Mütənəbbi elmi və ədəbi mövqeyi:
Әbu ət-Tayyib əl Mütənəbbinin adı irihəcmli ədəbiyyat və şeirin geniş
üfüqlərində heç bir ərəb şairinin çatmadığı uca bir zirvədə dayanır. Bununla belə,
şairin elmi şəxsiyyəti yalnız şeir və ədəbiyyatla məhdudlaşmayan daha yüksək
mövqedədir. Şairin həyatı və yaradıcılığı, təhsili və hər şeydən daha çox isə onun
“Divan”ında istifadə edilən zənginliyi okeanlar qədər dərin olan maarif və hikməti
bunu göstərir ki, Mütənəbbi din sahəsində alim və ziyalı olmuş, öz dövrünün fəlsəfi
məktəbləri ilə tanış olmuşdur. Corci Zeydan bu haqda yazır:
"
هباحصا نم ملعلا ذخا و ةظفاحلا یوق ناک بدلاو ملعلا بلط
یلع أشن
"
(15.səh.555)
" Uşaqlıqdan biliyə və ədəbiyyata marağı olmuşdur, hədsiz güclü hafizəyə
malik olmuş və biliyi alimlərdən almışdır "
Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri
95
Həmçinin Butrus əl-Büstani yazir:
ماکحلااب اعبشم ،اجضان هرکف زاربا یلع نوع هینانویلا هیبرعلا ةفسلفلا یلع هعلاطا نم هل ناکو"
ةدیدسلا
"
)
11. səh 348)
"Onun ərəb, yunan fəlsəfəsi ilə tanışlığı fikiri baxımından inkişafı və alətlərdən
düzgün bəhrələnməsinə səbəb oldu "
Burada Mütənəbbinin dövründəki münasib şərait və elmi inkişafından bəhs
etmək yerinə düşər.
Beləki, "Tarixu adabi-luğətil ərəbiyyə" kitabının ikinci cildinin 529-cu səhifə-
sində VI əsri "İslamın qızıl əsri" adlandırmışlar.(15, s.529) Bu dövr Mütənəbbi və o
dövrün bütün tədqiqatçılarının ac ruhuna misilsiz və mahir ustadlardan bəhrələn-
məyə imkan verdi və onlar öz yanğınlarını şəffaf və zülal islam maarifi ilə söndür-
dülər. Şair də o dövrün mükəmməl şəraitindən tam şəkildə bəhrələndi və qiraət,
Quran, qrammatika, hədis, fəlsəfə və s. kimi öz dövrünün müxtəlif elmləri sahəsin-
dəki böyük alimlər və istedadlı tədqiqatçılarından elm, bilik öyrəndi. Şeir və ədəbiy-
yat sahəsindəki məşhurluq, onun şeirlərinin məna dərinliyi, mövzular və təbirlərin
yüksək səviyyəsi, beytlərdəki hikmətamiz məqamlar, yüksək fikirlər, fikir və dü-
şüncələrinin dəqiqliyi, geniş dünyagörüşü və baxışları, gətirdiyi yeniliklər - bütün
bunlar şairin zəngin mədəniyyəti, islam maarifini dərindən və tam bilməsinin aydın
və şübhəsiz nümunəsidir. Bu baxımdan şairin “Divan”ı deyilənlərə ən yaxşı sübut
ola bilər.
Mütənəbbi şöhrəti və sözü əsrlərdir ki, onun doğma yurdunun hüdudlarını aşıb
keçmiş və şairin şeirləri böyük filosof və ədəbiyyatçıları özünə cəlb etmişdir. Şairin
şöhrəti elə bir səviyyədədir ki, ondan başqa heç bir şair haqqında bu qədər söz
deyilməmişdir:
ءاوس هلنی ملام ةیبدلأا ةرهشلاب لانف
(15, səh 556)
"Әdəbiyyat sahəsində elə şöhrəti var ki, heç kəs ona çatmır"
Mütənəbbinin şöhrətinin səbəblərindən biri budur ki, öz dövründən başlayaraq
bu günə qədər onun şeiri haqqında söhbət açılmış və araşdırmalar aparılmışdır.
Səalibinin təbirincə desək "onun şeiri dərs-üns məclislərində, yazıçıların risalələrin-
də, şairlərin” dilində, müğənnilərin nəğmələrində və s. zümzümə edilir" (6,səh.78)
Şairin şeirlərinin təfsiri və şərhinə dair kitablar yazılmışdır. Onun səhrada yaşaması
və səhrada yaşayanlarla söhbətləri şeir dilinin saflaşmasına olduqca böyük təsir
göstərmişdir. Belə ki, şairin elə bir qəsidəsini tapmaq mümkün deyil ki, orada səhra
Əhməd Qənnad oğlu Şabani Minaabad
96
və onun təsiri duyulmasın. Mütənəbbinin bütün fikri, ruhu, hisləri və xəyalı səhra və
səhra sakinləri ilə bağlıdır. O, səhra həyatını elə bir şəkildə təsvir edir ki, elə bil
bütün həyatını orada keçirmişdir. Şairin səhra ilə bağlılığı ərəb dilini, sözlərin incə-
lik və mənalarını dərindən bilməsi onun dilinin əsrarəngiz bir rəng almasına, təmiz
və səlis, bəlağətli və aydın olmasına, ədəbiyyatın ən uca zirvəsinə çatmasına və
“nəbi əl-ədəb” adlandırılmasına səbəb olmuşdur. Şair elə bir ədəbi mövqe və yerə
sahib olmuşdur ki, onu və qiymətli xəzinə olan şeirlərini tanımaq üçün xüsüsi əsərlər
yazıldı.
Mütənəbbi şeirində peyğəmbər hədisləri:
Yüksək məqamlı şairlər keçmiş zamanlardan müqəddəs şəxsiyyətlərin qiymətli
kəlamlarından və hədislərindən istifadə etməklə öz əsərlərinin əbədiliyi və ölməz-
liyini təmin edir. Onlar istifadə etdikləri qaynaqların əzəmət və vüqarını artırmaqla
ən müqəddəs bəşər ədəbiyyatını yaratmışlar. Hədislərdəki bilik və məlumatın
zənginliyi onlardakı dərin məna tutumuna, fəsahət, bəlağətə və fikir zənginliyinə
bağlıdır. Çünki hədislərin kökündə Quran kimi bir əzəmət və qüdrət dayanır. Әsas
mayasını Quran və hədislər təşkil edən islam mədəniyyətinin qoynunda böyük yazıcı
və şairlər yetişmişlər. Onların şeirləri Quran məfhumları və ayələri ile müşayət
olunur. Klassik şairlərin böyük vurğunluqla Quran və hədislərin mübarək məfhum
və elmləri, böyük din adamlarının sözləri ilə tanışlığı Quran və hədislərin təsiri onun
bütün “Divanı” boyunca aydın görünməkdədir. Quran kəlamları və hədislər onun
ruhuna sahib olmuş və bu səbəbdən də onun bu təsirini addımbaşı görmək
mümkündür. Məsələn, böyük və müqəddəs “Allah” sözü Mütənəbbinin şeirlərində
dəfələrlə istifadə edilmişdir. Bundan əlavə şair islam tarixində ozunəməxsus
məfhuma malik sözlərdən istifadə edir və bu ad onun həmin anlayışlara olan sonsuz
etiqadını böyük məhəbbət və ehtiramını göstərir.
Mütənəbbi öz beytlərinin birində günahkarın əfv olunması və günahlarının
bağışlanılması haqqında yazır:
مه
َنونسحی
َوفعلا
نع
ِلک
بنذم
و
نولمتحی
َمرُغلا
نع
لک
ِمراغ
(8, s.375 , b. 1)
" Onlar öz xoşniyyətliyindən hər bir günahkarın günahını bağışlayırlar. Digər
şəxslərin də günahların əvəzini ödəməyi öz öhdələrinə götürürlər."
Həzrət Rəsuli Әkrəm də buyurur:
" کملظ نامع وفعلا ؟ هرخلا و ایندلا قئلاخریخب مکربخا لأ "
Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri
97
(25, s.339)
"Ey camaat, istəyirisiniz sizi agah edim bu dünya və axirətin ən yaxşı insanı
kimdir? O, kəs ki zalımın günahını bağışlayır "
Mütənəbbi öz Divanının digər bir yerində də ölüm və insanın sonu barədə yazır:
ناف
ُکی
اناسنا
یضم
ِهلیبسل
انِاف
ایانملا
ُةیاغ
ِناوَیَحلا
(8, s.287, b. 1)
Mütənəbbinin bu beytinin ikinci misrası ölüm haqqında olan məşhur hədislərə
istinad edir. Həmin hədislərdən biri aşağıdakı kimidir.
" توملا توق تنا و لکآ ةابح لکلو توق قمر یذ لکل "
" Hər bir canlınıb qidası olduğu kimi hər bir cücərtinin yeyəni vardır, Və sən də
ölümün qidasısan "
(25, s. 287)
Mütənəbbinin şeirlərində Әmirəlmömininin(ə) kəlamları
Әli əleyhissalamın xütbə və nitqləri, müsahibələri və qısa hikmətamiz sözlərin-
dən ibarət olan söhbətlərinin dərin mənası və əxlaqı-didaktik mahiyyəti, sözlərinin
şirinliyi, qəliblərinin gözəlliyi o dövrdən başlayaraq geniş oxucu kütləsinin diqqətini
cəlb etmişdir.
“Səbt bin əl-Cüzi” adı ilə məşhur olan əllamə Şəmsəddin Hanəfi bu haqda
deyir: Әli elə sözləri dilinə gətirir ki, ismət və əzəmətlə doludur. O, kifayət qədər
hikmətli danışırdı və Allah bu kəlamla ona böyüklük və əzəmət vermişdir. Bu sözlər
hər kəsin qulağına çatsa, onu heyrətləndirir və təəccübləndirir. Allah söz demək
nemətini ona verdi, şirinlik və məlahəti bir yere gətirə bildi, bəyan sehrini və fəsahət
gözəlliyini bir-birinə qarışdırdı.
Ondan nə bir söz atmaq olar, nə də sənəd köməyi ilə və bir dəlillə onunla
bərabərləşmək olar. (22, s.193) "Demək lazımdır ki, heç bir şübhə olmadan
Әmirəlmöminin (ə) dedikləri Qurani-Kərimdən sonra ərəb məsnəvisində ən yüksək
nəsr nümunəsidir. Bu bir həqiqətdir ki, ərəb ədəbiyyatı və dilinin biliciləri, katibləri
min il bundan əvvəl etiraf etmişlər ki, ərəb ədibləri və digər xalqların nümayəndələri
hicri-qəməri tarixinin üçüncü əsrindən başlayaraq imamın söhbətlərinin kiçik
parçalarını toplamağının səbəbi həmin söhbətlərin mənəvi xüsusiyyətləri sözlərinin
gözəlliyidir".(23, s.202) Buna görədir ki, tədqiqatçılar ərəb ədiblərinin xütbə və
kitablarını hətta islamdan sonra ərsəyə gələn ərəbdilli müsəlman şairlərin divanlarını
araşdırmaq istərkən, çox az ədib və şairin Әlinin (ə) söhbətlərindən və sözlərindən
Əhməd Qənnad oğlu Şabani Minaabad
98
öz yazılarında istifadə etmədiyinin şahidi olurlar. Tam qətiyyətlə demək olar ki,
Qurani-Kərim və Peyğəmbərin (s) söhbətlərindən sonra yazarlar və dinləyicilər heç
kəsin sözlərindən Әlinin (ə) sözləri qədər bəhrələnməmiş olmasınlar. Bu məsələ
Әlinin (ə) sözləri ilə tanış olan hər kəs və həmçinin bütün müsəlmanlar üçün
doğrudur. Bu sırada ruh və din baxımdan Әli (ə) ilə həmfikir olan müsəlmanlar, bu
sahədən agah olanlar, başqa sözlə desək, Әli məktəbinin davamçıları Әlinin
sözlərinin təsirini qəbul etməyə və bunu öz əsərlərində əks etdirməyə daha çox
hazırlıqlıdırlar. Mütənəbbi Həzrət Әliyə (ə) olduqca vurğun olan müsəlmanlar
sırasındadır və Әli (ə)haqqında söz söyləməyi çox çətin hesab edir. Bu böyük ərəb
şairinə deyəndə ki, niyə Әlini tərifləmək üçün bir şey demirsən, o belə cavab
vermişdir.
ادامَعَت ايِصَولِل يحْدَم ُتْكَرَت َو
ْذإ
َناك
اروُن
لایطَتْسُم
لاِماَش
ِهِسْفَنِب َماق ُءيشلا َلاطَتسا اذإ و
لاِطاب ُبهذت ِسماشلا ِء ْوَض ُتافِص َو
(8, 1-ci cild, səh.49, beyt: 4-5)
"Mən peyğəmbərin canişinin mədhindən qəsdən uzaqlaşmışam, çünki dünyanı
bir sözdə sığışdırmaq olmaz. Onun zatında gizlənmiş o əzəmətin mədhə nə ehtiyacı
var?! Məgər aləmə nur saçan günəşi tərif etmək boşuna deyil ?! "
"Bu sözlər bir ərəb şairinin həyəcanla, şüurla, zəifliklə, dərdlə, yerində olan
sadəliklə, təəccüb və vurğunluğu ilə üzr istəməsidir. Mütənəbbi bir damcıdır ki, ona
dedilər ki okeanların vəsfindən danışsın və zərrədir ki istədilər ondan günəşin
fəziləti haqqında şeir yazsın".(21, s.21-22) Buna görədir ki, Әliyə vurğun və Әli
şiəsi olan şair Mütənəbbinin "Divan"ında hədsiz çox nəsihətlər və mövzular görmək
olar ki, Әmirəlmöminindən iqtibas edilmiş, onun dilindən danışılmış, məfhumla-
rından istifadə edilmiş və onun kəlamlarında bəyan edilmişdir. Mərhum əllamə
Məhəmməd Hüseyn Әli Kaşif əl-Әzainin fikrincə, "Mütənəbbi özünün hikmətamiz
şeirləri və zərb-məsəllərinin əksəriyyətini Әlinin (ə) söhbətlərindən götürmüşdür".
(22, s.195)
İndi isə Mütənəbbinin Divanında Həzrət Әlinin kəlamlarına istinad edən beytlə-
rin şərhinə başlayırıq.
ةَزِئاج َو
یَوعَد
ِةابَحَملا
َو
یَوَهلا
نإ َو
َناک
ل
یَفخی
ُملاَک
ِقِفانُملا
(8, s.175, b. 3)
Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri
99
" Layiq insanlara dostluq və sevgi elan etmək cayizdir. Amma ikiüzlü insanın
sözlərində həqiqət gizli qalmaz "
Dostluq və məhəbbət iddiası cayizdir. Amma düşmənçilik və kinayə saxlayan
insanların sözlərinin həqiqiliyi heç vaxt örtülü qalmır.
Mütənəbbi yuxarıdakı beytində Həzrət Әlinin bu kəlamına əsaslanır:
َلَف یف َرَهَظ الِا ائیَش دَحَأ َرَمضَأ ام "
ِهِهجَو ِتاحَفَص و ِهِناسِل ِتات
"
(26, s.1098, hikmət 25)
" Heç kim heç nə ürəyində gizlədə bilməz. Çünki hər nəyi gizlətsə həqiqət onun
düşünülməmiş və diqqətsiz sözlərindən və simasında aşkar olar "
اذإ
َلیق
اقفِر
َلاق
ِملِحلل
عِضوم
ُملِح َو
یتفلا
ف
هعِضوَم ِریَغ ی
ُلهَج
(8, s.161, b. 2)
Ona hər dəfə deyildiyi zaman ki rəftarında sərt olma, o deyir: biliyin və
dözümlülüyün özünəməxsus bir yeri var. Lazım olmayan yerdə dözümlülük ziyalı
insan üçün nadanlıqdır"
Mütənəbbinin bu beytinin məzmunu Həzrət Әmirəl Möminin bilikli insanlar
barədə olan bu kəlamına əsaslanır:
" ُهَعِضاوَم َء یَّشلا ُعَضَی یذَّلا َوُه
(26, s.1191, hikmət 227)
"Ağıllı insan odur ki, hər şeyi öz yerinə qoysun "
Mütənəbbi isə başqa bir yerdə yazır:
ُمه
مِهِلاوم ِل
َو
َنسَل
مُهَل
ُراعلاَو
یقبَی
ُحرُجلا و
ُمِئَتلَی
(8, s.218, b. 7 )
" Onlar malların və sərvətlərin qullarıdır, Halbuki mallar və sərvətlər onların
deyil. Pislik daimi qalır, amma qılınc yarası sağalır "
Bu beytin məzmunu əxlaqi dəyərlər daşıyan bir məsələ haqqındadır. Bunun
mövzusu “tamahkarlıq və xəsislik”dir. Quran ayələrində və hədislərdə bu
xüsusiyyətlər şiddətlə pislənir. Həzrət Әli (ə) də öz kəlamlarında buyurur:
«
راع ُلخُبلا
»
(23, s. 361) " Xəsislik ardır "
Mütənəbbi şeirində hikmət, Quran və ürfan ünsürləri:
Mütənəbbi əsil-nəcabətli bir ailədə böyüyüb boya başa çatmışdır. Təhsilini
yaxşı ələvi məktəbində almış və orada şiəliyin əsasları ilə tanış olmuşdur, dövrünün
Əhməd Qənnad oğlu Şabani Minaabad
100
elmi məclislərində iştirak etmiş, tələbələrlə əlaqəsi və söhbətlər vasitəsilə fəlsəfi və
təsəvvüf məktəblər haqqında məlumat əldə etmişdir. Mütənəbbi yunan fəlsəfəsi ilə
tanışlıq, müxtəlif şəhərlərə və ölkələrə uzunmüddətli səfərləri geniş dünyagörüşünə
malik olması, söz sənətinin incəliklərini hərtərəgli və dolğun şəkildə yiyələnməsi
onun bir şair kimi yetişməsinə səbəb olmuşdur. Mütənəbbinin şeiri mistika, hikmət
və fəlsəfə ilə dolub daşır. Onun bu mövzularla bağlı beytləri zövq və düşüncəsinin
şah əsərləridir. Şair bu qəbildən olan şeirlərinin əksəriyyətində ən incə etik nöqtələri
həyatdan götürdüyü nümunəyə çevirmişdir. Boş yerə deyildirki, bu beytlərin
əksəriyyəti xalqın dillər əzbəri olmuş, sadəliyi və hikmətamizliyinə görə hamı
tərəfindən geniş istifadə edilmiş və ibrət alanlar üçün nümunə olmuşdur. Mütənəbbi
hikmətdə də yeni mənalar yaradır və bu onun özünəməxsus xüsusiyyətlərindəndir.
İncə zövqü və güclü hisləri ona tamamilə yeni fikirləri, toxunulmamış mövzuları
kəşf etməyə imkan vermişdir. Buna görədir ki, onun “Divanı”nının hər yerində yeni
mövzularla qarşılaşırıq. Mütənəbbinin şeirində fəlsəfə mistika və etika ilə qaynayıb
qarışmışdır və şair bir vaiz kimi təmsil vasitəsilə arqumentlərdən bəhs edir.
Səyahətlər onu həyatın sirləri və rəmzləri ilə tanış etmişdir. Buna görədə şairin
hikmətinin olduqca böyük bir hissəsi onun şəxsi təcrübələridir və "Mütənəbbinin
hikməti onun həyat təcrübəsinin nəticəsidir".(9, səh.813)
Mütənəbbinin şeirdəki fövqəladə istedadı öz dövrünün ədəbiyyat və sənətsevər
padşahları və şahzadələrinin diqqətini cəlb etmişdir. Lakin şairin şeirinin yüksək
ruhu şeirinin alimcəsinə və abidcəsinə vüqar və əyilməzliyi onu sitayiş etməkdən
uzaqlaşdırırdı, mümkün olduğu qədər sitayiş edilməkdən və təriflənməkdən qaçırdı.
Bu da onun şöhrət və hörmətinin artmasına səbəb olurdu. Digər tərəfdən isə bir çox
şairlər kimi öz dövrünə məxsus olan ləzzətlər və xoşbəxtliklərdən yararlanmaq
imkanı axtarırdı. Lakin bütün tarixçilərin etiraf etdiyi kimi, gəncliyini paklıqla,
nəfsini saxlamaqla, dindarlıq və möminliklə keçirmiş və ömrünün sonuna qədər
ləyaqətlə yaşamışdır. Mütənəbbinin Quranla, hədislərlə, fiqhlə, təfsirlə, fəlsəfə ilə
tanışlığı onun əsərlərində aydın şəkildə özünü göstərir. Fikri bunların təsirindən
kənarda qalmır. Bütün bunlar şairin müdrik bir insan kimi tanınmasına səbəb
olmuşdur. Mütənəbbinin “Divan”ında olduqca az qəsidə tapmaq olar ki, hikmətsiz
olsun. Әl-Faxurinin təbirincə:
" هتمکح نم زونک یلع تفقو هناوید تبَلق امفیک کانا "
(14,səh.813)
" Onun “Divan”ını alt-üst etdikdə, onun hikmət xəzinəsini ələ keçirirsən "
Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri
101
Mütənəbbinin müxtəlif zamanlarda şeir deməsinə baxmayaraq, onun gerçək
şəxsiyyəti onun hikmətində özünü göstərmişdir. Mütənəbbinin şeiri fəlsəfə və
hikmətlə elə qaynayıb-qarışmışdır ki, Әl-Məərri onu şair hesab etmir "müdrik"
sözünü ona layiq bilir:
یرتحبلارعاشلا امنا و نامیکح یبنتملا و ماامتوبا
"
"
(9, səh. 557)
"Әbu Təmmam və Mütənəbbi müdrikdirlər və şair ancaq Bühtüridir."
Mütənəbbinin müdrik şeirlərinin əzəmətini anlamaq üçün şairin əsərlərini
araşdıran tədqiqatçıların təəccübünə səbəb olan məsələyə işarə etmək lazımdır. Bu
da ondan ibarətdir ki, Mütənəbbinin hikmətli sözləri və zərb-məsəllərini toplayıb çap
edənlər şairin düşmənləri və onu kəskin tənqid edənlər olmuşdur. Belə şəxslərdən
biri də Әl-Hatəmidir ki, Mütənəbbinin 96 beytini “Әr-risalə əl Hatəmiyyə fi ma
vafəqal Әl-Mütənəbbi fi şeiri kəlami Әrəstu fi-hikəm” adlı kiçik bir kitabda
toplamışdır. O, kitabın müqəddiməsində deyir:
“Mütənəbbinin şeirində fəlsəfi meyllər vardır ki, Aristotelin sözləri və məntiqi
tam mənası ilə bəyan edilmişdir. Әgər bu hadisə Mütənəbbinin araşdırması və
mütaliəsi səbəbilə olsa, belə bir nəticəyə gəlmək olar ki, fəlsəfi əsər və kitablara
dərindən və ətraflı yiyələnmişdir. Әgər təsadüfən olsa lakoniklik və bəlağət xatirinə
Mütənəbbinin şeirindədir və onun kəlamı onlar üçün üstünlük qazanmışdır”.
(10,s.269) Bu fikri elə bir şəxs söyləyir ki, Mütənəbbinin düşmənlərinin tövsiyəsi ilə
onu rədd edən “Әl-mozehat fi zikri sərəqati Әbit ət-Təyyub və saqət şirihi” adlı kitab
yazmışdır. Mütənəbbinin hikmətli sözləri və zərb-məsəllərini toplayan başqa bir
şəxs isə Sahib bin Әbaddır və bu şəxsin Mütənəbbiyə olan düşmənçiliyi və nifrəti
hamının dilində idi. Sahib Mütənəbbinin şeirlərindən 371 beyti əlifba sırası ilə “Әl-
əmsalul saire min şiril Әl-Mütənəbbi”adlı kitabında toplamışdır. Fəxrüddövlə İbn
Buyə üçün toplamış bu kitabın müqəddiməsində yazır: "Bu şair öz sənətindəki
məharəti və tam ustalığı səbəbilə zərb-məsəllərinin bəyanı üçün bir üslubu vardır ki,
öz həmtaylarından irəli getmişdir. Mən də öz növbəmdə yeni və misilsiz, məna və
sözlərdə eybi və nöqsanı olmayan zərb-məsəlləri onun “Divan”ından çıxarıb
yazdım".(20,s.21)
Aydındır ki, əgər Mütənəbbi düşmənlərinin və əleyhidarlarının onun hikməti
haqqında belə fikirləri varsa, İbn Cinni, Məərri, Ukbəri və Vahidinin şairin
beytlərinin şərhi zamanı olan təəccüb və şaşqınlıqlarına işarə etməyə ehtiyac yoxdur.
Mütənəbbi fikrində canlandırdığı Mədineyi-faziləni hikmətli sözlərində təsvir edir,
Əhməd Qənnad oğlu Şabani Minaabad
102
özünün hikmətamiz, məna dolu sözləri və şeirlərində insan xəbisliyindən və
yaxşılıqlarından geniş bəhs edir.
Quranın ədəbi üslubu, Qurandakı sözlərin gözəlliyi, ahəngi və məna genişliyi
onu dinləyən insanların qəlbində təsvir edilməz bir həvəs oyadırdı. Bu cür təsiredici
amillər adi insanlardan daha çox incəsənət xadimlərinə, xüsusilədə şairlərə təsir
göstərir və onların qəlblərində özünəməxsus bir yer tuturdu. Məhz buna görədir ki,
islam dininə etiqad edən bütün müəllif və ədiblər Qurani-Kərimdən təsirlənmiş, öz
yaradıcılıqlarında Quran ayələrindən və müxtəlif məsələlərdən geniş şəkildə bəhs
edən əsərlər miras qoymuşlar. Bu səbəbdəndə islam dünyasından bəhs edən müxtəlif
əsərlərdə, tarixi kitablarında, Divanlarda, eləcədə Qurani-Kərimdən bəhs edən
əsərlərdə ürfani məsələlərə aid müxtəlif ayə və məzmunlara rast gəlirik.
Mütənəbbinin fəlsəfi şeirləri arasında çox az sayda beytləri ola bilər ki, Qurandan
bəhs edən məsələlərdən xali olsun. Bu təsirin miqyası o həddə idi ki, müxtəlif
məzmunlardan istifadə etməklə yanaşı bəzən təfsirlərə də yol verilirdi Allahu-Təala
Qurani-Kərimdə buyurur:
«
َلأا َو نَمْلاِب مُکِتاَقَدَص ْاوُلِطْبُتَل ْ اونَماَء َنیِذَّلا اَهُّیَأ اَی
یَذ
»...
(17, Bəqərə, 264)
" Ey iman əhli! Sədəqələrinizi minnət və əziyyət verməklə bada verməyin..."
Mütənəbbidə yuxarıdakı möhtərəm ayədən təsirlənərək deyir:
یطْعُی
لاَف
ةَلْطَم
اَهُرادَکُی
اَهب
َو
ل
ةانَم
اَهُداکَنُی
(8, 1ci cild, səh.120, beyt:1)
"Dərk etmədən əta edir və minnət qoymaqla bağışlamağının dəyəri azalmır "
Allahu-Təala Qurani-Kərimdə buyurur:
«
َّنَبیِصُتَّل ةَنْتِف ْاوُقَّتا َو
َنیِذَّلا
... ةَّصاَخ ْمُکْنِم ْاوُمَلَظ
» .
(17, Әl-Әnfal, 25)
" Qorxun o bəladan ki ancaq sizin sitəmkarlarınızın olmasın "
Mütənəbbidə bu mübarək ayədən təsirlənərək deyir:
َو
م ْرُج
ُهارَج
ُءاهَفُس
م ْوق
َو
الَح
ریَغب
هِمراج
ُباذَعلا
(8, 2ci cild, səh.160, beyt: 2)
"Ağılsızların törətdikləri çoxlu günahların cəza və işgəncələri günahsızlara
çatır"
Dostları ilə paylaş: |