İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix14.04.2017
ölçüsü5,01 Kb.
#14108
1   ...   8   9   10   11   12   13   14   15   16

                                                   Milli Parklar 
Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim 
mədəniyyətə,  Avropada  ən  zəngin  bioloji  müxtəlifliyə  malik  olan  ölkələrdən  biri 
olaraq fövqaladə əhəmiyyətli təbii irsə malikdir.  
Bioloji  müxtəlifliyin  qorunub  saxlanılmasında  xüsusi  mühafizə  olunan  ərazilərin 
rolu  əvəzedilməzdir.  Məhz,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  fəaliyyəti 
nəticəsində  nadir  və  nəsli  kəsilməkdə  olan  flora  və  fauna  növlərinin  qorunub 
saxlanılmasına imkan yaranmışdır.  
Hazırda  respublikamızın  ərazisində  6  Milli  Park,  13  Dövlət  Təbiət  Qoruğu,  21 
Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.  
Milli  Parklar  -  xüsusi  ekoloji,  tarixi,  estetik  və  digər  əhəmiyyət  daşıyan  təbiət 
komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər 
məqsədlər  üçün  istifadə  olunan  təbiəti  mühafizə  və  elmi  tədqiqat  idarələri 
statusuna malik olan ərazilərdir.  
Akademik  Həsən  Əliyev  adına  Ordubad  Milli  Parkı  -  2003-cü  ilin  16  iyun 
tarixində  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  Naxçıvan  Muxtar 
Respublikasının  Ordubad  rayonunun  inzibati  ərazisinin  12131  hektarında 
yaradılmışdır. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji 
müxtəlifliyə malikdir. Burada Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58(35 
onurğalı  və  23  həşərat)  heyvan  və  39  bitki  növü  vardır.  Milli  Parkın  ərazisində 
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini,  
dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, 
berkutu,  bəzgəyi  göstərmək  olar.  Şirvan  Milli  Parkı  -  Azərbaycan  Respublikası 
Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala 
rayonlarının  inzibati  ərazisinin  54374  hektarında  yaradılmışdır.  Yarımsəhra 
landşafta  malikdir.  Ərazinin  4000  hektarını  su  hövzəsi  təşkil  edir.  Qoruğun 
ornitoloji  faunası  çox  zəngindir.  Su-bataqlıq  ərazilərdə  nadir  və  qiymətli  köçəri 
quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən 
seyran faunanın əsasını təşkil edir.  
Ağ-göl  Milli  Parkı  -  2003-cü  ilin  05  iyul  tarixində  Azərbaycan  Respublikası 
Prezidentinin  Sərəncamı  ilə  Ağcabədi  və  Beyləqan  rayonlarının  inzibati 
ərazilərində  Ağ-göl  dövlət  təbiət  qoruğu  və  Ağ-göl  dövlət  təbiət  yasaqlığının 

90 
 
bazasında  17924  hektar  ərazidə  yaradılmışdır.  Ağ-göl  Kür-Araz  ovalığının  Mil 
düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların 
ən  vacib  qışlama  və  yuvalama  yeri  olduğu  üçün  "ornitoloji  sahə"  də  adlandırıla 
bilər.  Buranın  ornitoloji  faunası  çox  zəngindir.  140-dan  çox  quş  növlərinə  rast 
gəlmək  olar,  onlardan  89  növü  bilavasitə  yuva  salan  quşlardır.  (Sultan  toyuğu, 
ərsindimdik,  qu  quşları,  fitçi  və  mərmər  cürələr,  bəzgək  və  s.)  Ağ-gölün  əsas 
mühafizə  obyektləri  köçəri,  su  ətrafı  və  su  quşlarının  kütləvi  yuva  salma  və 
qışlama  yerləri  olan  su-bataqlıq  ekoloji  sistemləridir.  Ağ-göl  YUNESKO-nun 
"Əsasən  su  quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq  əhəmiyyətli  olan  Sulu-
bataqlıq yerləri haqqında" Konvensiyasının Siyahısına daxil edilmişdir.  
Hirkan  Milli  Parkı  -  2004-cü  ilin  fevral  ayında  Azərbaycan  Respublikası 
Prezidentinin  Sərəncamı  ilə  Lənkəran  və  Astara  rayonlarının  inzibati  ərazisində 
21435 hektar sahədə yaradılmışdır. Burada üçüncü dövrün qədim relikt və endemik 
bitki  növləri  qorunur.  Azərbaycanda  yayılan  435  ağac  və  kol  növünün  150-si 
Hirkan  meşələrindədir.  Meşələrdə  Azərbaycanın  "Qırmızı  kitabı"na  düşmüş 
Hirkan  şümşadı,  dəmirağacı,  şabalıdyarpaq  palıd,  Hirkan  ənciri,  Hirkan  armudu, 
Xəzər  lələyi,  İpək  akasiya,  Qafqaz  xurması,  Hirkan  bigəvəri,  qızılağac  və  s., 
heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan  arıquşu, qara  leylək, berkut və 
sairə vardır.  
Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi 
üçün  elmi  cəhətdən  əsaslandırılmış  sənədlər  tərtib  olunaraq,  YUNESKO-nun 
Katibliyinə təqdim edilmişdir.  
Altıağac  Milli  Parkı  -  2004-cü  ilin  31  avqust  tarixində  Azərbaycan  Respublikası 
Prezidentinin Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 
hektarında  yaradılmışdır.  Milli  Parkın  ərazisinin  90,5%-ni  enliyarpaq  meşələr 
təşkil  edir.  Əsas  ağac  növləri  palıd,  Qafqaz  vələsi,  Şərq  fıstığı,  adi  göyüş, 
ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, 
dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.  
Abşeron  Milli  Parkı    Azərbaycan  Respublikası  Prezidentinin 2005-ci  il 08  fevral 
tarixli  622  nömrəli  Sərəncamı  ilə  Abşeron  Dövlət  Təbiət  Yasaqlığının  bazasında 
Bakı  şəhərinin  Əzizbəyov  rayonunun  inzibati  ərazisinin  783  hektarlıq  sahəsində 
Abşeron Milli Parkı yaradılmışdır.  
Abşeron  Dövlət  Təbiət  Yasaqlığı  1969-cu  ilin  iyul  ayında  ərazidə  məskunlaşmış 
ceyranın,  Xəzər  suitisinin  və  su  quşların  qorunub  saxlanılması  məqsədilə 
yaradılmiışdır.  Ərazidə  yarımsəhra  və  quru  bozqırların  mülayim-isti  iqlim  tipi 
hakimdir.  Burada  bitki  örtüyünün  növ  tərkibi  və  fitokütləsi  xeyli  azdır,  bitkilər 
ərazinin su və duzluluq  rejiminə  uyğun  olaraq dəyişir.  Dəniz  sahili  qum  bitkiləri 
(42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) 
və  s.  yayılmışdır.  Efemerlər  də  erkən  yazda  nisbətən  yaxşı  inkişaf  edir.  Buranın 

91 
 
quru  ərazisində  heyvanlardan  ceyran,  çaqqal,  tülkü,  porsuq,  dovşan,  Xəzərin 
sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, 
boz  və  qırmızıbaş  qara,  ağgöz  qara  ördəklər,  böyük  ağ  vağ,  qumluq  cüllütü, 
qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.  
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və 
obyektlərinin,  xüsusən  pərayaqlı  heyvanların  yeganə  nümayəndəsi  olan  Xəzər 
suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının 
qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının 
yaradılması  eyni  zamanda  təbii  ehtiyatlardan  səmərəli  istifadə  edilməsi,  ətraf 
mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində 
aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  inkişaf  etdirilməsi,  ekoloji 
şəbəkənin  yaradılması  istiqamətində  həyata  keçirdiyi  məqsədyönlü  tədbirlər 
nəticəsində  hazırda  ölkəmizdə  6  Milli  Park,  13  dövlət  təbiət  qoruğu  və  19  dövlət 
təbiət yasaqlığı fəaliyyət göstərir. 
 
                                           Bitki örtüyü  
Azərbaycan  Respublikasının  ərazisi  zəngin  floraya  malikdir.  Nisbətən  böyük 
olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı 
respublikamızda  yayılmışdır.  Azərbaycanda  bitən  təxminən  4500  növ  ali,  sporlu 
çiçəkli  bitkilər  125  dəstə  920  cinsdə  birləşir.  Növlərin  ümumi  sayına  görə 
Azərbaycanın  florası  Qafqazın  başqa  respublikalarına  nisbətən  xeyli  zəngindir. 
Respublikada  rast  gələn  bitki  növləri  Qafqazda  bitən  bitki  növlərinin  ümumi 
miqdarının  66%-ini  təşkil  edir.  Qafqaz  və  başqa  regionlarda  geniş  yayılmış  bitki 
növləri  ilə  yanaşı  Azərbaycanın  florasında  kifayət  sayda  yalnız  Azərbaycan  və 
onun  nisbətən  kiçik  rayonları  üçün  xarakterik  olan  240-a  yaxın  endemik  bitki 
növləri də vardır.  
Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir 
torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, 
respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra 
bitki  tipləri  və  su  bataqlıq  bitkiləri  inkişaf  etmişdir.  Səhra  tipli  bitki 
qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan 
və  Şirvan  düzlərində  rast  gəlinir.  Torpağın  duzluluğundan  asılı  olaraq  burada 
qarasoran,  şahsevdi,  ətli,  şoran,  qışotu  bitkiləri  yayılmışdır.  Yarımsəhra  bitki 
örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, 
Qobustan  və  Arazboyu  düzənliklərdə  geniş  sahə  tutur.  Kür-Araz,  Qobustan  və 
Ceyrançöldə  zonal  formasiya  olaraq  yovşan  yarımsəhrası  sahə  etibarilə  üstünlük 
təşkil  edir.  Başqa  formasiyalardan  qarağan  (Kür-Araz)  və  dəngiz  (Qobustan, 
Naxçıvan)  formasiyaları  daha  səciyyəvidir  Yarımsəhralarda  çox  sayılan  digər 
bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, 

92 
 
taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu 
sahələr  üçün  unikal  olan  tuqay  meşələridir.  Əsasən,  Kür,  Araz  və  Qabırrı  çayları 
vadilərində  yayılan  meşələrin  əsas  ağacları  palıd,  ağcaqayın,  göyrüş,  söyüd  və  s. 
ibarətdir.  
Böyük  Qafqaz  və  Kiçik  Qafqaz  dağətəyi  düzənliklərində  200  m-dən  600-700  m, 
bəzən  1200  metrədək  olan  hündürlükdə  əsasən  bir  və  çoxillik  kserofit  bitkilər  və 
kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan 
sahələr meşələrdən ibarətdir.  
Azərbaycan  Respublikası  ərazisinin  ümumi  sahəsi  86,6  milyon  hektardır. 
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə 
örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər 
adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında 
götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  
Azərbaycanda  meşələr  sahəcə  az  olsalar  da  növ  zənginliyi  ilə  məşhurdur.  Burada 
435  növ  ağac  və  kol  bitir,  onlardan  da  70-i  endemik  növlərə  aiddir.  Bütün 
respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və 
Kiçik  Qafqazın,  Talış  dağlarının  alçaq  və  orta  dağlıq  hissələrində  geniş 
yayılmışdır.  Xüsusilə  onlar  600-1600  m  mütləq  yüksəkliklərdə  çox  yerdə  vahid 
qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.  
Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün 
meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, 
qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı 
meşələr  respublika  meşələrinin  1,7  faizini  təşkil  edir.  Azərbaycanda  təbii  halda 
inkişaf  edən  107  ağac  növündən  7-si  iynəyarpaqlı  ağaclardır.  Onlara  Avropa 
qaracökəsi,  Eldar  şamı,  qarmaqvari  şam,  çoxmeyvəli,  ağır  iyli  qırmızı  və 
uzungövdəli ardıc ağacları daxildir.  
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə 
üçüncü  dövrün  relikt  bitkisi  kimi  meşələrin  nadir  incisidir.  Bu  ağac  Böyük 
Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində 
yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə 
etməyib.  Eldar  şamının  vətəni  Azərbayjandır,  yayılma  arealı  isə  Jeyrançöl  ön 
dağlığının  Eldar  oyuğu  sahəsidir.  Talış  dağlarında  bitən  üçüncü  dövrün  relikt  və 
nadir  ağaclarından  dəmirağac,  Lənkəran  akasiyası,  şabalıdyarpaq  palıd,  azat, 
Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin 
nadir inciləridir.  
 
                                         Heyvanlar aləmi  
Azərbaycan  özünəməxsus  fauna  kompleksi  olan  bir  neçə  zoocoğrafi  əyalətlərin 
qovşağında  yerləşir.  Qonşu  ərazilərdən  -  İrandan,  Orta  Asiyadan,  Aralıq  dənizi 

93 
 
ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın 
faunasını zənginləşdirmişdir.  
Azərbaycan  Respublikası  ərazisində  təbii  şəraitin  müxtəlifliyi  ilə  əlaqədar  onun 
heyvanlar aləmi də çox rəngarəngdir.  
Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ 
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.  
Düzənlik  sahələrin  faunası  külli  miqdarda  məməlilər,  sürünənlər,  suda-quruda 
yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.  
Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq 
pişiyinə,  dovşana  və  s.,  sürünənlərdən  -  bataqlıq,  Xəzər  və  Aralıq  dənizi 
tısbağalarına,  zolaqlı  kəltənkələyə,  adi  və  su  koramalına,  gürzəyə  və  s.,  suda-
quruda yaşayanlardan  - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, 
turaca, qartala, müxtəlif  növ  ördək və qazlara, harayçı  və  fısıldayan  qu quşlarına, 
qaşqaldağa,  sultan  toyuğuna,  vağlara,  qarabatdaqlara,  qıvrımlələk  qutana  və  s. 
həşaratların bir çox növlərinə rast gəlinir.  
Orta  və  yüksək  dağlıq  hissədə  düzənlikdə  rast  gəlinən  heyvanlardan  başqa  bu 
ərazilər  üçün  xarakterik  sayılan  Şərqi  Qafqaz  təkəsi,  Qafqaz  maralı,  Qafqaz 
köpgəri,  Avropa  cüyürü,  Qafqaz  qonur  ayısı,  quşlardan  toğlugötürən,  berkut, 
Qafqaz  şahini,  Qafqaz  tetrası,  Qafqaz  uları  və  s.  fauna  nümunələri 
məskunlaşmışdır.  
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 
növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat 
daxil edilib.  
            Respublkanın heyvanlar aləmi haqqında ümumi məlumat 
 
Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun 
müddət  ərzində  yaranmış  və  formalaşmış  toplusudur.  Azərbaycanın  heyvanlar 
aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək 
olar.  Memarlıq  abidələri,  qədim  qaya  və  daşlar  üzərindəki  müxtəlif  heyvan 
təsvirləri  dövrümüzə  qədər  gəlib  çatmışdır.  XVII  əsrdən  etibarən  təbiətşünas 
səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk 
bilgi əldə edilir.  
Fauna  anlayışından  fərqli  olaraq  heyvanlar  aləmi  dedikdə  onların  növ  tərkibi  ilə 
yanaşı  fərdlərin  sayı  da  nəzərə  alınır.  Azərbaycan  Respublikası  ərazisində  təbii 
şəraitin  müxtəlifliyi  ilə  əlaqədar  onun  heyvanlar  aləmi  də  çox  rəngarəngdir. 
Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ 
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.  
Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar 
yalnız  çox  məhdud  (göl,  dağın  bir  hissəsi),  digərləri  isə  respublikanın  bütün 

94 
 
ərazisində  yayılmışdır.  Məs.,  sərçəkimilər  dəstəsinə  daxil  olan  quşlara 
respublikanın bütün ərazisində rast gəlmək olar.  
Azərbaycan  Respublikasının  "Qırmızı  kitab"ına  108  növ  heyvanın  adı  daxil 
edilmişdir.  Onlardan  14  növü  məməli,  36  növü  quş,  13  növü  sürünən  və  suda-
quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.  
Azərbaycan  Respublikasında  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora 
növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.  
Berkut  məhdud  sahədə,  əsasən,  yüksək  dağlarda  yaşayan  quşlardandır.  Qafqaz 
tetrası  Kiçik  və  Böyük  Qafqazın  subalp  zonasında,  yaşılbaş  ördək  Xəzərin 
sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz 
muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və 
Korçayda  rast  gəlir.  Dağıstan  turu  Böyük  Qafqazın  cənub  ətəyində,  Balakən, 
Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.  
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu 
Kür  çayında,  Kürün  ətrafındakı  göl  və  axmazlarda,  həmçinin  Mingəçevir  su 
anbarıda  tutulur.  Ovlanan  balıqların  əksəri  keçici  və  yarımkeçicidir  (dənizdə 
böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, 
nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. 
Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.  
Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti 
olan  çapaq,  çəki,  sıf,  naxa,  külmə,  ziyad  (kütüm)  və  s.  yarımkeçici  balıqlar  var. 
Xəzərdə  çoxlu  siyənək,  kilkə  və  kefal  ovlanır.  1959-cu  ildən  sonra  Kür  çayında 
müxtəlif  hidrotexniki  qurğular  tikilməsi,  Kür  çayı  axarının  nizama  salınması, 
Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların 
sayı  xeyli  azalmışdır.  Balıq  ehtiyatını  bərpa  etmək  və  artırmaq  məqsədi  ilə 
respublikada  geniş  miqyasda  meliorasiya  və  balıq  yetişdirmək  üçün  3  zavod 
(Kürağzı,  Əlibayramlı  və  Kür  təcrübə  nərəyetişdirmə  zavodları)  istifadəyə 
verilmşdir.  Respublikanın  balıqyetişdirmə  təsərrüfatlarında  və  zavodlarında 
hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, 
çəki  külmə  və  sıf  körpəsi  yetişdirilir.  Bunlardan  əlavə,  1980-ci  ildən  Kiçik 
Qızılağac  təsərrüfatında  fəaliyyət  göstərən  inkubatorda  ildə  50  min  ziyad  balığı 
yetişdirilib  dənizə  buraxılır.  2000-ci  ildə  Xıllıda  yeni,  müasir  20  mln.  nərəkimi 
körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir. 
 
Azərbaycanda  nadir  və  nəsli  kəsilmək  təhlükəsində  olan  bitki  və  heyvan 
növləri 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji 
problemlərinin  həllinə  yönəlmiş  fəaliyyətində  bioloji  müxtəlifliyin  qorunub 

95 
 
saxlanılması,  nadir  bitki  və  heyvan  növlərinin  genofondunun  mühafizəsi  və 
öyrənilməsi xüsusi yer tutur və prioritet verilən istiqamətlərdən hesab olunur. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 24 mart 
tarixli  1368  nömrəli  Sərəncamı  ilə  "Azərbaycan  Respublikasında  bioloji 
müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət 
Planı"nda  nəzərdə  tutulan  öhdəliklər,  xüsusən  nadir  heyvan  və  bitki  növlərinin 
mühafizəsinin  təşkili,  bioloji  müxtəlifliyin  qorunması  və  xüsusi  mühafizə  olunan 
təbiət  ərazilərinin  inkişaf  etdirilməsi,  prioritet  ekosistemlərin  müəyyən  edilməsi 
istiqamətində zəruri təşkilati işlər aparılır.  
Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu 
quru  landşaftlar  (yarımsəhralar,  dağətəyi  və  dağlıq  çöllər)  əhatə  edir.  Ölkəmizin 
təbii  və  coğrafi  şəraitinin  unikallığı  burada  flora  və  faunanın  növ  müxtəlifliyinin 
rəngarəngliyinə şərait yaratmışdır. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9–na 
Azərbaycanda  təsadüf  edilir.  Bu  amil,  ölkəmizdə  zəngin  biomüxtəlifliyin 
formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikası ərazisində demək 
olar  ki,  bitki  örtüyünün  bütün  tiplərinə  –  qədim  meşə  borealı,  səhra,  kserofit, 
bozqır, Qafqaz və adventiv bitki örtüyünə rast gəlinir. 
Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zəngin 
bitki  aləminin  növ  tərkibinin  64%–ni  təşkil  edir.  Bunlardan  240–ı  endemik  və 
relikt növlərdir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"na 140 nadir və nəsli 
kəsilməkdə olan bitki növü daxil edilmişdir.  
Azərbaycanın  yabanı  dendroflorasında  460–a  yaxın  ağac  və  kol  növünə  təsadüf 
olunur  ki,  bu  da  Respublika  florasındakı  bitki  növlərinin  11%–ni  təşkil  edir. 
Onların 70–i endem növü olub Respublikamızdan kənarda bitmir. 
Azərbaycanda  üçüncü  dövrə  aid  olan  relikt  ağac  və  kol  bitkilərinə  rast  gəlinir. 
Bunlardan Eldar şamı, Dəmirağac, Ipək akasiyası, Xəzər lələyi və s. yayılmışdır. 
Nadir  və  nəsli  kəsilmək  təhlükəsi  altında  olan  bir  çox  ağac  və  kol  növləri 
Azərbaycanın  "Qırmızı  Kitab"na  daxil  edilmişdir.  Bunlara  Ipək  akasiyası,  Xəzər 
lələyi,  Budaqlı  danaya,  Dəmirağac,  Qırmaqvari  şam,  Aptek  dəfnəgilası,  Hirkan 
ənciri,  Qanadmeyvə  yalanqoz,  adi  şabalıd,  Rade  tozağacı,  Sarı  rododendron, 
Qafqaz rododendronu və s. aiddir. 
Hazırda, Milli Elmlər Akademiyasının müvafiq İnstitutları ilə birgə Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  "Qırmızı  Kitab"ın  II  nəşrinə  daxil  olacaq 
növlərin  sayı  müəyyən  olunmuşdur.  Beləliklə,  "Qırmızı  Kitab"ın  II  nəşrinə  450 
bitki  növünün  daxil  edilməsi  nəzərdə  tutulmuşdur.  Bu  məqsədlə,  Azərbaycan 
Respublikasının  "Qırmızı  Kitab"nın  II  nəşrinin  təşkili  istiqamətində  tədbirlər 
davam etdirilərək, Redaksiya Heyəti yaradılmış və nəşrlə əlaqədar Tədbirlər Planı 
hazırlanmışdır. 

96 
 
Azərbaycan  Respublikasının  "Qırmızı  Kitab"na  daxil  edilmiş  bitki  növlərindən 
təbii  formada  yalnız  Respublikamızda  təsadüf  edilən  Eldar  şamı  (Pinus  eldarica) 
Elləroyuğunda  özünəməxsus  arid  meşə  landşaftı  yaratmışdır.  Eldar  şamı 
ağaclarının  yaşı  100–120  il,  hündürlüyü  2–6  m,  diametri  10–28  sm,  boniteti  V, 
sıxlığı  0,32–dir.  Meşələr  üçün  qeyri–adi  hesab  edilən  şəraitdə  bitib  inkişaf  edən 
Eldar  şamı  quraq və az  münbit torpaqlı  ərazilərin  yaşıllaşdırılması  üçün  misilsiz, 
əvəzsiz ağac növüdür.  
Dəmirağac  (Parrotia  persica)  çox  nadir  növdür.  Əsasən,  Lənkəran  Astara,  və 
Masallı  rayonlarında  qaya  yarğanlarında,  dəniz  səviyyəsindən  500  metr 
yüksəklikdə yayılmışdır. 
Azərbaycan  Respublikasının  ekoloji  baxımdan  dayanıqlı  sosial–iqtisadi  inkişafa 
dair  Milli  Proqramında  bioloji  müxtəlifliyin  qorunması,  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi  olan  bitki  növlərinin  genofondunun  qorunmasının  təmin  edilməsi  və 
onları  xüsusi  mühafizə  olunan  ərazilərdə,  nəbatət  bağlarında  saxlanılması  üçün 
şəraitin yaradılması istiqamətində işlər aparılır. 
Nadir  heyvan  və  bitki  növlərinin  qeydiyyatının  aparılması  və  ölkə  təbiətində 
onların  dinamikasının  izlənilməsində  "Qırmızı  Kitab"  özünəməxsus  əhəmiyyətli 
rol  oynayır.  Mövcud  "Qırmızı  Kitab"da  Azərbaycan  faunasından  məməlilərin  14 
növü (99 növdən), quşların 36 növü (360 növ və yarımnövdən), balıqların 5 növü 
(123 növ və yarımnövdən), amfibi və reptililərin 13 növü (63 növ və yarımnövdən) 
əksini  tapmışdır.  Hazırda,  Milli  Elmlər  Akademiyasının  müvafiq  institutları  ilə 
birgə  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  "Qırmızı  Kitab"ın  II 
nəşrinə  daxil  olacaq  növlərin  sayı  müəyyən  olunmuşdur,  beləliklə,  "Qırmızı 
Kitab"ın II nəşrinə 170 heyvan növünün daxil edilməsi nəzərdə tutulmuşdur.  
Azərbaycanın və bütün Qafqazın faunasına xas olan endemik növlər çoxdur (onlar 
arasında ixtiofauna 40 %, sürünənlər 13 % və məməlilər 15 %ni təşkil edir). 
Azərbaycan Respublikasının "Qırmızı Kitab"na daxil edilmiş məməlilərdən Bəbir, 
Ceyran,  Safsar,  Zolaqlı  kaftar  və  Vaşaqın  nəsli  kəsilmək  üzrədir  və  bu  növlərin 
qorunması zərurəti yaranmışdır. 
Bunlardan  Bəbir  Azərbaycanda  son  dərəcə  nadir  yarımnövlərdən  biridir.  Bəbirin 
keçmiş  arealı  (XIX  əsrin  sonu,  XX  əsrin  başlanğıcı)  Böyük  və  Kiçik  Qafqazın, 
Alazan çayı vadisinin, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR)  əhatə 
edirdi.  XX  əsrin  50–60–cı  illərinə  yaxın  Azərbaycanda  Bəbirin  arealı  sürətlə 
kiçilməyə  başladı.  Hal–hazırda  Bəbirə  (10–15  fərd)  əsasən  Naxçıvan  MR–də  və 
Talış meşələrində rast gəlmək mümkündür. 
Ceyranın  (Gazella  subqutturoza)  Azərbaycanda  nəsli  kəsilmək  üzrədir.  Bu  növ 
XIX  əsrin  ortalarında  səhralarda, düzənliklərdə geniş  yayılmış  növ hesab  edilirdi. 
Daha  çox  Qarabağ  və  Muğan  düzlərində  təsadüf  edilirdi.  Bizim  əsrin  50–ci 
illərində Ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda, əsas yayıldığı 

97 
 
ərazilər  Şirvan  və  Abşeron  Milli  Parkı,  Bəndovan  və  Korçay  Dövlət  Təbiət 
Yasaqlıqları (8000–dən çox) hesab olunur.   
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin