Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında


Qanunvericilik sahəsində boşluqlar



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Qanunvericilik sahəsində boşluqlar

Qiymətləndirmə  zamanı  qanunvericilik  bazasının  müzakirələrində  iştirak  etmiş 

altı  respondentdən  dördü  bu  qanunların  müfəssəl  olduğunu  və  hansısa  konkret 

çatışmazlıqların  olmadığını  bildirmişdir.  Bir  respondent  beynəlxalq  qanunlarla 

milli  qanunlar  arasında  uyğunsuzluqlar  olduğu  təqdirdə  birincilərin  üstün 

tutulduğunu  vurğulasa  da,  BMT-nin  İnsan  alverinə  qarşı  Protokolunun  Azərbaycan 

Respublikası  tərəfindən  hələlik  ratifikasiya  edilmədiyini  bildirmişdir,  baxmayaraq 

ki,  bu  2003-cü  ildə  baş  vermişdir.  Azərbaycan  Respublikasının  da  qoşulduğu  BƏT 

Konvensiyalarının əhəmiyyəti haqqında məlumatlar dəqiq deyil. Respondentlərdən 

biri  milli  qanunvericilikdə  “məcburi  əmək”  anlayışının  qeyri-müəyyən  olması  və 

Əmək  Məcəlləsində  nəzərdə  tutulmamış  hər  hansı  əmək  fəaliyyətinin  məcburi 

əmək hesab edilməsi qənaətində idi, habelə BƏT Konvensiyasında verilmiş “məcburi 

əmək” anlayışının əhəmiyyəti barədə məlumatsız idi.

7

 Başqa bir respondent məcburi 



əmək məsələlərinə dair qanunvericilikdə həm DİN İnsan Alverinə qarşı Mübarizə Baş 

İdarəsinin səlahiyyətlərinə aid olan cinayət tərkibli əməllərlə bağlı məsələlərin, həm 

də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahəsinə aid olan inzibati 

“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  1.0.3-cü  maddəsində  “məcburi  əmək  (xidmət) - 



qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi” kimi 

müəyyən olunur. 



2. Nəticələr

31

xətalarla  əlaqədar  məsələlərin  yer  almasının  təcrübədə  problemlər  yaratdığını 



bildirmişdir.  Həmin  respondent  qanunvericilik  sahəsində  mövcud  olan  boşluqların 

məcburi  əmək  hallarının  baş  verməsinə  şərait  yaratdığını  bildirmişdir,  məsələn, 

əcnəbidən  onun  əmək  müqaviləsinin  başa  çatması  tarixindən  etibarən  on  gün 

ərzində ölkəni tərk etmək tələbi, ölkəyə gələn əcnəbi üçün isə ən azı üç ay ərzində iş 

icazəsinin tələb olunmaması faktı. Dəyərləndirmə seminarından sonra İnsan Alverinə 

qarşı Mübarizə Baş İdarəsi bu tələbin məcburi əməyin baş verməsinə birbaşa şərait 

yaratmadığını və yalnız potensial olduğunu bildirmişdir. 

Cinayət məsuliyyətinə cəlb etməmə

“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 17.7-ci maddəsinə əsasən insan 

alverindən  zərər  çəkmiş  şəxslər  bilavasitə  insan  alverinin  qurbanı  vəziyyətində 

olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə 

mülki,  inzibati  və  cinayət  məsuliyyətindən  azad  edilirlər.  Lakin  GRETA  fahişəliklə 

məşğul  olan  və  inzibati  xətalara  yol  verən  şəxslərlə  insan  alveri  qurbanlarının 

təcrübədə  səhv  salındığını  qeyd  etmişdir  və  əlaqədar  təşkilatların,  o  cümlədən, 

prokurorluq  və  məhkəmə  orqanlarının  əməkdaşları  tərəfindən  cəzalandırmama 

prinsipinin  tətbiq  edilməsi  zərurətini  vurğulamışdır  (Aze30,  səh.8).  Eyni  zamanda, 

səhvən  qanunsuz  miqrant  hesab  olunaraq  insan  alverinin  qurbanı  olması  faktı 

yoxlanılmadan  deportasiya  edilmək  riski  ilə  üzləşmiş  insanlarla  da  əlaqədar  oxşar 

vəziyyət müşahidə olunur. Azərbaycan Respublikası ərazisində qeyri-qanuni qalması 

müəyyən edilmiş miqrantlardan bu ölkəni 48 saat ərzində tərk etmələri tələb olunur 

və bu tələbə əməl etməyənlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən 

saxlanıla bilərlər. Həmin şəxslərin onlar üçün mövcud olan hüquqi müdafiə vasitələri 

barədə məlumatlandırılması Dövlət Miqrasiya Xidmətindən tələb olunsa da, onların 

bu təşkilat tərəfindən müvafiq konsultasiyalarla və hüquqi yardımla təmin edilməsi 

nəzərdə  tutulmayıb.  GRETA-nın  məlumatlarına  əsasən  əksər  hallarda  əcnəbilər 

onlar  barəsində  qəbul  edilmiş  qərarlarla  əlaqədar  məhkəməyə  müraciət  etmək 

üçün müvafiq hüquqi konsultasiyalardan istifadə edə bilməyərək ölkədən çıxarılırlar 

(Aze30, səh.32). Dəyərləndirmə prosesində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi 

GRETA-nın bu qənaətləri ilə qətiyyən razı olmadığını bildirmişdir.



Təhqiqat, cinayət təqibi və cəza

GRETA-ya təqdim olunmuş məlumatlara əsasən 2012-ci ildə insan alveri faktları üzrə 

22 şəxsə qarşı 12 cinayət işi açılmışdır ki, onlardan 10-u Cinayət Məcəlləsinin 144-1-ci, 

ikisi isə 144-2-ci (məcburi əmək) maddələri əsasında başlanmışdır. Həmin il 13 ittiham 

hökmünü qəbul edilməsi GRETA tərəfindən bildirilmişdir (8 azadlıqdan məhrum etmə 

və beş şərti məhkum etmə cəzası təyin olunmuşdur). Eyin zamanda, qeyd olunmuşdur 

ki, 2013-cü ilin birinci yarısında Cinayət Məcəlləsinin 144-1-ci maddəsi əsasında 17, 

144-2-ci  maddəsi  əsasında  isə  dörd  cinayət  işi  açılmışdır.  Ümumilikdə  16  ittiham 

hökmü qəbul olunmuşdur (8 azadlqıdan məhrum etmə və səkkiz şərti məhkum etmə 

cəzası təyin olunmuşdur), məcburi əmək faktı üzrə isə yalnız 1 ittiham hökmü qəbul 

olunmuşdur (Aze30, səh.43-44). GRETA verilmiş cəzaların kifayət yüngül olması və 


2. Nəticələr

32

hüquqi şəxslərin insan alverinə görə cəzalandırılmaması ilə əlaqədar öz narahatlığını 



ifadə etmişdir. ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” 

2015-ci il tarixli Hesabatında qeyd olunur ki, 2014-cü ildə insan alveri ilə əlaqədar 

ümumilikdə  32  fakt  üzrə  istintaq  həyata  keçirilmişdir.  DİN-in  İnsan  Alverinə  qarşı 

Mübarizə Baş İdarəsi 2014-cü ildə 26 nəfərin (18 qadının və 8 kişinin) insan alveri 

və  məcburi  əmək  cinayətləri  ilə  əlaqədar  cinayət  məsuliyyətinə  cəlb  olunduğunu, 

3-ü  əcnəbi  olmaqla  54  nəfərin  (51  qadının,  3  kişinin)  insan  alverinin  qurbanı  kimi 

müəyyən  edildiyini,  insan  alveri  ilə  məşğul  olan  9  cinayətkar  qruplaşmanın  və  1 

mütəşəkkil  cinayətkar  dəstənin  zərərsizləşdirildiyini,  23  cinayət  işinin  məhkəməyə 

göndərildiyini və 21 insan alverçisinə qarşı cəzaların təyin edildiyini öz saytında qeyd 

etmişdir. Bundan başqa bildirilir ki, insan alveri ilə əlaqədar 176 kriminal fakt qeydə 

alınmışdır ki, onlardan 139-u İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, 37-si isə 

digər polis orqanlarının “payına düşür”. Ümumilikdə 51 nəfər olmaqla 25 nəfər insan 

alveri  cinayəti  ilə  əlaqədar  ittiham  edilmişdir,  26  nəfər  barəsində  isə  axtarış  elan 

olunmuşdur, onlardan 35-i (o cümlədən, 12 insan alverçisi) həbsə alınaraq məhkəmə 

orqanlarına  təhvil  verilmişdir.

8

  Lakin  ABŞ  Dövlət  Departamentinin  “İnsan  alverinə 



qarşı mübarizəyə dair” Hesabatında bəyan olunur ki, insan alverinə dair 23 iş üzrə 

istintaq  aparılsa  da,  bu  işlərlə  bağlı  irəli  sürülmüş  ittihamların  ümumi  sayı  barədə 

məlumat  yoxdur.  Verilmiş  məlumatlara  görə  2013-cü  ildə  məhkum  olunmuş  beş 

insan alverçisi ilə müqayisədə 2014-cü ildə 26 insan alverçisi məhkum olunmuşdur 

ki, onlardan 21-i nə qarşı azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (Gen1). 

Müsahibə prosesi zamanı Baş Prokurorluğun əməkdaşları 2015-ci ildə insan alverinin 

63 qurbanı ilə əlaqədar cinayət işlər üzrə 32 insan alverçisinin həbsə alındığını və 

insan alverinə görə 18 ittiham hökmünün (onlardan 14-nün cinsi istismar, 4-nün isə 

əməyin istismarı ilə bağlı) qəbul edildiyini bildirmişdirlər. Dövlət Əmək Müfəttişliyi 

Xidmətinin  əməkdaşları  2015-ci  ildə  bu  sahədə  əmək  münasibətlərinin  pozulması 

hallarının aşakar olunmadığını qeyd etmişdirlər. Dövlət Sərhəd Xidməti əməkdaşları 

isə qanunsuz miqrasiyaya vasitəçi kimi müəyyən edilmiş 13 nəfərdən ibarət 5 qrupun 

saxlanıldığını və 16 nəfərin insan alverinin qurbanı kimi aşkar edildiyini bildirmişdirlər.  

ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” 2015-ci il tarixli  

Hesabatında 2014-cü il ilə əlaqədar bəyan olunur ki, hökumət ziddiyyətli bürokratik 

maneələrin mövcud olması və səmərəli idarələrarası əməkdaşlıq üçün mexanizmlərin 

olmaması  səbəbindən  uşaq  əməyi  sahəsindəki  pozuntuların  araşdırılması  və  təqib 

edilməsi  istiqamətindəki  çətinlikləri  qəbul  etmişdir.  Eyni  zamanda,  bu  hesabatda 

nüfuzlu  şəxslər,  o  cümlədən,  bəzi  hökumət  rəsmiləri  tərəfindən  göstərilə  biləcək 

təzyiqlər  səbəbindən  inşaat  sektorunda  məcburi  əmək  hallarının  araşdırılması 

səviyyəsinin qeyri-qənaətbəxş olduğu xüsusilə vurğulanmışdır; keçmiş polis əməkdaşı 

tərəfindən  səlahiyyətlərdən  sui-istifadə  və  məcburi  əməkdən  istifadə  halı  qeyd 

olunmuşdur; müəyyən əməllərə göz bağlamaq üçün yerli polis əməkdaşlarının rüşvət 

alması  faktı  diqqətə  çatdırılmışdır.  Müsahibə  prosesi  zamanı  iştirakçılar  tərəfindən 

bu  cür  məsələlər  qaldırılmasa  da,  bir  iştirakçı  əksər  hallarda  cəzaların  çox  yüngül 

olduğunu və korrupsiya səbəbindən ortasəviyyəli cinayətkarların müəyyən dərəcədə 

himayədən istifadə etdiyini bəyan etmişdir. Dəyərləndirmə prosesində İnsan Alverinə 

www.mia.gov.az/index.php?/en/content/153/



2. Nəticələr

33

qarşı  Mübarizə  Baş  İdarəsi  ABŞ  Dövlət  Departamentinin  “İnsan  alverinə  qarşı 



mübarizəyə dair” 2015-ci il tarixli Hesabatının bu nəticələrini ilə razılaşmadıqlarını 

bildirmişdirlər.



Təlim və potensialların yaradılması

2014-2018-ci  illər  üçün  Milli  Fəaliyyət  Planında  hüquq  mühafizə  və  prokurorluq 

orqanlarının əməkdaşları üçün təlim tədbirləri əks olunmayıb. Lakin “İnsan alverinə 

qarşı  mübarizə  haqqında”  Qanunun  8-ci  maddəsi  insan  alverinə  qarşı  mübarizə 

üzrə  xüsusi  polis  qurumuna  xidmətə  qəbul  olunmuş  əməkdaşların  insan  alveri 

qurbanlarından və digər mənbələrdən məlumatların, sənədlərin və digər əşyaların 

əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsinə,  insan alveri qurbanlarının 

müəyyən edilməsi üsullarına, müəyyən müşahidə üsullarından və texniki vasitələrdən 

istifadə edilməsinə və insan alveri qurbanları ilə davranış qaydalarına dair məsələlər 

üzrə təlimlərin keçirlməsini nəzərdə tutur. Hökumət tərəfindən insan alverinə qarşı 

mübarizə üzrə təlimlərin hüquq mühafizə, prokurorluq və ya məhkəmə orqanlarının 

əməkdaşları  üçün  keçirilməsi  barədə  faktlar  aşkar  edilməmişdir.  Qiymətləndirmə 

Seminarı  zamanı  Daxili  İşlər  Nazirliyi  tərəfindən  polis  orqanlarının  əməkdaşları 

üçün təlimlərin təşkil olunduğu və insan alverinə qarşı mübarizə üzrə mövzuları da 

əhatə edən bilik testlərinin iki ildən bir keçirildiyi qeyd olunmuşdur. Dəyərləndirmə 

prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, BMqT-nin təzəliklə Ədliyyə 

Akademiyası  üçün  insan  alveri  ilə  mübarizəyə  dair  kurrikulum  və  dərs  vəsaitini 

hazırladığını, Təlimçilər üçün təlim təşkil etdiyini və hazırlanmış kurrikulumun tezliklə 

Akademiya tərəfindən institusionalaşdırılacağını bildirmişdir. 

S. 5.1.6. Hüquq mühafizə orqanlarının əməkdaşları üçün insan alveri 

məsələləri üzrə təlim və potensialların yaradılması mexanizmləri 

qənaətbəxşdir

0

1



3

2

0



0                        1                         2                         3                         4

Qətiyən razı deyiləm

razı deyiləm

nə razıyam,

nə də ki razı deyiləm

razıyam


tamamilə razıyam

2014-cü  ildə  Azərbaycan  Respublikası  hüquq  mühafizə  orqanlarının  əməkdaşları 

insan  alveri  cinayətlərinin  araşdırılması  və  cəzalandırılması  sahəsində  ən  yaxşı 

təcrübəyə  dair  təlimlərdə  iştirak  etmişdirlər:  ABŞ-ın  Azərbaycandakı  Səfirliyi  25 

prokurora,  hakimə,  müstəntiqə  və  insan  alveri  qurbanları  üçün  sığınacaq  işçisinə 

insan  alveri  cinayətlərinin  araşdırılması  və  cəzalandırılması  sahəsində  ən  yaxşı 



2. Nəticələr

34

təcrübəyə dair təlimlər keçmişdir (Aze29, səh.1). Müsahibə iştirakçıları 2015-ci ildə bu 



cür spesifik və müfəssəl təlimlərin keçirilmədiyini bildirmişdirlər ki, bu da beynəlxalq 

təşkilatlar  tərəfindən  xüsusi  təlimlərin  keçirilməsi  ilə  və  yüksək  səviyyəli  dövlət 

məmurlarının  Azərbaycanda  və  Avropa  ölkələrində  keçirilmiş  müvafiq  təlimlərdə, 

iclaslarda  və  ya  konfranslarda  iştirak  etmələri  ilə  izah  oluna  bilər.  Bu  cür  xüsusi 

tədbirlər  nəticəsində  müxtəlif  təşkilatları  təmsil  edən  iştirakçıların  potensiallarının 

nə dərəcədə təkmilləşməsi dəqiqləşdirilməmişdir. Baş Prokurorluğun əməkdaşları bu 

sahədə hansısa konkret təlim kurslarında iştirak etdiklərini qeyd etməsələr də, bütün 

polis əməkdaşlarının insan alveri hallarına ciddi yanaşma barədə müvafiq təlimatlar 

aldıqlarını  vurğulamışdırlar.  Prokurorlar  və  hakimlər  üçün  təlim  və  potensialların 

yaradılması  mexanizmlərinin  qənaətbəxş  olması  barədə  bəyanata  fikir  bildirən 

əməkdaşların çoxu buna “nə razıyam, nə də ki razı deyiləm” (n=5), bir əməkdaş isə 

“razı deyiləm” cavabı vermişdirlər.   

 

Müsahibə iştirkaçılarından ikisi məcburi əmək halları və Əmək Məcəlləsi tələblərinin 



inzibati qaydada pozulması halları arasındakı fərqin yetərincə dərk edilmədiyini qeyd 

edərək, nəticədə potensial insan alveri və/və ya əməyin istismarı cinayətlərinin aşkar 

olunmadığını bildirmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əməyin 

istismarı və ya insan alveri halları ilə deyil, Əmək Məcəlləsi tələblərinin pozulması 

halları  ilə  rastlaşdıqlarını  qeyd  etmişdirlər.  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin 

əməkdaşlar  üçün  keçirilmiş  təlimlər  və  bu  Xidmətin  insan  alverinə  qarşı  mübarizə 

sahəsindəki rolu ümumilikdə qənaətbəxş hesab olunmuşdur.

Zərərçəkmiş şəxslərin-şahidlərin müdafiəsi

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 1998-ci il 11 

dekabr tarixli Qanun və Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli, 21 nömrəli Qərarı 

ilə təsdiq edilmiş “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə 

üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları” mövcud olsalar da, şahidlərin 

müdafiəsi mexanizmlərinin mövcud olmasına və ya cinayət araşdırmalarından əvvəl, 

araşdırmalar  zamanı  və  ya  bundan  sonra  həmin  mexanizmlərdən  istifadəyə  dair 

faktlar aşkar edilməmişdir. Baş Prokurorluq əməkdaşları bu sahədə polis sisteminin 

mükəmməl təşkil olunması səbəbindən zərərçəkmiş şəxslər və şahidlər üçün xüsusi 

müdafiənin  tələb  edilmədiyinə  görə  insan  alverinə  dair  işlər  kontekstində  bu  cür 

tədbirlərin  zəruri  olmaması  barədə  fikir  söyləmişdirlər.  Dəyərləndirmə  prosesi 

zamanı  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş  İdarəsi  şahidlərin  müdafiəsi  ilə  bağlı 

Standart Əməliyyat Prosedurları mövcud olmasa da, şahidlərin və onların ailələrinin 

müdafiəsi ilə bağlı standartların mövcud olduğunu  bildirmişdir. 



2. Nəticələr

35

Proaktiv və xüsusi təhqiqat üsulları



Təhqiqata aid suallar

Tamamilə  r

azıy

am

Razıy

am

Nə r

azıy

am, 

nə də ki r

azı 

de

yiləm

Razı de

yiləm



tiyən r

azı 

de

yiləm

S. 5.1.4. İnsan alveri cinayətlərinin və əlaqədar 

cinayətlərin təhqiqatı işi qənaətbəxşdir və 

səmərəlidir

n=2


n=3

n=1


S. 5.1.5. İnsan alveri cinayətlərinin və əlaqədar 

cinayətlərin təhqiqatı insan alveri cinayətinin 

qurbanı olmuş şəxslərin və ehtimal edilən 

qurbanların hüquqlarına əməl etməklə həyata 

keçirilir

n=2


n=3

n=1


S. 5.1.6. Hüquq mühafizə orqanlarının 

əməkdaşları üçün insan alveri məsələləri 

üzrə təlim və potensialların yaradılması 

mexanizmləri qənaətbəxşdir

n=1

n=3


n=2

S. 5.1.7. İnsan alverinə dair işlər üzrə cinayət 

təqibi işi qənaətbəxşdir və təsiredicidir

n=2

n=2


n=2

Qeyd:

Sorğu respondentlərinin ümumi sayı: n=7.

Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.

Müsahibə  posesi  zamanı  təhqiqatın  proaktiv  və  reaktiv  üsulları  arasındakı  fərqin 

bütövlükdə başa düşüldüyünü təsdiq etmək mümkün deyildi. Görünür təhqiqatlar 

reaktiv üsullar əsasında aparılır, proaktiv təhqiqat üsullarına isə müraciət olunmur. 

Eyni  zamanda,  insan  alveri  hallarının  təhqiqatı  zamanı  xüsusi  təhqiqat  üsullarının 

tətbiq edilməsi və parallel maliyyə araşdırmalarının aparılması faktını da təsdiq etmək 

mümkün  olmadı.  Təhqiqat  zamanı  yalnız  insan  alveri  qurbanı  tərəfindən  verilmiş 

ifadənin  əsas  kimi  istifadə  edilməsi  xüsusi  təhqiqat  üsullarının  tətbiqi  sahəsində 

potensialların artırılması zərurətini daha da aktuallaşdırır: insan alveri qurbanının öz 

ifadəsini dəyişməsi səmərəli cinayət təqibinin həyata keçirilməsi istiqamətində əsas 

maneə kimi qeyd olunmuşdur.


2. Nəticələr

36

Təhqiqat və cinayət təqibi indikatorları



ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

3.1


İnsan alveri 

əməlinin 

kriminallaşdırılması

Əsas beynəlxalq 

hüquqi sənədlər 

(BMT-nin 

Mütəşəkkil 

Cinayətkarlığa 

qarşı Konvensiyası 

(UNTOC), 

“İnsan alverinin, 

xüsusən qadın 

uşaq alverinin 

qarşısının 

alınması, aradan 

qaldırılması və 

cəzalandırılması 

haqqında” 

Protokol və digər 

əlaqədar regional 

hüquqi sənədlər) 

ratifikasiya olunub

İnsan alveri əməli 

(məsələn, onun 

əsas elementləri 

və formaları) 

beynəlxalq 

anlayışa uyğun 

kriminallaşdırılıb

İnsan alverinə qarşı 

mübarizəyə dair 

qanunvericilik insan 

alveri cinayətlərinin 

cəzalandırılması üçün 

istifadə olunur

Cinayətin ağırlıq 

dərəcəsinə 

münasib 


ittihamlar 

əsasında müvafiq 

hökm çıxarılır

3.2


İnsan alveri 

qurbanlarının 

cinayət 

məsuliyyətinə 

cəlb edilməməsi/

cəzalandırılmaması

İnsan alveri 

qurbanlarının 

insan alverinə 

məruz qaldıqları 

zaman törətdikləri 

əməllərə 

görə cinayət 

məsuliyyətinə 

cəlb edilməməsi 

qanunvericilikdə 

nəzərdə tutulub

İnsan alveri 

qurbanının 

istismar üçün 

razılıq verməsi 

faktının nəzərə 

alınmaması 

qanunvericilikdə 

nəzərdə tutulub 

İnsan alveri 

qurbanlarının 

insan alverinə 

məruz qalmaları 

səbəbindən cinayət 

məsuliyyətinə cəlb 

olunmamasına və ya 

cəzalandırılmamasına 

dair faktlar

İnsan alveri 

qurbanının 

istismar 

üçün razılıq 

verməsinin onun 

cəzalandırılması 

üçün nəzərə 

alınmaması 

barədə cinayət 

mühakiməsi 

sistemi 


əməkdaşlarının 

məlumatlı olması

3.3

Səlahiyyətli 

orqanlar tərəfindən 

təhqiqat, cinayət 

təqibi və cəza

Xüsusi səlahiyyətli 

təşkilatlar/

orqanlar müvafiq 

qanunvericilik 

bazasının və ya 

siyasətin yerinə 

yetirilməsi üçün 

təyin edilib 

Müvafiq qanunlar 

və ya siyasətlər 

səlahiyyətli 

hüquq mühafizə 

orqanlarının 

dəqiq vəzifələrini 

müəyyən edir

Xüsusi orqanlar 

reaktiv təhqiqatların 

həyata keçirilməsi 

üçün əməli və strateji 

səlahiyyətlərə 

malikdirlər

Xüsusi orqanlar 

proaktiv təhqiqat 

aparmaq üçün 

əməli və strateji 

səlahiyyətlərə 

malikdirlər

3.4

Cinayət 

mühakiməsi sistemi 

əməkdaşlarının 

potensialları

Qanunvericilik 

bazası/siyasət 

çərçivəsi 

mexanizmləri 

insan alverinə 

qarşı mübarizə 

üzrə təlimlərin  

keçirilməsini 

nəzərdə tutur 

İnsan alverinə 

qarşı mübarizə 

üzrə təlimlər 

milli ehtiyaclara 

və potensiallar 

sahəsində 

boşluqların 

aradan 


qaldırılması üçün 

uyğunlaşdırılıb

Cinayət mühakiməsi 

sisteminin 

əməkdaşları birdəfəli/

arabir təlimlərdə 

iştirak edirlər

Cinayət 


mühakiməsi 

sisteminin 

əməkdaşları 

mütəmadi/ 

davamlı 

təlimlərdə iştirak 

edirlər


2. Nəticələr

37

ÇƏRÇİVƏ indikatorları



ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

3.5


Xüsusi təhqiqat 

üsulları 

İnsan alverinə 

qarşı mübarizədə 

xüsusi təhqiqat 

üsullarının isti-

fadəsinə dair 

qanunvericilik 

bazası 


İnsan alverinə 

dair işlərin 

araşdırılması 

zamanı xüsusi 

təhqiqat 

üsullarının tətbiq 

edilməsinə aid 

qanun və ya 

siyasət çərçivəsi

Hüquq mühafizə 

orqanları xüsusi 

təhqiqat üsulları 

barədə məlumatlıdır 

və ya bu üsullardan 

arabir istifadə edirlər 

Hüquq mühafizə 

orqanları 

xüsusi təhqiqat 

üsullarından 

mütəmadi/

müntəzəm 

istifadə edirlər



Qeyd:

Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.

2.4. Qarşısını alma

Kütləvi informasiya vasitələri və maarifləndirmə kampaniyaları

2014-2018-ci illər üçün MFP geniş miqyaslı maarifləndirmə tədbirlərini, o cümlədən, 

sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsini (bənd 4.2); 

“qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılmasını (bənd 4.3) və metodik-tədris 

vəsaitlərinin hazırlanmasını (bənd 4.4) nəzərdə tutur (Aze8). Verilmiş məlumatlara 

əsasən 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkənin 60 şəhər 

və rayonlarında ümumilikdə 65 maarifləndirmə tədbiri həyata keçirmişdir, posterlər 

və  videoçarxlar  paylamışdır  və  “qaynar  xətt”  barədə  məlumatlar  təqdim  etmişdir 

(Gen1).  Eyni  zamanda,  GRETA  da  qeyd  etmişdir  ki,  Azərbaycan  Respublikasının 

dövlət orqanları QHT-lərlə və hökumətlərarası təşkilatlarla birlikdə geniş ictimaiyyət 

arasında və təhsil müəssisələrində kampaniyalar və təbliğat tədbirləri, habelə xüsusi 

qrupları, o cümlədən, miqrantları və vətəndaşlığı olmayan şəxsləri hədəfə götürmüş 

kampaniyalar vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsi üçün mühüm səylər 

göstərirlər. Müsahibə iştirakçıları bu səpkidən olan çoxlu sayda tədbirlərin 2015-ci 

ildə də həyata keçirildiyini bildirmişdirlər. 

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, maarifləndirmə 

tədbirlərinə 58 təhsil müəssisəsi cəlb olunmuşdur və bu cür tədbirlər eyni zamanda 

ticarət  mərkəzlərində  və  kütləvi  informasiya  vasitələrinin  iştirakı  ilə  həyata 

keçirilmişdir,  seminarlar  və  başqa  maarifləndirmə  tədbirləri  təxminən  100.000 

nəfər insanı əhatə etməklə ölkənin 50-dən çox rayonunda təşkil olunmuşdur, bu işə 

kütləvi informasiya vasitələri cəlb olunmuşdur və İdarənin əməkdaşları tərəfindən 

yazılmış məqalələr və verilmiş müsahibələr nəticəsində Azərbaycan Respublikasında 

insan alveri barədə biliklər əhəmiyyətli dərəcədə artmışdır. Xarici İşlər Nazirliyinin 

əməkdaşları  maarifləndirmə  sahəsində  DİN-in  fəallığını  ön  plana  çəkərək,  QHT-

lərin  bu  işdəki  vacib  rolunu  vurğulamışdırlar  və  maarifləndirmə  işinin  Bakı  şəhəri 

ilə  yanaşı  ölkənin  başqa  rayonlarında  həyata  keçirilməsi  üçün  BMqT  tərəfindən 

göstərilən  köməkliyin  davam  etdirilməsini  xahiş  etdiklərini  bildirmişdirlər.  Əmək 

və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanında  İnsan  Alveri  Qurbanlarına  Yardım 

Mərkəzinin əməkdaşları bu Mərkəz tərəfindən ölkənin 20 rayonunda maarifləndirmə 

tədbirlərinin  həyata  keçirildiyini  diqqətə  çatdırmışdırlar.  İnsan  Hüquqları  üzrə 



2. Nəticələr

38

Müvəkkil  (Ombudsman)  İnsan  hüquqlarının  müdafiəsi  üzrə  Milli  Fəaliyyət  Planı 



çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin, QHT-lərin, jurnalistlərin və digər 

mütəxəssislərin iştirakı ilə bəzi hallarda insan alverinə dair məsələləri də əhatə edən 

ictimai  dinləmələrin  təşkil  olunduğunu  diqqətə  çatdırmışdır.  Eyni  zamanda,  İnsan 

Hüquqları  üzrə  Müvəkkil  (Ombudsman)  Azərbaycan  Respublikası  vətəndaşlarını 

naməlum  şəxslərə  etibar  etmənin  riskləri  barədə  xəbərdar  etmək  istiqamətində 

ƏƏSMN-lə və digər hökumət təşkilatları ilə birgə işlər həyata keçirir. Öz növbəsində 

vətəndaş cəmiyyəti təşkilatları insan alveri barədə ilkin məlumatlar vemək məqsədi 

ilə hüquq mühafizə orqanlarının gənc əməkdaşlarını hədəfə götürən maarifləndirmə 

tədbirlərinin yerinə yetirildiyini bildirmişdirlər.

Bu  cür  əhəmiyyətli  səylərin  göstərilməsinə  baxmayaraq,  sorğu  respondentləri 

kütləvi  informasiya  vasitələrinin  maarifləndirmə  proqramlarında  və  ya  insan 

alverinin  riskləri  barədə  maarifləndirmə  işində  iştirakı  səviyyəsi  ilə  əlaqədar 

müsbət  fikirdə  deyildirlər.  ABŞ  Dövlət  Departamentinin  “İnsan  alverinə  qarşı 

mübarizəyə dair” Hesabatında qeyd olunur ki, hökumətin dəstəyi ilə həyata keçirilən 

maarifləndirmə  kampaniyaları  əsasən  Azərbaycan  Respublikasının  vətəndaşlarını 

insan  alverinin  potensial  qurbanları  kimi  əhatə  edərək  xüsusi  diqqəti  beynəlxalq 

səyahət  və  miqrasiya  məsələlərinə  yetirməklə  ölkədaxili  insan  alveri  məsələlərini 

və  Azərbaycan  Respublikasının  təyinat  ölkəsi  olması  faktını  diqqətdən  kənarda 

qalması  tendensiyasını  bir  növ  “əbədiləşdirmiş”  olur.  Respondentlərin  heç  biri 

əcnəbilərin  Azərbaycanda  insan  alverinə  və  ya  əməyin  istismarına  məruz  qalma 

məsələlərini əhatə edən maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 

misal gətirə bilməmişdir və istisna hal kimi veb-saytlarda potensial miqrantlar üçün 

informasiyanın  təqdim  olunması,  həmçinin  Rusiya  vətəndaşlarını  Azərbaycanda  iş 

tapmağın asan olması barədə yanlış təəssüratlardan yayındırmaq üçün sərhədyanı 

bölgələri əhatən edən və BMqT-nin dəstəyi ilə İnsan Alverinin Qurbanlarına Yardım 

Mərkəzi tərəfindən çap materiallarının paylanması qeyd olunmuşdur. Dəyərləndirmə 

prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi maarifləndirmənin idarənin 

ən güclü tərəflərindən biri olduğunu bildirmişdir.  



Maarifləndirməyə və kütləvi informasiya vasitələrinin iştirakına aid suallar

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin