Kompensasiya və hüquqi yardım
Milli qanunvericilik aktları kompensasiyanın üç mənbəsini nəzərdə tutur: İnsan
alveri qurbanlarına Kömək Fondunu (bundan sonra “Kömək Fondu”) (“İnsan alverinə
qarşı mübarizə haqqında” Qanunun 22 və 23-cü maddələri), dövlət büdcəsindən
ödənilən birdəfəli kompensasiyanı və ya insan alverçisi tərəfindən vurulmuş
maddi və ya mənəvi ziyana görə mülki iddianı. İnsan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizmi Qaydalarının
4
3.6 və 3.7-ci maddələrinə uyğun olaraq
kompensasiya insan alveri qurbanının hüquq mühafizə orqanları ilə əməkdaşlıq
edib-etməməsindən asılı olmayaraq İnsan Alveri Qurbanlarına Kömək Fondundan
ödənilir. Dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin
4
Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2. Nəticələr
23
əmlakı hesabına, bu əmlak kifayət etmədikdə isə məhkəmənin qərarına əsasən
Kömək Fondunun vəsaiti hesabına ödənilməlidir, Kömək Fondu isə müsadirə edilmiş
əmlak və həbs olunmuş aktivlər hesabına maliyyələşdirilməli olsa da, təcrübədə
Fond ianələr, xeyriyyə tədbirləri və özəl donorlar tərəfindən töhfələr hesabına
maliyyələşdirilir (Aze30, səh.38). DİN-ə əsasən 2013-2014-cü illər ərzində 53 insan
alveri qurbanı Fondun vəsaiti hesabına maddi dəstəklə təmin olunmuşdur (Cinayət-
Prosessual Məcəlləsinin 190 və 191-ci maddələrinə əsasən). Kömək Fondu tərəfindən
kompensasiyanın ödənilməsi sonradan qurbanın cinayət nəticəsində dəymiş ziyanın
ödətdirilməsini tələb etmək hüququnu məhdudlaşdırmır. (2006-cı ildə qəbul edilmiş,
2010 və 2013-cü illərdə əlavə və dəyişikliklər edilmiş) “İnsan alverindən zərər çəkmiş
şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi
barədə” 152 nömrəli Qərar insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya
dövründə 400 manat məbləğində birdəfəli müavinətin müəyyən ediməsini nəzərdə
tutur (Aze17, səh.16-17; Aze30, səh.39).
Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları insan alveri qurbanlarını pulsuz hüquqi
yardım almaq hüququ ilə təmin edir. Milli Koordinator qurbanlara göstərilən hüquqi
yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Nazirlər Kabinetinə
müraciət edə bilər. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 10-cu
maddəsi insan alveri qurbanlarına hüquqi yardımın QHT-lər tərəfindən göstərilməsini
nəzərdə tutur. Lakin “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Qanuna
edilmiş dəyişikliklərdə cinayət işləri üzrə zərərçəkmiş şəxsləri təmsil edən vəkillərin
mütləq Vəkillər Kollegiyasına üzv olması tələbinin nəzərdə tutulması bu sahədə
vətəndaş cəmiyyəti təşkilatları üçün maneə yaradır (Aze17, səh.16). İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsi cinsi istismardan zərərçəkmiş insan alveri qurbanlarını
hüquqi yardım almaq üçün “Təmiz Dünya” İctimai Birliyinə istiqamətləndirir,
Azərbaycan Miqrasiya Mərkəzi istismara məruz qalmış miqrantları informasiya və
hüquqi yardımla təmin edir, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası isə
işəgötürənlərə qarşı kompensasiya iddiası olan əməkçi miqrantlara köməklik göstərir.
Lakin, maliyyələşdirmə ilə əlaqədar yaranmış çətinliklər hüquqi yardımın göstərilməsi
sahəsində QHT-lərə istiqamətləndirmə prosesinin davamlılığı ilə bağlı narahatlıqlar
doğurur. 2015-ci ilin sentyabr ayından etibarən hüquq mühafizə orqanları ilə
əməkdaşlıq edən insan alveri qurbanlarının hüquqlarını təmin etmək məqsədi ilə
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşmış vəkillə müqavillə bağlamışdır.
BMqT hesab edir ki, bu qurbanların hüquqi yardım ehtiyaclarının qarşılanması
istiqamətində effektiv təcrübədir.
Yaşama, geri qayıtma və repatriasiya
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 19-cu maddəsi xaricdə insan
alverinin qurbanı kimi müəyyən edilmiş Azərbaycan Respublikası vətəndaşlarının
Azərbaycan Respublikası ərazisinə qayıtması məsələlərini nəzərdə tutur, həmin
qanunun 20-ci maddəsi isə insan alverinin qurbanı olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin repatriasiyası məsələlərini özündə əks etdirir. İnsan alverinin
qurbanı olan əcnəbilərin nə cür müəyyən edildiyini nəzərə alaraq GRETA onlara
Azərbaycan Respublikasında yaşamaq üçün icazənin nadir hallarda verildiyini bildirir
və o cümlədən müvafiq orqanlarla əməkdaşlıq etməyən insan alveri qurbanlarına
2. Nəticələr
24
müvəqqəti yaşayış icazəsinin verilməsini nəzərdə tutan qanunvericilik bazasının
tənzimlənməsini tövsiyə edir (Aze30, səh.37). İnsan alverinin qurbanı olan əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının
fəaliyyətini əlaqələndirmək məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikasında
“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” Nazirlər Kabinetinin 252 nömrəli
Qərarı ilə təsdiq edilmişdir. “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı
mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”nı da bu səpkidən
olan sənədlər sırasına aid etmək olar. Eyni zamanda, 2013-cü il tarixli Miqrasiya
Məcəlləsi iş icazəsinin və yaşamaq üçün icazənin verilməsi, həmçinin saxlanılma və
geri qaytarılma məsələləri nöqteyi-nəzərindən bu kontekstdə əhəmiyyət kəsb edir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 17.8-ci maddəsinə əsasən insan
alverinin qurbanı olmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müdafiə və
yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.
Yuxarıda qeyd olunmuş qanunvericilik aktlarının tətbiqi səviyyəsini qiymətləndirmək
çətindir. Sorğu respondentləri öz mənşə ölkələrinə qayıtmaq üçün insan alverinin
qurbanlarına göstərilən dəstəyi “müəyyən dərəcədə qənaətbəxş” (n=4), “bəzən
qənaətbəxş” (n=1) və ya “qeyri-qənaətbəxş” (n=2) hesab etmişdirlər. GRETA-nın 2014-
cü il tarixli hesabatında sənədsiz əcnəbilərdən heç birinin insan alverinin qurbanı kimi
müəyyən edilmədiyi vurğulanmışdır (Aze30, səh.40). Əməkçi miqrantların çoxu İnsan
Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insan alverinin qurbanı kimi tanınmır,
“işlə bağlı şikayəti olan” şəxslər kimi qəbul olunur və buna görə də insan alverinin
qurbanlarına şamil edilən müdafiə ilə təmin olunmur. Verilmiş məlumatlara əsasən
müvafiq şəxsin ölkə ərazisində icazə verilmiş müddətdən artıq qalmasının obyektiv
və subyektiv səbəbləri ölkədən çıxartma proseduru həyata keçirilməzdən əvvəl
müəyyən edilir, habelə qanunsuz miqrantların insan alverinin potensial qurbanları
olması ehtimalı da nəzərə alınır, lakin aparılmış yoxlamalar bir qayda olaraq istismar
hallarının deyil, əmək sahəsində hüquqpozmaların aşkar edilməsi ilə nəticələnir.
Respondentlərdən biri vurğulamışdır ki, Dövlət Miqrasiya Xidmətinin qanunsuz
miqrantların deportasiyası ilə deyil, könüllü qayıdışı məsələləri ilə məşğul olması
zəruridir
GRETA miqrantların geri qaytarılması prosedurunu həyata keçirməzdən əvvəl risklərin
qiymətləndirilməsi məsələsinə diqqət yetirməyin vacibliyini vurğulamışdır (Aze30,
səh.8; səh.40). Əməyin istismarına məruz qalmış Filippin mənşəli ev qulluqçusunun
2015-ci ilin yanvar ayında repatriasiya prosesinə İnsan Alveri Qurbanlarına Kömək
Fondunun cəlb edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təşkilatları arasında yaranmış
mübahisələr Fond resurslarının nəzərdə tutulduğu kimi istifadəsi ilə bağlı müəyyən
narahatlıqlara səbəb olmuşdur (Aze17, səh.18). Müsahibə iştirakçılarından biri qeyd
etmişdir ki, bunun repatriasiya məsələsi ilə heç bir əlaqəsi yoxdur və sözügedən iş
kütləvi informasiya vasitələri tərəfindən şişirdilib.
5
BMqT könüllü qayıdışa yardım
proqramının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti ilə saziş
5
ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” 2015-ci il tarixli Hesabatında qeyd
olunur ki, 2014-cü ilin may ayında bir cinayətkar (siyasi dairələrlə əlaqəsi olan işgüzar qadın) təqsirli
bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, sonradan bu cəza məhkəmə tərəfindən bir il
müddətinə şərti məhkum etmə ilə əvəz olunmuşdur.
2. Nəticələr
25
bağlanması üçün razılığa gəlmişdir (Aze17, səh.21). Hazırkı hesabatın yazılması
dövründə saziş hökumət tərəfindən nəzərdən keçirilməkdədir.
Reabilitasiya və reinteqrasiya
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 15-ci maddəsi insan alveri
qurbanlarının sosial reabilitasiyasını nəzərdə tutur. Həmin qanunun 12.1 və 14-cü
maddələrinə uyğun olaraq 2005-ci ildə ƏƏSMN İnsan Alveri Qurbanlarına Yardım
Mərkəzi yaratmışdır və bu Mərkəz 2009-cu ildə fəaliyyətə başlamışdır. Bu DİN-nin
sığınacağında insan alveri qurbanları üçün təklif olunan (psixoloji, tibbi və hüquqi)
yardımlara oxşar xidmətlər göstərən xüsusi bir müəssisədir. Yeganə bir fərq ondan
ibarətdir ki, Mərkəz işlə təmin olunma və təhsili davam etdirmə məsələləri ilə də
məşğul olur. Mərkəz hüquqi yardım göstərmək və məhkəmədə təmsil etmək
imkanlarına malik olsa da, hələlik bu təcrübədə tətbiq olunmayıb. Özünü aşkar etmiş
və birbaşa Mərkəzə müraciət etmiş insan alveri qurbanlarına müvafiq yardımın
göstərilməsi nəzərdə tutulsa da, 2012-ci ildən etibarən İnsan Alverinə qarşı Mübarizə
Baş İdarəsi, Mərkəzə 142 insan alveri qurbanını istiqamətləndirilmiş (əsasən iş
tapmaq və təhsili davam etdirmək üçün köməkliyin göstərilməsi ilə əlaqədar) və
onlar Mərkəzin xidmətlərindən yararlanmışdır. Bundan əlavə QHT-lər tərəfindən
də Mərkəzə qurbanlar yardım üçün istiqamətləndirilir. QHT-lər reinteqrasiya
xidmətlərinin, o cümlədən, peşə təhsili sahəsində köməkliyin göstərilməsinə,
habelə vətəndaş cəmiyyəti təşkilatarı ilə səmərəli əməkdaşlığa görə İnsan Alveri
Qurbanlarına Yardım Mərkəzinin işini tərifləmişdirlər (Aze17, səh.14).
“İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”
haqqında 2006-cı il 6 mart tarixli, 62 nömrəli Qərara əsasən insan alveri qurbanlarının
sosial reabilitasiyası Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2009-cu il 11 avqust tarixli, 123
nömrəli Qərara uyğun olaraq sosial reabilitasiya və reinteqrasiya xüsusi müəssisələr
tərəfindən aidiyyəti nazirliklərlə (Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi ilə) qarşılıqlı əməkdaşlıq
şəraitində həyata keçirilir. Təqdim olunmuş məlumatlara görə 2014-cü ildə müvafiq
hökumət orqanları tərəfindən 53 insan alveri qurbanına 400 manat (250 ABŞ dolları)
məbləğində birdəfəli müavinət ödənilmişdir, 24 insan alveri qurbanı işlə təmin
olunmuşdur və 35 insan alveri qurbanına peşə təlimləri keçirilmişdir (Gen1). İnsan
alveri qurbanlarının sosial reabilitasiyası dövlət vəsaiti hesabına onların cəmiyyətə
reinteqrasiyası məqsədi ilə həyata keçirilir və onlara yardımın göstərilməsini, onların
təhsilinin davam etdirilməsini, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlərin
görülməsini, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsini nəzərdə tutur.
Bundan başqa, insan alverinin qurbanı olmuş uşaqların və onların ailələrinin sosial
inteqrasiyasını monitorinq etməklə onlara müvafiq köməkliyin gösətrilməsi məqsədi
ilə “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası üzrə” 2014-2016-cı illər üçün Proqram qəbul olunmuşdur. Reabilitasiya
və reinteqrasiya sahəsində insan alverinin qurbanları ilə işləyən və adətən bunun
üçün bir əlaqəli şəxs ayıran digər aidiyyəti hökumət təşkilatları ilə müqayisədə
Təhsil Nazirliyi bu prosesə özünün iki idarəsi və yeddi şöbəsi ilə cəlb olunduğundan
əsas əlaqədar təşkilat hesab oluna bilər. Lakin vətəndaş cəmiyyəti təşkilatlarının
2. Nəticələr
26
bu sahədə, xüsusilə də insan alveri qurbanlarının uşaqları üçün yalnız bir uşaq
bağçasının ayrılması ilə əlaqədar narazılıqları barədə məlumatlar mövcuddur (Aze17,
səh.15). İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası tədbirlərinin
həyata keçirilməsi işinə QHT-lərin cəlb edilməsi mümkün olsa da, təcrübədə həmin
təşkilatlar bunun üçün dövlət tərəfindən zəruri maddi dəstək almırlar. İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə ayrılan
vəsaitin və Mərkəzin resurslarının məhdud olduğunu bildirmişdir.
Monitorinq
Müsahibə iştirakçıları dövlət sığınacağı ilə əlaqədar bir və beş illik hesabatların
hazırlandığını və on illik hesabatın hazırlanmasının nəzərdə tutulduğunu qeyd
etmişdirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı
bildirmişdir ki, Komitə QHT nəzdində fəaliyyət göstərən sığınacaqları monitorinq
etmək səlahiyyətinə malikdir və 11 hökumət təşkilatı bu sahədə monitorinq
məsələlərinə məsuliyyət daşıyır. Müsahibənin bəzi iştirakçıları müdafiə və yardım
sahəsində monitorinq işlərinin səmərəli və qənaətbəxş olduğunu qeyd etsələr də,
müvafiq monitorinq hesabatlarını əldə etmək mümkün olmamışdır. İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsi MFP-nin yerinə yetirilməsi ilə əlaqədar öz saytında hesabat
verir.
6
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İllik Hesabat kontekstində ümumi
monitorinq səlahiyyətinə malik olsa da, insan alverinin qurbanları üçün xidmətlərin
göstərilməsi üzrə monitorinq prosesində aparıcı rol oynamır.
Müdafiə və yardım indikatorları
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
2.1
Müdafiə və
yardım (sığınacaq)
xidmətlərinin
maliyyələşdirilməsi
Birbaşa müdafiə
və yardım
xidmətləri
üçün dövlət
büdcəsindən
maliyyə vəsaiti
ayrılıb
QHT-lərin/
vətəndaş
cəmiyyətinin
dəstək xidmətləri
üçün dövlət
büdcəsindən
maliyyə
vəsaitinin
ayrılması
Büdcədən
ayrılmış maliyyə
vəsaiti maddi
ehtiyacları
qismən ödəyir
Büdcədən
ayrılmış maliyyə
vəsaiti maddi
ehtiyacları tam
ödəyir
2.2
Xüsusən insan
alverinə məruz
qalmış insanlar
üçün müvəqqəti
müdafiə və yardım
xidmətlərinin
əlçatan olması
Sığınacaq
daxilində
hərtərəfli (tibbi,
psixososial,
hüquqi)
xidmətlər zərfi
mövcuddur
İnsan alveri
qurbanları üçün
sığınacaqdan
kənar hərtərəfli
(tibbi,
psixososial,
hüquqi)
xidmətlər zərfi
mövcuddur
Bəzi xidmətlər
insan alveri
qurbanlarının
əksəriyyəti üçün
bir sıra şərtlərlə
mövcuddur
Bütün xidmətlər
insan alveri
qurbanlarının
hamısı üçün heç
bir şərt olmadan
mövcuddur
2.3
Uzunmüddətli
reabilitasiya,
reinteqrasiya
və geri qayıtma
xidmətləri
Reabilitasiya və
reinteqrasiya
çərçivəsi
mövcuddur
Yaşama və geri
qayıtma çərçivəsi
mövcuddur
Reabilitasiya və
reinteqrasiya
üçün adekvat
dövlət dəstəyi
Dövlət təhlükəsiz
və könüllü
qayıtma
prosesinə
adekvat şəkildə
cəlb olunmuşdur
6
www.mia.gov.az/index.php?/en/content/153/
2. Nəticələr
27
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
2.4
Müdafiə və yardım
xidmətlərinin bir-
birindən ayrılması
Müdafiə
və yardım
xidmətləri xüsusi
ehtiyaclara
uyğun olaraq
bir-birindən
ayrılmışdır
Uşaqların (mə-
sələn, ən yaxşı
mənafelərin
müəyyən
edilməsi ilə
əlaqədar) və
əcnəbilərin
(məsələn,
yaşayışla bağlı)
xüsusi ehtiyacları
nəzərə alınmışdır
Müdafiə
və yardım
xidmətləri
bəzi insanların
bəzi xüsusi
ehtiyaclarını
ödəyir
Müdafiə
və yardım
xidmətləri
bütün insanların
bütün xüsusi
ehtiyaclarını
ödəyir
2.5
Müdafiə və yardım
xidmətlərinin
müvafiq
standartları
Müdafiə
və yardım
xidmətlərinin
minimum
standartları
nəzərə alınır
Müdafiə
və yardım
xidmətlərinin
monitorinq
çərçivəsi
mövcuddur
Müdafiə
və yardım
xidmətləri daxili
qiymətləndirmə
hesabına
monitorinq
olunur
Müdafiə
və yardım
xidmətləri (o
cümlədən,
insan alveri
qurbanlarının
rəyi) kənar
qiymətləndirmə
hesabına
monitorinq
olunur
Qeyd:
Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda
verilir.
2.3. Təhqiqat və cinayət təqibi
Azərbaycan Respublikası bu kimi beynəlxalq hüquqi sənədlərə tərəfdardır:
Ratifikasiya/Qoşulma__Azərbaycan__Respublikası__UNTOC'>Ratifikasiya/Qoşulma
Azərbaycan
Respublikası
UNTOC - BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı”
Konvensiyası (2003-cü il)
2003-cü il
İnsan alverinə qarşı Protokol - “İnsan alverinin, xüsusən qadın
və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və
cəzalandırılması haqqında” Protokol (2003-cü il)
2003-cü il
ICCPR - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt
(1976-cı il)
1992-ci il
ICESCR - “İqtisadi, sosial və mədəni hüquqlar haqqında”
Beynəlxalq Pakt (1976-cı il)
1992-ci il
ICERD - “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi
haqqında” Beynəlxalq Konvensiya (1969-cu il)
1996-cı il
CEDAW - “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında” Konvensiya (1981-ci il)
1995-ci il
2. Nəticələr
28
Ratifikasiya/Qoşulma
Azərbaycan
Respublikası
CAT - “İşgəncələr və digər qəddar, qeyri-insani və alçaldıcı rəftar
və ya cəza əleyhinə” Konvensiya (1987-ci il)
1996-cı il
CRC - “Uşaq hüquqları haqqında” Konvensiya (1990-cı il)
1992-ci il
CRPD - “Əlillərin hüquqları haqqında” Konvensiya (2008-ci il)
2009-cu il
ICRWM - “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin
hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya (1990-cı
il)
1999-cu il
İnsan Alverinə qarşı AŞ Konvensiyası - Avropa Şurasının “İnsan
alverinə qarşı mübarizə” haqqında Konvensiyası [CETS No. 197]
(2008-ci il)
2010-cu il
(ratifikasiya olunub)
C029 - “Məcburi Əmək haqqında” 1930-cu il tarixli, 29 №-li
Konvensiya
1992-ci il
C105 - “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli,
105 №-li Konvensiya
2000-ci il
C182 - “Uşaq əməyinin ən pis formaları haqqında” 1999-cu il
tarixli, 182№-li Konvensiya
2004-cü il
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 8-ci maddəsi insan alverinə
qarşı mübarizənin həyata keçirilməsi məqsədi ilə vəzifələri MFP-də göstərilən xüsusi
polis qurumunun yaradılmasını nəzərdə tutur. Xüsusi polis qurumu birbaşa Milli
Koordinatora tabedir.
Qanunvericilik bazası
Qəbul olunmuş “insan alveri” anlayışına uyğun olaraq 2013-cü ildə “İnsan alverinə
qarşı mübarizə haqqında” 2005-ci il tarixli Qanuna və Cinayət Məcəlləsinə düzəlişlər
edilmişdir. Cinayət Məcəlləsinin 144-1-ci maddəsi insan alverini bu cür müəyyən edir:
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq
etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama,
dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən
sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının
alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və
ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi,
saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi – beş
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllədə verilmiş qeyd “insanın istismarı” anlayışını əlavə olaraq müəyyən edir,
insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığın cəzanı
yüngülləşdirən hal qismində nəzərə alınmadığını və insan alverinin qurbanı yetkinlik
2. Nəticələr
29
yaşına çatmamış şəxs olduqda üsullardan istifadə edilib-edilməməsinin nəzərə
alınmadığını müəyyən edir:
1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi
istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq
vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması,
şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının
surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar
fəaliyyətə cəlb etmə başa düşülür.
2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı,
həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən
şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi,
əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və
ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən
üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar
eyni əməllərin digər amillərlə yanaşı iki və ya daha çox şəxs, yetkinlik yaşına çatmayan
şəxs, hamilə vəziyyətində olan qadın barəsində, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən, zərərçəkmiş şəxsin orqanlarından
və ya toxumalarından istifadə etmək məqsədilə qulluq mövqeyindən istifadə etməklə
törədilməsindən ibarətdir. “Razılıq” məsələsi ilə əlaqədar verilmiş qeyd İnsan alverinə
qarşı Protokolda nəzərdə tutulmuş beynəlxalq anlayışdan fəqlənir (...göstərilmiş
təsir vasitələrindən hər hansı biri istifadə edilibsə, ...insan alveri qurbanının ...
razılığı nəzərə alınmır). Ölkə qanunvericiliyinə əsasən insan alverindən zərərçəkmiş
şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı cəzanı
yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Lakin bu qeyddə şəxsin insan
alverinə məruz qalıb-qalmaması faktının müəyyənləşdirilməsi zamanı razılığın rolu
barədə heç nə deyilmir. Müsahibə prosesi zamanı bu məsələ ilə əlaqədar müəyyən
qarışıqlıq müşahidə olunmuşdur. Müsahibə iştirakçılarından biri əsas problem kimi
bunları qeyd etmişdir: “insanların çoxu fahişəliyi həyat tərzi kimi seçərək sonra öz
rəqiblərinə əzab vermək üçün polisdən bir alət kimi istifadə edirlər”, “insan alveri
qurbanlarının çoxu anormal ailədə böyümüş, tüfeyli həyat tərzi sürən, aldadılaraq
başqa ölkələrə aparılan və nəticədə cinsi istismara məruz qalan gənc qızlardır” və
“işlərin 90%-də onlar öz aralarında problemləri həll etmək üçün hüquq mühafizə
orqanlarından bir platforma kimi isitfadə edirlər.” Eyni zamanda bildirilmişdir ki, gəlir
əldə etmək üçün fahişəliklə məşğul olan, nəticədə isə gileylənən insanların şikayətləri
hüquqların ciddi şəkildə pozulmasından ibarət bir hal kimi nəzərə alınmır.
“İnsan alveri” anlayışı “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 1-ci
maddəsində də nəzərdə tutulur:
1.0.1. insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə,
hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama,
dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik
2. Nəticələr
30
vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən
şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və
ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə
cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması,
verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədi ilə cəlb
edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması,
verilməsi və ya qəbul edilməsi bu maddədə göstərilən üsullardan
istifadə olunmasa da insan alveri hesab edilir);
1.0.2. insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik,
köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan
orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində
qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana
kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə
cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan
alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə, insan
alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır).
Bu anlayışa əsasən əgər insan alveri burada göstərilən üsullarla törədilmişdirsə
insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır, , lakin
təcrübədə insan alverçiləri razılıq məsələsini hərtərəfli nəzərə almayan Cinayət
Məcəlləsi əsasında cəzalandırılırlar. “İnsan alverinə qarşı mübarizə haqqında”
Qanunla və Cinayət Məcəlləsi ilə yanaşı digər qanunvericilik aktlarının, o cümlədən,
Konstitusiyanın, Əmək Məcəlləsinin, Miqrasiya Məcəlləsinin, habelə 2005-2014-
cü illər ərzində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaların və normativ
hüquqi aktların insan alverinə qarşı mübarizə məsələlərinə aidiyyəti var.
Dostları ilə paylaş: |