İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə55/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   51   52   53   54   55   56   57   58   ...   161
SALAMLIQHAQQINDADNCLR

PREPARATLARI
Bizim orqanizmi təşkil edən elementlər arasında 4 əsas element: karbon, oksigen, hidrogen və azotdan sonra kalsium 5-ci yeri tutur. Kalsium insan orqanizmindəki bioelementlərin "şahıdır". İnsan orqanizmində normada 2,5 kq kalsium var: 99 %-i sümüklərdə, 1 %-i isə qanda və yumşaq toxumalarda . Kalsium bütün insan orqanizmini bərkidən "insan yapışqanıdır".

İonlaşmış kalsium çox asanlıqla hüceyrəyə daxil olaraq, özü ilə qidalandırıcı maddələri gətirir, onları hüceyrədə qoyub növbəti porsiya dalınca gedir. Beləliklə ionlaşmış kalsium orqanizmin bütün hüceyrələrinin qidalanmasına kömək edir.

Kalsiumun digər forması – ionlaşmış kalsium isə orqanizm üçün yaddır və orqanizmə düşəndə çox zaman kalsium fosfata çevrilərək, orqanizmdən şlak şəklində çıxır. Orqanizm tərəfindən mənimsənilmək üçün o, ion formasına keçməlidir. Yəni, onu mənimsəmək üçün orqanizm çoxlu mədə şirəsi hasil etməlidir.

Bir çox insanların istifadə etdiyi kalsium həblərinin pis mənimsənilməsinin səbəbi elə bundadır. Kalsiumu yalnız istifadə etmək kifayət deyil, onu mənimsəmək lazımdır!

Kalsium –"sehrli mikroelementdir". Kalsium orqanizmin əsas sağlamlıq göstəricisi olan pH-ı (qələvi turşu münasibətini) tənzimləyir, onun daim ideal vəziyyətdə , yəni zəif qələvi vəziyyətində qalmasını təmin edir. Bizim toxumalar daima enerji hasil edir ki, bu proseslərin də nəticəsində turşu qalıqları və şlaklar yaranır yəni ki, orqanizmdən çıxarılmalı olan tullantılar. Biz əlavə olaraq turş qida (şirniyyatlar və s.) yaxud turş maye (qazlı sərin içkilər, kofe, qara çay) qəbul etməyə başlayanda, orqanizm turş məhsulların artıqlığından əziyyət çəkir. Tarazlıq turşuluğa doğru dəyişir. Orqanizmdə pH qələvi deyilsə, turşuluğa doğru dəyişibsə onda ona sağlamlığın qorunması üçün lazım olan miqdarda qidalandırıcı maddələri mənimsəmək çətin olur, özünü qoruma qabiliyyəti, immuniteti kəskin zəifləyir və xəstəliklər inkişaf edir.

Sizin vəziyyətinizin yaxşılaşması üçün isə orqanizmin turşuluq halından zəif qələvi halına keçməsi vacibdir. Orqanizmin yaxşılaşması üçün qəbul edilən dərman preparatlarının isə bununla heç bir əlaqəsi yoxdur.

İonlaşmış kalsium orqanizmi qələviləşdirir, oksigenin böyük mənimsənilməsi başlayır və xəstəliklər asanlıqla keçib gedir! Əgər qanın pH-ı cəmi 0,15 % səviyyəsində qalxırsa, onda sərbəst oksigenin mənimsənilməsi 65 % artır! Bütün xəstəlik törədən viruslar, bakteriyalar, göbələklər və hətta şiş hüceyrələri orqanizmin oksigenlə pis təchiz edildiyi yerlərdə artır. Bu onu sübut edir ki, orqanizmi turşulaşdırmaqla, oksigenin daxili olmasını dayandırmaqla, siz xərçəngin və digər ağır xəstəliklərin inkişafına təkan verirsiniz. Əgər siz kofe, alkoqolsuz içkilər (Coca-cola və s.) istifadə edirsinizsə bunu bilməyiniz lazımdır ki, onlar həddən çox turş -2,2-dən 2.%-ə qədər pH-a malikdirlər və 1 stəkan bu cür içkinin neytrallaşdırılması üçün 35 stəkana qədər təmiz çiy su içmək lazımdır.

Orqanizm böyük miqdarda turşunun neytrallaşması üçün daima qələvi ehtiyatı axtarır.

Həmin ehtiyat isə sizin sümük və dişlərinizdir. Çünki kalsium dişlərdə və sümüklərdə toplanıb.

Ona görə də biz turş qida qəbul etdikdə və turş içki içdikdə daima kalsium itiririk. Kalsium qıtlığı nəticəsində isə insan orqanizmində yüksək təzyiq, osteoporoz, böyrək və öd kisəsində daşlar da daxil olmaqla 200-ə qədər xəstəlik inkişaf edir.

Skeletin sümükləri kalsium anbarıdır. Kalsiumun qida ilə daxil olması bol olarsa, o sümüklərin üç hissələrində iynəvi kristallar şəklində yığılır. Bu ehtiyatlar stress dövründə orqanizmin artan tələbatını, xüsusən də kalsiumun qida ilə daxil olması kifayət etmədikdə ehtiyacı ödəmək üçün sərf olunur (məsələn, hava kəskin şəkildə dəyişdikdə, yaxud qadınlarda hamiləlik dövründə və s. ). Ehtiyatlar tükəndikdə isə orqanizm sümükdəki kalsiumu istifadə edir ki, bu da osteoporozun – sümük toxumasının boşalmasının, kövrəlməsinin inkişafına gətirib çıxarır. Bu hadisələr həyatın müəyyən dövrləri üçün daha səciyyəvidir: hamiləlik, döşlə qidalandırma, coşqun inkişaf dövrü, uşaqlarda cinsi yetkinləşmə, qadınlarda klimaks, bir sıra bağırsaq, endokrin sistemi xəstəliklərində (kalsium mənimsənilməsi pozulanda), sınıqlar və dayaq-hərəkət aparatının digər patologiyalarında. Kalsium qanın laxtalanması, ürək əzələsinin yığılması, dişlərin sağlamlığı, fermentlərin aktivliyi, insanın sekresiyası, allergiyaların qarşısının alınması üçün vacibdir. O, sinir impulslarının ötürülməsində mühüm rol oynayır. Kalsiumun çatışmamazlığı yüksək sinir oyanıqlığına gətirib çıxarır. Əksər amillərin fikrincə, inkişaf və gənclik dövründə kalsiumun kifayət miqdarda olması orqanizmi cavan saxlayır.

İnsanın kalsiuma sutkalıq tələbatı aşağıdakı kimidir; Hamilə qadınlarda 1000 mq. süd verən qadınlarda 1000 mq, süd verən qadınlarda 1200 mq, uşaqlarda 1-5 yaş arası 800-900 mq, 6-17 yaş arası 1200-1500 mq, yaşlılarda 800 mq, klimakterik dövrdə 1500 mq.

Hansı yolla kalsium orqanizmə düşə bilər? Yalnız qida ilə. Bəs bu günkü qidada biz nə tapırıq? Orda heç bir nadir mikroelement yoxdur! Bu gün nə bazardan aldığınız meyvə-tərəvəzdə, nə də ki, süd məhsullarında kalsium yetərincə deyil. 30 il bundan əvvəl 0,5 litr süd insanın kalsiuma gündəlik tələbatını tam ödəyirdisə, bu gün bundan ötrü 8 litr süd içmək lazımdır!

Belə vəziyyətdə tərkibində kalsium olan Bioloji Aktiv Əlavələrin (BAƏ) istifadəsi yeganə çıxış yoludur. İnsanların istifadə elədiyi əksər kalsium preparatlarında o, həll olunmayan kalsium-karbonat şəklindədir (ionlaşmış). Bu da öz növbəsində onların istifadə effektini xeyli aşağı salır, belə ki, həmin formada kalsium orqanizm tərəfindən cüzi miqdarda mənimsənilir.

"TİENS" korporasiyasının biokalsiumu isə artıq ion formasındadır. Onun molekulları amin qrupları ilə əhatə edilmişdir (onlar kimyəvi tərkibinə görə nazik bağırsağın toxumaları ilə eynidir) və orqanizm tərəfindən 95-98% mənimsənilir.

"TİENS" korporasiyası müasir biomühəndislik texnologiyasını istifadə edərək, tərkibində kalsium olan geniş BAƏ-lər palitrası hazırlayıb: "Kalsium tozu", "Uşaqlar üçün kalsium tozu", "Kalsiumlu və vitaminli toz", "Kalsiumlu kapsullar", "Qu Bao".

Bu biokalsium preparatları müasir insanın kalsiuma gündəlik tələbatını ödəmək, kalsiumun çatışmamazlığına aradan qaldırmaq üçün ideal vasitədirlər.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin