İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə58/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   54   55   56   57   58   59   60   61   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.42. Mərzə
Dünyanın bir çox regionlarında mərzənin 4-6 növü mədəni halda əkilib becərilir. Mərzə 
respublikanın müxtəlif rayonlarında həyətyanı sahələrdə becərilir. Mərzənin yerüstü 
hissəsində 1-3,5 %-ə qədər efir yağı vardır. Bitkinin efir yağı yaşımtıl-sarı rəngdə olub, kəskin 
acımtılşirintəhər dada malikdir. Yağının tərkib hissəsinin 40 %-ni kamfora, terpentin təşkil 
edir. Cavan zoğlarının tərkibində 127 mq% rutin, 44 mq% askorbin turşusu, 5,5 mq% karotin 
və sairə maddələr vardır. Mərzədə olan efir yağı əsasən terpinendən ibarət olub, ümumi efir 
yağının 36-42 %-ni təşkil edir. Mərzə spesifık ətrə, nisbətən büzüşdürücü, müəyyən qədər acı 
dada malikdir.
Tibdə mərzə kamforasından istifadə olunur. Mərzədən hazırlanan preparatlardan və 
cövhərlərdən nəfəs yollarının soyuqdəymələrində, həzm sistemi üzvlərinin fəaliyyətinin 
nizama salınmasında, astma, zökəm, qarın köpü, əsəb öd kisəsi və sairə xəstəliklərin 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
57 
müalicəsində istifadə edilir. Mərzədən ədviyyə kimi kulinariyada istifadə olunur. Mərzə 
kolbasa məmulatlarına, duru xörəklərə, balıq, ət, yumurta, kartof, bir çox tərəvəz və sairə 
xörəklərə əvəz edilməz qatqı kimi əlavə edilir. Bunlardan müxtəlif salatlar və souslar da 
hazırlanır. Mərzədən çay konsentratlarının, spirtsiz sərinləşdiricilərin, şərbətlərin 
hazırlanmasında və eləcə də pomidor, kələm, xiyar konservlərində əlavə qatqı kimi istifadə 
olunur. Qurudulmuş mərzə pendir məhsullarının istehsalında da tətbiq edilir. 
1.7.9. Razyana
Dünyada 2 növü məlumdur ki, Azərbaycanda 
onun adi razyana növü becərilir. Bitki kimyəvi 
tərkibcə meyvə ilə birlikdə 8-12 % yağ, 1,5 % efir 
yağı, 3,5 % şəkər, 10-14 % nişasta, 14-17 % zülal 
olmaqla bərabər tərkibində aşı maddələr, alma və 
kəhrəba turşuları, mineral maddələr, vitaminlərlə 
də zəngindir. Xalq tərəfindən həm bitkinin yaşıl 
kütləsindən, həm də toxumundan geniş istifadə 
olunur (Şəkil 1.43). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin