“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 31
Yuxarıda fəaliyyət alqoritmi və sxemi təqdim edilən mode liman əməliyyatları və təchizat zəncirində
xərclərə qənaət etməyə və əlavə dəyər yaratmağa imkan verir. Məsələn, Valensiya limanı bu sistemi
tətbiq etməklə illik 23 milyon avroya qənaət etmiş, həmçinin Sinqapurda tətbiq edilən bu sistem
vasitəsilə 2012-ci ilin hesabatına görə 3 il ərzində liman icmasında olan qurumların, şirkətlərin
xərcləri 80 milyon dollar həcmində azaldılmışdır. Nəzərə almaq lazımdır ki, limanların gündəlik
fəaliyyətlərində çox fərqli oyunçular iştirak edir. Bu halda dövlət qurumları və özəl şirkətlətin
nümayəndələri “liman icması”nı formalaşdırırlar və bu zaman bütün oyunçuların hər birini virtual bir
şirkətin ayrı-ayrı departamentləri kimi görmək olur. Bu müxtəlif departamentlərin effektiv
koordinasiyası və əməkdaşlığı həm təchizat zəncirinin funksionallığı, həm də yüklərin vaxtında və
daha rəqabətcil qiymətlərlə son təyinat nöqtəsinə çatdırlması üçün önəmlidir. Zəif rəqəmsal
transformasiya nəticəsində lazımsız və təkrarlanan proseslər, bir məlumatın bir neçə dəfə təkrar emal
edilməsi, məlumatların ötürülməsi zamanı dəyişilməsi, vaxtında informasiyanın əldə olunmaması və
ya əlçatanlığının az olması kimi halların qarşısını almaq üçün avtomatlaşdırılmış, neytral və açıq
sistemin qurulması son dərəcə önəmlidir. Burada yalnız dövlət-özəl sektorun arasında informasiya
axını və əməliyyatlara nəzarət deyil, həmçini dövlət qurumları arasında informasiya axını qurulur.
Bu sistemin üstünlükləri özündə qeydiyyat-izləmə-sənədləşmə proseslərinin sadələşməsi nəticəsində
çatdırılma vaxtının azaldılmasını, bütün qapıdan-qapıya çatdırılma prosesinin izləniləbilirliyini,