Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Tamamilə  r

azıy

am

Razıy

am

Nə r

azıy

am, 

nə də ki r

azı 

de

yiləm

Razı de

yiləm



tiyən r

azı 

de

yiləm

S. 6.1.3. İnsan alverinin riskləri barədə 

maarifləndirməyə dair profilaktik proqramlar 

qənaətbəxş və səmərəlidir

n=1


n=3

n=2


S. 6.1.4. İnsan alverinin riskləri barədə 

maarifləndirmə işində kütləvi informasiya 

vasitələrinin iştirakı qənaətbəxş və səmərəlidir

n=4


n=1

n=1


Qeyd:

Sorğu respondentlərinin ümumi sayı: n=7.

Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.


2. Nəticələr

39

Həssaslığın və əsas səbəblərin öhdəsindən gəlmə

2014-2018-ci illər üçün MFP-də insan alveri riskinin qarşısının alınması məsələlərinə 

sosial  cəhətdən  həssas  ailələrin  və  daimi  yaşayış  yerindən  məhrum  şəxslərin 

yerli  icra  hakimiyyəti  orqanları  tərəfindən  qeydiyyata  götürülməsi  və  müvafiq 

tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial 

qurbanlarının  ictimai-faydalı  əməyə  cəlb  edilməsi,  onların  məşğulluğunun  təmin 

edilməsi, insan alverindən zərərçəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların 

həvəsləndirilməsi  vasitəsi  ilə  diqqət  yetirilir  (bənd  4.7).  Ailə,  Qadın  və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsi “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 

1.0.10-cu maddəsində “avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat 

tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik 

vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər” kimi müəyyən edilmiş 

insan alverinin potensial qurbanlarının aşkar edilməsinə cavabdehdir. Maraqlıdır ki, 

hətta qeyri-qanuni vəziyyətdə olan əməkçi miqrantlar bu cür şəxslər sırasına daxil 

edilməyib. 

“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 11-ci maddəsi bir sıra profilaktik 

tədbirləri,  o  cümlədən,  sosial  problemlərin  həllinə  yönəldilmiş  tədqiqatların 

aparılmasını, qadın və uşaqların müdafiəsinin gücləndirilməsini, məşğulluğun təmin 

edilməsini, maarifləndirmə işinin təşkil edilməsini, həssaslığa şərait yaradan səbəb 

və halların aşkar edilməsini,  təhsildən yayınan uşaqların aşkar edilməsini və onların 

tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsini nəzərdə tutur. İnsan 

alverinin qarşısının alınmasına şərait yarada biləcək digər dolayı tədbirlər Azərbaycan 

Respublikası  Prezidentinin  2011-ci  il  27  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş 

və  işsizlik  və  yoxsulluq,  tibbi  xidmət,  uşaqlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı 

məsələlərini nəzərə alan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının 

müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında öz əksini 

tapıb. 


Müsahibə prosesi zamanı müsahibə iştirakçılarından biri azadlığa buraxılmış şəxsləri 

və məişət zorakılığına məruz qalmış insanları daha çox diqqət tələb edən əsas həssas 

qruplar kimi qeyd etmişdir. Müsahibənin başqa bir iştirakçısı insan alverinin sosial 

səbəblərinin  nəzərə  alınması,  habelə  tək  valideynlərdən,  baxımsız  uşaqlardan, 

məişət  zorakılığından  zərər  çəkmiş  insanlardan  və  narkomanlardan  ibarət  risk 

qrupları ilə əlaqədar müvafiq qanunvericilik bazasının gücləndirilməsi zərurətini ön 

plana çəkmişdir. Müsahibənin digər bir iştirakçısı isə qaraçılar kimi risk qruplarının 

şəxsiyyəti təsdiq edən lazımi sənədlərlə təmin edilməsinin vacibliyini vurğulamışdır. 

Bir nəfər müsahibə iştirakçısı isə kifayət qədər maarifləndirmə tədbirlərinin həyata 

keçirildiyini  və  hal-hazırda  diqqətin  sosial  inkişaf  məsələlərinin  və  insan  alverinin 

iqtisadi  səbəblərinin  həllinə  yönəldilməsinin  vacib  olduğunu  bildirmişdir.  Sorğu 

zamanı əsas səbəblərə və həssaslıq məsələlərinə aid suallara verilmiş cavabları son 

dərəcə müsbət və ya mənfi hesab etmək olmaz.


2. Nəticələr

40

Əsas səbəblərin və həssaslığın öhdəsindən gəlməyə aid suall



Tamamilə  r

azıy

am

Razıy

am

Nə r

azıy

am, 

nə də ki r

azı 

de

yiləm

Razı de

yiləm



tiyən r

azı 

de

yiləm

S. 6.1.1. Əsas səbəblərin öhdəsindən gəlmək 

məqsədi daşıyan profilaktik proqramlar 

təkmilləşir

n=2


n=2

n=2


S. 6.1.2. Həssaslığın öhdəsindən gəlmək 

məqsədi daşıyan profilaktik proqramlar əhalinin 

həssas təbəqələrini lazımi səviyyədə hədəfə 

götürür 


n=1

n=3


n=2

Qeyd:

Sorğu respondentlərinin ümumi sayı: n=7.

Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.

Əsas səbəbləri və hərəkətverici qüvvələri başa düşmək məqsədi 

daşıyan tədqiqatlar

2014-2018-ci  illər  üçün  MFP-nin  4.6-cı  bəndi  hansısa  konkret  tədqiqatların  və  ya 

məlumat  toplama  tədbirlərinin  həyata  keçirilməsini  nəzərdə  tutmasa  da,  “İnsan 

alverinə qarşı mübarizə haqqında” Qanunun 11-ci maddəsində müvafiq profilaktik 

tədbirlərin müxtəlif dövlət proqramları çərçivəsində yerinə yetirilməsi, o cümlədən, 

insan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların 

aparılması nəzərdə tutulur. Lakin bu cür tədqiqatların aparıldığına dair hansısa faktlar 

təqdim edilməmişdir.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanları ilə və cinayətkarlarla 

əlaqədar müvafiq təşkilatlar tərəfindən təqdim olunmuş və cins, yaş, istismar növü 

və  vətəndaşlıq  mənsubiyyəti  üzrə  bölgüsü  aparılmış  məlumatların  vahid  məlumat 

bazasında  toplanmasına  məsuliyyət  daşıyır.  Milli  Koordinator  tərəfindən  İnsan 

Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən toplanmış statistik məlumatları ehtiva 

edən  insan  illik  hesabat  hazırlanır  və  dərc  edilir.    “İnsan  alverinə  qarşı  mübarizə 

haqqında” Qanunun 8-ci maddəsi birbaşa Milli Koordinatora tabe olan xüsusi polis 

qurumu  tərəfindən  insan  alveri  ilə  bağlı  cinayət  işləri  üzrə  araşdırma  aparılarkən, 

toplanan məlumatların qeydə alınması və istifadəsi üçün vahid məlumat bazasının 

yaradılmasını nəzərdə tutur.

Qiymətləndirmə  zamanı  əldə  olunmuş  nəticələrə  əsasən  son  illər  ərzində  dövlət 

orqanları  tərəfindən  bu  səpkidən  olan  hansısa  tədqiqatların  aparıldığı  aşakar 

edilməmişdir. Üç nəfər sorğu respondenti insan alverinin əsas səbəbləri ilə əlaqədar 

digər təşkilatlar tərəfindən müvafiq tədqiqatların aparıldığını bildirmişdir və onlardan 

fərqli olaraq yalnız bir iştirakçı belə tədqiqatların dövlət orqanları tərəfindən həyata 

keçirildiyini  qeyd  etmişdir.  Azərbaycandan  olan  qadınların  xaricdə  cinsi  istismara 

məruz  qalması  haqqında  tədqiqatlar  mövcud  olsa  da,  inşaat,  kənd  təsərrüfatı  və 

ev  qulluqçuluğu  sektorlarında  istismarla  bağlı  tədqiqatların  aparılmaması  əməyin 



2. Nəticələr

41

istismarı məqsədi ilə insan alveri fenomeninin tam  anlaşılmaması mənasına gələ bilər 



(Aze30, səh.20). Çayçılıq, tütünçülük, habelə inşaat sektorlarında uşaq əməyindən 

istifadəyə dair kifayət qədər faktların mövcud olmaması və bu problemin müəyyən 

dərəcədə məlum olmaması bildirilmişdir (Aze29, səh.1). GRETA bütün əsas təşkilatlar 

tərəfindən təqdim olunan və o cümlədən cins, yaş, istismar növü, mənşə və/və ya 

təyinat ölkəsi üzrə bölgüsü aparıla biləcək etibarlı statisitik məlumatlar toplamaqla, 

həmçinin əməyin istismarı, daxili orqanların çıxarılması məqsədi ilə insan alveri, habelə 

uşaq alveri və ölkədaxili insan alveri məsələləri ilə bağlı tədqiqatların aparılmasına 

diqqət  yetirməklə  beynəlxalq  standartlara  uyğun  məlumatların  toplanması  və 

tədqiqatların  aparılması  işinin  təkmilləşdirilməsi  zərurətini  vurğulamışdır  (Aze30, 

səh.22-23, 48-49).

Müsahibə  prosesi  zamanı  respondentlər  2008-ci  ildə  BƏT  və  ICMPD  tərəfindən  

aparılmış, həmçinin artıq Azərbaycan Respublikasında fəaliyyət göstərməyən ATƏT-

in və Amerika Hüquqşünaslar Assosiasiyasının həyata keçirdikləri tədqiqatları qeyd 

etmişdirlər. Eyni zamanda, həssas qruplara və gender zəminində zorakılıq probleminə 

aid  olan,  həmçinin  insan  alveri  məsələlərini  əhatə  edəntədqiqatın  Ailə,  Qadın  və 

Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  tərəfindən  həyata  keçirildiyi  bildirilmişdir. 

Qeyd  olunmuşdur  ki,  DİN-in  Analitik  Şöbəsi  QHT-lət  tərəfindən  tədqiqatların 

aparılması  və  məlumatların  toplanması  prosesinə  öz  töhfəsini  verir.  Müsahibənin 

iki iştirakçısı ƏƏSMN tərəfindən əmək bazarına dair müfəssəl tədqiqatın aparılması, 

digər  hökumət  təşkilatları  tərəfindən  dəqiq  məlumatların  toplanması  zərurətini 

vurğulamışdır.  Bundan  başqa,  insan  alveri  nöqteyi-nəzərindən  barəsində  demək 

olar  ki  informasiya  olmayan  kənd  yerlərinə  xüsusi  diqqət  ayırmaqla  marsrutlar, 

tendensiyalar  və  meyllərlə  əlaqədar  daha  çox  tədqiqatın  aparılması  zərurəti  qeyd 

olunmuşdur. 

 

İnsan alverinin əsas səbəblərinə dair tədqiqatların aparılmasına və 

məlumatların toplanmasına aid suallar

Tamamilə  r

azıy

am

Razıy

am

Nə r

azıy

am, 

nə də ki r

azı 

de

yiləm

Razı de

yiləm



tiyən r

azı 

de

yiləm

S. 6.1.5. Hökumət təşkilatları insan alverinin 

əsas səbəblərinə dair lazımi tədqiqatların 

aparılması və məlumatların toplanması işini 

həyata keçirirlər 

1

3

1



S. 6.1.5. Digər təşkilatlar və qurumlar 

insan alverinin əsas səbəblərinə dair lazımi 

tədqiqatların aparılması və məlumatların 

toplanması işini həyata keçirirlər

3

1

1



Qeyd:

Sorğu respondentlərinin ümumi sayı: n=7.

Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=5.


2. Nəticələr

42

Tələbatın nəzərə alınması

ABŞ  Dövlət  Departamentinin  “İnsan  alverinə  qarşı  mübarizəyə  dair”  Hesabatında 

qeyd olunur ki, 2014-cü ildə seks-biznes və ya məcburi əmək sahəsində müşahidə 

olunan tələbatı azaltmaq, habelə xaricdəki diplomatların insan alverində mümkün 

iştirakının  qarşısını  almaq  məqsədi  ilə  təlimlərin  keçirilməsi  üçün  hökumət 

tərəfindən  hansısa  yeni  tədbirlər  görülməmişdir  (Gen1).  Eyni  zamanda,  GRETA  da 

əməyin istismarı məsələlərinə xüsusi diqqət yetirməklə insan alverinə məruz qalmış 

insanların  xidmətlərinə  olan  tələbatı  azaltmaq  üçün  icra  hakimiyyəti  orqanlarını 

vətəndaş cəmiyyəti təşkilatları ilə və özəl sektorla birlikdə daha çox işlər görməyə 

cağırmışdır (Aze30, səh.7, səh.49). Müsahibə prosesi zamanı bildirilmişdir ki, insan 

alverinin  qarşısını  müəyyən  dərəcədə  almaq  üçün  qeyri-qanuni  məşğulluğa  qarşı 

mübarizə  aparmaq  məqsədi  ilə  əmək  müqaviləsınə  dair  müvafiq  tələblərin  təmin 

olunması  lazımdır.  Bu  cür  insanların  Dövlət  Miqrasiya  Xidməti  tərəfindən  verilən 

əmək icazəsi olmadan işləməsinin qeyri-qanuni olması və belə halların 2015-ci ildə 

aşkar  edilmədiyi  qeyd  olunmuşdur.  2014-cü  ildə  GRETA  tərəfindən  bildirilmişdir 

ki,  miqrantları  və  ya  vətəndaşlığı  olmayan  şəxsləri  işə  qanunsuz  götürmüş  hüquqi 

şəxslərə  qarşı  tətbiq  edilən  cərimənin  məbləğini  artırmaq  məqsədi  ilə  İnzibati 

Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər bilavasitə istismar məsələlərini nəzərə almır 

və işəgötürənlərə qarşı (təxminən 35.000 Avroyadək) cərimənin tətbiq edilməsinə 

baxmayaraq, əksər hallarda miqrantlar hələ də ölkədən çıxarılırlar (Aze30, səh.26). 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qeyd etmişdirlər ki, yaşı 15-18 arası 

olan  azyaşlılarla  əmək  müqaviləsinin  imzalanmasına  dair  şərtin  qanunvericilikdə 

nəzərdə tutulması qabaqlayıcı tədbirlərdən hesab oluna bilər və bu şərtin pozulması 

işəgötürənlərə qarşı inzibati cəzaların tətbiq edilməsi ilə nəticələnir. Lakin ABŞ Əmək 

Departamentinin “Uşaq əməyinin ən pis formalarına dair faktlar haqqında” 2014-cü 

il tarixli Hesabatında bildirilir ki, uşaq əməyinin üstünlük təşkil etdiyi sektorlarda bu 

məsələnin öhdəsindən gəlmək məqsədi daşıyan proqramların Azərbaycan Hökuməti 

tərəfindən həyata keçirilməsinə dair azsaylı faktlar aşkar olunmuşdur (Aze29, səh.1). 

Bilərəkdən  insan  alveri  qurbanının  xidmətlərindən  istifadə  etmə  halı  hələlik 

kriminallaşdırılmasa  da,  bunun  üçün  Cinayət  Məsəlləsinə  müvafiq  dəyişikliklərin 

edilməsi  məsələsinin  nəzərdə  tutulması  DİN-in  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş 

İdarəsinin əməkdaşları tərəfindən bildirilmişdir. AŞ-in “İnsan alverinə qarşı mübarizə 

haqqında”  Konvensiyasına  uyğun  olaraq  belə  bir  müddəanın  qanunvericiliyə 

daxil  edilməsi  tövsiyəsinin  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi 

tərəfindən  irəli  sürülməsini  bu  təşkilatın  əməkdaşları  qeyd  etmişdirlər.  Tələbata 

qarşı cavab tədbirlərinə aid hansısa başqa misallar gətirilməmişdir. İnsan alverinin 

tələbat aspektinə aid suala cavab vermiş beş nəfər sorğu istirakçısından üçü müvafiq 

profilaktik proqramların qənaətbəxş və səmərəli olması fikiri ilə nə razılaşmışdır, nə 

də ki razılaşmamışdır, ikisi isə bununla razılaşmamışdır. 2014-2018-ci illər üçün MFP-

də insan alverinin qarşısının alınması ilə bağlı müddəalar olsa da, tələbat məsələlərini 

nəzərə alan hansısa konkret tədbirlər nəzərdə tutulmayıb.



Miqrasiya idarəçiliyi tədbirləri

GRETA  miqrantların  Azərbaycanda  istismarı  məsələləri  ilə  əlaqədar  bildirmişdir 

ki,  Miqrasiya  Məcəlləsi  əməkçi  miqrantlar  və  vətəndaşlığı  olmayan  şəxslər,  daimi 


2. Nəticələr

43

rezidentlər,  sahibkarlar,  dənizçilər,  sığınacaq  axtaranlar  və  qaçqınlar  üçün  əmək 



icazəsinin verilməsi prosedurunu asanlaşdırmaqla miqrantların hüquqlarının müdafiə 

olunmasını  təmin  etmək  məqsədi  daşıyır.  Bu  Məcəllənin  75-ci  maddəsinə  uyğun 

olaraq, əməkçi miqrantlara, qaçqınlara və sığınacaq axtaranlara əmək şəraiti və onların 

əməyinin ödənilməsi ilə bağlı ölkə vətəndaşları üçün müəyyən olunmuş eyni şərtlər 

tətbiq edilir, 45.0.5-ci maddəsində isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

ailə üzvlərinə də müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi nəzərdə tutulur. 

İşə  cəlb  edilən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya 

şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin işəgötürənlər tərəfindən götürülərək 

saxlanılması qadağandır (Miqrasiya Məcəlləsinin 63.6 və 82.5-ci maddələri). Bütün 

bu tədbirlərə baxmayaraq, GRETA-nın 2014-cü il tarixli hesabatında ifadə olunmuş 

əsas narahatlıq əmək icazələrinin rəsmiləşdirilməsi ilə bağlı çətinliklərlə, bu məsələdə 

miqrantların  işəgötürənlərdən  asılı  vəziyyətdə  olması  ilə  və  nəticədə  qeyri-qanuni 

əmək  fəaliyyəti  üçün  şəraitin  yaradılması  və  miqrantların  həssaslığının  artması  ilə 

əlaqədardır (Aze30, səh.28). Hesabatda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 

saytı  və  Azərbaycan  Respublikasının  xaricdəki  konsulluqları  vasitəsi  ilə  potensial 

miqrantların  Azərbaycana  miqrasiya  etmənin  qanuni  imkanları  və  insan  alverinin 

təhlükələri barədə məlumatlandırılması istiqamətində DİN və XİN tərəfindən görülən 

tədbirlər qeyd olunur. Lakin hesabatda eyni zamanda bildirilir ki, əməkçi miqrantlara 

dair sərt kvotalar və əmək miqrasiyasının qiymətinin yüksək olması qanunsuz əmək 

fəaliyyətinə şərait yaradaraq həssaslığı artırır. Müsahibə prosesi zamanı iştirakçılar 

hökumət tərəfindən işsiz Azərbaycan vətəndaşlarına üstünlük verməklə və əməkçi 

miqrantlar  üçün  12.000  iş  yerindən  ibarət  kvota  tətbiq  etməklə  ölkənin  əmək 

bazarının  müdafiə  olunduğunu  və  əməkçi  miqrantlar  arasında  seçim  edildiyini 

vurğulamışdırlar.  Eyni  zamanda,  bu  kontekstdə  bildirilmişdir  ki,  inşaat  sektorunda 

əməkçi miqrantlara tələbat artıq yoxdur, neft sənayesində çalışan əcnəbi işçilər isə 

yerli işçilərlə əvəz olunur. Müsahibə iştirakçıları kvotanın qanunsuz əmək fəaliyyətinə 

mümkün  təsirləri  və  bu  baxımdan  qanunsuz  işləyən  miqrantların  həssaslığı  və  ya 

başqa sektorlar üçün fəsadları ilə əlaqədar heç bir şərhlər verməmişdirlər.

Xaricə miqrasiya edən Azərbaycan vətəndaşlarını müdafiə etmək məqsədi daşıyan 

tədbirlərə  gəldikdə,  müvafiq  icra  hakimiyyəti  orqanları  “Məşğulluq  haqqında” 

Qanunun  14-cü  maddəsi  əsasında  işədüzəltmə  agentliklərinin  lisenziyalaşdırılması 

sistemini yaratmışdırlar. Həmin agentliklər icazə üçün ƏƏSMN-ə müraciət etməlidirlər. 

Lakin GRETA tərəfindən verilmiş məlumatlara görə heç bir işədüzəltmə agentliyinin 

bu cür lisenziya üçün müraciət etməməsi və ya bu lisenziyanı əldə etməməsi faktı 

sözügedən  kanal  vasitəsi  ilə  heç  kimin  işə  düzəlmədiyini  göstərir  (Aze21,  səh.18; 

Aze30, səh.28). İlk növbədə Dövlət Miqrasiya Xidməti Azərbaycandan və Azərbaycana 

qeyri-qanuni  miqrasiya  proseslərinin  qarşısının  alınması  məsələlərinə  məsuliyyət 

daşıyır. 2014-2018-ci illər üçün MFP-də Dövlət Sərhəd Xidmətinin əsas vəzifəsi kimi 

insan alveri hallarının aşkar edilməsi və qarşısının alınması, habelə ölkəyə daxil olan 

şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görülməsi 

kimi  müəyyən  edilib.  Aparılmış  qiymətləndirmə  zamanı  Dövlət  Sərhəd  Xidməti 

tərəfindən bildirilmişdir ki, ölkəyə gələn və ölkədən gedən insanlar üçün Azərbaycan, 

ingilis,  alman  və  rus  dillərində  hazırlanmış  broşüralar  ölkənin  sərhəd-buraxılış 

məntəqələrində mövcuddur. 



2. Nəticələr

44

Qarşısını alma indikatorları



ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

4.1


Həssaslığın və 

əsas səbəblərin 

öhdəsindən gəlmək 

üçün profilaktik 

proqramlar

İqtisadi vəziyyəti 

yaxşılaşdırmaq, 

ayrı-seçkiliyi 

və digər əsas 

sosial-iqtisadi 

səbəbləri aradan 

qaldırmaq üçün 

strategiya/siyasət 

mövcuddur 

Həssaslığın 

müvafiq, 

səciyyəvi 

formalarını/

xüsusi həssaslığı 

ilə seçilən 

qrupları 

tanıyan və 

hədəfə götürən 

strategiya/siyasət 

mövcuddur

Ümumi həssaslıq 

səbəblərinin 

öhdəsindən 

gəlmək məqsədi 

daşıyan 


proqramlara 

dair faktlar 

mövcuddur

Xüsusi həssaslığı 

ilə seçilən 

fərdləri və 

qrupları hədəfə 

götürmüş 

profilaktik 

proqramlara dair 

faktlar

4.2


Maarifləndirmə və 

KİV-lərin informasiya 

yayımı prosesinə 

cəlb olunması

İnsan alveri 

barədə 

maarifləndirmə 



və “qaynar xətt”in 

yaradılması üçün 

strategiya/siyasət 

mövcuddur   

KİV-lərin 

maarifləndirmə 

işinə cəlb 

olunması və 

bu sahədə 

səlahiyyətlərinin 

artırılması 

strategiyası/

siyasəti 

mövcuddur 

Maarifləndirmə 

tədbirləri həyata 

keçirilir, “qaynar 

xətt” yaradılıb və 

fəaliyyət göstərir

KİV-lərdəki 

məlumatlar 

dəqiqdir və 

insan alveri 

qurbanlarına/

potensial 

qurbanlara/

digər şəxslərə 

məsuliyyətlə 

yanaşır (ziyan 

vurmur)


4.3

Tədqiat 

institutlarının 

tədqiqat aparma və 

məlumat toplama 

sahəsində fəallığı 

İnsan alverçilərinə 

və insan alveri 

qurbanlarına dair 

məlumatların 

toplanması və 

bölgüsünün 

aparılması üçün 

dövlət məlumat 

toplama sistemi 

mövcuddur

Tədqiqat 

institutları insan 

alverinə dair 

məlumatların 

toplanması və 

araşdırılması 

işinə formal 

şəkildə cəlb 

olunub 


Əsas səbəblərə, 

tendensiyalara, 

tələbat 

məsələlərinə 

dair tədqiqatlar 

aparılır və 

məlumatlar 

toplanır


Faktlar əsasında 

qarşısını alma 

strategiyalarına 

dair sübutlar 

(başqa sözlə,  

məlumatlardan 

və tədqiqat 

nəticələrindən 

istifadə) 

4.4


Tələbat məsələsini 

nəzərə alan sosial-

iqtisadi proqramlar

İstismaredici 

əmək fəaliyyəti 

təcrübəsinin 

qarşısını almaq 

üçün əmək 

bazarlarını da cəlb 

etməklə tələbat 

məsələsinin 

öhdəsindən 

gəlmək məqsədi 

daşıyan siyasət 

mövcuddur

Tələbat 


məsələsini 

nəzərə almaq 

üçün özəl 

sektorla/

vətəndaş 

cəmiyyəti 

qrupları ilə 

əməkdaşlıq 

sazişləri/

mexanizmləri 

mövcuddur 

Əmək bazarının 

monitorinqi və 

tənzimlənməsi 

işinin 

gücləndirilməsi 



məqsədi daşıyan 

tədbirlərin 

artırılmasına 

dair faktlar 

mövcuddur

İnsan alveri 

qurbanları 

tərəfindən 

göstərilən 

xidmətlərin 

istifadəçilərini 

hədəfə götürən 

tədbirlərin 

görülməsinə 

dair faktlar 

mövcuddur



2. Nəticələr

45


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin