İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix14.04.2017
ölçüsü5,01 Kb.
#14108
1   ...   8   9   10   11   12   13   14   15   16

 
Təbii  ətraf  mühitin  xassələrinin  insanların  təlabatına  və  texnoloji  tələblərə 
uyğunluq dərəcəsinə mühitin keyfiyyəti deyilir. 
Mühitin keyfiyyəti, yəni ekoloji normalara uyğun olması aşağıdakı təlabatları 
təmin edir: 
-
 
əhalinin ekoloji təhlükəsizliyi; 
-
 
insanların, bitkilərin və heyvanların genefondunun saxlanması; 
-
 
dayanıqlı inkişaf şəraitində təbii ehtiyatların səmərəli istifadəsi və yenidən 
yaradılması. 
 

129 
 
 
 
 
 Atmosfer və onun qaz tərkibi 
 
Atmosfer  Yer  kürəsini  əhatə  edən  qaz  -  hava  örtüyüdür.  O,  bir  sıra  qazla  -rin 
mexaniki qarışığından ibarətdir: azot - 78,08%, oksigen - 20,4%>, arqon -0,93%, 
karbon  qazı  -  0,03%  (həcmcə).  Bu  qazlardan  başqa  atmosferin  tərkibində  cüzi 
miqdarda  helum,  neon,  ksenon,  kripton,  hidrogen,  ozon  və  s.  qazlar  da  var.  Eyni 
zamanda  atmosferdə  daim  müəyyən  miqdarda  su  buxarı  və  tozlar  mövcuddur. 
Atmosferin bu qaz tərkibi təxminən 20 km yüksəkliyə qədər saxlanıhr. Atmosferin 
çəkisi  litosferinkindən  1  mln.  Dəfə,  hidrosferinkindən  isə  250  dəfə  azdır. 
Atmosferin bütün kütləsinin 50%>-ə qədəri onun 5 km-ə qqədər olan yüksəkliyinə 
qədər toplanmışdır. 
                                   Atmosfer havasınm çirkiənməsi 
 
Atmosfer  havasının  çirklənməsi  dedikdə,  onun  tərkib  və  xassələrinin 
insanların və heyvanların sağlamlığna, bitki və ekosistemlərin vəziyyətinə neqetiv 
təsir göstərən istənilən dəyişiklikləri nəzərdə tutulur. 
Atmosfer çirklənmələri təbii və antropogen olmaqla iki qrupa bölünür. 
Atmosferin təbii çirklənməsi əsasən kosmik tozların hesabına baş verir. Kosmik 
tozlar  isə  atmosferdən  keçərkən  yanmış  meteoritlərin  qahqlqrından  əmələ  gəlir. 
Yerə ildə 2...5 mln. tona qədər belə toz düşür. Təbii tozlar yer atmosferinin daimi 
tərkib  hissəsidir.  Bunlar  əsasən  ıo - ıo -   sm  radiuslu,  havadan  asılı  hissəciklərdir. 
Təbii tozlar üzvi  və qeyri-üzvi  mənşəli olur. Onlar  əsasən dağ  süxurları, torpağın 
dağılaraq  külək  vasitəsilə  səpələnməsi,  vulkan  püskürməsi  və  sairə  nəticəsində 
yaranır. Digər mənbə isə susuz səhralardan atmosferə qalxan tozlardır. 
Atmosferin  antropoqen  çirklənmələri  isə  insanların  təsərrüfat  -  istehsalat  və 
istehlak fəaliyyəti nəticəsində baş verir. 
Antropogen çirklənmələr miqyasına görə yerli reqional və qlobal olur. 
Əsas atmosfer çirkləndiriciləri – kükürd 2-oksid (SO
2
), karbon oksid (CO) və 
bərk hissəciklərdir. Onların payına atmosfer çirkləndiricilərinin 98%-i düşür. Əsas 
çirkləndiricilərin illik həcmi 500 mln. tona qədərdir. 
Ən təhlükəli atmosfer çirklənməsi isə radioaktiv çirklənmədir. Məsələn, 
Xirosimaya atılmış atom bombası atmosferə 0,74 kq radionuklid səpmişdirsə, 
Çernobl atom elektrik stansiyasındakı texnogen qəza zamanı bu göstərici  77 kq  
olmuşdur. 

130 
 
 
 
                          Atmosfer çirkləndiricilərinin təsnifatı 
 
Atmosferi  çirkləndirən  bütün  çirkləndiricilər  aqreqat  halına  görə  dörd  qrupa 
bölünür:  bərk  (kanserogen  maddələr,  üzvi  və  mineral  tozlar),  maye  (turşular, 
qələvilər və s.), qazşəkilli (kükürüd 2-oksid, azot oksidləri və s.) və qarışıq. 
Bundan  başqa,  sənaye  tərəfindən  atmosferə  ixrac  olunan  çirkləndiriciləri 
aşağıdakı şəkildə də təsnifata bölmək olar: 
1.  çirkləndiricinin  ixrac  olunmasının  təşkili  və  nəzarətinə  görə  (  təşkil 
olunmuş və təşkil olunmamış ); 
2.  ixrac olunma ( ayrılma ) rejiminə görə ( fasiləsiz və dövri ); 
3.  temperaturuna görə ( isti və soyuq ); 
4.  lokallığına görə ( əsas, köməkçi, yardımçı ); 
5. təmizlənmə əlamətinə görə ( təmizlənmədənixrac olunan və təmizləndikdən 
sonra ixrac olunan ). 
 
 
 Atmosferi çirkləndirən əsas mənbələr 
 
Müasir  dövrdə  atmosferi  çirkləndirən  əsas  mənbələr  istilik-energetikası,  qara 
metallurgiya,  neft  çıxarma,  neft  kimyası,  tikinti  tullantıları  istehsalı  və  s.  Kimi 
sənaye  sahələridir.  Bu  mənbələrin  atmosferə  vurduğu  ziyan  müxtəlif  ölkələrdə 
tamamilə  başqa-başqa  xarakter  daşıyır.  Əksər  inkişaf  etmiş  ölkələrdə  atmosfer 
çirklənmələrinin    50  –  60%-i  avtonəqliyyatın,  16  –  20%-i  energetikanın  payına 
düşür. 
         İES-ri bərk və ya maye yanacağı yandırır və atmosferə natamam yanma ( 
karbon oksidləri və su buxarı ) və tam yanma ( azot, kükürd və karbon oksidləri ) 
məhsulları buraxır. Məsələn,  2,4 Mva  gücü olan  İES  gün ərzində atmosferə 
tonlarla  SO
2
  və  SO
3
  ixrac edir.
 
1 ton polad istehsalı zamanı atmosferə 0,04 ton 
bərk hissəcik və 0,03 ton kükürd oksidi, 0,05 ton karbon oksidi ixrac edilir. 
Atmosferi   çirkləndirən   antropogen   mənbələrin   müxtəlifliyinə   baxmayaraq,   
onları müəyyən əlamətllərinə görə aşağıdakı kimi təsnifatlaşdırmaq olar: 
1.
 
təyinatına görə (texnoloji və ventilyasiya tullantıları); 
2.
 
yerləşməsınə görə ( kölgələnməmış və ya hündür, kölgələnməmış və ya 
aşağı, yerüstü); 
3.
 
həndəsi formasına görə (nögtəvi,xətti); 
4.
 
iş rejiminə görə (fasiləsiz və dövri, yaylım və ani); 
5.
 
yaylıma məsafəsinə görə ( meydançadaxili, meydançadan kənar). 

131 
 
 İxrac etdiyi tullantıların tərkib və zərərlilik dərəcəsinə görə istehsalat və 
avadanlıqların təsnifatı 
    Atmosferə ixrac etdikləri tullantılann tərkibinə və zərərlihk dərəcəsinə görə 
yüngül və qida sənayesi müəssisələri də daxil olmaqla bütün istehsalat  proses və 
avadanlıqlar 4 qrupa bölünür: 
              1-ci qrup - atmosferə gigiyena normalarını açmayan miqdarda zərərli 
maddə       ixrac edən (şərti təmiz tullantılar);
 
 2-ci qrup - atmosferə xoşagəlməz iyli (pis iylənən) tullantılar ixrac 
edən; 
 3-cü qmp - tərkibində əhəmiyyətli dərəcədə zəhərsiz tullantılar olan 
ventilyasiya   hava və ya qazlar ixrac edən;
 
 4-cü qrup - tərkibində konsorogen zəhərləyici və ya zəhər maddələr 
olan tullantı ixrac edən. 
                            Atmosferin ekoloji problemləri 
Ekoloji böhrandan çıxmaq üçün ən vacib məsələlərdən biri, 
atmosferin ekoloji problemlərinin həll edilməsidir: 
-
 
şəhərlərin və sənaye mərkəzlərinin atmosfer havasının çirklənməsinin 
yüksək səviyyəsi; 
-
 
atmosfer çirkləndiricilərinin insan orqanizminə, heyvanlara, bitkilərə və 
ekosistemlərə mənfi təsiri; 
-
 
mümkün iqlim istiləşməsi; 
-
 
ozon qatının dağılma təhlükəsi; 
-
 
turş yığıntıların düşməsi, kükürd 2-oksid və azot oksidlərinin antropogen 
yayılması hesabına təbii mühitdə turşuluğun artması; 
-
 
fotokimyəvi smoq. 
 
Hidrosfer və onun quruluşu 
Hidrosfer  (yun."qidro"-su,  sfera  -  örtük)  biosferin  tərkib  hissəsi  olmaqla 
Yerin  su  örtüyüdür.  Hidrosfer  özündə  okeanları,  dənizləri,  gölləri,  çayları, 
bataqlıqları və yeraltı suları özündə birləşdirdiyi üçün onu iki hissəyə - yeraltı və 
yerüstü - hidrosferə bölürlər. 
Yerdə  suyun  ümumi  miqdarı  1386  mln.km
3
-dur.  Bu  suyun  da  96,53%-i 
okeanlarda cəmlənmişdir. Yerüstü sular bütöv qat olmayıb, kəsilən şəkildə də olsa 
yer səthi sahəsinin 70,8%-ni (quru sahəsindən 2,5 dəfə artıq) tutur. 
Yeraltı sular hidrosferin həcminin l,69%-ni təşkil edir. Suyun qalan hissəsi 
isə (1,8%-ə qədər) çaylar, göllər və buzlaqlarda cəmlənmişdir. 

132 
 
Yer  kürəsinin  həcminin  0,13%-ni  hidrosfer  tutur.  Hidrosferin  çəkisi  Yerin 
çəkisinin 0,023%-nə bərabərdir. 
Su ehtiyyatlarımn yalnız 2,5%o-ni şirin sular təşkil edir. Lakin, bu şirin su 
ehtiyyatlarının da əsas hissəsi buzlaqlarda toplanmışdır. 
Yerin  su  ehtiyatlarımn  cəmi  0,3  -  0,4%-i  heç  bir  xüsusi  tədbir  gürülmədən 
sənaye və təsəiTüfat - məişət təlabatı üçün yararlıdır. 
 Su ehtiyatları və onun paylanması 
Su Yerdə həyatın əsas komponentlərindən biridir. Sudan içmək üçün, kənd 
təsərrüfatında, enerji istehsalmda, gəmiçilikdə, balıqçıhqda və s. istifadə olunur. 
Su ehtiyatlan dedikdə əsasən şirin suyun ehtiyatı nəzərdə tutulur. İnsan üçün 
isə əsas əhəmiyyətə çay suları malikdir. Göl sularından nisbətən az istifadə olunur. 
Buzlaqlardan isə istifadə olunmur. 
Şirin  suların  ehtiyatı  cəmi  2120  km
3
-dur.  Lakin  çay  suları  ildə  23  dəfə 
(suyun dövranı nəticəsində) yeniləşdiyi üçün onun illik dövri həcmi 47000 km -a 
çatır. 
Duzluluğu    0,1%-dən  az  olan  sular  şirin  sular  hesab  olunur.  Yeraltı  şirin 
suların həcmi yerüstü şirin suların həcmindən  100  dəfə çoxdur. 
Şirin  su  ehtiyatları  qitələr  üzrə  belə  paylanmışdır6  Avstraliya  –  25  km
3

Avropa – 80 km
3
, Afrika – 195 km
3
, Şimali Amerika – 250 km
3
, Asiya – 565 km
3

Cənubi Amerika – 1000 km
3

Ən çox şirin su ilə təmin olunmuş ölkə Braziliyadır. Amazonka çayının illik 
axını 6930 km
3
 – dur. Bu isə  MDB  ölkələrinin hamısında birlikdə olan çayların 
cəmindən 1,5 dəfə çoxdur. 
 
                             Suyun dövranı və Yerin su balansı 
 
Suyun dövranı dedikdə, hidrosferi, atmosferi, litosferi və canlı orqanizmləri 
əhatə  etməklə  günəş  enerjisi  və  qravitasiya  qüvvəsinin  təsiri  ilə  suyun  Yerdə 
yerdəyişməsi nəzərdə tutulur. 
Müəyyən zaman kəsiyi ərzində yer səthinə  yağıntılar şəklində düşən suyun 
miqdarı  ilə  qurunun  və  Dünya  okeanının  səthindən  buxarlanmış  suyun  miqdarı 
arasındakı bərabərliyə Yerin su balansı deyilir. 
Suyun  Yerdə  dövranında  əsasən  aşağıdakı  həlqələri  ayırırlar:  atmosfer, 
okean, materik, çaylar, göllər, buzlaqlar və bioloji. 
Atmosferə  buxarlanan  suyun    86%-i  okeanlardan,  14%-i  isə  qurudan 
buxarlanır. 

133 
 
Su  obyektlərində  suyun  yeniləşməsi  dövrü  belədir:  buzlaqlar-10000  il, 
okeanlar-2500 il, yeraltı sular-1400 il, göllər-5 il, çaylar-16 gün. 
 
                                         Su və onun xassələri 
 
Su  hidrogenin  oksigenlə  tam  oksidləşməsi  məhsulu  olub,    11,11% 
hidrogendən və  88,89%  oksigendən ibarətdir. 
Suyun fiziki xassələri anomal olmaqla, yerdəki bütün cisimlərdən fərqlənir: 
- su maksimal sıxlığa ( ρ = 1000 kq/m
3
 )  4
0
S  temperaturda malik olur
-  digər  cisimlərdən  fərqli  olaraq,  su  donarkən  sıxılmır,  əksinə  həcmini   
10%-ə qədər artır; 
-  suyun  xüsusi  istilik  tutumu  bütün  təbii  maddələrdən  (hidrogen  və 
amiyakdan başqa ) yüksəkdir. 
Su təkcə həyatı təmin etmir, su həm də həyatdır. İnsan özü  60 – 65%, onun 
beyni isə 82 – 85%  sudan ibarətdir. 
Su özü – özünü təmizləmə xassəsinə də malikdir. 
 
               Hidrosferin ekoloji problemləri 
 
İnsan  fəaliyyəti  nəticəsində  hidrosferin  müasir  dövrdə  məruz  qaldığı  ekoloji 
problemlər bunlardır: 
-
 
şirin su və dəniz ekosistemlərinin çirklənməsinin dayanmadan artması; 
-
 
çirkab suların həcminin artması; 
-
 
Dünya okeanının şirklənməsi; 
-
 
su ekosistemlərinin bioloji məhsuldarlığının azalması; 
-
 
çirklənmiş  su  mühitlərində  mutagenez  və  kanserogenezin  meydana 
gəlməsi; 
-
 
yeralti şirin su ehtiyatlarının tükənməsi; 
-
 
çaylarin çirklənməsi və daxili sututarların quruması; 
-
 
iri su anbarlarının yaradılmasının ekoloji nəticələri və s. 
 
                  Hidrosferin çirklənməsi 
 
Hidrosferin  çirklənməsi  dedikdə,  onun  biosfer  funksiyalarının  və  ekoloji 
rolunun  onlara  zərərli  maddələr  daxil  olması  nəticəsində  aşağı  düşməsi  nəzərdə 
tutulur. 
Suların çirklənməsi onun fiziki və orqanoleptik (şəffaflıq, rəng, iy, dad və s.) 
xassələrinin dəyişməsi, sulfatlar, xloridlər, nitratlar, zəhərli ağır metalın miqdarının 
artması, həll olunmuş oksigenin azalması və s. ilə özünü biruzə verir. 

134 
 
 Müəyyən  olunmuşdur  ki,  400-dən  artıq  növdə  maddə  suyun  çirklənməsinə 
səbəb  ola  bilər.  Zərərlilik  göstəricilərindən  biri  (sanitar-toksoloji,  ümümsanitar, 
orqanoleptik) normadan artıq olarsa, su çirklənmiş hesab olunur. 
Biosferdə  baş  verən  antropogen  hadisələr,  litosferdə  və  atmosferdə  toplanan 
çirkləndiricilər  axır  məqamda  hidrosferdə  toplanır.  Hidrosferdə  çirkləndiricilər 
litosfer və atmosferə nisbətən daha fəal olurlar. 
 
         Hidrosferi çirkləndirən mənbələr 
 
Hidrosferin  çirklənməsi  artan  sürətlə  davam  etməkdədir.  Su  mənbələrinə 
fasiləsiz  olaraq  asılı  və  həll  olunmuş  (üzvi  və  qeyri-üzvi)  maddələr  daxil  olur. 
Təbii suların bu çirklənmələrinin əsas mənbələri aşağıdakılardır: 
1.Havaya ixrac olunmuş sənaye çirkləndiricilərini gətirən suları; 
2.Müxtəlif  çirkləndiricilərlə  zəngin  (fekalin,  deterjentlər,  mikroorqanizmlər 
və s.) şəhər çirkab suları (məişət çirkab suları); 
3.İstehsalatın  müxtəlif  sahələrində  (qara  metallergiya,  kimya  sənayesi,  neft 
emalı sənayesi və s.) əmələ gələn sənaye çirkab suları. 
 
          Suyun çirklənməsinin əsas növləri 
 
Suya, ona xas olmayan fiziki, kimyəvi və ya bioloji agentlərin daxil edilməsi 
və yaxud həmin komponentlərin miqdarının orta uzunillik səviyyədən artıq olması 
suyun çirklənməsi deməkdir.  
Suyun çirklənməsi əsasən 3 qrupa bölünür: fiziki, kimyəvi və bioloji. 
Suyun fiziki çirklənməsi: Mühitin fiziki xassələrinin dəyişməsi ilə baş verən 
çirklənmələr fiziki çirklənmə adlanır. 
Uzun  müddət  fiziki  çirklənmələri  zərərsiz  hesab  etmişlər.  Ona  görə  də, 
məsələn  bataqlıqları  qurutmuşlar.  Bu  isə  həmin  regionun  iqliminə  mənfi  təsir 
göstərmişdir. Fauna və floranın inkişafında temperatur böyük rola malikdir. İstilik 
çirklənməsinin  əsas  mənbəyi  istilik  və  atom  elektrik  stansiyaları,  soyuducu  və 
qızdırıcı  sistemlər  və  s.-dir.  İstilik  çirklənməsi  mühitin  fiziki  və  kimyəvi 
xassələrini dəyişir, canlıları  80 – 90%  məhv edir. Suların temperaturunun  10
0
S  
qalxması balıqların məhvinə səbəb olur. 
Fiziki çirklənmənin bir növü də elektromaqnit dalğalarının təbii fondan artıq 
olmasıdır. 
Məs: radar sistemləri, teleradio ötürücüləri və s-nin təsiri. 
Mühitdə  radiasiyanın  təbii  radiasiya  fonundan  yüksək  olması  isə  radioaktiv 
çirklənmə  adlanır.  Radioaktiv  çirklənmədə  maddələr  mübadiləsində  iştirak  edən 

135 
 
elementlər  daha  təhlükəlidir  (karbon,  fosfor  və  s.).  Məhz  onların  radioaktiv 
izotopları daha təhlükəlidir.  
Suyun  kimyəvi  çirklənməsi:  Kimyəvi  çirklənmə  suyun  təbii  kimyəvi 
xassələrinin  dəyişməsi  ilə  səciyyələndirilir.  Kimyəvi  çirklənmə  üzvi  (fenollar, 
naften  turşuları,  pestisidlər  və  s.),  qeyri-üzvi  (duzlar,  turşular,  qələvilər),  zəhərli 
(mərgümüş, qurğuşun, kadmium və s.) və zəhərsiz ola bilər. 
Suyun  bioloji  çirklənməsi:  Su  mühitinə  ona  xas  olmayan  bioloji  növlərin 
daxil  olması  və  ya  suda  növün  miqdarının  sıçrayışla  artması  bioloji  çirklənmə 
adlanır.  Bioloji  çirklənmənin  əsas  törədiciləri  mikroorqanizmlər,  infuzorlar, 
omyöblər,  parazitlər,  göbələklər,  viruslar  və  s-dir.  Su  kütləvi  xəstəliklər  törədə 
bilən patogen bakteriyaların inkişafı üçün əlverişli mühitdir. 
                                    Çirkab suların əsas növləri 
Əhali,  sənaye  və  ya  kommunal  müəssisələri  tərəfindən  istifadə  olunmuş  və 
təmizlənməli olan sular çirkab suları adlanır. 
Texnoloji proseslər zamanı əsasən aşağıdakı növ çirkab suları meydana gəlir: 
1.Reaksiya suları – reaksiya proseslərində ayrılan sular. 
2.Xammal və ilkin məhsulda olan sular. 
3.Yuyulma suları – xammalın, məhsulun, avadanlığın və s. Yuyulduğu su. 
4.Su ekstragentləri və absorbentləri. 
5.Soyuducu və ya qızdırıcı sular. 
6.Məişət suları. 
7.Atmosfer yağıntıları. 
                                         Litosfer və onun çirklənməsi 
Litosfer  Yerin  üst  hissəsinin  bərk  örtüyüdür.  Litosferə  yerin  təki  və  iist 
mantiya  daxildir.  Litosferin  qalınlığı  50...200  km  təşkil  edir.  Litosferin  üst  qatı 
(2...3  km-ə  qədər)  litobiosfer  adlanır.  Quru  sahəsi  Yer  kürəsinin  29,2%-ni  təşkil 
edir. Litosferin üst qatı torpaq adlanır. Torpaq yerin hava mühiti ilə təmasda olan 
nazik  səth  qatıdır.  Yerin  bu  qatı  həyatın  yayılmasında  böyük  rol  oynayır.  Torpaq 
sadəcə bərk cisim deyıi, bərk hissəciklərin hava və su ilə əhatə olundımu üçfazlı 
mürəkkəb sistemdir. Torpaq üzvi və 
 
mineral  elementlərin  qarışığından  ibarətdir.  
Torpağın  mineral  tərkibi   50%-silisium 
Oksidi  (SiO2),  1-25%-i  (Al
2
O
3
),  1-10%  dəmir  oksidi  (F
2
O
3
)  və  0,1-5%-i  digər 
elementlərdən  ( MqO, K
2
0, P
2
O
5
 və CaO) ibarətdir. 
Torpağı  səciyyələndirən  parametrlər  əsasən  bunlardır:  sukeçirmə,  nəmlik 
saxlama, sıxlıq, istilikudma, istilik tutumu, istılik keçirmə və s. 
Düzgün  istismar  olunmadıqda  torpaqlar  məhv  olur  ki,  bu  da  erroziya, 
duzlaşma,  dağmədən  işləri  və  ya  çirklənmə  ilə  bağhdır.  Torpağın  çirklənməsinin 
əsas  səbəbi  atmosferin  və  suların  çirklənməsidir.  Torpağa  bərk  və  maye  sənaye 
tullantıları  daxil  olur,  kənd  təsərrüfatı  və  məışət  miıantıiarı  buraxııır.  ıorpağı 

136 
 
çiiıuənaırən  ə^ab  n.auuəıər  metallar və onların  birləşmələri,  radioaktiv  maddələr, 
kübrə və pestisidlərdir. 
 Litosferin ekoloji problemləli. 
ıorpaq  resurslarının  ıstehsaiaiat  prosesiən  lərəıındəıı  çırklənməbnim  əsas 
nəticələrini aşağıdakı ekoloji problemlər şəklində ifadə etmək olar
- toıpağın düzgün istifadə olunmaması nəticəsində yararsız hala düşməsı; 
-
 
anıropogen səhraiarm geııi^iənnıəsı, 
-
 
torpağın külək və su erroziyası; 
-
 
torpağm pestisidlər,nitratlar və diqər zərərii maddəiərlə çhkiəmrıəbi, 
-
 
torpağın münbitliyinin böhran səvviyəsinə qədər azalması; 
-
 
bataqlaşma və duzlaşma; 
-
 
münbit torpaqların tikinti altında qalması; 
-
 
neqativ qeoloji proseslərin (sürüşmə və s.) sürətlənməsi; 
-
 
ekosistemlərin pozulması; 
-
 
külli miqdarda mineral xammalın itkisi; 
-
 
vacib mineralların qıtlığının yaranması və s. 
 
 
 
 
 
 
 
 
 
                                       
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin