İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


N                             0                              S



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix14.04.2017
ölçüsü5,01 Kb.
#14108
1   ...   8   9   10   11   12   13   14   15   16

  N                             0                              S 

121 
 
atmosfe-rində sərbəst oksigen əmələ gəldikdən sonra atmosferin yuxarı qatlarında 
ozon  sintez  olunmağa  başlamışdır.Kvantının  kəmiyyəti  ikiatomlu  molekuldakı 
rabitəni  qır-mağa  kifayət  edən  enerji  mənbəyinin  təsirindən  oksigen  ozona 
çevrilmə  qabiliyyə-tinə  malikdir.Bir-birindən  ayrılmış  belə  oksigen  atomları 
olduqca  fəaldır  və  əsas  hissəsi  yenidən  ikiatomlu  molekula,az  bir  hissəsi  isə 
üçatomlu ozon molekuluna çevrilir.Oksigen molekulları kimi ozon molekulları da 
elektriki  neytraldır,yəni  elektrik  yükü  daşımır.Ona  görə  də,Yerin  maqnit  sahəsi 
ozonun  atmosferdə  paylanmasına    təsir  göstərmir.Atmosferin  kosmik  və  Günəş 
şüalarının təsiri altında müxtəlif qazların ionlarının (aeroionların) yarandığı yuxarı 
qatı ionosfer adlanır ki,bu da praktiki olaraq ozon qatı ilə üst-üstə düşür. 
    Böyük yüksəkliklərdə hava ktləsinin yerdəyişmə sürəti 100m/san.-yə çatdığı 
üçün maqnit sahəsində hərəkət edən ionlar qarışa bilər.Doğrudur,bu qarışma 
axında hərəkətdəki qarışma ilə müqaisədə əhəmiyyətsizdir.Yerin maqnit sahə 
xətlərinin qapandığı qütb zonalarında  ionosferin qarışması (pozulması) bizim üçün 
daha əhəmiyyətlidir.Qütb zonalarında atmosferin yuxarı qatlarında ionlaşmış 
oksigen də daxil olmaqla ionların sayı nisbətən azdır.Lakin,qütb zonalarında 
ozonun miqdarının az olmasının əsas səbəbi günəş şüalanmasının intensivliyinin 
aşağı olmasıdır.Özü-özlüyündə ozon qatının ekranlaşdırıcı rolu qütb zonalarında 
bir o qədər də əhəmiyyətli deyil.Çünki,üfüq üzərində Günəşin aşağı vəziyyəti 
səthin intensiv UB-şüalanmasını mümkünsüz edir.Lakin,ozon qatındakı qütb 
”dəliklərinin” sahəsi atmosferdə ozonun ümumi qatılığının dəyişməsinin etibarlı 
göstəricisidir. 
    Ozonun atmosferdə miqdarı bir-sıra təbii səbəblərdən dəyişir.Dövri dəyişmələr 
günəş fəallığı tsiklləri ilə bağlıdır.Vulkanik qazların bir çox komponentləri ozonu 
dağıda bildiyi üçün vulkanik fəallığın artması da ozonun qatılığının azalmasına 
səbəb olur.Stratosferdə hava axınlarının sürətinin həddindən artıq olması ozonda-
ğıdıcı maddələri sürətlə böyük sahələrə səpələyir.Bu zaman təkcə ozondağıdıcılar 
deyil,eyni zamanda ozonun da böyük sahədə paylanması nəticəsində ozonun qatılı-
ğının pozulması da geniş sahələrdə baş verir.Lokal (kiçik) “dəliklər”  (məsələn, 
kosmik raket buraxılmasından yaranan lokal “dəlik”) isə nisbətən qısa zaman 
kəsiyində qapanır.Ancaq,qütb zonalarında hava kütləsi az hərəkətli olduğu üçün, 
burada ozonun yox olması kompensasiya olunmur və qütb “ozon dəlikləri” 
olduqca dayanıqlıdır.Məhz,cənub qütbü üzərində “ozon dəliyinin” sahəsinin 
artması planetin ozon ekranının arzuolunmaz vəziyyətdə olmasına sübut kimi 
xidmət etmişdir.1985-ci ildə bir qrup ingilis alimi tərəfindən qütb ozon “dəlik”-
lərinin vəziyyətinin uzunillik müşahidələrinin nəticəsini dərc etdikdən və onların 
böyümə tendensiyasını nümayiş etdirdikdən sonra bir çox inkişaf etmiş ölkələrdə 
bu problemin həlli yollarının axtarışı gücləndirildi.Bu müşahidələr nəticəsində 
aydınlaşdırılmışdır ki,hətta tropik rayonlar üzərində belə,”ozon dəlikləri” yaranır 

122 
 
ki,bunlar da bəzən bir neçə saat ərzində qapanır.O da,müəyyənləşdirilmişdir 
ki,1980-ci ildən bu yana atmosferdə ozonun miqdarı aşağı düşür və bu düşmə 
sürəti təbii dəyişmə sürətindən dəfələrlə böyükdür(Şəkil.......). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    Ozonun özü-özünə parçalanması və onun müxtəlif atmosfer qarışıqları ilə qarşı-
lıqlı təsir zamanı dağılması daim baş verir.Nəticədə ozonun sintezi ilə parçalanma-
sı arasında dinamiki tarazlıq yaranır və dövri olaraq onun  qatılığı orta səviyyədən 
0,5...1% meyllənir. 
    Qeyd olunduğu kimi,ozonun miqdarının təbii dəyişməsi Günəş fəallığının dəyiş-
məsi  və  vulkan  püskürmələri  zamanı  vulkanik  qazların  ixrac  olunması  ilə  bağlı-
dır.Lakin,son onilliklər ərzində ozonun miqdarının 5%-ə qədər azalması sənaye və 
nəqliyyat  tərəfindən  atmosferin  çirklənməsi  ilə  bağlıdır.Bu  prosesə  bir  qədər  də 
1981-ci  ildə  baş  verən  El-Çiçon  vulkanının  püskürməsi  də  təsir  göstərmişdir.La-
kin,o vaxtdan da ozonun miqdarının azalması daim davam edir.Bu müddət ərzində 
atmosferdə xlorun miqdarı 6 dəfə artmış və 1985-ci ildə 6min tona çatmışdır ki,bu 
xlorun da hamısı antropogen mənşəli olmuşdur.Ozonun dağılmasına təsir göstərən 
digər mənbə isə azot oksidləridir ki,onun da miqdarı artmaqda davam edir. 
    Xlor ozonun parçalanmasının ən təhlükəli katalizatorudur.O,ozonla fəal surətdə 
birləşməklə  xlorun  monooksidini  yaradır  və  oksigen  ayrılır.Öz  növbəsində,xlor 
monooksidi  özünə  ikinci  oksigen  atomunu  birləşdirir  ki,bu  zaman  xlor  azad  olu-
naraq növbəti ozon molekulu ilə reaksiyaya girir.Bir xlor molekulu atmosferin yu-
xarı qatlarında orta mövcudluq müddətində 100min ozon molekulunu parçalamaq 
qabiliyyətinə  malikdir.Xlorla  müqaisədə  fəallığına  görə  ikinci  ozondağıdıcı  azot 
oksidləridir ki,onlar da bir o qədər də təhlükəli deyil.Belə ki,azot oksidinin bir mo-
lekulu orta hesabla 10 ozon molekulunu dağıda bilər.Lakin,azot oksidlərinin təhlü-
kəliliyi ondan ibarətdir ki,onun miqdari havada xlora nisbətən qat-qat çoxdur.Ozo-
nu  digər  maddələr-karbon  oksidləri,hidrogen,kükürd  oksidləri-də  dağıda  bilər.La-
            
+5%          
 
-5% 
 1970               1975                1980                1985               1990               1995 
Normal     
səviyyə 
Ozonun          
miqdarının     
dəyişməsi 
Şək.......İllər üzrə atmosferdə ozonun miqdarının dəyişməsi 

123 
 
kin,bu  maddələr  ozonu  1:1  nisbətində  bağlaya  bilər  və  xlor  və  azot  oksidləri  ilə 
müqaisədə təsirsiz sayıla bilər. 
    Xlor atmosferə müxtəlif  yollarla düşür.Xlorun bir hissəsi bu maddənin üzvi sin-
tez proseslərində geniş istifadə olunduğu kimya sənayesində baş verən sızmalar və 
qəzalar  zamanı  itirilir.Lakin,atmosferə  daha  çox  xlor  daxil  edən  mənbə  freonlar-
dır(ftor və xlorun karbonla birləşməsi).Milyonlarla məişət və sənaye soyuducula-
rında  freonlar  soyuducu  agent  kimi  geniş  istifadə  edilir  və  müxtəlif  nasazlıqlar 
zamanı böyük miqdarda freonlar atmosferə ixrac olunur.Ozon qatına qədər qalxan 
freonlar  UB-şüalanmanın  təsirindən  asanlıqla  xloru  özündən  ayırır  ki,bu  xlor  da 
ozonun parçalanmasında katalizator rolunu oynayır. 
    Məişətdə dezodorant,boya,insektisid və s.-lə dolu baloncuqlar geniş istifadə olu-
nur  və  bunlarda  da  tozlandırıcı  (püskürdücü)  rolunu  freonlar  oynayır  ki,bu  da 
freonların  atmosferə  düşməsinin  əlavə  mənbəyidir.İstifdə  zamanı  baloncuqlardan 
püskürdülən  maddə  lazım  olan  yerə  (məsələn,rənglənən  səthə)  düşür,freon  isə 
havada buxarlanır. 
    Ozon qatı (ozonosfer) bütün yer kürəsini əhatə etməklə,10km-dən 50km-ə qədər 
yüksəklikdə  cəmlənmişdir.Ozonun  maksimal  qatılığı  isə  20...25km  yüksəklikdə-
dir.Bu    yüksəklikdə kəskin  UB-şüalanmanın təsiri  ilə ozonun sintezi prosesi  daha 
intensiv  baş  verir  ki,bütünozon  burada  yaranır.Bununla  müqaisədə  ildırım  boşal-
maları və Yer səthində digər elektrik təzahürləri nəticəsində yaranan ozonun miq-
darı çox cüzidir.Ozonun sinrezi planetin gündüz üzündə (işıqlı  tərəfində) baş verir. 
    Günəş süalanmalarının tərkibində qısadalğalı UB-şüalar gücünə görə əhəmiyyət-
li hissəni təşkil edir.Atmosferdə ozon meydana gələnə qədər Yer səthi daim qısa-
dalğalı  UB-şüalanmanın  təsiri  altında  olmuşdur.Bu  şüalanma  suyun  dərinliklərinə 
nüfuz  etmir.Lakin,  quruda  həyatın  yaranması  ozon  ekranı  kifayət  qədər  güclü  ol-
duqdan  sonra  baş  vermişdir.Bu  400  mln.il  bundan  öncə  olmuşdur.Məhz,bu  dövr-
dən atmosferdə oksigenin qatılığı və uyğun olaraq ozon qatının gücü heç vaxt sabit 
olmamışdır.Yer qabığının təkamülü qeyri-müntəzəm getmiş,vulkanik fəallığın art-
dığı dövrlərdə maqma ilə püskürülən bərpa olunmuş süxurlar havada oksidləşərək 
oksigeni qismən “bağlamışdır”.Vulkanik qazların tərkibində hətta kiçik miqdardakı 
xlor  fəal  surətdə  ozonu  dağırmaqla,atmosferdə  onun  qatılığının  azalmasına  şərait 
yaratmışdır.Yəqin  ki,bu  şəraitlərdə  Yer  güclü  UB-şüalanmaya  məruz  qalmışdır 
ki,bu da bir tərəfdən yerüstü bitki və heyvan növlərinin bir qisminin məhvinə,digər 
tərəfdən  isə  təkamül  proseslərini  intensivləşdirməklə  mutasiyaların  tezliyini  yük-
səltmişdir. 
    Beləliklə,fərz  etmək  olar  ki,yerüstü  həyat  formalarının  təkamül  proseslərinin 
qeyri-müntəzəmliyində  digər  amillər  kimi,ozon  qatının  gücünün  dəyişməsi  də 
əsaslı rol oynamışdır. 

124 
 
    Adi oksigendən fərqli olaraq,ozon dayanıqlı deyil və o,asanlıqla oksigenə çevri-
lir.Ozon oksigendən daha güclü oksidləşdirici olduğu üçün bakteriyaları məhv et-
məyə,bitkilərin böyüməsinivə inkişafını dayandırmağa qabildir.Atmosferin yerüstü 
qatlarında  ozonun  qatılığı  həddindən  artıq  az  olduğu  üçün  onun  bu  xassəsi  canlı 
sistemlərin  vəziyyətinə  praktik  olaraq  heç  bir  təsir  etmir.Lakin,ozonun  daha  bir 
vacib xassəsi də var ki,o da bu qazı quruda bütün həyat üçün zəruri edir.Bu xassə 
ozonun qısadalğalı UB_şüalanmanı udmasıdır.Kəskin UB-şüalanma kvantları bəzi 
kimyəvi rabitələri qıra biləcək enerjiyə  malik olduğu üçün onları ionlaşdırıcı şüa-
lanmalara aid edirlər.Bu növdən olan digər şüalanmalar (rentgen və qamma şüalan-
ma)kimi,o da,canlı orqanizmlərin hüceyrələrində çoxsaylı pozuntulara səbəb olur. 
    İlk dəfə ozon qatının aşınması geniş ictimaiyyətin diqqətini 1985-ci ildə,Antark-
tida üzərində ozonun qatılığının azalmasının(50%-ə qədər) və “ozon dəliyi” adlan-
dırılan fəzanın müşahidə olunmasından sonra cəlb etmişdir.O,vaxtdan bu günə qə-
dər aparılan ölçmələr nəticəsində praktiki olaraq bütün planetdə ozon qatının azal-
ması  faktı  təsdiqlənmişdir.Məsələn,son  10il  ərzində  Rusiyada  ozon  qatı  qışda 
4...6%,yay vaxtı isə 3% azalmışdır. 
    Hazırda,ozon  qatının  azalması  qlobal  ekoloji  təhlükəsizliyə  ciddi  təhlükə  kimi 
qəbul  olunmuşdur.Ozon  qatının  qatılığının  azalması  atmosferin  Yerdəki  canlıları 
kəskin  ultrabənövşəyi  (UB)  şüalanmadan  müdafiə  qabiliyyətini  zəiflədir.UB-şüa-
lanma canlı orqanizmlərin “ən zəif yeri”-dir.Bu şüaların hətta bir fotonunun ener-
jisi  əksər  üzvi  molekullarda  kimyəvi  rabitəni  dağıtmağa  kifayətdir.Təsadüfi  deyil 
ki,ozonun  qatılığının  az  olduğu  ərazilərdə  çoxsaylı  günəş  yanıqları  və  insanların 
dəri xərçəngi ilə xəstələnmələri artır. Bir sıra alimlərin fikrincə,ozon qatının aşın-
masının  bu  sürəti  saxlanılarsa  2030-cu  ilə  qədər  təkcə  Rusiyada  əlavə  olaraq 
6mln.insan dəri xərçəngi ilə xəstələnəcəkdir.Dəri xərçəngindən başqa,göz (katarak-
ta və s.) və immun sisteminin dağılması xəstəlikləri də artacaqdır. 
    Müəyyən olunmuşdur ki,güclü UB-şüalanmanın təsiri altında bitkilər fotosintez 
qabiliyyətini tədricən itirir,planktonun həyat fəaliyyətinin pozulması su ekosistem-
lərinin biotunun qida zəncirinin qırılmasına gətirib çıxarır.                                                                            
   Hələ  ki,elm  ozon  qatının  dağılmasına  səbəb  olan  prosesləri  tam  izah  edə 
bilməmişdir.Fərz  olunur  ki,ozon  qatının  dağılmasının  mənşəyi  həm  təbii,həm  də 
antropogen ola bilər.Belə hesab edirlər ki,ozon qatının dağılması əsasən atmosfer-
də  xlor-ftor  birləşmələrinin  (freonların)  qatılığının  artması  ilə  bağlıdır.Freonlar 
həm sənaye istehsalatında,həm də məişətdə (soyuducu aqreqatlar,həlledicilər,aero-
zollar  və  s.)  geniş  istifadə  olunur.Atmosferə  qalxan  freonlar  ozon  molekullarına 
məhvedici təsir göstərərək xlor oksidlərinin ayrilması ilə parçalanır.”Qrinpis” bey-
nəlxalq ekoloji təşkilatının məlumatına görə freonların əsas istehlakçıları ABŞ 
(30,85%), Yaponiya (12,42%),Böyük Britaniya (8,62%) və Rusiyadır (8,0%). 

125 
 
ABŞ-ı ozon qatında 7mln.km
2
  dəlik  yaratmışdır.Yaponiyanın yaratdığı ozon dəli-
yinin sahəsi 3mln.km
2
-dır ki,bu da Yaponiyanın özünün sahəsindən 7 dəfə böyük-
dür.Son zamanlar ABŞ-da və bir sıra Qərb ölkələrində freonsuz soyuducu aqreqat-
ların istehsalına başlanmışdır. 
    Monreal konfransının  (1990)  Londonda  (1991)  və  Kopenhagen  (1992)  yenidən 
baxılmış protokoluna  əsasən XX əsrin sonuna qədər atmosferə freonların ixracını 
50%  azaltmaq  nəzərdə  tutulmuşdu.Lakin,bu  protokolda  nəzərdə  tutulanlar  bütün 
ölkələr  tərəfindən  yerinə  yetirilsə  belə,insanları  UB-şüalanmadan  mühafizə  prob-
leminin  həll  olunması  zəruridir.Çünki,freonlar  atmosferdə100ildən  artıq  saxlanıla 
bilir.  
    Bir çox alimlər isə “ozon dəlikləri”-nin təbii mənşəli ilduğunu israr edir.Onların 
bir qismi bunu ozonosferin təbii dəyişkənliyi və Günəşin dövri aktivliyi ilə,digər-
ləri isə bu prosesləri Yerin riftogenezi və deqazasiyası ilə əlaqələndirir. 
 
                                              Turş yağışlar 
 “Turş yağışlar” terminini  ilk dəfə 1872-ci ildə ingilis mühəndisi Robert  Smit 
özünün “Hava və yağış:kimyəvi klimotologiyanın başlanğıcı” adlı kitabında 
işlətmişdir.Tərkibində kükürd və azot turşularının məhlulu olan yağıntılar təbiətə 
əhəmiyyətli dərəcədə zərər verir.Torpaq,bitki və heyvanat aləmi onun qurbanlarına 
çevrilir.  
İstənilən yeraltı yanacaq növlərini (kömür,neft və s)yandırılarkən ayrılan qazların 
tərkibində kükürd iki-oksid və azot oksidiləri olur.Yanacağın tərkibindən asılı 
olaraq onların miqdarı az və ya çox ola bilər.Yüksək kükürdlü daş kömürlər və 
mazutun yanmasından alınan qazların tərkibində kükürd oksidi daha çox 
olur.Atmosferə ixrac olunan milyon tonlarla kükürd 2-oksidi yerə düşən yağıntıları 
zəif kükürd turşularına çevirir. 
    Azot oksidləri isə yüksək temperaturlarda ( əsasən  daxiliyanma mühərriklərində 
və qazanxana qurğularında ) azotun havanın oksigeni ilə birləşməsi zamanı 
yaranır.Təəssüf ki,enerjinin alınması əksər hallarda ətraf mühitin turşuluğunun 
artması ilə müşayət olunur.Vəziyyəti çətinləşdirən məsələlərdən biri də odur 
ki,istilik elektrik stansiyalarının tüstü borularının hündürlüyü 250-300m-ə,hətta 
400m-ə çatır.Bu isə öz növbəsində atmosferə ixrac olunan tullantıların böyük 
ərazilərə yayılmasına səbəb olur. 
    Su məhlulunun turşuluğu onun tərkibindəki hidrogen ionları (H
+
) ilə 
müəyyənləşdirilir və bir litr məhlulda bu ionların qatılığı ilə C(H
+
) (mol/l və ya q/l) 
səciyyələndirilir. Su məhlulunun qələviliyi onun tərkibindəki hidrooksid ionları 
(OH
-
) ilə müəyyənləşdirilir və bir litr məhlulda bu ionların qatılığı ilə C(H
-
)  
səciyyələndirilir.Turşuluq və qələvilik qarşılıqlı əlaqəlidir:turşuluğun artması 
qələviliyin azalmasına gətirib çixrır və əksinə.Əgər,məhlulun tərkibində hidrogen 

126 
 
və hidrooksid ionlarının qatılığı eyni və bərabərdirsə bu zaman məhlul neytral 
olur.Belə vəziyyət kimyəvi təmiz suya xasdır. 
 
Mövzu  : 
Ətraf mühitin çirklənməsi və onım təsnifatı 
 
                             Ətraf mühitin çirklənməsi anlayışı 
 
Sözün  dar  mənasında,  çirklənmə  dedikdə,  hər-hansı  bir  mühitə  ona  xas 
olmayan  fıziki,  kimyəvı  və  bioloji  agentlərin  daxil  edilməsinə  və  yaxud  mühitdə 
bu agentlərin orta uzunillik səviyyədən yüksək olması başa düşülür.
 
Çirklənmənin  birbaşa  tətbiq  obyekti  ekotopun  əsas  komponentləridir: 
atmosfer, torpaq və su.
 
Çirklənmənin  dolayısilə  obyekti  (qurbanlari)  isə  biocenozun  tərkib 
hissələridir -bitkilər, heyvanlar və mikroorqanizmlər.
 
İstənilən fıziki agent, kimyəvi element və bioloji növ çirkləndirici ola bilər.
 
Hər-hansı  ekoloji  sistemə  ona  xas  olmayan  canlı  və  ya  cansız 
komponentlərin  daxil 
edilməsinə, 
yaxud, 
maddələr 
dövranını,  onların 
asimilyasiyasını, enerji axımını pozmaqla həmin ekoloji sistemin dağilmasına və 
ya  məhsuldarlığının  azalmasına  səbəb  olan  struktur  dəyişmələrinə  çirklənmə 
deyilir.
 
                       Ətraf mühitin çirklənməsinin təsnifatı 
    
Ətraf mühitin çirklənməsini iki qrupa bölmək olar:
 
1.
 
Hər-hansı təbii proseslər (fəlakətlər) nəticəsində (vulkan püskürməsi,zəlzələ, 
sellər və s.) baş verən təbii çirklənmə. 
2.
 
İnsan fəaliyyəti nəticəsində meydana gələn antropoqen çirklənmələr. 
Təbii  çirklənmə,  qeyd  olunduğu  kimi,  müəyyən  təbiət  təzahürləri  nəticəsində 
baş  verir  və  canlılarm  həyat  fəaliyyətinə.  mənfı  təsir  göstərə  bilir.  Lakin,  bu 
təsirlər müvəqqəti xarakter daşıyır və onların fəaliyyəti dayandıqdan sonra canlılar 
bu təsiri hiss etmir. Bundan başqa, təbii çirklənmə planetimizin kimyasında böyük 
əhımiyyət  kəsb  edir  (yağıntıların  yağmasında,  yerdə  tempe  raturun 
sabitləşməsində və s.).
 
Ətraf mühitin antropoqen çirklənmələrini aşağıdakı kimi təsnifata bölmək olar:
 
1.
 
inqredient (kimyəvi) çirklənmə 
2.
 
parametrik (fıziki) çirklənmə 
3.
 
bioloji çirklənmə 
4.
 
stasial-destruksiya (stasiya-yer, destruksiya-dağılma) çirklənməsi. 

127 
 
Kimyəvi  çirklənmə  dedikdə,  təbii  biogeocenozlara  xas  olmayan  kimyəvi 
element  və  birləşmələrin  təbii  mühitə  daxil  olması,  mühitin  kimyəvi  tərkibinin 
dəyişməsi və s. nəzərdə tutulur.
 
Kimyəvi  çirkləndiricilər  canlılarda  gərgin  zəhərlənmələrə,  xroniki 
xəstəliklərə  səbəb  ola  bilər,  eyni  zamanda  kansorogen,  mutagen  və  teratogen  təsir 
göstərə  bilər.  Məsələn,  ağır  metallar.  Məlumdur  ki,  cüzi  miqdarda  bəzi  ağır 
metallar  həyat  fəaliyyəti  üçün  olduqca  vacibdir.  Bunlardan  -  mis,  sink,  dəmir, 
kobalt,  molibden  və  s.  Lakin,  onların  niqdarının  normadan  artıq  olması  zəhərli 
təsir  göstərir  və  sağlamlıq  uçün  təhlükə  yaradır.  Bundan  başqa,  daha  20  metal 
mövcuddur ki, onlar orqanizmin fəaliyyəti üçün tələb olunmur. Belə metallardar ən 
təhlükəliləri - civə, qurğuşun, kadmium və arsendir.
 
Fiziki çirklənmə dedikdə, mühitin fıziki parametrlərinin (səs-küy, radiasiya 
fonu,  təbii  işıqlanma,  temperatur  rejimi,  elektromaqnit  fonu  və  s.)  dəyişməsi  ilə 
bağlı olan çirklənmələr nəzərdə tutulur.
 
Mühitin  təbii  səs  fonunun  dəyişməsi,  yəni  mühitə  əlavə  səs  mənbələrinin 
daxil  edilməsi,  səs  -  küy  çirklənməsinə  səbəb  olur.  Səs  -  küy  çirklənməsi  insan 
orqanizminə mənfı təsir göstərir. Belə ki, yorğunluğun, əqli aktivliyin zəifləməsi, 
əmək  məsuldarlığının  azalması,  ürək  -  damar  və  sinir  xəstəliklərinin  inkişafı  və  s. 
fəsadlar baş verir. Böyük şəhərlərdəki səs - küy insan ömrünü 8 - 12 il qısaldır. Səs 
- küy insan üçün fıziki narkotik rolunu oynayir.
 
Mühitin  təbii  radiasiya  fonunun  dəyişməsi  radioaktiv  çirklənmə  adlanır. 
Buna  səbəb  adətən  radioaktiv  elementlərin  mədənlərcən  çıxarılması,  AES  -  rı, 
atom  silahlarının  tətbiqi  və  s.  olur.  Bu  çirklənmə  insan  orqanizmindəki 
hüceyrələrin  zədələnməsinə,  sümük  xərçənginə,  xroniki  kəskin  şua  xəstəliklərinə 
səbəb olur.
 
Elektromaqnit  çirklənməsi  mühitin  elektromaqnit  xassələrinin  dəyişməsi 
nəticəsində  baş  verir.  Bunun  isə  əsas  mənbələri  şüni  elektromaqnit  sahələri  və 
elektrik enerjisi ötürücü xətləri və s.-dir. Bu çirklərmə insanm görmə orqanlarının 
xəstəliklərinə, 
qan 
xərçənginə, 
ürək–damar 
çatışmamazlığına  və  s.         
xəstəliklərə
 
sürətləndirici  rolunu  oynayır.  Lakin,  bu  günə  qədər  elektromaqnit 
çirklənməsinin insan orqanizminə mənfı təsirləri tam tədqiq olunmamışdır.
 
Temperatur  (termal)  çirkiənməsi  mühitin  temperaturunun  artmağı  və  ya 
aşağı  düşməsi  nəticəsində  baş  verir  ki,  buna  da  əsas  səbəb  atmosferə  isti  və  ya 
soyuq tullantıların, su obyektlərinə çirkab suların axıdılmasıdır. 
İşıqlanma çirklənməsi dedikdə bitki və heyvanların həyatında anomaliyalara 
səbəb  olan  süni  işıq  mənbələri  tərəfındən  təbii  işıqlanmanm  pozulması  başa 
düşülür. 
İnsanların  təsərrüfat  fəaliyyəti  zamanı  təbii  mühitdə  və  ya  antropogen 
substratda  kütləvı  artım  nəticəsində  hər  -  hansı  bir  bioloji  növün  qeyri  -  adi 

128 
 
miqdarda  çoxalması  bioloji  çirklənmə  adlanır.  Patogen  mikroorqanizmlər 
tərəfındən törədilən  bioloji  çirklənmələr daha təhlükəlidir.  Məsələn,  taun, vəba 
kimi epidemiyalar bakteriyalar, qrip və QİÇS viruslar tərəfındən törədilir. 
Təbiətdən istifadə prosesində landşaftın və ekosistemin pozulması ilə bağlı 
olan çirklənmələr stasial - destruksiya çirklənməsi adlanır. Məsələn urbsnizasiya, 
meşələrin qırılması və s. 
                     Ətraf mühiti çirkləndirən əsas mənbələr 
   Ətraf  mühiti  çirkləndirən  əsas  antropogen  mənbəiər  bunlardır:  sənaye 
müəssisələri (kimya, metallurgiya, sellüloz  - kağız, tikinti materialları), yanacaq  -
energetika kompleksi, məişət tullantıları, heyvandarlıq tullantıları, nəqliyyat, kənd 
təsərrüfatı    istehsalatı,    insan  tərəfındən    istehsal    olunan    kimyəvi    maddələr  və 
digər texnologiyalar. 
 
 Ətraf mühitin çirklənməsindən baş verən itkilər 
 
İnsanların  sağlamlığına  vurduğu  ziyandan  başqa  biosferin  çirklənməsi 
iqtisadiyyata da böyük zərbə vurur. Bu əsasən tikinti materiallarının tez dağılması, 
metalların,  rezinin, boyanın  və  s. daha tez  korroziyaya  uğraması  və  aşınması,  k/t 
bitki  və  heyvanların  məhvi  ilə  bağlıdır.  Bu  itkiləri  dəqiq  hesablamaq  olduqca 
çətindir.  Belə  hesab  olunur  ki,  ətraf  mühitin  keyfiyyətini  saxlamaq  üçün  inkişaf 
etmiş ölkələr öz milli gəlirlərinin  1 – 2,5%-ə qədərini sərf etməlidirlər. 
   Ətraf mühiti qorumaq üçün vəsaitlər 3 qrupa bölünür: 
        
1)
 
tullantıların sosial nəticələrini kompensasiya etmək üçün çəkilən xərclər; 
2)
 
atmosferə  buraxılan  qazlarda  və  çirkab  suları  ilə  xammal  və  məhsul 
itkilərini kompensasiya etmək üçün çəkilən xərclər. 
3)ətraf mühitə tullantıların daxil edilməsinin azaldılmasına çəkilən xərclər; 
                          Ətraf mühitin keyfiyyəti və onun rolu 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin