Məkan dəyişməsi riyaziyyatı nisbiləşdirir. Məkanın
genişliyindən meydana gələn müxtəlifliyin, bağlayıcılığın
sonsuzluğu məhz ənənəvi riyaziyyatın inkar olunmasını
şə
rtləndirir. Məsələn, “1” ədədi çoxlu sayda birlərə bölünür. Bu
anda ənənəvi riyaziyyatın qanunları özünü qoruyur. Lakin bir
məkandan başqa məkana dəyişmə zamanı, məsələn, formanın,
həmin eyni kəmiyyətli ədədin yerdəyişməsi zamanı isə
kəmiyyət qalır. Məsələn, 1 ədəd maşın yerini dəyişəndə elə 1
ə
dəd maşın olaraq qalır. Bu baxımdan da öz məkanında bir
ş
eyin artan-azalan kəmiyyətlər baxımından yox, yerdəyişməsi
baxımından riyaziyyat özünü dəyişdirir. Buna görə də, bu
məsələdə, məkan dəyişməsində 1-1=0 olmur. 1-1=1 olur. Hətta
məkanın artıb- azalmasında da, məsələn, bir şərti məkan
müstəvisində də ənənəvi riyaziyyat pozula bilir. Məsələn, dörd
otaq, bir mətbəx və iki yardımçı sahə birlikdə bir mənzili əmələ
gətirir. Onda, 1=4+1+2 və s. Ənənəvi riyaziyyat eyni şeylərə
12
münasibətdə öz ənənəsini qoruyur. Məsələn, hamımız bilirik
ki, 5 ədəd qələm+5 ədəd qələm=10 ədəd qələm. Burada da
məkan genişlənir. Hər bir qələmin öz məkanı olur. Lakin
toplama eyniliyə (qələmə) şamil olunur. Riyaziyyatın nisbiliyi
məhz bütövün öz məkanını dəyişməsində pozulur. Eləcə də bir
məkanda, tutaq ki, dörd ədəd kitab çatışmır. Bura üç ədəd kitab
gələndə elə üç olur. Onda, ənənəvi riyazi hesablama pozulur.
Məsələn, -4+3=3 olur. Burada artıq yalnız 1 ədəd çatışmır.
Ə
nənəvi riyaziyyatda isə -4+3= (-1)
Düşünmək bir proses kimi sistemliliyə, hərəkət olaraq
tərkib dərəcələrinə, tərkib tərzinə xasdır. Düşüncə özü
konstruktivliyi yaradır. Bir fikir məntiq əsasında –formal (sadə)
və dialektik (mürəkkəb) məntiq əsasında- ardınca digər fikirləri
meydana gətirir. Fikirin obyekti kiçik və böyük olur. Fikirlər
konkret və qısa olur, eləcə də genişlənmə xassələrini özündə
ə
ks etdirir. Böyük olanda xətləri və istiqamətləri də çox olur.
Beyin öz konstruktivlik funksiyasını obyektlər üzrə icra edir.
Daha çox siqnalların qəbulu beyinin həm konstruktivlik
funksiyasını təkmilləşdirir, həm də siqnallar obyektinin sayını
çoxaldır.
Məntiq konstruktivliyi yaradır və sistemliliyi meydana
gətirir. Konstruktivlik də məntiqi fikirlərin formalaşmasını
təmin edir. (Qeyd: mütləqlik və nisbilik hərəkətlərdən, məsafə
dəyişmələrindən, birləşmələrdən, tərkiblərin analizindən
meydana gəlir. Hərəkətlər məfhumu (anlayışı) elə fikirlərdə
meydana gələn nisbiliyin əsasıdır. Mütləqlər dəyişəndə
nisbilər də bir-birini əvəzləyir. Lakin nisbiliklər həqiqətdə,
hər bir məkanda olan mütləqlərdir. Nisbiliklər də
həqiqətlərdən ibarətdir. Mütləqlərin dəyişməsi-müəyyənliyin
qeyri-müəyyənliyə çevrilməsi, aşkarlığın gizlənməsi, yəni,
məkan dəyişməsi və gözdən itməsi elə mütləqləri qeyri-
müəyyən olaraq keçici və nisbi edir. Yada düşmək, unutmaq,
yaddan çıxarmaq və s. əvəzedici-məkandəyişdirici proseslər
nisbiliklərin əsaslarını formalaşdırır). Məntiq bir modelə və
13
formulaya çevrilir. Məntiq bir qayda olaraq, hesablayır,
birləşdirir, parçalayır, məkanlara ayırır, başlanğıcları və
sonluqları, səbəb və nəticəni tapır. Seçim edir, oxşarlıqları,
uyğunluqları, eləcə də fərqləri, uyğunsuzluqları müəyyən edir.
Məntiq bütövləşdirir, sintez edir, nəticələr çıxarır. Bütövlər
içərisində tərkibləri müəyyən edir. Sistemdəki müxtəlif
kəmiyyətləri müəyyən edir. (Qeyd: Yer kürəsinin öz oxu
ə
trafında fırlanmasından və Günəş ətrafında dövr etməsindən
meydana gələn fərqlər və eyniliklər: gecə və gündüzün bir-
birini əvəzləməsi, fəsillərin bir-birilərini əvəzləməsi –burada
dairəvi hərəkətlər fərqlərin eyniliklərini meydana gətirir-
məhz beyində eynilik və fərqliliyi ayırd etmək xüsusiyyətlərini
təbii olaraq formalaşdırır. Təbiətin makro prosesləri beyində
makro təsirləri meydana gətirir. Bu makro təsirlər sayəsində
beyin mikro tənzimləmə funksiyalarını yerinə yetirir. Beyin
makro
siqnalları
qəbul
edir,
onları məxsusiləşdirir,
universallaşdırır və konkretləşdirir). Fəlsəfi kateqoriyalar
ə
sasında digər əməliyyatları həyata keçirir. Beyinin məntiqi
funksiyası siqnallar hesabına təkmilləşir, inkişaf edir. Belə
ehtimal etmək olar ki, beyin qəbul etdiyi siqnalların
ardıcıllığından öz funksiyasını təkmilləşdirir, funksiyasının
ə
hatəsini genişləndirir. Həm də daxili düşüncə prosesləri
sayəsində məntiqi funksiyasını böyüdür. Düşüncə dərinləşdikcə
daha çox siqnalları qəbul edə bilir. Düşüncənin dərinləşməsi
kəmiyyətləri artırır. Lakin ola da bilər ki, siqnallar dolğun
şə
kildə beyində əks olunmasın və məntiqi dərketmə də
obyektiv alınmasın. Burada obyektin məsafə amili mühüm rol
oynayır. Məsafə əlamətlərin ayırd edilməsinin əsasında
dayanır. Məsələn, planetləri yaxından görməklə siqnalların
məsafələri qısalır. Yaxın getdikcə daha çox siqnallar qəbul
olunur. Deməli, hər bir siqnalın, siqnal axınını öz uzunluq
məsafəsi vardır. Uzunluq məsələsi də kəmiyyətlərdən meydana
gəlir.
14
Məsafə uzun olduqda düşüncə daha çox subyektiv olur.
Yaxın məsafədə isə subyektivliyi obyektivlik əvəz edə bilir.
Çünki yaxın məsafədə çoxları mahiyyəti və formanı uzağa
nisbətən dərindən dərk edə bilirlər. Məkan amili obyekt
haqqında məlumatları həm subyektiv və həqiqətdən bir qədər
uzaq, həm də obyektiv və həqiqətə yaxın hesab edir. Düşüncə
obyektinin yaxın və uzaqlığı onun əlamətlərini müəyyən edən
ə
sas faktordur. Deməli, məkan amili və kəmiyyət kriteriyası
düşüncənin mütləqliyini, düşüncənin dərinliyini, kəmiyyətini
müəyyən
edir.
Qəbul
olunan
siqnallar
dərəcələnir,
dərəcələndikcə aşkarlanma (obrazlanma) da dərəcələnir,
dərəcələndikcə
aydınlaşma
prosesləri
həyata
keçirilir.
Məlumdur ki, aydınlaşma geniş təfərrüatı ilə gerçəkliyin
açılmasıdır. Aydınlaşma prosesləri artdıqca obyektivlik və
aşkarlıq da artır, həqiqət üzə çıxır, həqiqətin dərəcəsi, həcmi
artır. Lakin məntiq də subyektiv və qeyri-düzgün ola bilər.
Beyinin məntiqi funksiyası siqnalları emal etsə də, siqnalları
düzgün (uzaqlığına görə) qəbul etməmək olar. Duyğu
(hissiyyat) orqanları az dərəcəli siqnallar (burada əlamətlər
haqqında az kəmiyyətli məlumatlar) qəbul edə bilər. Bu
baxımdan da subyektiv məntiq əsasında həm də az və qeyri-
düzgün siqnallara görə düz olmayan (az dərəcədə aşkar olunan
və ya da aşkarlıq obyektindən kənarda olan) nəticələrə gəlmək
olar. Bir də onu nəzərə almaq lazımdır ki, insan təbiətin və
kainatın, ilk növbədə isə Ulu Tanrının yaradıcısıdır. Buna görə
də insanlar yalnız müəyyən qədər siqnallar qəbul etmək
iqtidarındadırlar. Müəyyən məkanda dayanan müəyyən bir
ş
eyin daha çox formasını dərk edə bilərlər. Mahiyyət isə, eyni
zamanda həmin şeyin makro sistemdə olan funksiyasını tam
şə
kildə dərk edə bilməzlər. Buna görə də insanlar həqiqəti
yarımçıq və lokal olaraq qəbul edə bilərlər. Bir də insanlar Yer
planetinin məxluqudurlar. Onlar daha çox Yer kürəsinə aid
siqnalları qəbul edə bilərlər. Ümumilikdə kainat və digər
planetlər haqqında, ulduzlar haqqında isə az məlumata malik
15
ola bilərlər. Həm də insanların kainat və planetlər, ulduzlar və
digər kosmik obyektlər haqqında az məntiqi təfəkkürləri də ola
bilər. Məntiq subyektiv kəmiyyətli siqnallara görə (siqnalların
dərəcəsinə və emalına görə) səhv edə bilər. Eləcə də hər bir
planetin öz qanunauyğunluğu vardır və Yer kürəsində yaşayan
insanların bütün planetlər haqqında tam təfərrüatlı məlumatları
da ola bilməz. Yer kürəsində yaşayan insanların planetlər və
ulduzlar haqqında məntiqi səhvləri, bu baxımdan mühakimələri
və nəticə səhvləri ola bilər. Mühakimələr subyektivdir, inkarın
obyektidir. Buna görə də məntiq daha çox subyektivdir.
Düşüncələrin əsaslarını siqnallar təşkil edir. Düşüncələr elə
ardıcıl daxil olan və sistem xarakteri kəsb edən siqnallardan
ibarətdir. Düşüncələr təbiətdə olanlar haqqında məlumatları
“mütləq varlıq prinsipləri” əsasında qəbul edilən siqnallardan
meydana gəlir. Qeyri-müəyyən varlıq haqqında insan
düşünəndə də, həmin varlığın olması da mütləqə çevrilir.
İ
nsanlar normal şəkildə yalnız kainatda olanlar haqqında
düşünmə imkanlarına malik olurlar. Kainatda təbii şəkildə
olmayanlardan nələrisə düşünəndə də (formaya salmaq
istəyəndə) onun materialı təbiətdən olanlardan düşünülür. İnsan
beyini, onun duyğu orqanları yalnız olanlar haqqında siqnallar
qəbul etmək funksiyasına malik olur və mövcud məkandan
kənardan bu, mümkün deyil. Məsələn, insan düşünürsə ki, bir
göz qırpımında milyonlarla km. məsafəni qət etmək olar,
deməli, haradasa, bu hal mümkündür. Çünki, mümkün
olmayan şeylər insan düşüncələrinin məhsulu ola bilməz. Lakin
insan hər bir düşündüyü şeyi əmələ çevirə bilməz. Düşüncə
ə
məli hər zaman qabaqlayır. Deməli, makro mənada kainat və
onun nizamı insan əməlindən çox-çox üstündür, ondan ucadır.
Lakin elə də olur ki, əməl sayəsində meydana çıxan aşkarlıqlar,
gerçək hadisələr düşüncələri meydana gətirsin. Buna görə də
qəbul etmək olar ki, düşüncələr, fikirlər həm nəzəri, həm də
təcrübi əhəmiyyət kəsb edir. Nəzəriyyədən təcrübə, təcrübədən
16
isə nəzəriyyə qaydaları formalaşır. Hər ikisi bir-birini
şə
rtləndirir.
Düşünmə prosesi müəyyən kəmiyyətli müddəti olan
siqnallar qəbuludur. Siqnallar da miqdara malikdir. Düşüncələr
qəbul olunan siqnallardan formalaşır, burada daxili aləmlə
xarici aləm arasında təmas meydana gəlir. Düşünülənlə
düşünənlər arasında siqnallar mübadiləsi körpüsü yaranır.
Xarici aləmdə baş verən proseslər insanlarda qəbul olunur.
Xarici aləmdən kənar (burada digər aləm nəzərdə tutulur)
siqnalların mövcudluğu isə məsafə və gözlə görünə bilmək,
digər duyğu orqanları ilə qəbul edilə bilmək amilinə görədir.
Məsafə uzaq olanda siqnallar qəbul olunmaya bilər, lakin bu o
demək deyil ki, uzaqda heç nə yoxdur. İnsanın siqnalları qəbul
etmək əhatəsi vardır. Bu əhatədən kənarda da varlıq var. Lakin
bu varlıq müəyyən əhatəsi olan şəxs üçün qeyri-müəyyən
varlıqdır. Əhatədən kənar mühitin siqnalları isə müəyyən qədər
müəyyən insanlar tərəfindən qəbul oluna bilər. Qeyri-
müəyyənliyin açılmasında məntiq mühüm rol oynayır, eləcə də
məsafəni qısaltmaq (müəyyən koordinatda olan obyektə
münasibətdə məsafəni qısaltmaq, ona yaxın getmək) və
ə
lamətləri çox görmək qeyri-müəyyənliyi müəyyənliyə çevirir.
Düşüncələr mənəvi-abstrakt olmaqla yanaşı, maddi-
materialdır. Yəni, ən kiçik zərrəciklər topasından ibarətdir.
Düşüncələr enerjidir. Belə hesab etmək olar ki, düşüncələr ən
kiçik
zərrəciklərin
axınıdır
və
ə
lamətləri
(hissiyyat
obyektlərinin əlamətlərini) özündə daşıyandır. (Qeyd: istənilən
bir şeyin əlaməti ona məxsus olan siqnalların onu qəbul edən
şə
xslərin beyinlərində əks olunmuş formasıdır. Əlamət o
zaman yaranır ki, obyektin siqnalları beyində qıcıq yaradır,
beyinin siqnal mənbələri içərisində özünə yer açır, forma alır.
Çox qarışıq olan nməkan beyində qarışır. Siqnallar da beyin
mərkəzində qarışıq olur. Beyin bütün material aləmin
ə
lamətləri üçün sanki bütün rəngləri olan müstəvi rolunu
oynayır. Müstəvidə materiya aləminin əks yaranır. Beyin
17
güzgü funksiyasını yerinə yetirir). Müəyyən obyektin
ə
lamətləri siqnallarla informasiya şəkilində (duyğu orqanları
vasitəsilə) beyinə qəbul olunur, düşüncələr meydana gəlir.
Düşüncələr
bu
baxımdan
siqnallardır
və
dəyərlərdir.
Düçüncələr siqnalların ardıcıl qəbulundan meydana gələn bir
prosesdir. Siqnallar emal edilir, sintez olunur və nəticələrə
gəlinir.
Düşüncələr varlığın əsasını əks etdirəndir. Düşüncə (ardıcıl
fikirlər toplusu) özü də bir varlıqdır, mücərrəd varlıqdır.
Düşüncələr məkan baxımından özünə müxtəlif siqnalları qəbul
edir. Uzaq məkandan qəbul edilən siqnallar bir qədər qeyri-
müəyyən olmaqla yanaşı, həm də informasiya daşıyıcılarıdır.
Uzaq məkandan qəbul olunan siqnallar özləri ilə uzaq məkanın
ə
lamətlərini daşıyırlar. Məsələn, kainat haqqında, insanların
özlərindən uzaq olan məkanlardakı obyektlər haqqında, gözlə
görünə bilməyən şeylər haqqında beyin müxtəlif, həm də
müəyyən həcmdə (az və ya bir qədər ondan çox) siqnallar
qəbul edə bilər. Bu baxımdan da beyinə qəbul edilən siqnallar
uzaqda yerləşən obyektlər haqqında müəyyən əlamətləri verə
bilər. Həm də ona görə ki, insanlar kainatın tərkibidirlər və
kainat elementlərini özlərində cəmləşdiriblər. Bütün siqnallar
da kainat daxilindəki varlıqları əks etdirir. Buna görə də
insanlar uzaqda yerləşən obyektlər haqqında müəyyən qədər
məlumatlı ola bilərlər. Uzaq məkan olduğu məkanda qalır.
Lakin informasiya qəbul edənlər ondan uzaqda olur. Yaxud da
məkan informasiya qəbul edəndən uzaqlaşır. (Hərəkətlər
ə
snasında perisentr və aposentr müəyyən obyektlərin
siqnallarının yaxınlaşmasını və uzaqlaşmasını əks etdirir).
Müəyyən məkanda olan şeylərin siqnalları var və dalğalarla
səpələnir. Səpələnmə arealına yaxın getdikcə beyin də
siqnalları öz duyğu orqanları ilə qəbul edir. Bu səpələnmə
arealını da ətrafla əlaqəli olan sistemlilik təşkil edir. Deməli,
sistemin tərkibində olan bütün material-maddi aləm bir-birinə
18
siqnallar ötürürlər. Siqnallardan da belə güman etmək olar ki,
kainatın makro və mikro yaddaşı meydana gəlir.
Kainat həm də elementlərin (tərkib zərrəciklərin, insanlar
üçün ən kiçik bölünənlərin) axınlarından meydana gələn
siqnallardan ibarət olan sonsuz “bütövdür”. Kainatın tərkibi
bərk və yüngül elementlərdən təşkil olunur. Belə qəbul etmək
olar ki, bərk elementlər əslində yüngül elementlərin kəmiyyət
artımı baxımından çox sıxlaşmış formasıdır. Yüngül elementlər
çox sıxlaşanda müəyyən məkan çərçivəsində bərkimə meydana
gəlir. Həddən artıq bərkimə aralanmağa, partlayışa səbəb ola
bilər. Bərkimə kəmiyyəti- çəkini, kütləni artırır. Kütlə artanda
qüvvə də artır. Qüvvə artanda enerji də artır. Bu baxımdan da
hesab etmək olar ki, bərk elementlər, məsələn, bərk planetlər
daha da güclü qüvvəyə malikdirlər, onlar özlərində enerji
cəmləşdiriblər. Cazibə qüvvəsi müəyyən bir mərkəzləşmə üzrə
elementləri sıx şəkildə özündə saxlayır. Cazibə qüvvəsi
olmasa, həmin elementlər dağıla bilər. Bu məntiqlə hesab
etmək olar ki, Günəşin, planetlərin cazibə qüvvələri vardır.
Məsələn, Yer kürəsinin səthi onun mərkəzinə doğru
sıxlaşmış formadadır. Planetin daxili və xarici materiya
aləmi bir-birinə siqnallar ötürməklə məşğuldur. Bu
siqnallar tarazlı olaraq həyata keçir. Yerin daxilindən
səthinə və əksinə doğru siqnal mübadilələri, dövriyyəsi
prosesləri baş verir. Cazibə qüvvəsi-mərkəzə sıxlaşma həm
də itələmə ilə əvəzlənir və tarazlanır. Çox böyük ehtimalla
hesab etmək olar ki, Yer kürəsi tam sabit formada qalmır.
Sıxılır və açılır. Cazibə sayəsində məkan çatışmazlığı baş
verir, sonra isə əksinə proseslər davam edir. Ehtimal etmək
olar ki, sıxılma və açılma gecə-gündüz əvəzləməsində
meydana gəlir. Kütlə dəyişəndə həm də Yer kürəsi öz oxu
ə
trafında fırlanır. Daxilə siqnalların ötürülməsi Yer ilə
Günəşin və digər planetlərin əlaqəsini təmin edir. Açılma
isə daxil haqqında məlumatları səthə gətirir. Bu prinsip
etibarilə hesab etmək olar ki, Yerin daxilində baş verən
19
geoloji dəyişikliklər haqqında onun səthində məlumat əldə
etmək olar. Zəlzələlər barəsində əvvəlcədən məlumatların
alınması xarici aləmin dəyişməsinə görə mümkün ola bilər.
Çox böyük ehtimalla hesab etmək olar ki, zəlzələlər daha
çox enerjinin alınıb-buraxılması anlarında, həm də
istiliklərin daha çox olduğu yerlərdə (nüvə ilə Günəşin
təmasda çox olduğu yerlərdə) ola bilər.
Kainat daxilən müqayisəli bütövlüklərdən ibarət olan şərti
bütövdür. Burada bütöv sözü də mütləq olmaqla yanaşı,
nisbidir. Çünki kainatın tam mənada (son olaraq) sərhədləri
olmadığından (qalaktikalar bir-birini əvəzlədiyindən) kainat
bütövünü (vahidini) də müəyyən etmək çətindir. “Son
sərhədlər” yoxdur. “Vahidlik” başqa bütövə nisbətən adlanan
bir ifadədir. (Məsələn, birləşmədə 1+1=1; 10+1=1 alınır.
Burada iki ədədin birləşməsindən bir bütöv alınır, 10 ədəd
vahid birləşəndə də bir ədəd vahid alınır. Lakin kəmiyyət
başqa olur. 1+1=1=2; 10+1=11=1) Bu baxımdan da hesab
etmək olar ki, insanın beyni nizamlı olaraq elə bütövlükləri
(vahidlikləri) qəbul etməklə məşğuldur. Vahidliklər azalanda
və artanda məkan dəyişmələri meydana gəlir. Beynin özü də
bütövlüklərdən ibarət olan bir bütövdür. Bu da beyinin ətraf
aləmlə təmaslarının əsaslarını təşkil edir. Beyinin ətraf aləmlə
ayrılmaz olduğunu sübuta yetirir. Beyinin daxili hərəkət
vəziyyətindədir və xarici ilə təmasdadır. Beyin siqnalları
özündə bütövləşdirir, emal edir və hissə-hissə buraxır. Bu
hissələr də əslində bütövlərdən ibarətdir. Deməli, hər bir hissə
elə bütövdür, bütöv də hissədir, tərkibdir. (Məsələn, 20-
2=18=1; 2=1; 20-20=1 və s.) Bütövü və tərkibi əsasən
sistemlilik ayrıd edir. Hər bir sistem vahiddir, vahidlər
toplusundan meydana gələndir. (Məsələn, 100=1=1+20+19+60
və s.)
Bütövlüklər şərtindən çıxış edərək hesab etmək olar ki,
planetlər öz-özlüklərində bütövdürlər, peyklər bütövdurlər,
asteroidlər və kometalar bütövdürlər, Günəş sistemi və onun
20
tərkibi olan planetlər sistemi bütövdürlər. (Qeyd: məlumdur ki,
hər bir bölünən hissə elə özlüyündə vahiddir, bütövdur.
Deməli, kainatda hər bir zərrəcik bütövdən, vahiddən ibarətdir.
Vahid yoxdursa, element də yoxdur. Bölünən sonda, son
bölünmədə
bölünməzdir,
bölünməz
özünü
bölünənlərlə
əvəzləyir. Bu da o mənanı verir ki, əslində kainatda mütləq
olmayan təbii varlıq yoxdur. Tam bölünmə ümumiyyətlə
yoxdur. Ən kiçik bölünənin yanında bölünməzlik var.
Məsələn, 1=1:2+1:2 - daha düzdür. 1-1=0 isə yalnız öz
məkanında düzdür. 1-i öz məkanından götürəndə onun
ə
vvəlki məkanı boş qalır. 1 ən kiçik bölünən ola bilər. Burada
mənfi anlayışı düzgün deyil. 1-4=(-3) riyaziyyatda olsa da,
ə
slində düz deyil. Ortada sıfır olmamalıdır. Bir ədədinin bu
şə
kildə bölünməsi düzgün deyil. Onu da nəzərə almaq
lazımdır ki, ən kiçik 1 ədədi bölünməzdir; çünki bölünməzin
özü də vahiddir. Bütün varlıqlar –kiçikdən böyüyə doğru-
vahidlərdir. Varlıqlar müəyyənliklər və qeyri-müəyyənliklərdən
təşkil olunur. Kəmiyyətin dəyişməsi onu mütləqdən başqa
mütləqə keçirir. Deməli, əslində nisbilik elə mütləqlərin
dəyişməsini əks etdirən bir dinamik hərəkət mənzərəsidir).
Bütövün mütləq müəyyən sərhədlərdən ibarət məkanları
olmalıdır. Sərhədlər də digər bütövlükləri olan məkanlardan
fərqli olan xüsusiyyətləri əks etdirir. Məkanlar bir-birindən
ə
lamətlərinə görə fərqləndikdə müəyyən sahəni tutan
bütövlüklər meydana gəlir. Bu baxımdan da kainatın ümumi
xassələri haqqında bütövlük fikirlərini (kainatın bütövlük
ifadəsini) mütləq yox, daha çox nisbi mənada işlətmək
lazımdır. Onu da nəzərə almaq lazımdır ki, mütləq mənada
bütöv bir vahid olduğundan onun yanında mütləq müqayisə
üçün başqa bütövlər də olmalıdır. Bu da kainat sistemində
müqayisələrə əsaslanır. Kainat həqiqi mənada həm məkandan
ibarətdir, həm də sonsuz olduğuna görə məkansızdır, yəni
ucsuz-bucaqsızdır. Kainat sonu olmayan “bir” sistemdir,
strukturlardan ibarətdir. Kainat sistemində hər bir şəxsin (belə
21
təxmin etmək olar ki, hətta ən kiçik canlıların belə) öz
siqnalları və hərəkət etdikcə siqnallar qəbuletmə məkanları
mövcuddur. Siqnallar hərəkət edən zərrəciklərdir, onların
qüvvə təsiri sayəsində axınlarıdır. Kainat daxili zərrəciklərdən
–ən kiçik hissəciklərin axınlarından ibarət olan bir sonsuz
bütövdür. Zərrəciklər də ən kiçik elementlərdir. Deməli, kainat
bütünlükdə
elə
zərrəciklər
birləşməsindən
ibarətdir.
Zərrəciklərin yüngül birləşmiş formada axını siqnalları
meydana gətirir. Siqnallar dalğalardır. Dalğaların uzunluğu
mənbə və mənsəbdən asılıdır. Dalğaların uzunluğu dalğaları
təşkil edən hissəciklərin miqdarından (kəmiyyətindən) asılıdır.
Mənbədən tətbiq olunan qüvvə də əhəmiyyət kəsb edir. Axın
güclü olduqda təzyiq artır və siqnallar güclənir. Bu baxımdan
da hesab etmək olar ki, Günəş şüasının daha çox işıqlandırdığı
ə
razilərin siqnalları da kütlə baxımından çoxluq təşkil edir.
(Günəşin bol olduğu məkanlarda yaşayan canlıların siqnalları
daha çox ola bilər. Belə demək mümkünsə, müdriklik də məhz
təbiət enerjisinin çox olduğu yerlərdə doğulan insanlarda
vardır). Eyni zamanda hesab etmək olar ki, küləklər
(atmosferin sürətli axını) də siqnal axınlarını gücləndirir,
təzyiqləri artırır. Bərk materiyaların hərəkəti (məsələn,
planetlərin hərəkətləri) fəzada bütöv halda siqnal axınlarını
güclü formada yaradır. Planetlərin hərəkəti kosmik fəzanın
hərəkətini meydana gətirir. Planetlər hərəkətdə olduqlarından
və kütlələri fərqli olduğundan ətraflarındakı kosmik fəzanın
enerjisi də fərqli olur. Bu prinsipdən çıxış edərək hesab etmək
olar ki, planetlər və digər bərk materiyalar kosmik fəzada
(kainat müstəvisində) hərəkət etdikcə əslində siqnal axınlarını
gətirirlər, siqnal axınları planetlər arasında paylanılır.
Paylanılma proseslərinə görə planetlərin bir-birilərində
ə
lamətlərinin olması anlamına gəlmək olur. Buradan da belə
nəticəyə gəlmək olar ki, bütün planetlərin əslində mənbələri,
mənşələri eynidir. Onları təşkil edən elementlər eynidir. Lakin
elementlərin müxtəlif əlaqələri vardır ki, bu da əslində onların
22
kütləsindən və Günəşlə olan məsafələrindən, eləcə də
kainatdakı mövqelərindən asılıdır. Planetlər eyni elementlərin
müxtəlif kosmik fəza məkanlarına paylanmasından meydana
gələn fərqli xüsusiyyətləri özündə əks etdirirlər. Planetlərin
mənşələri eyni olduğundan tərkibləri də eynidir, lakin formaları
fərqlidir-bəzi planetlər isti qaz, bəziləri soyuq qaz halındadır,
bəziləri isə həmin qazların birləşməsi olan bərk materiyalardan
təşkil olunur. Siqnalların mübadiləsi də öz növbəsində
planetlərin fəzada olan qarşılıqlı əlaqələrinin əsaslarını təşkil
edir. Bundan irəli gələrək, hesab etmək olar ki, böyük kütləsi
olan planetin siqnalı daha da böyükdür. İsti qaz halında olan
planetin siqnalları daha tez ötürülür, soyuq qaz halında olan
planetin siqnalları isə daha gec gəlir. Məsələn, belə güman
etmək olar ki, Günəşə yaxın olan və tərkibində qaz çox olan
planetin aktiv enerjisi də çoxdur və enerjisi çox olduğuna görə
siqnalları da çoxdur. Passiv enerji isə planetin ümumi
kütləsindən asılıdır. Günəşə yaxın olan və enerjisi çox olan
(buna daha aktiv planet demək olar) planet daha tez aşkarlana
bilir; çünki aktivdir, siqnal axınları sürətlidir. Enerji
mənbəyindən yaxınlıq və uzaqlıq məhz enerjinin azlığını və
çoxluğunu meydana gətirir.
Həm də Yer üzərində canlılar başqa planetlərin axınlarına
görə onlardan siqnallar qəbul edə bilərlər. Planetlərdən qəbul
olunan siqnallar hətta insanların fərqli xarakterlərini də
formalaşdırmış olur.
Bütün canlılar hərəkət etdiyindən, belə təxmin etmək olar
ki, siqnallara malikdirlər, siqnallar qəbul edirlər və ötürürlər.
Belə təxmin etmək olar ki, kainat məkanında hər bir şəxs öz
siqnallarını qəbul etmək iqtidarındadır. Kainatda (Yer
kürəsində) insanlar hərəkət etdikcə kainatın daxili səpələnən
(Yer üzərinə səpələnən) siqnalları da məkandan asılı olaraq
dəyişir. Bu baxımdan da insanlar Yer üzərində hər bir məkanda
eyni siqnalları qəbul edə bilməzlər. Çünki Yer kürəsinin hər bir
nöqtəsində eyni enerji, eyni çəki, eyni cazibə qüvvəsi ola
23
bilməz. Bu baxımdan da siqnallar da eyni dərəcədə səpələnə
bilməz. Həm də gecə və gündüzün yaranması, eyni dərəcədə
Yer kürəsinin enerji qəbul etməməsi məhz siqnalların müxtəlif
kəmiyyətlərinin əsaslarını təşkil edir. Bu baxımdan da
insanların daxilləri ilə xarici təmaslarının xüsusiyyətləri və
vəhdəti insanların hərəkət etdikləri hər bir məqamda qismən də
olsa, dəyişikliyə məruz qalır. Hər bir məkanın öz
xüsusiyyətləri, hər bir məkanın öz zamanı vardır; çünki hər bir
elementin və zərrəciklər toplusunun öz sürəti mövcuddur.
İ
nsanlar bu baxımdan müxtəlif məkanlarda dəyişən (çəki
baxımından), xassələrini dəyişən məxluqlardır. İnsan xarakteri
məkana, zamana münasib olaraq dəyişə bilir. İnsan hər anda
dəyişən qüvvə təsirinə məruz qalır; çünki hər məkanda öz
payına düşən siqnallarını qəbul edir. Gecə “başqa”, gündüz isə
“başqa” (burada kəmiyyət baxımından bir qədər fərqli)
siqnalları qəbul edir. Gecə və gündüz siqnallar öz çəkilərinə
görə fərqlənir. Çünki sürət başqa olur, tətbiq olunan qüvvə
kəmiyyəti də başqa olur. Gecənin məkanı bir kəmiyyətdə,
gündüzün məkanı isə başqa bir kəmiyyətdə olur. Gecə və
gündüz zamanı insanlar üçün fərqli təsirləri bağışlayır. Gecə və
gündüz zamanı insanlar ətrafla fərqli təmasda olurlar. Gecənin
siqnalı başqa gündüzün isə bir başqa olur. Burada fərq əsasən
təbiətin özündən, həm də Günəşdən meydana gəlir. Gecənin
gündüzlə əvəzlənməsi, səhərin axşamla əvəzlənməsi məhz
siqnalların və xarakterlərin müəyyən qədər dəyişmələrinə
gətirib çıxarır. Bu baxımdan da insanlar sutka ərzində dəyişən
xarakterlərə malik olurlar. Dəyişmə insanların orqanizmlərinin
ümumi çəkilərini də sutka ərzində dəyişir.
Yer üzərində canlıların müxtəlifliyi də siqnalların
müxtəlifliyindən (təbiətin məkanından və fərqli enerjidən) irəli
gələrək mövcuddur. Ulu Tanrı məhz nizamın əsası və özü
olaraq kainatın tərkibində müxtəlif canlıları yaradıbdır.
Kainatın tərkibi müxtəlif olduğundan canlıları da müxtəlifdir.
Lakin başlanğıcları eynidir. Bu baxımdan da bütün canlı aləm
24
eyni
başlanğıcda
başlayır,
sonda
isə
müxtəlif
olur.
Rəngarəngliyin başlanğıcı vahiddir, demək olar ki, sonu da
vahiddir. Yəni doğulma və ölüm bütün canlılara məxsusdur.
(Qeyd: Ulu Tanrı məkansızdır, yəni bütün məkanların özüdür,
əbədidir,
bütün
nizamın
özüdür.
Nizam
müxtəlif
bərabərsizliklərin bərabəridir. Deməli, Ulu Tanrı vahiddir. Ulu
Tanrı – nizamdır, nizam – bütövdür, nizam – sistemdir,
bərabərlik – nizamdır, saflıq bərabərlikdir, təmizlik, paklıq
bərabərlikdir, şəffaflıqdır. Deməli, Ulu Tanrı safdır. Kainat
safdır. Nizamın pozulması və təbiətə, insanlara qarşı getmək
cəza ilə nəticələnir. Çünki Allaha qarşı getmək, nizama qarşı
getmək deməkdir).
“Bütöv” (tam mənada sərhədlərsiz bütöv) içərisində “hər
Dostları ilə paylaş: |