Qeyd: “0” məsələsinin hər məsələdə yoxluq kimi
mütləqliyi məndə (E.N.) bir şəxs kimi şübhələr yaradır. “0”
mütləq olaraq yoxluğun ifadəsi kimi hər zaman ola bilmir.
Müəyyən məkanda olan mütləq varlığın ədədlərlə ifadə
olunmasında, çatışmayan eyni şeylərin həmin məkana
gətirilməsində “0” anlayışı itir. Məsələn, belə götürək ki, bir
məkanda iki avtomobil var. Bu avtomobilin hər ikisini həmin
məkandan çəkdikdə təbii ki, həmin məkan üçün avtomobilin
ikisi də yoxa çıxır. Burada 2-2=0 alınır. Bu mütləq riyazi
hesablamadır. Buna real mütləq riyaziyyat deyək. Lakin
avtomobilin həmin məkana gəlməsinə, geri qayıtmasına
münasibətdə -2+2=0 olmur. -2 (çatışmayan iki ədəd avtomobil)
həmin məkana geri gələndə elə iki avtomobil alınır. Heçlik
(“0”) alınmır. Onda belə çıxır ki, -2+2=2. Burada “-2” bizim
hesab etdiyimiz “0” rolunu oynayır. Mütləq reallıqlarda riyazi
hesablama apararkən “0” yalnız çoxdan çoxun özünü çıxanda
alınır. 3-3=0; 4-4=0. Lakin çatışmayan varlığın məkana geri
qoyulmasında “0” yoxdur. Bu məsələdə -4+4=4 alınır. Varlığın
antonimliyi elə varlığın özünün yoxluğunda meydana gəlir. -
4=4 alına bilir. Məsələn, bir məkanda 4 element mövcuddur.
Onun 4-ü də məkanını dəyişir. Onda bu məkan üçün elə
çatışmayan “4” gələcək “4”-ə bərabər olur. Məsələn, -4=4; -
4+4=4. Çatışmayan tərkib çatışana bərabərdir. Yəni, varlıq
kəmiyyəti onun çatışmayan kəmiyyətinə bərabərdir. 4= (-4).
Bu məsələdə 4-4=4 də alınır. 4 varlığının yoxluğu elə 4-ə
bərabərdir. Onda “0” mütləqliyini itirir. Bu halda “0” öz
mütləqliyini məkan dəyişməsində reallaşdırır. Çünki 4-dən elə
4-ün özünü götürəndə mütləq riyaziyyatda bu məkan
dəyişməsini verir. Əvvəlki məkan üçün yox olursa, yeni
məkanda 4 olur. 4-ün tutduğu bir məkan başqa məkana
keçəndə yenə də 4 olur. Yaxud da dörd ədəd 1, iki ədəd 2 olur.
4-4=2+2 -burada dördlərin məkanı fərqlidir. Əgər biz
71
məkanları ortaya gətirsək və “0”-la işarələsək və onunla izah
etsək, onda alınır. 4-4=0. Burada “0” boş məkan rolunu
oynayır. Boş məkan, yəni “0” +4=4. İndi başqa məkandan bir
dənə də dörd gətirək. 4+0+4=8. (Ümumi Qrafikdən də bir
qədər aydın dərk etmək olar).
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası
(gecə və gündüz) baxımından izah edilməsi
Dəfələrlə qeyd edildi ki, təbiətin, kainatın əsasını hərəkət
təşkil edir. Hərəkətlər sayəsində tənzimləmə prosesləri baş
verir. Hərəkətlər məkan axtarma prosesləridir. Hərəkətdə olan
obyektlərin qarşılıqlı təsirləri qüvvəni meydana gətirir.
Tənzimləmə sayəsində nisbətlər meydana gəlir. Tənzimləmə
həm sistem daxilində rəngarəngliyi (müxtəlifliyi) yaradır, həm
də oxşarlıqları, uyğunluqları formalaşdırır. Hərəkətlər məkanı,
zamanı formalaşdırır. Tənizmləmə müəyyən məkanlarda
tarazlıqların yaranmasına, o da öz növbəsində bütövlüyün
təmin olunmasına xidmət edir. Məkanın və zamanın əlamətləri
hərəkətlərdə və dəyişmələrdə müşahidə olunur. Hərəkətlər
sistemləri və onların xassələrini meydana gətirir. Hərəkətlər
sistemdaxili hadisələri törədir və eləcə də hadisələrin daxili
mahiyyətini əks etdirir. Hərəkətlər bir-birini əvəzləyir. Bu
ə
vəzləmə qarşılıqlı əlaqəli tənzimləmədən meydana gəlir.
Hərəkətlər sayəsində əlamətlər dəyişir və müəyyən məkanlarda
formalar və məzmunlar meydana gəlir. Formalar və məzmunlar
ümumi sistemin tərkib sistemlərinə və tərkib strukturlarına
çevrilir. Sistemlər və strukturlar arasında olan fərqlərdə və
uyğunluqlarda, oxşarlıqlarda kəmiyyət, kəmiyyətdən meydana
gələn keyfiyyət, forma və məzmun kriteriyalar olaraq mühüm
rol oynayır. Hərəkətlər dərəcələnir, qüvvədən meydana gəlir,
qüvvələr
hərəkətlərin
dərəcələnmələrini
təmin
edir.
Hərəkətlərin dərəcələnmələrində kəmiyyət kateqoriyası da
72
yaxından iştirak edir. Kəmiyyət qüvvələrin yaranmasını,
mərkəzi qüvvələrin formalaşmasını təmin edir. Kəmiyyət
keyfiyyətin də yaranmasını təmin edir.
Hərəkətlər sistemlərin forma və məzmunlarını dəyişir.
Sistemlərə daxildən və kənardan olan təsirlər məhz hərəkətlərin
ə
saslarını təşkil edir. Hərəkətləri yaradan ona təsir edən
elementlərin kəmiyyət dərəcələridir, ölçüləridir, çəkiləridir.
Kəmiyyət-müəyyən məkanda toplaşmış elementlərin vəhdəti
və cəmi elə qüvvəni meydana gətirir. Kəmiyyət və qüvvə
sürətin gücünü təşkil edir.
Enerjinin mənbəyi kəmiyyəti hərəkətə gətirən qüvvədir,
qüvvəni yaradandır. Kainatın ümumi qüvvəsi onun tərkib
qüvvələrindən meydana gəlir. Bu baxımdan da birləşmə
sayəsində kainatın vahid əsaslı cazibə qüvvəsi yaranır. Bu
cazibə qüvvəsi də kainatı bütöv halda saxlayır. Kainat
daxilində qüvvələr arasında başa verən proseslər tarazlığın
yaranmasını təmin edir. Enerji kəmiyyəti elementlər cəminin
kütləsindən və sürətindən meydana gələn nəticədir. Enerji
kütlədir, bu kütlə də öz növbəsində hərəkətdə olan kütlədən
ayrılandır, həm də kütlənin özüdür. Məsələn, güclü hava axını
müəyyən bir obyektə dəyəndə onun kütləsini dəyişir. Küləyin
gücü artdıqca təsirdə ola obyektin də çəkisi dəyişir. Külək
obyektin cazibə qüvvəsinə üstün gəlir və onu yerindən qoparır.
Külək hissələrdə olan kütləni dəyişir və hissəni qoparır. Bu
baxımdan da hava axınının kütləsi elə axının qüvvəsini yaradır.
(Qeyd: belə qəbul etmək olar ki, müəyyən bir yaşayış
məskənində atmosferdə təzyiqin dəyişməsi həmin məkanda
çəkilərin dəyişməsinə səbəb olur. Buna görə də gecə ilə
gündüz arasında məkanın kütləsi də dəyişkən olur). Partlayış
dalğasının enerjisi getdikcə ətraflara doğru azalır. Partlayış
dalğasının kütləsi ətraflara doğru yanğından qeyri-yanğın
formada olan enerji axınına qədər dəyişir. Alov –gücü
zəiflədikcə yayılanda isti hava axınına qədər zəifləyir. Alovun
enerjsii mənbədə güclü ətrafda isə nisbətən zəif olur. Bu zəiflik
73
ona görə meydana gəlir ki, ətraf boşluq tərəfindən alov enerjisi
udulur, ətraf boşluq onu seyrəkləşmiş qaza parçalayır,
səpələyir. Atmosferdə alov daha da geniş yayılır. Alov ona
görə sönür ki, onun gücü başqa obyektə təsir edə bilmir.
Məsələn, torpaq üzərində yanan odun parçası sönüb külə
dönür. Alov dayanır. Çünki alovun altdakı torpağı yandırmağa,
onun tərkibini dəyişməyə gücü çatmır. Alov torpağa bir qədər
enerji verir. Təsir cüzi olur. Lakin yanan odunu digər bir odun
parçası üzərinə qoysaq yanma davam edəcəkdir. Alovun
(enerjinin) səpələnməsi sayəsində sıxlıq da azalır. Ətraf məkan
lap geniş olanda alov da tez sönür və yanan mənbə tükənir.
Ümumiyyətlə, hava axını ilə gələn alov enerjisi əslində alovun
tərkibinin seyrəkləşmiş formasıdır.
Kainatın, təbiətin enerjiyə malik olmasının əsasları onu
təşkil edən elementlərin bərk, maye və qaz halında olmasından
irəli gəlir. Enerji fərqləri maddələrin halının yaranmasını
şə
rtləndirir. Enerji dərəcələnmələri də məhz təbiətdəki qüvvə
kəmiyyətinin fərqli obyektlərə olan tətbqindən ortaya çıxır.
Gecə və gündüz Yer kürəsinin enerji tarazlığının əsasını təşkil
edir. İnsanların psixi xüsusiyyətləri, fizioloji xüsusiyyətləri,
bioloji amillər məhz enerji ilə bağlıdır. Gecə və gündüz
vəhdəti
insanlar
üçün
ümumi
bir
tarazlı
vəhdət
trayektoriyasıdır. Onun daxilində pozulma və bərpa var. Gecə
və gündüz arasında olan enerji nisbəti insanın daxili enerjisi,
Yer kürəsinin daxili enerjisi ilə nisbətə təsir göstərir. Yerdə
olan bütün hadisələr məhz enerjinin artıb-azalmasına tabedir və
ondan asılıdır. Bütün materiya aləminin dadı, iyisi və qoxusu,
rəngi, forma və məzmunu məhz enerji dəyişmələrinin materiya
aləminə tətbiqi ilə əlaqəlidir. Xəstəliklər və onların müalicəsi,
sağalması və yaxud da davam etməsi və kəskinləşməsi elə
enerji və enerjisizliklə sıx bağlıdır.
Təbiətdəki enerji dəyişməsi fikirləri də dəyişir. (2 saylı
qrafikdən də ətraflı tanış olmaq olar) Enerji dəyişməsi,
insanın daxili enerji dəyişməsinə də təsir edir. İnsanlar
74
təbiətdən enerji alırlar və təbiətə enerji ötürürlər. İnsan
düşüncələri onun aldığı və ötürdüyü, eləcə də daxilində
saxladığı enerjiyə çox bağlı olur. İnsanların öz aralarında olan
enerji ötürmələri məhz insan fikirlərinin dəyişməsinə səbəb
olur. İnsanların ətrafa olan münasibətləri onlara enerji qəbul
etdirir, eləcə də enerji sərf etdirir. Enerjinin qəbulu və
ötürülməsi arasında onun kəmiyyətindən asılı olaraq bir
prosesli məsafə meydana gəlir. Fikirlərin uzun və qısa olması
da bu siqnalların kəmiyyətindən asılı olur. Kəmiyyət və sürət
təbii ki, proseslərin zamanını uzadır və qısaldır. Məsələn,
insanlar aldıqları siqnallara görə dərhal reaksiya verə bilirlər,
eləcə də dərhal ötürə bilirlər. Bu proses uzun da çəkə bilir.
İ
nsan fikirləri zamanla yanaşı, məkan kateqoriyasından da asılı
olur. Məkandakı siqnal fərqləri elə insanların fikirlərinə təsir
edir. Bu fərqlər də kəmiyyətdən meydana gəlir. İnsanların
fikirlərində olan razılıq və qeyri-razılıq ifadələri bir-birinə
antonimlərdir. Bu antonimlər həm qısa zamanda mövcud olur,
həm də yaxın zamanda meydana gəlir. Bir məsələyə
münasibətdə insan dərhal “hə”, dərhal “yox” deyə bilir. Həm
də uzun zaman fikirləşir və “hə” və “yox” arasında olan
trayektorik məsafə daha da uzanır.
“Hə” və “yox”-un uzanması düşüncələrin zamanını uzadır.
Düşüncə uzandıqca mövqelər də uzanır. Fikirlərdə dərhal “hə”
var, dərhal “yox” var. Düşüncələrin uzanmasının və ya da
qısalmasının zamanı təbiətin enerjisinə bağlıdır. Enerji artdıqca
daxili enerji də artır və düşüncələr uzanır, tərkibi dəyişir və
zənginləşir. Belə bir fərziyyədən çıxış etmək olar ki, gecə ilə
gündüzün arasında məsafənin böyük olduğu məkanlarda
düşüncələr də böyükdür. Əgər Yer kürəsi çox böyük olsaydı,
onda insanların təfəkkürləri də çox inkişaf etmiş olardı.
Gündüz çox siqnal qəbul edərdilər. Gecəni isə uzun olaraq
siqnalları emal edərdilər. Gecə ilə gündüzün uzanması
fikirlərin uzanmasının əsasında dayanır. Səbirli və uzun
zamana təsadüf edən düşüncəli insanlar digər insanlardan
75
fərqlənir. Məsələn, belə insanlar çox hallarda “başqa aləmin”
və “başqa dünyanın” insanları hesab oluna bilirlər. Səbr və
dözüm, uzan zaman fikirləşmə mövqenin (burada münasibətin)
uzanması, mütləq və nisbi arasında uzun əvəzləmələr
trayektoriyaları məhz enerjinin qəbulu, emalı və ötürülməsi ilə
tənzim olunur.
Belə təxmin etmək olar ki, enerji çox olan məkanlarda
elementlər çox olduğundan rənglər də, iyilər də çoxdur. Başqa
böyük planetlərdə canlılar olarsa, təxmin etmək olar ki, onlar
daha dərin düşüncələrə sahib olarlar. Gecə ilə gündüz arasında
məsafənin indikindən (yəni Yer kürəsində olduğundan) çox
olması insanlar arasında uzun düşünmələrə səbəb ola bilər.
Çünki gecə və gündüz əvəzlənmələri həm də fikirləri dəyişən
kriteriyalardır. Dəyişmələr təkrarlanmalara, yəni eyni fikirlərə
düşmələrə səbəb ola bilər. Burada yaddaşda saxlamaq amili də
mühüm rol oynaya bilər. Yaddaşa gələn siqnalların, həkk
olunan siqnalların yaddaşdan silinməsi və təkrar olaraq
yaddaşlara qayıtması da mümkün olur. Yaddaş məlumatları da
enerji ilə bağlıdır. Enerji siqnalların elə özündədir.
Bu prinsipdən və təxmin olunan qanunauyğunluqdan çıxış
edərək hesab edə bilərik ki, Yer kürəsində iri canlılar (məsələn,
insanların da iri formaları) o vaxt yaşayıblar ki, həmin vaxtlar
indiki miqdarda (ölçüdə) gecə-gündüz müddəti olmayıbdır.
Təxmin etmək olar ki, Yer kürəsinin öz oxu ətrafında
fırlanması daha uzun olubdur. Onlar da düşüncələri etibarilə
daha təkmil və nəhəng olublar. Onda, belə bir qərara gəlmək
olar ki, Yer kürəsinin gecə-gündüzü o zamanlar indiki kimi 24
saat ərzində tamamlanmayıb. Tamamlanmayıbsa, kütləsi də
indiki kimi olmayıb. İri canlılar (burada məsələn, iri heyvanlar)
yaşayan zamanda Yer kürəsinin atmosferi daha da oksigenlə
zəngin olub. Deməli, ya materiklərin hamısı olmayıb (indiki
kimi), su çox olub, ya da materiklər böyük olub, meşəliklər çox
olub. Planet ümumiyyətlə, böyük olub. Gecə və gündüz bir-
birini 24 saatdan fərqli olaraq əvəz edib. Onda Yer kürəsinin
76
indiki kimi (formasından söhbət gedir) mövcudluğu da şübhə
altına alınır.
Gecə-gündüzün uzun olması nitqlərdə və düşüncələrdə
dəyişikliyə səbəb ola bilər. Bu baxımdan hesab etmək olar ki,
keçmiş zamanın insanları indiki kimi danışa bilməzdilər.
Onların mövqeləri də fərqli olardı.
Enerji artıb-azalanda “hə” və “yox”un da məkanı (burada
elə azalma və artma dəyişdirən faktordur) və tərkibi dəyişir.
“Yox” azala-azala “hə”ni, “hə”-də “yox”u əvəzləyir. Bu
ə
vəzləmə prosesinin hər bir anı eynidir. Yəni antonimlər
eynidir. Burada 1 “hə” 1 “yox”a bərabərdir. Yəni, -1=1. Burada
1-dən elə 1 çıxılır. Hər iki münasibət ifadəsi bir-birinin
içərisindədir. Antonimlərdir, lakin vahid trayektoriyada artıb-
azalan kəmiyyətlərdir. “Hə” siqnalı enerjivericidir. “Hə”-nin
mütləqləşməsi, qətiləşməsi daha çox enerjinin artması
sayəsində baş verir. Enerji artanda “yox” azalır. İnsanlarda
pozitiv fikirlər meydana gəlir.
Rənglərin mövcudluğunun enerji kriteriyası (gecə və
gündüz) baxımından izah edilməsi
Rəng elementlər qarışığından ibarət olan bir formadır,
görünüşdür. Rənglərin müxtəlifliyi məhz elementlər arasında
olan əlaqələrin müxtəlifliyidir. Birləşmə formasının müxtəlif
olması rənglərin çoxçalarlı olmasının əsaslarını təşkil edir.
Rəng parıltısı həmin rəngin işıqla olan təmasının dərəcəsidir,
həmçinin rəngin özünün elementlərinin quruluş (struktur)
formasıdır. Elementlər birləşmələri arasında olan əlaqələr
miqdardan asılıdır. Miqdar çox olanda, kəmiyyət də çox olur,
sıxlıq artır, rəng də tündləşir. Açıq rənglərdə quruluşlar da
seyrəkdir. Bu halda enerji də demək olar ki, azdır.
Belə izah etmək olar ki, rəng elementlər qarışması zamanı
meydana gələn “element mübarizələrinin məkan uğrunda
mübarizəsi”ndən yaranan aktivlikdir. Elementlərin fərqli
77
ə
sasları və fərqli birləşmələr (qarışmalar) fərqli təsirləri
meydana gətirir.
Təbiətdə rənglərin çoxluğu materiyanın kütləsindən, Yer
kürəsinin Günəş sistemində olan mövqeyindən, kosmik fəzada
yerləşməsindən və dövrə hərəkətindən, Yer kürəsinin Günəşlə
olan məsafəsindən, planetin ölçüsündən, eləcə də tərkibindən
asılıdır. Rənglərin müxtəlifliyi rəngləri təşkil edən elementlərin
tərkibindən və onların birləşmə formasından (qarışma
formasından) meydana gəlir. Burada elementlərin kütləsi də
rənglərin dəyişməsində təsiredicidir. Rəngin forması, rəngin
müxtəlifliyi, açıq və tündlülüyü təbii ki, tərkibdəki
elementlərin kəmiyyətindən asılıdır. Hesab etmək olar ki,
elementlər nə qədər çox olarsa (müəyyən bir qarışma
məkanında, tutum həcmində), rəng də bir o qədər tünd olar.
Məlumdur ki, istənilən halda tündlük, sıxlıqdan asılıdır.
Məsələn, tünd daşlar, tünd torpaqların təbii rəngləri sıxlıqla
izah olunmalıdır. Tünd rənglərdə enerji mənbəyi çoxdur. Çünki
miqdar çoxdur. Lakin bu rəngləri açıq rənglərə nisbətən aktiv
hesab etmək olmaz. Açıq rənglərdə isə, hesab etmək olar ki,
seyrəklik var. Burada yüngül çəkili elementlər üstünlük təşkil
edir. Aktivlik çoxdur. Tünd rənglərdə aktivliyi Günəş enerjisi
daha da artıra bilir. Bu halda enerji artsa da rəngi təşkil edən
elementlər tədricən ondan aralanmağa, rəngi tərk etməyə
başlayır. Deyək ki, qara rəngli, məsələn, tünd qara rəngli
paltarlarda toplanmış enerji çoxdur, tündlük var. Günəş həmin
rəngləri aktivləşdirir, enerji artır. Bu halda onu geyinmiş
insanın canı daha tez qızır, “yanır”. Qara rəngin tərkibi Günəş
enerjisi təsirindən azalmağa başlayır. Azalma prosesində qara
rəng başqa bir rəngə keçməyə başlayır. Günəşin az olduğu qış
aylarında isə qara rəng bir o qədər bədənə enerji verə bilməz.
Ə
ksinə, isti havanın qarşısını, açıq rənglərə nisbətən, ala bilər.
Açıq rəngli paltarlarda isə Günəş parıltı verir, aktivlik çoxdur.
Bu rənglər tez solmağa meyilli olurlar. Çünki tərkiblərini
Günəş tez parçalayır, strukturu dağıdır.
78
Rənglər
tərkiblərinə
görə
dərəcələnirlər.
Keçidlər-
tündləşmənin və açılmanın trayektorik keçidləri (rəngdən-
rəngə keçməni) meydana gətirir. Bu keçmə də enerji tətbiqi
sayəsində baş verir. Enerji azaldqca da rənglər dəyişir. Qeyd
olunduğu kimi onların fərqləri tərkib elementlərindən və
qarışmış elementlərin miqdarından asılıdır. Təbiətdə nə qədər
element
varsa,
onları
müxtəlif
tərkiblər
nisbətində
qarışdırmaqla, sonsuz rəng çeşidini əldə etmək olar. İstənilən
iki elementi qarışdırıb bir rəng, başqa elementləri əlvə edib
digər rəngləri əldə etmək olar. Sonsuz çeşidli rənglərin əldə
olunmasını
həm
element
sayından,
həm
qarışdırılan
elementlərin özündən, həm də qarışdırılma üsulundan əldə
etmək mümkündür. Məsələn, a, b, c, ç, d, e, ə, f və s.
sistemində a-b; a-f, a-ə, b-f, ç-d, b-f, a-b-f, f-ə-e, a-d-c, a-b-c-ç,
a-b-f-e-ə və s. sonsuz rəng çeşidini əldə etmək olar. İki rəngin
qarışmasına daha iki başqa rəngin qarışmasından da yeni rəng
ə
mələ gəlir. Istənilən məhlul qarışmasında (bərk və maye
halında olan maddələrin qarışması, qaz halında olan
maddələrin qarışması nəticəsində) rənglər meydana gəlir. Buna
görə də rənglər sonsuzdur. Rənglərin çeşidlərinin sonsuzluğu
rənglərdən alınan nəticələrdən formalaşır. Nəticələr almaq
prosesləri sonsuzdur, rənglərin çeşidləri də sonsuz olmalıdır.
Rənglərin əks olunması enerji ilə bağlıdır. Birinci növbədə
qəbul edilməlidir ki, rənglərin tərkibini təşkil edən elementlər
enerji ünsürləridir, vasitələridir. Hər bir rəng enerji tətbiqi
sayəsində məhlullarda əldə olunur. Enerjisiz məhlul ola bilməz.
Su da enerjidir. Enerjinin artıb-azalması rənglərin dəyişməsinə
təsir edə bilər. Məhluldakı enerjinin (burada temperaturun)
artıb -azalması qarışan məhlulda rənglərin dəyişməsinə səbəb
olur. Müxtəlif çeşidli rənglərin əldə olunması, onların
çeşidlərinin çox olması enerjidən, miqdardan və elementlərin
xassələrindən asılıdır.
Qaranlıqda bütün rənglər eyni, yəni qara rəngdə
görünür. Deməli, enerjinin azlığı ayrıd etmək məsələsində
79
rənglərin qaralmasına gətirıb çıxarır. Günəş işığında eyni
zamanda, elektrik işığında, alov işığında rənglər ayırd edilir.
(Hətta belə də qəbul etmək olar ki, rəng ancaq işıqda çeşidli
çalara malik olur. Məsələn, qırmızı rəng ancaq işıq üzərinə
düşəndə qırmızılaşır, öz rəngini alır. İşıqsız isə qara rəngdədir.
Çünki göz onu elə qara görür). Əks halda bütün rənglər
eynidir. Burada işıq enerjisi rəngləri ayırd etmək üçündür.
Rənglər işıq enerjisi ilə qarşılıqlı əlaqədə olarkən, qarşılıqlı
reaksiyadan öz rəngini büruzə verdirir. İşığı çox artırdıqca rəng
bir o qədər ayırd edilməyə başlayır. Bu ona görə baş verir ki,
enerji onun tərkib strukturunu əks etdirən siqnal formalarını
gözə ötürür. Qarışmış üsulla əldə olunmuş rəng gecə-gündüz
öz rəngində qalır. Lakin parıltı olanda, işıqla təmas zamanı əks
olunma sayəsində rəng özünü büruzə verir. Bu baxımdan da
işıqsız rəng yoxdur.
İş
ıq rəngi dəyişən, solduran, onun strukturunu dağıdan
faktordur. Məsələn, insan dərisi Günəş altında öz rəngini
dəyişir. Məsələn, tündləşir. Deməli, reaksiya baş verir. İşıqsız
rəng görünə bilməz. Həm də belə qəbul etmək olar ki, işıqdan
rəngi uzaqlaşdırdıqca da rəng öz formasını dəyişəcək. Məsələn,
qaranlığı artırdıqca, belə hesab etmək olar ki, rəng tündləşəcək.
İş
ığa yaxınlaşdırdıqca isə rəng daha da açılacaq, nəticədə
solacaq, sonda başqa bir rəngə keçəcək. Deməli, rənglər işıqla,
ə
traf aləmlə daima reaksiya şəraitində olur. Enerjinin artması
rəngin tərkibinin parçalanmasına səbəb olur. Stabil enerji rəng
tərkibini tədricən ondan götürür, azaldır. Təxmin edək ki, gecə
olmur, Günəş daimi olaraq bir rəngli əşyanın üzərinə düşür,
onda rəng öz tərkibini tez bir zamanda itirməyə məruz
qalacaqdır.
Rənglər müəyyən enerji sayəsində bir müddət açıla
bilərlər, sonra yenidən tündləşə bilərlər. Sonra isə yenidən açıla
bilərlər. Enerjinin ardıcıl tətbiqi rəngləri tündlülükdən
açıqlılığa doğru apara bilər. Bu anda enerji dəyişmələri (tətbiqi
kəmiyyəti) də baş verəcək. Rənglər həm də ona görə
80
formalarını dəyişəcək ki, özlərindən enerjini buraxacaqlar. Hər
an rəng öz tərkibini dəyişir. Nələrisə artırır, nələrisə azaldır. Bu
artırıb-azaltma gecə-gündüz vəhdətində, enerji kəmiyyətinin
müxtəlifliyində baş verir.
Dostları ilə paylaş: |