“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 32
gömrük bəyannamələrinin və müxtəlif tip daşıma növləri üzrə sənədlərin hazırlanma prosesinin
harmonizasiyasını ehtiva edir. Nəqliyyat və yükdaşıyıcılar bu sistemin sayəsində öz planlarını daha
məhsuldar şəkildə quramağa, proses və sənəd dövriyyəsinin azaltmağa, böyük həcmdə
informasiyaların qısa müddətdə emal etməyə imkan qazanırlar. Bu sistemin uğurlu tətbiqi ölkənin
logistik perfomans göstəricisinin yüksətmək ilə yanaşı ölkənin logistika yönümlü inkişafına çox
böyük təsir edə bilər. Hazırda Hamburq, Valensiya, Antverp, Felixstove, Rotterdam limanlarına port
icma sisteminin tətbiqindən istifadə edilir.
Amma şübhəsiz ki, bütövlükdə “İpək Yolu” marşurutunun potensialının artırılması bütün region
ölkələrinin birgə təşəbbüslərindən də əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, gömrük məlumatlarının
mübadiləsi və gömrük prosedurlarının uyğunlaşdırılması təchizat zənciri üçün çox önəmlidir və
elektron məlumat mübadiləsi sistemləri regional inteqrasiya təşəbbüslərinin reallaşmasına kömək
edə bilər. Nümunə üçün, Mərkəzi Amerikada Beynəlxalq Mallar üzrə Tranzit Sistemi (TİMS)
əvvəllər çətin olan prosedurları yalnız vahid bir sənəd əsasında 9 ölkə arasında malların sürətli
hərəkətini təmin etmək üçün uyğunlaşdırır. Bəzi sərhəd yerlərində bu sistem tranzit malların
gömrüklənməsi müddətlərini 90%-ə qədər azaltmışdır. Doğrudur, 2008-ci ildə Türkiyə Gömrük
İdarəsi tərəfindən İpək Yolu Gömrük Təşəbbüsü başladılmışdır və bu təşəbbüsə Türkiyə,
Azərbaycan, Gürcüstan, Qazaxstan, Qırğızıstan qoşulmuşdur. Həmin təşəbbüs daha sonradan
“Karvansaray Layihəsi” kimi daha da inkişaf etdirildi və tərəflər öz gömrük idarələrinin sərhəd
keçidlərinin asanlaşdırılması, gömrük prosedurlarının uyğunlaşdırılması və sadələşdirilməsi və
qədim İpək Yolu ilə Çin sərhədinə qədər sərhəd keçid müddətinin azaldılması üçün birlikdə
çalışmağa razı olduqlarını bildirdi. Bununla belə, hələlik Mərkəzi Amerika nümuməsindəki TİMS-ə
uyğun vahid gömrük sənədləşməsi mexanizminin yaradılmasını təmin etmək mümkün olmayıb.