İmam Hüseyn və Aşura qiyamı


İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını “imamət elmi” ilə əvvəlcədən bilirdisə, nə üçün oraya getdi? (Məgər Qurani-Kərim “Öz əlinizlə özünüzü təhlükəyə atmayın!” deyə buyurmamışdır?)



Yüklə 1,08 Mb.
səhifə4/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   2   3   4   5   6   7   8   9   ...   25

İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını “imamət elmi” ilə əvvəlcədən bilirdisə, nə üçün oraya getdi? (Məgər Qurani-Kərim “Öz əlinizlə özünüzü təhlükəyə atmayın!” deyə buyurmamışdır?)


Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, peyğəmbərlər və imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi «elmi-qeyb»-ə (qeyb elminə) əsasən davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam peyğəmbəri həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi amma ona döyüşə atılmağa icazə verdi. Bu İlahi ədalətin tələbidir.. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi. Allahın izni olmadan «Qeyb elmi» ilə bildiklərini gündəlik həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də “qeybi elm” indən istifadə etməz və buyurardı: «Mən buradakı sübut və dəlillər əsasında hökm verirəm. Sizlərdən bə`zisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu bilsin.»50 Həmçinin İmam Hüseyn (ə) də öz vəzifəsini yerinə yetirdi.

Qurani-Kərimin Bəqərə surəsi, 195-ci ayəsində: «Öz əlinizlə özünüzü təhlükəyə atmayın!» əmri isə «lazımsız yerə özünüzü təhlükəyə atmayın!» deməkdir. Bu əmr şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki dinimizin «Cihad» adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik məqamına layiq görülür. Qur`anda şəhidlər haqqında zikr olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını söyləyə bilərik.

Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-Kərim, «özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı çıxma»- deyə əmr etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi.

Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni «özünüzü təhlükəyə atmayın;» yə`ni «cihaddan qaçmayın» kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım bilir. 51

Bir çox Qur`an ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi səadətlə müjdələnir. 52 İmam Hüseyn (ə) də Allah-taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali səadətə nail oldu.»53

Necə ki, Qurani-Kərim buyurur: «Allah (cənnətin) əvəzində mö`minlərin canını və malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu Tövrat, İncil və Qur`anda söylənilən haqqın və`didir. Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki, Allah ilə belə bir müamilə etdiniz və bu çox böyük səadətdir.»54


Nə üçün İmam Hüseyn (ə) qadın və uşaqları çətin bir vəziyyətdə özü ilə birlikdə apardı?


Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin, qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?

Bu sualın cavabını belə bəyan edirik:

1- İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu bildiyi üçün öz ailəsini Mədinədə başsız qoymağa qorxdu. Ona görə ki, bu despot hökumət qadın və uşaqları girov götürüb İmamı (ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin isə qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla olursa-olsun beyət almaq idi. Hətta əgər bu iş İmamın (ə) arvad-uşağını girov götürüb zindana salmaqla belə mümkün olsaydı.

O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə İmamın (ə) qiyamı ərəfələrində Əhli-beytə (ə) düşmənçilikdə məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin olundu. O İmam Hüseynin (ə) şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa İmam Hüseynə (ə) əzadarlıq saxladıqlarına görə belə müraciət etdi: «Siz gərək yalnız Osman üçün ağlayıb ona əza saxlayasınız. Hüseyn ibn Əliyə yas tutmaq əbəs bir işdir.»55 Hətta O, İmamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni-Haşimə aid olan evləri xarabalığa çevirsinlər.56

Təbiidir ki, İmam Hüseyn (ə) belə bir şəxsin hakim olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də İmam (ə) məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları özü ilə apardı.

2- İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları Peyğəmbər (s) şəhəri sayılan Mədinədə qoymamasının mə`nası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin namuslu olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın hakimiyyət etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir.

İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki, İmamın bu işi ilə hamının zehninə belə bir sual gələcəkdi ki, nəyə görə Hüseyn ibn Əli (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da özü ilə apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və uşaqlarını belə etibar edə bilmir?

3- Bəzi rəvayətlərə görə İmamın (ə) ailəsini özü ilə aparması Tanrı istəyi ilə həyata keçdi. Uca Allah, o Həzrətin zalım hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda şəhid olmasını və bu yolda ən əzizlərinin, bacısının, həyat yoldaşının, oğul-qızlarının və başqa sevdiklərinin onun kənarında bütün müsibətlərə qatlanmalarını istəmişdir. İmam Hüseyn (ə) Tanrının hər bir istəyinə əməl etdiyi kimi bu istəyinə də yüksək səviyyədə əməl edib bütün Əhli-beytini hətta yeni dünyaya gəlmiş körpəsini də özü ilə mübarizə yoluna apardı.

4- Hər bir qiyamın iki əsas ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük rol oynayırlar. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər əhəmiyyət daşıyırsa, digər ünsür də bu qiyamın tarixdə yazılıb bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır.

Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmamı (ə) tək qoymalarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.

Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərindən biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur.

Xatırladaq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın düzgün cavabı sayılır. Yəni, İmam Hüseynin ailəsini özü ilə aparmaqdan məqsədi onların hökumət tərəfindən girov götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut etmək, Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra onun fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin etmək olmuşdur.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin