İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   2   3   4   5   6   7   8   9   ...   36

ӘDӘBİYYAT 

 

1.

 



Гурани  Кярим.  Яряб  дилиндян  тяръцмя  едянляр  З.М.Бцнйадов; 

В.М.Мяммядялийев. Бакы: Гисмят, 2004, 607 с. 

2.

 

Donuk Abdulkadir. “Çeşitli topluluklarda ve eski Türklerde aile”. İstanbul: 



1992, 175s. 

3.

 



Йусиф  Щаъы  Ябдуррящман.  Исламда  аиля  цзвляринин  щцгугу.  Бакы,  1998, 

164с. 


4.

 

Актан Щамза. Ислам мирас щукуку. Истанбул: Ъаьалоьлу, 1991, 297 с. 



5.

 

Берки Али Щиммет. Ислам щукукунда фераиз ве интикал. Анкара: Аййылдыз 



матбаасы, 1985, 186 с. 

6.

 



Кыйыъы Селащаттин. Ислам щукукунда юрф ве адетлер. Истанбул: Ъаьалоьлу, 

н.и.й., 143 с. 

7.

 

Йазычы  оьлу  М.  Саид.  Ислам  дцшцнъесинин  тарищсел  эелишими.  Анкара: 



Акчаь йайымлары, 2001, 206 с. 

8.

 



Керимов Г.М. Шариат и его социальная сущность. Москва: Наука, 254 

стр. 


9.

 

Сюкияйнен  Л.Р.  Мусульманское  право  и  семейное  законодательство 



стран Арабского Востока. Москва: Мусульманское право, 1984, 296 стр. 

10.


 

Balcı Ramazan. Әbu Hureyre. İstanbul: Nəsil, 2006 

 

 


 

Səbinə Həmid qızı Mirzəyeva 

60 


 

XÜLASӘ 

 

İSLAMDA VӘSİYYӘT VӘ ONUN MAHİYYӘTİ 

 

S.H.Mirzəyeva 

 

İslam  ehkamları  insanın  ölümdən  qabaqkı  və  ölümdən  sonrakı  həyatını  vahid 



bir silsilə kimi təsəvvür etməyə, müsəlmanı öz yaradılışının hikmətini daha dərindən 

dərk  etməyə  sövq  edir.  Bir  müsəlmanın  ölümündən  qabaq  imkan  tapıb  kiməsə 

vəsiyyət  etməsi,  dünya  həyatında  nail  olduğu  maddi  və  mənəvi  uğurların  davam 

edəcəyinə inam hissi keçirməsinə ehtiyac yaradır. 

Bu  baxımdan  islamı,  ölüm  hadisəsinə  münasibətdə  insan  təfəkkürünün  yeni 

mərhələsi  hesab  etmək  mümkündür.  İslamın  meydana  gəlməsi  ilə,  ölümdən  qabaq 

vəsiyyət etmək ənənəsi bir hüquqi mərasim şəkilini almışdır. 

 

 

РЕЗЮМЕ 

 

ЗАВЕЩАНИЕ В ИСЛАМЕ И ЕГО СУЩНОСТЬ 

 

С.Г.Мирзоева  

 

Исламские  догмы  стимулируют  представление  человеком  жизни  до 

смерти  и  после  смерти  в  единой  системе/цепи,  а  также  стимулирует 

мусульманина  более  глубоко  воспринимать  суть  своего  сотворения. 

Нахождение  со  стороны  мусульманина  кого-нибудь  кому  можно  завещать 

создает  необходимость  в  чувство  веры  в  продолжение  материальных  и 

духовных успехов, достигнутых в земной жизни. 

С  этой  точки  зрения,  отношение  ислама  к  смерти  можно  считать  новым 

этапом  человеческого  мышления.  С  приходом  ислама  завещание  до  смерти 

(предсмертное завещание) приняло форму юридического мероприятия.  



 

 

İslamda vəsiyyət və onun mahiyyəti 

61 


 

SUMMARY 

 

TESTAMENT IN ISLAM AND ITS ESSENCE 

 

S.H.Mirzoyeva 

 

Islamic  dogmas  encourages/stimulates  a  human  being  to  imagine  a  life  before 

death and life after death in one system/chain; also stimulates a Muslim to perceive 

essence/nature of his creation more deeply. A process of finding someone whom you 

can testament to/ bequeath to creates belief in continuation of material and spiritual 

achievements reached in mundane life. 

From this point of view, relation of Islam to death can be considered as a new 

stage/period  of  human  thinking.  With  Islam  coming  to  the  arena,  premortal 

testament has gained a form of juridical act. 

 


Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

63 


 

 

KӘLAMDA MӘZMUN VӘ METOD BAXIMINDAN YENİLӘNMӘ 



HӘRӘKATI (YENİ ELMİ-KӘLAM DÖVRÜ) 

 

i.f.d. dosent əvəzi Adilə Tahirova 

Bakı Dövlət Universitetinin  

İlahiyyat fakültəsinin 

 İslam elmləri kafedrasının müəllimi 

 

 

Açar sözlər: Kəlam, yeni elm-kəlam, modernizm, İslam elmləri 

Keywords: Kalam (theology), new Islamic theology, Islamic sciences 

Ключевые слова: Теология (калам), реновация, модернизм, исламские науки 

 

XIX əsrdə yaşanan hərbi və siyasi uğursuzluqlar elm adamlarını İslam aləmində 



baş  verən  “inxitat”,  “inqiraz”  və  “təəxxur”  (tənəzzül)  səbəblərini  araşdıran  əsərlər 

yazmaya sövq etmişdir. Daha çox qəzet və məcmuələrdə yer alan bu cür yazılarda 

başda  mövcud  təhsil  sistemi  olmaqla  təsbit  edilən  uğursuzluqlar  üzərində 

durulmuşdur.  İslam  elmlərinin  məzmun  və  əsaslarının  ehtiyaca  cavab  vermədiyi 

şəklindəki yayğın qənaət bunları yeniləmə və canlandırma fikrini gündəmə gətirdi. 

İstər fəlsəfənin yeni məzmunuyla inanc və dəyərlərə zərbə vurması, istərsə də  dini 

əhatə  etməyən  cərəyanların  gün  keçdikcə  ziyalıları  öz  təsiri  altına  alması  elm 

adamlarını  axtarışlara  yönəltdi.  Bu  vəziyyətdə  kəlamçıların  üzərinə  məsuliyyət 

yükləndiyi  və  sürətlə  yeni  araşdırmalara  ehtiyacın  olduğu  dilə  gətirilirdi.  Kəlamın 

yeni  tələblərə  və  ehtiyaca  cavab  vermədiyi  irəli  sürülərək  zamanın  tələbinə  uyğun 

əsərlərin yazılmasının zəruriliyi vurğulanırdı.  

Osmanlılar dövrü kəlam elmi ilə əlaqəli fikir və izahlar mövzusunda əsas yerlərdən 

birinə sahibdir. Jurnallardakı müxtəlif məqalə və mübahisələrdə son dövr İslam alimləri 

arasında  kəlam  kitablarının  ehtiyaca  cavab  vermədiyi  dilə  gətirilirdi.  “Sırati-Müsta-

kim”də çıxan bir yazıda əhatə etdiyi mövzu və problemlər baxımından beş yüz il qabaq 

yazılan kəlam və fəlsəfə kitablarının artıq kafi olmadığı bildirilərək qədim sufistaiyyənin 

(sofistlərin)  yerinə  artıq  maddiyyun  (materialistlər)  və  təbiətçilərin  (naturalistlər) 

keçdiyini, dəhriyyunun da şəkil dəyişdirdiyini, bu səbəblə mövcud fikirlərə qarşı rədd 

cavabını verə biləcək əsərlərin yazılmasına ehtiyacın olduğu vurğulanmışdır. 


 

Adilə Tahirova 

64 


Tarix  boyu  İslam  alimləri  də  ortaya  çıxan  ehtiyaclara  görə  hərəkət  etmişdir. 

Әqaid  və  kəlam  elminin  əsas  mövzuları  (məsail)  eyni  qalsa  da,  bu  mövzuları  izah 

edərkən  və  ya  etirazlara  cavab  verərkən  metod  və  izah  tərzləri  dövrə  və  düşüncə 

məktəblərinə görə dəyişmişdir. Zaman keçdikcə mütəqəddimunun qurduğu, mütəəx-

xirunun  inkişaf  etdirib  sistemləşdirdiyi  klassik  kəlamda,  yeni  ortaya  çıxan  məsələ-

lərə də cavab tapmaq üçün metod dəyişdirmə zərurəti ortaya çıxmışdır. 

Xüsusilə  XX  əsrdə  aktual  olan  Yeni  elmi-kəlam  dövrünün  əsas  xüsusiyyətləri 

bunlardır: 

–  Materializmi  və  fəlsəfi  bir  fikir  kimi  pozitivizmi  rədd  edən,  dinə  qarşı  olan 

bioloji (Darvinizm) və psixoloji (Freydizm) tənqidlərə cavab vermək. 

– Bütün elmlərdən istifadə edərək Allahın varlığını isbat etmək. 

– İslamın əqaid məsələlərini inkar edən, xüsusilə ateist cərəyanlara qarşı isbat, 

izah və müdafiə etmək.

1

 



Әvvəlki kəlam əsərlərində də isbati-Vacib (Allahın varlığının isbatı) mövzusuna 

yer verilsə də, XX əsr üçün yetərli hesab edilməmişdir. Çünki bu dövrdə ateizm çox 

inkişaf etməmişdir. Müəttilə, Maddiyyun, Təbiiyyun və daha çox Dəhriyyun adı ilə 

bilinən axımlara qarşı fikirlər söylənsə də XX əsrdəki qədər qədər aktual olmamış-

dır.

2

 Yeni çıxan fikirlərə cavab vermək üçün də yeni əsərlər yazma zərurəti var idi. 



 

XIX  əsrdə  İslam  elmlərinin  yenidən  İslam  cəmiyyətinə  istiqamət  verə  biləcək 

səviyyəyə  gəlməsi  üçün  müzakirələr  aparılmışdır.  İslam  elmlərinin  mövzu  və 

metodlarının  ehtiyaca  cavab  verə  bilmədiyi  düşüncəsi  onları  yeniləmə  və  canlan-

dırma  fikrini  gündəmə  gətirdi  (təcdid  və  islah).  Təfsir,  fiqh  və  digər  elmlər  kimi 

kəlamda  da  yenilik  ehtiyacı  ortaya  çıxmışdır.  Türkiyədə  yenilənmə  hərəkatının 

nümayəndələri  Filibeli  Ahmet  Hilmi  (1865-1914),  İzmirli  İsmayıl  Hakkı  (1868-

1946) və s. olmuşdur. Onlar kəlamın yenilənməsindən bəhs edərkən klassik kəlamın 

gözardı  edilməməsini  xüsusilə  vurğulayırdılar.  Misirdə  kəlam  problemləri  ilə 

məşğul  olan  Məhəmməd  Әbdüh  (1849-1905)  olmuşdur.  Hindistanda  bu  hərəkatın 

nümayəndələri  kimi  Seyyid  Әhməd  Xanın  (1817-1898),  Şibli  Numaninin  (1857-

1914)  adları  qeyd  edilməlidir.  Pakistanda  isə  Məhəmməd  İqbalın  (1876-1938)  bu 

sahədə  önəmli  xidmətləri  olmuşdur.  Bu  alimlərin  hər  birinin  özünəməxsus  üslubu 

olub  bəzən  mühafizəkar  düşüncədən  xeyli  uzaq  fikirlərə  sahib  olmuşlar.  Kəlamda 

                                                 

1

  Gölcük  Ş.  Topraq  S.,  Kelam  (Tarih  Ekoller  Problemler).  səh.  73-75;  Kılavuz  A.  S. 



Anahatlarıyla İslam akaidi ve kelama giriş. səh. 286-288. 

2

 Topaloğlu B. Kelam ilmi (Giriş). səh. 19-23, 104, 139. 



Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

65 


yenilik  ehtiyacı  müxtəlif  yazılarda  müdafiə  olunub  səbəbləri  ortaya  qoyulmağa 

çalışılarkən  bu  görüşün  başlıca  təmsilçiləri  başladıqları  yenilik  hərəkatına  model 

yaratmaq  və  bu  səpkidə  işlərin  davam  etdirilməsinə  təşviq  etmək  məqsədi  ilə  yeni 

kəlam  əsərləri  yazdılar.  Bunlar  arasında  Abdullatif  Harputinin  “Tənkihul-kəlam”, 

Filibeli Ahmed Hilminin “Üssi-İslam”, “Yeni akaid”, İzmirli İsmail Hakkının “Yeni 

ilmi-kelam”, Məhəmməd Әbdühün “Risalətut-tövhid” və Şibli Numaninin “Kəlam” 

əsərləri sayıla bilər. Seyyid Әhməd Xanın (1817-1898) “Təfsirul-Quran”, Cəmaləd-

din  Qasıminin  (1866-1914)  “Məhasinut-təvil”,  Rəşid  Rzanın  (1865-19354) 

“Təfsirul-mənar”,  Mahmud  Şükri  əl-Alusinin  (ö.  1924)  “Ma  dəllə  əleyhil-Quran”, 

Elmalılı  Hamdi  Yazırın  (1878-1942)  “Hak  dini,  Kuran  dili”  adlı  təfsirləri  də  yeni 

elmlərə uyğun izahların edildiyi, daha çox əqli ayələrə üstünlüyün  verilmiş olduğu 

yeni cərəyana aid əsərlərdəndir.  

Yeni elmi-kəlam dövrünün bəzi nümayəndələri və əsərləri: 

Fərid Vəcdi, əl-İslam fi əsril-ilm. 

Abbas Mahmud əl-Әqqad, Allah. 

İzmirli İsmayıl Hakkı (1869-1946), Yeni ilmi-kelam. 

Muhəmməd Әbdüh (1905), Risalətut-tövhid. 

Şibli Numani (1857-1914), İlmi-Kəlam, İlmi-kəlami-cədid. 

Abdullatif Harputi, Tənkihul-Kəlam 

Bu dövrün digər nümayəndələri: 

Cəmaləddin  Әfqani,  Seyyid  Әhməd  Xan  (1817-1898),  Filibeli  Ahmet  Hilmi, 

Ömer Nasuhi Bilmen, İsmail Fenni, Şemseddin Günaltay. 

İndi isə yeni elmi-kəlam əsərlərinə nümunə olaraq bu dövrdə İslam dünyasının 

fərqli  bölgələrində  yaşamış  bir  neçə  alimin  əsərlərindən  bəhs  etmək  yernə  düşər. 

Kəlam  mövzularının  yenilənməsi  məsələsi  ilə  ciddi  məşğul  olanlardan  biri 

Osmanlıların  son  dövr  kəlamçısı  Abdullatif  Harputidir  (1842-1914).  Elm  və  fəlsə-

fədəki  dəyişikliklərdən  xəbərdar  olan  və  bəzilərinin  elmi  dinə  qarşı  istifadə  etmək 

istədiklərini  bilən  Harputi  bu  səbəbdən  fizika  və  astronomiya  ilə  maraqlanmıştır.

3

 

“Yeni  Әqaid”  adıyla  bir  risalə  nəşr  edən  Filibeli  Ahmet  Hilmi  (1865-1914)  bu 



mövzuyla maraqlananlar arasındadır. O, “Hər dövr insanının bir zehniyyəti olduğu 

üçün  bu  günün  insanının  keçmişin  məntiq  və  elmləri  ilə  kifayətlənməsi  mümkün 

                                                 

3

 Harputi. Tenkihul-kelam. səh. 439. 



 

Adilə Tahirova 

66 


deyildir”,  –  deyə  bildirmişdir.

4

  Beləliklə  ona  görə,  İslam  toplumunun  düşüncə 



dəyişikliyinə və ciddi bir yenilənməyə ehtiyacı vardır.  

Kəlamdakı yenilənmə hərəkatının Türkiyədəki ən önəmli siması İzmirli İsmail 

Hakkıdır (1868-1946). “Yeni ilmi-kelam” adlı əsəri və eyni mövzuda çıxan bir çox 

məqaləsi ilə kəlamın yenilənməsi üçün böyük səy göstərən İzmirlinin bu çalışmaları 

daha  çox  Cümhuriyyətdən  əvvəlki  dövrə  təsadüf  edir.  İzmirliyə  görə,  necə  ki, 

Fəxrəddin Razi kəlamı Baqillani kəlamının yerinə keçmişdisə, yəni Razinin əsrində 

Baqillani  kəlamı  yetərli  hesab  edilmirdisə,  onun  dövründə  də  artıq  Razi  kəlamı 

ehtiyaca cavab verə bilmirdi.

5

 Aristotel fəlsəfəsi ətrafında olan tənqidlər kəlamın ona 



istinad  edən  bəzi  məsələlərinin  də  dəyişməsini,  beləcə  əsrin  və  mövcud  fəlsəfənin 

ehtiyaclarına uyğun kəlam əsərlərinin yazılmasını labüd edir.

6

  

İzmirliyə görə təsis ediləcək kəlamda yeni məntiq ölçü olaraq alınmalı, fəlsəfi 



mövzulardan isə dəlillərdə istifadə etmək üçün nəticələrinə yer verilməlidir. Beləcə 

Yunan fəlsəfəsi yerinə modern qərb fəlsəfəsi ilə lazımi ölçüdə münasibət qurulmalı, 

sxolastik zehniyyət tərk edilərək metodoloji qaydalar tətbiq edilməlidir.

7

  



“Yeni  ilmi-kelamın”  müəllifi  kəlamda  həyata  keçirmək  istədiyi  dəyişikliklər 

planını  belə  təqdim  edir:  Kəlam  elminin  ana  mövzuları  və  məqsədləri,  yəni  vəhyə 

istinad  edən  təməlləri  hər  zaman  eyni  olub  dəyişməməklə  birlikdə,  istifadə  olunan 

vasitə və giriş  məlumatlar, yəni  izah və isbat şəkli  zaman və ehtiyaca görə dəyişir. 

Kəlam  müxalif  düşüncə  və  cərəyanların  zamanla  dəyişməsilə  də  metod  dəyişdirir. 

Məsələn,  klassik  kəlamda  Allahın  varlığı  üçün  aləmin  hüdusunu,  aləmin  hüdusu 

üçün də ərəzlərin (aksidensiya) dəyişməsi dəlil olaraq istifadə olunmuşdur. Bu gün 

isə  bunların  yerinə  təbiət  qanunları,  təcrübə  metodu  və  digər  dəlillərə  yer 

verilməlidir. Әgər bu edilməzsə, İslam dininin elmi mühitdə yayılması çətinləşər.

8

 



İzmirli İsmail Hakkının yazdığı bir müqəddimə və iki bölümdən ibarət olması 

düşünülən “Yeni ilmi-kelam” çox təəssüf ki tamamlanmamış, nübüvvətin işlənəcəyi 

ikinci  bölüm  və  nəticə  hissəsi  yazılmamışdır.  Tarixi  arxaplan  ilə  epistemoloji 

problemi  və  istilahi  məlumatlara  yer  verilən  uzun  müqəddimədən  sonra  gələn  ki-

tabın əsas hissəsi uluhiyyətlə əlaqəlidir. Әsərin metod və sistemi haqqında məlumat 

verilərkən anlaşılan dildə olması üçün səy göstəriləcəyi, Allahın varlığı mövzusunda 

                                                 

4

 Filibeli. Allahi inkar mümkünmüdür. səh. 165.  



5

 İzmirli. Muhassalül-kelam vel-hikme. səh. 13. 

6

 İzmirli. Muhassalül-kelam vel-hikme. səh. 13.  



7

 İzmirli. Yeni ilmi-kelam. səh. 18-19. 

8

 İzmirli. Yeni ilmi-kelam. səh. 11-12. 



Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

67 


yeni  istidlal  metodunun  istifadə  ediləcəyi,  nübüvvət  bölümündə  isə  həz.  Peyğəm-

bərin həyatı və əxlaqi səciyyələrindən dəlil olaraq istifadə olunacağı bildirilir.  

Mütəəxxirun  dövrü  əsərlərindən  fərqli  olaraq  giriş  hissədə  İslami  elmlərin 

meydana gəlməsi və inkişaf etməsinə yer verilmiş, bu elmlərdəki metod fərqlilikləri 

üzərində  durulmuşdur.  Ayrıca  etiqadi  və  fiqhi  məzhəblərin  adları  və  əsas  fikirləri 

verilmiş,  ancaq  Batiniyyə  xaricində  heç  bir  məzhəb  haqqında  mənfi  rəy  bildiril-

məmişdir. Uluhiyyət bəhsinə ayrılan bölümdə Allahın varlığının dəlilləri ilə sifətlər 

kimi  iki  əsas  mövzudan  bəhs  edilmişdir.  Birincisi  ilə  əlaqəli  əvvəlcə  İslam  alimlə-

rinin  klassik  dəlilləri,  filosofların  fərqli  görüşləri  ilə  birlikdə  verilmiş,

9

  sonradan 



modern  fəlsəfənin  dəlilləri  açıqlanmışdır

10

.  Uluhiyyət  mövzusunda  irəli  sürülən 



şübhələr istinad etdikləri fəlsəfi cərəyanlarla birlikdə sayılaraq bunlara tək-tək cavab 

verilmişdir.

11

  “Әsma  ve  sifati-ilahiyyə”  mövzularında  məzhəblərin  fərqli  görüşləri, 



“əfali-ilahiyyə”  başlığı  altında  isə  kəlam  elminin  problemləri  olan  iradə,  hidayət, 

qədər məsələləri haqqında yazılmışdır.  

Bəhs  etdiyimiz  dövrdə  Misirdə  kəlam  problemləri  ilə  məşğul  olan  mütəfəkkir 

Məhəmməd  Әbdüh  olmuşdur  (1849-1905).  Bu  illərdə  o,  bütün  gücünü  tədrisi 

yenidən düzəltməyə, kəlam və fiqhdə isdidlal və ictihadı funksional hala gətirməyə, 

beləcə  bu  elmləri  ilk  dövrlərdəki  kimi  canlandırmağa  yönəltmişdir.  Dövründəki 

kəlam  elminin  vəziyyətini  bəyənməyən  Әbdüh  heç  kimin  əlində  Әşəri,  Matüridi, 

Baqillani,  İsfərayiniyə  aid  bir  kitabin  olmamasından  və  hətta  kitabxanalarda  da 

onların  kitablarına  rast  gələ  bilməməsindən  şikayətlənir.  O,  dövründəki  kəlam 

tədrisindən  də  məmnun  olmamışdır.  Çünki  tələbələrin  mütəəxxirunun  müxtəsər 

kitabları  xaricində  heç  bir  əsər  oxumadığını,  ən  güclü  tələbələrin  sadəcə  ibarələrin 

nə  mənaya  gəldiyini  öyrənməklə  kifayətləndiyini,  dəlil  və  müqəddimələri  ilə  bir 

bəhsi öyrənib doğrusunu doğru olmayanından ayıra bilmədiklərini bildirmişdir.  

Mutəəxxirun  dövrünün  kəlamçılarını  filosoflardan  təsirlənib  onların  nəzəriyyə 

və  müqəddimələrini  təqlid  və  müdafiə  etməklə  günahlandıran  Әbdüh,  nəticədə 

fəlsəfə ilə əsl kəlam mövzularının qarışdığını, beləliklə də kəlam kitablarında söz və 

üslub  müzakirələrindən  başqa  bir  şeyin  qalmadığını  və  ağlın  gözardı  edildiyini 

vurğulamışdır.

12

  Әbdühün  kəlamı  təməldə  və  məzmun  etibarı  ilə  mövcud  ənənə-



                                                 

9

 İzmirli. Yeni ilmi-kelam. səh. 5-30. 



10

 İzmirli. Yeni ilmi-kelam. səh. 30-42. 

11

 İzmirli. Yeni ilmi-kelam. səh. 42-83. 



12

 Әbdüh. Risalə. səh. 20-21. 



 

Adilə Tahirova 

68 


lərdən  fərqli  olmamışdır.  Bütün  fərqliliyi  bəzi  məsələləri  çox  vurğulaması  və  bəzi 

mövzulara toxunmamasıdır.  

Әbdüh İslam prinsiplərinin təməl elmi olan kəlamı asanlaşdırmaq istəmiş, ona 

görə də ən önəmli kəlam kitabı olan “Risalətut-tövhidi” olduqca qısa və xülasə bir 

şəkildə  yazmışdır.  Çünki  o,  öz  dövrünün  şərtləri  içində  çox  vurğulanan  “birliyi 

qoruma”  idealıyla  məzhəb  ayrılıqlarına  yer  verməmək  üçün  keçmişdəki  müza-

kirələrə toxunmamağa böyük səy göstərmişdir.  

Beyrut mədrəsəsində sürgün həyatı yaşadığı üç-dörd il ərzində oxuduğu kəlam 

və əqaid qeydlərinin genişləndirilmiş şəkli olan Risalətut-Tövhid o vaxta qədər Әz-

hərdə və digər mədrəsələrdə oxudulan şərh kitablarından fərqli bir uslubda yazılmış, 

fərqli izah və yeniliklər olan bir əsərdir. Әsəri nəşr edən Rəşid Rzanın fikrinə görə, 

yüz illər boyunca Risalətut-Tövhid qədər kəlam elminin ölçüləri içində İslamı təq-

dim edən bir kitab yazılmamışdır.

13

 Bu kitabın əsas yeniliyi baş tərəfdə uzun bir gi-



rişlə kəlam elminin başlanğıc və sonrakı dövrlərindən bəhs edilərək bu elmin ortaya 

çıxmasına  səbəb  olan  hadisə  və  müzakirələrə  yer  verilməsi  və  bəzi  təhlillər  apa-

rılmasıdır. Yenilikləri ilə yanaşı klassik mövzuları da əhatə edən Risalə ümumilikdə 

Әşəri məzhəbinin xüsusiyyətlərini büruzə versə də, onda digər məzhəblərdən də bəzi 

izlərə  rast  gəlmək  mümkündür.  Məsələn,  əsərdə  Allahın  feilləri,  hüsn  və  qubh, 

insanın iradə azadlığı kimi mövzularda Matüridilərin və Mötəzilənin təsiri görünür.  

Şibli Numaninin əl-Kəlam əsərinin başında əsərin sadə və anlaşılan dildə olmasının 

hədəfləndiyi  ifadə  edilir.

14

  Burada  kəlam  tarixindəki  görüşlərdən  istifadə  edilmiş  və 



beləcə  ənənədən  uzaqlaşmadan  kəlamı  yeniləmək  fikri  ortaya  atılmışdır.  Hər  fürsətdə 

ağla  yetəri  qədər  yer  vermədiyi  və  təbiətdəki  səbəb-nəticə  əlaqəsini  rədd  etdiyi  üçün 

Әşəri məzhəbi elmdən uzaqlaşmaqla ittiham edilmişdir. Әsərdə tədqiq edilən mövzular 

sistemi  baxımından  klassik  kəlam  kitablarından  bir  qədər  fərqlidir.  Kitabın  əsasını 

uluhiyyət və nübüvvət məsələləri təşkil edir. Bununla belə axirət mövzusuna az təmas 

edilmiş,  imamət  bəhsinə  isə  heç  toxunulmamışdır.  Bütün  kəlam  kitablarının  girişində 

yer  alan  elm  bəhsi  yerinə  dinin  mahiyyəti,  fitriliyi  məsələsi  işlənmiş,  dinin  doğuşdan 

gələn və hər kəsdə olan bir xüsusiyyət olduğu məsələsi vurğulanmışdır.  

Әsərə  diqqətlə  baxdığımız  zaman  müəllifin  qərb  elm  adamlarından  etdiyi 

nəqllərdən  və  istifadə  etdiyi  bəzi  fəlsəfi  terminlərdən  zamanındakı  elm  və  fəlsəfə 

anlayışını izləyərək dəyişikliklərin fərqində olduğu müşahidə edilir.  

                                                 

13

 Risalə (müqəddimə) . 



14

 Şibli. əl-Kəlam. səh. 161. 



Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

69 


Günümüzün şərtləri əslində fəthdən sonrakı İslam dünyasının şərtlərinə bənzə-

yir. O gün fəth edilən yerlərdə yerli mədəniyyətlərə qarşı İslamı müdafiə ehtiyacı var 

idi. Bu gün isə kütləvi informasiya vasitələrinin gətirdiyi xarici mədəniyyət və əqi-

dələrə qarşı  öz əqidə və  dəyərlərimizi qorumaq zərurəti varıdr. Buna görə kəlamın 

funksional ola bilməsi üçün müəyyən struktur dəyişikliklərinə ehtiyac olmuşdur. 

Məzmun  baxımından  yeni  elmi-kəlam  dövrü  əsərlərinin  xüsusiyyətlərinə 

gəlincə,  bu  dövrdə  yazılmış  əsərlərin  məzmun  baxımından  növlərini  belə  təsnif 

etmək mümkündür: 

a) Әvvəlki ənənəyə sadiq və ənənəvi kəlam kitablarından hesab edilən əsərlər. 

b) Әnənəvi kəlam mövzularından bəhs etməklə yanaşı, yeni problemlərə də yer 

verən əsərlər. 

c) Allahın varlığı və birliyi mövzusunda yazılanlar. 

Dinin zəruri məsələlərindən olmadığı halda məzhəb ixtilafları səbəbi ilə klassik 

kəlam  kitablarında  uzun  və  təfərruatlı  şəkildə  yer  verilən  bəzi  mövzuların  tərk 

edilməsi və ya bunlara qısa bir şəkildə təmas edilməsi bəhs etdiyimiz dövrün əsər-

lərində görülən əsas fərqlərin başında gəlir. Daha əvvəl də bildirdiyimiz kimi, İslam 

dünyasının  vəziyyəti  bu  dövrün  alimlərini  ixtilaflara  son  qoyub  daha  əhəmiyyətli 

məsələlərlə məşğul olmağa sövq etmişdir. Ona görə də bu dövrün alimləri insanların 

mövcud  problemlərinin  xaricində  qalan,  o  gün  üçün  əhəmiyyət  kəsb  etməyən 

müzakirələrdən uzaq durmuşlar.

15

 

Bu  dövrdə  məzmun  baxımından  görülən  yenilik  və  fərqliliklərə  gəlincə  qeyd 



etdiyimiz kimi, klassik münaqişələr əsasən  əhəmiyyətini itirmişdir.  Çünki zərurati-

diniyyədən  olmadığı  halda,  bəzi  məsələlərə  məzhəb  ixtilaflarına  görə  kəlam 

kitablarında uzun və təfərrüatlı bir şəkildə yer verilmişdir. Şibli Numani də İslamın 

iki  təməl  inancı  olan  tövhid  və  nübüvvətdə  mövcud  olan  açıqlıq  və  sadəliyə 

baxmayaraq  uzun  müddət  bu  məsələyə  lazımsız  haşiyə  və  əlavələr  edilərək  bu 

mövzunun başa düşülməyən bir hala gətirildiyini bildirmişdir. Quranın məxluq olub 

olmadığı,  Allahın  sifətlərinin  zatıyla  eyni  olub  olmadığı,  əməllərin  imandan  olub 

olmaması kimi məsələlərin küfr ya da imanın ölçüsü olaraq qəbul edilməsinə mənfi 

münasibət  bildirən  Şibli  ilk  dövrlərdə  bu  məsələlərin  heç  birinin  müzakirə 

olunmadığına diqqət çəkir. Şibliyə görə bu məsələlər kəlam elminin əsas məsələləri 

deyil. Çox təəssüf ki, bu mövzular səhvən uzun müddət İslamın əsas məsələləri kimi 

                                                 

15

 M. Sait Özevarlı. Kelamda yenilik arayışları. səh. 125.  



 

Adilə Tahirova 

70 


göstərilmişdir.

16

  Bu  dövrün alimləri  qəza  və  qədər  mövzusuna  da girməkdən  və bu 



mövzunun müzakirələrindən uzaq durmuşdur. Onlara görə bu mövzularda müzaki-

rələr aparmaq iman məsələlərindən olmayıb, zehni çalışdırmaq və fəlsəfə ilə məşğul 

olmaq arzusundan başqa bir şey deyil.

17

  



Daha  çox  nəzəri  ixtilaflardan  irəli  gələn  və  təfərrüata  aid  olan  müzakirələrin 

önəmini itirib ikinci plana keçməsi, bunun yerinə Allahın varlığı və nübüvvət məsə-

lələrinin ön plana çəkilməsi bu elmin təkrar dövrün problemləri ilə məşğul olmağa 

başladığına  bir  işarədir.  Bu  dövrdə  kəlamçıların  mübarizə  apardığı  əsas  fəlsəfi 

cərayanlar materealizm, pozivitizm və qismən də darvinizm olmuşdur. Şübhəsiz ki, 

bu  dövrün  ən  çox  müzakirə  olunan  məsələlərindən  biri  də  nübüvvət  olmuşdur. 

Çünki, son əsrlərdə hakim olan  modern düşüncənin əsas hədəfi Tanrı inancı deyil, 

yer üzünə ilahi bir müdaxilənin edilməsi, yəni vəhylə gələn əmr və qadağalardır.  

Bu  dövrün  kəlamçılarında  gördüyümüz  fərqliliklərin  ən  önəmlisi  yalnız  iman 

əsasları və inanc məsələləri ilə kifayətlənməyib dinin fərdi və ictimai əsaslarından da 

bəhs  edərək  modern  insanın  başa  düşəcəyi  bir  tərzdə  izah  edillib  açıqlanmasıdır. 

Modern  elm  və  fəlsəfə  nəzəriyyələrindən  gələn  Allahın  varlığı,  nübüvvət  və  vəhy 

haqqında tənqidi fikirlər heç bir fərq qoymadan bütün dinləri hədələməkdə idi. Xüsusi 

olaraq  İslama  yönələn  tənqidlər  ümumilikdə  həz.  Peyğəmbərin  şəxsiyyəti,  gətirdiyi 

həyat  tərzi,  qurduğu  sistem  və  müəssisələrlə  bağlıdır.  Ona  görə  də  dövrün  alimləri 

İslama hansı mövzuda tənqid gəlirsə gəlsin, o məsələlərlə məşğul olub əsərlər yazmağı 

özlərinin  vəzifəsi  bilmişlər.  Məsələn,  Şibli  kəlamın  siyərlə  əlaqəsini  qurmaq 

istəmişdir. O, dinin sadəcə Allaha imandan ibarət olmadığını, nübüvvətin də onun bir 

hissəsi olduğunu, vəhyi qəbul edən Peyğəmbərin həyatı və şəxsiyyəti ilə bağlı ortaya 

çıxan problemlərin də kəlam elmi tərəfindən həll edilməli olduğunu bildirmişdir.

18

  

İslam düşüncə tarixində digər ilahi dinlərə və onların inanclarına əksər hallarda 



kəlam  kitablarında  yer  verilmişdir.  Ancaq  bu,  müqayisə  şəklində  olmayıb,  ümu-

milikdə  rəddiyə  və  digər  din  mənsublarının  görüşlərini  tənqid  etmək  məqsədi  ilə 

edilmişdir.

19

  Bəhs  etdiyimiz  dövrün  kəlamçıları  isə  İslamın  inanc  və  prinsiplərinin 



doğruluq  və  fitrətə  uyğunluğunu  digər  dinlərin  bu  mövzulardaki  fikirləri  ilə 

müqayisə  etmişlər.  Müqayisə  edilən  mövzuların  başında  İslamın  tövhid  anlayışı 

                                                 

16

 Şibli. İlmi-Kelam. səh. 144-146. 



17

 M. Sait Özevarlı. Kelamda Yenilik Arayışları. səh. 134. 

18

 Şibli. Siratun-Nəbi. səh. 7. 



19

 Matüridi. Kitabut-Tövhid. səh. 210-215; Baqillani. ət-Təmhid. səh. 93-125. 



Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

71 


gəlir.  Bu  məsələyə  digər  dinlərdən  fərqli  olaraq  İslamda  çox  həssaslıqla  yanaşıl-

dığının  xüsusi  şəkildə  qeyd  olunduğu  bildirilmişdir.  Yeni  dövrün  kəlam  alimləri 

bütün  ilahi  dinlərin  tövhid  inancına  əsaslandığını,  ancaq  müxtəlif  sosial  və  tarixi 

səbəblərlə  öncəki  dinlərdə  bu  inancın  zədələndiyi  fikrini  müdafiə  etmişdirlər. 

İslamın bu çərçivədə digər  dinlərdən fərqli bir nöqtəsi də  Allahla qul arasında heç 

bir  vasitə  qəbul  etməyib  birbaşa  Allaha  müraciəti  əmr  etməsidir.  Bu  dövr  kəlam 

alimlərinin  vurğuladığı  vəhyin  ağla  və  elmə  uyğunluğu  məsələsi  də  digər  din  və 

mədəniyyətlərlə  müqayisə  olunan  məsələlərdən  olmuşdur.  Bir  çox  dində  nübüvvət 

bəşəri  xüsusiyyətlərdən  uzaqlaşdırılaraq  uluhiyyətin  bir  hissəsi  olaraq  göstərildiyi 

halda, İslamda peyğəmbərlərin heç birinin bəşərilik sərhədlərini keçmədiyi açıq və 

dəqiq  bir  şəkildə  bəyan  edilmişdir.

20

  Hinduizmdə  və  xristianlar  arasında  yayılmış 



əzab,  guşənişinlik  və  rahiblik  anlayışı  qarşısında  İslamdakı  din-dünya  tarazlığı,

21

 



yenə  də  hinduizmdəki  ayrıseçkilik  məsələsinə  qarşı  İslamdakı  bütün  insanların 

bərabər olması məsələsi ön plana çıxan məsələlərdir.

22

  

Yaxın dövr əsərlərində ixtilaflar aza endirilib daha əhəmiyyətli və aktual məsə-



lələrə  önəm  verilmişdir.  Bu  dövrün digər  yeniliyi məzhəb  təəssübkeşliyinin  zəiflə-

məsi və tənqid zehniyyətinin inkişafıdır. Fiqhdəki ictihad hərəkatına paralel olaraq, 

kəlamda da tənqid anlayışı yerləşdirilərək yeni fikirlərə zəmin hazırlanmışdır. Başqa 

bir yenilik isə kəlamda yeni mövzulara yer verilməsidir. Bir düşüncəyə görə İslama 

hansı yöndən tənqid gəlirsə, onunla məşğul olmaq kəlamın və kəlamçıların vəzifəsi 

hesab edilməlidir. Məsələn insan haqları, qadının sosial mövqeyi, ibadətlərin lüzum 

və qayəsi və s. Kəlam elminin uluhiyyət, axirət, nübüvvət kimi əsas mövzuları tərk 

edilməsə  də,  bəzi  mövzuların  vurğulanması  və  dəlilləri  istifadə  barəsində  fərqli 

metodlara müraciət edilmişdir. 

Bu dövrü ümumi olaraq dəyərləndirsək, qeyd edə bilərik ki, yaxın dövr kəlam-

çılarının sistematik bir metodu olmamış, bəzilərinin irəli sürdüyü kimi tək istiqamət 

(sələfi,  modernist,  rasionalist)  izləməmişlər.  Kəlam  elmini  dayandığı  təməllərə, 

vəhylə  gələn  xəbərlərin  başa  düşülməsi  xidmətinə  bir  xələl  gətirmədən  yeniləmə, 

kökləri və keçmişi ilə olan əlaqələrini kəsmədən dövr ilə əlaqələndirmə səyləri zəru-

ridir.  Ancaq  bu  yanaşma  olmayan  problemləri  yaratmaq,  bizimlə  əlaqəsi  olmayan 

problemləri özümüzə problem etmək şəklində başa düşülməməlidir. 

                                                 

20

 Şibli. e.ə., səh. 118-119. 



21

 Şibli. e.ə., səh. 123-124. 

22

 Şibli, e.ə., səh. 140-144. 



 

Adilə Tahirova 

72 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin