Azərbaycan RespublikasınınDövlət qoruqları
Dövlət Təbiət Qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və
obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və
hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi
tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının
torpaqlarından, habelə onun hüdudlarında olan sulardan, bitki və heyvanlar
aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Göy-Göl dövlət təbiət qoruğu - 1925-ci ildə Azərbaycanda yaranan ilk
qoruqlardan biridir. Qoruq statusu bir neçə dəfə ləğv edilmiş və 1965-ci ildə
yenidən yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz
silsiləsinin şimal ətəklərinin subalp qurşaqlarında təbiət komplekslərinin qorunub
saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan qoruğun əsas hissəsi meşə örtüklü
ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir.
Heyvanlardan - nəcib Qafqaz maralı, qonurayı, cüyür, vaşaq, quşlardan
toğlugötürən, qara quzğun, dağ kəkliyi, Xəzər iları və s. göstərmək olar. Su
hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır, onlardan 20-si
endemikdir.
Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin
cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının
qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq YUNESKO-
nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-
bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasın Siyahısına daxil edilmişdir.
Respublikanın "Qırmızı kitabı"na düşən quşların əksər növləri qoruqda və sərhəd
ərazildərdə müşahidə olunur. Burada 248 növ quşlara rast gəlmək olar. Qoruqda
çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər
məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır
Zaqatala dövlət təbiət qoruğu - Qoruq Baş Qafqaz sıra dağlarının cənub
ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu
ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və
hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın
cənub yamaclarının subalp bitkilərinin, alp və nival qurşaqlarının təbiət
komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron, fıstıq,
107
dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun
faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl
donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s.
məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək
biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.
Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin
qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması
məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu
yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5
hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan
palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş,
20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.
Pirqulu dövlət təbiət qoruğu - Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-
meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını
qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın
tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun
florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq,
gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə
2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.
Şirvan dövlət təbiət qoruğu - 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının
bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və
artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir.
Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli
köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli
Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır.
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində
Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar
qalmışdır.
Qarayazı dövlət təbiət qoruğu - Kür sahili tuqay meşələrinin qorunması və
bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan
obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay
ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq,
palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Dırnaqlı heyvanlardan çöl
donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast
gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi
4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.
Bəsitçay dövlət təbiət qoruğu - Nadir Şərq çinarının qorunub saxlanılması
məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan
108
rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini
əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta
yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4
m-ə qədər olan ağaclara da rast gəlmək olar. Bəsitçay dövlət təbiət qoruğu işğal
altındadır və qoruq rejimi məhv edilmişdir.
İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq
hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə
5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96
min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır.
Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də
ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid
şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na daxil
edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13
dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi,
vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.
Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş
dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin
qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar,
yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə,
68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel
balığı buraxılmışdır. Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi
məhv edilmişdir.
İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük
Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək
təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki
vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq
məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını
endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s.
heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun
ərazisi 17381,6 hektara çatdırılmışdır.
Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat
ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını
dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik,
enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.
Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin
2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin
1686 hektarında yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd nadir və
109
endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır.
Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı
kimi fəaliyyət göstərmişdir.
Mövzu 9:Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər
XX əsrin ikinci yarısından başlayaraq bəşəriyyət qarşısında bir sıra ekoloji
problemlər baş qaldırmışdır ki,bunlar da istər Afrikada,Avropada və ya
Amerikada,şəhərdə və ya kənddə yaşamasından asılı olmayaraq hamımıza toxunan
çətinliklərdir.Bu çətinliklərdən qaçmaq isə heç kəsə müəssər deyil.Bu problemləri
həll etmək üçün bütün insanlarln öz intellektual və mənəvi qüvvəsini səfərbər
etməsi vacibdir.Bütün insanlığın gələcəyi məhz bundan asılıdır.
Planetimiz öz tarrixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşdur.Yalnız
kollektiv zəka,şüur və iradə ortaya qoymaqla qəza və təhlükələri dəf edərək
sivilizasiyanın gələcək inkişafına yol açmaq olar.
Şətinliklərdən,bədbəxtliklərdən,fəlakətlərdən
və
mümkün
qəzalardan
danışmaqda məqsədimiz insanlarda dəhşət hissi yaratmaq deyil,tamamilə
əksinə,müasir elmin və insan zəkasının imkanlarını Sizlərə göstərməkdir.
İnsan qarşısına çıxan təhlükədən qaçmaq üçün onun barəsində əvvəlcədən
xəbərdar olmalıdır ki,çıxış yolu axtarsın.Məhz əvvəlcədən;məhz “vaxt amili”
burada həlledici rol oynayır.Nə qədər tez ağıllı fəaliyyət üsulu taparıqsa,bir o
qədər də az insan öz gələcəyi üçün narahatlıq keçirər.İstərsə başa
düşməzlikdən,dərk etmədən,istərsə də digər səbəblərdən yeni yollar axtarışında
ləngimələr bütün insanlar üçün həqiqi“faciəyə”səbəb ola bilər.Ona görə də,istərdik
ki,insanlarda zəkanın gücünə inamla bərabər,eyni zamanda da gələcəyimiz naminə
həyacan hissi də olsun.
Hər zaman yadda saxlamaq lazımdır ki,imkanlar hələ reallıq demək
deyil.Ümumi məqsədini dərk etmək,ümumilik hissinə yiyələnmək,düşüncə tərzini
dəyişmək və Yer planetində insanların həyatının yeni mənəvi əsaslarını yaratmaq
üçün insanlıq çox çətin və uzun bir yol keçməlidir.Bütün bunlar isə yalnız və
yalnız fərziyyə deyil,elə bir reallıqdır ki,ona məhəl qoymamaq olduqca
təhlükəlidir.Bu
reallıq
qarşısında
bütün
millətlərarası,dövlətlərarası
ziddiyyətlər,lokal maraqlar və şəxsi məqsədlər geri çəkilməlidir.Belə düşüncə tərzi
isə yalnız alimlərdə və dövlət xadimlərində deyil,eyni zamanda planetdə yaşayan
milyardlarla insanlarda formalaşmalıdır.Yalnız,bu halda insanlar və planetimiz
yeni inkişaf yoluna qədəm qoya bilər.
Elmi-txniki inqilab termini artıq uzun illərdir ki,leksikonumuza daxil olmuşdur.
Lakin,bir çox hallarda bu söz birləşməsinin hansı ağır yükü daşıdığına əhəmiyyət
belə vermirik.Son illərdə,daha doğrusu,ikinci Dünya müharibəsinin başa
çatmasından keçən az bir müddət ərzində elm və texnika planetimizin həyatında
110
elə təəccüblü dəyişikliklər etmişdir ki,(nüvə enerjisinin əldə edilməsi,kosmosa
şıxış,kompüter texnikası və s.) onlardan hər biri sivilizasiya tarixində bütöv bir
mərhələ təşkil edə bilərdi.
Adətən,biz sakit bir inkişaf rejimindən digər sakit inkişaf rejiminə sıçrayışla
keşidi inqilab adlandırırıq.Lakin,başlanmış hər bir inqilab müəyyən zaman
kəsiyindən sonar başa çatır.Elm,texnika,texnologiya və məhsuldar qüvvələr
sferasında isə fərqli bir vəziyyət yaranmışdır.Sivilizasiyamızın texnoloji
əsaslarında baş verən sürətli inkişaf 60 ildən artıq bir dövrdür ki,səngimək bilmir
və ETİ termini də bu inkişaf sürətini tam əks etdirmir.Ona görə də,məişətimizə
elmi-texniki tərəqqi(ETT) termini daxil olmuşdur.Müasir sivilizasiyanın gücü
günbəgün artmaqdadır.Artıq,biz öz həyatımızı elm və texnikanın bəxş etdiyi
möcüzələrsiz təsəvvür edə bilmirik.Demək olar ki,insan heç vaxt indiki qədər
maddi-mənəvi sərvətlər,xidmətlər və rahatlıqlarla təmin olunmamışdır.Doğrudur,
bu sərvətlərin qeyri-bərabər paylanması,milyonlarla evsizlərin və acların olması
faktını da danmaq olmaz.”Roma”klubunun sifarişi ilə yerinə yetirilmiş elmi
işlərdən birində qeyd olunur ki,adam başına maksimum istehlak XX əsrin 60-cı
illərinin sonu,70-ci illərinin əvvəlində olmuşdur.Bundan sonrakı illərdə adam
başına düşən maddi sərvətlərdə azalma olmuşdur.Lakin, bu faktın kifayət dədər
dəqiq analizi yoxdur.
Lakin,nəzərə almaq lazımdır ki,sivilizasiyanın nəhəng gücü insanların firavan
həyatını təmin etməklə bərabər,həm də bütün insanlıq üçün ölüm təhlükəsi
mənbəyi rolunu oynayır.İnsanlar bunu ilk dəfə Naqasaki və Xirosimadakı nüvə
partlayışlarından sonra dərk etməyə başladılar.Gözlənilmədən dərk edildi ki,bir
“düyməyə” basmaqla bir adam bütün canlı məxluqatı Yer üzündən silə
bilər.Tədricən insanlar təsəvvür etməyə başladılar ki,onlarla təbiət arasında elə bir
“qadağa zonası,sərhəddi” var ki,onu aşmaq olmaz.Ancaq,nüvə müharibəsi müasir
sivilizasiyanın insanlığı fəlakət qarşısında qoya biləcək gücünün yeganə təzahürü
deyil.İnsanları narahat edən digər elə fəlakətlər də mövcuddur ki,planetimizdə
həyat şəraitini dəyişməklə sivilizasiyamızın gələcək mövcudluğunu imkansız edə
bilər.Məsələn,demoqrafik “partlayış”,əkin sahələrinin azalması və aclıq,energetik
böhran,”istixana effekti”,turş yağışlar,ozon qatının pozulması və
1.1.Demoqrafik “partlayış”
İnsan tarixinin çox böyük dövrü ərzində Yer kürəsi əhalisinin sayının artımı bir
o dədər də əhəmiyyətli dərəcədə hiss olunmamışdır.Bu artım XIX əsrdə yavaş-
yavaş hiss olunmağa başlamış və XX əsrin ikinci yarısında daha kəskin təzahür
etməyə başlamışdır.10000 il bundan öncə(neolit inqilabının başlanğıcında)
planetimizdə cəmi 10mln.insan yaşamışdır.İlk dəfə öz sayını ikiqat artırmaq üçün
insanlara 2500 il vaxt lazım gəlmişdir.Sonrakı ikiqat artım -2000 ilə,üçüncü-1500
ilə,dördüncü-1000 ilə başa çatmışdır.Sonuncudan əvvəlki,yəni səkkizinci ikiqat
111
artım üçün 100 il ( 1850-ci ildə 1.25mlrd.; 1950-ci ildə 2,5 mlrd. adam) kifayət
etmişdir.Bu sistemdə Dünya əhalisinin doqquzuncu ikiqat artımı isə 1987-ci ildə
başa çatmışdır və buna cəmi 37 il lazım olmuşdur.Deməli,Dünya əhalisinin
sayının 3mlrd.-a çatmasına 1 mln. Il (1960-cı ildə) tələb olunmuşdursa,bu sayı
ikiqat artırmaq üçün,yəni,6 mlrd.-a çatmaq üçün 30 il vaxt kifayət etmişdir.Dünya
əhalisinin sayı hər gün 250 min,hər həftə 1mln.750min,hər ay 7,5mln. və il ərzində
90mln. nəfər artır.Hazırda,Dünya əhalisinin sayı 6mlrd. nəfəri ötmüşdür.Bu isə
demoqrafik “partlayış” haqqında danışmağa əsas verir.Yer kürəsi əhalisinin
demoqrafik hədd hesab edilən 6mlrd.-ı keçməsi hətta peşəkar demoqraflar üçün
təsəvvüredilməz olmuşdur.Belə ki,XX əsrin ortalarında əhalinin sayının artımı
haqqında verilən proqnozlardan heç biri dəqiq olmamışdır.Yəni əhalinin sayının
real artımı verilən bütün proqnozlardan yüksək olmuşdur.Bu faktın sübutu
kimi,aşağıdakı əyrilərə nəzər salmaq kifayətdir (Şək.1.1.)
Bir vaxtlar,Ş.Furye hesab edirdi ki,5mlrd. insan yer kürəsinin ekoloji tutumunun
son həddidir.Lakin,son yüzillikdə insanın sayı beş dəfə artmaqla bərabər,məhsuldar
qüvvələrin energetik potensialı 1000 dəfə,biosferə olan antropogen yüklənmələrin
səviyyəsi isə 10 dəfələrlə artmışdır. Bu fikirlər “Roma” klubunun yaradıcısı
A.Peççiyə aiddir.
Məşhur amerika mütəxəssisi C.Forresterin fikrinə görə isə: “İnsanlığın qızıl əsri
arxada qalmışdır.İnsanlığın qarşısında yalnız iki yol qalmışdır-ya rifahımızın
sonrakı yüksəlişi ümidindən vaz keçməli,ya da bizi ekoloji fəlakət gözləyir.”
İlk dəfə olaraq D.Medouzun “Artımın həddi” adlı məşhur əsərində əsaslı şəkildə
göstərilmişdir ki,inkişafın hazırki ənənəsi davam edərsə,artıq XXI əsrdə Yer
kürəsinin ekoloji tutumu tükənəcəkdir.
3
6
5
4
1900 1910 1920 1930 1940 1950 1960 1970 1980 1990 2000 İl
7
6
5
4
3
2
1
Ə
HA
L
İN
İN
S
A
Y
I
(M
lrd
.n
əf
ərl
ə)
Şək.1.1.
Yer kürəsi əhalisinin artım dinamikası(proqnozlar)
1-Dünya əhalisinin sayının real artımı;
2-Ş.Rişenin
1893-cü il proqnozu;
3- R.Pirlin 1939-cu il proqnozu;
4-U.Notesteynin 1945-ci il proqnozu;
5-BMT-nin
1951-ci il proqnozu;
6-BMT-nin 1966-cı il proqnozu:
2
1
112
BMT-nin verdiyi məlumata əsasən əhali artımının əsas hissəsi inkişaf etməkdə
olan dövlətlərin payına düşür.Yer kürəsində əhalinin sıxlığa görə paylanması
qeyri-bərabərdir ki, bunun da əsas səbəbi əhalinin şəhərlərdə toplanmasıdır.İnkişaf
etməkdə olan ölkələrdə əhalinin sayının sürətli artımı ekoloji və sosial problemləri
daha da kəskinləşdirmişdir.Bu ölkələrin əhalisi planet əhalisinin 75%-ə qədərini
təşkil etməsinə baxmayaraq,ümumdünya məhsullarının üçdən birini istehlak edir
və bir nəfərə düşən istehlak payları arasındakı fərq artmaqda davam edir.
Populyar amerika nəşrlərindən biri belə bir hesablama aparmışdır:Əgər Yerin
bütün əhalisinin ölçülərini 100 nəfər əhalisi olan bir kənd qədər”sıxışdırıb” və
insanlığın bütün mövcud nisbətlərini əvvəlki kimi saxlamaq mümkün olsa idi,belə
bir mənzərə alınardı:
-bu kəndə 57 asiyalı, 21 avropalı,8 afrikalı və 14 nəfər Şimali,Mərkəzi və Cənubi
Amerikanın nümayəndəsi yaşayardı;
-100 nəfərdən 70 nəfəri “rənglilər” olardı;
-bütün sərvətlərin 50%-i 6 nəfər ABŞ vətəndaşlarının əlində toplanardı;
-80 nəfər yaşayış üçün yararsız mənzillərdə yerləşərdi;
-50 nəfər yarıac olardı;
-70 nəfər tamamilə savadsız olardı;
-yalnız bir nəfərin universitet təhsili olardı.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhali artımının aşağı olmasını qlobal
miqyasda müsbət hal hesab etmək olar.Lakin bu da arzuolunmaz nəticələrə səbəb
ola bilər.Bu ölkələrdə tədricən cəmiyyətin yaş sturukturu dəyişir.Uşaqların və
gəclərin sayı azalır,yaşlıların sayı isə artır.Təqaüdçülərin sayının hədsiz artması
iqtisadiyyat üçün böyük yükə çevrilir.Yaxın keçmişə dədər gənc nəslin sayı yaşlı
nəslin sayından çox olurdu.Gənclər qocaların qayğısına qalırdılar və təqaüdçülərin
saxlanması üçün ağırlıq tam olaraq sosial-təminat sisteminin üzərinə düçmürdü.
Əhalinin qocalması daha bir problem də doğurur.Yaşlı nəsildə dinamikanın az
olması gənc nəsillə ictimai-mədəni məsələlərdə də fikir ayrılığına gətirib çıxarır və
nəticədə cəmiyyət daha konservativ olur.
Növlərin fərdlərinin sayının artım sürətinin həndəsi silsilə üzrə baş verməsi
haqqında Maltus nəzəriyyəsini biloji bir növ kimi insana da şamil etmək olar.Bu
nöqteyi-nəzərdən “maltusçuluq” ciddi bir elmi təlimdir.Lakin, bu nəzəriyyənin
Maltus tərəfindən antihumanist traktovkası mənfi münasibət doğurur.Maltus qeyd
edir ki, “....biz ardıcıl olaraq təbiətin ölüm törədən təsirlərinə yardım
göstərməliyik.Kasıblar arasında təmizliyə rəayət olunmasını deyil,bunun əksini
təbliğ etməliyik.Taun epidemiyasının təkrarına şərait yaratmalıyıq.Ölümcül
xəstələrin müalicəsi üçün dərman yaradanları məhkum etməliyik.......və s.”
Müasir cəmiyyətdə doğumları məhdudlaşdırmaq üçün Maltusun antihumanist
təkliflərini deyil,tam humanist,sivil vasitələr və tədbirlər həyata keçirmək
113
mümkündür.Bunun üçün əhali arasında maarifləndirmə işlərini həyata
keçirmək,ailə planlaşdırma mərkəzləri yaratmaq və s.vacibdir.
Əgər, insan özü öz artımını dayandırmasa,nizamlamasa,onda,bunu təbiət qəti və
kəskin şəkildə edəcəkdir.Çünki,demoqrafik “partlayış” problemi öz növbəsində
aclıq,enerji böhranı və s. kimi qlobal ekoloji problemlərin yaranmasına və
inkişafına şərait yaradır.
Dünya dövlətlərinin əhalisinin sayı Cədvəl......
1.2.Əkin sahələrinin azalması və aclıq
İnsanlıq qarşısında yaranan ən kəskin problemlərdən biri aclıqdır.İnsanlar üçün
əsas qida mənbəyi kənd təsərrüfatıdır.Əkinçiliyin əsas istehsal qüvvəsi isə
məhsuldar torpaqlardır.Dünyada ümumi əkin sahəsi 1mlrd.356mln.hektardır.Bütün
insanları tam qida ilə təmin etmək üçün isə 6mlrd.600mln.ha yüksək məhsuldar
əkin sahəsi tələb olunur.
İnsanın bütün tarixi ərzində əhalinin artımı “oykum”-enin genişlənməsi,yəni,
yeni-yeni ərazilərin məskunlaşması ilə müşahidə olunmuşdur.Bu zaman kənd
təsərrüfatı üçün daha əlverişli və münbit torpaqlar mənimsənilmişdir.
Müasir dövrdə, oykumen demək olar ki,son həddə çatmışdır.Ehtiyatda yalnız
ekstremal təbii şəraitə malik ərazilər qalmışdır.İnsan daim artan təlabatını torpağın
hesabına təmin etmişdirş.Lakin,bir publisistin yazdığı kimi,”torpaqdan hər şeyi
sıxıb çıxartmaq” çağırışı cinayətdir. Minlərlə insan nəslini qidalandıran və bundan
sonra da milyonları qidalandıracaq yerdən hər şeyi necə sıxıb çıxarmaq
olar.Hamısını çıxarmaq gələcək nəsillərə heç nə saxlamamaq deməkdir.Bu isə
“Bizdən sonra Dünyanı lap su bassın” fəlsəfəsinə bənzəyir.
Dostları ilə paylaş: |