ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
4.5
İnsan alverinə qarşı
mübarizəyə dair
sərhəd və miqrasiya
idarəçiliyi tədbirləri
Sərhəd və
miqrasiya nəzarəti
kontekstində
insan alverinin və
istismarın qarşısını
alan strategiya
mövcuddur
İnsan alveriə
həssaslığı
azaltmaq üçün
qanuni miqrasiya
imkanlarını təklif
edən strategiya
mövcuddur
İnsan alverinə
həssaslığı
azaltmaq üçün
təklif olunan
qanuni miqrasiya
imkanlarının
artmasına
dair faktlar
mövcuddur
Miqrantların
insan alverinə
cəlb olunmasının
və istismarının
qarşısını almaq
üçün görülən
tədbirlərə dair
faktlar (məsələn,
miqrantları
qeydiyyata
almaqla/
informasiya ilə
təmin etməklə)
Qeyd:
Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.
2.5.
Əlaqələndirmə və əməkdaşlıq
İdarələrarası əlaqələndirmə və əməkdaşlıq
MFP siyasət səviyyəsində insan alverinə qarşı əməkdaşlıq üçün əsas çərçivə
sənədi hesab olunur. MFP-nin 9.1-ci bəndinə əsasən Milli Koordinator bu sənədin
həyata keçirilməsi və hesabatvermə üzrə məsul şəxs olaraq, iştirakçıların qarşılıqlı
əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat
mübadiləsini təmin etmək məqsədi ilə ümumi fəaliyyətin əlaqələndirilməsi üçün
təyin olunur. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə
əsasən Milli Koordinatordan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarına, Milli Məclisinə və İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana)
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim
etməsi tələb olunur. Eyni zamanda, MFP-yə əsasən insan alvеrinə qarşı mübarizə
sahəsində qanunvеricilik tədbirlərini gücləndirmək və dövlət orqanları, vətəndaş
cəmiyyəti nümayəndələri və QHT-lərlə əməkdaşlığı təmin etmək məqsədi ilə İşçi Qrup
yaradılıb. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə əsasən
dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində QHT-lərlə əməkdaşlıq
edirlər və bu sahədə fəaliyyət göstərən QHT-lər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Milli Koordinatorla birlikdə müəyyən edilərək verilməsi mümkün olan
qrantlar hesabına insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə,
insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan
alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına
cəlb edilir.
Həm GRETA-nın 2014-cü il tarixli Qiymətləndirmə Hesabatında (51-ci paraqraf), həm
də ATƏT-in 2013-cü il tarixli Ölkə Hesabatında (19-cü paraqraf və 5-ci tövsiyə) insan
alverinə qarşı mübarizə sahəsində cavab tədbirlərinin yerinə yetirilməsində hüquq
mühafizə orqanlarının aparıcı rol oynaması məsələsi şərh olunaraq QHT-lərin əsas
siyasət strukturlarının işinə formal cəlb edilməsi təqdirində bu tədbirlərin daha
da səmərəli olacağı hesab olunmuşdir. GRETA QHT-lərin, həmkarlar ittifaqlarının
2. Nəticələr
46
və vətəndaş cəmiyyəti təşkilatlarının xüsusilə insan alverinə qarşı mübarizəyə dair
siyasətlərin işlənib hazırlanması və yerinə yetirilməsi işinə daha geniş şəkildə cəlb
edilməsinə çağırmışdır (Aze30, p.7, səh.20, səh.48).
MİM Qaydaları idarələrarası komissiyanın iclaslarına vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələrinin mümkün dəvətini nəzərdə tutsa da, bunun hansı formada baş
tutacağı aydın deyil. Bir nəfər müsahibə iştirakçısı İnsan Alverinə qarşı Mübarizə Baş
İdarəsi və vətəndaş cəmiyyətinin 44 təşkilatından ibarət İnsan Alverinə qarşı Mübarizə
üzrə QHT Koalisiyası arasında imzalanmış Anlaşma Memorandumunun səmərəli
əməkdaşlıqla nəticələndiyini və QHT-lərin nazirliklərarası işçi qrupun iclaslarına DİN
tərəfindən bəzi hallarda dəvət olunduğunu ehtimal etmişdir. Lakin müsahibənin
başqa bir iştirakçısı əvəllər QHT-lərin sözügedən iclaslara dəvət olunduğunu,
lakin artıq bunun baş vermədiyini bəyan etmişdir. Müsahibə prosesi zamanı bu
əməkdaşlığın önəmli nəticələrinə aid hansısa konkret misallar gətirilməmişdir. MFP
çərçivəsində bir neçə (13.4.6, 13.7.3, 13.8.2, 13.8.3 və 13.8.5 bəndlərində nəzərdə
tutulmuş) tədbirin yerinə yetirilməsi vəzifəsi vətəndaş cəmiyyəti təşkilatlarının
üzərinə qoyulsa da, sonuncular tam üzvlüyə malik olmadıqları bildirmişdir. Eyni
zamanda, GRETA da xüsusilə əməyin istismarı hallarının baş verməsi səbəbindən
öz səsini ucaldan və ya hökumət tərəfindən görülən cavab tədbirlərini tənqid edən
vətəndaş cəmiyyəti təşkilatlarının üzləşdikləri maneələrlə əlaqədar olaraq onların
azadlıqlarının məhdudlaşdırılması ilə bağlı öz narahatlığını ifadə etmişdir (Aze30,
səh.19). Dəyərləndirmə prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi,
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lər tərəfindən icra edilmiş layihələrə
ümumi dəyəri 99,000 manat dəyərində maliyyə ayırdığını bildirmişdir.
Standart əməliyyat prosedurları “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda,
MİM və MFP-də nəzərdə tutulmuş əlaqələndirmə və əməkdaşlıq çərçivəsinin
otpimallaşdırılmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək.
Əvvəlki bölmələrdə vurğulanmış məsələlər nöqteyi-nəzərindən QHT-lərin vəziyyəti
və gördükləri işin davamlılığı qeyri-müəyyəndir. İnsan alveri qurbanlarına dəstəyin
göstərilməsi üçün bütün tərəf-müqabillərinin müvafiq qaydada akkreditə olunmasını
və maliyyələşdirilməsini təmin etmək məqsədi ilə QHT-lərin bu prosesə hərtərəfli
cəlb edilməsi və səlahiyyətlərinin artırılması istiqamətində zəruri addımların atılması
tələb olunur. “Qrant haqqında” Qanun səmərəli əməkdaşlığa qarşı bir qadağa kimi
qeyd olunmuşdur və bu kontekstdə hökumətin QHT-ləri maliyyələşdirə bilməməsi
vətəndaş cəmiyyətinin sıxışdırılması hesab oluna bilər. Müsahibə iştirakçılarından biri
bəyan etmişdir ki, əgər QHT-lərə maliyyələşdirmə məhdudiyyətləri tətbiq edilməsə idi
hökumət və qeyri-hökumət təşkilatları arasındakı əməkdaşlığı səmərəli hesab etmək
olardı,. Müsahibənin başqa bir iştirakçısı əməkdaşlıq sahəsində çətinliklərin yalnız
hökumət və qeyri-hökumət təşkilatları arasında deyil, QHT-lər arasında da mövcud
olduğunu qeyd etmişdir. Əlaqədar vəzifə və səlahiyyətlərin müzakirə edilməsi üçün
QHT İşçi Qrupunun yaradılması təklif olunmuşdur.
2. Nəticələr
47
Hökumət və qeyri-hökumət təşkilatları arasında əlaqələndirmə işinə aid
suallar
Tamamilə r
azıy
am
Razıy
am
Nə r
azıy
am,
nə də ki r
azı
de
yiləm
Razı de
yiləm
Qə
tiyən r
azı
de
yiləm
S. 7.1.1. Milli Fəaliyyət Planı/siyasətlər
hökumət və qeyri- hökumət təşkilatları
arasında qənaətbəxş əməkdaşlığı nəzərdə tutur
n=4
n=1
S. 7.1.2. Hökumət və qeyri- hökumət
təşkilatları arasında əməkdaşlıq qənaətbəxş və
səmərəlidir
n=1
n=4
n=1
Qeyd:
Sorğu respondentlərinin ümumi sayı: n=7.
Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.
Hökumət təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində bir-biri ilə
əməkdaşlıq etmələri barədə sorğu sualına gəldikdə beş respondent onların bəzən
əməkdaşlıq etdiklərini, biri isə heç zaman əməkdaşlıq etmədiklərini bildirmişdirlər.
QHT-lərin insan alverinə qarşı mübarizə məsələlərinə dair iclaslara hökumət
təşkilatları tərəfindən dəvət olunması sualına cavab vermiş altı respondentin
hamısı bunun bəzən baş verdiyini bəyan etmişdir. Milli səviyyədə hökumət və qeyri-
hökumət təşkilatları arasında əməkdaşlığın çətin olub-olmaması barədə suala cavab
vermiş respondentlərdən ikisi bunun “asan”, üçü “nə çətin, nə də ki asan olduğunu”,
biri isə “çətin” olduğunu bildirmişdirlər.Qısaca, Azərbaycan Respublikasında insan
alverinə qarşı mübarizə sahəsində nəzərdə tutulmuş əməkdaşlıq səviyyəsinin
optimallaşdırılması üçün daha çox işlərin görülməsi tələb olunur.
Beynəlxalq əməkdaşlıq
MFP digər dövlətlərlə, xüsusilə də onların hüquq mühafizə orqanları ilə əməkdaşlığın
gücləndirilməsi zərurətini vurğulayır. Eyni zamanda, “İnsan alverinə qarşı mübarizə
haqqında” Qanunun 26-cı maddəsi Azərbaycan Respublikasının insan alverinə qarşı
mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə
insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsini
nəzərdə tutur. Bundan başqa, Azərbaycan Respublikası bu məsələ ilə bağlı bir sıra
iki və çoxtərəfli əməkdaşlıq sazişləri imzalamışdır. Avstriyanın, Çinin, Bolqarıstanın,
Misirin, İran İslam Respublikasının, Latviyanın, Pakistanın, Rumıniyanın, Türkiyənin,
Birləşmiş Ərəb Əmirliyinin və ABŞ-ın müvafiq orqanları, habelə BMT, ATƏT, BMqT və
İnterpol da daxil olmaqla beynəlxalq təşkilatları ilə imzalanmış əməkdaşlıq sazişləri
mövcuddur. Verilmiş məlumatlara görə Azərbaycan qarşılıqlı hüquqi yardım üçün
Türkiyə tərəfindən təqdim olunmuş bir sıra sorğuları cavablandırmışdır (Aze30,
səh.24). İnsan alverinə qarşı mübarizə məsələlərinə aidiyyəti olan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı çoxtərəfli sazişlər bunlardır: “Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa,
xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında”
2. Nəticələr
48
Saziş, MDB-nin iştirakçısı olan dövlətlərin “Mülki, ailə və cinayət işləri üzrə hüquq
münasibətləri və hüquqi yardım haqqında” Konvensiyası, MDB-nin iştirakçısı olan
dövlətlərin “Cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında” Sazişi, Azərbaycan
Respublikası, Gürcüstan və Türkiyə arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq
və digər ağır cinayətlərə qarşı mübarizə haqqında” Saziş və “Terrorizm, mütəşəkkil
cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizə sahəsində Demokratiya və
İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM – Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova
Respublikası) üzvü olan dövlətlərin hökumətləri arasında” Saziş.
Bu sazişlərdən heç biri insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq
əməkdaşlıq mexanizmlərinə aid misallar kimi qeyd edilməmişdir. Müsahibə
iştirakçıları dövlətin bütün müvafiq beynəlxalq tədbirlərdə iştirakını daha çox qeyd
etmişdirlər. Daha çox qeyd olunan ikitərəfli əməkdaşlığa aid misallar ABŞ Dövlət
Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” Hesabatının hazırlanması
ilə əlaqədar ABŞ-la əməkdaşlıqdan və insan alverinə qarşı mübarizə sahəsində
Azərbaycan yanaşmasını öyrənməyə çalışan başqa (mənşə və ya təyinat ölkəsindən
fərqli) ölkə nümayəndələrinin Azərbaycana səfərindən ibarət idi. Eyni zamanda,
qeyd olunmuşdur ki, Azərbaycanın hüquq mühafizə orqanlarının xaricdə təhqiqatlar
aparmaq potensialının olmaması bəzi ölkələrdə insan alveri qurbanlarının müəyyən
edilməsi imkanlarının əldən getməsi ilə nəticələnir və bu baxımdan MDB ölkələri
ilə əməkdaşlıq daha güclüdür. Ümumilikdə götürəndə hüquq mühafizə orqanları
arasında qarşılıqlı hüquqi yardımın və əməkdaşlığın xüsusi hallarda baş verdiyi qeyd
olunsa da, bu cür əməkdaşlığın insan alverçilərinin həbsə alınması və ya insan alveri
qurbanlarının aşkar edilməsi ilə nəticələnməsinə aid tutarlı misallar gətirilməmişdir.
Sorğu respondentləri ikitərəfli səviyyədə dövlət təşkilatları arasındakı əməkdaşlığın
“asan” (n=3), “nə asan, nə də ki çətin” (n=2) və ya “çətin” olduğunu bildirmişdirlər.
Regional səviyyədə insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq “asan” (n=2)
və ya “nə asan, nə də ki çətin” hesab olunmuşdur (n=4).
2. Nəticələr
49
Əməkdaşlıq və əlaqələndirmə indikatorları
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
5.1
İnsan alverinə
qarşı mübarizəyə
dair Milli
Fəaliyyət Planı
İnsan alverinə
qarşı mübarizəyə
dair Milli Fəaliyyət
Planı mövcuddur
Milli Fəaliyyət
Planı milli,
ikitərəfli
və regional
səviyyələrdə
əməkdaşlığın
artırılmasını
nəzərdə tutur
Milli Fəaliyyət
Planının yerinə
yetirilməsini
praktiki cəhətdən
istiqamətləndirən
əməliyyat
prosedurları
mövcuddur
Milli Fəaliyyət
Planının yerinə
yetirilməsi
zamanı əlaqədar
tərəflər əməliyyat
prosedurlarından
istifadə edirlər
5.2
Milli
Koordinator/
Məruzəçi
İnsan alverinə
qarşı mübarizəni
əlaqələndirmək
məqsədi ilə Milli
Koordinator/
Məruzəçi qanuna/
siyasətə əsasən
təyin edilir
Milli
Koordinator/
Məruzəçi dəqiq
səlahiyyətlərlə
və monitorinq
potensialı ilə
təmin olunur
Milli Koordinator/
Məruzəçi təyin
olunub
İnsan alverinə
qarşı mübarizəyə
dair bütün
məsələlərin
hərtərəfli
əlaqələndirilməsi
5.3
Dövlət
təşkilatları
ilə QHT-lər/
vətəndaş
cəmiyyəti/
beynəlxalq və
digər təşkilatlar
arasında
əməkdaşlıq
Qanun/siyasət
dövlət təşkilatları
və digər təşkilatlar
(QHT/vətəndaş
cəmiyyəti)
arasında
əməkdaşlığı
nəzərdə tutur
Dövlət
təşkilatları və
digər təşkilatlar
arasında
əlaqələndirmə
sazişləri/
mexanizmləri
mövcuddur
Dövlət təşkilatları
və digər təşkilatlar
konkret iş üzrə /
xüsusi hallarda
görüşlər keçirməklə
əməkdaşlıq edirlər
Dövlət təşkilatları
və digər təşkilatlar
müəyyən edilmiş
qaydada və
proaktiv əsaslarla
əməkdaşlıq edirlər
5.4
İnsan alverinə
qarşı mübarizə
sahəsində
ikitərəfli və
transmilli cinayət
mühakiməsi
şəbəkələri
Cinayət
mühakiməsi
sahəsində
ikitərəfli və
transmilli
əməkdaşlıq
sazişləri
mövcuddur
Aidiyyəti
olan bütün
əsas ölkələrlə
ikitərəfli/
transmilli
əməkdaşlıq
sazişləri
mövcuddur
İnsan alveri
cinayətlərinin
mühakiməsi
sahəsində
ikitərəfli/transmilli
əməkdaşlığa dair
faktlar mövcuddur
İkitərəfli/transmilli
əməkdaşlıq
proaktiv xarakter
daşıyır (başqa
sözlə, baş vermiş
hallara qarşı
xüsusi cavab
tədbirləri üstünlük
təşkil edir)
5.5
Cinayət
mühakiməsi
sahəsindən
kənar ikitərəfli
və transmilli
əməkdaşlıq
Təhqiqat/
cinayət təqibi
sahəsindən kənar
insan alverinə
qarşı mübarizəni
dəstəkləyən
sazişlər
mövcuddur
Yardım və
müdafiəni/
insan alverinin
qarşısının
alınmasını
nəzərdə tutan
ikitərəfli/
transmilli sazişlər
mövcuddur
Təhqiqat/cinayət
təqibi sahəsindən
kənar sazişlərin
ikitərəfli/transmilli
əməkdaşlıqla
nəticələməsinə dair
faktlar mövcuddur
Sazişlərin yardım
və müdafiə/
insan alverinin
qarşısının alınması
sahəsində
ikitərəfli/transmilli
əməkdaşlıqla
nəticələnməsinə
dair faktlar
Qeyd:
Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.
Ehtiyacların qiymətləndirilməsi:
Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizə
sahəsində cavab tədbirləri
51
3. Tövsiyələr
Sorğu prosesi zamanı respondentlərdən prioritet hesab etdikləri üç əsas tövsiyəni
seçmələri xahiş olunmuşdur. Eyni zamanda, Qiymətləndirmə Seminarının qruplar
üzrə bölgüsü aparılmış iştirakçılarından da insan alverinə qarşı mübarizə sahəsində
cavab tədbirləri ilə əlaqədar prioritet hesab etdikləri üç əsas tövsiyəni seçmələri
xahiş olunmuşdur. Aşağıda verilmiş cədvəldə “•” işarəsi sorğu respondentlərinin və
seminar iştirakçılarından ibarət qrupların müvafiq tövsiyəni cavab tədbirləri üçün üç
yüksək prioritet məsələlərdən biri kimi qeyd etdiklərini göstərir. Prioritet məsələ kimi
seçilmiş tövsiyələrin sayının çox olmasına baxmayaraq, sorğunun üç respondenti və
Qiymətləndirmə Seminarının eyni sayda qrupu tərəfindən seçilmiş insan alverinin
riskləri barədə maarifləndirməyə dair “J” tövsiyəsi xüsusilə qeyd olunmuşdur.
Müəyyənləşdirmə və istiqamətləndirmə indikatorları
Tövsiyə
Sorğu
Seminar
A. Müəyyənləşdirmə və istiqamətləndirmə mexanizmlərinin
və ya onların yerinə yetirilməsi prosesinin gücləndirilməsi
• • •
B. İnsan alverinin qurbanları üçün mövcud olan yardım və
müdafiə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi
• • •
C. Yardım və dəstək xidmətlərindən istifadə edə biləcək
zərərçəkmiş şəxslərin sıralarının genişləndirilməsi
D. İnsan alverinə qarşı mübarizəyə dair qanunvericilik
bazasının gücləndirilməsi
•
E. İnsan alverinin qurbanları üçün mövcud olan xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması
• • •
F. İnsan alveri əməlinin kriminallaşdırılması və insan
alverçilərinin cinayət təqibi üçün qanunvericilik bazasının
gücləndirilməsi
G. İnsan alveri hallarının araşdırılması prosesinin
gücləndirilməsi (o cümlədən, hüquq mühafizə orqanları
əməkdaşlarının təhqiqat aparma potensialını və müvafiq
qurumların bu sahədə ixtisaslaşma səviyyəsini artırmaqla)
• •
H. İnsan alveri cinayətinin cəzalandırılması işinin
gücləndirilməsi (o cümlədən, prokurorluq əməkdaşlarının
və hakimlərin potensialını artırmaqla)
•
•
3. Tövsiyələr
52
Tövsiyə
Sorğu
Seminar
I. Əsas səbəblərin və həssaslığın, o cümlədən, sosial-iqtisadi
amillərin, ayrı-seçkiliyin və s. öhdəsindən gəlmək məqsədi
ilə səylərin gücləndirilməsi
J. İnsan alverinin riskləri barədə maarifləndirmə
işinin gücləndirilməsi (o cümlədən, maarifləndirmə
kampaniyalarının keyfiyyətini artırmaqla və/və ya risk
qruplarını hədəfə daha yaxşı götürməklə)
• • •
• • •
K. İnsan alverinin tələbat aspektinin öhdəsindən gəlmək
məqsədi ilə səylərin gücləndirilməsi
L. İnsan alveri fenomenini daha yaxşı başa düşmək məqsədi
ilə bu sahədə tədqiqat aparma və məlumat toplama
işininin gücləndirilməsi
•
• •
M. Milli səviyyədə dövlət təşkilatları arasında əməkdaşlığın
təkmilləşdirilməsi
•
•
N. Milli səviyyədə hökumət və qeyri-hökumət təşkilatları
arasında əməkdaşlığın təkmilləşdirilməsi
• •
O. İkitərəfli səviyyədə təşkilatlararası əməkdaşlığın
təkmilləşdirilməsi
P. Regional səviyyədə dövlət təşkilatları arasında
əməkdaşlığın təkmilləşdirilməsi
•
Q. Digər tövsiyələr
3.1. Müəyyənləşdirmə və istiqamətləndirmə
Əlaqədar tərəflərin MİM çərçivəsində və Milli Fəaliyyət Planının yerinə yetirilməsi
istiqamətində iştirakını gücləndirmək, həmçinin insan averi qurbanlarının yardımdan
və müdafiədən istifadə etməsi sahəsində mümkün ləngimə hallarını azaltmaq
məqsədi ilə sözügedən tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət
olunurlar:
● Uşaq alveri və məcburi əmək məsələlərinə xüsusi diqqət ayırmaqla
istismarın müxtəlif formalarının müəyyən edilməsi üçün xüsusi vasitələrin və
indikatorların işlənib hazırlanması.
● İnsan alverinin qurbanları ilə və ya istismardan zərərçəkmiş şəxslərlə təmasda
olan bütün əsas təşkilatlar (məsələn, polis və prokurorluq orqanları, Dövlət
Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət
Əmək Müfəttişliyi Xidməti və Dövlət Sərhəd Xidməti) tərəfindən indikatorların
təcrübədə tətbiqinə şərait yaratmaq məqsədi ilə həmin indikatorların istifadə
ediləcəyi kontekstə uyğunlaşdırılması.
● Ehtimal olunan insan alveri halına rast gələrkən, insan alverinin potensial
qurbanlarını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istiqamətləndirərkən,
habelə insan alveri qurbanlarının müvafiq yardım və müdafiə imkanlarından
3. Tövsiyələr
53
istifadəsi üçün mümkün qədər tez bir vaxtda şərait yaradarkən bütün zəruri
prosedurlara əməl olunduğunu təmin etmək məqsədi ilə ayrıca Standart
Əməliyyat Prosedurlarının işlənib hazırlanması.
● Uşaqlarla əlaqədar xüsusi halları və ehtiyacları nəzərə alan, uşaq hüquqlarının
müdafiəsi üzrə mütəxəssislərin iştirakını nəzərdə tutan və uşaqların “Uşaq
hüquqları haqqında” Konvensiyaya uyğun olaraq ən yaxşı mənafelərini təmin
edən uşaq yönümlü müəyyənləşdirmə və istiqamətləndirmə mexanizmlərinin
işlənib hazırlanması.
● İndikatorların və əməliyyat prosedurlarının işlənib hazırlanması məqsədi
ilə aidiyyəti dövlət təşkilatlarının, QHT-lərin və beynəlxalq təşkilatların
nümayəndələrindən ibarət işçi qrupun yaradılması.
● Milli Fəaliyyət Planının və/və ya MİM-in yerinə yetirilməsində iştirak edən
əlaqədar tərəflər arasında xüsusi indikatorların və standart əməliyyat
prosedurlarının düzgün bölgüsünü təmin etmək məqsədi ilə paylama planının
işlənib hazırlanması.
● İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları/indikatorlarının
(2009-cu il tarixli, 131 nömrəli Qərar) və insan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizmi Qaydalarının (2009-cu il tarixli, 123 nömrəli
Qərar) tətbiqi prosesinin təkmilləşdirilməsinin zəruri olub-olmadığını müəyyən
etmək məqsədi ilə monitorinq və qiymətləndirmə mexanizmlərinin işlənib
hazırlanması.
Müəyyənləşdirmə və istiqamətləndirmə proseslərini gücləndirmək məqsədi ilə
əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:
● Hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət
Müəyyənləşdirmə üzrə İşçi Qrup kimi mexanizmlər vasitəsi ilə QHT-lərin
müəyyənləşdirmə və istiqamətləndirmə proseslərinə rəsmi şəkildə cəlb
olunması.
● İnsan alveri halları ilə üzləşməsi mümkün olan həmkarlar ittifaqlarının, səhiyyə,
miqrasiya orqanlarının və digər aidiyyəti təşkilatların insan alveri qurbanlarının
və insan alveri cinayətindən zərər çəkməsi ehtimal olunan şəxslərin müəyyən
edilməsi və istiqamətləndirilməsi prosesindəki iştirakının gücləndirilməsi.
● Seks-biznesə, dilənçiliyə, ev işlərinə və digər “gizli” işlərə cəlb olunmuş
insanların aşkar edilərək müvafiq qaydada müəyyənləşdirilməsini və
istiqamətləndirilməsini təmin etmək məqsədi ilə autriç sistemlərinin rolunun
artırılması.
Əmək fəaliyyəti kontekstində insan alveri qurbanlarının müəyyən edilməsi üçün
əmək müfəttişlərinin səlahiyyətlərini artırmaq məqsədi ilə əlaqədar tərəflər burada
verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:
● Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərlə yanaşı digər iş yerlərində,
xüsusilə də ev qulluqçularının işlədiyi yerlərdə yoxlamaların aparılmasına
şərait yaratmaq məqsədi ilə əmək müfəttişlərinin səlahiyyətləri və vəzifələrinin
nəzərdən keçirilməsi və onlara yenidən baxılması.
3. Tövsiyələr
54
● İnsan alveri qurbanlarının istismara məruz qalması mümkün olan yerlərdə
qəfil yoxlamalar aparmaq məqsədi ilə əmək müfəttişliyinin səlahiyyətləri və
vəzifələrinin nəzərdən keçirilməsi və onlara yenidən baxılması.
● “Əməyin istismarı”, “məcburi əmək” və “məcburi əmək məqsədi ilə insan
alveri” anlayışlarının, həmçinin bu səpkidən olan cinayət tərkibli əməllərin
inzibatı xətalardan fərqləndirilməsi məsələlərinə xüsusi yer ayırmaqla məcburi
əməyin və insan alverinin potensial qurbanlarının müəyyənləşdirilməsi
istiqamətində əmək müfəttişlərinin fəaliyyətini dəstəkləmək məqsədi ilə onlar
üçün təlimlərin keçirilməsi.
3.2. Yardım və müdafiə
QHT-lərin acınacaqlı vəziyyətini nəzərə almaq məqsədi ilə əlaqədar tərəflər burada
verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:
● İnsan alveri qurbanları üçün xidmət göstərən, o cümlədən, sığınacaqlara
malik QHT-lərin davamlı və şəffaf maliyyələşdirilməsi sisteminin tətbiq
edilməsi, habelə ƏƏSMN tərəfindən hansı qrantların ayrılması barədə
mövcud informasiyanın, bu cür qrantlar üçün müraciət etmə prosedurunun,
uyğunluq meyarlarının, maliyyələşdirmə üçün müraciət etmə şərtlərinin və
müddətlərinin, maliyyə vəsaitlərinin ayrılması və ya ayrılmaması səbəblərinin
ictimaiyyətləşdirilməsi.
● İnsan alveri qurbanlarına və potensial qurbanlara müvafiq xidmətlər
göstərmək iqtidarında olmaq məqsədi ilə “Qrant haqqında” Qanun əsasında
xarici maliyyə vəsaitlərinin əlçatan olması üçün nəzərdə tutulmuş məsələlərin
dəqiqləşdirilməsi və bununla əlaqədar müvafiq istiqamətlərin göstərilməsi,
həmçinin müxtəlif donorlardan qrant əldə etməyin yolları ilə bağlı QHT-lər
üçün məsləhətlərin verilməsi. İnformasiya yayımı prosesini sürətləndirmək
məqsədi ilə ictimai xidmətlər sistemində çalışan əməkdaşların və notariuslarda
işləyən hüquqşünasların ərizəçilərə məsləhətlər vermək işinə imkan daxilində
cəlb edilməsi.
● ƏƏSMN-dən maliyyə vəsaiti əldə etmək üçün QHT-ləri dəstəkləmək məqsədi
ilə insan alveri qurbanlarına və insan alverinə həssas olan insanlara xidmət
göstərən QHT-lərin akkreditasiya sisteminin dəqiqləşdirilməsi. QHT-lərin
akkreditə edilib-edilməməsi barədə dəqiq səbəbləri bilmək və müvafiq
qərarların obyektiv əsaslarla qəbul edilməsi üçün maraqların toqquşmasından
boyun qaçırmaq məqsədi ilə akkreditasiya sisteminin şəffalığının təmin
edilməsi.
● İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən istiqamətləndirilmiş
şəxsləri qəbul edən QHT sığınacaqlarının əsas fəaliyyətlərinin mümkün
maliyyələşdirilməsi yollarını müəyyən etmək məqsədi ilə təxirəsalınmaz,
müvəqqəti tədbir kimi dövlət büdcəsi imkanlarının nəzərdən keçirilməsi.
● Vətəndaş cəmiyyəti üzrə tərəfdaşların Milli İstiqamətləndirmə
Mexanizmlərində formal tanınması məsələsinin növbəti Milli Fəaliyyət Planına
daxil edilməsi və bu tərəfdaşların Milli Fəaliyyət Planının işlənib hazırlanması
prosesində birbaşa iştirakı üçün şəraitin yaradılması.
3. Tövsiyələr
55
● Yerli və xarici donorları və potensial maliyyələşdirmə imkanlarını müəyyən
etmək, maliyyələşdirmə strategiyalarını hazırlamaq, maliyyələşdirmə
sahəsində nailiyyətləri və boşluqları sənədləşdirərək mümkün donorlara
təqdim etmək məqsədi ilə QHT-lərin dəstəklənməsi.
Təxirəsalınmaz maliyyələşdirmə böhranı həll edildikdə əlaqədar dövlət təşkilatları,
QHT-lər və beynəlxalq təşkilatlar burada verilmiş tövsiyələri nəzərdən keçirməyə
dəvət olunur:
● Potensialların yaradılması sahəsində əsas ehtiyacları müəyyən etmək və
göstərilən xidmət standartlarını gücləndirmək məqsədi ilə insan alveri
qurbanlarına göstərilən xidmətlərin hərtərəfli qiymətləndirilməsi.
● Ehtiyacların və riskin qiymətləndirilməsini həyata keçirmək və insan alveri
qurbanları üçün fərdi reabilitasiya və reinteqrasiya planlarının mövcudluğunu
təmin etmək məqsədi ilə Standart Əməliyyat Prosedurlarının yerinə yetirilməsi.
● Xüsusilə bütün kateqoriyalardan olan insanlar (qadınlar, kişilər, uşaqlar, ölkə
vətəndaşları və əcnəbilər) üçün bərabər səviyyəli dəstəyin istənilən xüsusi
ehtiyaclara, konkret olaraq uşaqların ehtiyaclarına uyğun olaraq göstərilməsini
təmin etmək məqsədi ilə sığınacaq və dəstək xidmətlərinə dair minimum
standartların ən yaxşı beynəlxalq təcrübə əsasında yerinə yetirilməsi.
● Sığınacaqların minimum standartlara uyğun monitorinq edilməsi işində İnsan
Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) mümkün iştirakını nəzərə almaqla
hökumət və qeyri-hökumət təşkilatlar tərəfindən insan alveri qurbanlarına
göstərilən müdafiə və yardım xidmətləri üzrə monitorinq və qiymətləndirmə
mexanizmlərinin yerinə yetirilməsi.
İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş fikirləşmə müddətini təcrübədə
tətbiq etmək üçün “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” əsasında təsbit
edilmiş tələbləri təmin etmək məqsədi ilə əlaqədar tərəflər QHT-lərlə birgə burada
verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:
● Fikirləşmə müddətinin idarə olunması prosedurunun işlənib hazırlanması,
habelə insan alveri qurbanına fikirləşmə müddəti hüququ barədə məlumat
verməyə və bu müddəti idarə etməyə məsuliyyət daşıyan tərəflər üçün
müvafiq təlimat və qaydaların hazırlanması.
● İnsan alveri qurbanları ilə işləyən və ya bu cür şəxslərlə üzləşməsi mümkün olan
və bu müddət ərzində müvafiq qaydalara əməl etmələri tələb olunan bütün
əməkdaşlar, o cümlədən, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti
və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında fikirləşmə
müddətinə dair təlimatların paylanması.
● Fikirləşmə müddəti ərzində insan alveri qurbanlarını müdafiə və yardım
xidmətləri ilə təmin edən QHT-lərə maddi və başqa yardımın göstərilməsi.
3. Tövsiyələr
56
İnsan alveri qurbanlarına göstərilən hüquqi yardımı gücləndirmək məqsədi ilə
əlaqədar tərəflər burada verilmiş tövsiyəni nəzərdən keçirməyə dəvət olunur:
● İnsan alveri qurbanlarının QHT-lər tərəfindən göstərilən hüquqi yardımı almaq
imkanlarını təmin etmək məqsədi ilə müvafiq cinayət işlərində iştirak edən
hüquqi nümayəndələrin Vəkillər Kollegiyasına üzv olma tələbinə yenidən
baxılması.
Monitorinq proseslərini gücləndirmək və bu proseslərdən hasil olunmuş nəticələrin
təsirliliyini təmin etmək məqsədi ilə dövlət orqanları burada verilmiş tövsiyələri
nəzərdən keçirməyə dəvət olunurlar:
● Monitorinq meyarlarının, standartlarının, proseslərinin və nəticələrinin
ictimaiyyətləşdirilməsi.
● QHT-lərin monitorinq prosesinə cəlb edilməsi.
3.3. Təhqiqat və cinayət təqibi
İnsan alverinə qarşı mübarizəyə dair qanunvericilik bazasını gücləndirmək məqsədi
ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:
● Azərbaycan Respublikasının mənşə ölkəsi olmaqla yanaşı təyinat ölkəsi
kimi üzləşdiyi çətinliklərə qarşı əsaslı cavab tədbirlərinin müvafiq qaydada
görülməsini təmin etmək məqsədi ilə mövcud qanunvericilik bazasına yenidən
baxılması.
● Milli qanunvericilikdə göstərilmiş “məcburi əmək” anlayışını Azərbaycan
Respublikası tərəfindən ratifikasiya edilmiş BƏT-in “Məcburi əmək haqqında”
1930-cu il tarixli, 29 nömrəli Konvensiyasının 2(1)-ci maddəsində verilən və
“şəxsə hansısa cəza vermək qorxusu ilə ondan tələb olunan və sözügedən
şəxsin könüllü olaraq təklif etmədiyi istənilən işi və ya xidməti...” nəzərdə tutan
tərifə uyğunlaşdırmaq məqsədi ilə bu anlayışa yenidən baxılması.
● Xüsusən də istifadə edilmiş hər hansı vasitədən asılı olmayarq insan alveri
qurbanı tərəfindən verilmiş razılığın nəzərə alınmaması tələbi ilə müvafiq
uyğunluğu təmin etmək üçün Cinayət Məcəlləsi və “İnsan alverinə qarşı
mübarizə haqqında” Qanun da daxil olmaqla bütün qanunvericilik aktlarında
“insan alveri” anlayışının vahid formada verilməsi.
Zərərçəkmiş şəxslərin və şahidlərin müdafiəsini gücləndirmək məqsədi ilə əlaqədar
tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:
● Məhkəmə araşdırmalarından əvvəl, bu proses zamanı və sonra zərərçəkmiş
şəxslərin və şahidlərin müdafiəsini, habelə müdafiə planlarının hazırlanması,
yerinə yetirilməsi və nəzərdən keçirilməsi işlərinə hansı əlaqədar tərəflərin
məsuliyyət daşıdığını birmənalı şəkildə nəzərdə tutan mexanizmlərin
mövcudluğunun təmin edilməsi.
3. Tövsiyələr
57
● Yuxarıda qeyd olunan mexanizmlərin hazırlanması prosesinə, həmçinin
zərərçəkmiş şəxslərin və şahidlərin iştirak etmək niyyətində olduqları hər
hansı cinayət mühakiməsi prosesi zamanı dəstəklənməsi işinə QHT-lərin cəlb
edilməsi.
İnsan alveri cinayətlərinin araşdırılması və cəzalandırılması üçün cinayət təqibi
və potensialların artırılması məsələlərinə dair təlimləri gücləndirmək məqsədi ilə
əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:
● Müstəntiqlərə, prokurorlara və hakimlərə xüsusi yer ayırmaqla hüquq mühafizə
orqanlarının əməkdaşları və prokurorluq işçiləri üçün cinayət mühakiməsi və
potensialların yaradılması məsələlərinə dair təlimlərin mövcud və növbəti
Milli Fəaliyyət Planına daxil edilməsi.
● Cinayət mühakiməsi sistemi əməkdaşlarının spesifik vəzifələrinə,
funksiyalarına və potensiallarına uyğunlaşdırılmış xüsusi təlimlər hazırlamaq
məqsədi ilə müstəntiqlərin, prokurorların və hakimlərin təlim ehtiyaclarına
dair qiymətləndirmənin həyata keçirilməsi. Bu kontekstdə, iki ildən bir keçirilən
və insan alverinə qarşı mübarizə üzrə mövzuları da əhatə edən bilik testlərinin
mümkün istifadəsi və təkmilləşdirilməsi.
● Mövcud təlim materiallarının (məsələn, BMT-nin Narkotiklər və Cinayətkarlıq
üzrə İdarəsinin “Cinayət mühakiməsi sisteminin əməkdaşları üçün insan
alverinə qarşı mübarizəyə dair” Təlim Vəsaitinin (2008-ci il)) Azərbaycan dilinə
tərcümə olunmasını təşkil edərək Azərbaycan kontekstinə uyğunlaşdırılması
və təqdim edilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi və yeni
tədbirlərin həyata keçirilməsi.
● İnsan alverinə qarşı mübarizəyə dair təlimlərin cinayət mühakiməsi sistemi
əməkdaşlarının tədris proqramına daxil edilməsi.
Potensialların artırılması tədbirlərinin hüquq mühafizə orqanları əməkdaşlarının,
prokurorların və hakimlərin təlim ehtiyaclarına cavab verməsini təmin etmək
məqsədi ilə əlaqədar tərəflər burada verilmiş məsələlərin təlim materiallarında əks
olunmasını nəzərdən keçirməyə dəvət olunur:
● “Məcburi əmək” və “məcburi əmək məqsədi ilə insan alveri” anlayışları
arasında fərqin tanınması, habelə Əmək və Miqrasiya Məcəllələrinin bu
nöqteyi-nəzərdən pozulması.
● İnsan alveri qurbanlarının istismara razılıq vermələrinin nəzərə alınmaması,
o cümlədən, cinayət mühakiməsi sistemi əməkdaşlarının (müstəntiqlərin,
prokurorların və hakimlərin) insanları istismar vəziyyətinə düşməyə və bu
vəziyyətdə qalmağa məcbur edən xüsusi amillərə həssaslıqla yanaşması.
● Sorğuların insan hüquqlarına və insan alveri qurbanlarının əlahiddə
kateqoriyalarının xüsusi ehtiyaclarına uyğun aparılmasını təmin etmək
məqsədi ilə faktlara əsaslanan, o cümlədən, uşaq yönümlü sorğu üsullarının
tətbiq edilməsi.
● İnsan alverinə dair işlərlə bağlı xüsusi təhqiqat üsullarının tətbiq edilməsi və
paralel maliyyə araşdırmalarının aparılması.
3. Tövsiyələr
58
Potensialların yaradılması üçün görülmüş tədbirlərin keyfiyyətini qiymətləndirmək
məqsədilə əlaqədar tərəflər burada verilmiş tövsiyəni nəzərdən keçirməyə dəvət
olunur:
● Keçirilmiş təlimlər nəticəsində cinayət mühakiməsi sistemi əməkdaşlarının
müvafiq potensiallarının artıb-artmadığını müəyyən etmək məqsədi ilə
təlimdən əvvəl və sonra qiymətləndirmənin aparılması mexanizminin yerinə
yetirilməsi.
3.4. Qarşısını alma
İnsan alverinin qarşısını almaq məqsədi daşıyan maarifləndirmə işləri ilə əlaqədar
aidiyyəti tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:
● Gələcək maarifləndirmə kampaniyalarının hədəf auditoriyasına müvafiq
qaydada uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə keçirilmiş kampaniyaların
təsir səviyyəsinin qiymətləndirilməsi və növbəti tədqiqatların aparılması.
Maarifləndirmə tədbirlərinin təsir səviyyəsinin müəyyənləşdirilməsi vasitəsi
kimi sorğu metodlarının mümkün istifadəsi.
● Həm Azərbaycan Respublikasından aparılan, həm Azərbaycan Respublikasına
gətirilən, həm də ölkə daxilində olan insanları cəlb etməklə törədilən insan
alveri cinayətlərinin qarşısını almaq və insan alverinə qarşı mübarizə aparmaq
üçün məqsədyönülü maarifləndirmə kampaniyalarının həyata keçirilməsi,
məsələn, Azərbaycanda insan alverinin və istismarın riski barədə potensial
miqrantları və qurbanları xəbərdar etmək məqsədi ilə maarifləndirmə
kampaniyalarının yerinə yetirilməsi üçün mənşə ölkələri ilə dövlət və QHT
səviyyələrində əməkdaşlıq etməklə.
● Azərbaycan Respuiblikasında, o cümlədən qanunsuz vəziyyətdə olan
əməkçi miqrantları hədəfə götürən maarifləndirmə kampaniyalarının yerinə
yetirilməsi (bu cür şəxslərə onların hüquqları və mövcud olan hüquqi müdafiə
vasitələri barədə informasiyanı təqdim etməklə).
Həssaslıq amillərini və əsas səbəbləri daha da yaxşı müəyyən etmək və onların
öhdəsindən gəlmək məqsədi ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri
nəzərdən keçirməyə dəvət olunur:
● Qanunsuz vəziyyətə düşmüş vətəndaşlığı olmayan şəxslərin və əməkçi
miqrantların da “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 1.0.10-cu
maddəsində insan alverinin potensial qurbanları kimi göstərilməsi, habelə bu
cür şəxslərin istismara həssaslığını azaltmaq məqsədi ilə o cümlədən onların
sənədləşdirilməsini nəzərdə tutan dəstək tədbirlərinin yerinə yetirilməsi.
● Profilaktik proqramları müvafiq qruplara daha da yaxşı uyğunlaşdırmaq
məqsədi ilə həssaslıq amillərinin hansı ərazilərdə və hansı qruplar arasında
üstünlük təşkil etdiyini müəyyən etmək üçün insan alverinin və istismarın
səciyyəvi formalarının, o cümlədən, məcburi və erkən nikahların və cinsi
istismarın əsas səbəblərinin araşdırılması.
3. Tövsiyələr
59
İstismaredici əməyə və xidmətlərə olan tələbatın səviyyəsini öyrənmək məqsədi ilə
əlaqədar tərəflər burada verilmiş tədbirləri nəzərdən keçirməyə dəvət olunur:
● İnsan alveri qurbanının xidmətlərindən bilərəkdən istifadə etmə əməlini
kriminallaşdırmaq və müvafiq qanunvericilik aktlarını tətbiq etmək üçün
müvafiq addımların atılması.
● İstismara məruz qalmış insanlar tərəfindən təklif olunan cinsi və başqa
xidmətlərə tələbat yaradan şəxslərin profillərini tərtib etməklə və tələbat
səviyyəsinin öyrənilməsi üçün sosial siyasətlər hazırlamaqla bu cür tələbata
qarşı ünvanlı cavab tədbirləri üçün dəlil bazasının gücləndirilməsi.
● İnsan alveri zamanı istismarın müvafiq formalarına olan tələbatı aparılacaq
tədqiqatlar əsasında öyrənmək məqsədi daşıyan tədbirlərin növbəti Milli
Fəaliyyət Planına daxil edilməsi.
İnsan alverinin və istismarın əsas səbəblərinin araşdırılması məsələləri ilə əlaqədar
aidiyyəti tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:
● “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 11-ci maddəsinə uyğun
olaraq insan alverinin gender aspektlərinə xüsusi yer ayırmaqla qarşısını alma
sahəsində tədqiqatın aparılması.
● Tədqiqat aparma və məlumat toplama potensiallarının gücləndirilməsi
strategiyasını işləyib hazırlamaq məqsədi ilə bu sahədə hökumət və qeyri-
hökumət təşkilatlarının ehtiyaclarını müəyyən etmək üçün (istər tematik,
istərsə də coğrafi) xəritələmə işinin həyata keçirilməsi.
● QHT-lərin və beynəlxalq təşkilatların dəstəyi ilə tədqiqat metodologiyasının
hazırlanması və yerinə yetirilməsi istiqamətində hökumət və qeyri-hökumət
təşkilatlarının vəzifələrini nəzərdə tutan tədqiqat aparma və məlumat toplama
tədbirlərinin növbəti Milli Fəaliyyət Planına daxil edilməsi.
Sərhəd və miqrasiya idarəçiliyi məsələləri ilə əlaqədar aidiyyəti tərəflər burada
verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:
● Sərhəd-buraxılış məntəqələrində mövcud olan maarifləndirmə və məlumat
kitabçalarını müstəqil şəkildə götürən insanlarla yanaşı bu cür kitbçalarla
birbaşa təmin edilməsi tələb olunan şəxsləri müəyyən etmək məqsədi ilə
profillərin yaradılması bacarıqlarından proaktiv şəkildə istifadə etmək üçün
sərhədçilərə təlimlərin keçirilməsi.
● Azərbaycan Respublikasında əməkçi miqrant kvotalarının qeyri-qanuni
miqrasiyaya və qanunsuz əmək fəaliyyətinə, həmçinin mövcud maliyyə
böhranının tələbat və potensial istismar sahələrində baş verən dəyişikliklərə
təsirlərinin araşdırılması.
● Azərbaycan Respublikası vətəndaşlarını xaricdə işə düzəltməklə məşğul
olan agentliklərin həmin vətəndaşları qeydiyyata götürmələrini, həmçinin
Azərbaycandan olan miqrantların bu agentliklərin xidmətlərindən istifadə
etmələrini stimullaşdırmaq məqsədi ilə bu cür agentliklərin lisenziyalaşdırılması
sisteminə yenidən baxılması.
3. Tövsiyələr
60
● Azərbaycanda, o cümlədən qanunsuz vəziyyətdə olan əməkçi miqrantlara
onların hüquqları və mövcud olan hüquqi müdafiə vasitələri barədə
informasiyanı təqdim etmək üçün istifadə oluna biləcək strategiyaların və
kanalların araşdırılması.
3.5.
Əlaqələndirmə və əməkdaşlıq
İnsan alverinə qarşı mübarizə sahəsində əlaqələndirmə və əməkdaşlıq prosesini
gücləndirmək məqsədi ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən
keçirməyə dəvət olunurlar:
● Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində və Milli Koordinatorun
rəhbərliyi ilə fəaliyyət göstərən və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş
İdarəsinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən təşkil olunmuş İşçi
Qrupun gücləndirilməsi və müvafiq QHT nümayəndələrinin bu Qrupa daimi
iştirakçı üzv kimi daxil edilməsinin təmin olunması.
● Resursları daha da yaxşı bölüşdürmək və vəzifələri dəqiqləşdirmək üçün
müdafiə və yardım tədbirlərinin əlaqələndirilməsi, istiqamətləndirməyə
dair Standart Əməliyyat Prosedurlarının yerinə yetirilməsi, funksiyaların və
vəzifələrin təsvir edilməsi, insan alveri qurbanlarının müəyyənləşdirilməsinə
dair nəzarət və monitorinq mexanizmlərinin və xüsusi indikatorların təşkil
edilməsi və İşçi Qrupun zəruri hesab etdiyi istənilən müvafiq məsləhətlərin
verilməsi vəzifələrinin bu Qrupun üzərinə qoyulması.
● İnsan alverinə qarşı cavab tədbirlərinin yerinə yetirilməsi sahəsində QHT-lərin
əsas icraçı tərəfdaş kimi əlaqədar tərəflər sırasına rəsmi şəkildə daxil edilməsi,
onların statusunu müşahidəçidən bərabər hüquqlu üzv səviyyəsinədək
artırmaqla idarələrarası komissiyanın iclaslarına daim dəvət edilməsi.
İnsan alverinə qarşı mübarizə tədbirlərinin monitorinqini və şəffaflığını gücləndirmək
məqsədi ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət
olunurlar:
● Növbəti Milli Fəaliyyət Planına insan alverinə qarşı mübarizə tədbirlərinin
müstəqil monitorinqi və qiymətləndirilməsi məsələsinin, təsirlərin və
dayanıqlılığın qiymətləndirilməsi indikatorlarının və hər bir tədbir üçün
nəzərdə tutulmuş maliyyələşdirmə mənbələrinin daxil ediməsi.
● Eyni zamanda hökumət və qeyri-hökumət təşkilatlarında çalışan əməkdaşlar
tərəfindən icra olunan vəzifələrin üst-üstə düşməsi səbəbindən maraqların
toqquşması və ya bu təşkilatların müstəqilliyinin təhlükə altına düşməsi
riskinin yaranması hallarının mümkünlüyünün və bu cür hallar baş verdiyi
təqdirdə risklərin azaldılması yollarının araşdırılması.
● Vətəndaş cəmiyyəti təşkilatlarının müstəqilliyinin daha səmərəli şəkildə təşkil
və müdafiə olunması yollarının araşdırılması.
3. Tövsiyələr
61
İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələndirmə və əməkdaşlıq
proseslərini gücləndirmək məqsədilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri
nəzərdən keçirməyə dəvət olunur:
● İnsan alveri ilə əlaqədar həm mənşə, həm təyinat əraziləri kimi maraq
kəsb edən əsas ölkələrin, həmçinin hökumət, qeyri-hökumət təşkilatları və
beynəlxalq təşkilatlar səviyyəsindəki əməkdaşlıq prosesində iştirak etmək
üçün mövcud və potensial imkanların, habelə beynəlxalq əlaqələndirmə və
əməkdaşlıq prosesləri ilə bağlı əsas çətinliklərinin xəritələnməsi.
● Hökumət, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar səviyyəsində
beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi ilə xəritələmə işi əsasında
müvafiq strategiyanın işlənib hazırlanması.
Ehtiyacların qiymətləndirilməsi:
Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizə
sahəsində cavab tədbirləri
Əlavələr
63
Əlavələr
A.
Ədəbiyyat
Dostları ilə paylaş: |