Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə47/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

ÖLKƏŞÜNASLIQ

Ölkəşünaslıq bu gün şura idarəsi tərəfindən əhəmiyyət ve­ri­lən məsələlərdən biridir. İttihadda yaşayan bütün millətlərin bi­rər-birər həyat və tarixi öyrənilir, hər yerdə tədqiq və tətəbbö cəmiyyətləri təsis olunub, ölkəşünas məcmuələri nəşr olunur. Rus alimlərinin səyləri sayəsində həfriyyat yapılır, bilmədiyimiz zamanların abi­dələri meydana çıxır və ilax. və ilax. Böyləcə axır vaxtlar meydana bir çox əsərlər çıxdı. Lakin ölkəşünaslıq imdiyə qədər son sözünü söyləmədi və axtarışı sahəsindən çıxıb, müəyyən və qəti hökmlər verməyə hələ çox zamanlar var. Məsələlərin qaranlıq nöqtələrini işıqlandırmaq üçün mə­həl­li alimlərə çox ehtiyac görünür; xalqın dil, adət, ayin və eti­qadlarını lazımınca bilməyənlərin tədqiqi təbiidir ki, səthi və ya­rımçıq olur. Mərkəzdən gələn alimlərin əsərləri bilaistisna qüsurdan xali deyil. Çünki xalqın içində böyüməyən, onun ya­şa­yışına ətraflı aşina olmayan bir alim bütün məlumatına rəğ­mən xalqın hazırını və keçmişini lazımınca qavraya bilmir.

Azərbaycanda da eyni halı görürük. Məmləkətimiz öyrənilir, lakin əsl azəri alimlərinin hələ yetişməməsi elmi surətdə təd­qiq və tətəbbödə iştirak edə bilməməsi ölkəşünaslıqda bir boş­luq doğurur. Məmləkətimizdə tədqiqlərilə xidmət edən rus alimləri bu qüsuru etiraf edirlər. Odur ki, türk gənclərindən elm adamları yetişdirməyə var qüvvələri ilə çalışırlar. Bu gün, az da olsa, elm sahəsində ümid­bəxş gənclərimiz var və məhəlli xü­­su­siyyətlərə incədən-incəyə vaqif olduqları üçün iləridə bir çox qaranlıq nöqtələri işıqlandıracaqlarına əminik. İmdilik ölkə­miz haqqındakı bütün məlumatlar material olaraq mətbuat sü­tu­nuna atılmalıdır. Bütün təsəvvürlər, nəzəriyyələr qarşı-qar­şı­ya götürülüb, istinad etdikləri mənbələr göstərilməlidir. Böylə olur­sa, həqiqət daha da əvvəl zühur edər və məmləkətimiz haqqındakı doğru məlumatı əldə etməyə müvəffəq olarıq.

Ölkəşünaslıqda tarixi kitabların və tarixi abidələrin tədqiqi kafi deyil. Tarixi təhqiq etmək üçün filoloji təhlil, xalq ədəbiyya­tına, el adət və etiqadlarına müraciət etmək birinci məsə­lələr­dən olmalıdır.1

Bunları bilmədən Azərbaycan kibi çox qədim və qarışıq bir tarixə malik bir ölkəni öyrənmək mümkün deyil. Təsəvvür­lə­ri­mizin doğru olduğu üçün bir kərə Azərbaycandakı coğrafi təbirlərə diqqət etməlidir: Azərbangan, Muğan, Aran, Lənkə­ran, Mərdəkan, Abşo­ran, Belağan, Nargan, Türkan kibi söz­lə­rin "an" və "gan" ilə qur­tarması pəhləvi və farsın cəmini gös­tərir. Arilərin Azərbaycanda böyük rol oynamış olmalarını ki­tab­lar və qədim abidələr göstərməsə belə, bunu biz bugünkü coğrafi təbirlərin təhlili ilə də bilirik; hər bir təbir başlı-başına bir tarixdir. Mağların midiyalılar ilə ittifaqda olduğunu Herodot yazır, lakin mağların yaşadığı toprağı nişan ver­mir. Halbuki "mağ"ın cəmi "Mağan" – "Muğan" olduğunu nəzərə aldıqda bunların Şimal Azərbaycanda yaşadığı meydana çıxır.

Qədim yunan müvərrixləri "mərd" adlı bir millətin Qaspi də­ni­­zinin Qafqasiya sahilində yaşadığını yazırlar. Mərdəgan "mərd"in cəmi olduğunu bildikdə, Mərdəkan qədim mərdlərin vətəni olduğu aşkar olur. Nar ərəbcə "od" deməkdir. Farslar ərəb sözünü cəmləş­dirib, Nargan şəklində işlətmişlər (Bizlər­də zatən böylə farslaşmış və ərəbləşmiş cəmlərə tez-tez təsa­düf olunur: el-elat; bağ-bağat; qız-qızan-qıtan; mağ-mamağ-mamağan və ilax. və ilax.). Narganın1 vulkanik bir cəzirə ol­maq ehtimalı var və bu ehtimalı tarixi həqiqətə yaxınlaşdıran bir də ərəb müvərrixi Məsudinin şəhadətini bilirik: Məsudi Ba­kının qarşısında yanar dağlı cəzirələrdən bəhs eləyir və atəşin gecə uzaqlardan görünməsini söyləyir.

Coğrafi təbirlərimizdə gözə çarpan başqa bir nöqtəyə də tə­sadüf edirik – bu da bəzi şəhərlərimizin Ord sözü ilə baş­lanmasıdır: Ərdəbil, Ordubad, Ərdəhan kibi. Ərd Avestanın "Aşa" sözündən gəlir: "doğruluq, təmizlik və paklıq" mənasın­dadır.2 "Aşa Vahista" (Acha Vahista) zərdüştlərdə od pərisi­dir, mənası "ən doğru və sadiq" deməkdir. Pəhləvi dilində "Ar­ta vaşhita" və farsidə "Ordu­behişt" olmuş ki, Şərq şairləri mə­nasını bilmədən işlədirlər.3

Tədqiqlərimiz əsasında irqi rəqəmlərin də bizə yol gös­tər­-

diklərini nağıllarımız haqqındakı məqaləmdə qeyd etmişdim. Bu üsul təma­milə yenidir və məndən əvvəl tətbiq edilməsini bil­mirəm. Rəqəm haqqında ayrıca yazacağımdan burada bəhsə lüzum görmədim. Suraqxanə atəşgədəsini tədqiq edər­kən rəqəm üsulunun mənə yeni ehtimallar öyrətdiyini də ay­rı­ca qeyd edəcəyəm.

Azəri adət və ayinlərinin və xalq ədəbiyyatının keçmiş tariximiz ilə sıxı əlaqədə olduğunu "Azəri nağıllarının əhvali-ru­hiyyəsi" və "Azərbaycanda zərdüşti adətləri" ünvanlı məqalə­lə­rimdə göstər­miş­dim. Lakin adətlərimizin ancaq bir hissə­sin­dən bəhs etmişdim; uzun izaha möhtac olanlarını başqa za­mana tərk etdim. Məsələn, qapıya at nalı çalmaq, həna qoy­maq adəti, hənanın xalqca qüdsiyyəti kibi mühüm və başlı-ba­şına bir tarixə malik məsələlərin təfsilatlı izahı üçün gələcək mə­qalələrimə müraciət etməli. Ən əvvəl "Azərbaycan" ləfzi və onun ətrafında yürüdülən nəzəriyyədən bəhs etməliyik. Çünki əsl ipin ucu oradadır. Uc açıldıqdan sonra yerdə qalan məsə­lə­lərin həlli asanlaşır, zənnindəyəm.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin