Çapa tövsiyə etdi: f.e.d. S.Hüseynov
Heydər Hüseynovun Azərbaycan fəlsəfi fikir tarixində yeri və rolu
391
HEYDӘR HÜSEYNOVUN AZӘRBAYCAN
FӘLSӘFİ FİKİR TARİXİNDӘ YERİ VӘ ROLU
Rəşad Əsgərov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Açar sözlər: fəlsəfə tarixi, milli və ideoloji məsələlər, milli-azadlıq, milli fəlsəfi
fikir, avropasentrizm, dini-fəlsəfi təlimlər.
Ключевые слова: история философии, национальные и идеологические
вопросы, национально-освободительный, национальная философская мысль,
евроцентризм, религиозно-философские учения.
Key words: history of philosophy, national and ideological issues, national
freedom, national philosophical thought, eurocentrism, religious-philosophical
doctrines.
Görkəmli Azərbaycan filosofu Heydər Hüseynov çoxşaxəli tədqiqatlarla Azər-
baycan fəlsəfəsinin təşviqində, tədrisində və tədqiqində fəal iştirak etmiş, fəlsəfə
ixtisasının və bu ixtisasa aid müxtəlif tədris proqramlarının yaradılmasında, dialektik
və tarixi materializm fəlsəfəsinə dair onlarca qiymətli məqalə və əsərlərin yaz-
masında mühüm xidmətlər göstərmişdir. Radikal partiyalılıq mövqeyindən yazılma-
sına baxmayaraq, həmin əsərlər vaxtilə ali məktəb tələbələri üçün, ümumiyyətlə
fəlsəfəni öyrənənlər üçün Azərbaycan dilində ən geniş yayılmış vəsaitlər olmuşdur.
Akademik Heydər Hüseynovun fəaliyyətində əsas istiqamət Azərbaycan fəlsə-
fəsi tarixidir. Alimi bu sahəyə də müraciət etdirən subyektiv marağdan daha çox
həyati təlabat olmuşdur. O, doğma xalqının elmi fəlsəfə tarixini yaratmaq işinə mü-
hüm mənəvi və siyasi əhəmiyyəti olan vətənpərvərlik işi kimi baxır və tədqiqatlar
aparırdı.
Məlum olduğu üzrə Azərbaycan xalqının zəngin fəlsəfi irsi oktyabr inqilabından
əvvəl tamamilə öyrənilməmiş qalırdı. Həm də avropamərkəzçilər Azərbaycan
xalqının, ümumiyyətlə Şərq xalqlarının özünəməxsus fəlsəfi mədəniyyəti olduğunu
inkar edir, konkret olaraq belə bir fikir söyləyirdilər ki, guya Şərq xalqlarının
fəlsəfəsi ancaq dini-mistik baxışlardan ibarətdir. Şərq xalqlarına fəlsəfi təfəkkür
Rəşad Əsgərov
392
deyil, dini təfəkkür xasdır. Xalqın əsrlər boyu az öyrənilmiş xəzinəsini xalqın malı
etmək mühüm fəlsəfi əhəmiyyəti olan bir məsələ idi. Başqa sözlə desək, keçmiş
fəlsəfi mədəniyyəti öyrənmədən insanların nəzəri təfəkkür qabiliyyətini inkişaf
etdirmək və təkmilləşdirmək son dərəcədə çətin olardı. Ona görə də Heydər
Hüseynov bu ağır yükü öz üzərinə götürərək XIX əsr Azərbaycan fəlsəfi fikir
tarixindən adlı əsəri yazmağı qarşısına məqsəd qoymuşdur. [4, 118-122].
Heydər Hüseynov doğma xalqının fəlsəfi fikir tarixini sistemli olaraq yaratmaq
işinə özünün böyük bir vətəndaşlıq borcu kimi baxmış və bu sahənin ilk görkəmli
tədqiqatçılarından olmuşdur. O, Azərbaycan fəlsəfə tarixinin XIX əsrini tədqiqat
obyektinə çevirməklə yanaşı, əvvəlki dövrlərdən başlayaraq XIX əsrə qədərki
Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixinin də icmalını professional
səciyyələndirmişdir. Әsərdə beş azərbaycan mütəfəkkirinin Mirzə Kazımbəy, Mirzə
Şəfi Vazeh, A.Bakıxanov, M.F.Axundov və Həsən bəy Zərdabinin dünyagörüşü
xüsusi təhlil edilmişdir. Bu mütəfəkkirlərdən A.Bakıxanov və H.B.Zərdabi ilk dəfə
olaraq Heydər Hüseynov tərəfindən fəlsəfi tədqiqata cəlb edilirdilər. Heydər Hüsey-
nov tərəfindən əsası qoyulmuş bu cığır sonralar digər tədqiqatçılar tərəfindən ətraflı
öyrənilmiş və daha da genişləndirilmişdir. Bu mənada Heydər Hüseynovun tədqiqatı
Azərbaycanda fəlsəfi və ictimai fikir tarixini öyrənmək sahəsində ilk qiymətli əsərdir.
H.Hüseynov 1949-cu ildə “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir
tarixindən” adlı monaqrafiyasını çap etdirdi. Bu əsərə qədər tədqiq edilən Azərbay-
can mütəfəkkirləri ya fəlsəfi rakursdan sistemli olaraq tədqiq edilməmiş, ya da
müxtəlif elm sahələrinin nümayənədlərinin, xüsusilə də ədəbiyyatçıların tədqiqat
predmetinə çevrilmişdilər. Həm də Heydər Hüseynovun tədqiqatını gücləndirən
məqamlardan biri də onun ilk dəfə olaraq çoxsaylı arxiv materialları əsasında
Azərbaycan mütəfəkkirlərini tədqiqata cəlb etməsi idi. Bu hal isə əsərin unikallığını
daha da artırır və müəllifə digər tədqiqatçılardan fərqli baxış nümayiş etdirməyə
imkan verirdi.
H.Hüseynov XIX əsr fəlsəfi fikrini xalqın mənəvi mədəniyyətinin digər
sahələrindən təcrid edilmiş şəkildə deyil, onlarla sıx əlaqədə götürməklə fəlsəfi fikri
xalqın mənəviyyatının məğzi kimi göstərməyə çalışmışdır. O, XIX əsr Azərbaycan
fəlsəfəsində gedən ideya mübarizəsinə nəzər salır, bu mübarizəni ictimai həyatda
mütərəqqi və mürtəce qüvvələr arasındakı mübarizənin inikası kimi qiymətləndirir.
Heydər Hüseynov imkan daxilində tədqiq etdiyi hər bir mütəfəkkirin
dünyagörüşündə fəlsəfi problemləri ön plana çəkməklə, XIX əsr Azərbaycan fəlsəfi
fikrimizin əsas ideya cərəyanlarını və istiqamətlərini düzgün müəyyən etmişdir.
Heydər Hüseynovun Azərbaycan fəlsəfi fikir tarixində yeri və rolu
393
Әsərin diqqəti cəlb edən mühüm məziyyətlərindən biri ondadır ki, müəllif
Azərbaycan fəlsəfəsini məhdud milli çərçivədə qapanıb qalmış bir şəkildə deyil,
dünya xalqlarının fəlsəfi mədəniyyəti ilə qarşılıqlı şəkildə inkişaf edən fəlsəfə kimi
tədqiq edir. H.Hüseynov öz əsəri ilə Azərbaycan xalqının mütərəqqi ənənəyə malik
olduğunu elmi obyektivliklə sübut etdi və Azərbaycan fəlsəfəsində dini-mistik
baxışlardan başqa orijinal heç bir şey görməyən və yaxud görmək istəməyən qeyri-
elmi konsepsiyalara güclü zərbə vurdu. H.Hüseynovun monaqrafiyasında hər bir
fəlsəfi hadisəyə konkret münasibət bildirilməklə yanaşı, müasirlik ruhu da güclüdür.
Bu da əsərin elmi tutumunu daha da artırır.
H.Hüseynovun yaradıcılığı XX əsrin ortalarında yaranmış çox çətin və həm də
də birmənalı olmayan dövrdə öz vətəninə xidmət göstərməyin örnəyidir. Müasir
Azərbaycanda çoxları bununla razıdır ki, fəlsəfə tarixi mədəniyyətin, millətin
özünüdərkinin ayrılmaz bir hissəsidir. H.Hüseynov öz əsərləri ilə, əslində,
Azərbaycanın ictimai şüurunda, o dövrdəki sovet mədəni məkanında Azərbaycan
fəlsəfə tarixi məfhumunu təsbit etdi. Onun bu vəzifəni yerinə yetirmək üçün nə
dərəcədə böyük qüvvə sərf etmiş olduğunu bu gün təsəvvür etmək çətindir. Təbii ki,
keçmişdə yaşayıb yaratmış məşhur filosoflarımıza diqqət, maraq, onların əsərlərinin
təhlili, milli mədəniyyətimizə verdiyi töhfələrin yenidən dərk olunması müasir
fəlsəfi fikrin formalaşmasının mühüm tərkib hissəsidir.
Heydər Hüseynovun əsəri identikliyin, milli yaddaş və mədəniyyətin
təşəkkülünə bilavasitə təsir göstərdi. Akademikin faciəsi də onda idi ki, o fəlsəfə
tarixinə dair əsəri ilə milli şüurun, milli mədəniyyət və tariximizin fəlsəfi əsaslarının
inkişafı və zənginləşməsinə kömək etməyə çalışırdı [6, 24-31].
Heydər Hüseynovun tədqiqatının dəyəri xüsusən ondan ibarətdir ki, ilk dəfə
olaraq ümumittifaq elmi ictimaiyyəti bu əsər vasitəsilə Azərbaycan xalqının fəlsəfi
mədəniyyətinin tarixi ilə tanış olmaq imkanı əldə etdi. Әsərin əsas üstünlüyü həm də
onun müəllifinin sovet ideologiyasına qarşı çıxmasında idi. Məhz bu amillər alimin
və əsərin sonrakı teleyinə öz təsirini göstərməkdə böyük rol oynadı [3, 101-104].
Heydər Hüseynov 1949-cu ildə Bakıda rus dilində nəşr edilmiş “XIX əsr
Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabını öz dostlarına və tanışlarına
göndərmişdir. Kitab işıq üzü görəndən sonra Heydər Hüseynovun ünvanına
Rusiyanın, Gürcüstanın, Estoniyanın, Qazaxstanın, Özbəkistanın görkəmli alimləri
məktublar yazaraq əsərə yüksək qiymət verdiklərini bildirmişlər. Bunlardan
akademik İ.Kraçkovskini, akademik E.Bertelsi, akademik K.Bakradzeni, estoniyalı
Rəşad Əsgərov
394
akademik Kruusu xüsusi qeyd etmək olar. Azərbaycan alimlərindən isə Məmməd
Arif, Mehdi Hüseyn, Mirzə İbrahimov əsər haqqında yüksək fikir söyləmişlər.
1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubiley təntənələrində iştirak etmək
üçün Azərbaycana gələn məşhur sovet yazıçısı A. Fadeyev Azərbaycanda digər adlı-
sanlı ziyalılarla birlikdə H.Hüseynovla da tanış olmuşdu. Fadeyev SSRİ yazıçılar
ittifaqı ilə yanaşı həm də Stalin Mükafatları Komitəsinə rəhbərlik edirdi.
H.Hüseynovun kitabı ilə tanış olan A.Fadeyev onu dövrün mühüm elmi
uğurlarından biri kimi 1949-cu il üçün II dərəcəli Stalin mükafatına təqdim etməyi
qərara alır [9]. Tezliklə akademik Heydər Hüseynov bu sanballı monoqrafiyasına
görə Stalin mükafatına layiq görülür.
Xatırlatmaq istəyirəm ki, hələ bu mükafatdan əvvəl Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının İctimai
Elmlər şöbəsinin sədri Heydər Nəcəf oğlu Hüseynova 1940-46-cı illərdə nəşr olunan
“Rusca-Azərbaycanca lüğət” üçün İkinci Dərəcəli Stalin mükafatı verilmişdir [8].
Müvəffəqiyyətdən başı gicəllənən müəllif belə hallarda “respublikanın
sahibindən” – M.C.Bağırovdan icazə almağın, ən azı onu məlumatlandırmağın
zəruri olduğunu tamam yaddan çıxarır. Bağırov necə deyərlər, qulağının dibində baş
verən hadisədən yalnız yeni laureatların adları “Pravda” qəzetində çap olunanda
xəbər tutur [11].
H.Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı bu
əsəri görkəmli mütəxəssislər və geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilsə
də o, rəsmi dairələrdə böyük narazılıq yaratmışdı. Bu narazılığa səbəb isə o idi ki,
müəllif əsərdə XIX əsrin birinci yarısının sosial-siyasi səciyyəsini verərkən
Rusiyanın Qafqazı zəbt etmək məqsədi ilə apardığı müharibədə öz torpaqlarının
müdafiəsinə qalxmış Qafqaz xalqlarının Müridizm hərəkatı altında birləşməsinə
müsbət qiymət vermişdir.
Müridizm XIX əsrin ikinci yarısında rus elmi ədəbiyyatında meydana gələn və
Şimali Qafqaz xalqlarının XIX əsrin 20-60-cı illərində milli azadlıq hərəkatını ifadə
edən termin kimi başa düşülür. Mürüdizmi həmçinin orta əsrlərdən başlayaraq
Şərqdə geniş yayılmış Sufilik kimi dini – idealist fəlsəfi cərəyanından qidalanan
təlim kimi də qiyməyləndirmək olar. Bu təlim siyasi fəaliyyət və İslamın təntənəsi
uğrunda mübarizə ilə birləşdirilərək müxtəlifdilli – pərakəndə Qafqaz dağlılarının
mübarizəsinə xeyli mütəşəkkillik vermişdir.
Bütün bu deyilən iradlardan sonra Şamilin Çeçenistanda böyük kütlə qarşısında
söylədiyi məşhur bir nitqini nəzərinizə çatdırmaq istəyirəm: “Mən ağır döyüşlərdən,
Heydər Hüseynovun Azərbaycan fəlsəfi fikir tarixində yeri və rolu
395
xüsusilə Axulqadan sonra tam qənaətə gəldim ki, ölümün gözünə dik baxan,
şəhidliyi şərəflə qarşılayan insanlara əsarət təklif etmək boş və gülünc bir şeydir. Ey
vətən dağlarının bənzərsiz zinəti olan onun şərəfli qoruyucuları! Azadlığı yalvarışla
almaq qeyri mümkündür. Onu zorla almalıyıq. Çarı görüb, onu allaha şərik qoşanlar
kafirlərdən fərqlənməz! Bizdən nəvələrimizə qalacaq ən böyük miras istiqlal və
hürriyyət uğrunda vuruşmaq, yeri gələndə də bu yolda şəhid olmaqdır. Məhv olsun
səfil əsarət, yaşasın şanlı və şərəfli ölüm! [5].
Bildiyimiz kimi akademik Heydər Hüseynovun müridizm hərəkatına verdiyi
qiymət yalan üzərində qurulmuş rəsmi ideologiyaya kökündən zidd idi. Heydər
Hüseynov Bakıxanov demokrat olmadığı halda tədqiqatında onu feodalizmə və
çarizmə qarşı çarpışan qəti mübariz kimi qələmə verir; halbuki həqiqətdə Bakıxanov
bəy və xanların silki imtiyazlarını müdafiə edirdi. Hüseynov professor Mirzə
Kazımbəyi idealizə edərək, onu çarizmin əlehdarı kimi qələmə verir. Halbuki
Kazımbəy qəti monarxist idi.
Eyni zamanda Hüseynov öz kitabında müridizmə düzgün siyasi qiymət vermir.
O, müridizmi tərəqqipərvər hərəkat, milli-azadlıq hərəkatı kimi təsvir etməklə
müridizm haqqında Qərb obyektivistlərinin, panislamistlərin, pantürküstlərin və
sovet xalqına düşmən olan başqa adamların fikirlərini təkrar edirdi. Bütün bunlardan
sonra Heydər Hüseynovun belə bir iddiası Azərbaycan xalqına qarşı ən alçaq böhtan
deyilmi ki, Azərbaycan kəndliləri çarizmin müstəmləkə üsul-idarəsinə və yerli
feodallara qarşı öz mübarizəsində Şamil hərəkatından da ilham alırdı.
Bakı ziyalılarının yığıncağında Bağırovun etdiyi məruzəni yüksək
qiymətləndirən bir çox ziyalılarımız tənqidi məqalələrlə mətbuat səhifələrində çıxış
edərək Heydər Hüseynova qarşı fikir bildirməkdən çəkinmirdilər. Bunların arasında
Süleyman Rüstəm, Әnvər Məmmədxanlı, Sabit Rəhman, Məmməd Rahim,
Ә.Әbülhəsən, Rəsul Rza, Cəfər Xəndan, M.A.Dadaşzadə, M.Topçubaşov,
M.İbrahimov, M.Şirəliyev, Ә.Dəmirçizadə, M.Hüseyn, V.Səmədov kimi görkəmli
Azərbaycan yazıçıları və alimləri də var idi. Әlbəttə, onlar öz məqalələrində
H.Hüseynovun əsərini tənqid etməklə gələcəkdə onlara qarşı irəli sürülə bilən təqib
və tənqidlərdən özlərini sığortalayırdılar.
Azərbaycan ictimai təşkilatlarının təklifləri ilə əlaqədar olaraq, ədəbiyyat və
incəsənət sahəsində Stalin Mükafatları Komitəsi Heydər Hüseynovun “XIX əsrdə
Azərbaycanda fəlsəfi və ictimai fikir tarixindən” kitabına dair məsələ müzakirə
etmiş və bu kitabın 1949-cu il üçün 3-cü Dərəcəli Stalin mükafatına təqdim edilməsi
haqqında özünün əvvəlki qərarının səhv olduğunu təsdiq etmişdir.
Rəşad Əsgərov
396
Komitə qeyd etmişdir k, H.Hüseynovun kitabı düzgün olmayan nəzəri və siyasi
nöqteyi-nəzərdən yazılmışdır, xüsusən müridizm və Şamil hərəkatının mahiyyətini
təhrif edərək, bunları guya tərəqqipərvər olan milli azadlıq hadisələri və demokratik
hadisələr kimi qələmə verir.
Bağırovun fikrincə, H.Hüseynov öz kitabında müridizmə yanlış siyasi qiymət
vermiş, bu cərəyanı mütərəqqi milli-azadlıq hərəkatı kimi qiymətləndirərək “burjua
alimlərinin, panislamistlərin, pantürkistlərin və sovet xalqının digər düşmənlərinin
təsiri altına düşmüşdür” [11].
Həmin çətin dövrdə özündə həqiqi alim ləyaqəti, kişilik və mərdlik tapıb həm
Şeyx Şamili, həm də Heydər Hüseynovu iftira və böhtanlardan qorumağa cəsarət
edənlər olmuşdu. Azərbaycan SSRİ Dövlət Təhlükəsizliyi Naziri A.Yemelyanovun
M.C.Bağırova 24 may 1950-ci il tarixli “tam məxfi” məktubunda bu cəsarətli
adamların fikirlərindən nümunələr gətirilmişdi. Məktubda göstərilirdi ki, memarlıq
elmləri namizədi, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu Memarlıq
şöbəsinin müdiri bitərəf Qəzənfər Әlizadə, Akademiyanın Coğrafiya İnstitutunun
baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Hüseyn Mamayev, Pedoqoji
İnstitutun SSRİ tarixi kafedrasının asisenti Әsəd Dilbazi kimi ziyalılar dövrün
represiya dalğasından qorxmayarq Heydər Hüseynovu açıq şəkildə müdafiə edərək
bildirirdilər ki, Hüseynov özündən heç nə yazmayıb, o sadəcə Şamil hərəkatına
münasibətdə indiyə qədər mövcud olan rəsmi nöqteyi-nəzəri təsdiq edib.
Alimə qarşı aparılan təqib 1949-cu ildə Heydər Hüseynovun özünə qarşı suisid
etməsilə nəticələndi. O öz iş otağında biləyini kəsərək intihara cəhd etdi. Bu
cəhddən sonra da Heydər Hüseynova qarşı olan təqiblər əksinə azalmad, daha da
artdı. Bütün bu təqiblərə bir il dözümlülük göstərən akademik 1950-ci ilin avqustun
15-də faciəli surətdə öz həyatına son qoydu. Bu hadisə əslində bir alimin itkisi deyil,
bütövlükdə Azərbaycanda fəlsəfə elmi geriyə atılmasına səbəb oldu. 1950-ci ildə
Fəlsəfə İnstitutu və Bakı Dövlət Universitetindəki fəlsəfə ixtisası bağlandı, onun
yenidən açılmasını tam on səkkiz il gözləmək lazım gəldi.
Heydər Hüseynovun görkəmli ictimai xadim, elm təşkilatçısı kimi fəlsəfə və
ictimai fikir tarixi sahəsində gördüyü xüsusi xidmətləri nəzərə alaraq Azərbaycan
Respublikası prezidenti İlham Әliyev alimin yubileyinin dövlət səviyyəsində
keçirilməsi üçün müvafiq sərəncamlar vermişdir. Bu görkəmli alimin elmi irsinə
dövlət tərəfindən verilmiş layiqli qiymətin bariz nümunəsidir. Bu qiymət alimin elmi
irsinin öz aktuallığını itirmədiyini və yeni-yeni tədqiqatlar üçün elmi zəmin
olduğunu bir daha gündəmə gətirir.
Heydər Hüseynovun Azərbaycan fəlsəfi fikir tarixində yeri və rolu
397
ӘDӘBİYYAT
1. Әdəbiyyat qəzeti 18 iyul 1950-ci il N:20(597)
2 .Әdəbiyyat qəzeti 30 iyul 1950-ci il N:21 (598)
3. F.Köçərli: Filosof, müəllim, ictimai xadim. Azərbaycan kommunisti 1988 N:
9. səh 101-104.
4. F.Q.Köçərli: Azərbaycanda fəlsəfə elminin inkişafında akademik Heydər
Nəcəf oğlu Hüseynovun rolu. Azb.SSR EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq 1969,
N:1. səh 118-122
5. İ.Mustafayev, S.Murtuzayev, İmam Şamil, Bakı, 1993, səh 106
6. İlham Məmmədzadə: Məşhur Azərbaycan filosofu Heydər Hüseynovun
yubileyinə dair və ya bir daha fəlsəfə tarixi və müasirlik arasında əlaqələr barədə:
Azərbaycan bu gün və sabah N: 11 (18) noyabr 2008-ci il, səh 24-31
7. İnqilab və mədəniyyət jurnalı Bakı 1949, N:11 səh 152-164.
A.O.Makovelski. H.Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir
tarixindən” kitabı haqqında.
8. Kommunist 1 iyun 1948 N:108 (7805)
9. Kommunist 8 mart 1950 N:48 (8260).
10. Sabir Әsədov. Heydər Hüseynov. Bakı. Azərbaycan nəşriyyatı 1998, 96 səh.
11. Vilayət Quliyev: Talelərin qəribə kəsişməsi: Şeyx Şamil, Mirzə Kazım bəy,
Heydər Hüseynov... və Mir Cəfər Bağırov. 525-ci qəzet 19 iyul 2008-ci il N: 129
(2720).
12. H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. B.2007.
Rəşad Əsgərov
398
XÜLASӘ
Məqalədə Azərbaycan fəlsəfə tarixi elminin görkəmli nümayəndəsi Heydər
Hüseynovun fəlsəfə və ictimai fikir tarixi sahəsindəki fəaliyyəti geniş surətdə
tədqiqata cəlb edilmişdir. Burada həmçinin Azərbaycan milli fəlsəfi fikir tarixinin
inkişaf xüsusiyyətləri tam aydınlığı ilə təhlil edilmiş, fəlsəfi fikrin Avropa və digər
xalqların fəlsəfi fikri ilə qarşılıqlı münasibətləri tədqiq olunmuşdur. İşdə eyni
zamanda sovet dövründə ideoloji məsələlərdə və milli məsələlərin həllində dövrün
ideoloji xüsusiyyətlərindən kənara çıxan və ya az da olsa milli-azadlıq fikirlərini
tədqiqat obyektinə çevirən Heydər Hüseynova olan təzadlı münasibət dərindən
araşdırılmışdır. Azərbaycanda fəlsəfə tarixi elminin və fəlsəfə ixtisasının
yaranmasında və ölkədə bu elmin inkişafında xüsusi xidmətləri olan akademik
Heydər Hüseynovun XIX əsr Azərbaycan fəlsəfə və ictimai fikir tarixi haqqındakı
tədqiqatı məqalədə ətraflı şərh edilmiş və onun irsinin özündən sonrakı tədqiqatçılar
üçün elmi zəmin olması vurğulanmışdır.
Heydər Hüseynovun Azərbaycan fəlsəfi fikir tarixində yeri və rolu
399
ABSTRAKT
Rashad Asgarov
philosophical doctor on philosophy,
assistant professor
In the article, distinguished delegate of Azerbaijan philosophical history
science, Heydar Huseynov's occupation in the philosophical and social history field
has been researched in detail.
Development features of Azerbaijan national philosophical idea history have
been analyzed and national philosophical idea has been researched as in mutual
attitude with the philosophical ideas of European and other peoples, too.
At the same time, in the article contrasting attitudes have been explored deeply
about Heydar Huseynov, who pull of ideological features of period in the solution of
ideological and national matters of Soviet era and made research object the national
liberation opinions.
Heydar Huseynov became an academic, who had special services in the
beginnings of philosophical history science and philosophy profession in
Azerbaijan, and also in the development of this science in the country. His
investigation about philosophy and social idea history during XIX century in
Azerbaijan has been explained in the article, comprehensively. It also has been
mentioned that, his legacy is scientific foundation for subsequent researchers.
Rəşad Əsgərov
400
РЕЗЮМЕ
Рашад Аскеров
Доктор философии по философии,
доцент
Dostları ilə paylaş: |