İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   28   29   30   31   32   33   34   35   36

 

 

Mültikulturalizm: dinlərarası münasibətlərin perspektivləri 

361 


 

ӘDӘBİYYAT SİYAHISI 

 

1.  Бернард  Л.  Ислам  и  Запад.  Москва:  Библ.-богосл.  ин-т  св.  Апостола 



Андрея, 2003, 317 с. 

2.  İlham  Məmmədzadə.  Bir  daha  fəlsəfə  haqqında.  Müasir  yanaşmalar. 

Təmayüllər. Perspektivlər. Bakı, “Təknur”, 2012, 216 s. 

3.  K.Yaspers.  Tarixin  mənası  və  təyinatı.  Bakı,  “Zəkioğlu”  nəşriyyatı,  2008, 

764 s. 

4.  Хантингтон  С.  Столкновение  цивилизаций.  Пер.  с  англ.  Т.Велимеева, 



Москва: АСТ, 2006, 571 с. 

5.  H.B.Hüseynov.  Şərq-Qərb  münasibətlərində  qloballaşma:  ideoloji-siyası 

anlamında. Bakı, “Təknur”, 2008, 333.  

6. S.Hüseynov. “Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik”. 

Bakı, “Təknur”, 2012, 176, s. 

7. Ş.Ә.Zeynalov. Sivilizasiyalararası münasibətlər: problemlər və perspektivlər. 

Bakı: Oğuz Eli nəşriyyatı, 2014, 240, s. 

8. Dövlət və Din jurnalı. № 7 (36) İYUL 2015 

 

 


 Şölət Əlövsət oğlu Zeynalov 

 

362 


 

XÜLASӘ 

 

Müəllif məqalədə dövrümüz və tarix üçün ən həssas və mübahisəli sayılan bir 

problemə  –  dinlərarası  münasibətlərə  toxunmuşdur.  O,  məqalədə  dinlərarası 

dialoqların  vacibliyini  qeyd  etməklə  yanaşı  onun  sivilizasiyalararası  bir  problem 

kimi  dərk  edilməsini  də  vacib  şərt  kimi  göstərməyə  cəhd  etmişdir.  Həmçinin 

məqalədə  humanizm,  tolerantlıq  və  ən  başlıcası  multikulturalizm  platformasının 

müasir  ziddiyyətlərdə  olan  Şərq-Qərb  problematikası  və  dünya  üçün  son  dərəcədə 

vacibliyi diqqətə çatdırılır. 

 

 

РЕЗЮМЕ 



 

Данная  статья  посвящена  проблеме  межрелигиозного  диалога,  что 

является  актуальной  проблемой  современности.  Эта  проблема  является 

важнейшей  составной  частью  межцивилизационного  диалога,  что  также 

актуализирует  важность  исследований  в  этой  области.  Пропаганда  таких 

ценностей,  как  гуманизм,  толерантность  и  мультикультурализм  может 

служить  надежной  защитой  в  ликвидации  конфликтов  между  Востоком  и 

Западом в современную эпоху.  



 

 

SUMMARY 

 

The author investigated problem of interreligious releatioship which accepted as 

the  most  sensitive  and  controversial  for  our  history  and  period.  He  emphasized 

significant  of  interreligious  diolog,  also  he  accepted  its  consedriration  as  a 

intercivilizational  problem.  Moreover,  in  this  article  given  attention  to  The  East-

West  problematics  and  significancy  of  modern  contradictions  of  humanism, 

toleration and mainly multiculturalism platform. 

  

Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı 

Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-

14/14/5


Cəmiyyətdə informasiyanın rolunun araşdırılmasının nəzəri-metodoloji aspektləri 

363 


 

 

CӘMİYYӘTDӘ İNFORMASİYANIN ROLUNUN  



ARAŞDIRILMASININ NӘZӘRİ-METODOLOJİ ASPEKTLӘRİ 

 

Müslüm Nəzərov 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

  

Açar sözlər: informasiya, bilik, postsənaye cəmiyyət, biliklər iqtisadiyyatı, resurs.  

Keywords: information, knowledge, postindustrial society, knowledge economy, 

resource. 

Ключевые  слова:  информация,  знание,  постиндустриальное  общество, 

экономика знаний, ресурс. 

 

Yaşadığımızı  postindustrial  cəmiyyəti  əsas  sosial-mədəni  dəyərlər  olaraq  bilik 



və  informasiyaya  köklənir.  Informasiya  texnologiyalarının  geniş  tətbiqi  dövlət, 

cəmiyyət və şəxsiyyətin səmərəli inkişafı üçün yeni, unikal imkanlar açmışdır. Eyni 

zamanda  mədəniyyətin  yeni  forması  –  informasiya  mədəniyyəti  təşəkkül  tapıb 

inkişaf  etməkdədir.  Cəmiyyətin  informasiya  zənginliyi,  insanlar  arasında  qarşılıqlı 

informasiya  təsirlərinin  güclənməsi  müasir  cəmiyyətdə  informasiyanın  rolunun  öy-

rənilməsini tələb edir.  

 Düzdür,  cəmiyyət  yarandığı  andan  insanlar  qarşılıqlı  informasiya  təsirlərin-

dədirlər. Deməli, informasiya ən qədim sosial hadisələrdəndir. Lakin məhz  bu gün 

informasiya  yeni  tipli  təşkilatlanmanın  formalaşmasını  təmin  etməklə  ictimai 

varlığın  və  ictimai  fəaliyyətin  müxtəlif  səviyyələrini  bir-biri  ilə  əlaqələndirmişdir. 

Hal-hazırda  dövlət  strukturları,  vətəndaş  cəmiyyətinin  institutları,  bir  sözlə,  insan 

fəaliyyətinin  bütün  sferaları  informasiya-kommunikasiya  texnologiyalarının  dəyiş-

dirici  təsirini  öz  üzərində  hiss  edir.  İnfotexnologiyalar  iqtisadiyyatın  inkişafının, 

əmək bazarlarının, elm və təhsilin inkişafının əhəmiyyətli amilinə çevrilmişdir.  

“İnformasiya”  və  “bilik”  anlayışlarının  mənaları  müxtəlif  olduğundan  bəzi 

tədqiqatçılar  hesab  edirlər  ki,  hal-hazırda  “bilik”  cəmiyyəti  kimi  informasiya 

cəmiyyəti  hələ  qərarlaşmayıb.  Onların  fikirlərinə  görə,  müasir  gerçəklik  üçün 

“cəmiyyətin  həyatında  biliyin  rolunun  artması”,  “intellekt  və  yeni  biliklərin 

istehsalı”  və  s.-dən  danışmaq  hələ  tezdir,  çünki  əslində  hər  yerdə  “yalnız 


 Müslüm Nəzərov 

 

364 


kompüterlərdən, informasiya texnologiyalarından və İnternetdən” istifadə müşahidə 

olunur  (Y.Y.  Juravlyova)  və  “informasiya”  anlayışının  arxasında  bilik  yox,  məhz 

kommunikasiya (D.V.İvanov) durur, çünki prioritet mövqeləri intellektual məhsulun 

tirajlaşdırılması  (yaradılması  yox!),  kütləvi  informasiya  vasitələri  və  İnternet 

vasitəsilə onlar haqqında məlumatların çatdırılması tutur.  

 Elmi  diskursda  “informasiya  cəmiyyəti”  terminin  yayılmasına  baxmayaraq, 

sosial-mədəni  reallığın  ən  mühüm  səciyyəsi  keyfiyyətində  bu,  o  qədər  də  dəqiq 

deyil.  “İnformasiya  cəmiyyəti”  kifayət  qədər  ifadəli  və  həcmli  olsa  da,  o,  hərfi 

mənada  başa  düşülməməlidir.Bu,  “informasiya”anlayışını  praktiki  olaraq  sonsuz 

məzmunla  dolduran  metafordur:  son  illərin  tədqiqatlarına  informasiya  anlayışının 

məhz “həddindən artıq geniş” şərhi səciyyəvidir. Bu anlayış müvəffəqiyyətlə həm öz 

həyatımızı,  onun  rəngarəg  təzahürlərini,  həm  də  informasiya  vasitələrinin  və 

texnologiyalarının sürətlə inkişafını şərh etmək imkanı verir. İnformasiya çoxmənalı 

və  polifunksionaldır,  həm  məlumat,  həm  mühit,  həm  də  ən  mühüm  xammal  növü 

kimi çıxış etməyə qadirdir, özü də madi məhsullardan fərqli olaraq istehlak zamanı 

yox olmur və azalmır. İnformasiya həmçinin “Kainatla dinamik birgə mövcud olan 

və onunla birlikdə və onun hesabına inkişaf edən bilikdir. Burada bilik ali, mücərrəd 

mənada  –  hər  şey  haqqında  hər  şeyi  bilmə,  yaradıcı  və  dağıdıcı  bilik  mənasında 

işlədilir. 

İnsanın ətraf aləmə uyğunlaması üçün informasiyanın müstəsna əhəmiyyəti var. 

Әtraf  aləmin  praktiki  cəhətdən  vacib  olan  bir  çox  predmet  və  hadisələrinin  xassə-

lərini  insan  öz  şəxsi  təcrübəsi  əsasında  yox,  informasya  mənbələrindən,  hətta  çox 

qədim  informasiya  mənbələrindən  öyrənir.  Bu,  informasiyanı  təkcə  idrakın  deyil, 

ətraf aləmlə qarşılıqlı təsirlərin də alətinə çevirir [8, s. 119]. 

 İlk  əvvəl  informasiyanın  elmi  cəhətdən  öyrənilməsi  məlumatların  ötürülməsi 

problemləri  ilə  əlaqələndirilirdi.  Bu  tədqiqatların  əsasında  XX  əsrin  40-50-ci 

illərində  kibernetik  yanaşmanın  təməlini  qoyan  və  K.Şennonun,  N.Vinerin  və  b. 

əsərlərində  öz  əksini  tapan  statistik  informasiya  nəzəriyyəsi  yaradılmışdır  [13;5]. 

K.Şennon  ilk  olaraq  informasiyanın  kəmiyyət  ölçüsünü  təklif  etmişdir.Onun  elmə 

gətirdiyi  “informasiyanın  miqdarı”  anlayışı  kibernetika  və  rəqəmli  informasiya 

sistemlərinin inkişafına təkan verdi. Ehtimal-statistik metodların köməyi ilə Şennon 

informasiyanın  müəyyənləşdirilməsinə  kəmiyyət  yamaşmanı  əsaslandırdı:  informa-

siya  əldə  olunarkən  obyektə,  hadisəyə,  prosesə  münasibətdə  qeyri-müəyyənlilik 

dərəcəsi azalır.  



Cəmiyyətdə informasiyanın rolunun araşdırılmasının nəzəri-metodoloji aspektləri 

365 


İnformasiyanın iqtisadi davranışa təsirini araşdıran K.Errouya görə, informasi-

yanın dəyəri yalnız istifadə olunduqdan sonra üzə çıxır. Bu zaman yaranan vəziyyət 

K.Errounun  “informasiya  paradoksu”  kimi  tanınır.  Belə  ki,  informasiya  artıq  əldə 

olunmuşdursa,  deməli,  ona  çıxış  artıq  açıqdır  və  bu  informasiyaya  görə  pul 

ödənilməməlidir.  Digər  tərəfdən,  əgər  informasiya  əldə  olunmamışdırsa,  onun  nə 

dərəcədə  dəyərli  olduğunu  təyin  etmək  mümkün  deyil.  Axı  istifadə  olunmayınca, 

informasiyanın  dəyəri  alıcı-ya  məlum  olmur,  amma  bu  halda  o,  onu  faktiki  olaraq 

pulsuz əldə etmiş olur [114, s. 102]. Deməli, ona yenə də pul ödənilmir. Beləliklə, 

informasiya təkcə faydalı nemət deyil, həm də alqı-satqı obyektidir.  

Lakin getdikcə məlum olur ki, cəmiyyətdə dövriyyədə olan informasiyanı yalnız 

kəmiyyət  metodları  ilə  ölçmək  düzgün  deyil.  Burada  məna,  dəyərlilik,  faydalılıq, 

praktiki əhəmiyyətlilik kimi keyfiyyət göstəriciləri də əhəmiyyətli rol oynayır.  

 İnformasiyanın keyfiyyət göstəricilərinə müraciət edən tədqiqatçılar tərəfindən 

bu  kateqoriyaya  yeni  yanaşmalar  işləndi.  Aksioloji  yanaşmada  “informasiya” 

anlayışı  dəyər,  praktiki  əhəmiyyətliliklə  əlaqələndirilir.  İnformasiyanın  dəyərliliyi 

istehlakçının  məqsədindən  asılı  olmaqla  subyektiv  xarakterlidir.  Qoyulmuş  məsələ 

həll  edilmişdisə,  onda  istifadə  olunmuş  informasiya  artıq  istehlakçı  üçün  heç  bir 

dəyər kəsb etmir. Deməli, cəmiyyətdə dəyərli informasiyadan başqa, dəyərsiz və ya 

mənfi dəyərli informasiya da olur. 

Fəlsəfə  üçün  daha  əhəmiyyətlisi  informasiyanın  əks  etdirilmiş  rəngarənglik 

kimi  şərh  olunmasıdır.  Bu  yanaşma  A.D.Ursul  tərəfindən  işlənmişdir  [11].  Onun 

fikirlərinə  görə,  “geniş  mənada  “informasiya”  dedikdə,  materiyanın  inikas  olan 

atributunun əsas hissəsi və ya tərəfi nəzərdə tutulur. Onun xüsusiyyəti bundadır ki, 

o,  obyektivləşə,  predmetləşə,  ötürülə  və  ümumiyyətlə  hərəkətin  həm  təbiət  və 

cəmiyyətdə,  həm  də  informasiya-kibernetika  sistemlərində,  xüsusən  də  EHM-da 

reallaşan  digər  formalarda  da  iştirak  edə  bilər”.  R.F.Abdeyevə  görə,  informasiya 

özünün bir çox konkret təzahürlərində həm yox olur, həm də yeni ideyalar, biliklər, 

noosfera  obyektləri  toplusu  halında  yaradılır.  “Dünayada  cərəyan  edən  bütün 

proseslərin  müşayət  olunduğu  dəyişikliklərin  ölçüsü  kimi  çıxış  edən  informasiya 

materiyanın mövcudluq üsulunu reallaşdırır” [1, s.120].  

 Qeyd etmək lazımdır ki, informasiyanın mahiyyətinə dair diskussiyalar davam 

etməkdədir.  Bu  gün  üçün  informasiyanın  hamılıqla  təsdiq  olunmuş  tərifi  yoxdur. 

İnformasiyaya verilən rəngarəng təriflər onun müxtəlif aspektlərini və tərəflərini əks 

etdirir.  Ümumilikdə  götürsək,  fəlsəfədə  bu  fenomenin  təhlilinə  atributiv  və 

funksional  yanaşmaların  olduğunu  qeyd  etmək  olar.  “Atributistlər”  (A.D.  Ursul, 


 Müslüm Nəzərov 

 

366 


R.F.Abdeyev)  informasiyanı  bütün  maddi  obyektlərin  xassəsi,  yəni  materiyanın 

atributu kimi şərh edirlər “Funksionalistlər” isə onu yalnız özünütəşkil sistemlərinin 

fəaliyyəti ilə əlaqələndirirlər [9,s.33]. Fəlsəfi lüğətdə informasiya toplama, saxlama 

və  emal  predmeti  olan  hər  hansı  bir  şey  haqqında  məlumat  kimi  şərh  olunur 

[10,s.895]. İqtisadi lüğətdə informasiya “konkret insanlar, problemlər, məqsədlər və 

situasiyalar üçün ələkdən keçirilmiş məlumatlardır. İnformasiyanın dəyərinə rəhbər-

liklə tabeçilikdə olanların informasiyanın toplanmasına sərf etdikləri vaxt, həmçinin 

bazarın  təhlili,  xarici  məsləhətçilərdən  istifadə  ilə  əlaqədar  faktiki  məsrəflər  və 

s.daxildir”  [4,s.164].  Qərarların  qəbulu  çərçivəsində  informasiya  “müəyyən  məsə-

lənin  həllində  köməklik  edən  məlumatlara,  biliklərə  deyilir”  [7,s.151].  Kibernetika 

nöqteyi-nəzərdən  informasiya  rəngarəngliyi  yox  edir  ki,  bunun  da  sayəsində  sis-

temin davranışını daha asan proqnozlaşdırmaq mümkün olur” [3,s.67]. İnformasiya 

nəzəriyyəsi (semiotika) üçün informasiya “məlumatı alan şəxsin obyektin vəziyyəti 

və  ya  hansısa  bir  hadisə  haqqında  biliklərinin  qeyri-müəyyənliliyinin  aradan 

qaldırılması ölçüsüdür” [2, s.5]. 

İnformasiya tükənməz resursdur. V.L.İnozemtsev resursların tükənməzliyini və 

hazır məhsulun qeyri-maddi (informasiya) tərkibini bir-biri ilə ayrılmaz şəkildə bağlı 

olan  hadisələr  kimi  təsvir  edir.  Müəllif  cəmiyyətin  postiqtisadi  dövrə  keçməsini 

məhz  əsas  resurs  olan  informasiyanın  məhdudluğunun  aradan  qaldırılması  ilə 

əlaqələndirir  [6,s.65].  Amma,  zənnimizcə,  nformasiyanın  ictimai  proseslərə  təsiri 

onun  “tükənməz  resurs”  olması  ilə  bağlı  deyil.  V.L.İnozemtsev  haqlı  olaraq  qeyd 

edir  ki,  informasiya  ictimai  nemətdir.  Lakin  bir  məhsul  olaraq  informasiya 

informasiya  məhsulundan  istifadədən  əldə  olunan  fayda  ilə  bu  məhsulun  konkret 

istifadəçilər üçün nəyin bahasına başa gəlməsi arasında əhəmiyyətli uçurum yaradan 

çox  güclü  xarici  müsbət  effektə  malikdir.  Xarici  müsbət  effekt  informasiyanın  bir 

resurs kimi məhdud və ya qeyri-məhdud olmasında yox, informasiya məhsulundan 

istifadədən ictimai faydanın düzgün qiymətləndirilməsindədir. Təhsil, səhiyyə, ətraf 

mühitin  mühafizəsi  kimi  sistemlərin  də  bu  nemətlərin  istehsalına  qoyulan  birbaşa 

məsrəflərin göstəricilərində əks olunmayan nəhəng xarici müsbət effekti var.  

Әgər  cəmiyyət  öz  vətəndaşlarına,  tutalım,  yüksək  təhsil  standartlarını  təmin 

edirsə  (əlbəttə,  bu  şərtlə  ki,  onların  əsas  maddi  tələbatları  artıq  təmin  olunmuş 

olsun), o, öz sosial münaqişələrini minimuma endirir, iqtisadi cəhətdən də daha sə-

mərəli olur. Belə cəmiyyətdə postindustrial dəyərlərə, o cümlədən şəxsiyyətin azad-

lığı  və  inkişafı,  fəaliyyətin  yaradıcı  xarakteri  və  s.  kimi  dəyərlərə  də  nail  olmaq 



Cəmiyyətdə informasiyanın rolunun araşdırılmasının nəzəri-metodoloji aspektləri 

367 


mümkün olur. Lakin müsbət xarici effektlər resursların məhdudluğu problemini ara-

dan qaldırmır. Müvafiq nemətlərin yaradılması da cəmiyyətdən az xərc tələb etmir.  

Bununla belə artıq bu gün çoxları informasiyaya, xüsusən də qeyri-mötəbər və 

ya  həddindən  artıq  informasiya  axınlarına  qarşı  çıxır.  Məsələn,  T.Stounyer 

informasiyanın  dəyərinin  müəyyənləşdirilməsi  kimi  mühüm  bir  məsələyə  toxunar-

kən  aşağıdakıları  yazır:  “Fakt  və  ya  ideyanın  üzərinə  hansı  qiymət  kağızı  asılma-

lıdır?  Söhbət  günlərlə  kitabxanada  vaxtını  keçirən  alimdən  və  ya  kompüterdə 

məlumatları  emal  edən  tədqiqatçıdan  getdikdə,  informasiyanın  məhsuldarlığı  necə 

ölçülməlidir? Bizdə istehsal olunan informasiyanın bəlkə də yarısından heç istifadə 

olunmur. Bu, nədən xəbər verir? İnformasiyanın həddindən artıqmı istehsal olunma-

sından yoxsa insanların lazımi yerdə, lazımi vaxtda lazımi informasiyanı həddindən 

artıq  az  əldə  etməsindən?  Bəs  “lazımi  informasiya”nın  nə  olduğunu  kim  müəyyən 

edir?  [12,s.250].  Beləliklə,  informasiya  haqqında,  məsələn,  onun  çox  olduğunu 

söyləmək olsa da, bilik haqqında bunu demək mümkün deyil.  

Hətta intuitiv səviyyədə belə aydın olur ki, bilik informasiya, hətta onun forması 

belə  deyil,  ola  da  bilməz.  İnformasiyanı  idarə  etmək  mümkündürsə,  biliyi  idarə 

etmək  mümkün  deyil.  Biliklər  başqa  cür  tətbiq  olunur  və  istənilən  sadələşdirmə 

transformasiyalarına və ya informasiya sistemlərinin “biliklər sisteminə” rasionallaş-

dırılmasına müqavimət göstərəcəkdir. İnformasiyaya malik olmaq hələ biliyə malik 

olmaq demək deyil

İnformasiya  məqsədyönlü  şəkildə  emal  olunmuş  məlumatlar  toplusudur. 



Deməli, biliklər məqsədlərə nail omaq üçün əməliyyatların koordinasiyası da  daxil 

olmaqla,  giriş  məlumatlarının  (informasiyanın)  emalı  prosesini  əhatə  edir.  Onların 

həcmi  və  ya  keyfiyyəti  qarşıda  qoyulmuş  məqsədlərə  nail  olunub-olunmamağına 

görə təyin olunur.  

Beləlikə,  obyektiv  aləmdəki  faktlar,  predmetlər  toplusu  və  ya  onların  statik 

təsvirləri biliklərə aid edilə bilməz. Belə topluları məlumat və ya informasiya adlan-

dırmaq  olar.  Onlar  biliyi  formalaşdırmır,  çünki  predmetlər  arasındakı  qarşılıqlı 

əlaqələri deyil, ayrıca götürülmüş predmetləri təsvir edir. Biliklər obyektlərin mən-

tiqi ardıcıl  hərəkətdə təsvir  olunmasına deyilir. Biliyin  daşıyıcısı daima predmetlər 

arasındakı  qarşılıqlı  əlaqələri  qurur,  onlardakı  ziddiyyətləri  aşkar  edib  aradan 

qaldırır. Deməli, bilik tanıma prosesindən (qarşılıqlı əlaqələrin müəyyən olunmasın-

dan) ayrılmazdır. Bilmə və tanıma identikdirlər: bilik prosesdir.  

İnformasiya  biliyin  yaranması  üçün  təməldir.  İnsan  tərəfindən  dərk 

olunmayınca o, tətbiq oluna bilməz. Beləliklə, istehsal prosesinə daxil olmaq üçün 



 Müslüm Nəzərov 

 

368 


informasiya  öz  obyektivləşdirilmiş  formasını  itirib  yeni,  subyektiv  formanı  almalı, 

məlumatlar  axınından  biliklərə  çevrilməlidir.  Yeni  biliklər  onların  subyektindən 

ayrılmaz  olaraq  çıxış  informasiya  sahibinə  qayıtmır.  Biliyi  elmi  kimi  qiymətlən-

dirməyə əsas verən əlamətlərə obyektivlik, dəqiqlik, sübut olma, tənqidilik, rasional-

lıqdır.  Bu  xassələrdən  başqa,  elmi  biliyin  xüsusiyyətlərinə  həmçinin  aşağıdakı 

məqamları da aid etmək olar: а) elmi idrak prosesi ehtimal xarakterlidir, yəni onda 

qeyri-müəyyənlik,  stoxastiklik  məqamı  var;  b)  elmi  idrak  prosesi  kumulyativdir 

(yəni  o,  biliklərin  toplanmasını,  genişləndirilməsini  və  yenilədirilməsini  nəzərdə 

tutur));  c) elmi idrak  prosesi kollektiv xarakterlidir  (yəni yaradılmış yeni  biliklərin 

subyektdən subyektə ötürülməsini nəzərdə tutur); d) elmi idrak prosesi fasiləsiz və 

sonsuzdur. Sistemli yanaşma mövqeyindən elmi biliyin istehsalı sferası özinkişafda 

olan, açıq, stoxastik, müstəqil, dinamik özünütəşkil sistemi kəsb edir.  

Elmi  bilik  kapitaldır,  özü  də  xüsusi  növ  bir  kapital:  o,  qeyri-cismani  formada 

çıxış edir, gəlir gətirir və təkrar özünüistehsala qadirdir. Biliyin timsalında kapitalın 

təzə  bir  növü  yaranmır:  gizli  formada  o,  həmişə  özünə  yer  almışdır.  Mahiyət 

etibarilə  əsas  kapitala  çevrilən  biliklər  istehsalın  istənilən  amilinə  kapital  xassəsini 

verməyə  qadirdir.  Elmi  biliklər  ictimai  istehsalın  bütün  amil  və  məhsullarında 

təcəssüm edən spesifik istehsal vasitəsinə çevrilir və iqtisadi resursların bütün digər 

növləri  ilə  birləşir.  Bu  mənada  biliklər  eyni  zamanda  həm  də  təsərrüfatçılığın 

inteqral  amilidir.  Bu  təsərrüffatçılığın  elementləri  insan  intellektində,  yeni  tex-

nologiyalarda, tamamilə yeni  məhsullarda və s. təcəssüm edir. Elmi biliklər nəinki 

müasir  iqtisadiyyatın  ayrılmaz  resursudur.  Onlar  həmçinin  başqa  amillərin  də 

səmərəliliyini artırır, onları zənginləşdirir, intellektuallaşdırır, daha rasional istifadə 

etməyə  imkan  verir,  bununla  da  ənənəvi  resursların  məhdudluğu  problemini  həll 

edir. Hesab edirik ki, elmi bilikləri (elmi) yalnız o zaman iqtisadi resurs hesab etmək 

olar  ki,  o,  nəinki  özünün,  həm  də  onunla  qarşılıqlı  bağlı  olan  digər  resursların  da 

təkrar  istehsalını  və  dəyərini  artırmaq  imkanı  vermiş  olsun.  İndustrial  cəmiyyətdə 

tətbiq olunan amillərin azalan gəliri qanunu hökm sürürsə, qeyri-maddi resurs olan 

biliyə əsaslanan cəmiyyətdə əsas qanunauyğunluq keyfiyyətində artan gəlir qanunu 

çıxış  edir.  Buna  görə  də  bu  elmtutumlu  məhsulların  istehsalına  birdəfəlik  yüksək 

xərclər qoymaqla istehsalçı uzun müddət onların kütləvi istehsalından artmaqda olan 

gəlir əldə etməyə başlayır.  

Bir resurs kimi elmi biliyə bir sıra əlamətlər səciyyəvidir. Elmi bilik məkandan 

asılı  olmayaraq  mövcuddur  (məkanda,  o  cümlədən  on-layn  rejimində  bilavasitə  və 

maneəsiz hərəkət etməyə qadirdir).  


Cəmiyyətdə informasiyanın rolunun araşdırılmasının nəzəri-metodoloji aspektləri 

369 


Cismani  resurslardan  fərqli  olaraq  elmi  biliklər  yalnız  mənəvi  köhnəlməyə 

qadirdir, amma fundamental biliklərin dəyəri və aktuallığı zaman keçdikcə azalmır. 

Elmi  biliklərin  mübadiləsi  zamanı  onlar  sahibindən  özgələşmir.  Әnənəvi  resurslar-

dan fərqli olaraq elmi bilik sonsuzdur, tükənməzdir. Multiplikativlik effektinə malik 

olan  elmi  biliklər  bir  mənbədən  saysız  hesabda  kontragentlərə  keçməklə  artır, 

genişlənir,  bunun  da  nəticəsində  onun  ictimai  faydalılığı  və  istehlak  dəyəri  artır. 

Amma  elmi  biliklər  mütləq  yox,  nisbi  sonsuz  resursdur.  Elmi  biliyin  yaradılması 

üçün  kapital,  torpaq,  sahibkarlıq  qabiliyyətləri  tələb  olunmur  (onlar  biliyin 

maddiləşdirilməsi  üçün  gərəkdir).  Amma  başqa  bir  xüsusiyyət  ondan  ibarətdir  ki, 

nəzəri biliklər təbii və əşyavi kapitalın iştirakı olmadan da nemətləri yarada bilir.  

Elmi  biliyin  (elmin)  biliklər  iqtisadiyyatının  təkrar  istehsal  prosesinin  ən  mü-

hüm  elementinə  çevrilməsi,  birincisi,  yeni  nəzəri  biliklərdən  geniş  şəkildə  istifadə 

olunması,  onların  məhsulda  obyektivləşdirilməsi  hesabına  maddi-əşyavi  amillərin 

nisbi  məhdudluğunu  aradan  qaldırmağa;  ikincisi,  innovasiyaların  tətbiqi  hesabına 

cəmiyyətin  istehsal  imkanlarını  artırmağa;  istehsalı  intellektuallaşdırmağa,  insan 

kapitalını  inkişaf  etdirməyə;  dördüncüsü,  informasiyanın  qeyri-müəyyənliliyini 

azaltmağa  imkan  verir.  Bu,  biliklərin  intellektual  qüvvələrin  gəlirli  və  sosial 

əhəmiyyətli sferalarda cəmləşdirilməli olduğunu, digər tərəfdən də onların müəyyən 

dəyərə  malik  olan  məhsula  çevrildiyini  göstərir.  Aktual  informasiyanın  istehsal 

edilməsini və tirajlaşdırılmasını intellektual istehsal kimi səciyyələndirmək olar.  

Beləliklə, yaşadığımız XXI əsrdə heç bir ciddi iqtisadi, sosial, texniki məsələni 

xeyli  həcmdə  informasiyanı  emal  etmədən  həll  etmək  mümkün  deyil.  Deyilənlər 

dövlət və cəmiyyət qarşısında yeni vəzifələr qoyur. 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin