istiqamətində işlərin təşəbbüslərin artırılmasına ehtiyac var;
Yüklərin vaxtında çatdırılması üçün dünya təcrübəsində geniş tətbiq olunn liman icma sisteminin (port community system) tətbiqi zəruridir;
Özəl logistika şirkətlərinin nəqliyyat və logistika xidmətlərində iştirakı artırılmalı, onların xidmət səviyyəsinin keyfiyyətinin yüksəldilməli, xərclərinin azaldılması üçün zəruri təşviq mexanizmləri hazırlanmalıdır;
Logistika şirkətlərinin rəqabət qabiliyyətini artımaq və onların dəyər zəncirində aktiv iştirakını təşkil etmək üçün informasiya idarəetmə texnologiyaları, bulud, yüklərin izlənilməsi sistemlərinin yaradılması, kadrların peşəkarlıq qabiliyyətinin artırılması, nəqliyyat parkının yenilənməsi istiqamətləri üzrə təşviqedici tədbirlər görülməsinə ehtiyac var;
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində yaradılmış logistika xidmətlərini, eləcə də Azərbaycan Dəmir Yolları QSC tərkibində yaradılmış dəmir yolu daşıma xidmətlərini dünya təcrübəsində olduğu kimi özəl şirkətlərə ötürülməsi daha məqədəuyğundur;
Azərbaycan hökuməti ölkənin logistika potensialının dövri qiymətləndirilməsi, bu sahədə problemlərin aşkarlanması, beynəlxalq bençmarkinqin təmin edilməsi üçün Dünya Bankının logistik perfomans indeksində (LPI) iştirak etməlidir;
Azərbaycanın logistik potensialının artımı həm də onun dünya iqtisadiyyatına sürətli inteqrasiyasından, həmçinin birbaşa xarici sərmayə cəlb etmək imkanınından aslıdır ki, bunun üçün Dünya Ticarət Təşkilatına üzvülük başa çatdırılmalıdır;
Şərq-Qərb marştrutu üzərində yerləşən ölkələrin tranzit yüklərlə əlaqəli gömrük prosedurlarının daha da sürətləndirilməsi prosesini təmin etmək üçün bütün mümkün