“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
34
Şərq-Qərb dəhlizi Yeni Avrasiya marşurutuna nisbətən daha yüksək xərclə daşımaları
təmin edir. Belə ki, Yeni Avrasiya Dəhlizi üzrə Çinin Sian bölgəsinə Polşanın Slavkov
şəhərindən 40 futluq konteynerin çatdırılma qiyməti 3600-4200 ABŞ dolları arasında, Şərq-Qərb
dəhlizi üzrə isə 40 futluq konteynerin çatdırılma qiymətininin 5000-5500 ABŞ Dolları arasında
dəyişir.
İpək Yolu dəhlizində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi
ortalama ixracın 5.2 faiz artması deməkdir. Xüsisilə də ticarət zamanı yüklərin qısa zamanda
çatdırılma tez xarab olan məhsullar üçün xüsusi ilə önəmlidir.
Şərq-Qərb dəhlizi üzərində yerləşən Qazaxstan, Gürcütsan və Türkiyənin Avropa Birliyi
və Çin ilə ticarət və gömrük müqavilələrinin olmasına baxmayaraq Azərbaycanın qeyd
edilən qurum və ölkələrlə hazırda qüvvədə olan müqavilələri mövcud deyildir. Halbuki
ölkələrarası ticarət anlaşmalarının olması, sərhəd keçid məntəqələrinin sərf olunan vaxtın
azaldılması və ölkənin təkmilləşdirilmiş nəqliyyat infrastrukturunun olması
nəticəsində ticarət
zamanı sərf olunan vaxtın daha da azalması və yeni bazarlara çıxış imkanlarının artması
deməkdir.
Dostları ilə paylaş: