Kod #
Ədəbiyyatın adı
Müəllif, tarix
Gen 1
“İnsan alverinə qarşı mübarizəyə dair” Hesabat
ABŞ Dövlət Departamenti,
iyul 2015-ci il
Gen 2
Azərbaycanda, Gürcüstanda və Ermənistanda
insan alverinə qarşı mübarizə sahəsində
çoxşaxəli cavab tədbirlərinin gücləndirilməsi: qısa
qiymətləndirmə (Mərhələ II)
Beynəlxalq Əmək Təşkilatı
(BƏT), 2011-ci il
Gen 3
Migrasiya faktları və tendensiyaları: Cənubi-Şərqi
Avropa, Şərqi Avropa və Mərkəzi Asiya
Beynəlxalq Miqrasiya
Təşkilatı (BMqT), 2015-ci il
Aze 2
“İnsan alveri qurbanlarına kömək Fondu haqqında
Əsasnamənin” təsdiq edilməsi haqqında 8
nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
12 yanvar 2006-cı il
Aze 3
“İnsan alveri qurbanlarının repatriasiya
Qaydalarının” təsdiq edilməsi barədə 22 nömrəli
Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
10 sentyabr 2013-cü il
Aze 4
Cinayət Məcəlləsindən çıxarışlar
(BMqT-nin Azərbaycandakı Nümayəndəliyi
tərəfindən qeyri-rəsmi tərcümə)
Azərbaycan
Respublikasının hökuməti
Aze 5
“İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə
və insan alverinin potensial qurbanlarına xidmət
edən “Qaynar xətt” haqqında” 590 nömrəli Əmr
Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi,
12 oktyabr 2007-ci il
Aze 6
“İnsan alveri qurbanlarının müəyyən edilməsi
Qaydaları (indikatorları)nın” təsdiq edilməsi
barədə 131 nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
3 sentyabr 2009-cu il
Aze 7
“İnsan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizmi Qaydalarının”
təsdiq edilməsi barədə 123 nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
11 avqust 2009-cu il
Aze 8
“Azərbaycan Respublikasında insan alverinə qarşı
mübarizəyə dair” 2014-2018-ci illər üçün Milli
Fəaliyyət Planı
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
24 iyul tarixli, 667 nömrəli
Sərəncamı ilə təsdiq
edilmişdir
Əlavələr
64
Kod #
Ədəbiyyatın adı
Müəllif, tarix
Aze 9
“İnsan alveri cinayəti qurbanlarının insan alverinə
qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil
verilməsi Qaydalarının” təsdiq edilməsi haqqında
21 nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, 1 fevral 2008-ci il
Aze 10
“İnsan alveri qurbanlarının sosial reabilitasiyasının
həyata keçirilməsi Qaydalarının” təsdiq edilməsi
haqqında 62 nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, Bakı şəhəri,
6 mart 2006-cı il
Aze 11
“İnsan alverinin qurbanı olmuş uşaqların
sığınacaqda yerləşdirilməsi və saxlanılması
Qaydalarının” təsdiq edilməsi barədə 180 nömrəli
Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
19 noyabr 2009-cu il
Aze 12
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanun
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28
iyun tarixli, 958 nömrəli
Sərəncamı ilə təsdiq
edilmişdir
Aze 13
“İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin
yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti,
habelə onların fəaliyyətinə nəzarət Qaydalarının"
təsdiq edilməsi haqqında 203 nömrəli Qərar
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti,
9 noyabr, 2005-ci il
Aze 14
Cinayət-Prosessual Məcəlləsindən çıxarışlar
Azərbaycan
Respublikasının hökuməti
Aze 15
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət
müdafiəsi haqqında” Qanun
Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 11
dekabr tarixli, 585 nömrəli
Sərəncamı ilə təsdiq
edilmişdir
Aze 16
Azərbaycanda insan alveri problem, İzahedici şərh
13/61
Arif Yunusov, Miqrasiya
üzrə Tətbiqi Araşdırma
Konsorsiumu – Şərq
(CARIM-East)
may 2013-cü il
Aze 17
Azərbaycan Respublikasında insan alveri
qurbanları ilə bağlı Milli İstiqamətləndirmə
Mexanizminin Qiymətləndirilməsi (ilkin versiya)
Miqrasiya Siyasrilməsi ilə
bağlı Milli İstiqamətləndi
(ICMPD), 2015-ci il
Aze 18
Azərbaycan Respublikasında miqrasiya və sərhəd
idarəçiliyi potensiallarının gücləndirilməsi:
qiymətləndirmə hesabatı (CMBA) (dərc edilməmiş
ilkin layihə)
Pol Holms; Azərbaycan
Hökuməti və BMqT,
2015-ci il)
Aze 19
Azərbaycan bölməsi, “İnsan alverinə qarşı
mübarizəyə dair” Hesabat
ABŞ Dövlət Departamenti,
2015-ci il
Aze 21
Azərbaycanda əməyin istismarı və insan alveri:
araşdırma icmalı
BƏT, ICMPD, iyun 2008-ci il
Əlavələr
65
Kod #
Ədəbiyyatın adı
Müəllif, tarix
Aze29
Azərbaycan bölməsi, “Uşaq si, 2014-
cü il üzrrmalarına dair faktlar idarəçiliyi
potensiallarının li
ABŞ Əmək Departamenti,
Beynəlxalq Əmək Bürosu,
2015-ci il
Aze30
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə
haqqında” Konvensiyasının Azərbaycan
Respublikası tərəfindən yerinə yetirilməsinə dair
hesabat: birinci qiymətləndirmə mərhələsi
İnsan Alverinə qarşı
Mübarizə üzrə Ekspertlər
Qrupu (GRETA), 23 may
2014-cü il
Qeyd:
Gen = Ümumi ədəbiyyat.
Aze = Azərbaycan Respublikasına aid ədəbiyyat.
B. Müsahibə prosesində iştirak etmiş təşkilatlar
AZƏRBAYCAN RESPUBLİKASI
Dövlət təşkilatları
Beynəlxalq təşkilatlar
QHT-lər/digər təşkilatlar
Baş Prokurorluq
Miqrasiya Siyasətinin İnkişafı
üzrə Beynəlxalq Mərkəz
Azərbaycan Uşaqlar Birliyinin
Sığınacağı
Dövlət Əmək Müfəttişliyi
Xidməti
Beynəlxalq Əmək Təşkilatı
“Təmiz Dünya” İctimai
Birliyinin Sığınacağı
Daxili İşlər Nazirliyi
Vətəndaş cəmiyyəti
nümayəndələri
Xarici İşlər Nazirliyi
İnsan Hüquqları üzrə
Müvəkkilin (Ombudsmanın)
Aparatı
Dövlət Sərhəd Xidməti
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət
Komitəsi
Dövlət Miqrasiya Xidməti
DİN-ninİnsan Alveri
Qurbanlarının Müvəqqəti
Yaşaması üçün Sığınacaq
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında
İnsan Alveri Qurbanlarına
Yardım Mərkəzi
Əlavələr
66
C. Müsahibənin şablon forması
Şablon müsahibə bələdçisi
Ölkə: Avstraliya
Müsahibə No.#: Ölkənin adının ilk üç hərfi + “int” hərifləri + nömrə, məsələn AUSint1
Müsahibəyə dair Şablon Təlimat
Müsahibəçi üçün göstəriş:
1. Müsahibəyə təkraredilməz kod verin, məsələn ölkənin adının ilk üç hərfi +
int(erview) + nömrə, məsələn AUSint1.
2. Müsahibəyə başlamazdan əvvəl iştirakçılara məlumat qeydini oxuyun. İştirakçılara
məlumat qeydinin çap və/və ya elektron nüsxəsini təklif edin. Çap nüsxələrinin
kifayət edən sayda olmasını təmin edin.
3. İştirakçılara hansı bölməyə aid sualların veriləcəyini müəyyən etmək üçün ilk
növbədə 1.1. və 1.2. nömrəli sualları verin.
4. Suallar siyahısının hər bir bəndindən müvafiq qaydada istifadə etməklə sualları
verin.
MƏLUMAT QEYDİ
Müsahibəyə başlamazdan əvvəl barəsində bəzi məlumatlar vermək istədiyim tədqiqatda iştirak
etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.
Ümumi məlumat
Mən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) [
BMqT Nümayəndəliyinin yerləşdiyi müvafiq
ölkənin adını çəkin
] layihəsi çərçivəsində tədqiqat aparan müstəqil konsultantam.
Bu tədqiqatın əsas məqsədi nəticə yönümlü gələcək müdaxilələr üçün zəmin yaratmaq və milli
və, əgər mümkündürsə, beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizə sahəsində daha
da vahid yanaşmanın tətbiqini təmin etmək məqsədi ilə insan alverinə dair vəziyyəti təhlil
etməkdən ibarətdir.
Bugünkü müsahibənin məqsədi isə Sizin ölkədə insan alverinə dair vəziyyətlə, insan alverinə
qarşı mübarizə sahəsində cavab tədbirləri ilə və bu tədbirlərin gücləndirilməsi yolları ilə
əlaqədar fikirlərinizi öyrənməkdən ibarətdir.
Tədqiqat ilk növbədə Sizin səmimi cavablarınız üzərində qurulacaq. Sizdən mümkün qədər
səmimi danışmağınız xahiş olunur: burada düzgün və ya yanlış cavablar yoxdur.
Müsahibənin təxminən 60 dəqiqə ərzində keçirilməsi nəzərdə tutulur. Mən söhbətimiz zamanı
qeydlər aparacağam.
Müsahibədə iştirakın riski və faydası
Tədqiqat qrupunun üzvlərindən başqa hansısa şəxsin suallara verdiyinz cavablarla tanış olması
riski cüzi olsa da, biz Sizin məxfiliyinizi təmin etmək üçün tədbirlər görürük. Verdiyiniz cavablar
tədqiqat qrupundan kənar heç kimə təqdim olunmayacaq. Sizin tərəfinizdən verilmiş istənilən
məlumatlar başqa məlumatlarla birləşdiriləcək və yekun Qiymətləndirmə Hesabatında heç bir
halda Sizin adınızdan təqdim olunmayacaq.
Tədqiqatda iştirakınızın birbaşa faydası olmasa da, biz ümid edirik ki, Siz insan alverinə qarşı
mübarizə sahəsində boşluqların, ehtiyacların və prioritetlərin müəyyənləşdirilməsinə və cavab
tədbirlərinin gücləndirilməsi üçün səylərin dəstəklənməsinə töhfələr verməklə məmnun
olacaqsız.
Əlavələr
67
Tədqiqat haqqında əlavə informasiya
● Tədqiqatla və ya bu müsahibə ilə bağlı hansısa suallarınız vardırmı?
● Sizə bu məlumat qeydinin çap və ya elektron nüsxəsi lazımdırmı?
Bu müsahibə ilə əlaqədar hansısa əlavə şərhləriniz və ya dəqiqləşdirmələriniz olduqda,
zəhmət olmasa, əlaqə saxlayın [
müfəssəl müsahibəni aparan şəxsin adını, soyadını və əlaqə
məlumatlarını buraya daxil edin
]
Tədqiqatla bağlı hansısa əlavə suallarınız və ya şikayətləriniz olduqda, zəhmət olmasa, əlaqə
saxlayın [
BMqT tərəfindən tədqiqata nəzarət edən şəxsin adını, soyadını və əlaqə məlumatlarını
daxil edin
].
MÜSAHİBƏNİN SUALLARI VƏ CAVABLAR
Ölkə:
Müsahibəçinin adı və soyadı:
Müsahibənin təşəbbüskarı olan təşkilatın adı:
Müsahibə iştirakçısının adı və soyadı (əgər
göstərmək istəyirsə):
Müsahibə iştirakçısının təmsil olunduğu təşkilat:
Müsahibə iştirakçısının rəsmi vəzifəsi:
Müsahibənin keçirildiyi tarix/vaxt:
Müsahibənin formatı:
Müsahibə iştirakçılarının sayı və cinsi:
1. Giriş sualları
1.
Müsahibə iştirakçısının profile
1.1.
Sizin rəsmi vəzifəniz nədir? Sizin əsas iş vəzifələriniz hansılardır?
Cavab
1.2.
Sizin insan alverinə dair məsələlərlə bağlı işiniz nədən ibarətdir?
Cavab
Plan Müsahibəçi üçün göstəriş:
Müsahibə iştirakçısının yuxarıda verdiyi cavablarından asılı olaraq ona aşağıdakı 7 və
8-ci bölmələrdə sadalanan suallara əlavə veriləcək sualları 2-6-cı bölmələrdən seçin.
Burada isə sadalanan suallara müvafiq olaraq Xeyr/Bəli cavabı verilməlidir.
□ 2. İnsan alverinə dair vəziyyət və tendensiyalar? Xeyr (keçin növbəti suala)/
Bəli (keçin Bölmə 2-yə).
□ 3. Müəyyənləşdirmə və istiqamətləndirmə? Xeyr (keçin növbəti suala)/Bəli
(keçin Bölmə 3-ə).
□ 4. Müdafiə və yardım? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 4-ə).
□ 5. Təhqiqat və cinayət təqibi? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 5-ə).
□ 6. Qarşısını alma? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 6-ya).
Yuxarıda sadalanan suallara verilmiş cavablardan asılı olmayaraq bütün iştirakçılara
aşağıda qeyd olunan bölmələrdki suallar verilməlidir:
□ 7. Əlaqədar tərəflər arasında əməkdaşlıq? Bəli (keçin Bölmə 7-yə).
□ 8. Yekun suallar? Bəli (keçin Bölmə 8-ə).
Əlavələr
68
2. İnsan alverinə dair vəziyyət və tendensiyalar
2.
Cənubi Qafqaz ölkələrində insan alverinə dair vəziyyət
2.1.
Ölkədən, regiondan, bölgədən/ölkə, region, bölgə daxilində/ölkə, region, bölgə
ərazisi vasitəsi ilə/ölkə, region, bölgə istiqamətində hansı insan alveri marşrutları
mövcuddur? Əsas mənşə, tranzit və təyinat ölkələri/yerləri hansılardır?
Cavab
2.2.
İşinizidə üzləşdiyiniz istismarın əsas formaları hansılardır? Bu əsasən hansı
sektorlarda baş verir (məsələn, insanlar əmək fəaliyyətinin hansı növləri ilə məşğul
olarkən istismara məruz qalırlar?)
Cavab
2.3.
İnsan alverçiləri tərəfindən qurbanları cəlb etmək üçün istifadə olunan əsas
metodlar hansılardır?
Cavab
2.4.
İnsan alverçilərinin və ya insan alverçilərindən ibarət qrupların əsas profilləri
hansılarıdır?
Cavab
2.5.
İnsan alveri qurbanlarının profilləri hansılardır (məsələn, yaşı, cinsi, vətəndaşlığı və s.)?
Cavab
2.6.
Marşrutlar və tendensiyalar nə cür dəyişir? Sizin fikrinizcə onlar nə üçün dəyişir?
Sizin fikrinizcə insan alveri artmaqda olan, azalmaqda olan və ya dəyişməz qalan bir
problemdir? Siz nə üçün bu cür fikirləşirsiniz?
Cavab
3. Müəyyənləşdirmə və istiqamətləndirmə
3.
İnsan alverinin (potensial) qurbanlarını müəyyənləşdirmək və istiqamətləndirmək
üçün qanunvericilik bazası və siyasət çərçivəsi
3.1.
İnsan alveri qurbanlarına kömək edə biləcək orqanlar və ya təşkilatlar insan alverinə/
istismara məruz qalmış şəxslər barədə nə cür öyrənirlər?
□ Onları kim aşkar edir? (məsələn, özünü aşkarlama mexanizmləri vasitəsi ilə,
tanışlar, ailə, polis əməkdaşları, sərhədçilər, əmək müfəttişləri, konsulluq
işçiləri)
Cavab
3.2.
Əlaqədar şəxsin insan alveri qurbanı olması barədə rəsmi qərar qəbul etmək
səlahiyyətinə hansı orqanlar və ya təşkilatlar malikdir?
□ Həmin orqanlar və ya təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər?
Məsələn, qanuna, konsepsiyaya əsasında?
□ Şəxsin insan alverinin qurbanı kimi rəsmi/formal qaydada müəyyən edilməsi
ona hansı imtiyazlar verir (məsələn, sosial yardım və müdafiə, yaşayiş, iş
icazəsi almaq? Başqa imtiyazlar?)
Cavab
Əlavələr
69
3.3.
İnsan alveri qurbanlarını müəyyən etmək üçün hansı meyarlardan (məsələn,
indikatorlardan) istifadə olunur?
□ Yoxlama suallar siyahısından və ya başqa müəyyənləşdirmə vasitələrindən
istifadə olunurmu?
□ Bu vasitələrdən kimlər istifadə edir və bu cür siyahılar nə cür paylanır?
□ Bu vasitələr hansı dərəcədə səmərəlidir? Bu vasitələr insan alveri qurbanının
bütün profillərini lazımi səviyyədə əhatə edirmi?
□ Sizin ölkəniz kontekstində hansı indikatorlar daha səmərəlidir?
Cavab
3.4.
İnsan alveri qurbanları özlərini aşkarlamaq üçün hansı imkanlardan istifadə edə
bilərlər (məsələn, “qaynar xət”dən, posterlərdən, reklamlardan)?
□ Bu imkanlar nə dərəcədə səmərəlidir?
□ İnsan alveri qurbanlarının hansı nisbəti bu imkanlar vasitəsi ilə müəyyən
edilir?
Cavab
3.5.
Milli və regional səviyyədə müəyyənləşdirmə, istiqamətləndirmə və dəstəkləmə ilə
əlaqədar istiqamətləndirmə mexanizmləri mövcuddurmu?
□ Hansı orqanlar/təşkilatlar bu mexanizmlərin yerinə yetirilməsində iştirak
edirlər?
□ Bu mexanizmlər nə cür təşkil olunub (məsələn, anlaşma memorandumları,
qanunlar əsasında?)
□ Bu mexanizmlər təcrübədə işlək və səmərəlidirmi? Bu nə üçün belədir/bu nə
üçün belə deyil?
□ Müəyyən edilmiş insanların sayı barədə statistik məlumatlar mövcuddurmu?
Cavab
4. Müdafiə və yardım
4.
İnsan alveri qurbanlarının müdafiə və yardım ilə təmin edilməsi üçün qanunvericilik
bazası və siyasət çərçivəsi
4.1.
Hal-hazırda hansı təşkilatlar insan alveri qurbanlarını müdafiə və yardımla təmin
edirlər?
□ Həmin təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna,
strateji sənədə əsasən?
Cavab
4.2.
Müdafiə və yardım xidmətlərinə ehtiyacı olan insanlar bu xidmətləri göstərən
təşkilatlarla əlaqəni nə cür yaradırlar?
Cavab
4.3.
Həmin təşkilatların insan alverinə/istismara məruz qalmış insanlara göstərdikləri
müdafiə və yardım xidmətləri hansılardır? Məsələn:
□ Sığınacaq, tibbi yardım, psixososial yardım;
□ Fikirləşmə müddəti;
□ Hüquqi yardım;
□ Yaşayış icazəsi;
□ Kompensasiya;
□ Reabilitasiya, geri qayıtma və reinteqrasiya (işlə təmin olunma, təlim alma)
Cavab
Əlavələr
70
4.4.
İnsan alverinin qurbanlarına göstərilən xidmətlərin növü hansı meyarlardan asılıdır
və ya bu xidmətlərin bölgüsü hansı meyarlar əsasında aparılır:
□ Məruz qaldıqları istismar növü (məsələn, cinsi istismar/əməyin istismarı/
digər istismar növü);
□ Yaş (məsələn, uşaq və ya böyük);
□ Cins (məsələn kişi və ya qadın);
□ Vətəndaşlıq və ya hüquqi vəziyyət (məsələn, ölkə vətəndaşı və ya əcnəbi,
qanuni və ya qanunsuz miqrant);
□ Müvafiq orqanlarla əməkdaşlıq etmək və ya etməmək niyyəti;
□ Başqa meyarlar/məhdudiyyətlər? (məsələn, müvafiq xidmətlərin göstərilməsi
üçün insan alveri qurbanlarının sığınacaqda qalmaları vacibdirmi və ya
sığınacaq sistemindən kənar olan insan alveri qurbanları da bu xidmətlərdən
istifadə edə bilərlərmi? Əlaqədar şəxsin bu xidmətlərdən istifadə etməsi üçün
insan alverinin qurbanı kimi rəsmən müəyyən edilməsi tələb olunurmu?)
Cavab
4.5.
Göstərilən yardım və müdafiə xidmətlərinin qənaətbəxş olmasını təmin etmək üçün
monitorinq sistemləri mövcuddurmu? (məsələn, standartlar, kənar qiymətləndirmə
proqramları, insan alveri qurbanlarından rəy toplama mexanizmləri?)
□ Bu sistemlər üzrə qiymətləndirmə hansı standartlara əsasən aparılır?
□ Bu sistemlər nə dərəcədə səmərəlidir? Ehtiyacların ödənilməsi baxımından
bu xidmətlər qənaətbəxş və münasibdirmi?
□ Bu xidmətlər hansı cəhətdən qeyri-qənaətbəxş hesab oluna bilər?
Çatışmazlıqlar nədən ibarətdir?
Cavab
4.6.
Bu xidmətlərin maliyyələşdirilməsi mənbələri hansılardır (hökumət, donor, özəl)? Bu
xidmətlər üçün ayrılan maliyyə vəsaitləri kifayət edirmi? Maliyyələşdirmə davamlı
şəkildə və ya fasilələrlə həyata keçirilir (məsələn, hansısa layihəədən asılı olaraq?)
Cavab
5. Təhqiqat və cinayət təqibi
5.
İnsan alveri əməlinin təhqiqatı və cinayət təqibi üçün qanunvericilik bazası və siyasət
çərçivəsi
5.1.
İnsan alveri və istismar əməlinin təhqiqatı və cinayət təqibi hansı təşkilatlar
tərəfindən aparılır?
□ İnsan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə,
prokurorluq, məhkəmə orqanları mövcuddurmu?
□ Həmin orqanlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna,
konsepsiyaya əsasən?
Cavab
5.2.
İnsan alveri məsələləri və digər əlaqədar məsələlər (o cümlədən, istismar, məcburi
əmək, köləlik, cinsi istismar, qadınlara qarşı ayrı-seçkilik və zorakılıq, miqrantların
hüquqlarının pozulması məsələləri) müvafiq qanuvericilkdə lazımi səviyyədə nəzərə
alınıbmı?
□ Qanuvericilik sahəsindəki boşluqlar və çatışmazlıqlar hansılardır?
□ Ölkənizdə beynəlxalq qanunvericilik bazasının bu sahəyə aidiyyəti nədən
ibarətdir?
Cavab
Əlavələr
71
5.3.
Ölkənzdə insan alveri cinayətləri və digər əlaqədar cinayətlər üzrə aparılmış
təhqiqatların, istintaqların və çıxarılmış ittiham hökmlərinin sayı nə qədərdir?
□ Bu rəqəmlər artmaqdadır ya azalmaqdadır? Bunun səbəbi nədir?
Cavab
5.4.
İnsan alveri cinayətlərinin cəzalandırılması üçün hansı məcəllələrdən/qanunlardan
daha çox istifadə olunur?
□ Sizin fikrinizcə məhz bu məcəllələrdən istifadənin səbəbi nədir?
□ Müvafiq qanunların tətbiqi sahəsində əsas çətinliklər hansılardır? (məsələn,
nəzərdə tutulmuş anlayışların, razılığın nəzərə alınmaması məsələsinin
düzgün başa düşülməsi və s.?)
Cavab
5.5.
Cinayət mühakiməsi sistemi əməkdaşlarının biliklərini inkişaf etdirmək üçün təlim/
potensialların yaradılması mexanizmləri mövcuddurmu?
□ Hüquq mühafizə, prokurorluq orqanlarının əməkdaşları və hakimlər
müntəzəm təlimlərdə iştirak edirlərmi?
□ İnsan alverinə qarşı mübarizə məsələlərinə dair təlimlər cinayət
mühakiməsi sistemi əməkdaşları üçün nəzərdə tutulmuş (məsələn, polis
akademiyalarının, hüquq institutlarının/akademiyalarının) müvafiq tədris
planlarına daxil edilibmi?
□ Bu cür təlimlər qənaətbəxş və səmərəlidirmi?
Cavab
5.6.
Məhkəmə araşdırmaları zamanı hüquq mühafizə, prokurorluq orqanlarının
əməkdaşları, hakimlər, habelə zərərçəkmiş şəxslərə və şahidlərə yardım və müdafiə
xidmətləri göstərən QHT əməkdaşları arasında əməkdaşlığı təşviq edən mexanizmlər
mövcuddurmu?
Cavab
5.7.
Təhqiqat və cinayət təqibi tədbirləri qənaətbəxş və səmərəlidirmi?
□ Proaktiv təhqiqatlar aparılırmı?
□ Xüsusi təhqiqat üsullarından istifadə olunurmu/paralel maliyyə araşdırmaları
aparılırmı?
□ Təhqiqat və cinayət təqibi tədbirlərini insan alveri qurbanı yönümlü hesab
etmək olarmı?
Cavab
6. Qarşısın alma
6.
İnsan alverinin qarşısının alınması üçün qanunvericilik bazası və siyasət çərçivəsi
6.1.
Hansı təşkilatlar insan alverinin və əlaqədar istismar hallarının qarşısının alınması
sahəsində çalışırlar?
□ Həmin təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna,
konsepsiyaya əsasən?
Cavab
6.2.
İnsan alverinin qarşısının alınması üçün məlumatlandırma və maarifləndirmə
proqramları həyata keçirilirmi? Bu cür proqramlar həyata keçirilirsə onların hədəfi
kimlərdir və əsas məlumatları nədən ibarətdir?
□ Bu səpkidən olan tədbirlər nə dərəcədə səmərəlidir?
Cavab
Əlavələr
72
6.3.
Həssaslıq amillərinin azaldılmasını (məsələn, şəxsiyyəti təsdiq edən sənədlərin
rəsmiləşdirilməsini, yoxsulluğun azaldılmasını, inkişafdan qalmanın aradan
qaldırılmasını, ayrı-seçkiliyin ləğv edilməsini) və risk altında olan insanlar üçün
alternativ dolanışıq imkanlarının yaradılmasını nəzərdə tutan proqramlar
mövcuddurmu?
□ Bu cür proqramlar nə dərəcədə səmərəlidir?
Cavab
6.4.
(Məsələn, istismaredici xidmətlərə olan) tələbat məsələsinin öhdəsindən gəlmək
üçün tədbirlər həyata keçirilirmi? İstismaredici əmək hallarına qarşı mübarizə
aparmaq üçün sosial-iqtisadi proqramlar mövcuddurmu?
Cavab
6.5.
Transsərhəd insan alveri hallarının qarşısını almaq üçün sərhəd idarəçiliyi tədbirləri
həyata keçirilirmi? İnsan alverinə həssaslığı azaltmaq üçün qanuni miqrasiya
imkanlarını nəzərdə tutan strategiyalar mövcuddurmu?
Cavab
6.6.
İnsan alverinin əsas səbəblərini və hərəkətverici qüvvələrini başa düşmək və tədqiq
etmək üçün müvafiq tədqiqat institutları fəalliq göstərirlərmi? Tədqiqat sahəsindəki
boşluqlar hansılardır?
Cavab
6.7
Profikaltik tədbirlər qənaətbəxşdirmi? Əgər qənaətbəxş deyilsə, çatışmazlıqlar nədən
ibarətdir? Bu tədbirlər nə üçün nöqsanlıdır?
Cavab
7. Əlaqədar tərəflər arasında əməkdaşlıq (tərəfdaşlıq)
7.
Milli/ikitərəfli/regional/sub-regional tərəfdaşlıq, şəbəkələr və əməkdaşlıq
7.1.
İnsan alverinə qarşı mübarizə strategiyasını milli səviyyədə əlaqələndirən,
monitorinq edən və qiymətləndirən mexanizmlər (məsələn, Milli Fəaliyyət Planı)
mövcuddurmu?
□ Bu mexanizmlərin iştirakçıları hansı təşkilatlardır (məsələn, hökumət,
vətəndaş cəmiyəti təşkilatları, həmkarlar ittifaqları)?
□ Həmin təşkilatlar hansı sahələrdə əməkdaşlıq edirlər (məsələn,
müəyyənləşdirmə, istiqamətləndirmə, müdafiə, yardım, təhqiqat, cinayət
təqibi, geri qayıtma, reinteqrasiya, digər sahələr)?
□ Bu mexanizmlərin yerinə yetirilməsi prosesi (məsələn, milli insan hüquqları
institutları/ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)) tərəfindən
müntəzəm monitorinq edilərək qiymətləndirilirmi?
□ Əlaqələndirmə mexanizmləri hökumət tərəfindən maliyyələşdirilirmi?
□ Siz səmərəli əməkdaşlığa dair misallar gətirə bilərsinizmi?
Cavab
Əlavələr
73
7.2.
İnsan alverinə qarşı mübarizə strategiyasını əlaqələndirən, monitorinq edən və
qiymətləndirən ikitərəfli, regional və ya sub-regional mexanizmlər (məsələn,
qarşılıqlı hüquqi yardım haqqında sazişlər, ekstradisiya sazişləri/anlaşma
memorandumları) mövcuddurmu?
□ Bu mexanizmlərin iştirakçıları hansı təşkilatlardır (məsələn, ixtisaslaşmış
qurumlar, diplomatik nümayəndəliklər, QHT-lər)?
□ Həmin təşkilatlar hansı sahələrdə əməkdaşlıq edirlər (məsələn,
müəyyənləşdirmə, istiqamətləndirmə, müdafiə, yardım, təhqiqat, cinayət
təqibi, geri qayıtma, reinteqrasiya, digər sahələr)?
□ Beynəlxalq hüquqi yardım/hüquq mühafizə orqanları arasında beynəlxalq
əməkdaşlıq sazişləri mütəmadi olaraq qiymətləndirilirmi?
□ Siz səmərəli əməkdaşlığa dair misallar gətirə bilərsinizmi?
Cavab
7.3
Bu tərəfdaşlıq nə dərəcədə səmərəli və dayanıqlıdır və ya nə üçün belə deyil? Əgər
bu belə deyilsə, bu sahədəki çatışmazlıqlar nədən ibarətdir? Görülən işlər nə üçün
nöqsanlıdır?
Cavab
8. Yekun suallar
8.
Yekun tövsiyələr
8.1.
Sizin fikrinizcə insan alverinə qarşı səmərəli mübarizənin aparılması istiqamətində
əsas çətinliklər və maneələr hansılardır (məsələn, müvafiq resursların, potensialların,
siyasətlərin, procedurların, protokolların, siyasi iradənin olmaması)?
Cavab
8.2.
Müzakirə etdiyimiz sahələrdə insan alverinə qarşı cavab tədbirlərinin gücləndirilməsi
üçün Sizin əsas tövsiyələriniz hansılardır?
Cavab
8.3.
Bu gün Sizə hansısa başqa sualların verilməsini istərdinizmi? Siz həmin sualları nə cür
cavablandırardınız?
Cavab
8.4.
Siz bu məsələlərlə bağlı qısa (20 dəqiqəlik) elektron sorğuda iştirak etmək istəyən
hansısa həmkarlarınızı məsləhət görə bilərsinizmi?
Müsahibəçi üçün yekun göstəriş:
• Vaxt ayırıb müsahibədə iştirak etdiyinə görə əlaqədar şəxsə təşəkkür edin.
• Müsahibə ilə bağlı öz müşahidələrinizi (daxili müşahidələri) aşağıda qeyd edin
Müsahibəçinin müşahidələri/şərhləri/qeydləri (məsələn, özü üçün xatırlatmaları):
Əlavələr
74
D. Sorğu aləti şablonu
Sorğu aləti şablon
Sorğu #: Ölkənin adının üç hərfi + sur + nömrə, məs,. AUSsur1
Dostları ilə paylaş: |