Kainatda qeyri-materiya əslində yoxdur, yəni hər şey
materiyadır, elementdir. Deməli, formasından asılı olmayaraq
hər bir elementin məkanı və çəkisi var. Qeyri-materiya ən kiçik
hissəcik olduğuna görə belə adlanır. Kainat “qeyri-materiya”
ilə materiyanın vəhdətidir ki, bu da tamdır, bütövdür. Deməli,
canlı aləm əslində müxtəlifdir. Kainatın əsasını təşkil edir.
Buradan da belə bir məntiqi nəticə hasil olur ki, kainat
sonsuzdur.
İş
ıq qaranlıq, qaranlıq isə işıq üçündür. Enerji enerjisizlik,
enerjisizlik də enerji üçündür. İşıq enerjinin –enerji axınının
başqa bir obyektlə qarşılaşmasından meydana gələn
parıltıdır. Burada sürtünmə baş verir. Sürtünmə sayəsində
enerji meydana gəlir.
İ
nsan həm də Günəşin tərkibindəndir. Çünki enerjiyə
malikdir. Canlılarda çevrilmələr baş verir. Günəş də enerji
mənbəyidir. İnsanlar və digər canlılar, elcə də cansız hesab
etdiyimiz aləm tərkib baxımından Günəşdən, planetdən və
kosmik fəzadan ibarət olan mikorokosmik ünsürdürlər.
Biz bütün aləmi görə bilmərik, hiss edə bilmərik. Görmə,
duyma, qabiliyyət, istedad dərəcələnir. Bu, hər şeydən öncə
36
ə
trafla olan təmasdan, enerji mübadiləsindən və daxili
quruluşdan asılıdır. Çox aləmi görmək üçün siqnalları qəbul
edən vasitələrin, reseptorların böyük olması, geniş tərkibli
olması labüddür. Çox enerjili yerdə insanlar çox şeyi görə
bilərlər. Zil qaranlıqlarda da insanlar çox şeyləri görə bilərlər.
O şeyləri ki, adi gecə-gündüz əvəzləmələrində, eyni zamanda
gündüz zamanı onu görə bilmirlər.
Rəng -özünəxas olan quruluşdur. Rənglərin müxtəlifliyi
elementlər arasında olan əlaqələr və birləşmələr fərqindən
meydana gəlir. Belə qəbul etmək olar ki, bütün rəngləri
ə
lamətləndirən səbəb Günəş enerjisidir. Yəni işıqdır.
Qaranlıqda hər şey eynı rəngdə görünür. İşıq düşən hissələrdə
rənglər meydana gəlir. Günəş şüasının udulması və əks
olunması sayəsində rənglərin əlamətləri bildirir. Günəş şüaları
materiyalar tərəfindən udulur və rənglər meydana gəlir.
Günəşsiz rəng yoxdur. Deməli, rəngi müəyyən edən
hərəkətdir, enerjidir. Hər bir elementin öz rəngi var və “qəti
rəngsizlik” və “qəti iyisizlik” ümumiyyətlə yoxdur. Rənglərin
müxtəlifliyi elementlərin qarışması zamanı meydana gələn
quruluş formalarından asılı olur. Rənglərin parıldaması və
açıqlığı -belə güman etmək olar ki, elementlər arasında sıxlığın
az olması ilə əlaqəlidir. Açıq rənglər daha solğun olurlar, ona
görə ki, Günəşlə əlaqədə enerjilərini itirirlər. Yəni enerji çox
qəbul edirlər və tərkiblərini parçalayırlar. Bu baxımda da açıq
rənglər tez “ölürlər”.
Günəş sistemi element və məkanın, işıq və qaranlığın,
enerji və enerjisizliyin, qısa və uzun zamanların, materiya
və “qeyri-materiyanın”, elementlərin kimyəvi çevrilmələ-
rinin,
elementlərin
tərkib
dəyişmələrinin
və
xassə
dəyişmələrinin, forma və məzmun dəyişmələrinin əsaslarını
meydana gətirir. Onu da nəzərə almaq lazımdır ki, həyatda
materiya var, yəni element var. Bu elementlər gözlə görünən və
görünməyən, hiss olunan və olunmayan ola bilirlər. Hiss
olunmamaq əsasən onun çox kiçik olmasından və siqnalları
37
qəbul edən beyinin funksiyasının geniş olmamasından irəli
gəlir. Elementlərin gözlə görünə bilib-bilinməməsi də
elementlərin məkan dəyişməsindən və onu qəbul edən siqnal
mərkəzlərinin dəyişməsindən asılı ola bilər. Buradan yenə də
qeyri-müəyyənliyin müəyyənliyə çevrilməsi prosesləri ilə
rastlaşırıq. Kainat sonsuzdur və qeyri-müəyyən elementlərlə
zəngindir. Burada qeyri-müəyyənlik həm də məkanın
böyüklüyündən və onun sərhədlərinin bəlli olmamasından irəli
gəlir. Deməli, sonsuzluq qeyri-müəyyənliyin zənginliyidir.
Sonsuzluq “heçliyin” zənginliyidir. Sonsuzluğu yaradan da elə
məkanların özləridir, məkanların zənginliyidir. Məkanların
yan-yana və digər formada (məsələn, üst-üstə, alt-alta)
düzülüşü, vəhdəti, birləşməsi elə kainatın özünü meydana
gətiribdir.
Günəş və onun planetləri, planetlərin peykləri, asteroidlər,
kometalar (ümumiyyətlə, Günəş sisteminin cisimləri, kosmik
məkann obyektləri) və onlar arasında olan bağlılıq elə kainatın
tərkib hissəsidir və bu baxımdan da onlar arasında xassə
oxşarlığı mövcuddur. Günəş özü planetləri və ətraf kosmik
fəzası (sistemin əhatə olunduğu məkan) olmadan, eləcə də
qalaktika ilə əlaqədə olmadan mövcud ola bilməz. Çünki bütün
səma cisimləri arasında qarşılıqlı mübadilə prosesləri həyata
keçirilir. Günəş kosmik müstəvidən (kosmik fəzadan) öz
mənbəyini götürür və digər ulduzlarla birlikdə kosmik
müstəvini taraz vəziyyətində saxlayır. (Qeyd: ulduzların fərqli
olması
elə
kosmik
fəzanın
bütün
məkanlarda
eyni
olmamasından xəbəb verir. Əgər eyni olsaydı, belə fərz etmək
olar ki, elə bütün ulduzlar bir ulduz kimi olardılar. Bu da
əslində kosmik rənagarəngliyə zidd olan prinsipdir. Belə
olardısa, kainat indiki kimi ola bilməzdi. Ulduz sistemlərinin
38
ulduzlar sistemində sürət, məkan, element xassələri arasında
oxşarlıqlar vardır, eləcə də fərqlər mövcuddur. Deməli, kosmik
sürət hər bir sistemdə eyni ola bilməz).
Belə təxmin etmək olar ki, Günəşin kütləsi və onun
gücü şərti olaraq onun sisteminə daxil olan planetlərin cəm
halda kütləsinə bərabərdir ki, bunun da sayəsində Günəş
və onun sistemi ümumilikdə taraz vəziyyətində mövcud
olur. Bu tarazlığa həm də qonşu sistemlər də təsir göstərir.
Qarşılıqlı
tarazlıq
planetlərdə
köklü
dəyişikliklərin
qarşısını alır, köklü kataklizmlərin yaranmasına imkan
vermir. Qonşu sistemlərlə Günəş sisteminin qarşılıqlı şərti
bərabərliyi meydana gəlir. Bu bərabərlik həm də nisbi
xarakter kəsb edir və bərabərliyin pozulması anları kosmik
məkanın ümumilikdə hərəkətini ortaya çıxarır. Kainatın
bütün hərəkəti onun sistemli tarazlığına xidmət göstərir.
İş
ıq və qaranlıq nisbətdədir. Günəş işığı (ulduzların
enerjisi) bərk materiya üçün canlandırıcıdır. Çünki enerji
verəndir. Deməli, əslində bütün materiyalar canlandırıcıdır;
çünki hərəkətdədirlər. Onda belə qənaətə gəlmək olar ki, Günəş
sistemində bütün planetlərdə canlanma var. Ümumilikdə isə
kainat canlanmadan ibarətdir. Lakin bu canlanmalar Yerdəki
kimi, yəni eynən yer planetindəki kimi ola bilməz. Çünki hər
bir planet özünəxasdır. Hər bir planetin öz tərkibi vardır. Bu
tərkiblər həm də oxşardır. Yerdəki kimi canlanmanın
mövcudluq şərti Yerin atmosferindən, onun Günəşlə olan
məsafəsindən, Yer kürəsinin ölçüsündən və s. kimi özünəxas
ə
lamətlərdən asılıdır. Bu əlamətləri də Yerin öz canlıları
götürüb. Başqa planetlərdə eynən Yerdəki kimi canlı aləm ola
bilməz. Onda, kainatda gərək Yerdəki kimi tam eynilik olsun.
Ulduzları və planetləri eyni olsun. Bu isə mümkün deyil.
Hələlik aşkar olunmur. (Kosmik teleskoplar Yerə bir neçə faiz
bənzər olan planet aşkar ediblər. Elm dairələrinin məlumatına
əsasən, NASA alimləri “Kepler” teleskopu vasitəsilə kainatda
Yer kürəsinə bənzər, lakin onun kütləsindən 17 dəfə böyük olan
39
bərk planet aşkarlayıblar. Rəsmi olaraq “Kepler-10c”
adlandırılan bu planetə həm də “meqa-Yer kürəsi” kimi ad
veriblər. Kainat obyektinin yaşı təqribən 11 milyard il
müəyyənləşib. “Kepler-10c” planeti Yer kürəsindən 560 işıq ili
uzaqlığındadır, Drakon bürcündədir (ulduzlar topasındadır).
Alimlər hesab edirlər ki, Planetin ulduzla çox yaxınlığı burada
həyatın olmasını şübhə altında qoyur. Planetin üzərində olan
qravitasiya təxminən Yer kürəsindəkindən üç dəfə böyükdür.
“Kepler” kosmik teleskopu Günəş sistemindən kənarda Yer
kürəsinin analoqunu axtarmaq üçün nəzərdə tutulub. Hələlik
Yer kürəsinə tam bənzər heç bir planet aşkar edə bilməyibdir.
1
)
Kainatda eyni makro sistemlərin (biz insanların şüurlarında
makro sistemlər) olması hələlik bəlli deyil. Bu bəlkə ehtimal
oluna bilən “başqa kainatda”-“paralel” kainatda ola bilər.
Paralel kainat elə bütöv halda vahid bir kainatdır. Kainat
sonsuzluğu digər kainatın mövcudluğunu şübhə altına alır.
Digər kainat indiki kainatın sadəcə olaraq davamı ola bilər.
Ə
ləlxüsus bərk materiya aləmi olmadan, yəni mənsəb
olmadan işıq da(mənbə kimi) saça bilməz. Enerji yarana
bilməz. İşıq enerji fərqləri arasında olan nisbətdir. Günəş
öz planetləri və ətraf əlaqəsi olmadan işıq saça bilməz. Günəş
planetlərsiz mövcud ola bilməz. Planetlər Günəş işığını
özlərinə çəkirlər və özlərindən kosmik fəzaya buraxırlar.
Deməli, kosmik fəzada obyektlər arasında enerji paylanması və
nisbətləri meydana gəlir.
Məlumdur ki, çöllük bir yerdə yanan lampa gecə
qaranlığında görünür. Bu qaranlıq elə işığın yayılması üçündür.
Gündüz zamanı isə lampanın yanması uzaqdan görünə bilməz.
Günüz işıqlarının səpələnməsi yanan lampanın selini üstələyir.
Makro işıq mikro işığı udr. Bu baxımdan da qaranlıq olmasa
işıq da ola bilməz. İşıq qaranlığı açmaq üçündür. Buna görə də
1
Телескоп
НАСА
обнаружил
«мега-Землю».
03.06.2014.
ria.ru/space/20140603/1010459452.html
40
belə qənaətə gəlmək olar ki, var- işıq, var -işıqsızlıq. Qaranlıq
elə müəyyən kəmiyyətli işıqsızlıqdır. Qaranlıq içərisində işıq
(burada yanan lampa) seçilir. Deməli, gecə və gündüz enerjinin
artıb-azalmasıdır ki, bundan da fərqlər-müqayisələr- meydana
gəlir. İşıq enerji nisbətində meydana gəlir. İşıq da öz
mənbəyini qaranlıqdan götürür. Bir otaqda divarlar və ətraf
materiya olmasa işıq yana bilməz. İşıq yandıqca ətraf
materiyaları canlandırır. Onlara enerji verir. Divarları otaqdan
götürsək yanan lampanın enerjisi geniş paylanacaq və enerji
mübadiləsi üçün lampa zəif olacaq. Lampanın uzaqdan
görünməsi onun siqnallarının gözdə əks olunmasıdır, göz
tərəfindən qəbul olunmasıdır.
Kainat elə bir bütövdür ki, müstəvidə, sistemdə başlanğıc
və son məyyən və qeyri-müəyyəndirlər. Uzaq məsafələr
müəyyənedici tərəf üçün qeyri-müəyyəndir. Başlanğıcları və
sonları müəyyən edən trayektoriyalardır və koordinatlardır.
Başlanğıclar və sonlar insanlar üçündür, insanların məqsədləri
üçündür. Başlanğıclar və sonlar bir-birilərini əvəz edən
hədəflər üçündür. Hər bir hərəkətin başlanğıcı və sonu
olduğuna görə sabit mütləqləri və dəyişən mütləqləri özündə
ə
ks etdirir.
Canlı aləm ona görə yumşaq birləşmədir ki, tərkibində su
daha çoxdur. Məsələn, insanlar, heyvanlar, ağaclar və onun
meyvələri bu kimi birləşmələrə aiddir. Suyunu buraxan
birləşmələr quru materiyaya, bərk materiyaya çevrilir. Sonda
isə çürümə gedir. Məsələn, ağacın taxtaya çevrilməsi ilə
nisbətən bərk cisimə dönməsi və s. bu kimi proseslərə
nümunədir.
41
Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq
timsalında
Kainat varlıqdan ibarətdir. Boşluq, yəni tam yoxluq
yoxdur. Nisbi yoxluq var. Məkanını və formasını dəyişən
varlıq var. “Yoxluq” müqayisə anlayışıdır, ifadəsidir və
müəyyən varlığın, olması istənilən varlığın müəyyən məkanda
olmamasını ifadə eən sözdür. Üst-üstə, yaxud da yan-yana
toplanan elementləri çıxmaqla həmin elementlərin üzərində
dayanıldığı məkan boşalır. Buna görə də yoxluq və varlıq
elementin yerdəyişməsi ilə mütləq və nisbi əsasları özündə əks
etdirir. Bu baxımdan sadəcə olaraq nisbi yoxluq var, yəni,
görünməyən varlıq var. Varlıq mütləqdir, nisbidir. (Burada
“varlıq” və “yoxluq” anlayışlarına təbiətdəki təbii varlıqlar və
yoxluqlar prizması ilə yanaşılır). Varlığın nisbiyə, digər
müəyyənliyə və qeyri-müəyyənliyə keçməsi həmin varlığın
yoxluğunu əks etdirir. Yerdəyişmə və zaman varlığın və
yoxluğun əvəzlənməsini təmin edir. Varlıq məkandan asılı
olaraq müəyyən və qeyri-müəyyəndir. Qeyri-müəyyənlikdən
müəyyənliyə keçid aşkarlanmadır və yoxluğun varlıqla əvəz
olunmasıdır. Müəyyən varlıqdan uzaqlaşanda həmin varlıq
nisbiyə və qeyri-müəyyən olan varlığa çevrilir. Buradan da
yoxluq əmələ gəlir. Qeyri-müəyyən olan varlığı insanlar həmin
varlığa nisbətdə yoxluq kimi qəbul edirlər.
Varlıq enerjidir, qüvvədir, kəmiyyətdir, gücdür, çünki
hərəkət edən kəmiyyətdən ibarətdir. Yoxluğun yaranması
enerjinin müəyyən məkan dairəsində mənbəyə münasibətdə
nisbi olaraq azalmasıdır, düşüncələrimizə görə yox olmasıdır.
Yox olma həm də müəyyən məkan üzərində varlığın yerini
dəyişməsidir. Kainatın mərkəz hesab olunan obyektləri var.
Məsələn, ulduzlar və planetlər mərkəz obyektlər kimi hesab
oluna bilirlər. Varlıq və yoxluq həm onların özündə, həm də
onların təmasda olduqları obyektlərdə meydana gəlir.
42
İ
nsanların
özləri,
onların
qabiliyyətləri,
istedadları
subyektiv və müvəqqəti olmaqla yanaşı, həm də obyektiv və
müəyyən müddət üçün daimidir. İnsanlar subyektiv-fərdi
şə
kildə bir-birilərini əvəz edirlər. Buna görə də yoxluq ifadəsi
sadəcə olarq varlığın müəyyən məkanlarda çatışmazlığı üçün
işlədilir.
Varlıq və yoxluq ifadələri daimi və müvəqqəti anlayışlarını
formalaşdırır. Varlıq daimidir, ancaq müəyyən məkanda olan
varlıq elementlərinin həmin məkandan uzaqlaşması, ya da
müəyyən bir məkanda istənilən bir varlığın olmaması daimini
müvəqqəti ilə əvəzləyə bilir. Deyək ki, kainatın daimi -əbədi
olması mütləqdir. Burada müvəqqəti anlayışı isə formaların
dəyişməsində meydana gəlir. Bu da özlüyündə zaman və
məkan anlayışını əks etdirir. Elementlərin daimi məkanda-
məkan müstəvisində yerlərini dəyişməsi və formalarını
dəyişməsi daimini müvəqqəti ilə əvəzləyir. Daiminin nisbətən
uzun müddətliyə və qısa müddətliyə keçməsi elə dəyişən
varlığın, sistemdaxili hərəkətdə olan varlığın forma və məkan
dəyişməsi, eləcə də müəyyən müddətdə sistemi tərk etməsi ilə
ə
saslanır. Buradan da varlıq və yoxluq, eləcə də daimi və
müvəqqəti fikirləri formalaşmış olur. Varlığın artması,
çoxalması sistemin tərkib dəyişməsinə, kəmiyyət dəyişməsinə
səbəb olur. Çünki məkan dəyişir. Deməli, element, məkan,
hərəkət və zaman (element çevrilmələri zamanı əvvəlki
element üçün lazım olan zaman) varlığın və yoxluğun
yaranmasını şərtləndirir.
Varlığın artıb-azalması, yəni ya eyni tərkibdə olan
elementlərin toplusunun azalması, ya da müxtəlif tərkibdə olan
elementlərin cəm halda kəmiyyətinin azalması və ya da artması
müsbətliklərin artması, azalması, yəni tərkib və kəmiyyət
dəyişməsi ilə xassələnir.
İ
nsanlar enerjinin mənbəyini və kəmiyyətin çoxalmasını
müsbət artım kəmiyyəti ilə xarakterizə edirlər, ifadə edirlər.
Məsələn, temperaturun artması, təsir dərəcəsinin artması
43
rəqəmlərlə
müsbətliklərin
artması
kimi
ifadə
olunur.
Müsbətliklərin azalması və “sıfır” adlanan xəyali nöqtədən
xəyali müstəvi üzrə sola və aşağıya doğru azalma “mənfi” kimi
qələmə verilir. “Sıfır” daha çox nisbi bir koordinat rolunu
oynayır və nisbi-dəyişən funksiyanı yerinə yetirir. Kainatın
varlığı prinsipindən irəli gələrək hesab etməliyik ki,
ümumiyyətlə, təbii yoxluq yoxdur. Bu baxımdan da “sıfır” və
“mənfi” də yoxdur. Ən kiçik azalan, tərkib kəmiyyətini azaldan
bölünən var. Həm də iki və ya da çoxlu sayda elementlərə
münasibətdə ən kiçik məsafə var və ən kiçik məkan var.
Məsafə və məkan anlayışları da burada eyniləşir. Kəmiyyət hər
ikisini həm artırır, həm də azaldır. Müsbət və mənfi
kriteriyalarını insanlar yaxın və uzaq məsafə, artan və azalan
kəmiyyətlə izah edirlər. Belə qəbul etmək olar ki, ən kiçik
bölünən öz yanında sonrakı, ondan böyük olan elementi gətirir.
Buna görə də heçlik olmur, məsafə qısalmasında kiçikdən
böyüyə, böyükdən kiçiyə keçid baş verir. Ən kiçik bölünüən
sistemi təşkil edən ən kiçik zərrəcikdir ki, bu da varlıqdır.
Deməli, yoxluq yoxdur, kəmiyyət miqdarına bölünən varlıq
var. Müəyyən enerji mənbəyindən məsafə uzaqlaşdıqca
enerjinin təsir dərəcəsi azalır. Bu anda azalma varlığın azalması
(yəni həmin enerji kəmiyyətinin azalması) ilə xassələnir. Sonra
isə aktiv enerji sagəsindən passiv enerji sahəsinə keçidlər baş
verir. Nisbi olaraq meydana gələn yoxluğu digər varlıq udur.
Məsələn, enerji ona görə mənbədən uzaqlaşdıqca azalır ki,
ə
traflara doğru məkan əhatəsi böyüyür, yayılma və ətraf
məkanlardan udulma başlayır. Burada enerji yayıldıqca
çevrilmələr və forma dəyişmələri meydana gəlir.
Enerjidən, enerji mənbəyindən uzaqlaşanda təbii ki, enerji
azalır. Şərti “0”-dan sola doğru isə tərkib mənfi ilə ifadə
olunur. “0” azalma prosesi trayektoriyasının müəyyən azalan
koordinatıdır. Bu azalma elə müsbətin (müəyyən rəqəmin)
özünün ən kiçik bölünənlə ifadə olunması ilə xarakterizə
olunmalıdır. Mənfi və müsbət bir-birini əvəzləyən varlıq və
44
onun əksi olan yoxluqdur. Varlığın azalmasını cismin forması
da yarada bilir. Məsələn, Günəş işığının gecələr Yer kürəsinin
müəyyən məkanlarında yoxa çıxması əsasən Yer kürəsinin
dairəvi formasıdır. Fırlanma zamanı varlıq və onun əksi olan
yoxluq bir-birini əvəzləyir. Gecə və gündüzün bir-birini
ə
vəzləməsi müsbətin mənfiyə, mənfinin isə müsbətə keçməsi
prosesidir. Müsbət və mənfi artıb azlmaları burada əkslikləri
ifadə edir. Mənfilik həm azlığı, həm də “əksi” ifadə edir.
Məsələn, mənfi münasibət dedikdə, əslində yaxşı, müəyyən
qədər müsbət münasibətin olmaması dərk olunur. Lakin,
ə
slində mənfinin özündə də müəyyən kəmiyyətdə, həcmdə
münasibət olur və bu, az kəmiyyətlə ölçülür.
Qeyd olunduğu kimi, müsbət və mənfi varlıq və yoxluq
düşüncələri ilə də ifadə olunur. Bu baxımdan da müsbət
yanında mənfi əslində azalmanı ifadə edir. Bir daha qeyd
etmək yerinə düşər ki, tam yoxluq yoxdur. (Br elementə və
məkana münasibətdə). Varlığın azlığı var. Bu baxımdan da
müsbətin azlığı var, ən kiçik bölünmə, ən yaxın məsafə var.
Ondan sonra isə məsafələr uzanmağa-elementlər toplusu
müəyyən istiqamətdə olan müstəvi üzrə artmağa başlayır.
Deməli, müsbət tam azalmır, ən kiçik bölünən yanında artmağa
başlayır.
Müsbətin
(varlığın)
artıb-azalması
enerjinin
artıb-
azalmasıdır. Müəyyən şeyin yox olduğu məkanda həmin şeyin
peydah olması, məsələn, bir avtomobilin müəyyən məkanda
peydah olması müsbət və mənfi kriteriyasını əvəzləmir. Burada
artıq istənilən və yaxud da gözlənilməyən bir şeyin müəyyən
məkanda mövcudluğunu şərtləndirir. Burada sadəcə olaraq
məsafə müsbət və mənfini –hərəkətdə olan, və hərəkətdə olan
vasitə üzərindəki avtomobilin nəzərdə tutulan məkana
gətirilməsi və aparılmasını ifadə edir. Avtomobil yaxınlaşanda
məsafə qısalır, müsbət artır, uzaqlaşanda isə müsbət azalır,
məsafə uzanır, əkslik, yəni yoxluq meydana gəlir. Müsbət və
mənfi məhz enerjinin, işığın müəyyən istiqamət üzrə məsafə ilə
45
artıb azalmasıdır. Bu da tərkibin özünün və hərəkətin sürətinin
azalması, müəyyən nöqtədən aşağı düşməsi və həmin nöqtədən
artmasıdır.
Eynilik və fərqlilik haqqında
Güman etmək olar ki, təbiətdə tam eynilik yalnız
elementlərdə və onların hissəciklərində-nüvələrdə (atomların
mərkəzində) ola bilər. Bununla yanaşı, elektronlar, nukleonlar-
müsbət yüklənmiş protonlar və neytral neytronlar eyni ola
bilər. İlk başlanğıcları meydana gətirən zərrəciklər eynidir.
Eynilik olmasa bir element heç nə edə bilməz. Tərkiblər eyni
elementlərdən təşkil olunmasa sistemlilik ola bilməz. Zaman
ardıcıllığı eynidir. Məsələn, saniyələr, dəqiqələr, saatlar,
sutkalar və s. eynidir. Eynilik bərabərlikdə özünü təsdiq edir.
Məsələn, bir saniyə elə bir saniyəyə bərabərdir. Lakin onlar
arasında ola fərq isə məkan amilidir. Çünki hər bir saniyənin öz
məkanı var. Məkanlar yan-yanadır. Hər bərabərlik tam eynilik
ola bilməz. Məsələn, 1 kq. alma 1kq. armuda çəkidə bərabərdir.
Fərq isə tərəzidə olan şeylərdədir.
Çoxlu sayda (kainatda sonsuz sayda) eyni elementlərdən və
onların qarışmasından, birləşməsindən sonsuz məkan meydana
gəlir. Qarışdıqda isə müxtəliflik formalaşır. Kəmiyyət artdıqca,
müxtəliflik də elementlər hesabına artır. Elementin özü eyni
ola bilər. Bu da vahidin elə özüdür. Deməli, bütün eyni şeylər
elə vahidlərdədir. Əsas eynilik elə elementin özüdür. Atom,
nüvə, elektron, proton və neytronlar vahiddirlər. Eyni sayda
protonlara və müxtəlif neytronlara malik olan elementlər
izotoplar və eyni sayda neytronlara və müxtəlif sayda
protonlara malik olan elementlər izotonlar vahiddirlər.
Təkliklər də vahiddir, birləşmələrdən meydana gələnlər də
vahiddir.
Vahidin özü digər vahidlə eynidir. Ədədlərin eyniliyi var.
Məsələn, “1” “1”-ə bərabərdir. Lakin bu ədədlər istər
46
təfəkkürdə, istərsə də məkana münasibətdə real olaraq öz
məkanlarına xasdır. Yəni, hər bir vahidin öz məkanı var.
Eynilik müqayisə üçündür. Eynilik eyni formaların beyində
obrazlanmasıdır, əks olunmasıdır. Bərabər tərkiblər eynidirlər.
Tərkiblərinə görə eynidirlərsə, deməli, eynilik ayrı-ayrı
məkanlarda meydana gələn və yaxud da əvvəlcədən mövcud
olan eyni tərkibli vahidlərin müqayisəsində meydana gələn
təzahürdür. Əlamətlər tərkibə görədir. Tərkib məkanlar
cəmidir. Hər bir məkan əks olunur, siqnal verir. Müxtəlif
məkanlarda eyni tərkib varsa, deməli, onlar özlərinə görə
eynidirlər. Tutulan məkan isə müxtəlifdir.
Məsələn, bir ağac deyiriksə, müəyyən ərazidə duran bir
ağacı görürük, eləcə də bir ağacı təsəvvür edirik. Deməli, hər
Dostları ilə paylaş: |