“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
28
14 saata enmişdir.Lakin sərhəd keçid məntəqələrində sərf olunan zamana münasibətdə ixrac
sənədləşməsinin müddətində ciddi dəyişiklik müşahidə edilməsə də , idxal əməliyyatı üzrə
sənədləşməyə sərf olunan zaman 1.2 dəfəyə yaxın azalmışdır ( 41 saatdan 33 saata qədər ) .Digər
indikator – idxal-ixrac əməliyyatları üzrə xərclərin həcmində də müəyyən müsbət dəyişiklər qeydə
alınmışdır.
Diaqramdan göründüyü kimi, təhlil aparılan dövrdə ixrac zamanı sərhəd-keçid xərclərində 43%, ixrac
zamanı sənədləşmə xərclərində 16,7%, idxal zamanı sərhəd keçid xərlərində 29% azalma qeydə alınmış,
lakin idxal sənədləşdiriməsi üzrə xərclər sabit qalmışdır. Azərbaycanın idxal və ixrac əməliyyatlarına
sərf olunan vaxt və yaranan xərclər üzrə göstəricilər aşağıdakı kimidir. Bu hesabata əsasən 2016-cı illə
müqayisədə ixrac zamanı sərhəd keçid məntəqələrində sərf olunan zaman 50%,sənədləşmə üzrə sərf
olunan zaman 5.7%,idxal zamanı sərhəd-keçid məntəqələrində sərf olunan zaman 57%, sənədləşməyə
sərf olunan zaman isə 20% azalmışdır.
Bütün bu müsbət dinamikaya baxmayaraq, Azərbaycan hər iki göstəricilər üzrə bəzi region ölkələrinə və
inkişaf etmiş ölkələrə uduzur. Məsələn, Azərbaycanda inkişaf etmiş ölkələrlə müqayisə etdikdə:
sərhəd-keçid üzrə sərf olunan zaman ixrac üzrə ən azı 30%, idxal üzrə 2 dəfəyə yaxın
yüksəkdir;
sənədləşməyə sərf olunan zaman ixrac üzrə az qala 15 dəfə, idxal üzrə 10 dəfə çoxdur;
Dostları ilə paylaş: