“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
29
sənədləşməyə sərf olunan xərclər ixrac üzrə 8 dəfə, idxal üzrə 9 dəfə yüksəkdir.
Transxəzər marşurutu üzərindəki digər ölkələrədə, xüsusən Rusiya və Qazaxıstanda bu indikatorlar üzrə
göstəricilər Azərbaycanla müqayisədə daha pisdir və bu amil nəticə etibarı
ilə marşurutun digər
alternativ qarşısında rəqabət imkanlarını daha da məhdudlaşdırır.
Əslində dünya ölkələrinin logistik potensialının keyfiyyətinin real
vəziyyətinin dəyərləndirilməsi, bu
sahədə boşluqların aşkarlanması baxımından Dünya Bankının 2 ildən bir açıqladığı
logistik perfomans
indeksi (LPI) mühüm məlumat mənbəyi kimi çıxış edir.
Təəssüf ki, Azərbaycan 2014-cü
ildən sonra
hansısa səbəbdən bu indeksin hazırlanmasından kənarda saxlanır. 2018-ci
ildəki dəyərləndirmədə
dünyanın 160 ölkəsi iştirak edib. Azərbaycan bu indeksin hesablanmasından kənarda qalan azsaylı
ölkələrdən biri olub.
Öz növbəsində, keçmiş SSRİ ölkələrindən hamısı LPİ-nin reytinq cədvəlində yer
alıb.
LPİ ölkələrin logistika sahəsində olan fürsətlərini və çətinliklərini
görməyə və göstəricilərini
təkmilləşdirməyə imkan verən interaktiv müqayisə vasitəsidir. Ölkənin tranzit logistik imkanları ölkə
xaricində yerləşən ticarət partnyorlarının, daxili logistik vəziyyəti isə yerli logistika sahəsində çalışan
peşəkarlar vasitəsilə kəmiyyət və keyfiyyət baxımından dəyərləndirilir. Qiymətləndirəm aşağıdakı 6
faktor üzrə aparılır:
Dostları ilə paylaş: