Bioloji müxtəlifliyin qorunub saxlanılması
1992-ci ildə Rio-de Janeyro şəhərində təqdim olunmuş «Biomüxtəlifliyin
qorunması» Konvesiyasını Azərbaycan Respublikası imzaladıqdan sonra bu
konvensiyanın tələblərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata
keçirilmişdir. Belə ki, 1995-ci ildən Azərbaycan «Pan-Avropa bioloji landşaft
müxtəlifliyinin
qorunması» strategiyasının daimi iştirakçısı olmuşdur.
Respublikada bu strategiyanın ayrı-ayrı bölmələrinə dair, o cümlədən xüsusi
mühafizə olunan ərazilərin inkişafı, nadir və nəsli kəsilmək üzrə olan flora və
fauna növlərinin qorunması, su-bataqlıq ərazilərinin bərpası, dağ ekosistemlərinin
inkişafı istiqamətində fəaliyyət proqramları hazırlanmışdır. Azərbaycan
Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» Konvensiyasını 2000-ci ildə
ratifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi
üçün respublika prezidentinin sərəncamı ilə 2001-ci ildə bioloji müxtəlifliyin
genetik ehtiyatları üzrə dövlət komissiyası yaradılmışdır. Hazırlanmış milli
proqram və layihələr 2001-ci ildə Qlobal Ekoloji Fond və BMT İnkişaf
Proqramının dəstəyi ilə «Biomüxtəlifliyin qorunması» üzrə milli məruzə və
fəaliyyət planında göstərilərək Azərbaycan hökuməti tərəfindən qəbul olunub
təsdiq edilmişdir.
Respublikamız 2001-ci ildə Avropa Şurasına qəbul olunmaq ərəfəsində təbii
mühitin qorunması istiqamətində fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir
neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su
hövzələrinin və beynəlxalq göllərin qorunması, Avropanın canlı təbiətinin və təbii
mühitinin qorunması haqqında, əsasən su quşlarının yaşama yerləri kimi
beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerləri haqqında, mədəni və təbii irsi
abidələrin mühafizəsi üzrə konvensiyalardan ibarətdir. İki su-bataqlıq ərazisi –
Ağgöl və Qızılağac gölləri Ramsar Konvensiyası çərçivəsində siyahıya
salınmışdır.
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin
biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və
heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud
deyil. Bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır.
Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və
heyvan növləri təhlükə altındadır və müxtəlif qorunma statusuna malikdir.
Azərbaycanda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal
əhəmiyyətə malikdir.
98
Respublikamızda davamlı inkişafın təmin olunması baxımından bioloji
müxtəlifliyin qorunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi
məqsədəmüvafiqdir:
- Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün ekoloji proseslərə, beynəlxalq
konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;
- Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və
onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkələrin flora və faunasının
Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi;
- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki
və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması;
- Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun
qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika
bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;
- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına
düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;
- Biomüxtəlifliyin qorunması məqsədilə yeni milli parkların yaradılması.
Səhralaşmaya qarşı mübarizə. Azərbaycan Respublikası BMT-nin Səhralaşmaya
qarşı mübarizə Konvensiyasını 1998-ci ildə ratifikasiya etmişdir. Səhralaşma ilə
mübarizəyə dair milli fəaliyyət planının hazırlanması layihəsi üzərində işlər
başlanmışdır. Layihənin yekunu kimi səhralaşmaya qarşı milli fəaliyyət planı
hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirəcəkdir.
Bu konvensiyanın tələblərinin həyata keçirilməsinin respublikamız üçün böyük
əhəmiyyəti vardır. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində baş vermiş
istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin
azalması quraqlığa gətirib çıxarır ki, bu da səhralaşma prosesinin sürətlənməsinə
səbəb olur. Bütün bu səbəblərə görə səhralaşmaya qarşı mübarizə üzrə milli
səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi məqsədəmüvafiqdir:
- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması;
- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata
keçirilməsi;
- Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə
proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması;
- Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və
müvafiq əks tədbirlərin həyata keçirilməsi;
- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.
99
Yuxarıda göstərilən strateji tədbirlərin həyata keçirilməsi mövcüd ekoloji
problemlərin həll edilməsi və respublikamızın davamlı inkişaf yoluna
keçməsində mühüm mərhələ olacaqdır.
Qırmızı kitab
Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk
növləri haqqında məlumat toplanan kitabdır.
Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.
Beynəlxalq Qırmızı kitaba dünyada nadir və nəsli kəsilmək qorxusu yaranmış
bitki və heyvan növləri daxil edilir. Həmin növlər təbiətin qorunması üçün ictimai
əsaslarla yığılan Beynəlxalq fond (vəsait) hesabına öyrənilir. Milli Qırmızı kitablar
konkret dövlətin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn,
Azərbaycanın Qırmızı kitabı, Rusiyanın Qırmızı kitabı və s. Ərazisi geniş və təbii
kompleksləri müxtəlif olan ölkələrdə milli Qırmızı kitabdan əlavə regional Qırmızı
kitablar da tərtib edilir.
Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin
fauna və florasına daxildirsə, həmin ölkənin milli Qırmızı kitabına mütləq daxil
edilməlidir. Məsələn, ceyran və doydaq Beynəlxalq və Azərbaycan Qırmızı
kitabına daxil edilmişdir. Qırqovul və qaranaz Azərbaycanda az, başqa ölkələrin
təbiətində çox olduğundan Azərbaycannın milli Qırmızı kitabına daxil edilməklə
məhdudlanır. Nadir və nəslinin kəsilmək təhlükəsi olan növlərin çoxunu bir neçə
ölkənin Qırmızı kitablarına daxil etmək lazım olur.
Qırmızı kitabda hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, yayılması,
yaşama yeri, sayı və onun dinamikası, bioloji xüsusiyyətləri, süni şəraitdə
çoxaldılması, ehtiyatını bərpa etmək üçün həyata keçirilmiş və keçirilməsi vacib
olan tədbirlər göstərilir. Beləliklə, Qırmızı kitabın məzmunu adi kitablardan kəskin
fərqlənir.
Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq
ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə
uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər
konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.
1948-ci ildə Beybəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) dünyanın əksər
ölkələrinin təbiəti mühafizə ilə məşğul olan dövlət, ictimai və elmi təşkilatlarını
birləşdirərək bu işlərə rəhbərliyi öz üzərinə götürdü.BTMİ-nin ilk qərarlarından
biri 1949-cu ildə nadir növlər üzrə Komissiya (ing.Species Survival Commission)
yaratmaq oldu.
Komissiyanın əsas vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan
növlərinin vəziyyətinin öyrənilməsi,beynəlxalq və millətlərarası konvensiya və
100
müqavilələrin layihələrini işləyib hazırlamaq,belə növlərin kodastrının tərtibi və
onların mühafizəsi üzrə uyğun tövsiyələrin hazırlanması daxil idi.
Komissiya öz işinə sıfırdan başladı.Nadir növlərin mühafizəsinə yanaşma
tərzinin ümumi prinsiplərini işləmək,yox olmaq təhlükəsi və ya qırılmaq təhlükəsi
olan növləri müəyyənləşdirmək,onların təsnifatlaşdırılması sistemini
hazırlamaq,əsas limitləyici amilləri aşkarlamaq üçün belə növlərin biologiyası
haqqında məlumatlar toplamaq lazım gəlirdi.Bu işlərin başlanğıcında hətta «nadir
növ» anlayışı belə,mövcud deyildi.
Komissiya ilk əvvəl qarşısına bu və ya digər səbəblərdən dünyada nəsli kəsilmək
təhlükəsinə məruz qalan heyvanların izahlı siyahısını(kodastrını) tərtib etmək
vəzifəsini qoymuşdu.Daha cəlbedici və böyük əhəmiyyətə malik olmasını,qırmızı
rəngin təhlükə siqnalının simvolu olmasını nəzərə alaraq, Kommissiyanın sədri Ser
Piter Skott siyahının Qırmızı kitab adlandırılmasını təklif etdi.
BTMİ-nın Qırmızı kitabının ilk nəşri 1963-cü ildə işıq üzü gördü.Bu kiçik tirajlı
«pilot» nəşri idi.Kitabın iki cildinə 211 növ və yarımnövdən olan məməlilər, 312
növ və yarımnövdən olan quşlarhaqqında məlumatlar daxil edilmişdi.Kitab siyahı
üzrə görkəmli dövlət xadimlərinə və alimlərə göndərilmişdi.Yeni məlumatlar
toplandıqca adresatlara planlaşdırıldığı kimi,köhnə səhifələri dəyişmək üçün əlavə
səhifələr göndərilirdi.
Kitabın ikinci nəşrinin üç cildi 1966-1971-ci illərdə çıxdı.Artıq,ikinci nəşr kitab
formatında (21,0 x 14,5 sm) buraxılmışdı.Lakin,birinci nəşr kimi,o da,istənilən
səhifənin yenisi ilə əvəzlənməsini təmin etmək üçün qalın aşırma təqvim şəklində
idi.Kitab,yenə də kütləvi satış üçün nəzərdə tutulmamışdı və siyahı üzrə
təbiətqoruyucu idarələrə,təşkilatlara və alimlərə göndərilirdi.Birinci nəşrdən keçən
müddət ərzində əlavə məlumatlar toplandığı üçün BTMİ-nin Qırmızı kitabının
ikinci nəşrinə daxil edilmiş növlərin sayı əhəmiyyətli dərəcədə artmışdı.Kitabın
ikiinci cildinə 236 növ (292 yarımnöv) məməli,ikinci cildinə 287 növ (341
yarımnöv) quş və üçüncü cildinə 119 növ və yarımnöv reptili,34 növ və yarımnöv
amfibiya haqqında məlumatlar daxil edilmişdi.
Tədricən, BTMİ-nin Qırmızı kitabı təkmilləşdirildi və məlumatlarla zənginləşdi.
Kitabın 1972-ci ildə buraxılmış üçüncu nəşrinə 528 növ və yarımnöv məməli, 619
növ, quş və 153 növ və yarımnöv reptili və amfibiya haqqında məlumatlar daxil
edilmişdi.Kitabda sərlövhələri (fəsillər) də dəyişdirilmişdi.Birinci fəsil növün
statusunun səciyyəsinə və müasir vəziyyətinə,sonrakı fəsillər növün yayılma
coğrafiysına,populyasiya quruluşuna və sayına,məskunlaşma yerinin
səciyyəsinə,növün mühafizəsi üzrə həyata keçitilən və təklif olunan
tədbirlərə,heyvanxanalarda saxlanılan heyvanların səciyyəsinə,məlumat
mənbələrinə (ədəbiyyatlara) həsr olunmuşdur.Kitab satışa çıxarıldığı üçün onun
tirajı da kəskin artırıldı.
101
Qırmızı kitabın 1978-1980-ci illərdə buraxılmış dördüncü nəşrinə 226 növ və
79yarımnöv məməli, 181 növ və77 yarımnöv quş, və 153 növ və 21yarımnöv
reptili ,35 növ və 5 yarımnöv amfibiya,168növ və 25 yarımnöv balıq haqqında
məlumatlar daxil edilmişdi.Bunların içərisində bərpa olunmuş 7 növ və yarımnöv
məməli,4 növ quş və 2 növ reptili vardı.Qırmızı kitabın dördüncü nəşrinə daxil
edilmiş növlərin sayının ixtisar olunması təkcə müvəffəqiyyətli mühafizənin
hesabına deyil,eyni zamanda son zamanlar toplanmış daha dəqiq məlumatlar
hesabına olmuşdur.
1996-cı ildə Beynəlxalq Qırmızı Kitabın yeni variantı nəşr olunda.20 ildən artıq
bir müddətdə növlərin və yarımnövlərin statusu onların yoxolma təhlükəsinin
dərəcəsindən asılı olaraq ümumi (qlobal)şkala üzrə qiymətləndirilmişdir.Sonuncu
kitabda isə,müxtəlif taksonların statusunun daha obyektiv və elmi əsaslandırılmış
qiymətləndirilməsinə cəhd edilmişdi.Növlərin və yarımnövlərin həssaslıq dərəcəsi
haqqında qərarın qəbul edilməsi onların genetik müxtəlifliyi, ekosistemlərin
(məskunlaşma yerlərinin) saxlanması,sayı və arealının kəmiyyətinin
müəyyənləşdirilməsinə əsaslanır. Qeyd olunan parametrlərin müqaisəli
qiymətləndirilməsi üçün beş kəmiyyət meyarından(A-E) istifadə olunmuşdur.
Növün həssaslıq dərəcəsini səciyyələndirmək üçün səkkiz kateqoriya təklif
olunmuşdur:
EX – Extinct (Nəsli kəsilmiş)-bu kateqoriyaya heç bir canlı nümayəndəsinin
qalmamasına şübhə olmayan növlər daxil edilmişdir. Bu kateqoriyaya 1500-cü
ildən sonra nəsli kəsilmiş növlərin adı salınmışdır.
EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)-bu kateqoriyaya
nümayəndələri yalnız nevole saxlanılan və ya populyasiyası tarixi arealından
kənarda saxlanmış növlər aid edilir.
CR – Critically Endangered (Nəsli kəsilmə həddinə çatanlar)-bu kateqoriyaya
nəsli kəsilmə riski ekstremal olan və yaxın gələcəkdə yox ola biləcək növlər aid
edilir.
EN – Endangered (Nəsli kəsilməkdə olanlar)-əvvəlki kateqoriyaya aid
edilməyən,lakin,yüksək nəsli kəsilmə təhlükəsinə məruz qalan və yaxın gələcəkdə
yox ola biləcək növlər aid edilir
VU – Vulnerable (Həssas növlər)-əvvəlki iki kateqoriyaya aid edilməyən,lakin
nəsli kəsilmə təhlükəsi olan növlər aid edilir.
LR-Lower Risk (Nəsli kəsilmə riski az olanlar)- «nəsli kəsilmə təhlükəsi olan»
kateqoriyaların heç birinə aid edilməyən növlər və yarımnövlər bu kateqoriyaya
aid edilir.Bu kateqoriya üç subkareqoriyaya bölünür:
LR Conservation Dependent (cd) (mühafizə altında olanlar)-bu subkateqoriyaya,
mövcudluğu canlıların özlərinün və ya məskunlaşma yerlərinin mühafizə
tədbirlərindən asılı olan taksonlar aid edilir. Mühafizə tədbirlərinin dayandırılarsa,
102
bu növlər beş ildən sonra nəsli kəsilmə təhlükəsi olan kateqoriyalardan birinə aid
ediləcəkdir.
LR – Near Threatened(nt) (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)- mühafizə
altında olanlara aid edilməyən,lakin meyarlardan biri üzrə həssas növlərə yaxın
olan növlər aid edilir.
LR – Least Concern(lc) (Az qayğı tələb edənlər)-«mühafizə altında olan» və
«nəsli kəsilmə təhlükəsinə yaxın olanlar»-a aid edilməyən taksonlar bu
subkateqoriyaya aid edilir.
DD – Data Deficient (Haqqında kifayət qədər məlumat olmayanlar)-hər-hansı bir
kateqoriyaya aid edilməsi üçün haqqında kifayət qədər məlumat olmayan taksonlar
aid edilir.
NE – Not Evaluated (Qiymətləndirilməmişlər)-yeni təsnifatı aparılmamış
taksonlar aid edilir.
2007-ci ildə qəbul olunmuş bu təsnifata əsasən16 308 nəsli kəsilmə təhlükəli növ
qeyd edilmişdir.
Nəsli kəsilməkdə olan növlər-sayının az olması və ya hansısa ətraf mühit
amilinin təsiri ilə yox olmaq təhlükəsinə məruz qalan bioloji növlərdir.
Qırmızı kitabdakı məlumatlar dinamik xarakter daşıyır. Qırmızı kitab əhali üçün
informasiya mənbəyi olmaqla yanaşı həm də dövlət sənədidir. Bu kitaba daxil
edilmiş bitki və heyvanları qanunsuz ovlayanlar və tələf edənlər müvafiq icra
hakimiyyəti tərəfindən cəzalandırılır.
Qırmızı kitabdan başqa yüzlərlə bioloji növlərin ovlanması və ticarəti
ölkələrarası və beynəlxalq müqavilələrə əsasən, məhdud və ya tamam qadağan
edilmişdir. Bu müqavilələrin bir çoxuna Azərbaycan Respubilkası da qoşulmuşdur.
Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq
ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə
uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər
konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.
Dünyanın əksər ölkələrində bu növlərin müdafiəsini təmin edən qanunlar
var.Məsələn,bu heyvanların ovlanmasının qadağan edilməsi,torpaqların
mənimsənilməsinin məhdudlaşdırılması,qoruq və yasaqların yaradılması və s.
Faktiki olaraq,nəsli kəsilmək təhlükəsinə məruz qalan növlərin çox az bir qismi
hüquqi müdafiə ilə təmin olunur.Nəsli kəsilən növlərin çoxu ictimaiyyət tərəfindən
heç bir qayğı görmədən məhv olur.Son 150 il ərzində nəsli kəsilən növlərin sayının
artması narahatlıq üçün əsas verir.Növlərin nəslinin kəsilməsinin cari sürəti Yer
tarixində əvvəlki dövrlərdə olan kütləvi məhvolmalardan 10...100 dəfə artıqdır.
Əgər,nəsil kəsilmənin bu tempi saxlanılarsa və ya sürətlənərsə,onda yaxın
onilliklərdə nəsli kəsilmiş növlərin sayı milyonlarla ola bilər.
103
Növlərin nəslinin kəsilməsi barədə narahatçılığa dörd əsas səbəb var:
-bioloji varlıq kimi növlərin yox olması;
-ekosistemlərin destabilizasiyası;
-digər növlərə təhlükə yaranması;
-əvəzolunmaz genetik materialın itirilməsi.
Növlərin nəslinin kəsilməsi həm təbii zənginliklərin azalması kimi,həm də,təbii
ətraf mühiti qoruyub saxlamağın insanların borcu olduğuna inananlar üçün mənəvi
problem kimi çox vacib bir amildlr.
Qida zəncirinin hər-hansı bir həlqəsi ekosistemdən yox olduqda destabilizasiya
daha aşkar görünür.Əksər hallarda bir novün nəsli kəsildikdə digər bir növün
populyasiyasının sayının dəyişməsi baş verir.Ola bilər ki,ekosistemin dəyişməsi
nəzərəçarpan və dönməz olsun.
Dördüncü səbəb,bəşəriyyət üçün daha həssas və ən vacib məsələdir.Hər bir növ
müxtəlifliyi öz DNT-sində nadir genetik material daşıyır və onlarda olan genetik
təlimata uyğun olaraq unikal kimyəvi birləşmələr istehsal edir.Məsələn,mərkəzi
Çin vadilərində artemizinin maddəsinin yeganə mənbəyi olan şirin qamış bitir.
Artemizinin isə,malyariya (qızdırma) xəstəliyinin müalicəsində 100% səmərəlidir
(Jonietz,2006).Əgər,bu bitki məhv olarsa,onda malyariya xəstəliyinə nəzarət də
zəifləyər.Növlərin nəslinin kəsilməsi ilə hələ kəşv olunmamış bir çox birləşmələr
də yox ola bilər.
Növlərin mühafizə statusu,həmin növün gələcəkdə öz mövcudluğunu davam
etdirməsinin dürüst indiqatorudur.Növə mühafizə statusu verilərkən çoxsaylı
amillər nəzərə alınır:növün mövcud nümayəndələrinin sayı və bu sayın dəyişmə
(azalma və ya artma) tendensiyası,artıb-törəmənin müvəffəqiyyət dərəcəsi,
ekosistemlərdə həmin növün fərdlərinin nörmal sayı ,harada yaçaması,məlum
təhlükəli amillər,növün nəslini davam etdirməsinə şərait yaradan amillər və s.
Nəsli kəsilməkdə olan növlər haqqında qanunların bəziləri də mübahisəlidir.
Mübahisə doğuran məsələlər isə bunlardır:Növün «Nəsli kəsilmə həddinə çatanlar»
siyahısına salınması üçün tətbiq olunan qiymətləndirmə meyarları;əgər növün
populyasiyası bərpa olunmuşdursa,onun «Nəsli kəsilmə həddinə çatanlar»
siyahısından çıxarılması üçün tətbiq olunan qiymətləndirmə meyarları;yeni
torpaqların mənimsənilməsinə hökumət səviyyəsində məhdudiyyətin qoyulmasına
ehtiyac olub-olmaması; torpağın fərdi mülkiyyətçilərinə kompensasiyanın
ödənilməsi lazımdırmı;mühafizə haqqında qanunlara mənqiqə uyğun istisnaların
edilməsi.
Bəzən,elə hallar olur ki,Qırmızı kitaba adı düşən növ kolleksionerlərin və
brakonyerlərin ən arzuolunan obyektinə çevrilirlər.Növ Qırmızı kitaba salınarkən
yaranan digər effekt ondan ibarətdir ki,öz torpaqlarının qiymətdən düşməsini görən
torpaq mülkiyyətçisi bu heyvanları sakitcə qırmaqla onlardan qurtulmağa üsrünlük
104
verir,ya da onların məskunlaşma mühitini dağıtmaqla öz torpaqlarında problemdən
azad olur.
Qədim dövrlərdə növlərin nəslinin kəsilməsi təbii proseslərin nəticəsi ola bilərdi.
Lakin,müasir dövrdə növlərin nəslinin kəsilməsi tamamilə fərqlidir. Keçmişdə baş
vermiş halları göy cisimləri ilə toqquşma,yüksək vulkanik fəallıq, tektonik layların
hərəkəti,iqlim dəyişmələri və s. kimi fiziki səbəblərlədən baş verə bilərdi. Növlərin
nəslinin kəsilməsinin cari dövrü insanlarla bağlıdır.
Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı
Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi
olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət
sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki
növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları
özündə əks etdirir.
Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək
təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili
növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil
edilmişdir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir
sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin
dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə
çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast
gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları
haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən
çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10
ildən bir çap olunması nəzərdə tutulmuşdur. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə
həyata keçirilmiş, və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı
ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı
istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, onun 1.1.3-cü
bəndində 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri nəzərdə tutulmuşdur. Bu
məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli
189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya
Heyəti yaradılmışdır.
Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması
istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Alimlər öyrənmişlər ki, 1600-cü
105
ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir.
Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar
verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı
kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır.
Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa
çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə
qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600
heyvan növünün qırılmaq təhlükəsi var.
Qırmızı kitaba düşmüş bitkilər
Hirkan şümşadı Dəmirağac Şabalıdyarpaq palıd
Hirkan ənciri Hirkan armudu Xəzər lələyi
İkək akasiyası Qafqaz xurması Ürəkyarpaqlı qızılağac
Budaqlı danaya Hirkan bigəvəri Eldar şamı
Qafqaz rododendron Çoban sarmaşığı Laqodex acıçiçəyi
Təmiz kladoxeta Qaraçöhrə Şərg çinarı
Qafqaz xədicəgülü Məxməri gərməşov Naxçıvan gəvəni
Araz palıdı Xəzər zəfəranı Su zanbağı
Qafqaz dəmirağacı
Qırmızı kitaba düşmüş heyvanlar
Talış qırqovulu Hirkan arıquşu Qara leylək
Qıvrımlələk qutan Mərmər cürə Ağquyruq Dəniz qartalı
Məzar qartalı Berkut Laçın
Turac Forel balığı Təkə
Köpgər (qaranaca) Muflon Qafqaz tetrası
Qafqaz uları Bəbir Çöl qartalı
Ardıc ağıriyli Şahin Toğlugötürən
Çəhrayı qutan Bəzgək Dovdaq
Sultan toyuğu Ərsindimdik Qızılqaz
Qırmızıdöş qaz Fısıldayan qu Kiçik qu
Ceyran Çökəkburun cüllüt Ağquyruq çökəkburun
Çöl haçaquyruq cüllütü Turan pələngi Göl pişiyi
Ön Asiya bəbiri Zaqafqaziya dağ qoyunu Zaqafqaziya bezoar keçisi
Zaqafqaziya qonur ayısı Zolaqlı kaftar Vaşaq
Manul pişiyi Adi uzunqanad Cənub nalburnu
Enliqulaq bükükdodaq Sarıqlı safsar Suriya sarımsaq qurbağası
Adi triton Daraqlı triton Adi (boz) quru qurbağası
Kiçik Asiya gürzəsi Eskilon ilan Zaqafqaziya təlxəsi
Aralıq dənizi tısbağası Xarabalıq kələzi Qızılı mabuya
Zolaqlı çılpaqgöz Ox-ilan Zaqafqaziya takır girdəbaşı
106
Ağ durna Baloban Toğlugötürən
Şahin Cek Çay qaraquşu
İlanyeyən Xəzər uları Tetraçalan
Türküstan tüviki Qaraqarın bağrıqara Ağboğaz bülbül
Səhra qar quşu Dağ keçisi İncədimdik kronşnep
Dostları ilə paylaş: |