Jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix22.05.2020
ölçüsü2,14 Mb.
#31418
1   2   3   4   5   6   7   8   9

 
Təsirlənmə dolağıSabit cərəyan mühərriklərinin 
təsirlənmə dolaqların vəzifəsi lövbər dolaqları ətrafında maqnit 
qütbləri yaratmaqdan ibarətdir və gövdəyə bərkidilir. Təsirlənmə 

 
- 97 - 
dolağından sabit cərəyan axdıqda  onun nüvəsində cüt maqnit 
qütbləri əmələ gəlir. Bəzən kiçik güclü mühərriklərdə təsirlənmə 
maqnit sahəsi yaratmaq məqsədi ilə təbii sabit maqnitdən istifadə 
edilir. Şəkilxx-də sabit cərəyan mühərrikinin təsirlənmə 
dolağının sxemi göstərilmişdir. 
 
Şəkil.Təsirlənmə dolağının sxemi 
 
Sabit cərəyan mühərriklərində cüt qütblərin sayı qida 
mənbəyi parametrlərindən asılı olmur və mühərrikin kanstruktiv 
xassəsi olub, mühərrik layihələndirilərkən tələb olunan gücdən 
və dövrlər sayından asılı olaraq müəyyən edilir. 
 
Lövbər.Sabit cərəyan maşınlarında fırlanan və burucu 
mamenti ötürən hissə lövbərdir. Şəkilxx-də lövbərin ümumi 
görünüşü göstərilmişdir.  
 

 
- 98 - 
Şəkil.Lövbərin ümumi görünüşü 
 
 
Sabit cərəyan mühərriklərinin lövbərləri qalınığı 0,3-
0,7mm  aralığında dəyişən listdən preslənərək yığılan və qaynaq 
olunmüş paketdən ibarətdir. Lövbərin üzərində lövbər 
sarğılarının yerləşdirilməsi üçün pazlar olur. Lövbərin bir 
tərəfində kollektor yerləşir və lövbər sarğılarının ucları kollektor 
lövhələrinə lehimlənir. Kömür fırçalar vasitəsi ilə qida gərginliyi 
kollektor lövhəsinə, onun vasitəsi ilə isə uyğun lövbər dolağına 
ötürülür.  
 
Sabit cərəyan mühərrikinin işləmə prinsipi 
 
Sabit cərəyan mühərrikinin işləmə prinsipini izah edən 
sxem şəkilxx-də göstərilmişdir.  
 
Şəkilxx.Sabit cərəyan maşınının işləmə prinsipini  
izah edən sxem 
 
 
 
Əvvəlcə qeyd edək ki lövbər pazlarında kollektor 
pazlarının sayının yarısı sayda dolaq yerləşdirilmiş olur. 

 
- 99 - 
Lövbərin hər hansı bir vəziyyətində bu dolaqlardan biri uyğun 
kollektor lövhəsi vasitəsi ilə sabit cərəyan qida mənbəyinə 
birləşmiş olur və bu zaman həmin dolaqdan  
  cərəyanı axır. 
Cərəyanla maqnit qütblərinin yaratdığı maqnit sahəsinin 
qarşılıqlı təsiri nəticəsində dolağa 
  qüvvəsi təsir etməyə bşlayır, 
lövbər dönür, yeni bir dolaq yni kollektor lövhələri vasitəsi illə 
qida mənbəyinə qöşulur. Beləliklə eyni proses təkrarlanır və 
lövbər fasiləsiz olaraq dönür, yəni fırlanır. 
 
 
Sabit cərəyan mühərrikinin növləri 
 
Sabit cərəyan mühərrikləri təsirlənmə üsuluna görə təsnif 
olunurlar və aşağıdakı növləri vardır: 
 
-sabit maqnitli; 
 
-müstəqil təsirlənmə dolaqlı; 
 
-paralel təsirlənmə dolaqlı; 
 
-ardıcıl təsirlənmə dolaqlı; 
 
-qarışıq təsirlənməli. 
 
 
Sabit maqnitli sabit cərəyan mühərriki. Sabit maqnitli 
sabit cərəyan mühərriki sadə bir mühərrik olub, fərqləndirici 
cəhəti təsirlənmə maqnit sahəsinin sabit maqnit vasitəsi ilə 
yaradılmasıdır. Şəkilxx-də sabit maqnitli sabit cərəyan 
mühərrikinin sxemi göstərilmişdir. 
 
Şəkilxx.Sabit maqnitli sbit cərəyan mühərrikinin sxemi 
 

 
- 100 - 
 
Müstəqil təsirlənmə dolaqlı sabit cərəyan mühərriki. 
Müstəqil təsirlənmə dolaqlı sabit cərəyan mühərrikinin 
fərqləndirici cəhəti ondan ibarətdir ki, onun  təsirlənmə dolağı 
müstəqil qida mənbəyinə malik olur və lövbər dolağı ilə heç bir 
əlaqəsi olmur. Şəkilxx-də müstəqil təsirlənən sabit cərəyan 
mühərrikinin sxemi göstərilmişdir. 
 
Şəkilxx.Müstəqil təsirlənmə dolaqlı sbit cərəyan  
mühərrikinin sxemi 
 
 
Paralel təsirlənmə dolaqlı sabit cərəyan mühərriki. 
Paralel təsirlənmə dolaqlı sabit cərəyan mühərrikinin 
fərqləndirici cəhəti ondan ibarətdir ki, onun  təsirlənmə dolağı 
lövbər dolağına parallel birləşdirilmiş olur və eyni bir mənbədən 
qidalanırlar. Şəkilxx-də paralel təsirlənən sabit cərəyan 
mühərrikinin sxemi göstərilmişdir 
 
Şəkilxx.Paralel təsirlənmə dolaqlı sbit cərəyan  
mühərrikinin sxemi 
 
Ardıcıl təsirlənmə dolaqlı sabit cərəyan mühərriki. 
Ardıcıl təsirlənmə dolaqlı sabit cərəyan mühərrikinin 
fərqləndirici cəhəti ondan ibarətdir ki, onun  təsirlənmə dolağı 

 
- 101 - 
lövbər dolağına ardıcıl birləşdirilmiş olur və eyni bir mənbədən 
qidalanırlar. Şəkilxx-də ardıcıl təsirlənən sabit cərəyan 
mühərrikinin sxemi göstərilmişdir 
 
Şəkilxx.Ardıcıl təsirlənmə dolaqlı sbit cərəyan  
mühərrikinin sxemi 
 
 
Qarışıq təsirlənmə dolaqlı sabit cərəyan 
mühərriki. Ardıcıl təsirlənmə dolaqlı sabit cərəyan mühərrikinin 
fərqləndirici cəhəti ondan ibarətdir ki, onun  təsirlənmə dolaqları 
həm müstəqil həmdə ardıcıl və ya həm parallel həm də ardıcıl 
ola bilər. Şəkilxx-də ardıcıl və müstəqil təsirlənən sabit cərəyan 
mühərrikinin sxemi göstərilmişdir 
 
Şəkilxx.Qarışıq təsirlənmə dolaqlı sbit cərəyan  
mühərrikinin sxemi 
 
Sabit cərəyan mühərriklərinin fırlanma  
istiqamətinin dəyişdirilməsi 
 
Sabit cərəyan mühərrikinin fırlanma istiqamətinin 
dəyişdirilməsinin iki üsulu vardır: 
 
-lövbər cərəyanın istiqamətinin dəyişdirilməsi, yəni 
lövbər dolağına verilən gərginliyin qütblüyünün dəyişdirilməsi; 

 
- 102 - 
 
- təsirlənmə cərəyanın istiqamətinin dəyişdirilməsi, yəni 
təsirlənmə dolağına verilən gərginliyin qütblüyünün 
dəyişdirilməsi; 
 
Şəkilxx-də sabit cərəyan mühərrikinin fırlanma 
istiqamətinin dəyişdirilməsi sxemləri göstərilmişdir. 
 
 
Şəkilxx.Sabit cərəyan mühərriklərinin hərəkət 
 istiqamətlərinin dəyişdirilməsi sxemləri  
 
 
Sabit cərəyan mühərriklərinin (SCM)  
mexaniki xarakteristikası 
Müstəqil təsirlənən SCM-ni nəzərdən keçirək. Müstəqil 
təsirlənən SCM-nin şəkilxx-də göstərildiyi kimi qoşulduğunu 
qəbul edək.   
 
 
Şəkilxx. Müstəqil təsirlənən SCM-nin sxemi 
 

 
- 103 - 
 
Mexaniki xarakteristikanın riyazi ifadəsi lövbər dövrəsi 
üçün yazılmış gərginliklərin bərabərlikləri tənliyindən alına 
bilər. Baxılan sxemdə lövbər dolağına tətbiq olunan 
  gərginliyi 
lövbərdəki gərginlik düşgüsü 
  -lə və lövbərdə induksiyalanan 
e.h.q. 
  ilə tarazlaşmalıdır yəni, 
           
 
Lövbərdə induksiyalanan  e.h.q. isə aşağıdakı kimi 
hesablaır. 
        
Burada, k-mühərrikin konstruktiv verilənlərində asılı 
olan əmsal;  Ф-təsirlənmə dolağı tərəfindən yaranan maqnit seli; 
 -mühərrikin bycaq sürəti.  
 
Gərginliyin  ifadəsində 
 -nin  qiymətini  nəzərə  alsaq  və 
tənli 
 -ya görə həll etsək, alarıq, 
   
    
  
. 
 
Bu ifadə sabit cərəyan mühərrikinin elektromexaniki və 
ya sürət xarakteristikası adlanır. 
 
Mühərrikin mexaniki xarakteristikası dedikkdə onun 
  
bucaq sürətinin yük momenti 
 -dən asılılığı başa düşülür. Bu 
səbəbdən 
 -nın yuxarıda göstərilən ifadəsinə yük momenti   
daxil edilməlidir. Digər tərəfdən yük momenti 
  aşağıdakı 
hesablanır: 
       
 
 -n bu ifadəsini  -nın ifadəsində nəzərə alsaq,  
   
 
  
   
 
 
 
 
 
  
ifadəsini alarıq. 
Lövbər gərginliyinin və təsirlənmə maqni selinin nominal 
qiymətlərində lövbər dolağına əlavə müqavimət qoşulmazsa, 
yəni 
     
 
 olarsa, alınan mexaniki xarakteristika təbii 
mexaniki xarakteristika adlanır. 

 
- 104 - 
Burada, 
 
 
-sırf lövbər dolağının aktiv müqavimətidir. 
Şəkilxx-də SCM-nin təbii mexaniki xarakteristikası 
göstərilmişdir.  
 
Şəkilxx. Müstəqil təsirlənən SCM-nin təbii  
mexaniki xarakteristikası 
 
Mexaniki xarakteristikadan SCM-nin yük momenti 
artdıqca onun bucaq sürəti xətti olaraq azalır. 
 
SCM-nin sürətinin tənzimlənməsi 
SCM-i sənayenin və məişətimizin çox müxtəlif 
sahələrində tətbiq edilir və əksər hallarda mühərrikin sürətinin 
tənzimlənməsi təlabatı meydana çıxır. Qeyd edildiyi kimi 
müstəqil təsirlənən SCM-nın sürəti aşağıdakı kimi ifadə olunur. 
   
 
  
   
 
 
 
 
 
  
Bu ifadədən göründüyü kimi mühərrikin sürətini tənzimləmək 
üçün ya mühərrikin lövbər dolağına verilən gərginlik, ya da 
təsirlənmə dolağında yaradılan maqnit seli idarə edilməlidir. 
Qeyd etmək lazımdır ki, hər bir mühərrikin birm buraxıla bilən 
yüklənmə vardır və bu yüklənmə həddi nominal yüklənmə 
adlanır. Ekektrik parametlərininn və yükün nominal 
qiymətlərində mühərrikin aldığı sürət onun nominal sürəti 
adlanır.  
 
SCM-nin sürətinin tənzimlənməsi iki zonada yerinə 
yetirilir: 

 
- 105 - 
-I zona, sabit momenti təmin etməklə sürətin 
tənzimlənməsi. Bu zonada mühərrikin sürəti lövbər 
dolağına verilən gərginliyi idarə etməklə 0-dan 
özünün nominal qiymətinə qədər tənzimlənir. Yəni, 
      
 
 
 
 cost. 
Bu zonada mühərrikin gücü sürətə mütənasib olaraq 
dəyişir, yəni 
      
-II zona, sabit gücü təmin etməklə sürətin 
tənzimlənməsi. Bu zonada mühərrikin sürəti 
təsirlənmə dolağında yaranan maqnit selinin idarə 
edilməsi yolu ilə özünün nominal qiymətindən 
maksimal qiymətinə qədər tənzimlənir .Təsirlənmə 
maqnit selinin ifadəsini aşağıdakı kimi yaza bilərik: 
   
 
 
  
 
 
  
   
 
 
 
 . 
Bu ifadəni momentin ifadəsində nəzərə alsaq, 
      
 
 
 
    
 
 
 
 
 
   
 
 
 
  
alarıq. Digər tərəfdən, 
          
 
 
 
        
alınır. İki zona üzrə tənzimləmə xarakteristikaları 
şəkilxx-də göstərilmişdir. 
 

 
- 106 - 
Şəkilxx. Müstəqil təsirlənən SCM-nin iki zona üzrə  
tənzimləmə xarakteristikası 
 
 
Asinxron mühərriklər 
 
 
 
Stator sarğılarına verilən dəyişən cərəyanın yaratdığı 
maqnit selinin tezliyi ilə rotorunun dönmə tezliyi eyni olmayan 
elektrik mühərrikləri asinxron mühərriklər adlanırlar. Asinxron 
mühərrikləri ucuzdurlar, az qulluq tələb eirlər, cücü bir neçə  
W-dan  3500kW-a qədər olur, yüksək butucu mamentə 
malikdirlər və müasir electron texnolojisi imkan verir ki, onların 
dövrlər sayı geniş diapazondə tənzimlənə bilsin. Göstərilən 
üstünlüklər səbəbindən asinxron mühərrikləri sənayedə ən çox 
tətbiq olunan elektrik mühərrikidir. Sənyedə asinxron 
mühərriklərinin çox müxtəlif növləri ilə rastlaşdırılır. 
Ümumiyyətlə asinxron mühərrikləri aşağıdakı hissələrdən 
ibarətdir; (şəkilx.x.)  
 
-stator; 
 
-rotor; 
 
-gövdə;  
 
-yastıqlar; 
 
-qapaqlar; 
 
-pərvanə (ventilyator). 
 
 

 
- 107 - 
 
Şəkil xx. Bir fazlı asinxron mühərrikiniin ümumi  
görünüşü 
 
 
 
Asinxron mühərriklərinin növləri 
 
Asinxron mühərrikləri üc fazlı asinxron mühərrikləri və 
tək fazlı asinxron mühərrikləri kimi iki növə bölünürlər. 3Kw-
dan yuxarı güclər ücün əsasən üç fazlı asinxron mühərriklərdən 
istifadə edilir. Bir fazlı asinxron mühərriklərindən kiçik güclü 
qurğularında, məsələn soyuducularda, paltar yuyan maşınlarda, 
kiçik su nasoslarında, mikserlərdə, ventilyatorlarda, 
aspiratorlarda və başqa qurğularda  istifadə olunur.  
 
 
 
 
 Bir Fazlı Asenxron mühərriklər 
 
 
 
Bir fazlı yardımcı sarğılı asinxron mühərriklərində ana ve 
yardımcı sargı olmaqla  iki sarğı olur. Ana sarğı qalın teldən və 

 
- 108 - 
çox saylı olub, stator yarıqlarının 2/3 hissəsini tutur. Yardımçı 
sarğı isə incə teldən, az saylı olur. Yardımçı sarğılı mühərriklərin 
rotorları sincab qəfəsli (qısa qapanmış çubuqlu) rotorlu olurlar. 
 
Bir fazlı asinxron matorlarda yalnız ana sarğı ilə dönən 
maqnit seli yaratmaq mümkün olmaz. Bu səbəbdən bir fazlı 
matorlarda ana sarğı yanında bir də yatdımçı sarğının olması 
vacibliyi meydana çıxır. Ana və yardımçı sarğılar biri-birilərinə 
paralel bağlanırlar və aralrında 90
  elektrik bucağı yarada 
biləcək yarıqlara yerləşdirirlər. Bu satğılara dəyişən bir fazlı 
gərginlik verdikdə hər iki sarğıda maqnit sahəsi meydana gəlir. 
Yarıqlar arasında elektrik bucağı 90
  olduğundan və dolaqlara 
verilən gərginlik eyni fazlı olduğundan, meydana gələn maqnit 
sahələri də eyni fazlı olacaqdır. Bu səbəbdən bu iki sarğıda 
meydana gələn maqnit sahələri də dönən maqnit sahələri 
olmayacaqdır. Dönən maqnit səhəsi əldə etmək üçün bu maqnit 
sahələri arasında bir faz fərqi yaratmaq gərəkdir. Bu məqsədlə 
yardımçı dolağa ardıcıl olaraq bir kondonsator qoşulur. Qoyulan 
kondensatorun səyəsində ana və yardımçı sarğıları cərəyanları 
arasında 90
 -lik bir faz fərqi (faz sürüşməsi) əmələ gəliri, hansı 
ki, fırlanan maqnit sahəsinin yaranmasına səbəb olur. Şəkil xx-
də a-b-c-d  stator sarğılarından axan cərəyanların istiqamətləri və 
bu anlarda meydana gətirdikləri qütblərin yerləri göstərilmişdir. 
 
Şəkil xx. Bir fazlı asinxron mühərrikində fırlananmaqnit  
selinin yaran  ması sxemi  

 
- 109 - 
 
Sxemdən göründüyü kimi (d) anından sonra təkrar (a) 
anına dönülür. Statorun iki faz dolağından keçən iki fazlı dəyişən 
cərəyanın bir periodluq dəyişməsində statordə meydana gələn 
(N-S) qütblərinin bir dövür etdiyi görünür. 
 
Qeyd edildiyi kimi bir fazlı asinxron matorun stator 
dolaqlarına bir fazlı gərginlik verildikdə statorda fırlanan maqnit 
sahəsi yaranır. Bu fırlanan maqnit sahəsi qısa qapanmış rotor 
dolaqlarını kəsir və orada e.h.q. induksiyalayır və qısa qapanmış 
rotor dolaqların cərəyan axmağa başlayır. Qısa qapnmış rotor 
dolaqlarında yaranan cərəyan stator dolaqlarında olan fırlanan 
maqnit sahəsi ilə qarşılıqlı təsirdə olaraq rotorun dönməsinə 
səbəb olur. 
 
Bir fazlı asinxron mühərriklərinin növləri 
 
Bir fazlı asinxron mühərriklərinin növləri aşağıdakı 
şəkildə göstərilmişdir. 
 
 

 
- 110 - 
Şəkil xx. Bir fazlı asinxron mühərriklərinin 
növləri  
1.Yardımçı sarğılı asinxron mühərrikləri. 
 
Yardımçı sarğılı asinxron mühərriklərində mühərrikin 
valını hərəkətə gətirmək üçün yardımçı sarğıdan istifadə edilir. 
Yardımçı sarğısı olmayan mühərriklərdə isə mühərrikin valı əllə 
hərəkətə gətirilir. Yardımçı sarğılı asinxron mühərrikləri 
müqavimətlə işə buraxılan və kondensatorlu kimi iki növlü 
olurlar. 
 
 
a)Müqavimətlə işə buraxılan asinxron mühərrikləri 
 
Bu cür mühərriklərdə yardımçı sarğıya ardıcıl olaraq bir 
müqavimət bağlanır. Müqavimətin köməyi ilə yardımçı sarğı 
cərəyanının gərginliyə görə geri qalma bucağı kiçilir. Ana sarğı 
cərəyanı isə gərginlikdən 90
 -yə yaxı bucaqla geri qalır. 
Nəticədə mühərrikin statorunda biri-birindən 90
 -yə yaxın bucaq 
faza fərqli maqnit sahələri yaranır. Bu səbəbdən də rotorda 
burucu moment yaranır və rotor dönür. Rotor sürət götürdükdən 
sonra yardımçı sarğı dövrədən çıxarılır (şəkil xx). Günümüzdə 
bu mühərriklərdən istifadə edilmir. 
 
Şəkil xx. Müqavimətlə işə buraxılan asinxron mühərrikin sxemi 

 
- 111 - 
 
 
b)İşə buraxma kondensatorlu asinxron mühərrikləri 
 
İşə buraxma kondensatorlu mühərriklərdə ilk işə 
buraxma momenti nominal yük momentindən 3,5-4,5 dəfə 
böyük ola bilir. İlk işə buraxmadan sonra yardımçı sarğı 
dövrədən açılır (şəkil xx). Bu cür mühərriklər günümüzdə geniş 
tətbiq edilməkdədir. 
 
Şəkil xx. İşə buraxma kondensatorlu asinxron mühərrikin sxemi 
 
 
c)Daimi kondensatorlu asinxron mühərrikləri 
 
Daimi kondensatorlu asinxron mühərriklərində yardımçı 
sarğıya ardıcıl qoşulmuş bir kondensator daimi olaraq işə 
buraxılır və mühərrikin işlədiyi müddətdə kondensator dövrədə 
qalır. İlk işə buraxma momenti nisbətən kiçikdir (Şəkil xx).  
Əsasən ventilyator və aspiratorlarda və kiçik cüclü 
mühərriklərdə tətbiq edilir.  
 

 
- 112 - 
 
Şəkil xx.Daimi  kondensatorlu asinxron mühərrikin sxemi 
 
d)İşə buraxma və daimi kondensatorlu asinxron 
mühərrikləri 
Mühərrik ilk işə buraxılan zaman böyük tutumlu işə 
buraxma kondensatoru və kiçik tutumlu daimi kondensator 
dövrəyə qoşulur. Mühərrik sürət götürdükdən sonra böyük 
tutumlu işə buraxma kondensatoru dövrədən açılır və kiçik 
tutumlu daimi kondensator isə mühərrikin işlədiyi müddətdə 
daim işdə qalır (şəkil xx). İşə buraxma və daimi kondensatorlu 
asinxron mühərrikləri yüksək işə buraxma və işləmə əlamətləri 
ilə fərqlənirlər. 

 
- 113 - 
 
Şəkil xx.İşə buraxma və daimi  kondensatorlu asinxron 
mühərrikin sxemi 
 
2.Kölgə qütblu asinxron mühərrikləri. 
Kiçik güclü bpir mühərrik növü olub, sadə və ucuzdur. 
Qütb ayaqları iki hissəyə ayrılmışdır və onlardan qarşılıqlı 
yetşənən bir cütünə həlqə geydirilmrşdir. Həlqə taxılmış qütb 
ayaqlarında yaranan maqnit sahəsi əsas qütb ayaqlarında yaranan 
maqnit sahəsinə nisbətən 90
 -yə yaxın bucaq qədər sürüşmüş 
olur. Həlqə taxılmış qütbdə kölgə qütb adlanır (şəkil xx). Bu 
matorlar qısa qapanmış rotorludur və darma eyni istiqamətdə 
fırlanır.Fırlanma istiqamətini dəyişmək üçün rotoru stator içində 
tərs çevirmək lazımdır. İşə buraxma momentləri kiçikdir. 
 

 
- 114 - 
 
Şəkil xx.Kölgə qütblü mühərrikin quruluşu və ümumi görünüşü 
 
2.Relüktans asinxron mühərrikləri 
Relüktans asinxron mühərrikləri kölgə qütblü 
mühərriklərə bənzəyirlər, lakin bu mühərriklərdə kögə qütb 
əvəzinə qütb ayaqlarının bir hissəsində ara boşluğu bir qədər 
artırılmışdır. Ara boşluğu çox olan hissədə maqnit selinin 
keçməsinə müqavimət nisbətən bğyük, ara boşluğu kiçik olnan 
hissədə isə az olur və bu səbəbdən də mühərrik rotorundə burucu 
moment yaranır. Bu mühərriklərin çox kiçik burucu 
mamentlələri olduğundan onlar çox az tətbiq olunurlar. 

 
- 115 - 
 
Şəkil xx.Relüktans mühərrikin quruluşu  
 
Üç fazlı asinxron mühərriklər 
 
Üç fazlı asinxron mühərrikləri üç fazlı şəbəkə olan hər 
bir yerdə geniş istifadə olunur. Demək olar ki, sənayedə istifadə 
olunan qurğuların əksəriyyətində üç fazlı asinxron 
mühərriklərindən istifadə olunur. 
 
Üç fazlı asinxron mühərrikin işləmə prinsipi 
 
Asinxron mühərriklərin induksiya prinspinə əsaslanır və 
aşağıdakı kimidir: 
 
-Fırlanan bir maqnit sahəsində yerləşdirilmiş keçiricidə 
e.h.q. induksiyalanır. 
 
-Fırlanan bir maqnit sahəsində yerləşdirilmiş keçiricidən 
cərəyan axırsa, keçirrci maqnit sahəsi tərəfindənitələnir. 
 
Asinxron mühərrikin rotorunun dönə fırlana bilməsi 
üçün: 
 
-Stator dolaqlarında fırlanan bir maqnit sahəsi olmalıdır. 

 
- 116 - 
 
-Rotor dolaqlarından bir cərəyan axmalıdır.  
 
Üç fazlı asinxron mühərriklərin statorunda aralarında 
faza fərqi 120
  olan üç dolaq yerləşdirili. Bu dolaqlar öz 
aralarında ulduz vəya üçbucaq birləşdirilməlidirlər. Statora üş 
fazlı gərginlik verildikdə dolaqlarda fırlanan maqnit sahəsi 
yaranır. Stator dolaqlarında yaranan fırlanan maqnit sahəsi rotor 
dolaqlarını kəsdiyindən onda e.h.q. induksiyalanır. Rotor 
dolaqları qısa qapandığından bu sarğılardan qısa qapanma 
cərəyanları axır. Rotor cərəyanları rotor N-S qütblərini yaradır. 
Statordakı fırlanan mqnit sahəsinin qütbləri ilə rotor maqnit 
qütblərinin qarşılıqlı təsiri nəticəsində bir burucu mament 
yaranır ki, o da mühərrik rotorunun fırlanmasına səbəb olur. 
Şəilxx-də statorun faz dolaqlarında dəyişən keçdiyi zaman 
fırlanan mqnit sahəsinin sxemi göstərilmişdir. 
 
 

 
- 117 - 
 
Şəkil xx.Fırlanan maqnit sahəsinin yaranması sxemi 
 
(a)  sxemində R və T fazlarının şərti axım istiqaməti müsbət, 
S fazının şərti axım istiqaməti isə mənfidir. Başqa sözlə, 
R və T fazlarının axımları giriş, S fazının axımı isə 
çıxışdır və dolaqlarda yaranan maqnit sahəsinin 
qütblülüyü sağ əl qaydasına əsasən müəəyən edilir. (b) 
sxemində R fazının şərti axım istiqaməti müsbət, S və T 
fazlarının şərti axım istiqaməti isə mənfidir. Başqa sözlə, 
R fazının axımları giriş, S və T fazlarının axımı isə 
çıxışdır. Burada maqnit sahəsinin (a) sxemindəki 
vəziyyətini (b) sxemindəki vəziyyəti ilə müqayisə etsək 
maqnit qütblülüyqnün saat əqrəbi istiqamətində 
dönməsini mqşahidə edərik. Digər sxemləri də eyni 
məntiqlə analiz etsək, stator dolaqlarından keçən 
cərəyanın yaratdığı maqnit sahəsinin saat hərəkəti 
istiqamətində fırlandığını müşahidə edərik. 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin