Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Özünü aşkarlama

Daxili  İşlər  Nazirliyinin  “İnsan  alveri  cinayətindən  zərər  çəkmiş  şəxslərə  və  insan 

alverinin potensial qurbanlarına” xidmət edən “Qaynar xətt” haqqında” 2007-ci il 12 

oktyabr tarixli, 590 nömrəli əmrinə əsasən 2007-ci ilin oktyabr ayında insan alverinin 

qurbanları  üçün  “qaynar  xətt”  DİN-in  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş  İdarəsi 

tərəfindən istifadəyə verilmişdir. Təqdim olunmuş məlumatlara əsasən 2014-cü ildə 

“qaynar xətt” vasitəsi ilə müxtəlif məsələlərə aid 13.216 zəng qəbul olunmuşdur ki, 

onların da yalnız 28-i insan alveri məsələləri ilə əlaqədar idi.

2

 Aparılmış qiymətləndirmə 



zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, 2015-ci 

ildə 152 nömrəli “qaynar xətt” vasitəsi ilə 13.000-dən çox zəng daxil olmuşdur və bu 

zənglərdən yalnız 20-i insan alveri məsələləri ilə əlaqədar idi. Bu “qaynar xətt” yalnız 

ölkədaxili telefon zənglərini qəbul edir və bununla yanaşı ölkədə daha üç “qaynar 

xətt”  fəaliyyət  göstərir:  onlardan  biri  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi 

yanında  İnsan  Alveri  Qurbanlarına  Yardım  Mərkəzinə,  ikisi  isə  vətəndaş  cəmiyyəti 

təşkilatlarına məxsusdur.  

S. 3.1.6. Özünü aşkarlama mexanizmləri (məsələn, dövlət orqanlarının/

QHT-lərin "qaynar xətt"ləri)

0

4



0

3

0



0                         1                          2                         3                         4                         5

tamamilə qeyri-qənaətbəxşdir

qeyri-qənaətbəxşdir

nə qənaətbəxşdir,

nə də ki qeyri-qənaətbəxşdi

qənaətbəxşdir

bütövlükdə qənaətbəxşdir

Müsahibə iştirakçılarından bəziləri belə bir fikir söyləmişdirlər ki, geniş ictimaiyyətin 

“qaynar xətt” barədə məlumatı artıb və insan alveri qurbanlarının çoxu İnsan Alverinə 

qarşı Mübarizə Baş İdarəsinə inandığından buraya birbaşa müraciət edərək özünü 

aşkarlama mexanizmləri vasitəsi ilə müəyyən edilmişdir. Digərləri “qaynar xətt”lərin 

səmərəliliyi  barədə  fərqli  düşünürlər.  ICMPD  həmin  “qaynar  xətt”lərin  televiziya 

kanallarında və kütləvi informasiya vasitələrində, habelə dəniz və hava limanlarında, 

sərhəd-buraxılış  məntəqələrində  reklam  edilməməsi  səbəbindən  geniş  ictimaiyyət 

üçün məlum olmadığını qeyd etmişdir (Aze17, səh.10). Sorğu respondentləri özünü 

aşkarlama  mexanizmlərinin  ya  qənaətbəxş  (n=4),  ya  da  qeyri-qənaətbəxş  (n=3) 

olduğunu hesab etmişdirlər.

www.mia.gov.az/index.php?/en/content/153/



2. Nəticələr

17

Müəyyənləşdirmə kriteriyaları və indikatorları

“İnsan  alveri  qurbanlarının  müəyyə  edilməsi  Qaydaları  (indikatorları)  barədə”  131 

nömrəli  Qərarın  8-ci  bölməsi  müvafiq  qiymətləndirmənin  aparılması  üçün  istifadə 

edilə biləcək əlavə materialları/sənədləri özündə əks etdirir. Üçüncü bölmə ümumi 

indikatorları (bölmə 3.1.1), uşaq alverinə aid indikatorları (bölmə 3.1.2), cinsi istismara 

aid indikatorları (bölmə 3.1.3), əməyin istismarına/xidməti istismara aid indikatorları 

(bölmə 3.1.4) və məcburi ev qulluğuna (ev köləliyinə) aid indikatorları (bölmə 3.1.5) 

nəzərdə  tutur.  5-ci  bölmə  müəyyənləşdirmə  zamanı  təhlil  edilən  parametrləri, 

7-ci  bölmə  isə  insan  alveri  qurbanlarının  vəziyyətini  qiymətləndirmək  üçün  onlara 

veriləcək sualları təsbit edir (Aze6). MFP-nin 13.1.5-ci bəndi Milli İstiqamətləndirmə  

Mexanizmi (MİM) üçün nəzərdə tutulmuş geniş təkmilləşdirmə işlərinin bir hissəsi 

kimi  indikatorlar  sahəsində  boşluqların  olması  faktını  qəbul  edir.  Təqdirəlayiq 

haldır ki, 2014-2018-ci illər üçün MFP MİM indikatorlarının və qaydalarının daha da 

təkmilləşdirilməsini nəzərdə tutur. 

S. 3.1.5. İndikatorlar, yoxlama suallar siyahıları, digər müəyyənləşdirmə 

vasitələri

0

0



4

0

2



0                   1                   2                 3                   4                  5  

tamamilə qeyri-qənaətbəxşdir

qeyri-qənaətbəxşdir

nə qənaətbəxşdir,

də ki qeyri-qənaətbəxşdir

qənaətbəxşdir

bütövlükdə qənaətbəxşdir

Müsahibə  iştirakçılarından  yalnız  biri  2009-cu  il  tarixli  indikatorları  qeyd  etmişdir. 

Digər  iştirakçılar  öz  işlərində  istifadə  etdikləri  hansısa  konkret  indikatorları  və 

ya  başqa  vasitələri  göstərməmişdirlər  və  ya  sadəcə  olaraq  tətbiq  olunan  ümumi 

indikatorlara istinad etmişdirlər. Sorğunun dörd respondenti indikatorların, yoxlama 

suallar siyahılarının və digər müəyyənləşdirmə vasitələrinin “qənaətbəxş” (n=4), üç 

respondenti isə “qeyri-qənaətbəxş” (n=2) olduğunu hesab etmişdirlər. Sorğunun iki 

respondenti  müəyyənləşdirmə  metodikasının  və  mexanizmlərinin  gücləndirilməsi 

zərurəti  barədə  fikir  söyləmişdirlər.  Bir  respondent  müəyyənləşdirmə  səviyyəsinin 

aşağı olmasını təkmilləşdirilməsi və mövcud tendensiyalara daha da uyğunlaşdırılması 

tələb olunan indikatorların geniş xarakter daşıması ilə əlaqələndirmişdir.

GRETA və başqaları insan alverinə dair işlərin Daxili İşlər Nazirliyinə istiqamətləndirilməsi 

tələbinə  əməl  etmək  məqsədi  ilə  “ön  cəbhədə”  çalışan  əməkdaşlara  (polis, 

prokurorluq  və  digər  hüquq  mühafizə  orqanları  əməkdaşlarına)  müxtəlif  əlaqədar 

tədbirlər  barədə  təlimlərin  keçirilməsi  zərurətini  vurğulamışdırlar  (Aze30,  səh.31). 


2. Nəticələr

18

Eyni zamanda, ekspertlər insan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün sorğu 



aparma üsulları ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin və Dövlət Əmək Müfəttişliyi 

Xidmətinin  əməkdaşları  üçün  təlim  proqramlarının  işlənib  hazırlanması  və  həyata 

keçirilməsi zərurətini ön plana çəkmişdirlər.

Müəyyənləşdirmə və istiqamətləndirmə indikatorları

ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

1.1 İnsan alveri 



qurbanları ilə 

bağlı vəzifələri 

və məsuliyyəti 

nəzərdə 

tutan Milli 

İstiqamətləndirmə 

Mexanizmi (MİM)

İnsan alveri 

qurbanları ilə bağlı 

MİM mövcuddur 

MİM əlaqədar 

tərəflərin 

səlahiyyətlərini, 

habelə 


əlaqələndirmə, 

müdafiə və yardım 

məsələlərini nəzərdə 

tutur


Hökumət və 

qeyri-hökumət 

təşkilatları MİM-ə 

daxil edilib və öz 

vəzifələri barədə 

məlumatlıdır

Hökumət və 

qeyri-hökumət 

təşkilatları MİM 

əsasında  insan 

alveri qurbanlarını 

istiqamətləndirirlər 

və onlara kömək 

edirlər


1.2 Müəyyənləşdirmə 

üçün formal 

proseslər

İnsan alveri 

qurbanlarının 

müəyyənləşdirilməsi 

üçün formal 

proseslər 

mövcuddur 

İnsan alveri 

qurbanlarının 

müəyyənləşdirilməsi 

üçün formal 

proseslər 

istiqamətləndirmə 

mexanizmləri ilə 

əlaqəlidir

Müəyyənləşdirmə 

üçün formal 

proseslərdən ardıcıl 

istifadə olunur

Əlaqədar tərəflər 

müəyyənləşdirmə 

prosesləri əsasında 

müvafiq xidmətlərə 

çıxış imkanlarının 

artması 

qənaətindədirlər

1.3 İndikatorlar, 

yoxlama suallar 

siyahıları, digər 

müəyyənləşdirmə 

vasitələri

Müəyyənləşdirmə 

vasitələri 

mövcuddur, 

əlaqədar tərəflər 

bu vasitələr barədə 

məlumatlıdır və 

onlardan istifadə 

edirlər

Müəyyənləşdirmə 



vasitələri təcrübədə 

insan alverinə qarşı  

mübarizədə tətbiq 

olunur (məsələn, 

vasitələrin bütün 

növləri)


Bəzi əlaqədar 

tərəflərin 

istifadə etdiyi 

müəyyənləşdirmə 

vasitələri qismən 

səmərəlidir

Bütün əlaqədar 

tərəflərin 

istifadə etdiyi 

müəyyənləşdirmə 

vasitələri 

bütövlükdə 

səmərəlidir

1.4 Özünü aşkarlama 



mexanizmləri 

(məsələn, “qaynar 

xətt”lər, posterlər, 

reklamlar)

Özünü aşkarlama 

mexanizmləri 

mövcuddur

İctimaiyyət 

özünü aşkarlama 

mexanizmləri 

barədə kifayət qədər 

məlumatlıdır

İnsan alverinin bəzi 

qurbanları özlərini 

aşkar edirlər 

(mexanizmlər 

qismən səmərəlidir) 

Əlaqədar tərəflər 

özünü aşkar etmə 

hallarının artması 

qənaətindədirlər

1.5 İstiqamətləndirmə 

mexanizmləri ilə 

yardım və müdafiə 

xidmətləri 

arasında əlaqə 

Müdafiə və yardım 

xidmətləri ilə əlaqəli 

istiqamətləndirmə 

mexanizmləri 

mövcuddur

Hüquq mühafizə 

orqanları ilə 

əməkdaşlıq edən 

insan alveri 

qurbanlarından 

ayrılmış insan 

alveri qurbanlarının 

istiqamətləndirilməsi

İstiqamətləndirmə 

mexanizmləri 

müəyyən edilmiş 

insan alverinin 

bəzi qurbanları 

üçün xidmətlərin 

göstərilməsi ilə 

nəticələnir 

İstiqamətləndirmə 

mexanizmləri 

müəyyən edilmiş 

insan alveri 

qurbanlarının 

hamısına 

xidmətlərin 

göstərilməsi ilə 

nəticələnir 

Qeyd:

Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda

verilir.


2. Nəticələr

19

2.2. Yardım və müdafiə



Həm 2014-2018-ci illər üçün MFP, həm də “İnsan alverinə qarşı mübarizə haqqında” 

Qanun  müfəssəl  yardım  və  müdafiə  tədbirlərini  nəzərdə  tuturlar.  Lakin  qeyd 

edilmişdir  ki,  2014-cü  ilin  noyabr  ayında  “Qrant  haqqında”  Qanuna,  “Hüquqi 

şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna və İnzibati Xətalar 

Məcəlləsinə edilmiş dəyişikliklər vətəndaş cəmiyyəti təşkilatlarının xarici donorlardan 

qrantlar  əldə  etmək  imkanlarını  məhdudlaşdırmışdır  və  bu  isə  təşkilatları  inzibati 

prosedurların pozulmasına görə cərimələnmək riskinə məruz qoyur. Bundan başqa, 

hökumət, o cümlədən, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insan 

alveri qurbanlarına yardım üçün ayrılan maliyyə vəsaitləri insan alveri qurbanlarını 

sığınacaq və yardımla təmin edən QHT-lər üçün nəzərdə tutulmayıb. Nəticədə bir neçə 

QHT əsas işlərin görülməsi üçün tələb olunan maddi vəsaitin çatışmazlığından əziyyət 

çəkir və təmənnasız işləməyə davam edən əməkdaşların çoxuna görülən işlərə görə 

ödənişlər  edə  bilmir.  Bu  problemlər  Bakı  şəhərindən  kənarda  yerləşdiklərinə  görə 

beynəlxalq təşkilatlara çıxış imkanları məhdud olan QHT-lər üçün daha da ağırlaşır.

Qısası,  insan  alveri  qurbanlarına  və  insan  alverinə  məruz  qalmaq  riski  ilə  üzləşən 

insanlara  vacib  xidmətlər  göstərən  QHT-lər  fəaliyyətlərini  davam  etdirmək  üçün 

resurslarının  məhdud  olduğunu  və  ya  olmadığını  bildirmişdir.  Buna  baxmayaraq, 

Azərbaycan Hökuməti, İnsan alverinə qarşı mübarizə koalisiyasının üzvü olan QHT-

lərin fəaliyyətlərini davam etdirdiyini bilmişdir.

Sığınacaqlar

İnsan alveri qurbanları kimi müəyyən edilmiş və ya bu sahədə cinayət mühakiməsi 

prosesi  ilə  əməkdaşlıq  edən  insanlar  üçün  nəzərdə  tutulmuş  qapalı  müəssisə  tipli 

dövlət sığınacağı Bakı şəhərində DİN nəzdində fəaliyyət göstərir. İnsan alverinin qurbanı 

olan kişilər, qadınlar və uşaqlar bir binada yerləşdirilir. Bu sığınacaq ümumilikdə 54 

nəfər üçün nəzərdə tutulub və 2009-cu ildə binanın üçüncü mərtəbəsində uşaqlar 

üçün  xüsusi  yer  təşkil  edildikdən  sonra  buraya  insan  alverin  qurbanı  olan  2  uşaq 

yerləşdirilmişdir (Aze17, səh.11). 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə 

Baş  İdarəsi  sığınacağın  əsaslı  təmiri  üçün  120.000  ABŞ  dolları  həcmində  maliyyə 

vəsaiti ayırmışdır (Aze29). Bir neçə mənbə dövlət sığınacağının kifayət qədər istifadə 

edilmədiyini, QHT sığınacaqlarının isə maliyyə çatışmazlığından və burada qalan insan 

alveri qurbanlarının sayının həddindən artıq çox olmasından əziyyət çəkdiyini iddia 

edir. Lakin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi statistikaya əsasən qurbanların 

90-95%-nin  dövlət  sığınacağında  qaldığını  və  zəruri  hallarda  qurbanlarının  şəxsi 

mənzillərdə yerləşdirildiyini və onların təhlükəsizliyinin təmin edildiyini bildirmişdir.  

Aparılmış qiymətləndirmə zamanı dövlət orqanları 2006-cı ildən etibarən təxminən 

400 insan alveri qurbanının, o cümlədən 51-nin (8 kişi və 43 qadının) təkcə 2015-ci ildə 

sözügedən sığınacaqda yerləşdirildiyini bildirmişdirlər. Verilmiş məlumatlara əsasən 

dövlət sığınacağında yerləşdirilmiş insan alveri qurbanlarının maksimum sayı heç vaxt 

14 nəfərdən çox olmayıb. Qiymətləndirmə aparıldığı zaman dövlət sığınacağında beş 

nəfər insan alveri qurbanı qalırdı (onların hamısı ƏƏSMN tərəfindən yerləşdirilmişdir 

və əməyin istismarından zərər çəkmiş kişilər idi), QHT sığınacaqları isə, demək olar ki, 

tam dolu idi. Belə bir fərqi izah etmək üçün bir neçə səbəb gətirilir: “İnsan alverinə 


2. Nəticələr

20

qarşı mübarizə haqqında” Qanunun 13.3-cü maddəsi hüquq mühafizə orqanları ilə 



əməkdaşlıq  etmək  istəyindən  asılı  olmayaraq  insan  alveri  qurbanına  sığınacaqda 

yaşaması  üçün  30  günlük  müddətinin  verilməsini  nəzərdə  tutsa  da,  təcrübədə 

sığınacağa yalnız insan alverinin qurbanı kimi formal şəkildə müəyyən edilmiş və/və 

ya cinayət araşdırmaları başlandığı təqdirdə müvafiq orqanlarla əməkdaşlıq etməyə 

razılıq  vermiş  şəxslər  yerləşdirilir  (Aze17,  p11).  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş 

İdarəsi dəyərləndirmə prosesində bu məsələyə etirazını bildirərək əməkdaşlıq edən 

və etməyən qurbanların sığınacaqdan yerləşdirildiyini bildirmişdir. QHT sığınacaqlarını 

təmsil edən müsahibə iştirakçıları adətən hüquq mühafizə orqanları ilə əməkdaşlıq 

etməyən  insan  alveri  qurbanlarının  dövlət  sığınacağına  yerləşdirilmədiyini  təsdiq 

etmişdirlər. Göstərilmiş başqa bir səbəb ondan ibarət idi ki, QHT sığınacaqları insan 

alveri  qurbanlarının  ehtiyaclarını  daha  yaxşı  ödəyir  və  onlar  belə  sığınacaqlarda 

özlərini daha sərbəst hiss edirlər (Aze30, səh.7, səh.34). Müsahibənin bir iştirakçısı 

bildirmişdir ki, insan alverinin qurbanları, xüsusən də qadınlar təhlükəsizliyi yüksək 

səviyyədə  təmin  olunan  dövlət  sığınacaqlarında  özlərini  təcrid  olunmuş  kimi  hiss 

edirlər və “dövlətin himayəsində” olaraq sığınacağı adətən müşayiətsiz tərk etmirlər, 

QHT sığınacaqları isə öz sakinlərinə daha çox hərəkət azadlığı verir (Aze17, səh.11).

Azərbaycanda QHT-lərə məxsus sığınacaqlarla bağlı vəziyyət acınacaqlıdır. Dörd QHT 

insan alveri qurbanlarını sığınacaqla təmin edir: Bakı şəhərində yerləşən Azərbaycan 

Uşaqlar Birliyi, “Təmiz Dünya” İctimai Birliyi, Azərbaycan Miqrasiya Mərkəzi və Gəncə 

şəhərində  yerləşən  “Təmas”  Regional  İnkişaf  İctimai  Birliyi.  Bu  QHT-lərin  hamısı 

könüllü əməkdaşların fəaliyyətinə güvənərək “işlək vəziyyətdə” qalmaq üçün səylər 

göstərir.  Yerli  və  ya  beynəlxalq  donorlar  tərəfindən  maliyyələşdirilmə  baxımından 

bir sıra inzibati maneələrlə üzləşən bu QHT-lər dövlətdən maliyyə vəsaiti almaqda 

çətinliklərlə üzləşirlər. ƏƏSMN QHT-lər tərəfindən müvafiq xidmətlərin göstərilməsi 

üçün mütəmadi olaraq tenderlər elan etsə də, hələlik sığınacaqlar bundan faydalana 

bilmirlər. Qrantlar yalnız akkreditə olunmuş sığınacaqlara verilsə də, insan alverinin 

qurbanları üçün sığınacaqların akkreditasiyadan keçməsinə dair dəqiq mexanizmlər 

mövcud deyil və yalnız “Təmiz Dünya” İctimai Birliyi məişət zorakılığından zərərçəkmiş 

insanlar  üçün  sığınacaq  kimi  akkreditə  olunmuşdur.  Başqa  bir  potensial  maliyyə 

mənbəyi insan alverinə qarşı mübarizə məsələləri də daxil olmaqla müxtəlif tematik 

sahələr üzrə yerli və xarici QHT-lər üçün ildə iki dəfə tenderlər elan edən, lakin hələlik 

maarifləndirmə  işlərinin  dəstəklənməsinə  üstünlük  verən  Azərbaycan  Respublikası 

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır (QHT-lərə Dəstək Şurası).

3

Azərbaycan  Uşaqlar  Birliyinin  sığınacağı  insan  alveri  qurbanı  olan  uşaqlar  da  daxil 



olmaqla  həssas  qrupa  daxil  olan  uşaqları  və,  əgər  zəruridirsə,  onların  analarını 

sığınacaqla təmin edir. Hal-hazırda sığınacaqda qalan 13 uşaqdan bir neçəsi bu QHT-yə 

rəhbərlik edən qadının himayəsində olan müşayiət edilməyən azyaşlılardır. Müsahibə 

prosesi zamanı QHT əməkdaşları bildirmişdirlər ki, “Qrant haqqında” Qanun xarici 

mənbələrdən  maliyyə  vəsaitinin  əldə  olunmasını  qadağan  edir,  əvvəllər  maliyyə 

vəsaiti ayıran beynəlxalq təşkilatlar isə artıq Azərbaycanda yoxdur. Dövlət tərəfindən 

maliyyə dəstəyi göstərilmir, ianələr verilmir, bu günədək ƏƏSMN-ə maliyyələşdirmə 

http://cssn.gov.az/en/



2. Nəticələr

21

ilə əlaqədar təqdim olunmuş müraciətlərə rədd cavabı verilib. Bütün bu çətinliklər 



fonunda sığınacaq icarə haqqını ödəmək üçün çətinliklərlə üzləşir və Azərbaycanda 

iqtisadi  vəziyyətin  pisləşməsi  səbəbindən  azalması  gözlənilən  xeyriyyəçilikdən  asılı 

vəziyyətdədir.

Azərbaycan  Miqrasiya  Mərkəzi  ilk  növbədə  qeyri-qanuni  miqrasiya  məsələlərinə 

diqqət yetirir və əməyin istismarına məruz qalmış əməkçi miqrantlar, habelə insan 

alverinin  qurbanı  olan  kişilər  üçün  sığınacağa  malikdir.  Faktiki  olaraq  bu  sığınacaq 

6  nəfər  üçün  nəzərdə  tutulub  və  bina  sahibi  ilə  qeyri-formal  razılaşma  əsasında 

fəaliyyət göstərən kiçik bir otaqdan ibarətdir. Məlumatlara əsasən 2015-ci ildə bu 

sığınacaqda 4 nəfər yerləşdirilmişdir. Hal-hazırda sığınacaq işçiləri könüllü əsaslarla 

fəaliyyət göstərirlər.

“Təmiz  Dünya”  İctimai  Birliyi  insan  alverinin  qurbanı  olan  və  ya  insan  alverinə 

məruz qalma riski ilə üzləşmiş qadınları öz sığınacağında yerləşdirir, bu cür kişiləri 

isə  Azərbaycan  Miqrasiya  Mərkəzinə  istiqamətləndirir.  Eyni  zamanda,  bu  Birlik 

seks-biznes  sahəsində  çalışan  insanlar  da  daxil  olmaqla  əhalinin  digər  həssas 

təbəqələrinin məsələləri ilə də məşğul olur. Özəl mənzildə təşkil olunmuş sığınacaq 

təxminən  15  nəfər  üçün  nəzərdə  tutulub  və  yaxın  vaxtlarda  daha  böyük  bir  yerə 

köçəcək. Maliyyələşdirmə ilə əlaqədar vacib məsələlər barədə məlumat verilmişdir: 

işçilər  əmək  haqqı  ala  bilmədiklərinə  görə  işdən  gedirlər  və  maliyyələşdirmə 

qaydalarının  dəyişməsi  səbəbindən  keçmiş  donorlar  artıq  yoxdur.  Lakin  bu  Birlik 

məişət zorakılığından zərər çəkmiş insanlar üçün sığınacaq kimi ƏƏSMN-də akkreditə 

olunub. Müsahibə prosesi zamanı qeyd olunmuşdur ki, keçmişdə fahişəliklə məşğul 

olmuş və istismara məruz qalmış insanlar ictimai qınağa məruz qaldıqlarından onlar 

üçün  yardımın  əldə  olunması  işi  çətinləşir  və  həm  işçilərdən,  həm  də  sığınacaq 

sakinlərindən alternativ maliyyə mənbələrini axtarmağı tələb edir.

Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinin sığınacağı 2013-

cü ildən etibarən fəaliyyət göstərir və digər QHT-lərdən və ya dövlət orqanlarından 

istiqamətləndirilmiş  və  ya  birbaşa  müraciət  etmiş  qadınlar  üçün  nəzərdə  tutulub. 

Başqa  QHT-lərlə  olduğu  kimi  maliyyə  vəsaiti  əldə  etmək  baxımından  yaranmış 

çətinliklərlə əlaqədar bu təşkilatın da əməkdaşları könüllü əsaslarla işləyirlər.

QHT  işçilərindən  bəzilərinin  eyni  zamanda  hökumət  təşkilatlarında  da  çalışması 

faktı  (məsələn,  Azərbaycan  Uşaqlar  Birliyinin  sədri  dövlət  sığınacağının  direktoru 

vəzifəsində də işləmişdir, lakin dəyərləndirmə seminarına kimi dövlət sığınacağının 

rəhbəri  kimi  fəaliyyəti  dayanmışdır.  )  müəyyən  qarışıqlıq  yaradır,  çünki  həmin 

insanlardan  iki  cür  vəzifələr  və  maraqlar  arasında  tarazlığın  təmin  edilməsini 

tələbolunur. Müsahibə iştirakçıları maraqların toqquşmasının mümkünlüyü və ya bu 

cür iki vəzifənin icrası nəticəsində QHT-nin müstəqilliyinə hansısa xələlin yetirilməsi 

ilə  əlaqədar  heç  bir  narahatlıq  ifadə  etməmişdirlər;  müsahibənin  bir  iştirakçısı  isə 

belə  vəziyyəti  əlverişli  hesab  etmişdir.  Təcrübə  göstərir  ki,  QHT-lərin  bəzi  işçiləri 

hökumət  təşkilatlarında  işləmədikləri  təqdirdə  gəlir  əldə  etmək  imkanından 

məhrumdurlar. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi QHT əməkdaşlarının xüsusi 

müəssisələrin  işinə  cəlb  edilməsinin  qanunvericiliyə  zidd  olmadığını  bildirmişdir. 


2. Nəticələr

22

Keçirilmiş  müsahibələr  zamanı  hökumət  təşkilatlarının  əməkdaşları  QHT-lərin  işini 



tərifləyərək ehtiyacı olan insanları tez-tez QHT sığınacaqlarına istiqamətləndirdiklərini 

bildirmişdirlər. Lakin bu təqdirlər və etimad müvafiq xidmətlər göstərən QHT-lərin 

dəstəklənməsi  məqsədi  ilə  hökumət  tərəfindən  ayrıla  biləcək  maliyyə  vəsaitlərinə 

bərabər tutula bilməz. Yerli və xarici mənbələrdən qeyri-dövlət maliyyə vəsaitlərinin 

ayrılmasını məhdudlaşdıran yeni qanunvericilik bazası dövlət maliyyə mənbələrinə 

müvafiq çıxışın olmaması ilə birlikdə yaranmış vəziyyəti həddindən artıq çətinləşdirir. 

Gördükləri işə görə çox az əmək haqqı alan və ya ümumiyyətlə əmək haqqı almayan 

və  eyni  zamanda  gəlir  əldə  etmək  üçün  başqa  bir  yerdə  işləməli  olan  fədakar 

insanların insan alveri qurbanları və başqa həssas insanlar üçün müvafiq xidmətləri 

davamlı şəkildə göstərməsi təqdirəlayiq bir haldır. Vəziyyət bu cür davam edə bilməz 

və təxirəsalınmaz müdaxilələr tələb olunur.

Fikirləşmə müddəti

“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  14-1-ci  maddəsi  insan  alveri 

qurbanına  ölkədən  inzibati  qaydada  çıxartmanın  tətbiq  edilməsini  qadağan  edən 

30 günlük bərpa müddətinin verilməsini nəzərdə tutur. “İnsan alveri qurbanlarının 

repatriasiya  Qaydaları  barədə”  2013-cü  il  10  sentyabr  tarixli,  22  nömrəli  Qərarda 

göstərilir  ki,  insan  alverinin  qurbanı  olan  əcnəbiyə  və  vətəndaşlığı  olmayan  şəxsə 

30 gün bərpa və fikirləşmə müddəti verilir, bu müddət ərzində ona ölkədən inzibati 

qaydada  çıxartma  tətbiq  edilmir  və  o  “İnsan  alverinə  qarşı  mübarizə  haqqında” 

Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən 

istifadə edə bilər (Aze3). Fikirləşmə müddətinin idarə olunması üçün xüsusi prosedur 

və ya insan alveri qurbanına fikirləşmə müddətinə dair hüquq haqqında məlumatın nə 

cür verilməsi qaydası hələlik mövcud deyil. Lakin Dəyərləndirmə seminarından sonra 

İnsan Alverinə qarşı Mübarizə baş İdarəsi BMqT-yə bunun təcrübədə tətbiq edildiyini 

və sənədin layihəsinin artıq mövcud olduğunu və təqdim edildiyini bildirmişdir. İnsan 

alverinin qurbanları 30 gün fikirləşmə müddətini qəbul etdikdə QHT-lər onları bir qayda 

olaraq sığınacaqla və yardımla təmin edir. “İnsan alverinə qarşı mübarizə haqqında” 

Qanunun 12-ci maddəsi 30 gün fikirləşmə müddəti ilə əlaqədar öz hüquqlarını icra 

edən  insan  alveri  qurbanlarının  əlçatan  olmasını  təmin  edir;  müsahibə  iştirakçısı 

2006-cı ildən başlayaraq dövlət sığınacağında qalmış təxminən 400 nəfərdən üçünün 

öz fikirləşmə müddətini həmin sığınacaqda keçirdiyini təsdiq etmişdir. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin