“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


Gömrük və sərhəd-keçid məntəqələrinin idarəetməsinin effektivliyi (sərhəd-keçid



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

Gömrük və sərhəd-keçid məntəqələrinin idarəetməsinin effektivliyi (sərhəd-keçid 
yoxlamalarının və gömrük orqanları tərəfindən gömrük prosesinin effektivliyi (sürətli,
rəsmiləşdirmənin sadəliyi); 

Ticarət və nəqliyyat infrastruktrunun keyfiyyəti (nəqliyyat və ticarət infrastrukturun 
keyfiyyəti daxildir: dəniz və hava limanları, avtomobil yolları, dəmir yolları, informasiya 
texnologiyaları); 

Nəql qiymətlərinin rəqabət əsasında tənzimlənməsi (rəqabətcil daşıma qiymətlərini təqdim 
edilə bilməsi ); 

Logistika xidmətlərinin keyfiyyəti və yetərliliyi (nəqliyyat operatorlarınıın, gömrük 
brokerlərinin xidmətləri) 

Yük daşımalarının çatdırılmasının izlənilə bilinməsi; 

Yüklərin vaxtında alıcılara çatdırılması. 


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
30 
LPI üzrə nəticələr 1-5 intervalında çox aşağı, aşağı, orta, yüksək və çox yüksək olaraq dəyişir. 
Ölkələrin yerləşdiyi coğrafi mövqe və gəlir səviyyəsinə uyğun olaraq maksimum 8 ölkədən olan 
respondentlərin cavabları əsasında LPI hesablanır. Sonuncu dəfə Azərbaycan üzrə qiymətləndirə 
aparılan zaman respondent ölkə seçimi zamanı 2 meyar nəzərə alınmmışdı: ölkənin dünya okeanına 
çıxışının olmaması və və DB-nin təsnifatında orta gəlirli qrupa aid edilməsi. Bu meyarlara əsasən, 
Azərbaycanla ən böyük ixrac əməliyyatı olan 3 ölkə, ən böyük idxal əməliyyatı olan 1 ölkə, quru 
sərhəddi olan 2 ölkə və Afrika, Asiya və Avropa qitəsindən təsadüfi seçilmiş 2 ölkə götürülmüşdü.
2014-cü ildə aparılmış dəyərləndirmədə
24
167 ölkə arasında Azərbaycanın mövqeyi belə olmuşdu: 
gömrük, sərhəd-keçid məntəqələri üzrə beynəlxalq logistik perfomans göstəricisi üzrə 82-ci yer 
(2.52 bal), Ticarət və nəqliyyat infrastrukturunun keyfiyyəti üzrə beynəlxalq logistik perfomans 
göstəricisi üzrə 68-ci yer (2.71 bal), nəqliyyat qiymətlərinin rəqabətli təqdim edilməsi üzrə 
beynəlxalq logistik perfomans göstəricisi 113-cü yer (2.57 bal), keyfiyyətli və rəqabətli logistika 
xidmətləri üzrə beynəlxalq logistik perfomans göstəricisi üzrə 149-cu yer (2.14 bal), daşınma 
zamanı yüklərin izlənilə bilməsi üzrə beynəlxalq logistik perfomans göstəricisi üzrə 148-ci yer (2.14 
bal), yüklərin vaxtında çatdırılması üzrə beynəlxalq logistik perfomans göstəricisi üzrə 143-cü yer 
(2.57 bal). 
Həmin qiymətləndirmədə Azərbaycanın beynəlxalq logistik perfomans göstəricisi üzrə ümumi 
nəticəsi isə 167 ölkə arasında 125-ci yer, topladığı bal isə 2.45 olmuşdur.
Göründüyü kimi, 6 il öncə açıqlanan logistki performans indeksində Dünya Bankı Azərbaycanın 
logistik infrastrukturunun keyfiyyətini kifayət qədər aşağı qiymətləndirib. Doğrudur, həmin dövrdən 
sonra bu istiqamətdə xeyli müsbət dəyişiklər baş verib və yeni indeks hesablamalarına qatılmaqla 
Azərbaycan hökuməti baş verən dəyişiklikləri (həmçinin hələ də həllini tapmamış problemləri) 
aydınlaşdırmaq imkanı qazana bilər.
Yeri gəlmişkın, Ələt Limanın fəaliyyətinin səmərəliliyini artırmaq üçün yüklərin vaxtında 
çatdırılması üçün dünya təcrübəsində geniş tətbiq olunn liman icma sistemi (port community system) 
tətbiqi təcrübəsi də öyrənilməli və tətbiq edilməlidir. 
24
 
https://lpi.worldbank.org
 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin