 2013.14 səhifə. 

6.  Теория  и  методология  социальной  работы:  Учеб.пособие  /  С.И. 

Григорьев, Л.Г. Гуслякова, В.А. Ельчанинов и др.; Под ред. С.И. Григорьева; 

Ин-т "Открытое общество". - М.: Наука, 1994. - 185 с. 

7. G.Q.Məlikli. Sosial problemlərin öyrənilməsi və nəzəri-metodoloji aspektləri. 

№4. Sosial-siyasi elmlər seriyası 2012.Bakı Universitetinin xəbərləri. 

 

 

 



Ekstremal şəraitdə sosial işin xüsusiyyətləri və milli təcrübə 

379 


 

XÜLASӘ 

 

Sosial işçilərin ekstremal şəraitlə üzləşmiş insanlarla işinin peşə xüsusiyyətləri 



müasir  mərhələdə  yeniləşən  vəzifələrlə  xarakterizə  olunur.  Bunun  nəticəsidir  ki, 

sosial iş bir peşə olaraq beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda mütəmadi 

olaraq  təkmilləşir.  Milli  təcrübədə  bu  dəyişikliklərə  adaptasiya  olunmaq  yerli 

kadrların səriştəliliyinin artırılmasına, habelə bu istiqamətdə konseptual məsələlərin 

həlli  üçün  ümumelmi  səylərə  zərurət  yaradır.  Belə  ki,  sosial  iş  əhalinin  xüsusi 

qayğıya  ehtiyacı  olan  hissəsinin  maraqlarını  müdafiə  etmək  və  sosial  rifahını 

yüksəltmək  məqsədini  hədəf  götürən  və  bundan  irəli  gələrək  ixtisaslaşmış 

proqramlar  və  adekvat  siyasət  həyata  keçirən  fəaliyyət  sferası  olmaqla  Azərbay-

canda yeni təşəkkül tapır. 

 

 



РЕЗЮМЕ 

 

СОЦИАЛЬНАЯ РАБОТА В ЭКСТРЕМАЛЬНЫХ УСЛОВИЯХ И 



НАЦИОНАЛЬНАЯ ПРАКТИКА 

 

Профессиональные  особенности  работы  социальных  работников  с 



людьми, столкнувшимися с экстремальными случаями в современный период 

характеризуются новыми должностями. В результате этого социальная работа 

постоянно квалифицируется как профессия как на международном уровне, так 

и в Азербайджане. Национальная практика содействует к процессу адаптации, 

повышает  компетентность  местных  кадров,  а  также  создает  необходимость 

общенаучных  попыток  для  решения  концептуальных  задач  в  этом 

направлении.  Так  что  социальная  работа  служит  для  защиты  интересов 

специальных слоев населения с особыми потребностями и целенаправлена на 

повышении  социального  благосостояния  людей,  и  исходя  из  этого,  будучи 

сферой  деятельности  специализированных  программ  и  проводящая 

адекватную политику формируется только в Азербайджане. 

 

 



 

 


 Rabil Zəkulla oğlu Mehtiyev 

 

380 


 

SUMMARY 

 

FEATURES OF SOCIAL WORK IN EXTREME CASES AND  

NATIONAL PRACTICE 

 

Professional  features  of  work  of  social  workers  with  the  people  who  faced 



extreme  cases  during  the  modern  period  it  is  characterized  by  new  positions.  As  a 

result of it social work is constantly qualified as a profession as at the international 

level and also in Azerbaijan. National practice promotes adaptation to these changes, 

increases  competence  of  local  shots,  and  also  creates  need  of  general  scientific 

attempts for the solution of conceptual tasks in this direction. So social work serves 

for  protection  of  interests  of  special  segments  of  the  population  with  special  needs 

and  is  purposeful  on  increase  of  social  welfare  of  people  and  proceeding  from  it, 

being a field of activity of specialized programs and pursuing adequate policy only 

is formed in Azerbaijan. 

 

 



 

XX əsrin ortalarında İranda urbanizasiya prosesinin nəzəri təhlili 

381 


 

Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin